Согласно статье, долгая история и богатые традиции азербайджанской
культуры и этики народа была объектом специального исследования. Главные
области населенных пунктов, пещеры, руины города, наскальные рисунки,
укреплений, оружия, инструментов и множество других вещей показывает
древнюю историю страны. Гуманизм, уважение и коллективизм в рабочей
человеке были широко популяризированы в литературе Азербайджана. В
некоторых памятников культуры, люди восхваляют и описают в собственной
профессии, квалификации, и моральная сила. Вместе с материальной куль-
туре, Азербайджан также богат на духовной культуры. XIX-XX веков
азербайджанская литература, которая играла главная роль на этической
истории оказали большое влияние не только на молодое поколение, но во всех
слоях общества.
Rəyçi: Həbib Mirzəyev
filologiya üzrə fəlsəfə doktoru, dosent
Filologiya məsələləri – №5, 2014
403
SOLMAZ HƏYATOVA
AMEA Nizami adına Ədəbiyyat İnstitııtu
filologiya üzrə fəlsəfə doktoru
zahra.meryam@mail.ru
XALİD XÜRRƏM SƏBRİBƏYZADƏNİN YARADICILIĞINDA
BALKAN MÜHARİBƏSİ
Açar sözlər: Xalid Xürrəm, məzmun, müharibə, yeniləşmə, döyüşkən, zülm, gözəl,
vəhşi.
Ключевые слова: Халид Хуррам, содержание, война, обновление, борец,
тирания, красивый, дикий.
Keywords: content, war, renewal, warlike, oppression, beautiful, wild.
20-ci yüzilin ilk on illərində Azərbaycan ədəbiyyatının biçim və məzmun
baxımından yeniləşməsində, zənginləşməsində istedadlı şair və nasir Xalid Xürrəm
Səbribəyzadənin sözün gerçək anlamında böyük əməyi olub. Yalnız Azərbaycan və
Türkiyənin deyil, eləcə də bütün dünya Türklüyünün, bütün müsəlman xalqlarının
maariflənməsi, işıqlanması və istiqlaliyyəti işində X.X.Səbribəyzadə az vaxt içində
qələmiylə çox dəyərli işlər görmüşdü. Onun istər şeir yaradıcılığında, istərsə də nəsr
və publisistikasında millətinin həyat, varolma məsələləri qarşıya qoyulur, çözümünə
yollar axtarılırdı.
Xalid Xürrəm "Şəlalə"nin redaktoru olduğu dövrdə Balkan savaşı bütün
azğınlığı ilə baş alıb gedirdi. Onun lirik-romantik şeirləri, həssas, çevik publis-
istikası Balkan müharibələrinin iç üzünü, gedişini, məqsədlərini dərgi və qəzet
səhifələrində bütün aydınlığı ilə işıqlandırırdı. Bu məsələ ilə bağlı daha sağlam və
aydın ictimai fıkrin yaranmasına yardım göstərirdi.
Balkan müharibələri Azərbaycan və Türkiyə ədəbi mühitlərinin bir-birinə
yaxınlaşdıran, türk millətçiliyini qüvvətləndirən ən güclü bir amil idi. Osmanlı və
Rusiya türklərinin mədəni-mənəvi birliyi bu dönəmdə ən yüksək səviyyəyə çatır.
Ədəbiyyat da bu mərhələdə milli duyğuların, ağrıların tərcümanı oldu.
Azərbaycanda Ənvər Paşa milli qəhrəman kimi qəbul edilmiş, romantik
ədəbiyyatda onun obrazı yaradılmışdır. Heç təsadüfı deyil ki, X.Xürrəm də bu
müharibəyə biganə qalmamış və özünün "Ədirnə" adlı şerini, türk millətinin milli
qəhrəmanı Ənvər Paşaya həsr etmişdir.
1913-cü ilin yanvar ayı dost və düşmən gözlərin Ədirnəyə yönəldiyi, onun
diqqət mərkəzində olduğu aylardandı. Başda Şükrü Paşa olmaqla Ədirnənin
müdafıəsi davam etməkdə idi. Bu günlərin birində "İqbal" qəzetinin 7 yanvar 1913-
cü il tarixli sayında X.X.Səbribəyzadənin "Ədirnə" adlı şeiri də dərc olunur (1).
Tarixdən də bəllidir ki, Ədirnə 1828-1829 və 1877-1878-ci illərdə Türk- Rus
müharibələrinə məruz qalmış, sonda isə yenidən azadlığa qovuşmuşdur. X.Xürrəm
şeirin başlanğıcında Ədirnənin o qəmli günlərinin belə təsvir edir:
Ey şəhri-qədim, ey əzəli hüzni-mücəssəm!
Çöhrəndə nədən afəti qəm böylə mürəssəm?
Filologiya məsələləri – №5, 2014
404
Məmur olalı, olmadın azadi-ələm hiç?
Qüdrətmi dedi? Söylə! Sana zəhri-vəğayiç!
Kİ, bu məablər ətrafını al qanlara saldı,
Kİ, cismini atəşi-bəd təxribinə aldı.
X.X.Səbribəyzadə Ədirnənin bədii-simvolik obrazıyla türk milli ruhunu,
psixologiyasını, zülmə, haqsızlığa yenilməzliyini ifadə edirdi. Ədirnə - tarixin gözəl
yadigarı, döyüşən şəhəri, türkün yenilməz vüqarı, çöhrəsində "hüzn və
hüsnün
tərsim" olunduğu bir türk eli, bir türk diyarıdır.
X.X.Səbribəyzadə Ədirnənin bədii obrazıyla Türk milli ruhunu, “İqbal”
qəzetinin 22 yanvar 1913-cü il tarixli sayında çıxan “Şükrü paşa” (Bir Osmanlıya
rəsmi xitabı”) adlı şeirində bir daha öz təsdiqini tapdı.Şükrü Paşa ləyaqətlə, türklərə
xas olan dəyanəti, bacarığıilə, öz istedadıyla Ədirnənin düşməndən müdafiəsinin
başında duraraq mübarizəni davam etdirirdi. X.X.Səbribəyzadə Ədirnənin
qəhrəmanlıqla mübarizədə böyük xidmətləri olan Şükrü Paşaya şeir ithaf edərək
“İqbal” qəzetində çap etdirmişdi. Bu şeirdə Xalid Xürrəm ilk misraları olan Şükrü
Paşanın yüksək mənəvi özəlliklərini, qəhrəmanlığını bədii boyalarla əks etdirir,
böyük bir vətən sevgisinin (“hubbi-vətən”in) daşıyıcısı olan Şükrü Paşanın daxili
ilə zahiri aləminin ayrılmaz bir bütün olduğunu canlandırırdı:
Ey nasiyeyi-pak, əzəli çöhreyi-rəxşan!
Ey göylərə zinətverici nəcmi-dirəxşan!
Çeşmində parıldar bütün ənvari-zəkavət,
Qəlbində olur “hübbi-vətən” cüsü-xüruşan.
Sinən dolu asari-şücaətlə sərasər,
Ülviyyəti təmsil ediyor səndəki vicdan.
Şöhrəti bütün dünyaya, bütün varlıqlara bəlli olaraq Şükrü Paşanın adı Plevnə
qəhrəmanı (1877-1878-ci il Türk-Rus savaşı) Osman Paşanın adı kimi çox
yüksəklərdə durur, bu isə hətta düşmənləri belə heyran edir:
Osman Paşanın namı kibi namı büləndin,
Xəzmin belə hörmətlərini calıb o,hər an
X.Xürrəmin "Şəlalə"nin müxtəlif nömrələrində Balkan müharibəsinə
"Ədirnə"dən savayı "Zübeydə xanım", "İntiqam" şeirləri də çap olunmuşdur.
X.Xürrəmin "Şəlalə"nin 9 noyabr 1913-cü il tarixli 40-cı sayında çıxan "İntiqam"
(2, 81) adlı şeiri də şairin ürək yanğısı ilə bu müharibəyə son cavabı idi. Şair
deyirdi ki, "Kədərimə", "çətin günlərimə səbəb olanlara, söylə bir ürfə, adət-
ənənəyə düşmənəm". Bu kimi şeirlərində şair türklüyün mənəvi özəlliklərini, onun
ideallarını qüdrətli gələcəyə inamını ifadə edirdi:
Ey millətin qaniçici düşməni, canı,
Baisi - həmən! (2, 1)
Yapdıqlarını yapmadı, yapmaz da ədani,
Ürfunə xəsmən! (3)
Filologiya məsələləri – №5, 2014
405
Mənsub olduğu millətin ağrı-acılarına biganə qala bilməyən Balkan
müharibəsinə həsr etdiyi şeirlərində düşmən obrazlarının xislətini, onun vəhşi, yırtı-
cı simasını, əllərinə keçən nə varsa dağıtmaq, xarabazara çevirmək, ölüm daşı-
yıcıları olduqlarını açıq və qəzəbli bir dil ilə, ürək ağrısı ilə qələmə alırdı.
Şükrü Paşanın varlığıyla Ədirnə bir savaş mərkəzinə çevrilmişdir. Xalid
Xürrəm türkçülüyə xas olan mərd və insani keyfiyyətlərini özündə cəmləşdirən bu
igid komandanın adının qızıl suyuna çəkilmiş hərflərlə zəfər tarixinin səhifəsinə
yazılacağını, şairin özünün isə bu ad qarşısında səmimiliklə təzim etdiyini söyləyir
və cəsur komandana uğurlar diləyir:
Bolqarlar olur zərbeyi-seyfinlə fəqanqər,
Osmanlıları etməkdəsən Xürrəmü şadan.
Bir mərxəzi-hərb oldu vücudunla Ədirnə,
Titrətdilər afaqı komandan ilə şucan.
Qəlbim sana ibraz edər ixlas ilə təzim,
Versin sana həqq feyzü zəfər, ömri-firavan.
Bununla belə, zalim düşmən azğın niyyətini həyata keçirmək üçün gözəl
Ədirnədə dağıntılar törədib onu ələ keçirməyə çalışsa da, son məqsədinə, Ədirnəni
birdəfəlik ələ keçirmək niyyətinə çatmayacağına şair tam əminliklə inanır. Çünki
Ədirnə zülmə, köləliyə boyun əyməyib, buna görə də Ədirnəyə üz tutub “olmaz
səbrə sücudun” deyir:
Təxrib edərək gərçi gözəl vəchini daim,
Təsxirə çalışmaqda səni pənceyi-zalim.
Heyhat! Əməli boş sanıram, çünki vücudun
Qayətlə qəvidir, olamaz səbrə sucudun.
X.X.Səbribəyzadə Ədirnənin bədii obrazıyla bir daha Türk milli ruhunu,
psixologiyasını, zülmə, haqsızlığa yenilməzliyini açıq-aydın şəkildə göstərmişdir.
X.X.Səbribəyzadənin lirik şeirləri məzmun, mündəricə və mövzu cəhətdən nə
qədər rəngarəng olsa da milli çağdaş və istiqlal ideyası bu şeirlərin baş aparıcı
xəttini təşkil edir. Qalan bütün şairanə hisslər və təlatümlər bu baş mövzu ətrafında
cərəyan etməklə mahiyyətin açılmasına xidmət edir. Şair gözüaçıq milli birliyi
təbliğ edir, bu torpaq üzərində yaşayanların varlığı zaman-zaman yadların hiylə
dolu gözlərinə ox kimi sancılmış, lakin heç bir məhrumiyyət bu məmləkətin,
millətin varlığına son qoya bilməmişdir. Şair “Zubeyda xanım” adlı şeirində bir
sənətkar olaraq amalını aşağıdakı şəkildə elan etmişdir:
Hərb artmış idi türklərə dörd düşməni-ədna,
Sərhədləri keçmişdi və etmişdir ifna.
Hər canibi, hər bəldəyi, hər cismi-lətifi,
Kəsmişdilər islami... bütün mərdü zəifi.
Keçdikləri yer olmuşdu qanla ləbaləb,
Ölmüdi səbilər ilə çox madəri çox əb.
Əcsad dolu, məhşəri-kübradı o yerlər,
Filologiya məsələləri – №5, 2014
406
Zövq olmuş idi nalə eşitməklə bu ərlər,
Qanlar tökərək, can yaxaraq, ev yıxaraqdan,
Axmışdılar “Osmanlı”ların qəlbinə doğru.
Bir xətdi (çıtalca) oni yarmaqla, siyəhru.
Düşmənlərə məftuh idi əbvabi-səadət,
Məşhud idi “Osmanlı”lara təyfi-qiyamət.
X.Xürrəm bu şeiri ilə düşmənlərə meydan oxuyur. O, qeyd edir ki, düşmən
nəinki bizim kişilərin qarşısında acizdir, hətta bizim “ər” kimi qadınlarımız var ki,
düşmənin bağrını yarır. Vətən əsarətə düşəndə isə istər kişilər, istərsə də qadınlar
belə canlarından keçməyə hazırdırlar. Vətəni azad etmək üçün al qanlarına
boyanmağı özlərinə şərəf biliblər. Kimsənin haqqında gözümüz olmadığı kimi,
kimsəni də haqqımıza şərik çıxmağa qoymarıq. İllər boyu özümüzü hifz edərək
qorumuş, iliyimiz, canımız, qanımızla yurdumuza bağlı olmuşuq. Bizim üçün bir
amal, bir məqsəd vardır ki, onu da şair aşağıdakı misralarda öz fikrini bildirir:
Meydanına hərbin gedəlim əldə tüfənglə,
Hər şey gəlir əncamə bu dünyada əməklə.
Erkəklərə məxsus isə hər dürlü diləklər,
Nisvan deyilən taifə bilməm nəyi bəklər?
Erkək də, qadın da bir vətəndən yedi, içdi,
Hərb oldu, qadın qaldı da, erkək önə keçdi.
Layiqmi bu zillət bizə? Ey şanlı nisalər!
Keçsinmi həp ehmal ilə hicranla məsalər?
Yox, yox, keçəməz, etməliyiz biz də təhəlla,
Nusrətdə edər əzm ilə bişübhə təcəlla.
Qəlbim bənə təlqin ediyor getməyi hərbə,
Ya ölməli, ya vurmalıyam düşmənə zərbə.
Başıbəlalı, həyatı faciələrlə dolu olan X.Xürrəm hər şeydən əvvəl böyük
lirikdir. Klassik şəq poeziyasından, eyni zəngin Azərbaycan folklorundan məharətlə
bəhrələnən X.X.Səbribəyzadə lirikası zamanla nəfəs alır və dövrün bir sıra
cahanşümul hadisələri çox böyük ustalıq və bir qədər də romantik pafosla onun
poeziyasının predmetinə çevrilir. Şair “Zubedə xanım” şeirini belə pafoslu
misralarla bitirir. Şair də qəhrəmanı kimi vətən, torpaq, millət uğrunda ölməyi,
sədət şərbətini içməyi özünə müqəddəs and kimi qəbul etmişdir:
Türkəm, diri olduqca bu hicrani unutmam kinimi atmam.
Sülh olmaq ilə bən əməli-sari soyutmam, mərdliyi satmam.
Şeir türklüyün mənəvi özəlliklərini, onun idealını qüdrətli gələcəyə sönməz
diləklərini ifadə edir, onu gözəlliyə səsləyir və bir simvol mahiyyətini daşıyır.
Yaxşı deyiblər: Tarix təkrar olunur. Türk dünyasının, türk xalqlarının başına
gətirilən müsibətlər, vəhşiliklər XX əsrin son illərinə də təsadüf edildi. Erməni-
pərəst rus şovinistlərinin erməni riyakarlarının 1992-ci ilin fevralında Azərbaycanın
Xocalı şəhərində Ədirnənin başına gətirilənlər bir daha təkrar olundu. Eyni
qəddarlıqlar burada da baş verdi. Eyni ssenari burada da davam etdirildi. Uşaqlar,
böyüklər, yaşlılar amansızcasına qətlə yetirildi. Elə bir tarixi səhnə yarandı ki, bu
heç vaxt türk adlandırılan şəxslərin yaddaşından, hafizəsindən silinə bilməz.
Filologiya məsələləri – №5, 2014
407
Yazılarında savaşa, xurafata, sosial-iqtisadi tənəzzülə qarşı barışmaz mövqe
tutan X.Xürrəm və “Şəlalə” jurnalında iştirak edən digər şair və publisistlər,
xüsusilə də Ə.Cavad, M.Akif Ərsoy, R.Tofiq, M.Ə.Yurdaqul, Ə.Hamidi, T.Fikrətin
yaradıcılığında da Balkan və Birinci Cahan Savaşı illərində Türkiyədə cəbhə
bölgələrində olması, Şəlalədə məqalələr və şeirlər yazması, bu mövzulara, eləcə də
Türkiyə, onun tarixinə, taleyinə geniş və mümkün olduğu qədər obyektiv şəkildə
araşdırılaraq, qiymətləndirilir (4).
“Şəlalə” jurnalında iştirak edən şairlərin lirik şeirləri məzmun, mündəricə və
mövzu cəhətdən nə qədər rəngarəng olsa da milli çağdaş və istiqlal ideyası, Balkan
müharibələrinə münasibət bu şeirlərin baş, aparıcı xəttini təşkil edir. Qalan bütün
şairanə hisslər və təlatümlər bu baş mövzu ətrafında cərəyan etməklə mahiyyətin
açılmasına xidmət edir.
Şair milli birliyi təbliğ edir, bu torpaq üzərində yaşayanların varlığı zaman-
zaman yadların hiylə dolu gözlərinə sancılmış, lakin heç bir məhrumiyyət və
məmləkətin, millətin varlığına son qoya bilməmişdir. X.Xürrəm “Ədli-İlahi”
şeirində bir sənətkar olaraq amalını aşağıdakı şəkildə elan etmişdir:
“Üç dörd törədi dövrə inandı,
“Yox ədli-ilahi”! deyə sandı.
Bihəqqü səbəb türkə sataşdı,
Dağlar, dərələr dəmlə boyandı:
Binlərcə bəşər xaxə sərildi,
Yüzlər ilə xüy batdı və yandı.
Sülh olmadan ən sonra qənimət,
Təqsiminə yaran ki, dadandı.
Kardeş kanı sellər kibi axdı,
Balkan yenə bir vulkanı andı (5, 1).
Və yaxud “Həqq” şeirində bu savaşda Türklüyə, müsəlmanlara qarşı insanlığı
yerdən-yerə vuran, ölçüyə gəlməz vəhşiliklər edildi. İnsanlığa qarşı son dərəcə faciə
işləndi:
Derlər: əzilir, zaye olur həqq,
qüdrət önündə,
mürdəvü bəndə.
Bir söz ki, degil həqqə bu mütbəq,
bəlkə süxəndə,
calibi-xəndə.
Bir an belə həqq yerdə sürünməz,
olsa da möhməl,
qalsa da müxtəl.
Zülmün, şərin altında görünməz,
axirü əvvəl,
əkməlü-əfzəl.
Şahit buna Balkandakı canlar
eylədi peyda
leyleyi-yəlda (7, 1).
Filologiya məsələləri – №5, 2014
408
Həqiqətən, türkçülüyün əsas mahiyyəti Türkiyəyə, onun tarixinə, ədəbiyyat
və mədəniyyətinə məhəbbət, Türkiyədəki görkəmli türkçü, istiqlalçı şairlərlə
əlaqələri, onlardan təsirlənməsi. Balkan savaşı və Birinci Cahan savaşı illərində
Türkiyə əsgərlərinin yanında olması, yaralılara, kimsəsizlərə, qaçqın, köçkünlərə
yardımı, btün bunları Azərbaycan mətbuatında və ədəbi publisistik əsərlərində,
şeirlərində qələmə alması, Qafqaz türklərini qardaş xalqın dərdinə şərik olmağa,
yardım etməyə çağırmasındadır. Bir əsas səbəb də türk xalqlarının, türk dövlət-
lərinin birliyi, ortaq ədəbiyyat, ortaq dil, din, turançılıq ideyalarının müdafiə və
təbliğidir.
Ədəbiyyat
1. "İqbal" qəzeti, 1913-cü il. 7 yanvar, “İntiqam” şeiri
2. "Şəlalə" jumalı, № 40, səh.l
3. "İqbal" qəzeti, 1913-cü il, 7 yanvar, "Ədirnə" şeiri.
4. Səbribəyzadə X.X. Altın qələm. Şəlalə jurnalı, 8 iyin, № 24, 1913, səh. 1
5. Səbribəyzadə X. “Şəlalə” № 23, 1913, səh.1.
6. Şamil Vəliyev. “Füyuzat” ədəbi məktəbi, Bakı, “Elm”, 1999
Хаятова Солмаз
Тема Балканской войны в творчестве Халида Хуррама Сабрибейзаде
Резюме
В период Балканской войны Х.Хуррам являлся редактором журнала
«Шалала». Он со всей остротой своего пера раскрывал и обличал сущность и
цели этой войны. На тему Балканской войны Х.Хуррам опубликовал стихи
«Эдирне», «Шукру Паша», «Зюбейда ханум», «Интигам» и др. Пуб-
лицистические статьи.
Hayatova Solmaz
The Theme of the Balkan War in H. Hurram’s Creation
Summary
During the Balkan War H. Hurram was the editor of the magazine “Shalala”
(waterfall). With all of the sharpness of his pen he revealed and discovered the
essence and purpose of this war. On this theme H. Hurram published: “Edirne”,
“Shukru Pasha, Zubeyde khanum”, “Revenge” and other essays.
Rəyçi: Asif Rüstəmli
filologiya elmləri doktoru
Filologiya məsələləri – №5, 2014
409
Dosent İRADƏ ŞƏMSİZADƏ
BDU
Irade.şamsizade@gmail.com
ƏDƏBİYYAT DƏRSLƏRİNİN TƏŞKİLİNİN ƏSAS PRİNSİPLƏRİ
Açar sözlər: dərs, dərsin məqsədləri, dərsin strukturu, dərsin təşkili
Ключевые слова: урок, цели урока, структура урока, организация урока
Key words: class, aim of the lesson, structure of the lesson, arrangement of the
lesson
Qloballaşma və inteqrasiya şəraitində milli təhsil sistemlərində yeniliklərin,
qabaqcıl təcrübənin tətbiqi mühüm əhəmiyyət kəsb edir. Tədris prosesi yeni
biliklərin öyrədilməsi yolu ilə gələcəyin vətəndaşını yetişdirməyi də nəzərdə tutur.
Azərbaycanın müstəqilliyini bərpa etməsi, onun təhsil sistemində də bir çox
məsələlərə yeni prizmadan baxılmasına səbəb olmuşdur. Sovet ideologiyasının
sıradan çıxması, hər şeydə, ocümlədən də ədəbiyyatda partiyalılıq axtarışına son
qoymuşdur. Bu cəhət ədəbiyyatın tədrisinin müasir elmi əsasları zəminində
qurulmasına indi böyük ehtiyac hiss olunur. Hər bir fənnin öz spesifik cəhətləri,
predmeti, obyekti var, onun öyrədilməsi müəyyən məqsədlərə xidmət edir. Qeyd
olunan cəhətlər tədris və təlimdə nəzərə alınır. Tədris olduqca mürəkkəb prosesdir.
Başlıca məqsəd öyrətmək olsa da, necə öyrətmək və necə öyrənmək, əldə olunan
biliklərdən istifadə etmək bacarığını formalaşdırmaq mühüm əhəmiyyət kəsb edir.
Öyrədilən fəndən asılı olmayaraq, tədris prosesinin məqsəd və vəzifələrinin
əsas spektri ümumidimr. Başlıca məqsəd tədris fənninin nəzərdə tutulan səviyyədə
mənimsənilməsini nəzərdə tutur. Şagird fənnin tədrisinin ilk dövrlərindən
başlayaraq predmetin nə üçün öyrədilməsi sualına cavab tapa bilməlidir. Təhsil
sistemi pilləlidir. Bu, həm yeni fənlərin daxil edilməsi, həm də artıq tədris edilən
fənnin mürəkkəb məsələlərinə keçiddə özünü göstərir. "Dərsin məzmunu tədris
proqramına uyğun olmaqla yanaşı, o, digər dərslər sisteminin bir manqasına
çevrilməlidir. Hər bir dərsdə şagirdlərin əvvəl nə keçməsi və bu dərsdən sonra nə
keçəcəkləri nəzərə alınmalıdır. Nəzərəalma gələcəkdə keçiləcək dərslərlə
qabaqcadan ilkin tanışlıqla bağlı tədris fəaliyyətini əhatə etməlidir" (1, 130-131).
Pedaqoji nöqteyi-nəzərdən bu, dərsə verilən tələblərdən biridir. Ümumiyyətlə, dərsə
verilən tələblər çoxdur. Bu tələblər iki qrupa bölünür: 1) ümumi tələblər; 2) xüsusi
tələblər. Ümumi tələblər dərsdə didaktik prinsiplərin -həyatla əlaqə, elmilik,
sistematiklik, şüurluluq və fəallıq, əyanilik, müvafiqlik, fərdi yanaşma və s.
kompleks şəkildə həyata keçirilməsini nəzərdə tutur.
Xüsusi tələblər dərsdə yüksək təhsil, inkişaf və tərbiyə səmərəsinin əldə
edilməsini, təlim materialının optimal məzmununun müəyyənləşdirilməsini,
səmərəli metodik variantın tətbiqini, dərsin mütəşəkkil və çevik təşkilini əhatə edir.
Dərs məntiqi və psixoloji tamlıq şərtlərinə cavab verməlidir. Bu baxımdan dərs elə
təşkil olunmalıdır ki, şagirdlər nəyi isə tam öyrəndiklərini hiss etməlidirlər.
Çağdaş dövrümüzdə uzun illər boyu təcrübədən, elmi təhlil və araşdırmalar
süzgəcindən keçmiş pedaqoji irsin bütün nailiyyətləri dərsin təşkilində nəzərə alınır.
Təlim və tədrisdə məlumdan məchula, yaxından uzağa prinsipi gözlənilməlidir.
Filologiya məsələləri – №5, 2014
410
"Yeni məlumatların keçmiş biliklərlə əlaqələndirilməsi hər bir dərsdə başlıca prin-
sip olmalıdır. Yəni hər bir dərsdə varislik prinsipi gözlənilməlidir" (2, 38).
Ədəbiyyat dərsləri metodika elminin müasir nailiyyətlərinin tətbiqi ilə
zənginləşdirilmiş şəkildə təşkil olunmalıdır. Tədrisin yeni texnologiyaları və inno-
vasiya təcrübəsi predmetin nəzəri bazasına, onun strukturuna köklənməklə tətbiqini
tapmalıdır. Struktur ictimai elmlərə aid anlayışdır. Struktur predmetin, hadisə və
proseslərin bir tam şəklində kifayət qədər dayanıqlı qarşılıqlı təsiri və əlaqəsi olub
onun daxili quruluşunu ifadə edir (3, 500).
Hər bir dərsin öz tərkibi və quruluşu vardır. Həmin quruluş dərsin hansı
elementlərdən və mərhələlərdən təşkil olunmasını, dərslərdə bu elementlərin hansı
ardıcıllıqla yerləşməsi ilə təyin olunur. Dərsin srukturu dərsin əsas komponent və
elementlərinin didaktik şərtlənmiş funksional daxili qarşılıqlı əlaqəsi, eləcə də
onların məqsədəuyğun ardıcıllığı və qarşılıqlı təsiridir.
Dərsin strukturunun düzgün təyin olunması, onun elementlərinin bir-biri ilə
məqsədəuyğun şəkildə birləşdirilməsi tədris prosesinin dəqiq təşkilini və onun
yüksək effektivliyinin təyin olunmasını təmin edir. Dərsin strukturu onun
formasıdır. Dərsin məqsədinin bacarıqla müəyyənləşldirilməsi, dərs situasiyalarının
miqdarının və qarşılıqlı əlaqəsinin aydınlaşdırılması xüsusi metodik dəst-xətti
yaradır. Hər bir ədəbiyyat dərsi digərindən fərqlənməlidir. Bir-birinə oxşayan iki
dərs olmamalıdr.
Dərsin məqsədi həm də onun tipini təyin edir. Proqramın tələbi, dərsin
mövzusu, dərsin məqsədləri, dərsin tipi, dərsin strukturu, vaxtın müxtəlif struktur
elementlər üzrə birləşdirilməsi ədəbiyyat dərslərinin ümumi təşkilində əsasdır.
Ədəbiyyat dərslərinin predmeti bədii əsərələrin öyrədilməsidir. Bununla
yanaşı, ədəbiyyat dərslərinin özünün xüsusi məqsədi vardır. Həmin məqsəd məktəb
kursunda öyrədilən bədii əsərlər üzrə gələcəyin yaxşı oxucusunu yetişdirməkdir.
Dərsin təşkilinə qoyulan ümumdidaktik tələblər sırasında məqsədəuyğunluq,
dəqiqlik, məntiqilik, ardıcıllıq, struketur elementlərin ardıcıllığı yer alır. Dərsin
planlaşdırılması və təşkili zamanı şagirdlərin yaşı, bədii əsəri qavrama bacarıqları
da nəzərə alınır.
V.Qurbanov qeyd edir ki, «müasir dərs öz məzmunu və strukturuna görə
müəyyən sistemə tabedir; onun optimal təşkili müəllimdən ciddi pedaqoji-psixoloji
hazırlıq tələb edir. Bu hazırlığa isə, başlıca olaraq, dərsin ümumtəhsil, tərbiyə və
inkişafetdiricilik funksiyalarına uyğun planlaşdırılması daxildir» (4, 12).
Müasir pedaqoqikada təlim metodlarının müxtəlif təsnifat formaları vardır.
Bunlardan aşağıdakı meyarlar əsasında təsnifat daha geniş yayılmışdır: 1) biliyin
alındığı mənbəyə görə (dərslik, müəllim, əyani vasitə, əməli məşğələ); 2) müəllimin
fəaliyyət formasına görə (tədris metodları); 3) şagirdin fəaliyyət formasına görə
(öyrənmə metodları); 4) şüurlu fəaliyyətə və qavrama fəallığına görə (reproduktiv,
əyani-izahlı, problem-axtarışlı, tədqiqi); 5) mühakimə növünə görə (induktiv,
deduktiv) (1, 48, 111-112).
Təlimin əsas məqsədi sistemli bilik verməkdir. Sistem isə onun elementləri
arasında əlaqəni həmişə nəzərdə tutur. Elementlərarası əlaqə olmazsa, sistem
yoxdur. Interferensiyaya əsaslanmaq qanununu pedaqoji aspektdən şərh edərkən
aşağıdakı məsələlərin bir kompleks kimi izlənməsini əsas sayılır: a) şagirdlərin
əvvəl qazandıqları biliklərə istinad etməklə yenini şüurlu surətdə mənimsətmək; b)
Filologiya məsələləri – №5, 2014
411
problem-situasiya yaratmaq və şagirdlərin yenini öyrənərkən keçmiş biliklərdən
bacarıqla və müstəqil istifadə etmələrinə nail olmaq; c) şagirdlərin keçmiş bilikləri
nə dərəcədə yadda saxladıqlarını müəyyənləşdirmək və əvvəlki məlumatları bir
daha dəqiqləşdirmək və dərinləşdirmək; d) keçmiş yeni bilikləri dəqiq müqayisə
edib onlardakı əsas oxşar və fərqli cəhətləri müəyyənləşdirməklə şagird təfəkkürünü
inkişaf etdirmək; g) keçmiş və yeni bilikləri vahid biliklər silsiləsində sistem
halında birləşdirmək (4, 41). Göstərilən məsələlərin hər biri dərsin təşkili ilə bila-
vasitə bağlıdır. Tam dərs - dərsin əvvəlinin təşkili, öyrənilmiş materialın mənim-
sənilmə səviyyəsinin yoxlanılması, yeni dərsin məqsəd və vəzifələrinin qoyuluşu,
izah, öyrədilənin dəqiqləşdirilməsi və dərinləşdirilməsi, təkrar, dərsə yekun vurma,
ev tapşırıqlarının verilməsi struktur bölmələrinə bölünür. Qeyd edilənlər dərsin
ənəvi təşkilini əhatə edir. Müasir dövrdə ədəbiyyatın öyrənilməsinə kompleks
şəkildə yanaşma bir sıra xüsusi dərslərin təşkilinin effektivliyini təsdiq edir. Xüsusi
dərslər ənənəvi dərslərdən bir çox cəhətlərinə görə seçilir. Xüsusi ədəbiyyat
dərslərinin bəzi növlərini və onların təşkili məsələlərini nəzərdən keçirək.
Həyatda baş verən hadisələrdən alınan təəsüratlar üzrə yaradıcı işin tədrisini
nəzərdə tutan xüsusi dərsdə şagirdlərə onların diqqətini cəlb etmiş və onlarda
müəyyən təəssürat yaratmış hadisənin qələmə alınması və danışılması tapşırığı
verilir. Belə dərsin təşkili mərhələli qaydada gedir. Müəllim bu dərslə bağlı əvvəl
özü izahat verir. Izahat zamanı müəllim gördüyü müəyyən hadisəni təsvir edir, bu
hadisə haqqında danışır, onu başqa məsələlərlə bağlayır. Dərsin təşkilinin əsasında
şəxsi müşahidə durur. Şagirdlər müşahidələrini cəmləşdirir, onların arasından bir
neçəsini seçirlər. Müəllim şəxsi müşahidəyə əsaslanın hadisənin birini müəy-
yənləşdirir və onun üzərində işləməyi tapşırır. Şəxsi müşahidə ilə yanaşı müəyyən
bədii əsərin, filmin süceti də əsas götürülə bilər. Belə dərslərin təşkili zamanı
şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınır. Kiçik hekayənin sücetini dəyişmək,
onun iştirakçılarının, personaclarının sayını dəyişmək, həmçinin əsərdə baş verən
müəyyən hadisənin başqa bir hadisə ilə əvəz etmək kimi tapşırıqlar yuxarı sinif
şagirdlərinə verilir. Belə tapşırıqlar şagirdlərdə yaradıcılıq və fantaziya qabiliyyətini
artırır.
Xüsusi dərs müəyyən əsər haqqında rəy, resenziya yazmağa da həsr oluna
bilər(7). Belə dərsin keçilmiş bədii əsərlə bağlı təşkili həmin bədii əsərin daha yaxşı
mənimsənilməsini reallaşdırır. Təbii ki, rəy və ya resenziyanın yazılması inşa
yazıdan fərqləndirilməlidir. Ona görə də müəllim rəy, resenziya yazmaq qaydıları,
bu tipli yazılarda nəyə diqqət verilməsi ilə bağlı şagirdlərə məlumat verir. Qeyd
edilən cəhət, xüsusi dərsin pilləli təşkilini tələb edir. Müəllim bir həftə əvvəl bu dərs
barədə məlumat verir. Sonra hansı əsər haqqında rəyin yazılacağını müəy-
yənləşdirir. Növbəti həftədə isə xüsusi dərs təşkil olunur. Bu dərsdə şagirdlərin
yazdıqları rəylər növbə ilə oxunur və müzakirə edilir. Əvvəlcə biir neçə rəyin
oxunması sonra onların müzakirəsinin təşkili daha məqsədəuyğundur. Belə dərsin
təşkili zamanı sonuncu struktur bölmə kimi, qəzet və ya curnalda çap olunmuş rəyin
oxunması nəzərdə tutulur. Şagirdlər tənqidçinin və ya peşəkar ədəbiyyatçının
yazdığı rəylə tanış olur və bununla da öz yazdıqlarını qiymətləndirmək imkanı
qazanırlar.
Bədii əsərin təhlili ilə bağlı xüsusi dərslər də yaradıcı qabiliyyəti artırır. Belə
dərs keçilmiş bədii əsər üzərində qurulur. Müəllim şagirdlərin müəyyən qisminin
Filologiya məsələləri – №5, 2014
412
ardıcıl əsəri təhlil etməsini təşkil edir. 4-5 təhlildən sonra müzakirə təşkil olunur.
Müzakirə prosesində əvvəl öz təhlillərini oxumamış şagirdlər dinlədikləri təhlillərə
əlavələr edirlər. Bundan sonra müzakirələr başlanır. Müzakirə müxtəlif təhlillərin
müqayisəsi yolu ilə aparılır. Sonda müəllim ümumiləşmələr verir. Qeyd edək ki,
xüsusi dərslərdə dialoji yanaşma prinsipinin tətbiq olunması xüsusi əhəmiyyət kəsb
edir. Dioloji yanaşma şagirdlər arasında dioloji münasibətlərə (subyekt- subyekt
münasibətlərinə) üstünlük verilməsini nəzərdə tutur. Bu zaman dərsdə problemli,
dialoqlu, refleksiv təlim texnologiyalarına, kollektiv (qruplarla) fəaliyyətə üstünlük
verilir. Ünsiyyət, dinləmə və eşitmə açıqlıq, səmimilik, şəraitində təşkil edilir.
Dialoği nitq prosesində tələb olunan informasiya mənimsənilir.
Məşhur rus pedaqoqu P.R.Afanasyev hər bir dərsin əsas mərhələlərinə
aşağıdakıları aid edir: 1) ev tapşırığının yoxlanması; 2) yeni materialın izahı; 3) izah
edilmiş qaydaların qavranmasını möhkəmləndirmək üçün tapşırıqlar; 4) dərsin
ümumiləşdirilməsi və nəticəsi; 5) evə tapşırıq» (5, 151).
Dərsin göstərilən şəkildə təşkili zamanı müəllim bütün bu göstərilən
mərhələlərdə fəndaxili əlaqənin elementlərini nəzərə almalı, onları tətbiq etməyi
bacarmalıdır. Xüsusi dərslər qeyd olunan prinsiplərdən bir qədər kənara çıxır. Lakin
burada da ev tapşırıqları məsələsi qoyula bilər. Lakin tapşırıq növbəti ənənəvi
dərsdə deyil, başqa xüsusi dərsdə yoxlanıla bilər. Məktəblərdə ədəbiyyat
dərnəklərinin yaradılması xüsusi dərslərlə dərnəyin işinin əlaqələndirilməsi üçün
zəmin yaradır. Müəllim xüsusi dərsdə qoyduğu mövzunun aktuallığını nəzərə
almalıdır. «Bir çox hallarda mövzu aktual olur, lakin alınan nəticələr həyatdan ayrı
düşür, praktikada özünə yer tapa bilmir. Tədqiqat, əsasən, kabinetdə aparıldığından
ondakı metodik müddəalara istinad etmək qapının gözlüyündən baxıb xarici aləmi
dərk etməyə bənzəyir.» (6, 8-9).
Mövcud pedoqoji ədəbiyyatın təhlili göstərir ki, hazırda təcrübədə istifadə
edilən xüsusi dərslərin xeyli sayda növləri vardır. Dərs- işgüzar oyun, dərs -mətuat
konfransı, dərs-yarış, teatrlaşdırılmış dərs, qrup şəklində iş üzər aparılan dərs, dərs-
yaradıcılıq, dərs yaradıcılıq hesabatı, dərs ümumiləşdirmə, dərs-dialoq, dərs-oyun,
dərs ekskursiya və s. xüsusi dərs növləridir. Bu dərslərin hər birinin öz təşkili
prinsipləri vardır. Həmin prinsiplər dərsin məqsədindən doğur.
Ədəbiyyat
1. 1. Баранов С.П., Болотина Л.Р., Сластенин В.А. Педагогика. - М.: Прос-
вещение, 1987.
2. Balıyev H. Azərbaycan dilinin tədrisi metodikasından mühazirələr. -Bakı: API
nəşri, 1978.
3. Abbasov Ə. Azərbaycan dili təlimi məzmununa dair üç məsələ barədə
//Azərbaycan dili və ədəbiyyatı tədrisi, 2000, №1.-S. 34-37
4. Qurbanov V. Aərbaycan dili dərslərində fəndaxili əlaqədən səmərəli istifadə
metodikasına dair// Azərbaycan dili və ədəbiyyatı tədrisi. 1988, №3. -S.49-55
5. Афанасев П.О. Методика русского языка в средней школе// Хрестоматия
по методике русского языка. -М.: Просвещение, 1991. –С. 68-77.
Filologiya məsələləri – №5, 2014
413
6. Kərimov Y. Azərbaycan dili üzrə metodik tədqiqatlar, onun məktəb
praktikasında tətbiqi və yaxşılaşdırılması yolları / Azərbaycan dili və ədəbiyyatı
tədrisi. 1987, №1. -S. 7-12.
7. Абасов З. Диалог в учебном процессе.// Народное образование 1993-№ 9-10
И.Шамсизаде
Основные принципы организации уроков литературы
Резюме
Организация уроков литературы тесно связано с целями и задачами про-
ведения уроков. Анализ работ по методике преподования литературы показы-
вают, что кроме основного урока литературы на практике используются и спе-
циальные уроки. Специальные уроки организуются с целью обучения
творческим работам по жизненным впечатлениям и по произведениям лите-
ратуры, обучения рассказам, устным ответам и устным докладам, обучения
анализа сочинений и т. д. Перечисленные виды уроков могут иметь различные
варианты в зависимости от конкретной цели, содержания, методов и приемов
обучения.
I.SHfvsizde
Main principals of arrangement of literature lessons
Резюме
Dostları ilə paylaş: |