Malak Bagirova
Lirical poet, enlightener and intellectual Said Azim Shirvani.
Summary
One of the poets of Azerbaijan literature in XIX century S.A.Shirvani is
known as a ghazal writer. His educational and poetic verses call people for
education and development.
In his ghazals the poet evokes people is lyrical senses. He also wrote fables
which gives people good advices and calls them to a better life . In his satirical
verses the poet severly critisises the main shortages of the society. S.A.Shirvani's
poetical activity has special importance in the history of Azerbaijan literature.
Багирова Мелек
Лирический поет, просетител Сеид Азим Ширвани
Резюме
Самый видный деятель Азербайджанской литературы XIX века Сеид
Азим Ширвани известен в поезии как мастер газели. Его поетические произ-
ведения призывают народа к развитию и усвоению наук. Поет в своих газелях
и баснях выступает как мудрец и воспепает лирический чувства человека. В
сатирическом творчестве критикует невежество, догматизм и недостатки в
обществе. Его творчество – незаменимое наследие в истории нашей лите-
ратуры.
Rəyçi: Gülşən Ağabəy
filologiya üzrə fəlsəfə doktoru, dosent
Filologiya məsələləri – №5, 2014
442
FƏRİDƏ HİCRAN
Filologiya elmləri üzrə fəlsəfə doktoru
feridehicran60@mail.ru
SARIQAMIŞ VƏ QARABAĞ BAYATILARININ BƏZİ ORTAQ
ÖZƏLLİKLƏRİ
Açar sözlər: Sarıqamış, Topxana, səlnamə, bayatı, hüzn, kədər
Ключевые слова: Сарыкамыш, Топхана, летопись, баяты, грусть, печаль
Key words: Sarykamysh, Topkhana, annals, bayati, sorrow, sadness
Bayatıları insan həyatının canlı poetik səlnaməsi adlandırsaq, qətiyyən səhvə
yol vermərik. Bayatı Azərbaycan şifahi xalq ədəbiyyatının ən geniş yayılmış
janrlarından biri və tükənməz xəzinəsidir. Bu janrın dərin fikir ifadə edən fəlsəfi
zənginliyinə görə seçilən nümunələrinin hər birinin məzmunu da fərqlidir. Onlar
insan həyatının canlı poetik səlnaməsidir. Bayatı insanın varlığını, mənəvi aləmini
dünyaya gəldiyi andan onu tərk edənə qədər müşayiət edir. Bu janr Azərbaycanın
həm quzeyində, həm də güneyində ən çox sevilən janrlardan biri və bəlkə də,
birincisidir.
Bayatılar həm də folklorun ən qədim janrlarından hesab olunur. Məlumdur ki,
eramızın birinci minilliyində Azərbaycanda yaşamış və Azərbaycan xalqının
enogenezində böyük rol oynamış hunlar, xəzərlər, avarlar, savirlər və başqa türk
boylarının dilində geniş şifahi ədəbiyyat nümunələri olmuş və bu günə qədər gəlib
çıxmış bayatıların, laylaların, ağıların çoxu o dövrdə yaranmışdır (1, 76).
“Bayatı” sözü bir termin kimi həm “köhnə, boyat” kəlməsi ilə əlaqə-
ləndirilmiş, həm “ulu Tanrı” kimi mənalandırılmış (Mahmud Kaşğarlı), həm də
Oğuz xanın nəvəsi, Gün xanın ikinci oğlu Bayatın, sonralar isə soy-kökümüzdə
önəmli rol oynamış eyni adlı boyun adı ilə bağlanmışdır (Salman Mümtaz).
Bayatıların ən qədim növlərindən hesab edilən saya isə eyni zamanda el nəğməkarı,
aşığın əcdadı, ulu babası sayılmış, bu ifaçı-sənətkar bir çox dastanların yaradıcısı –
müəllifi kimi dəyərləndirilmişdir (2, 5-11).
Bayatılar insanın mənəvi ruhuna dinclik və təsəlli verən bir yaşamdır. Çünki bu
janr insanın varlığını, onun daxili aləmini dünyaya göz açdığı çağdan ömrünün son
anlarına kimi müşayiət edir, duyum və hisslərinə estetik və bədii zövq aşılayır. Layla,
nazlama, nənni özgə beşikbaşı nəğmələrindən tutmuş ağı və sızlamalara qədər keçən
ömür yolu yüzillikləri adlayaraq həm də tarixi kəsimə, epoxaya çevrilmiş, bu məsafəni
isə əski çağlarda formalaşan, illəri, əsrləri ötdükcə yetkinləşən, nəticədə bayatı adı ilə
şöhrətlənən poetik incilər ziynətləndirmişdir (3, 4).
Bəli, bayatılar insan həyatının və bütövlükdə bir millətin canlı poetik
səlnaməsidir və buna heç bir şübhə yoxdur. Elə bu səbəbdəndir ki, müxtəlif
əsrlərdə, illərdə ərsəyə gəlmiş qısa poetik nümunələrdə onların yarandığı dövrün
nəfəsini, həmin dövrdə cərəyan etmiş hadisələrin ruhunu duymaq mümkündür. Bu
baxımdan 1990-cı ilin məlum qanlı 20 yanvar hadisəsindən sonra qoşulmuş
bayatılar deyilənlərə ən gözəl misaldır:
Filologiya məsələləri – №5, 2014
443
Ayağım yalın idi,
Tikanım qalın idi.
Mən ölmək istəməzdim,
Cəlladım zalım idi.
Eləmi binə qaldı,
El köçdü binə qaldı.
Mən öldüm, heç bilmədim,
Yetimim kimə qaldı.
Qoy mən ölüm ağlayım,
Dərdə dözüm, ağlayım.
Səni belə görüncə,
Çıxsın gözüm, ağlayım (4).
Eyni sözləri bütövlükdə XX əsrdə ərsəyə gəlmiş bayatılar haqqında da
söyləmək olar. Həmin əsrin başında və sonunda xalqımızın üzləşdiyi faciələri əks
etdirən çox sayda olaylar baş vermişdir ki, onlara da yüzlərlə bayatı qoşulmuşdur.
Deyilənlərə ən gözəl misal əsrin əvvəllərində yaradılan Sarıqamış bayatıları və əsrin
sonunda ərsəyə gəlmiş Qarabağ bayatılarıdır. Onları birləşdirən ən önəmli ortaq
cəhət rusların və ermənilərin, başqa sözlə, yadelli işğalçıların xalqımızın başına
gətirdiyi bəlalardan doğan hüzn və kədərdir. Bu kədər o qədər dərindir ki və o qədər
incə ifadə edilmişdir ki, sözügedən dövrün ab-havasının bütünlüklə əks etdirir.
Onları soyuqqanlılıqla dinləmək mümkün deyildir.
Sarıqamış bayatılarından bir neçəsini gözdən keçirək:
1.
Sarıkamışta var maşın,
Urus yığmış ağır koşın.
Bizim uşak açık, çılpak,
Dağlarda buyudu kışın.
2.
Sarıkamış için meşe,
Urus yaktı hep ateşe.
Bizi koydu eli bağlı,
Nere gitti Enver Paşa.
3.
Sarıkamış al kan oldu,
Zalım Urus murat aldı.
Kimsesiz kız dul gelinler,
Kara giyip saçın yoldu.
4.
Enver Paşa hücum dedi,
Yarıldı Moskofun ödü.
Zalım Allahüekber dağı,
Neçe yiğit aslan yedi (5).
Filologiya məsələləri – №5, 2014
444
Bu bayatılarda söhbət nədən, kimdən və hansı dövrdən gedir? Məlumat üçün
bildirək ki, I Dünya Savaşı dövründə Osmanlı dövləti Almaniya ilə imzalanan
anlaşmanın ardından müharibəyə girməyə məcbur olmuşdu. Ancaq Balkan
savaşından yeni çıxdığı üçün və yetərli hazırlıq görməyə vaxtı olmadığından bir çox
çətinliklərlə üzləşməli olmuşdu. Osmanlı donanmasının gəmilərinin Sevastopolu
bombarduman etməsindən sonra Rus Ordusu 1914-cü ilin 1 noyabrında Osmanlı-
Rusiya sərhədlərini adlayaraq hücuma keçmişdi. Ərzurum istiqamətində irəliləyən
rus qoşunları 7-12 noyabrda Köprüköy və 17-20 noyabrda Azap döyüşlərində
məğlubiyyətə uğrayaraq geri çəkilmək məcburiyyətində qalmışdı. Savaşın ilk
aylarında meydana gələn bu durum ordunun zabit və əsgərlərinə ruh vermişdi.
Bununla belə, ağır itkilər verən 3-üncü Türk Ordusu, geri çəkilən düşməni taqib edə
bilməmiş; daha əlverişli bir ərazidə toplanmaq, yardımın gəlməsini gözləmək və
yeni bir rus hücumunun qarşısını almağa hazır olmaq məqsədiylə təqribən 8-10 km
geri çəkilmək məcburiyyətində qalmışdı (6, 4).
Avropada savaşın mövqe döyüşləri halı alması və Qalisiyada avstriyalıların
ruslar qarşısında çətin vəziyyətə düşməsi səbəbindən baş komandan vəkili Ənvər
Paşa müttəfiqlərin Avropadaki vəziyyətini yüngülləşdirmək məqsədilə Şərq
cəbhəsində rusların mühasirəyə alma əməliyyatına qərar verdi. O bu əməliyyatla
həm də 1877-1878-ci illər Osmanlı-Rus Savaşında Doğu Anadoluda itirilmiş
topraqların (Kars, Batum, Artvin və Ərdahan) geri alınmasını və hərbin Qafqazlara
keçirilməsini düşünməkdəydi.
General Həsən İzzət Paşa da məhz bu məqsədlə 14 dekabr 1914-cü il
tarixində İstanbuldan Köprüköyə gəlmişdi. Türk ordusu dekabrın 22-də Sarıqamış
əməliyyatına başladı. Nəticə Osmanlı üçün acınaqlı oldu. Türk qoşunları qarlı
aşırımları aşmağı bacarmadı, qarlı dağ yollarında yolu itirdi, nəticədə onminlərlə
türk əsgəri döyüşə girmədən donaraq şəhid oldu... Bu isə ətrafdakı erməniləri
cəsarətləndirərək, müdafiəsiz qalan türk kəndlərinə hücuma keçməsinə və dinc
xalqa divan tutmasına səbəb oldu (6, 4-5).
Yuxarıda bir neçəsini təqdim etdiyimiz məşhur Sarıqamış bayatıları məhz
həmin faciədən doğan hüzn və kədərin poetik ifadəsidir. Eyni hisslər eyni qəbildən
olan digər bayatılara da hakimdir:
5.
Sarıkamış saza döndü,
Dağları gülzara döndü.
Serçe canlı ermeniler,
Hepisi şahbaza döndü.
6.
Soğanlıda soğan olur,
Kar, tipisi boran olur.
Urusu bozgun görenler,
Anasından doğan olur.
7.
Bardız Deresi kan çağlar,
Analar ciğerin dağlar.
Çil Horoz dağı salında,
Neçe nişanlılar ağlar.
Filologiya məsələləri – №5, 2014
445
8.
Çadırlar dağa kuruldu,
Hücum borusu vuruldu.
Bir Sarıkamış uğruna,
Doksan bin fidan kırıldı.
9.
Allah(hü)ekber başı duman,
Olduk Urusa perişanə.
Kör olasın Hakkı Paşa,
Sen eyledin bizi pişman.
10.
Allah(hü)ekber Karsın dağı,
Mübarek şehit yatağı.
Allah(hü)ekberde söndü hep,
Doksan bin evin ocağı.
11.
Allahüekber kar boran,
Tırmandık dağlara yayan.
Gökten ateş dökülse de,
Yılar mı hiç Ali-Osman.
12.
Allahüekber yan yatar,
Kırazmış da güneş batar.
Allah(hü)ekberin döşünde,
Neçe bin şetiler yatar.
13.
Yaşa babamoğlu yaşa,
Kan bulaştı çatık kaşa.
Biz Urusu alt edterdik,
Sebep oldu Enver Paşa.
14.
Aşağıdan ses geliyor,
Figan bağrımı deliyor.
Kör olasın Enver Paşa,
Gelinleri el alıyor (5).
Təqdim edilən bayatıların daşıdığı informasiya yükünün ötəri təhlili baş
vermiş hadisənin geniş mənzərəsini gözlər önündə canlandrmaq üçün tamamilə
yetərlidir. Belə ki, hadisənin Sarıqamış yaxınlığında baş verdiyi bu toponimin bir
çox bayatıda hallandırılmasından aydın olur. Məsələn, birinci bayatıdakı
“Sarıkamışta var maşın”, ikincisindəki “Sarıkamış için meşe”, üçüncüsündəki
“Sarıkamış al kan oldu” misralarını misal çəkmək olar. Eyni yer adına 5-ci
bayatıdakı “Sarıkamış saza döndü”, 8-ci bayatıdakı “Bir Sarıkamış uğruna”
misralarında da rast gəlirik.
Digər toponimlər - məsələn, 4-cü bayatıdakı “Zalım Allahüekber dağı”, 6-cı
bayatıdakı “Soğanlıda soğan olur”, 7-ci bayatıdakı “Bardız Deresi kan çağlar” və
“Çil Horoz dağı salında”, 9-cu bayatıdakı “Allah(hü)ekber başı duman”, 10-cu
Filologiya məsələləri – №5, 2014
446
bayatıdakı “Allah(hü)ekber Karsın dağı” və s. misralardakı yer adları hadisənin
dəqiq məkanını əks etdirməkdədir.
11-ci bayatıdakı “Yılar mı hiç Ali-Osman” misrasından göründüyü kimi
müharibəni Osmanlı ilə 1-ci bayatıdakı “Urus yığmış ağır koşın” misrasında adı
çəkilən Rusiya arasında getdiyi aydın olur. Rusiyanın adına “Urus” formasında 2, 3,
6, 9 və 13-cü bayatılarda da rast gəlirik. 4-cü bayatıda isə “Urus” əvəzinə “Moskof”
(Moskva) ifadəsinin işləndiyinin şahidi oluruq.
Olayda 90 min türkün şəhid olduğu da sözügedən bayatılarda öz əksini
tapmışdır. Məsələn, 10-cu bayatıda oxuyuruq:
“Allah(hü)ekberde söndü hep,
Doksan bin evin ocağı”.
8-ci bayatıda isə belə deyilir:
“Bir Sarıkamış uğruna,
Doksan bin fidan kırıldı”.
Faciənin baiskarı kimi isə Hakkı Paşa və Ənvər Paşanın adları çəkilir. 9-cu
bayatıdakı “Kör olasın Hakkı Paşa” və 14-cü bayatıdakı “Kör olasın Enver Paşa”
misralarının, bizcə, əlavə bir şərhə ehtiyacı yoxdur. Məlumat üçün bildirək ki,
Ənvər Paşanın adı keçən 14-cü bayatı Türkiyədə nəşr edilən bir çox kitablara daxil
edilmişdir (7).
Yuxarıda qeyd etdik ki, “Türk qoşunları qarlı aşırımları aşmağı bacarmadı,
qarlı dağ yollarında yolu itirdi, nəticədə onminlərlə türk əsgəri döyüşə girmədən
donaraq şəhid oldu... Bu isə ətrafdakı ermənilərin cəsarətlənərək, müdafiəsiz qalan
türk kəndlərinə hücuma keçməsinə və dinc xalqa divan tutmasına səbəb oldu”.
Ermənilərin əməli Sarıqamış bayatılarının birində öz ifadəsini belə tapmışdır:
“Serçe canlı ermeniler,
Hepisi şahbaza döndü”.
Bu bayatılarda ifadə edilən hüzn və kədərin bənzərinə son elmi ekspe-
disiyaların birində Qarabağdan şəxsən topladığımız aşağıdakı bayatılarda da rast
gəlmək mümkündür:
1
Topxana qalın meşə,
Erməni tutub atəşə.
Eli yurddan eyləyən,
Yağını dönsün daşa.
2
Cəsədlər maşın-maşın,
Ruslar gəlib bir qoşun.
Ayaqyalın qacan el-oba,
Harda keçirər qışın.
3
Payız qışdan əzəldi,
Yarpaq tökən xəzəldi.
Qarabağ viran olsa,
Yenə bizə gözəldi.
Təqdim edilən bayatılarda “Topxana” və “Qarabağ” kimi ifadələrin verilməsi
hadisələrin harada yarandığını xəbər verirsə, 1-ci bayatıdakı “Erməni tutub atəşə”
Filologiya məsələləri – №5, 2014
447
və 2-ci bayatıdakı “Ruslar gəlib bir qoşun” misraları sözügedən məkanda baş verən
faciənin səbəbkarlarına işarə edir. Faciənin miqyası isə öz poetik ifadəsini 2-ci
bayatıdakı “Cəsədlər maşın-maşın” misrasında tapmışdır.
Yuxarıda söylənilənlər sübut edir ki, cəmi dörd misradan ibarət olmasına
baxmayaraq, bayatılar böyük informatif yükə sahibdir və bu yük bəzən bütöv bir
səlnamə kimi çıxış edə bilir.
Ədəbiyyat
1. Aslanov V. XII əsrə qədərki Azərbaycan dili haqqında. Azərbaycan filologiyası
məsələləri. Bakı, “Elm”, 1983.
2. Folklordan çap materialları toplusu üzrə (bayatılar) metodiki iş. Bakı, 1982.
3. Azərbaycan bayatıları. “Şərq-Qərb”, Bakı, 2004, 304 s.
4. http://www.metro.gov.az/uploaded/image/newspaper/200902/shehidler_xiyab.p
df (Yanvar bayatıları).
5. http://www.bakimliyiz.com/maniler-ve-agitlar/35391-sarikamis-ta-olenlerin-
agiti-tomarza-sarikamis.html (Sarıkamış bayatıları).
6. Emir Kalkan. Kayseri ve Yöresi Ağıtları. Kültür Müdürlüğü, Kayseri, 1992.
7. Ahmet Z.Özdemir. Öyküleriyle Ağıtlar. II Kültür Bakanlığı Kültür Eserleri
Dizisi, sayı 303, 2001.
Фарида Хиджран
Общие черты Сарыкамышских и Карабахских Баяты
Резюме
"Баяты " один из древних поприще фольклорного жанра. В "Баяты " отра-
жается горе, скорбь, печаль, радость народа. Как у каждого народа есть са-
мобытный образ жизни, мировоззрение так и есть "Баяты " в соответствии с
его духом.
С этой точки зрения "Баяты " Сарыгамуш и Карабахские "Баяты " имеют
много общих чувств. Как есть общее горе между народами потерпевшие наси-
лие Армянских и Российских оккупантов, так и есть много сходство между
"Баяты ".
Farida Hidjran
Common features of the Karabakh and Sarykamysh Bayati
Summary
"Bayati" one of the ancient arena folklore genre people. In "Bayati" reflected
sorrow, grief, sadness, joy of the people. As each nation has a distinctive way of life
and outlook is "Bayat" in accordance with its spirit.
From this standpoint "Bayati" Sarygamush and Karabakh "Bayati" have many
common feelings. As is common grief among peoples and victims of violence
Armenian and Russian occupiers and there are many similarities between ihni
"Bayati".
Rəyçi: professor Almaz Ülvi
Filologiya məsələləri – №5, 2014
448
SAMİRƏ MƏMMƏDOVA
Azərbaycan dillər universiteti
Hasanovas@yandex.ru
“SƏADƏTNAMƏ”
MƏSNƏVİSİNİN
İDEYA
MÖVZU
XÜSUSİYYƏTLƏRİ
Açar sözlər: Şəbüstəri, Səadətnamə, əsərin quruluşu
Key words: Shabistari, Saadatnama, literary structure
Ключевые слова: Шабустари, Саадатнама, литературная структура
Şeyx Mahmud Şəbüstəri təkcə Azərbaycanın deyil,İslam dünyasının tanınmış
şəxsiyyətlərindən biridir.Şeyxin əsərləri təsəvvüfün nəzəri və əməli məsələlərini
özündə əks etdirən yığcam həcmli məsnəvilər və risalələrdən ibarətdir.Müəllifin
yaratdığı əsərlər məzmun baxımından olduqca zəngindir.Müəllifin irsi iki cəhətdən
diqqəti cəlb edir:
1.Rəmzi dil ilə ifadə edilən ədəbi nümunələr kimi;
2.Sufi dünyagörüşünün mühüm ideyalarını daşıyan fəlsəfi-metafizik qaynaq
kimi.
Qeyd etdiyimiz ikinci məsələ daha çox Şəbüstərinin “Səadətnamə”
məsnəvisində əks olunmuşdur.Buna baxmayaraq,o, daha çox “Gülşəni-
raz”məsnəvisi ilə şöhrət qazanmışdır.1006 beytdən ibarət olan bu əsərdə təsəvvüfün
nəzəri və əməli məsələləri yığcam şəkildə ifadə edilmiş və bu əsər təsəvvüf
sahəsində mükəmməl və mötəbər qaynaqlardan biridir.
Onu da qeyd edək ki,Şəbüstəri ədəbi sima olmaqdan daha çox sufi filosof
kimi tanınmışdır.O İbn Ərəbi məktəbinin davamçılarından olmaqla metafizik
təliminin açıqlanmasında böyük rol oynamışdır.( 1,297 ).Şəbüstərinin
yaradıcılığında diqqəti cəlb edən mühüm cəhətlərdən biri odur ki,onun həcmcə o
qədər də böyük olmayan əsərlərində sufi terminologiyası və rəmzləri dəqiq və
incəliklə verilmişdir.Birinci əsərə (Gülşəni-Raz) 30-dan artıq şərhin yazılması onun
əhəmiyyətini və təsəvvüf çevrələrində nə qədər geniş yayıldığını göstərir.
“Səadətnamə” Şəbüstərinin “Gülşəni-Raz”məsnəvisindən sonra qələmə
aldığı ikinci nəzm əsəridir. Bu əsərin adı bir çox qaynaqlarda çəkilir, ancaq müə-
llif əsasən birinci məsnəvisi ilə şöhrət qazandığından onun yaradıcılığından bəhs
edənlər ilk növbədə “Gülşəni-Raz”ı xatırlamışlar. Buna baxmayaraq “Səadət-
namə” sufi təliminə dair dəyərli məlumatlar və fikirlərlə zəngin bir əsərdir. Ey-
ni zamanda bu əsər Şəbüstərinin həyatı, görüşləri, səfərləri, sufi alimlərlə mü-
nasibəti ilə bağlı məlumat verən yeganə əsəridir.
Əsərin adı.Əsərin adına gəldikdə,bu barədə fikirlər müxtəlifdir.Bu barədə iki
qrup fikir vardır.Kimi Şəbüstərinin İmam Qəzalidən təsirlənərək onun “Kimyayi-
Səadət”əsərinin adına uyğun olaraq,”Səadətnamə”adlandırdığını,bəzi müəlliflər isə
Şəbüstərinin öz ləqəbi olan Səədəddinə də bir işarət olaraq əsərinə “Səadətnamə”
adını verdiyi görüşündədir.Lakin Şeyx Mahmud əsərin “Kitabın yazılma səbəbi”
hissəsində yazır:
“Bu əsərdə tam səadətin mövcud olduğu üçün adını səadət adlandırdım.Zikr
əhlinin halı ondadır.Bu məqam bütünlüklə onda tamamlandı.Onun taleyi həmişə
Filologiya məsələləri – №5, 2014
449
səadət olacaqdır və əvvəli Səədlə (səadətlə ) başlayıb sonu Mahmudla (sitayişlə)
bitəcəkdir.” (2,153 )
Əsərin yazılma tarixi.Əsərin yazılma tarixi dəqiq məlum deyildir.Lakin
“Gülşəni-Raz”əsərinin əvvəlində Şəbüstərinin yazdığı bu beytlərə istinad etsək,
“Hamı bilir,bu kəs büsbütün ömür
Heç vaxt istəməyib söyləsin şeir.
Gərçi təbim buna gəlirdi qadir,
Ancaq söz söyləmək olurdu nadir.
Nəsrlə yaratmış çoxluca kitab,
Məsnəviyə heç vaxt etməmiş xitab.”(3,23)
“Səadətnamə”nin “Gülşəni-Raz”dan sonra qələmə alındığını söyləyə
bilərik.Buna baxmayaraq “Səadətnamə” əsərinin “Gülşəni-raz”dan əvvəl yazıldığını
iddia edənlər də var. Dr.Şəhin Əvani “Şeyx Mahmud Şəbüstərinin hikmət
alimlərinə, flosoflara və kəlam alimlərinə qarşı çıxması” məqaləsində fikrini belə
əsaslandırır: ” Şeyx Şəbüstəri Gülşəni Raz əsərini qələmə almamışdan öncə şairlik
bacarığına malik olmasına baxmayaraq nadir hallarda şer söylədiyini vurğulamışdır.
Çünki dəryaları bir qaba yerləşdirmək mümkünsüz olduğu kimi bütün mənaları da
əruz və qafiyə çərçivəsinə yerləşdirmək mümkünsüzdür. Eləcə də, Səadətnamə ilə
Gülşəni Raz əsərləri şer janrları baxımından tam fərqlidirlər.Böyük ehtimala görə
Səadətnamə əsərinin yarımçıq qalmasının da əsas səbəbi də Gülşəni Raza görə
olmuşdur. Belə ki, Şeyx Mahmud Şəbüstəri Gülşəni Raz əsərini başlayandan sonra
həqiqətə qovuşdu, əsl arifə çevrildi. O, əsl arif və sufi olmasını anlayandan sonra isə
kəlam və fəlsəfə alimlərini təhqir etməkdən əl çəkdi, özünü təmamilə irfan və
sufiliyin ixtiyarına buraxdı.”(4,118-119)
Əslində bu fikir inandırıcı görünməməkdədir.Bu məsələdə Şəbüstəri irsinin
Qərb tədqiqatçısı Leonard Luizanın fikirləri olduqca maraqlıdır.Belə ki,Dr.Luizan
Şəbüstərinin bu iki əsərdəki fərqli mövqeyini tam olaraq siyasi vəziyyətlə
əlaqələndirir. Şəbüstərinin yaşadığı dövrdə Təbriz Monqollar tərəfindən işğal
edilmişdir. Monqolların hakimiyyəti dövründə İslam dininin mövqeyi zəiflədi,
əhalinin dini baxışlarında ciddi fərqlər özünü göstərirdi,daha çox bütpərəstliyə meyl
edirdilər.Bütpərəst din xadimlərinin (bəxşilərin) yetişməsi üçün imkan
yaranırdı.Xristianlar,buddistlər və müsəlmanlar arasında ziddiyyətlər artmaqda idi.
Bütün bunlar hicri 696-cı ildə Qazan xanın (1295-1304) İslam dinini qəbul etməsinə
qədər davam etdi.Qazan xan İslam dinini yenidən dövlət dini elan etdi.Qazan
xandan sonra hakimiyyətə qardaşı Olcaytu (1304-1317)keçir.Olcaytunun dövründə
də İslamlaşma yolunda sürətli irəliləmələr olur.(5,430) Gülşəni-Raz əsəri də
təxminən bu dövrlərdə yazılmışdır. Şeyxin Səadətnamə əsərini qələmə aldığı illər
isə soltan Əbu Səidin (1317-1336) hakimiyyətdə olduğu illərlə üst-üstə düşür. Bu
zaman kəsiyində hakimiyyət kəskin baxışlı və digər dinlərin davamçılarını qəbul
etməyən fəqihlərin təsiri altında idi. Gülşəni-Razın qələmə alındığı dövrlərdə dini
hakimiyyət stabil idi və Muhiyəddin ibni Ərəbin fikirlərinə hörmətlə yanaşılırdı.
Halbuki, sultan Əbu Səidin dövründə olduğu kimi Muhiyəddin ibni Ərəbinin
düşüncələri kəskin şəkildə rədd edilirdi.Dr.Luizan əsərin 1330-cu illərdə yazılması
fikrini irəli sürür.Çünki bu dövrdə İbn Ərəbinin “Füsusul-hikəm” və “Fütuhati
Filologiya məsələləri – №5, 2014
450
Məkiyyə” kitablarının yandırılması haqqında fətva verilmişdir.Şəbüstəri də Səadət-
namə əsərində bu əsərləri tənqid etmişdir.( 6,30)
Onu da qeyd edək ki,“Səadətnamə” Şəbüstərinin yarımçıq qalan tək əsəridir.
Əsərin yarımçıq qaldığını onun son əsəri olması fikri ilə əlaqələndirmək olar.Əsərin
əvvəldən planlandığı şəkildə tamamlanmasa da,ardıcıllıqla qələmə alınması,sonlara
doğru bab düzəninin xaricinə çıxaraq fərqli mövzuları əvvəlkilər kimi təfsilatı ilə
vermədən izah etmişdir və əsərini nəsihətlə bitirməsi,
“Dostlarımın hamısı böyüdülər və riyazətlə möhkəmləşdilər.
Onların hamısı barəsində söz açmaq mümkün deyildir və Allah onların
hamısına yar olsun.
Artıq sözün cilovunu çəkmək zamanı çatıb, çünki mənim sözüm həddən
ziyadə uzandı.
Hamı yaxşı xüsusiyyətlərini göstərməyə adət etsin və hamının sonu səadətlə
başa çatsın”(2,241 ) –deyə əsəri yarıda dayandırması bunu söyləməyə əsas
verir.Həm də Şəbüstərinin yeganə əsəridir ki burada nəsihət edir: Ey, bu kitaba
nəzər edən. Məni də bir dua ilə yad et.
Ki Kərimin oğluna (İbn Kərimə) rəhmət olsun və qiyamət günü üməttin
başçısı ilə bir yerdə olsun.”(2,153 )
Əsərin başqa bir yerində Şeyx qeyd edir:
“Mən öz uzun ömrümü tövhidi öyrənmək yolunda sərf etdim”(2,168 )
Əsərin başqa bir yerində Şəbüstərinin aşağıdakı fikirləri maraqlıdır:
“Mən belə bir qərara gəldim ki bundan sonra kitab yazmaq, tədris etmək və
nəsihət verməklə kifayətlənməyim. Və bütün elmlərlə məşğul olmadan öncə dini
elmləri mənzum formaya salım.”(2,153 )
Bunlar “Səadətnamə”əsərinin Şeyx Mahmudun ömrünün kamil vaxtında
qələmə aldığı püxtələşmiş əsəri olduğuna bir işarədir.Görünür,müəllifin əsəri
planladığı kimi bitirməsi üçün kifayət qədər zamanı qalmamış və ya məlum
olmayan səbəbdən əvvəlki planına əməl etmədiyini və bu üzdən də əsərini,son
mövzularını ana xətlə verərək tamamlamışdır.
Dostları ilə paylaş: |