Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 3,51 Mb.
Pdf görüntüsü
səhifə39/48
tarix31.01.2017
ölçüsü3,51 Mb.
#7250
1   ...   35   36   37   38   39   40   41   42   ...   48

 

   Perixanim Muradova

Pedagogical Activity Firidun bey Kocharlinski 

Summary 

 

F. Kocharli one of the well known persons in the Azerbaijan literacy. F. 



Kocharli was not only the literary critic, at the same time he was a good teacher.  

The bright example of his folklore literary was the book “The Materials For the 

History of Azerbaijan literature”. 

. Kocharli was an intellectual and a patriot who loved his nation. He sought to 

educate its nation. To his students Kocharli treated as own children. 

 

 



Rəyçi:  Professor Şamil Vəliyev 

 

Filologiya  məsələləri – №5, 2014

 

 



381

                                                                   KƏRİMULLA MƏMMƏDZADƏ                           



                                                AMEA  M.Füzuli adına Əlyazmalar İnstitutu    

                                                                                 kerimullah@box.az 

 

               GELİBOLULU MÜSLİHƏDDİN MUSTAFA SÜRURİNİN  

               “BƏHRÜL-MAARİF” ƏSƏRİNDƏ MÜƏMMA SƏNƏTİ 

 

Açar sözlər: “Bəhrül-maarif”, Süruri, müəmma, 



Ключевые слова: “Бахрул-маариф”, Сюрури, 

Key words: “Bahrul-maarif”, Sururiy, muamma 

 

 Orta  əsr türk ədəbiyyatının tanınmış alimi Gelibolulu Müslihəddin Mustafa 



Sürurinin m. tarixlə 1549-cu ildə qələmə aldığı bu əsər poetikaya daha dəqiq desək 

ədəbiyyat nəzəriyyəsinə aid yazılmış  əsərlərin  ən samballısıdır. Düzdür Süruriyə 

qədər bu mövzuda bir neçə əsər yazılmış olsa da bunların heç biri “Bəhrül-maarif” 

qədər geniş, zəngin və poetikaya aid məsələləri ən xırda detallarına qədər incələyən 

əsərlər olmamışlar. Süruriyə qədər bu səpkidə bir neçə əsər yazılmışdı və təbii ki, o, 

da bu əsərlərin mövcudluğundan xəbərsiz deyildi amma həqiqətən diqqət yetirsək 

görərik bu mövzuya aid yazılmış olan Əlişir Nəvainin “Mizanül-övzan”, Babur 

Şahın “Əruz-risaləsi” kimi əsərlər yalnız  əruz və  əruzun Türk şeirində  tətbiqi ilə 

bağlı bilgilərdən ibarət olmuşdur. Amma Sürurinin “Bəhrül-maarif”inə  nəzər 

saldıqda görürük ki, müəllif öz əsərində əruzla yanaşı nəzm və onun janrlarına, ədə-

bi sənətlərə və hətta o zamanlar ədəbiyyatda çox da yayqın olmayan nəsrə aid çox 

dəyərli bilgilər vermiş,  ədəbiyyata aid terminləri açıqlamış, onların lüğəvi 

mənalarını qeyd etmişdir. Əsəri tədqiq edərkən müasir ədəbiyyatşünaslıqda mövcud 

olan ədəbi bilgilərin hələ dörd əsr bundan əvvəl Süruri tərəfindən qələmə alınmasını 

müşahidə etmək çox heyrətvericidir. Belə ki, günümüzdə bu mövzuda qələmə alın-

mış  əsərlərə diqqət etdikdə “Bəhrül-maarif”in nəinki onlardan geri qaldığını  hətta 

sahib olduğu geniş şəkildə açıqlamalarla, misallarla onlardan daha zəngin olduğunu 

müşahidə edirik.  

 “Bəhrül-maarif”in əsas mövzusu əruz və əruzun Türk şeirində tətbiqidir. Əsər 

bir müqəddimə, üç məqalə və xatimədən ibarəttir. Müqəddimədə əsərin yazılmasına 

səbəb olan zərurətlərdən söz açılmış,  əruzun öyrənilməsinin çox vacib olması 

vurğulanmışdır. Birinci məqalə əruz və onun  bəhrlərindən bəhs edir, ikinci məqalə 

isə  nəzm qaydaları, nəzmdə mövcud olan ədəbi ifadə vasitələi və  nəsrlə bağlı 

müəyyən məlumatları, nəsrin növləri haqda bilgiləri ehtiva edir. Üçüncü məqalə isə 

Rami Təbrizinin “Ənisül-üşşaq”  əsəri ilə bağlıdır və müəllif bu əsərdən misallar 

gətirərək klassik poetkada işlənən bütün bədii nümunələr, onların işlənmə yerləri, 

mənaları ilə bağlı geniş şərhlər, izahlar vermişdir. 

Süruri  əsərinin təşbeh və digər bədii ifadə vasitələri ilə bağlı olan hissəsini 

tamamladıqdan sonra praktiki cəhətdən yazılması və oxunması çətin olan və xüsusi 

qabiliyyət tələb edən nəzm nümunələri haqqında da məlumat verməyi məqbul 

görür. Ümumiyyətlə klassik şərq  ədəbiyyatında müəmma yaratmaq sənəti adlanan 

bu  şeir yazmaq forması orta əsrlərdə geniş  şəkildə yayılmışdı. Müəmma sənətinə 

biz  əsasən Xaqani, Nizami, Qivam Mütərrizi, Zülfiqar Şirvani kimi XII-XIII 

əsrlərdə yaşamış görkəmli şairlərin əsərlərində təsadüf edirik. Bu dövrlərdə yaşamış 



 

Filologiya  məsələləri – №5, 2014

 

 



382

bir çox şairlər də müəmma yaratmaqda qələmlərini sınamış və bu sahə ilə bağlı bir çox 

əsərlər də yazılmışdır (5, 3). Lakin müəmma xüsusi bir ədəbi janr kimi, XV əsrdən 

başlayaraq geniş  şəkildə  işlənməyə başlamışdır. Bu dövrdə  şeirdə mürəkkəb mənalar 

işlətmək məharət sayıldığından şeir yaradıcılığında müəmmaya geniş yer verilmiş-dir. 

Təsadüfi deyil ki, Cami, Nəvai, Füzuli kimi böyük alim-şairlər öz poeziya-larında 

müəmmaya xüsusi yer vermiş  və bu sənətin başqa alim və  şairlər tərəfindən 

öyrənilməsində rol oynamış, bu sahə ilə bağlı  əsərlər qələmə almışlar.  Əbdürrəhman 

Cami bu sahə ilə bağlı üç əsər yazmışdır ki, “Müəmmayi-kəbir” bunlardan ən məş-

hurudur. Mir Hüseyn Nişapurinin “Müəmma” adlı bir əsəri də vardır ki, mənbələrdə 

olan məlumata görə o bu əsəri  Əlişir Nəvainin tapşırığı ilə  qələmə almışdır (5, 3). 

Müslihəddin Mustafa Sürurinin də  şərh yazmış olduğu bu əsəri Cami yüksək 

qiymətləndirmiş  və çox mürəkkəb, çözülməsinin çətin olduğunu qeyd etmişdir. 

Görünür elə Süruri də bu xüsusiyyətinə görə adıçəkilən bu əsərə  şərh yazmışdır. 

Bundan başqa “Əbdəül-bədayə”  əsərinin müəllifi  Şəmsül-üləma müəmma tərtibi və 

kəşfi haqqında Bədiüz-Zamanın “Kənzül-əsma fi kəşfül müəmma” adlı əsər yazdığını, 

habelə Əbdülmüin Bəlxinin də bu sahəyə aid əsəri olduğunu qeyd edir (5, 5). XV-XVI 

əsərlərdə müəmma yaratmaq o qədər yayqın olmuşdur ki, bəzi  şairlər özlərinə 

“Müəmmayi” təxəllüsü belə götürmüşlər beləki, Xosrov Dəhləvinin əsərlərini toplayan 

Mövlana Məhəmməd Müəmmayini buna misal göstərmək olar. Görkəmli Azərbaycan 

alimi Həmid Araslı qeyd edir ki, hətta orta əsr mədrəsələrində “elmi müəmma” adlı 

xüsusi bir dərs də keçirilmişdir (1, 28). Məhəmməd Füzuli müəmmanın zərifliyindən, 

incəliyindən bəhs edərkən yazır: “Müəmma bütün şərtlərinə uyğun bir fikir ifadə eədn 

bədii nəzm parçası olmalıdır” (5, 6). 

Müəmma klassik poetikada müxtəlif bədii vasitələrlə fikrin, bir adın və ya 

tarixin gizlədilməsinə və xüsusi qaydalarla üzə çıxarılmasına deyilir. Burada bəzən 

hərf söylənilib rəqəm vəya rəqəm söylənilib hərf nəzərdə tutulur, bəzən “təshif” 

(təhrif etmə, səhv oxuma) və “təqlib” (çevirmə, bir şeyin şəklini dəyişmə) adlanan 

poetik xüsusiyyətlərlə yaradılmış fikirlər irəli sürülür, bəzən ərəbcə deyilib farsca, 

türkcə vayaxud da əksinə söz nəzərdə tutulur. Müəmmalar öz quruluş etibarları ilə 

müxtəlifdirlər və  mənbələrdə 24 vasitə ilə yaradıldığı qeyd edilir. Bu sahəyə aid 

müxtəlif araşdırmaları olan alim Məmmədağa Sultanov qeyd olunan bu 24 tərtib 

vasitəsini 18 tərtib vasitəsilə birləşdirərək onları daha sadə bir şəkildə izah etməklə 

bərabər mövzu ilə bağlı 25 müəmmanın kəşfini də qeyd etmişdir (5, 6-26). 

Müəmmaların yarnma metoduna gəlincə bu cür nəzm formaları  əbcəd hesabı, 

həndəsi rəqəmlərdən istifadə, günlər üzrə, səma cismləri ilə bağlı, dil, qrammatika 

ilə  əlaqəli, kəlmənin hərfləri, təşbeh, məcaz, istiarə kimi bədii ifadə vasitlərindən 

istifadə etməklə, hərflərin düşməsi, sözlərin bölünməsi və s. bu kimi vasitələrin 

köməyi ilə müxtəlif mözulu müəmmalar yaradılırdı. 

 “Bəhrül-maarif” əsərinin bir hissəsində bu mövzuya toxunan Süruri də yazır 

ki, bəzi ustad şairlər oxşar hərfli, nöqtəli vəya nöqtəsiz hərfli,  əsasən dörd hərfli, 

tələffüzü zamanı dodağın və yaxud da dilin hərəkət etmədiyi, təkrar söylənən, 

yazılışı, oxunuşu, tələffüzü çətin olan, eyni hərflə başlayan, eyni hərflə bitən və s. 

kimi bu qəbildən olan söz və ibarələrin yardımı ilə  qəribə formalı  şeirlər, beytlər 

yazmışlar. Biz də bu kitabda onların bir çoxu haqqında məlumat və izahlar 

verməyə, bu cür beytlərin düzgün yazılış  və oxunuş qaydalarını öyrətməyə 

calışacağıq (3, 137a). Müəllif bunlardan ilk olaraq “müşabih  və  müştəbih” yəni 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



383

bənzər və aydın olmayan adlanan şeir forması haqqında misal verir və bunun 

oxunuş qaydasını qeyd edir: 

              ﻜﺮﻴﺘﻴﺮﺘو

ں

 رﺑﺘرﻜﺮﻴﺘرﻴﭘ        ﺮﻴﺘرﻴﭘرﺑﺑ رﺑﺑرﺑﺘورﻴِِِِﺘ  (3, 137a).  



Bu yazının düzgün oxunma qaydası yalnız hərəkə  və nöqtələrin yardımı ilə 

müm-ükündür: 

        

ِﺘَو


ﻦُﻜﺰﻴِﺘﺰﻴ  رَﺑَﺘرَﻜﺰﻴِﺘرﻴِﭘ        ﺰﻴِﺘرِِِِﻴِِِﭘرَﺑَﺑ رَﺑﺑرَﺑَﺘورﻴِِِِﺘ  (3, 137a). 

        Tirü təbər bebər, bebər piri tiz gər,  Pir tiz gər təbər və tiz tiz kon. 

Mövzu ilə bağlı başqa bir türkcə misala diqqət yetirək: 

د



 مد

ﻜزوﻴ ﺎﻬﺷ


د

ﻴﻤﺮﺪ ﺮﺪ ﻰﻜ ﻩ

د

  ﺮﺪﻨ ﺮ


د   

 ﺮﻴ


د

 ﺮ

د



 ﺮﺮوﺪ ﺮﺮﺪﺮ

د



د

 ﻩ

د



د

 ﻩ



د

                   اوﺮ

 

Bu beyti də yalnız hərəkələrin köməkliyi ilə düzgün oxuya bilərik: 



                      Didim şaha yüzündəki dürrdür midür nədür, 

                      Dir dürrdür vurər durər dərdə-dərdə dər dəva  (3, 137b). 

Başqa bir misalda isə fars dilində aşağıdakı bir beyt verilmişdir: 

اﺮﺪ


ﺪﻧ

 ﻪﻜ ﻪﻜ ﻪﻜ و ﻪﻜ ﻪﻜ ﻪﻜ ﻪﻜ ﻪﻜﺮ

ﻤﻴاوﺸﻤ    ﻪﻜ ﺪﻤ



 ن

       ﺮﻜا ﻮا ﺮﻬﻘ ﻮ فﻄﻟز ﻰﺘﺴه ﺮﻜا

 

Süruri yazır ki, bu beyti asan şəkildə oxumaq üçün onu nəsr formasında 



yazmaq lazımdır: 

وﺸﻤ


ﻤﻴا

 ن

ﻜا ﻮا ﺮﻬﻘ ﻮ فﻄﻟز ﻰﺘﺴه ﺮﻜا



 

 ﻩﺎﻜ ﺪﻤا ﻩﻮﻜ  ﻩﺎﻜ ﻩﺎﻜ  ﻮ ﻩﻮﻜ  ﻩﺎﻜ ﻩﺎﻜ ﻩﺎﻜ ﻩﺎﻜ ﻪﻜ ﻩﺎﻜﺮﺪ ﻦا ﺮﺪ 

 “Dər an dərgah ke gah, gah, gah kuh və gah gah gah kuh aməd gah, 

məşvayimən əgər həsti ze lütf və qəhri-u agah” (3, 137b)   

Digər bir üsul isə  əsasən oxşar, zahirən eyni sözlərin, sinonimlərin 

oxunuşundan, asılı olaraq dəyişən mənalarından istifadə etməklə  nəzm nümunəsi, 

müəmma yratmaq bacarığıdır:  

                        ﺪﻮﺒ  مﻏاﺮﭽ  ﻰﺷﺎﺒﻮﺘ   مﻏاﺮﭽ          ﺪﻮﺒﻨ  مﻏاﺮﻤ  ىﺪ ﻮﺒ ﻮﺘ مﻏاﺮﭽ 

                                     Çerağəm to budi mə ra ğəm nəbud,    

                                     Çerağəm to başi çe ra ğəm  bud (3, 137b). 

Bu beytdə üç dəfə  işlədilmiş “çerağəm” sözünün ilk ikisi eynidir və 

“çerağəm” yəni mənim çırağım mənasındadır, amma üçüncü “çerağəm” kəlməsi 

oxunuşca eyni olsa da fərqli məna daşıyır və bir sadə söz olmayıb “nə üçün qəm” 

mürəkkəb söz birləşməsini ifadə edir. Beytin tərcüməsi isə belədir ki, əgər mənim 

çırağımsansa mənə qəm yoxdur, çırağım sən olacaqsansa nə üçün mənə qəm olsun.  

Bu fəsldə Sürurinin qeyd etdiyi başqa bir müəmma yaratmaq sənəti isə  şeir 

yazarkən əsasən tərkibində ərəb əlifbasının “əlif” hərfi mövcud olmayan sözlərdən 

istifadə edərək nəzm nümunəsi yaratmaq bacarığıdır. Müəllif bu sənəti “məhzufil-

əlif” yəni əlifi silinmiş, atılmış adlandırır və özünün yazmış olduğu aşağıdakı qəzəli 

nümunə göstərir (3, 138a): 

                    ، ىﺮﺑﻮﻧﺻ ﻮﻮﺮﺴ ﻪﺘﻠﺠﺨ ىﺪﻘﺮﺒ ﻚﺪﻘ    ىﺮﺒﻨﻋ ﻪﻠﻴآﺸﻤ ﻪﺘﺮﻴﺤ ىﺪﺮﻮﺸﺪ ﻚﻔﻠز 

ىرﻄ ﺲﻜرﻨ ﻚزوﻜ و رﺪ ﻪﺸﻔﻨﺑ ﻚﻄﺨ    ﺖﺸﻬﺑ ﻦﺸﻟﻜ ﻚزﻮﻴ ﻮ ﻚﺑﻠ ﺮﺮﺪﻪﭽﻧﻏ

                   ...

 

Fəsldə verilmiş başqa bir müəmma forması isə yazılışında  ərəb  əlifbasının 



yalnız nöqtəsiz hərflərindən istifadə edilmiş sözlərdən istifadə etməklə poetik 

nemunə yaratmaq bacarığıdır. Buna misal verilmiş bir rübai: 

 مرﺁ ﻩﺁر ﮏﻟﺴ ﮏﻟﺎﺴ ﻞوا     مﻟﺎﻋ ﻩﺎﻤ ﮏﻟﻤ ﮏﻟﺎﻤ ﻞوا

،

  



                          

 

مّرآﻤ  مرآاو مﺪ مﺪﺁ    ﻞّﻤآﻤ و ﻞﻤﺎآ و ﻞﺪ ﻞﺪﺎﻋ



                             .

   (3, 138a) 

Şeirin ərəb əlifbası ilə yazılmış variantından göründüyü kimi rübainin yazılışı 

zamanı istifadə olunmuş sözlərin hamısı  ərəb  əlifbasının nöqtəsiz hərflərindən 

ibarətdirr. Mövzu ilə bağlı Süruri özünə aid türkcə daha bir qəzəli də misal olaraq 

qeyd etmişdir (3, 138b). 



 

Filologiya  məsələləri – №5, 2014

 

 



384

   Əsərin bu hissəsində haqqında danışılan başqa müəmma yaratmaq sənəti isə 

tələffüzündə dilin istifadəsinə ehtiyac olmayan hərflərdən ibarət sözlərin yardımı ilə 

şeir yaza bilmək, müəmma yaratmaq bacarığıdır: 

                     ﺎﻔو ّﺐﺤ و ﺐﻴﺑﺎﺤﻤ ّﺐﺤﻤ    ﺎﻤه مﺎﻤه و مﺎﻤَا مﺎﻤِا (3, 138b). 

         Əsərdə haqqında söz açılan buna bənzər bir sənət isə dodaqlanmayan 

hərflərdən ibarət sözlərdn istifadə etməklə  nəzn nüminəsi yaratmaq bacarığıdır. 

Qeyd etmək yerinə düşər ki, bu cür nəzm nümunəsi yartmaq metodu Azərbaycan 

aşıq poeziyasında da vardır və “dodaqdəyməz” adlanır (43, 284): 

         ﺮﺎﻜﺷ رﻜﺷ ﺮﻜﺴﻋ ﺶﻜ ﻎﻴﺘ      ﺮﺎﻴﺪ ﺮﻴﻬﺷ ﻩﺪ رﻜﺎﺴﻋ ﻦﻋ

        

 (3, 138b). 

Müəllifin qeyd etdiyi başqa bir müəmma yaratmaq bacarığı isə sözlərin təkrar 

tələffüzü ilə şeir yazmaq formasıdır (3, 138b).  

Süruri qeyd edir ki, “cəvab və itab” adlı bir şeir yazma qaydası da vardır ki, 

burada nəzm sual cavab üzərində qurulur: 

                                   Dün bana bir yar süxuni dedi kim; ey hatifi!,  

                                   Gəl məna dəftərimi hərf it bəyani-müstəqim, 

                                   Ləfzullah didi kim; məful olurmi sözdə hiç, 

                                   Bən didim kim; bu nədür əstəğfürullah əl-əzim (3, 139a).   

         Bu  fəsldə yer alan maraqlı müəmma növlərindən biri də  əvvəli  ərəb 

əlifbasının “mim” hərfləri ilə başlayan sözlərdən istifadə etməklə müəyyən fiqurlar 

şəklində  şeir yazmaqdır, bu cür yazılan  şeirlərdə beytlər başladığı  hərflərin 

mərkəzdə bir nöqtədə birləşməsi etibarilə dairəvi şəkildə olur: 

                                

   


Yuxarıda verilmiş misalda sözləri “1” rəqəmi ilə  işarələnmiş  kəlmədən 

başlayaraq saat əqrəbinin əksi istiqamətində oxusaq bu müəmmada aşağıdakı farsca 

beytin yazıldığını görə bilərik: 

                             Mən məsti-müdami-meyi-məhbubi-muğanəm, 

                             Məhbubi-məra muğbəççeyi, meyxanə  məkanəm  (3,  139a).    

Buna bənzər başqa bir forma isə əvvəli eyni hərflərlə başlayan sözlərin ilk hərflərini 

bir nöqtədə birləşdirməklə plyus formasında nəzm nümunəsi yratmaqdır: 

                                  

    

Bu formada yazılmış  şeiri oxumaq üçün eynilə yuxarıdakı üsuldan istifadə 



etmək lazımdır: 

 

Filologiya  məsələləri – №5, 2014

 

 



385

 

                                     Məgər etdi gözün məkr bu canə,   



                                     Məkri kərəm it, mükərrər etmə (3, 139b). 

Fəsldə verilmiş maraqlı müəmma yaratmaq bacaığından biri də xüsusi 

şifrələrdən, şəkillərdən istifadə etməklə şeir yazmaqdır:                                                 

                     

    

Bu müəmmanın kəşfi isə belədir: 



                                      Çar mim və çar əlif həm çar məd,  

                                      İki lamın ortasında üç nüqət. 

        

                                       Kim oqursa iş bu xətti afərin,  

                                       Bir avuc taru yeyirlər iki bət (3, 140a). 

Birinci beytin ilk misrasını bu cür oxumaq da mümkündür; “mim, mim, mim, 

mim və əlif, əlif, əlif, əlif, məd, məd, məd, məd”. Beytlərin açıqlaması isə belədir; 

dörd “mim”, dörd “əlif” və dörd “mədd”, iki “lam”ın ortasında üç nöqtə, kim bu 

yazını oxusa ona afərin, bir ovuc darı yeyir iki ördək. Rəqəmlərdən istifadə 

olunmaqla yazılmış başqa bir misala diqqət yetirək: 

                       ﻦﻴﭽﺮﻬﻜ زﺎﻗ 

١

ﻦﺴ



٢

ﻦﺒ 


٣

ﻰﻤ

۴



           ﻦﻴﺠﺮﻜﻮﻜ ﻪﺘﺨﭘ 

 

۵



 

۶

 ﻖﻮﺎﺗ 



٧

 

٨



 

 

    



٩

        ﻪﻠﻜﻮﻨﺴ ﻩﺪﻨﭽﻴا ﮎﺮﺼﻗ ﻪﻗﺑط

١٠

                   ﻦﻴﭼ ﻪﻤ ﺖﺒﺤﺼ مﻠﻴﻠﻴا ﻦﻜﺪ ﻪﻨﻮﻜ



 

Müəmmanı  kəşf etmək üçün rübaidə verilmiş  rəqəmləri türkcə adları ilə 

əvəzləmək və aşağıdakı kimi oxumaq lazımdır: 

                                   Bir sən, iki bən, üç mey, dörd püxtə gögərçin, 

                                   Beş-altı tavuq, yeddi-səkkiz qaz, kəhəri-çin, 

                                   Doqquz təbəqə qəsrin içində sənünlə, 

                                   On günə dəgin eyləyəlüm söhbəti-məhçin (3, 140a).  

Oxunması xüsusi bacarıq tələb edən və dördguşə formasında yazılmış başqa 

bir beytə diqqət yetirək:                                 

                 

   

                  Şəb-şəb əl-qəm be taşəb şəb şəb danəm, 



                  Şəb şəb ze qəmət və kərim naləm (3, 140b). 

Mürəkkəb həndəsi fiqur formasında yazılmış başqa bir rübaiyi formasında 

olan müəmma da çox diqqətçəkicidir:                                                  


 

Filologiya  məsələləri – №5, 2014

 

 



386

                  

  

Bu  şeir formasını da yuxarı sağ  tərəfdən başlayaraq saat əqrəbinin  əksi 



istiqamətində oxumaq lazımdır. İlk misra dördguşə formasında yazılmış hissədir və 

misranın son beyti də fiqurun ortasında olan “idər” kəlməsidir. İkinci misra isə yenə 

də yuxarı sağ tərəfdən başlayaraq saat əqrəbinin əksi istiqamətində yazılmışdır və 

kvadratşəkilli ilk beytin ortasında romb şəklində yazılmışdır və bu misranın da son 

sözü mərkəzdə olan “idər” kəlməsidir. Üçüncü misra kvadratla romb arasında, 

dördüncü misra isə rombun ortasında yazılmışdır : 

 

                                Gönlümü cana saçın heyran idər, 



                                Bağrımı məstanə çeşmin qan idər, 

                                Uralı al rəxin canıma od, 

                                Şövqi-ləlin  bu dəli  şükran idər (3, 141a). 

       Növbədə  gələn başqa bir fiqurda isə gizlin şəkildə verilmiş misranı 

oxumaq üçün hərfləri müxtəlif kombinasiyalarla birləşdirmək lazımdır: 

 

                         



  

Bu müəmma bir mürəbbe formasındadır, bildiyimiz kimi klassik ədəbiyyatda 

dörd misralı şeir növünün adı olan mürəbbe sözünün mənası dördguşəli deməkdir. 

Bu misalda da mürəbbenin dörd misrası dördbucaq şəklində kənarlarda yazılmışdır  

ortada isə plyus şəklində yazılmış “Məhəmməd” və  “şəms” sözləri verilmişdir. 

Kənarda yazılmış misarlar tam deyildir və misraların ilk kəlmələri müəyyən hərflər 

çatışmır, bunun üçün ortada verilmiş “Məhəmməd” və “Şəms” sözlərinin hərflərini 

müxtəlif variantlarda birləşdirərək misraların  əvvəlindəki yarımçıq sözlərin önünə 

artırmaq lazımdır. Belə ki, “Məhəmməd” sözündən “mim” və  “şəms” sözündən 

“şin” hərflərini götürərək birləşdirib birinci misranın yarımçıq qalmış “rəbi” 

sözünün əvvəlinə əlavə etdikdə “məşrəbi”, “Məhəmməd” sözündən “ha” və “şəms” 

sözündən “mim” götürüb birləşdirərək ikinci misranın yarımçıq qalmış ilk sözü olan 

“ritə”yə əlavə etib “hümrəti”, “Məhəmməd” sözündən “mim” və “şəms” sözündən 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



387

“sin” hərflərini götürərək üçüncü misranın birinci kəlməsinin  əvvəlinə əlavə edib 

“məst” və  nəhayət “Məhəmməd” sözünün sonuncu hərfi “dal” hərfini götürüb 

dördüncü misranın ilk sözünün əvvələinə  əlavə edərək “di” oxumaq lazımdır. 

Bundan sonra bütün parçaları birləşdirərk rübaini tam şəkildə oxumağa  çalışaq: 

 

Müşrəbi-candır tudağın ey pəsər, 



Humrəti-güldür yanağın sərtəsər, 

Məst olubdur gözlərin qanım içər, 

Di kim, ana eyləməsin şurü-şər (3, 141a). 

 

      Sürurnin  bu  bölümdə haqqında söz açdığı sonuncu müəmma forması da 



çox maraqlıdır. Belə ki, bu formada yazılmış şeiri oxumaq qaydası bu cürdür ki, şeir 

oxunarkən ilk misranın son sözünü tərs oxuyaraq özündən sonra gələn misranın 

əvvəlinə  əlavə etmək lazımdır. Sürurinin buna misal olaraq verdiyi nümunəyə 

diqqət yetirək: 

Ta tələtini görəlidən ey yüzü qəmra, 

Gibi çeşmimdən aqar şamü-səhər ma (3, 142b). 

 

Diqqət yetirsək görərik ki, birinci misranın son sözü “qumra”dır və bu söz 



ərəb əlifbası ilə “اﺮﻤﻘ” formasında yazılır. Əgər bu sözü biz yuxarıda qeyd olunmuş 

qayda ilə  yəni  əksinə oxusaq onda bu söz “ﻖﻤﺮا” irmaq kimi oxunar və bu da 

bildiyimiz kimi axar çay mənasındadır. Qaydaya əsəsən də “irmaq” sözünü ikinci 

misranın əvvəlinə əlavə etməliyik: 

 

Ta tələtini görəldən ey yüzü qəmra, 



İrmaq gibi çeşmimdən aqar şamü-səhər ma (3, 142a-143a). 

 

Ümumiyyətlə dini, təsəvvüfi ədəbiyyatda hərflərlə bağlı xüsusiyyət və vasitə-



lərlə az-çox qarşılaşmaqdayıq. Dolayısıyla bu cür əsərlərə daha dərindən nüfuz 

etmək, bu əsərləri daha dərindən öyrənmək üçün hərf və simvollarla əlaqəli çeşidli 

xüsusiyyətlərin bilinməsi, bu əsərlərə xüsusi bir diqqətlə yanaşma tələb edir. 

Müəmma və simvollarla dolu olan əsərlərə  uğurlu bir şəkildə yazılmış  şərhləri 

Sürurinin çağdaşları arasında elmi cəhətdən çox güclü bir şəxs olmasına böyük bir 

sübutdur. Tanınmış Azərbaycan alimi Məmmədağa Sultanov müəmma yratmaq, 

müəmma çözmək sənəti ilə bağlı  fikirlərinə diqqət etdikdə bizim bu qənaətimizin 

doğru olması bir daha təstiqlənir: “Müəmma yaratmaq və ya müəmma kəşf etmək 

yüksək sənətkarlıq qüdrəti və  dərin elmi bilik tələb etdiyindən bu məsələyə 

ədəbiyyat aləmində məhz böyük istedada malik olan şairlər girişmişlər” ( 5, 3). 

 

Ədəbiyyat  



 

1.  Araslı Həmid, “Füzulinin müəmmaları haqqında”, Nizami adına Ədəbiyyat 

İnst.nun əsərləri, Ədəbiyyat Məcm., I cild. Bakı, 1946, s. 27 

2. 


Gövşa Alaeddin. Türk Meşhurları Ansiklopedisi. İst., 1948

 

3.  Müslihəddin Mustafa Süruri.“Bəhrül-Maarif”, AMEA Əlyazmalar İnstitutu 



arxivi, şifrə M-20-3329 (Ərəb əlifbası ilə)  

 

Filologiya  məsələləri – №5, 2014

 

 



388

1.  Musayeva Azadə. “Əlyazma Kitabı və XV-XVI Əsrlər Azər. Ədəbiyyatı”. Bakı, 

2002, 340 s.  

2.  Mirəhmədov Əziz. Ədəbiyyatşünaslıq Terminləri Lüğəti. Bakı, 1998, 240 s. 

3.  İpekten Haluk, İsen Mustafa. XVI. Yüzyıl Divan Edebiyatı, Türk Dünyası El 

Kitabı. Ankara, 1992 s. 169-201 

4.  Sultanov Məmmədağa. Azərbaycan Əlyazmaşünaslıq Məsələləri. Bakı, 2000, 

95 s. 


5.  Sultanov Məmmədağa. Yazılı abidələrin tədqiqi. Bakı, 2010, 170 s.     

Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin