Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту


Rəyçi: Professor  Akif Hüseynli    Filologiya  məsələləri – №5, 2014



Yüklə 3,51 Mb.
Pdf görüntüsü
səhifə37/48
tarix31.01.2017
ölçüsü3,51 Mb.
#7250
1   ...   33   34   35   36   37   38   39   40   ...   48

 

Rəyçi: Professor  Akif Hüseynli 



 

Filologiya  məsələləri – №5, 2014

 

 



360

ESMİRA RƏHİMOVA 

AMEA Nizami adına Ədəbiyyat İnstitutu 

esmira@mail.ru 

 

MÜASİR ƏDƏBİYYATŞÜNASLIĞIN  



TƏHLİLİ METODOLOGİYASINA BİR BAXIŞ 

 

Açar sözlər: sosrealizm, ədəbiyyatşünaslıq, metodoloji baxış, təhlil 

Ключевые слова: соцреализм, литературоведение, методологическое 

обозрение, анализ 



Key words: sosrealism, literary criticism, metodological view, analysis 

 

80-ci illərin sonları 90-cı illərin  əvvəllərindən  ədəbi bədii düşüncə kimi, 



ədəbiyyatşünaslıq və ədəbi tənqid də yeni bir sferaya daxil olur. Sovet elmi-nəzəri 

fikri üçün xarakterik olan yanaşma və yeni yaradıcılıq metodu süquta uğramış, 

birpartiyalı sistem ləğv olunmuşdu. Məlumdur ki, sosialist realizminin əsas 

məzmunu  ədəbiyyatı  təbliğat vasitəsinə çevrilməsi ilə yanaşı, onu sosializm 

cəmiyyətinin inkişafında "təkərcik" və "vintcik" funksiyasına artırmaqdan ibarət 

olmuşdur. Dünyadan təcrid olunmuş fövqəlcəmiyyətdə    ədəbi metod da fövqəl 

olmalı idi. Buna görə də ədəbi gedişatın özündən doğmayan, hakim ideologiyanın 

mətbəxində hazırlanaraq  ədəbi siyasətin aparıcı metoduna çevrilən sosialist 

realizminin ömrü o qədər də uzun olmur. Ötən yüzilin 60-cı illərindən zəifləməyə 

başlayan sosrealizmin dayaqları o artıq 80-ci illərdə yalnız deklorativ xarakter 

daşıyırdı. 80-ci illərin əvvəllərindən başlayaraq sosialist realizminin bir metod kimi 

artıq sosialist realizminin öz mövcudluğunu sürdürməsi sual altına alınır: 

"...Sosialist realizmi söz sənəti qanunlarının başı üzərindən, onun əzəli prinsiplərinə 

təcavüz edərək, sırf siyasi məqsədlərlə yeni cəmiyyətə uyğunlaşdırılmış, yalnız 

ideoloji dayaqlar üzərində duran süni və qurama bir metoddur. Bu, əslində dünya 

bədii təcrübəsində realizmdən imtina etməyin klassik forması idi: realizm həm 

prinsip etibarilə, həm də bir bədii inikas üsulu kimi tərksilah olunur, onun 

maarifçillikdən başlanan və  tənqiddən keçən yolu qapanır, yeni ədəbiyyat isə 

klassik poetik irsdən və dünya ədəbi prosesindən təcrid olunurdu" (1, 168). 

 Müasir nəzəri estetik fikir və elmi metodologiyanın formalaşması prosesi, 

əsıində elə sosrealizmin süquta uğramasından başlayır. Burada 60-cı illərdə gedən 

ədəbi prosesi və 60-cıların yaradıcılığını  kənara qoymaq olmaz. Belə ki, nəzəri 

fikrin də bədii düşüncənin üzərində tədqiqatlar apardığını nəzərə almış olsaq, onda 

sosrealizmin sərhədlərinin məhz bədii düşüncə vasitəsilə pozulduğunu görmək 

mümkündür. Doğrudur, 50-ci illərdə siyasi düşüncədə gedən yumşalmanın da rolu 

burada az olmamışdır; N.Xruşşov "yumşalma" siyasətindən sonra ədəbiyyatın 

inkişafı perspektivinin artması yeni düşüncənin imkanlarını artırdığı kimi, ədəbi-

tənqidi təfəkkürün də təşəkkülünə rəvac vermişdir. Ehkamçı və hakim ədəbi-estetik 

fikirin vurduğu zərbə onillər boyu ədəbi, ictimai fikrimizdə davam etmişdir. Lakin 

bu illərdə də mövcud sosial model qaldığından, Sovetlər birliyi öz mövcudluğunu 

qoruyub saxladığından köklü dəyişikliyin baş verməsi mümkünsüz olmuşdur. Bu 

isə o demək idi ki, sosrealizmin zərərləri hələ davam edir. 80-ci illərin ortalarından 

ədəbi, ictimai-siyasi təfəkkürdə yeniləşmə meylləri güclənir. Demək lazımdır ki, 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



361

müstəqillik dövrü Azərbaycan ictimai-siyasi düşüncəsinin formalaşması da bu mər-

hələyə  təsadüf edir. Millilik və beynəlmiləlçilik ideologiyasının mövcud şəraitdə 

bir-birilə uzlaşmaması ölkədə gedən siyasi proseslərdə üzə çıxır. Yeni təfəkkür və 

yeniləşmə ideologiyası  ədəbi siyasətin başlıca parametrlərini təşkil edir. Dövrün, 

zamanın tələbi olaraq yeniləşmə ideologiyası, yaxud yeni ictimai-siyasi, estetik fikir 

folklorumuzdan tutmuş çağdaş  ədəbiyyatımıza kimi bütün ədəbi həyat faktlarına 

yeni münasibət tələb edirdi. Yeni düşüncə tərzi ədəbi yeni əsərlərlə meydana gəldiyi 

kimi, özündən əvvəlki ədəbi prosesə də münasibət bildirməyi tələb edirdi. Əgər 60-

cı illər ədəbiyyatını 40-50-ci illər ədəbi tənqidi qiymətini verə bilmirdisə və bunun 

müqabilində 60-cıların öz tənqidçisi formalaşırdısa, 90-cı illər ədəbiyyatında ədəbi 

tənqidin üzərinə daha ağır vəzifə düşürdü. Bu vəzifəni vaxtında dərk edən tənqidçi 

Nizami Cəfərov həyəcan təbili çlaraq yazırdı: "Ədəbi-tənqidi təfəkkürün inkişafı 

üçün, heç şübhəsiz,  ədəbiyyat tarixinin qarşısında duran bir sıra problemlər həll 

olunmalıdır; buraya birinci növbədə,  ədəbi-bədii fikrin inkişaf məntiqinin 

aşkarlanması daxildir,-indiyə  qədər Azərbaycan  ədəbiyyatı tarixini əsasən Firudin 

bəy Köçərlinin təqdim etdiyi məzmunda qavrayırıq. Nəzəri fikir ədəbiyyat tarixinə 

demək olar ki, yerimir..." (2). 

Mövcud nəzəri fikrin ədəbiyyat tarixinə yeriməməsi o demək idi ki, hələ də 

ədəbi mühitdə sovet ədəbi-estetik düşüncəsi qalmaqdadır. Çünki mövcud 

vəziyyətdə ədəbi-tənqidi fikrin inkişafı iki tipoloji meylin-sosioloji tənqidlə estetik 

tənqidin dialektikasına münasibətdə müəyyən olunur. Bu iki meylin ədəbi-tənqidi, 

nəzəri fikrə inteqrasiyası prosesi isə olduqca ləng və  ağrılı keçir. Bunun bir çox 

obyektiv və subyektiv səbəbləri vardır ki, onun üzərində bir qədər geniş dayanmaq 

lazım gəlir. Diqqət edilirsə, 90-cı illərin sonuna qədər Azərbaycan  ədəbi tənqidi, 

nəzəri fikri hələ də öz yolunu müəyyənləşdirməmiş qalırdı.  

XX yüzilin sonlarında dünyanın ictimai-siyasi mənzərəsi dəyişdiyi kimi, 

humanitar düşüncə də dəyişikliyə məruz qaldı. Humanitar təfəkkürdə qlobal dəyiş-

iklik baş verdi. Yabançı ideologiyanın təsiri altında formalaşan  ədəbiyyatşünaslıq 

elmimiz çətin və mürəkkəb bir mərhələyə daxil oldu. Mərhələnin mürəkkəbliyinin 

şərtləndirən yalnız ədəbiyyatşünaslıq elmimizin bir sistemdən digərinə keçidi ağrılı 

keçirməsində deyildi, həm də ümumən humanitar təfəkkürdəki boşluğu doldurmaq, 

yeni humanitar təfəkkürün formalaşmasını  təmin etməkdən ibarət idi. Elmdə baş 

verən yeni texnologiyalar onun məzmununu da dəyişdi; kompyüter və ingilis dili 

məkanının artması onun dünyaya inteqrasiyasına rəvac verdi. Bu mərhələdə ideoloji 

meyllərin  ədəbiyyatşünaslığa və bədii düşüncəyə təsir imkanları azalır. Humanitar 

təfəkkür partiya liderlərinə deyil, saf, təmiz elmin nəzəriyyəçilərin  əsərlərinə 

üstünlük verir. K.Marks. F.Engels, V.İ.Lenin  əsərləri öz funksionallığını 

itirdiyindən ona istinadlar da azalır. Bunun əvəzində  nəzəri  ədəbiyyatşünaslıqda 

Z.Freydin, R.Bartın, M.Baxtinin, Y.Lotmanın, Proppun və başqalarının  əsərlərinə 

etibarlı  mənbə kimi müraciətlər çoxalır. Bir əsrə yaxın bir dövrdə  ədəbiyyatın 

marksist-leninçi metodologiyasının birdən-birə  ədəbi prosesdən çəkilməsi  ədəbi 

mhitdə bir vakuum yaratmış oldu. Doğrudan da bu mərhələdə siyasi proseslərin 

sürətlə inkişafı 20-30-cu illərdəki  ədəbi prosesə  bənzəyən bir inkişaf yolunu 

şərtləndirdi. Bu dəfə folologiya elmləri dokrtoru, prof. Şirindil Alışanlının qeyd 

etdiyi kimi "qloballaşma və milli mədəniyyətlər problemi" (3, 14) ortaya çıxdı. 

Mövcud qəliblərin dağılması prosesinin sürətlə getməsi nəticəsində yaranan boşluq 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



362

bir müddət doldurulmadı. Bundan başqa,  əvvəlki dövrün ədəbi-tarixi prosesinə, 

ayrı-ayrı yazıçıların yaradıcılığına qiyməvermədə də əvvəlki dövrlərə uyğun səhvlər 

buraxıldı. Hətta sovet dövrü ədəbiyyatının üstündən bütünlüklə  xətt çəkmək 

tendensiyası bir müddət  ədəbi prosesi məşğuk etdi. Ədəbiyyatşünas  Ş.Alışanlının 

qeyd etdiyi kimi: "XX əsr  ədəbiyyatını qiymətləndirmədə belə  ədəbi-estetik 

təsəvvürlərin inersiya ilə davamı, ədəbiyyatşünaslığın şüuraltı qənaətinə çevrilməsi 

prosesi davam edir. Çünki yanlış  təsəvvür yaradan tarixi proseslər cari ədəbi 

prosesdə  də mövcuddur. Halbuki, bu dövrün bir çox nümayəndələrinə, konkret 

əsərlərə verilən qiymətləridəyişməyə, daha doğrusu, yenidən dəyərləndirməyə 

ədəbiyyatşünaslığın şüuraltı qənaətləri, vərdişləri mane olur" (3, 22).  

Yeni mərhələdə ədəbi tarixi proses özünəməxsus bir yol keçir; bu yol ictimai-

siyasi epoxanın təzühürü olaraq meydana çıxan milli müstəqilliyin, azadlığın və 

bununla yanaşı Qarabağ  işğalının ağrıları altında davam edən bir prosesdir.

 

Tənqidçinin  ədəbi prosesdə  tənqidin rolunu düzgün müəyyənləşdirur. 



Doğrudan da 90-cı illər  ədəbi prosesində  tənqidin zəifləməsi kimi görünən nəsnə, 

əslində  tənqidin öz yerini tapması kimi müəyyənləşir. Bundan bəzi tənqidçilər 

narahat olmağa başlaması isə tənqidin köhnə nüfuzunu qaytarmaq məqsədi güdür. 

Yeni  ədəbi tarixi prosesdə  tənqidin bu durumunu "tənqidin ölümü" (C.Yusifli) 

olaraq müəyyənləşdirənlər özləri də bilmədən tənqidin "prokuror ədası"nı qaytar-

maq üçün çalışırlar.  

Burası etiraf edilməlidir ki, 90-cı illərin  əvvəllərindən başlayaraq ta sonuna 

yaxın ədəbi prosesin özündə bir süstlük vardı; lakin bu süstlüyü yalnızca tənqidin 

ayağına yazmaq doğru olmazdı; çünki bütün siyasi təlatümlər dövründə siyasi 

publisistika önə çıxdığında ədəbi proses bir qədər geri çəkilməli olur. Nəinki ədəbi 

tənqid, elə bədii düşüncənin özündə də yeni yol arayışları bir müddət ədəbi mühitdə 

boşluq yaradır. Ancaq bunu tənqidin və onun hələ tam formalaşmamış 

metodologiyasının ayağına yazmaq doğru olmazdı.  

Tənqidçi E.Akimovanın 90-cı illərin  əvvəllərində  ədəbi tənqidin tənəzzülə 

doğru getməsi fikrində (4, 185-187) müəyyən həqiqət vardır; tənqidçinin o iddiası 

da yerinə düşür ki, tənqidin tənəzzül prosesi 80-ci illərin sonlarından özünü 

göstərməyə başlamışdır. O, 1985-ci ildə "Azərbaycan" jurnalında təşkil edilən 

"Gəlin tənqidi unutmayaq" adlı toplantıda  ədəbi tənqidin həlli ilə bağlı heç bir 

tədbirlərin görülməməsinə diqqət çəkir. Tənqidçilər bu toplantıda "tənqidin 

bugünkü  ədəbiyyatın problemləri ilə ciddi maraqlanmamalarını" irad tutmuşdular. 

E.Akimovanın fikrincə "...bir qədər sonra tənqidin ixtiyarına verilən  ədəbi tribu-

nalar, demək olar ki, sahibsiz qalır" (4, 185).  

Qeyd etmək lazımdır ki, ədəbi tənqidin 90-cı illərin əvvəllərindən zəifləməsi 

ilə bağlı fikirlər  hər zaman olmuşdur, ancaq bu dəfə doğrudan da ədəbi tənqid 

özünün ən zəif günlərini yaşayırdı. Əslində isə ədəbi tənqidin bu dəfəki zəifliyini, 

dişsizliyini şərtləndirən amillər olmuşdur. Bu amillər içərisində ədəbi tənqidin digər 

mərhələsi ilə üst-üstə düşən faktorlar da vardır. Lakin başlıca faktor ədəbiyyatın, 

ədəbi prosesin özünün siyasi hadisələr fonunda görünməməsi, yaxud bilərəkdən geri 

çəkilməsi olmuşdur. Silahlar açılanda, toplar, mərmilər partlayanda, torpaqlar işğal 

olunanda  ədəbi prosesin durumu bütün reallığı ilə aydın olur. Qarabağ 

müharibəsində  hər atılan top, mərmi, güllə bir vətəndaşa, onun evinə, ailəsinə 

tuşlananda ədəbi tənqid ona nə ilə cavab verməli idi?!Tənqidçi T.Əlişanoğlu da 90-



 

Filologiya  məsələləri – №5, 2014

 

 



363

cı illərin ədəbi tənqidinin metodoloji arayışlarını önə çəkərək ədəbi tənqidin nəzəri 

və funksional imkanlarının daraldığını, tədricən tükənməyə doğru getdiyini iddia 

edirdi (107). Tənqidçi doğru olaraq çağdaş  ədəbiyyatşünaslıq və  ədəbi tənqidin 

metodoloji baza və  dəyərlər sistemini hansı milli irsin müəyyən etməsi sualına 

cavab axtarır. Məlumdur ki, uzun müddət yüzilliklər boyu Azərbaycan  ədəbiyyatı 

Şərq kontekstində inkişaf etdikdən sonra Qərb kontekstinə daxil olmuş  və  hər iki 

kontekstdə çoxlu bədii düşüncə  məhsulları vermişdir. Müstəqillikdən sonra isə 

Azərbaycan tənqidinin qarşısında yeni bir metodoloji bazanın yaranması ehtimalı 

durur ki, tənqidçi milli ədəbi tənqidin bir neçə  əsrdən sonra maarifçilik funksiya-

sından sonra yeni mərhələyə daxil olmasını  əsaslandıraraq yazır: "İlk baxışda 

obyektiv  şərait-milli həyatın müstəqillik epoxasına qədəm qoyması ilə humani-

tarinin bir zaman mövcud olan vahid ideoloji məkan, total təfəkkürdən uzaqlaşmaq 

imkanı (1) və subyektiv amil-yuxarıda haqqında danışdığımız mündəricə, milli 

ədəbiyyatşünaslığın bu vaxtadək topladığı təcrübə sahənin uğurunu təmin etməli idi. 

İntensivlik baxımından həqiqətən də belədir; elmi məqalələr, monoqrafiyalar, 

kitablar əvvəlkindən bəlkə də çox yazılır, dissertasiyalar müdafiə olunur, amma bu 

heç bir yeni metodoloji səviyyəyə, sıçrayışa gətirib çıxarmamışdır; bu-özünü 

məxsusən  ədəbi tənqidin təcrübəsində, yeni platforma yoxluğu və  zəminsizliyində 

hiss elətdirir (5). 

Qeyd etmək lazımdır ki, əvvəlki nəzəri-metodoloji bazanın öz əhəmiyyətini 

itirməsindən sonra onun yerini nəyin dolduracağı ilə bağlı  tənqidçi və 

ədəbiyyatşünaslardan B.Nəbiyev,  Ş.Salmanov,  Ş.Alışanlı da müxtəlif məqalə  və 

çıxışlarında vurğulamışlar. Nəzəri-metodoloji düşüncə  hər zaman dəyişməyə 

məhkum olmadığı kimi, onu süni yolla da dəyişdirmək mümkün deyil. Tarixi 

şəraitə uyğun olaraq formalaşan nəzəri-metodoloji aspektlərin ömrü çox zaman elə 

həmin sistemin ömrü qədər olur. Tənqidçilərin narahatlığı da başadüşüləndir; 

marksizm-leninizm nəzəri metodologiyasə öz ömrünü başa vurduqdan sonra 

yaranmış boşluq öz yerini nəyin hesabına doldurmalıdır? Bir şey aydındır ki, hələ 

bu nəzəri-metodoloji baza formalaşmamış, necə deyərlər bütünlüklə ədəbi tənqid və 

ədəbiyyatşünaslıq elminin sütununa çevrilə bilməmişdir. Tənqidçi  Ş.Alışanlı 

ədəbiyyatşünaslığın öz nəzəri-metodoloji "meyarlarını, dəyərlərini və prinsiplərini 

müəyyənləşdirməsi" ilə bağlı narahatlıqları ümumən  ədəbi mühitə  də aid etmək 

olar. O, marksizm-leninizm metodologiyasının öz ömrünü başa vurmasından sonra 

hansı  nəzəri metodologiyaya sahib olmanın və hansı istiqamətdə inkişaf etmənin 

qayğılarını paylaşaraq "müasir ədəbi-nəzəri fikir yeni metodoloji məktəblər 

istiqamətində inkişafa tarixi təcrübənin nailiyyətləri zəminində hazırlanmalıdır" (2, 

15) qənaətinə gəlirdi.  

Əslində, sosrealizmin mövcud bədii düşüncəni axıradək apara bilməməsi 60-

cı illərdən özünü biruzə verməyə başlamış və bunun da nəticəsi olaraq ədəbiyyatda 

yeni bir nəsil yaranmışdı. Bədii düşüncədəki bu yenilikçiliyin ardınca elmi düşün-

cədə də bir dəyişmə, yeniləşmə özünü göstərir. Tənqidçi Asif Əfəndiyevin, Məsud 

Əlioğlunun araşdırmaları isə, demək olar ki, marksist-leninçi metodologiyanın 

stereotiplərinə uyğun gəlmirdi. Yaşar Qarayevin obrazlı tənqidi dövrün ədəbiyyatını 

mövcud ideolojiyə əsaslanan metodlarla təhlil etməkdən uzaq olub yeni bir streotip 

formalaşdırmağın yollarını göstərirdi. "Altmışıncıların" özünün tənqidçilərini 

formalaşdırması da mövcud metodologiyanın sərhədlərinin məhduduğuna bir işarə 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



364

idi. "Altmışıncılar" nəslinin əsərlərinin köhnə stereotiplərlə təhlilinin mümkünsüz-

lüyü yeni bir tənqidçi komandasının formalaşmasını şərtləndirdi. baxmayaraq ki, bu 

komanda bir qədər gec formalaşdı, ancaq artıq 60-cı illərdən başlayaraq Pənah 

Xəlilov, Qulu Xəlilov,  İsrail Mustafayev, Akif Hüseynov, Kamil Vəliyev, Aydın 

Məmmədov, Kamal Abdullayev və başqalarının məqalə  və  tədqiqatlarında bədii 

materiala mətn baxımından yanaşmanın əsası qoyuldu.  

Beləliklə, XXI yüzilin astanasında Azərbaycan  ədəbi tənqidi fikrinin 

ziddiyyətli bir yol keçdiyinin şahidi oluruq; nə  qədər mürəkkəb dövrlərdən 

keçməsinə  rəğmən böyük bir ədəbi-nəzəri təcrübə  də toplamış olur. Yeni nəzəri-

metodologiya axtarışı isə, bizə elə  gəlir ki, öz ömrünü başa vurmuş bir 

metodologiyanın yerini sadəcə bir başqası ilə doldurmaqdan ibarət deyil. 

Metodoloji məktəblər də  hər zaman yaranmır, yaxud hər bir xalq ayrıca bir 

metodolojiyə əsaslanmır. Bunun üçün müəyyən vaxt və zaman lazımdır. Fikrimizcə, 

bu zaman artıq gəlmişdir və yalnız humanitar təfəkkürdə deyil, bütün sahələrdə 

modernizm və postmodernizm yeni bir istiqamətdə  nəzəri-metodoloji istiqamət 

açmışdır ki, bədii düşüncə kimi, elmi araşdırmalar da getdikcə öz işini məhz bu 

istiqamətdə qurmalıdır. 

                                           

Ədəbiyyat 

 

1.  İsmayılov T. Əlvida, sosialist realizmi. "Azərbaycan2 jurnalı, 1994, N1-3, 



s.167-170  

2.  Yeni təfəkkür və nəzəri estetik irsimiz. "Ədəbiyyat və incəsənət" qəzeti, 1988, 

29 iyul 

3.  XX əsr Azərbaycan ədəbiyyatı məsələləri. Bakı, "Elm" nəşriyyatı, 2006, 428 s. 

4.  Akimova E. 90-cı illər  ədəbi prosesində  tənqidin yeri. "Azərbaycan" jurnalı, 

2005, N3, s. 185-187 

5. Əlişanoğlu T. Ədəbi tənqidin nəzəri problemlərinə dair. "Ədəbiyyat qəzeti, 2000, 

27 oktyabr 



 

      Эсмира Рагимова   

Обзор методологии анализа современной литературоведения 

Резюме 

 

В  резюмируемой  статье  освещены  проблемы,  связанные  с  изменением 



методологических  подходов  в  оценке  литературного  процесса,  в  частности, 

современной  национальной  прозы,  обусловленных  переосмыслением  кри-

териев  литературоведения  и  критики  в  период  независимости.  Отмечается 

расширение  теоретических  и  чисто  функциональных  возможностей  ли-

тературной  критики,  в  том  числе  в  процессе  формирования  инструментария 

литературно-эстетического  анализа.  Данные  позиции  раскрываются  на  при-

мере конкретного анализа образцов современной азербайджанской прозы. 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



365

Esmira Rahimova 

A review of the methodology of analysis of contemporary literary criticism 

Summary 


 

In the article searched the problems associated with changes in  metho-

dological approaches of literary process, in particular, modern national prose caused 

rethinking criteria and literary criticism in the period of independence. Noticed 

growing theoretical and purely functional possibilities of literary criticism , 

including in the process of forming tools literary and aesthetic analysis. This item 

disclosed by the example of a concrete analysis of samples of modern Azerbaijani 

prose. 


 

Rəyçi:                  Bədirxan Əhmədov 

                   filologiya elmləri doktoru, professor 

 

 

 



  

 

    



   

 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



366

FİKRƏT SÜLEYMANOĞLU  

AMEA Ədəbiyyat İnstitutu 

fikret55@mail.ru 

 

BULUD QARAÇORLU SƏHƏNDİN ƏSƏRLƏRİNİN NƏŞRİ 

TARİXİNDƏN 

 

Açar sözlər:  Ana dili, ilk mətbu  şeirlər, ilk kitab, divan, “Dədəmin kitabı” poe-

malar silsiləsi. 



Ключевые слова: Родной язык, первые опубликованные стихи, первая книга, 

диван, серия поэм “Книга моего отца". 



Key words: Mother tongue, his first published poems, the first book, the selected 

poems of the poet, a series of poems “My Fathers book” 

 

Cənubi Azərbaycanda anadilli ədəbiyyat və milli özünüdərk tarixinin ən 

parlaq simalarından biri olan Bulud Qaraçorlu Səhəndin (1926-1979) 35 illik ədəbi 

yaradıcılıq fəaliyyətindən  ədəbiyyatımıza 16 000 misraya yaxın poetik irs yadigar 

qalmışdır. Farsca qələmə aldığı bir necə şeir, tərcümə və məqaləsini çıxmaqla, o, 

bütün əsərlərini ana dilində yazmışdır.   

Cənublu şairlərimiz arasında şeirləri rəsmi nəşrlərdə ən erkən yaşında çap olu-

nanlardan biri də  Səhənddir. Milli azadlıq mücadiləsi günlərində  qələmə aldığı 

“Alqış”, “Fədailər marşı” və “Keçmiş fədailərimizin yadı” sərlövhəli üç şeiri 1945-

ci ildə  Təbrizdə  “Şairlər məclisi” məcmuəsində [31/346-348] “Razi” təxəllüsü ilə 

dərc olunanda onun cəmi 19 yaşı vardı. Halbuki həmin məcmuədə toplum arasında 

artıq bu və ya digər dərəcədə tanınmış sənətkarlara yer verilmişdi. Lakin el dili ilə 

desək, Səhəndin ilk mətbu şeirlərinin “ayağı elə də sayalı olmadı”.   

1946-cı ildə Milli Hökumətin süqutundan sonra Pəhləvi rejiminin bütün basqı-

larına və ana dilində nəşrlərə qoyduğu qadağalara rəğmən, Səhənd ədəbi yaradıcı-

lıqdan  əl çəkməsə  də  əsərlərinin növbəti nəşrini görmək üçün uzun müddət 

gözləməli oldu. Zindanlarda və sürgündə keçən illər  ərzində onun hələ  işıq üzü 

görməmiş  əsərlərinin bir çoxu it-bata düşdü. Amma bütün bu məhrumiyyətlərə 

baxmayaraq şair “Xatirə” və “Araz” poemalarını 1953-cü ildə gizli şəkildə rotator 

üsulu ilə kiçik tirajla çap etdirib yaxın adamları arasında yaymağa müvəffəq oldu 

[28/25]. Onun mətbəə üsulu ilə çap olunan ilk kitabı –  “Sazımın sözü” isə yalnız 

1965-ci ildə Tehranda “Şəms” nəşriyyatında işıq üzü gördü [27]. Kitab qeyri-rəsmi 

şəkildə – müvafiq dövlət qurumlarından gizli çap olunmuşdu. Nəşrə  şairin dostu 

Məhəmmədəli Fərzanənin (1923-2006) yazdığı “M.Ə.F” imzalı ön söz, “Dədəmin 

kitabı” poemalar silsiləsinin üç bölümü – “Duxa Qoca oğlu Dəli Domrul”, “Dirsə 

xan oğlu Buğac” və “Qanlı Qoca oğlu Qanturalı” boyları, eləcə də 5 səhifəlik lüğət 

daxil edilmişdi. Qeyri-rəsmi də olsa, bu nəşr Səhəndin Cənubi Azərbaycanın ədəbi 

dairələrində yalnız istedadlı bir şair yox, həm də  vətənpərvər bir insan kimi 

tanınmasında və söz sahibi olmasında böyük rol oynadı. 

Şah senzurası xəbər tutub kitabı yığışdırınca onun tirajının yarıdan çoxu artıq 

yayılmışdı. Şair sonralar kitabın hətta Bakıya gəlib çıxmasından uşaq kimi sevinir, 

həmin hadisəni xatırlayaraq deyirdi: “Söz kamandan ayrılan ox kimidir, ağızdan 

çıxdımı, daha onu geri qaytarmaq olmaz. Kitabım toqif olanda mən bu həqiqəti də 



 

Filologiya  məsələləri – №5, 2014

 

 



367

dərk etdim ki, kitab mətbəədən çıxdımı, onu yığıb-yığışdırmaq mümkün deyil. 

Şəhər-şəhər, hətta ölkə-ölkə yayılır” [2]. 

Kitabın “Qaracıq çoban”, “Bəkil oğlu  Əmran” və “Təpəgöz” 

boy//poemalarının daxil olduğu ikinci hissəsi də beləcə – gizli şəkildə 1971-ci ildə 

çap olunub yayılmışdı. 

Səhəndin  əsərlərinin  Şimalda – Azərbaycan SSR-də ilk nəşri də elə  həmin 

dövrə  təsadüf edir. 1965-ci ilin martında musiqı xadimlərimiz Tehranda qastrol 

səfərində olarakən tamaşaçılardan biri konsertdən sonra xalq artisti Şövkət  Ələk-

bərovaya gül yerinə bir kağız bükülüsü uzadıb deyir: “Mənim də hədiyyəm budur!” 

Şövkət xanım Bakıya qayıtdıqdan sonra bükülünü – 23 vərəqədə çap olunmuş 786 

misradan ibarət olan “Dəli Domrul” poemasını  ədəbiyyatçı alimlərimizə verir. 

Onlar da bu “hədiyyə”ni akademik Mirzə  İbrahimova çatdırırlar. Mirzə müəllim 

“Ədəbiyyat” qəzetində “Dəli Domrul” adlı məqalə ilə çıxış edir, poemadan parçalar 

verməklə  əsərin bədii məziyyətlərindən söhbət açır və onu “Şəhriyarın 

“Heydərbabaya salam”ından sonra Cənubdan bizə  gələn  ən qiymətli yadigar və 

qardaşlıq  töhfəsi” adlandırır. Lakin altında “1343-cü il, azər ayı” və mürəkkəblə 

B.K.Şimşək” yazılmış poemanın müəllifinin kimliyinin “məlum olmadığını” qeyd 

edir [21].  

Əlbəttə, indi hamı yaxşı başa düşür ki, böyük ziyalı bununla irtica mühitində 

ana dilində  əsər yazıb gizli şəkildə çap etdirmiş, yaxından tanıdığı  Səhəndi  şah 

rejimindən qorumağa çalışmışdır. Qeydin maraqlı tərəflərindən biri isə şairin özünü 

başqa bir təxəllüslə – “B.K.Şimşək” təxəllüsü ilə təqdim etməsidir. Şübhəsiz ki, bu 

məsələ ayrıca araşdırma tələb edir. Belə ki, bunun konspirasiya məqsədilə edildiyi, 

yaxud Səhəndin həmin dövrdə  həqiqətən də  “B.K.Şimşək” təxəllüsü ilə  əsərlər 

yazıb-yazmadığı aydınlaşdırılmalıdır. Çünki həmin dövrdə Tehranda Azərbaycanlı 

ziyalıların gizli ədəbi məclislərində  Səhəndlə birlikdə  fəaliyyət göstərmiş 

Dr.Salamullah Cavid “Xatirələr”ində bu haqda müəyyən ipucu da verir: “O dövrdə 

azərbaycanca bir cümlə belə çap etdirməyə icazə verilmədiyi üçün arabir ana 

dilində gizli çap olunan kitablara “rəmzi” adlar və imzalar qoyurduq” [13/78]. Bu 

da məlumdur ki, Səhənd hətta professor R.Əliyevin Tehranda nəşr etdirdiyi 

“Fəzlullah Nəimi və  İmadəddin Nəsiminin farsca divanı”na yazdığı ön sözü də 

S.Cuya” imzası ilə çap etdirmidir [29/13]...  

İranda nəşriyyat qapıları üzünə bağlandığından Səhənd çətin də olsa, Bakıda 

dərc olunmağa böyük önəm verir, bunun üçün fərqli yollar axtarırdı. Məsələn, o, 

1973-cü ildə bir neçə  şeirini  İranda səfərdə olan Dağıstanın xalq şairi Rəsul 

Həmzətov vasitəsilə Bakıya göndərmişdi. O da öz dostu – xalq şairi Nəbi Xəzrinin 

dəstəyi ilə həmin şeirlərin –  “Moskva səfəri”, “Almazlar”, “Buzçiçəyi” və “Səbir 

daşı”nın 1974-cü ildə “Azərbaycan” jurnalında dərc edilməsinə nail olmuşdu 

[1/178-180]. Lakin redaksiyada həmin  şeirlər üzərində aparılan  əməliyyat redaktə 

işindən daha çox “cərrahiyyə” işinə bənzəyirdi. Jurnalda şairin məşhur “Mədineye-

fazilə”  şeirinin “Moskva səfəri” adı ilə  təqdim edilməsinin məntiqi yenə  də 

anlaşılandır. Belə ki, “Mədineye-fazilə” deyərkən, elə  Səhənd özü də Moskvanı 

nəzərdə tuturdu. Amma “İncilər”  şeirinin adının “Almazlar” kimi verilməsinin və 

üzərində aparılmış “redaktə”  əməliyyatının məntiqi başa düşülən deyil. Məsələn, 

şeirin orjinalı ilə “Azərbaycan” jurnalındakı nəşri arasında fərqi nəzərdən keçirək: 

 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



368

Göy öz incilərini,                   Göy öz almazlarını 

seçib qəlbirləyirdi.                 Töküb qəlbirləyirdi. 

İncilər damla-damla,              Gor təkin ağız açan 

tökülüb ələnirdi                      Gecənin daxmasına. 

gor təkin ağız açan                 Ətəyi yırtıq imiş 

gecənin daxmasına.                Bulud ətəyin açdı, 

Yellər buludu qovdu, 

Bulud ətəyin açdı,                  Almazlar damla-damla 

incilər yağış oldu,                  Süzülüb tökülürdü 

yağdı dənizlər doldu.             Göyün qəlbiri yenə 

Yel əsdi                                 Almaz ilə doluydu. [1/178] 

bulud qaçdı, 

göyün qəlbiri yenə, 

incilərlə dolu idi. [5/205] 

 

Əlbəttə, açıq-aydın görünür ki, jurnal redaktorunun şeirin mətninə müdaxiləsi 



yalnız onun adının dəyişdirilməsi ilə deyil, həm də üslubuna və poetik ruhuna 

neqativ təsirlə nəticələnmişdir.  

1982-ci ildə “Ədəbiyyat və incəsənət” qəzeti şairin “Araz” poemasını ilk dəfə 

müəyyən ixtisarlarla dərc etmişdir [25]. İxtisarların xarakteri “əməliyyat”ın sovet 

senzurasının təsiri altında aparıldığını güman etməyə  əsas verir. Belə ki, həmin 

parçalarda Azərbaycanın iki yerə bölünməsi və şimal hissəsinin ilhaqı ilə bağlı çar 

Rusiyasının ünvanına ağır ittihamlar yer alır.  Şübhəsiz ki, bu, həmin dönəmdə 

Şimali Azərbaycanın Rusiyanın tərkibinə könüllü surətdə daxil olması ilə bağlı 

uydurulmuş “rəsmi baxış”a uyğun gəlmirdi. 

Səhəndin ilk rəsmi kitabı isə 1980-ci ildə Ankarada Türkiyə Kültür Bakanlığı 

tərəfindən “Sazımın sözü” adı altında nəşr edilmişdir. Tərtibatçı – professor 

D.Yıldırım əsərə “Söz başı” və “Dədəmin kitabı”nın altı bölümünü daxil etmişdir: 

“Duha Kocaoğlu Deli Dumrul”, “Dirse Hanoğlu Boğac”, “Kanlı Kocaoğlu 

Kanturalı”, “Karacuk Çoban”, “Bekiloğlu Emren” və “Tepe Göz” [8]. Bu nəşr türk 

oxucusunu XX əsrin ortalarında Cənubi Azərbaycanda gedən ədəbi proses və onun 

ən fəal iştirakçılarından biri ilə yaxından tanış etmək baxımından təqdir edilməli 

addım idi. Kitabın sonunda anlaşılmayan sözlərin lüğəti də verilmişdir. 

 “Dədəmin kitabı” poemalar silsiləsi tam şəkildə 2002-ci ildə Ankarada Türk 

Dil Kurumu tərəfindən professor Dursun Yıldırımın tərtibatı ilə 4 kitabda, həm də 

eyni zamanda ərəb və latın əlifbaları ilə nəşr olunmuşdur [6-7]. 

Kitabların hər birində  tərtibçinin qələmə aldığı “Söz başı”, eləcə  də  şairin 

həyat və yaradıcılığından bəhs edən “Bulud Karaçorlu Sehend” adlı  məqalə 

verilmişdir. Çox qiymətli hesab etdiyimiz bu nəşrin  ən ciddi qüsuru isə  mətnlərin 

türk dilinə adaptasiyası zamanı yol verilmiş səhvlərdir. Onu da qeyd etmək lazımdır 

ki, ədəbiyyatşünas Fethi Gedikli də nəşrin bu qüsurlarına diqqət yetirmişdir [18].  

Məsələn,  şair “Dədəmin kitabı”nı çox sevdiyi S.Vurğunun “Şəfqət bacısı” 

şeirindən götürdüyü məşhur misralarla, həm də ona fərqli mənalar verməklə 

tamamlayır:  

 

 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



369

Haqq mərd igitləri qoruyar, saxlar,  

Vurğunsuz bu gözəl məna doğrulmaz:  

“Əlinlə qurduğun barlı bağçalar,  

Tufanlar qopsa da saralıb solmaz”.  [26/486] 

 

Türkcə mətndə isə oxuyuruq: “Vurgun, söz gözel mana doğrulmaz” [6/772]. 



Və yaxud, “Hələ yeni güllər açacaq bağın” misrası  “Hele, yėni guller acanaġ 


Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin