MƏLAHƏT MƏHƏRRƏMOVA
Azərbaycan Dillər Universiteti
SÖZ YARADICILIĞI PROSESİNDƏ KİŞİ CİNSİNƏ
AİD YARIMSUFFİKSLƏRİN ROLU
Açar sözlər: Alman dili, Azərbaycan dili, yarımsuffiks, kişi cinsi, söz
yaradıcılığı, isim, sifət, feil.
Key words: German language, Azerbaijan language, semi suffix, muscular genre,
wordbuilding, noun, adjective, verb.
Ключевые слова: немецкий язык, азербайджанский язык, полусуффикс,
мужской род, словообразование, существительное, прилагательное, глагол.
Yarımsuffikslər adlarda və zərflərdə olur. Zərflik yarımsuffikslər seman-
tik kateqoriyaların ifadəsində məhdudiyyəti ilə seçilir: mövcudluq, bolluq (-
voll, -reich), yaxud əksinə, çatışmazlıq, hətta nəyinsə tamamilə olmaması (-arm,
-leer, -frei, -los), həmçinin uyğunluq, qabiliyyət, dəyər (-gemäβ, fähig, -fertig, tüc-
htig, -wert). Nitqlərin yarımsuffiksləri, əsasən istiqaməti göstərir (-wegen, -wil-
len, -maβen, -halber və s.). İsimlərin yarımsuffiksləri daha çoxsaylı və semantik
cəhətdən müxtəlifdir. Onların köməkliyi ilə bir sıra geniş kateqoriyalar ifadə olunur:
şəxsiyyət (-mann, -frau, -bild, -person; şəxs adlarından: -fritze, -hans, -liese, -
meier, -peter və başqaları), topluluq (-werk, -zeug), müxtəlif növ abstrakt
anlayışlar (-mut, -lust, -sinn, -kunde, -sucht və s.); onlar həmçinin isimlərə digər
kateqoriyalı məna verir, məsələn: təklik (-stück) və s.
Ümumiyyətlə, mürəkkəb sözlərin ikinci komponenti adlanan yarımsuffikslər
öz konkret leksik mənalarını itirərək sözdüzəltmə üsulunda müxtəlif mənaları ilə
birləşir... zəif vurğu, ikinci dərəcəli vurğu daşıyır.
Ümumiyyətlə, isimdüzəltmə prosesində iştirak edən yarımsuffikslər bunlardır.
Alman dilində bu Halbsuffixe adlanır:
-affe, -amt, -bild, -bruder, -bulle, -bursche, -dame, -fex, -frau, -fräulein, -freund, -
fritze, -geist, -gut, -hals, -hans, -hase, -held, -hengst, -hof, -knecht, -kopf, -kraft, -
kram, -lappen, -kunde, -liese, -lust, -mädchen, -mädel, -magd, -mamsell, -mann, -maul,
-meier, -meister, -mensch, -michel, -mut, -ochse, -narr, -person, -peter, -sack, -schirm, -
schwester, -seele, -sinn, -stoff, -stück, -suse, -tier, -trine, -vogel, -volk, -weib, welt, -
werk, -wesen, -zeug, -statt, -stätte, -sucht.
İsimdüzəltmədə iştirak edən bu şəkilçilər ümumi olaraq, yəni kişi, qadın və
orta cinsi bildirmələri göstərilmişdir. Həmin yarımsuffiksləri cinsə görə qruplaşdır-
saq aşağıdakı kimi təsniflənəcəkdir.
Kişi cinsinə aid yarımsuffikslər.
Qadın cinsinə aid yarımsuffikslər.
Orta cinsə aid yarımsuffikslər.
Müasir alman dilində isimdüzəltmədə kişi cinsinə aid yarımsuffikslər
aşağıdakılardır: -affe, -bruder, -bulle, -bursche, -fex, -freund, -fritze, -geist,
-hals, -hans, -hase, -held, -hengst, -hof, -knecht, -kopf, -kram, -mann, -meier,
-meister, -mensch, -michel, -mut, ochse, -narr, -peter, -sack, -schirm, -sinn, -
staff, -vogel, -volk.
Filologiya məsələləri – №7, 2013
138
-affe [-afə] yarımsuffiksi. Der Affe 1) meymun; 2) ədəbsiz söz kimi -axmaq,
gic sözünə uyğundur. Yarımsuffiks kimi isimlərə artırılaraq şəxsin xüsusiyyətini,
əsasən də mənfi keyfiyyətə malik şəxsi bildirir və ən çox danışıqda işlədilir. Məsə-
lən: Menschenaffe (meymunabənzər insan), Brüllaffe (ulayan, çığırğan meymun),
Lackaffe, Zieraffe (modabaz adam).
-bruder [-bru:dər] yarımsuffiksi. İsimlərə və feillərə artırılaraq şəxsin əlaməti-
nə əsasən də mənfi keyfiyyət bildirir. Trinkbruder (içki yoldaşı) ← trinken (içmək),
Bierbruder (içki yoldaşı) ← das Bier (pivə), Bettelmann (dilənçi) ← betteln (dilən-
mək), Bacchusbruder (içki, şərab yoldaşı) ← der Bacchus (içki), Saufbruder (içki
yoldaşı) ← saufen (içmək) (heyvanlar haqqında).
-affe [-afə] yarımsuffiksi isimlərə artırılaraq qohumluq münasibəti bildirir:
Mutterbruder (dayı); Vatersbruder (əmi); Zwillerbruder (əkiz qardaş); Bluts-
bruder (qan qardaşı); Sriefbruder (ögey qardaş).
-bulle [-bulə] yarımsuffiksi isimlərə artırılaraq bir işlə məşğul olan və məş-
ğuliyyətə işə həvəsi, meyli olan şəxsi bildirən isim düzəldir və danışıq üslubunda
işlənir.
Dorfbulle (kənddə damazlıq buğa) ← das Dorf (kənd), Kammerbulle (hərbi
hissədə ərzaq və hərbi sursata baxan işçi) ← die Kammer (balaca otaq), Küchen-
bulle (hərbidə: aşpaz) ← die Küche (mətbəx), Kantinebulle (yeməkxana işçisi,
xörəkbişirən) ← die Kantine (yeməkxana, bufet (fabrikdə, idarədə), Sanitätsbulle –
(sanitar) ← die Sanität (sanitariya, sağlamlıq).
-bursche [-bur ə] suffiksi isimlərə və feillərə artırılaraq şəxsin məşğul olduğu
məşğələnin növünü bildirən yeni isimlər düzəldir:
Reitbursche (minici) ← reiten (at üstündə getmək), Laufbursche (kuryer,
kağızpaylayan oğlan) ← der Lauf (qaçma) + laufen (qaçmaq), Jägerbursche
(ovçuluqla məşğul olan oğlan) ← der Jäger (ovçu), Wanderbursche (səyyar usta
köməkçisi) ← der Wander (səyyar, mövsümi), Müllerbursche (dəyirman işçisi,
dəyirmançı) ← der Müller (dəyirmançı).
-fex [-feks] yarımsuffiksi ismin əsasına artırılaraq şəxsin maraq dairəsini,
meylini bildirən isim əmələ gətirir; danışıqda işlədilir:
Modefex (modabaz) ← die Mode (dəb, moda),
Schachfex (şahmat düşkünü, şahmat həvəskarı) ← der Schach (şahmat).
-freund [frɔØnt] yarımsuffiksinin işlənmə dairəsi genişdir və müxtəlif
semantik mənalar kəsb edir. -freund yarımşəkilçisi ilk növbədə abstrakt isimlərə
artırılaraq hər hansı bir cəmiyyətə, təşkilata, partiyaya yaxud ictimai-siyasi cərəyana
olan münasibəti bildirir:
Heimatfreund (ölkəşünas) ← die Heimat (vətən), Parteifreund (partiya üzvü)
← die Partei (partiya), Friedenfreund (sülh tərəfdarı) ← der Frieden (sülh).
- freund [-freunt] yarımsuffiksi ismin əsasına artırılaraq hər hansı bir şəxsdə
nəyəsə meyilin, həvəsin güclü olduğunu bildirir. Məsələn: Fuβballfreund (futbol
həvəskarı, azarkeş) ← der Fuβball, Basketballfreund (basketbol həvəskarı) ← der
Basketball, Literaturfreund (ədəbiyyat həvəskarı) ← die Literatur (ədəbiyyat),
Autofreund (avtomobil həvəskarı) ← das Auto (avtomobil) və s.
-fritze [-frıtsə], -hans [-hans], -meier [mær], -michel [-mıxəl], -peter [-pe:tər]
yarımsuffiksləri kişi şəxs adlarındandır. Bu yarımşəkilçilər arasında cüzi fərqlər
olmaqla yanaşı, ümumi bir məna da daşıyırlar. Bu komponentin hər biri ismə, feilə
Filologiya məsələləri – №7, 2013
139
artırılaraq mənfi keyfiyyətə malik şəxsi bildirən isimlər əmələ gətirir və danışıqda
işlədilir. Məsələn: Heulmeier, Heulmichel, Heulpeter sözləri eyni mənanı bildirir.
Danışıqda kinayə ilə işlədilir. Hər dörd sözün mənası “ağlağan, zır-zır uşaq” de-
məkdir – heulen (ulamaq) feilinə artırılmaqla düzəlmişdir.
Quackelen (boşboğazlıq etmək, çərənləmək) sözündən Quackelfritze, Quac-
kelhans sözləri yaranmışdır ki, mənası “çox danışan”, “zəvzək”, “naqqal” deməkdir.
O cümlədən həmin mənada quasseln feilindən Quasselfritze və Quasselpeter isim-
ləri əmələ gəlmişdir. Eyni mənada yenə Schwabbelfritze və Schwabbelmeier isimlə-
ri törəmişdir.
Yuxarıda göstərilən ümumi mənadan çıxış edərək ayrı-ayrılıqda həmin suf-
fikslərdən düzələn isimlərə aid bir neçə misal göstəririk: nörgelen (bəhanə axtar-
maq) ׂ→ Norgelpeter (bəhanəçi), der Klotz (məc. kobud adam) ׂ→ Klotzmichel
(gic, səfeh), der Quatsch (cəfəngiyat, mənasız) ׂ→ Quatschmeier (naqqal, çoxdanı-
şan), prahlen (öyünmək) ׂ→ Pralhans (lovğa, özünü öyən) və s.
Digər yarımsuffikslərdən fərqli olaraq -fritze elementi isimlərin əsasına artırı-
laraq satıcılıq işi ilə məşğul olan adamın sənətini, peşəsini bildirən isimlər əmələ
gətirir: Das Holz (odun) ׂ→ Holzfritze (odunsatan), die Kartoffel (kartof) ׂ→ Kar-
toffelfritze (kartofsatan), die Blume (gül) ׂ→ Blumefritze (gülsatan) və s.
-feist (-gæst) yarımsuffiksi. Der Geist (1. ruh; 2. ağıl – leksik vahidinə uyğun-
dur. Bu komponent isimlərə, feilə və keyfiyyət bildirən sifətlərə artırılaraq mənfi
yaxud müsbət keyfiyyətlərə malik şəxsi bildirən isimlər düzəldir:
-frei (sərbəst, azad) ׂ→ Freigeist (azad, sərbəst düşüncəli), schön (gözəl) ׂ→
Schöngeist (ədəbiyyat həvəskarı), flattern (1. yellənmək, 2. məc. hərdəmxəyal ol-
maq) ׂ→ Flattergeist (yüngüldüşüncəli adam).
-hals [-hals] elementi -geist elementindən fərqli olaraq yalnız mənfi keyfiyyət
bildirir: ismə, feilə, bəzən sifətə artırılır: der Hals (boyun, boğaz) sözünə uyğundur: die
Gans (qaz) ׂ→ Gänsehals (qazboğaz, boğazı uzun), das Pferd (at) ׂ→ Pferdehals
(atboyun), die Schlange (ilan) ׂ→ Schlangehals (ilanboğaz), lang (uzun) ׂ→ Langhals
(uzunboğaz), schreien (qışqırmaq), → Schreihals (danışıqda: çığırqan) və s.
-hase [-ha:zə] yarımsuffiksi. Bu komponent isimlərə artrıılaraq bir şeyə olan
arzu, meyil və həvəs bildirən isimlər düzəldir. Der Schi (ayaq xizəyi) ׂ→ Schihase
(xizək həvəskarı), der Film (film) ׂ→ Filmhase (film həvəskarı), der Fuβball
(futbol) ׂ→ Fuβballhase (futbol azarkeşi) və s.
-held [-helt] yarımsuffiksi. Bu element der Held (1. qəhrəman; 2. danışıqda
kinayə ilə işlədilir: heç nə bacarmayan adam). -held komponenti də məhz 2-ci mə-
naya uyğun gəlir. Bu komponent isimlərə artırılaraq insanlarda mənfiliyə meyil bil-
dirən isimlər əmələ gətirir:
das Messer (bıçaq) → Messerheld (başkəsən), das Bier (çaxır) → Bierheld
(əyyaş, içki düşkünü).
-hot [-ho:t] yarımsuffiksi – ismə, ikilikdə isim və feilə artırılaraq hər hansı bir
müəssisənin adının yerləşdiyi yeri bildirən isimlər düzəlir: der Bus (avtobus)
Bushof (avtobus parkı, avtobus vağzalı), der Gast (qonaq) → Gasthof (kiçik meh-
manxana), die Maschine (maşın) → Maschinenhof (maşın parkı), die Wirtschaft
(təsərrüfat) → Wirtschaftshof (təsərrüfat müəssisəsi).
-knecht [-kneçt] yarımsuffiksi. Bu komponent isimlərə artırılaraq hər hansı
bir məşğələnin növü ilə məşğul olan şəxsi bildirən isimlər əmələ gətirir; bəzən
Filologiya məsələləri – №7, 2013
140
ortada bitişdirici element də olur. Der Ochs (öküz) → Ochsenknecht (öküzsax-
layan), das Pferd (at) Pferdeknecht (mehtər, atabaxan), das Haus (ev) → knecht (ev
qulluqçusu, ev qarovulçusu).
-kopf [-kopf] yarımsuffiksi. Bu element der Kopf (bas) leksik vahidinə uyğundur.
-kopf yarımsuffiksi sifətlərə, nadir hallarda ismə artırılaraq şəxsin xarici
əlamətini bildirən isimlər düzəldir.
kahl (keçəl) → Kahlkopf (dazbaş, keçəl), kraus (qıvrım, buruq-buruq) →
Krauskopf (qıvrımsaçlı), flach (1. dayaz; 2. yastı) → Flachkopf (məc. küt adam), rot
(qırmızı) → Rotkopf (sarışın), der İgel (kirpi) → İgelkopf (kirpibaş, qıvrımsaç).
-kopf yarımsuffiksi ismin, sifətin və feilin əsasına artırılaraq mənfilik
xüsusiyyəti bildirən isimlər düzəlir:
Das Tier (heyvan) → Tierkopf (heyvanbaş, qanmaz, axmaq), das Holz (odun)
→ Holzkopf (anlayışı az), drehen (hərlətmək, fırlatmaq) → Drehkopf (işdən başı
çıxmayan), brausen (şiddətlənmək, coşmaq) → Brausenkopf (dəliqanlı), hitz (qızğın)
→ Hitzkopf (qızğıntəbiətli), toll (1. qudurmuş, quduz; 2. dəli) → Tollkopf (məc.
ağılsız; dəlisov), schlau (hiyləgər) → Schlaukopf (hiyləgər, bic, çoxbilmiş) və s.
-kram [-kra:m] yarımsuffiksi. Bu element isim və sifətə artırılaraq cəm ifadə
edən cansız əşyalara aid topluluğu bildirən isimlər əmələ gətirir.
Das Papier (kağız) → Papierkram (köhnə kağız, tullantı kağız), der Frödel
(cır-cındır; əski-üskü) → Frödelkram (şeytanbazar), grün (yaşıl) → Grünkram (göy-
göyərti).
-kram elementi abstrakt məfhumlu isimlərin əsasına artırılaraq topluluq
mənası bildirən isimlər düzəlir.
Das Gedächtnis (haddaş hafizə) → Gedächtniskram (pozulmuş yaddaş).
-mann [-man] yarımsuffiksi. Bu komponent müasir alman dilinin söz yaradı-
cılığında çox məhsuldardır və çoxişləkdir. Der Mann leksik vahidinə uyğundur. Der
Mann sözünün semantik cəhətdən aşağıdakı mənaları vardır – 1) kişi; 2) ər; 3)
adam.
-mann yarımsuffiksi isimlərə, ikilikdə ismə və feilə artırılaraq şəxsin sənətini,
peşəsini, məqsədinin növünü, əlaməti, nadir hallarda ailə münasibətləri bildirən
isimlər düzəlir:
Das Gemuse (göyərti) → Gümüsemann (göyərtisatan), das Eis (yumurta) →
Eismann (yumurtasatan), die Zeuting (qəzet) → Zeitunqsmann, das Geschäft
(mağara) → Geschäftsman (mağaraçı), der See (dəniz) → Seeman (dənizçi), das
Schift (gəmi) → Schiftmann (gəmiçi); die Wache (qarovul) + wachen (ayıq olmaq)
→ Wachman (qarovulçu, növbətçi), der Handel (ticarət, alver) + handeln (hərəkət
etmək) → Handelsmann (alverçi, tacir), das Spiel (oyun) + spielen (oynamaq) →
Spilmann (çalğıçı şeypurçu).
-mann yarımsuffiksi ilə müxtəlif mənalı isimlər düzəltmək mümkündür. Bir
neçəsinin adını çəkirik: Zimmerman, Dienstmann, Schlagmann, Tormann, Schnt-
tmann, Werkmann, Kirchenmann, Ordensmann və s.
-meister (-mæstər) yarımsuffiksi. Bu komponent eyni adlı leksik vahidə uy-
ğundur. Der Meister sözü bir çox semantik mənaya malikdir: 1) usta; 2) maestro;
rəssam; 3) alim; 4) idmanda: çempion, usta; 5) cənab; müəllim.
Həmin mənalara uyğun deyə bilrik ki, -meister yarımsuffiksi isimlərə, az
halda, ikilikdə isim və feilə artırılaraq der Meister sözünə uyğun mənada işlənərək
Filologiya məsələləri – №7, 2013
141
insanlarda olan ixtisas, peşə, sənət, vəzifə əlamətləri bildirən yeni isimlər əmələ gə-
tirir:
der Bäcker (çörəkbişirən, çörəkçi) → Bäckermeister (çörəkçi usta), der
Fleischer (qəssab) → Fleischermeister (qəssablıqda usta), der Bau (tikinti, bina) →
Baumeister (memar, tikinti mühəndisi), das Ballet → Bulletmeister (balet ustadı,
balet müəllimi).
-mensch [-men ] yarımsuffiksi. Bu komponent də der Mensch (adam, insan)
leksik vahidinə uyğundur.
-mensch yarımsuffiksi isimlərin əsasına artırılaraq, ilk növbədə, məşğuliyyət
növü bildirən isimlər düzəldir; bəzən bitişdirici element də tələb edir:
das Buch (kitab) → Büchermensch (kitab ticarəti işçisi), der Beruf (sənət) →
Berufsmensch (sənətkar), der Bau (tikinti, inşaat) → Baumensch (tikinti
mütəxəssisi), die Kraft (güc) → kraftmensch (pəhləvan) və s.
-mensch yarımsuffiksi də -mann yarımsuffiksi kimi isimdüzəltmədə
məhsuldardır və müxtəlif sahəni əks etdirən sözlər yarada bilir. Məsələn:
Das Gemüt (xasiyyət) → Gemütmensch (üzüyola), die Herde (sürü) →
Herdenmensch (kollektivin fikri ilə hərəkət edən adam), die Kultur (mədəniyyət) →
Kulturmensch (mədəniyyətli kimsə), die Brille (gözlük, eynək) → Brillenmensch
(gözlüklü kimsə) və s.
-mut [-mu:t] yarımsuffiksi. Der Mut leksik vahidi “cəsarət”, “mərdlik”, “igid-
lik”, “qoçaqlıq” kimi tərcümə olunur.
-mut yarımsuffiksi sifətlərə, isimlərə, bəzən feilə artırılaraq daxili vəziyyəti,
keyfiyyəti, insan əhval-ruhiyyəsini, cəsarəti və s. bildirən isimlər düzəldir. Azər-
baycan dilində -lıq
4
şəkilçisi ilə eynidir.
der Held (qəhrəman) → Heldenmut (qəhrəmanlıq), das Leben (həyat, yaşayış)
→ Lebensmut (gümrahlıq, həyat sevinci; frei (boş, azad) → Freimut (ürəyiaçıqlıq,
səmimilik), lang (uzun, uzunmüddətli) → Langmut (səbirlilik, dözümlülük), schwer
( 1. ağır, 2. çətin) → Schwermut (məyusluq, dərd, kədər) və s.
-ochse [-ɔksə] yarımsuffiksi. Der Ochse sözünə uyğundur: 2 mənada işlənir –
1) öküz; 2) kobud söz kimi axmaq, gic, tərcümə olunur.
-ochse şəkilçisi də 2-ci mənaya uyğundur. Bu şəkilçi isimlərin və feillərin
əsasına artırıldıqda mənfi, pis xüsusiyyətlərə malik şəxsi bildirir: das Heu (quru ot)
→ Heuochse (axmaq, gic), brummen (mırıldanmaq, donquldanmaq) → Brummoc-
hse (axmaq, gic) və s.
-narr [-nar] yarımsuffiksi. Der Narr (dəli, axmaq, gic) sözünə oxşasa da, isim-
düzəltmədə tam başqa məna ifadə edir.
-narr yarımsuffiksi isimlərə artırılaraq bir şeyin həvəskarı, aludəsi mənasını
bildirən isimlər düzəldir:
Die Blume (gül, çiçək) → Blumennar (çiçək dəlisi), das Buch (kitab) →
Büchernarr (kitab həvəskarı, aludəsi); Hans (şəxs adı) → Hansnarr (bəzək), der
Hund (it) → Hundemann (itpərəst, itbaz, it həvəskarı), das Kind (uşaq) →
Kindernarr (uşaqpərəst, uşaq dəlisi), die Musik (musiqi) → Musiknarr (musiqi
həvəskarı, musiqi dəlisi) və s.
-sack [-zak] yarımsuffiksi. Leksik vahid olan der Sack sözünün iki semantik
mənası vardır: 1. kisə; cib; 2) məc. kök, tosqun adam.Üslubi baxımdan məhz 2-ci
mənaya çox uyğun gəlir. Bu yarımşəkilçi sifətə, feilə, nadir hallarda isə ismin özünə
Filologiya məsələləri – №7, 2013
142
artırılaraq şəxsin mənfi keyfiyyətlərə malik olmasını, xüsusilə də xarici görkəmini
əks etdirən isimlər əmələ gətirir; danışıqda işlədilir:
fett (yağlı, tosqun) → Fettsack (şişbədən, şişman, tosqun). O cümlədən də
həmin mənada dick (yoğun, dolu) sözündən Dicksack (kök, tosqun adam) sözünü
də göstərmək olar, lügen (yalan danışmaq, aldatmaq) → Lügensack (yalançı, yalan
danışma, aldatma), → Lügensack (yalançı, yalan dağarcığı), fressen (yemək)
Freβsack (kinayə ilə işlədilir: acgöz, qarınqulu) və s.
-schirm [- irm] yarımsuffiksi. Bu komponent der Şirm leksik vahidinə
uyğundur. Der Şirm sözünün bir çox semantik mənası var: 1) çətir, günlük; 2) şap-
kanın qabağındakı günlük; 3) ekran, pərdə; 4) məc. müdafiə.
-schirm yarımşəkilçisi də çox hallarda der Schirm sözünə uyğun gəlir, isimlə-
rin əsasına artırılaraq cansız əşyalar üçün, əsasən də bir şeyi nədənsə qorumaq, mü-
dafiə etmək məqsədi daşıyan isimlər əmələ gətirir. Məsələn:
Der Regen (yağış) → Regenschirm (günlük, zontik), die Wand (divar) →
Wandschirm (dam, taxtapuş), die Leuchte (fənər, işıq) → Leuchteschirm (rentgen
ekranı), das Auge (göz sipər), Augenschirm (göz qoruyucusu) və s.
-sinn [-zin] yarımsuffiksi. Der Sinn leksik vahidi kimi: 1) duyğu, hiss; 2) mə-
na, əhəmiyyət məfhumları bildirir. -sinn yarımsuffiks kimi sifətlərə, isimlərə və fei-
lə artırılaraq isimlərə müsbət və mənfi xüsusiyyətlər, həmçinin insanların bacarıq və
qabiliyyətini, ürək fəaliyyətini bildirən mənalar verir.
-Das Gehör (eşitmə; eşitmə qabiliyyəti; musiqini dinləmə qabiliyyəti) →
Gehörsinn (eşitmə hissi, eşitmə qabiliyyəti, der Jrre (1. dəli) → Jrrsinn (dəlilik), fein
(nazik; incə) → Feinsinn (incə fikir), trüb(e) (bulanıq; 2. məc. qəmgin, tutqun) →
Trübsinn (ümidsizlik, qəmginlik), tasten (əllə hiss etmək, əlləmək) → Tastsinn
(toxunma hissi; toxunmaqla hiss etmə), flattern (1. yelləmək; 2. məc. hərdəmxəyal
olmaq) → Flattersin (dəyişkən fikir; meymun iştallı kimsə) və s.
-stoff [ t f] yarımsuffiksi. Leksik vahid olan der Stoff sözünün fəlsəfə ter-
mini kimi materiya; substansiya; fizika və kimya termini kimi maddə, cisim, mate-
rial, toxuculuq termini kimi parça, material və məcazi mənada şey, əşya, mövzu ki-
mi semantik mənaları vardır. Elə bu mənalara da uyğun -stoff yarımsuffuksi söz-
düzəltmədə çox məhsuldar olmaqla, ilk növbədə, isimlərə, sifətlərə və feillərə
artırılaraq kimyəvi birləşmələr məfhumu bildirən isimlər əmələ gətirir. Misal: das
Wasser (su) → Wasserstoff (kim. hidrogen), der Şaum (köpük, kəf) → Schaumstoff
(köpüklü, plastik), das Mineral (mineral) → Mineralstoff (mineral maddə), sauer
(turş) → Sauerstoff (kim. oksigen), das Gift (zəhər) → Giftstoff (zərələyici maddə),
roh (1. bişməmiş; 2. xam) → Rohstoff (xammal, xam maddə), heizen (yandırmaq)
→ Heizstoff (yanacaq), kleben (yapışdırmaq) → Klebstoff (yapışqan) və s.
-schaff [ af] yarımşəkilçisi, həmçinin bəzi isimlərə artırılaraq toplu formasın-
da parça materiallar mənasını bildirən isimlər əmələ gətirir: das Kleid (paltar) –
Kleiderstoff (əlbəsəlik qumaş), die Baumwolle (pambıq) → Baumvollestof (pambıq
parça), der Futter (astar) → Futterstoff (astarlıq parça), der Anzug (kostyum) →
Anzugstoff (kostyum parça).
-stoff yarımsuffuksi isimlərə və feilə artırılaraq təhsillə, yaddaşla, musiqi və s.
bağlı məna bildirən isimlər düzəldir: das Gedächtnis (yaddaş, hafizə) →
Gedächtnisstoff (öyrənilmiş maddələr), ona sinonim olan Lehrstoff sözünü də bura
əlavə etmək olar. Gespräch (şöhrət, danışıq) → Gesprächsstoff (danışıq), lernen
Filologiya məsələləri – №7, 2013
143
(oxumaq) → Lernstoff (oxu (dərs) materialı), die schule (məktəb), die Schulestoff
(məktəb ləvazimatı), der Unterricht (dərs) → Unterrichtsstoff (dərs danışma, dərs
nəqletmə) və s.
Ədəbiyyat
1. Словарь словообразовательных элементов немецкого языка. Москва. 1979.
2. Степанова М.Д. Словообразование современного немецкого языка. Москва.
1953.
3. Almanca-azərbaycanca lüğət. Bakı, 1971.
4. Deutsch-Türkisch Wörterbuch (Mevlut Sarı). İzmir.
Malahat Maharramova
The role of semi suffixes about muscular genre in wordbuilding
Summary
The presented article deals with semi suffixes existing in the process of
wordbuilding in contemporary German language; such as: -affe-; -bruder-; -bulle-; -
fex-; -freund-; -hals-; -hans. Generally in the given article there are more than 30
suffixes and examples with their explanation and translations into Azerbaijani an
language.
Малахат Магеррамова
Роль полусуффиксов, относящихся к мужскому роду, в словообразовании
Резюме
В статье даются сведения о полусуффиксах, участвующих в процессе
словообразования в современном немецком языке, среди которых особое
внимание уделяется полусуффиксам, относящимся к мужскому роду. К этим
полусуффиксам относятся -agge, -bruder, -bulle, -fex, -freund, -hals, -hans и др.
В целом, в статье приводится с выше 30-ти полусуффиксов и дается их
перевод на азербайджанский язык.
Rəyçi: Sərxan Abdullayev
filologiya üzrə elmlər doktoru, professor
Filologiya məsələləri – №7, 2013
144
Dostları ilə paylaş: |