Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 3,51 Mb.
Pdf görüntüsü
səhifə46/48
tarix31.01.2017
ölçüsü3,51 Mb.
#7250
1   ...   40   41   42   43   44   45   46   47   48

Əsərin həcmi. “Səadətnamə”  əsərinin  əldə olan nüsxələrinə  və Dr.Səməd 

Müvəhidin nəşr etdirdiyi tənqidi mətnə  əsaslansaq,əsərin 1570 beytdən ibarət 

olduğunu söyləyə bilərik.Buna baxmayaraq,əsərin həcmi barədə məlumat verərkən 

bir çox mənbələr  əsərin 3000 beytdən (7,193)  ibarət olduğunu söyləmişlər. Çox 

güman ki,həmin mənbələr “Səadətnamə”  əsərinin girişində    Şəbüstərinin kitabın 

yazılma səbəbi ilə bağlı fikrinə istinad etmişlər.Şəbüstəri qeyd edir ki, “mən belə 

qərara gəldim ki,..... dini elmləri mənzum formaya salım,dinin  əsas prinsiplərini 

(Üsuliddin və firuiddini) min beyt çərçivəsində başa vurum,başqa elmlər barəsində 

olan iradlarımı iki min beytə sığışdıraraq mənzum əsərimi üç min beyt çərçivəsində 

tamamlayım.”(2,153).Lakin məlum olmayan səbəblər üzündən  Şəbüstəri bu əsəri 

1570 beytdə  bitirir və “Səadətnamə” əsərinə belə xətm edir: ”artıq sözün cilovunu 

çəkmək zamanı çatıb, çünki mənim sözüm həddən ziyadə uzandı.Hamı yaxşı 

xüsusiyyətlərini göstərməyə adət etsin və hamının sonu səadətlə başa çat-

sın.”(2,241) 

        Yəni başqa elmlərdən bəhs açaraq 3000 beytə çatdırmaq sadəcə istək və 

arzu olub.Müəllif həmin elmləri əlavə etməmişdir.Eyni zamanda Şəbüstəri bu əsərin 



 

Filologiya  məsələləri – №5, 2014

 

 



451

behiştin qapısı kimi 8 babdan ibarət olduğunu bildirir.(2,153).Ancaq əsər 4 babda 

tamamlanmışdır. 

Əsərin mövzusu və quruluşu. Əsər fars dilində nəzmlə yazılmışdır.Bu əsər 

məşhur bir sufi şairi Sənai Qəznəvinin “Hədiqətül-həqiqət” əsərinin yazıldığı xəfif 

bəhrində    qələmə alınmışdır.Şeyx  Şəbüstəri Gülşəni-raz  əsərində  “Şairlik mənə ar 

gətirməz” sözlərini deməsinə baxmayaraq bu əsərində  şeirdən istifadə etməsi 

səbəbindən üzr istəyir və yaşadığı dövranda insanların üzləşdiyi pis vəziyyətə işarə 

edərək şeir və şairlikdən uzaq olduğunu bildirir:  

• Mən nəsr yazmaqda böyük bacarığa malikəm. Bəs nə üçün şeir yazıb şairlik 

edirəm?  

• Mən  şeri qoşduğum üçün öz fəzilətimin ayaqların sındırdım və böyük-

lüyümü məhv etdim.(2,150 ) 

“Səadətnamə” əsərində şeirə və şairliyə yaxşı münasibət bəsləmir, özünün bu 

bacarığa malik olmamasını boynuna alır.  

•  Bu dövrdə yaşayan insanların hamısı şeir sevən olublar və bu səbəbdən də, 

alimlər də şeir demək məcburiyyətində qalıblar.(2,150 ) 

Bir tərəfdən həmin dövrdə yaşayan insanların  şeirə  və  şairliyə çox diqqət 

yetirməsi, digər tərəfdən bidətçilərin, dindən anlayışı olmayan, amma böyük 

iddiaya sahib insanların təsiri onu bəzən  şairlik təbini işə salmağa, dini və 

irfani həqiqətləri bu yolla insanlara çatdırmağa vadar etdi.  

     Bu əsərin özünəməxsus quruluşu vardır. Əsərin əvvəlində “Kitabın tərtibi 

və  əsərin yazılma səbəbi” adlı hissəsində bölümləri alt başlıqlara ayırdığını  və 

dərəcələrlə işlədiyini bildirir.Mövzuları dörd əslə görə açıqladığını söyləyir.Bunlar 

etiqadi,kəlami,təsəvvüfü,yanlış fikirlərin həllidir.Bablar (bölmələr) fəsllərə 

ayrılır,hər bir fəsildə qoyulan məsələ elmin təsəvvüfdə yer alan üçpilləli dərəcəsi 

üzrə izah edilir: 

1.Elmül-yəqin  

 

2.Eynül-yəqin 



3.Həqqül-yəqin 

    Hər bölümdəki mövzuların izahında  bu üçlük dərəcə  təkrarlanır.Elmül-

yəqin hissəsində məsələnin əsas istiqamətlərini ortaya qoyur.Eynül-yəqin hissəsində 

kəlam elminin məlumatlarından istifadə etməklə mövzunu əqli dəlillərlə izah 

edir.Həqqül-yəqin hissəsində isə  məsələnin tədqiqinə  əsaslanan irfani həqiqətləri 

bildirir.Daha sonra mövzunu təmsil və hekayələrdən istifadə etməklə 

işıqlandırmağa çalışır. Mövzuların izahında sufi ədəbiyyatına xas yardımçı vasitələr 

işlənir ki,bunlar 28 hekayə,8 təmsil və 6 mənşədən ibarətdir. Təmsilləri məcazlar 

şəklində  işlətmişdir.Hekayələrin  əksəriyyəti yaşanmış hadisələrdən seçilmişdir 

Bundan  əlavə,tək-tək halda nəsihət,təhqiq,vəsfi-hal başlıqlı parçalar verilir. Hər 

bölümün sonunda “Zalalü’l-mübin” başlığı altında azğın firqələrin görüşləri 

müzakirə olunur. Müxtəlif mövzular üzrə yanlış mülahizə yürüdən zümrələr və 

onların yanıldığı  məqamlar isə “Zülalül-mübin” başlığı altında verilir.. Bəzən də 

çox ağır  şəkildə onları  tənqid edir,fikirlərini təkzib edərək dəlilllər gətirir.  Əsərdə 

14 belə başlıq var.”Mənşə” hissəsində bu azğın firqələrin meydana gəlməsindən 

bəhs etmişdir. 

Əsərin yazılma səbəbindən bəhs edərkən,müəlllifin bu əsəri dini bir 

məsuliyyət duyğusuyla yazmasının  şahidi oluruq.Belə ki, müəllif içərisində  həm 



 

Filologiya  məsələləri – №5, 2014

 

 



452

irfani kəşfi-şühudun, həm ilahi sübutların, həm də Qurani Kərim ayələrinin mövcud 

olduğu mənzum əsər mövcud olmamasından şikayət edərək yazır: 

“Allah-Taalanın dərgahına yol tapmaq üçün ağıl və əməldən möhkəm tutmağı 

tövsiyə edir və qeyd edir Əgər bunları əldə edə və istədiyinə çata bilmirsənsə bu 

bəndə (müəllif) onun əsasını sizlər üçün nəzmə çəkmişdir.” (2,149 ) 

Daha sonra əsərin məzmunu barəsində Şəbüstərinin dilindən 

“Səadətnamə”dən iqtibas etmək istərdik: 

“Birinci mərhələdə elmul yəqinə, ikinci eynul yəqinə  və daha sonra həqqul 

yəqinə çat. Daha sonra böyük kəlam elmi sünnəti və  ən böyük zəlalət barədə 

məlumatlı ol. Fəsilləri buna uyğun olaraq adlandırdım və  mənzum  əsərimi buna 

uyğun olaraq dərəcələndirdim.Hər fəsildə  səkkiz bab mövcuddur və  fəsillər dörd 

əsas məsələ üzərində qurulub.Birinci məsələ  həm ağılın, həm də  hədislərin təsdiq 

etdiyi düzgün etiqaddır. Mən bu məsələni iman və etiqad məsələlərini tam anlaman 

üçün özüm əvvəldən axıracan açıqlayacam.Daha sonra nəzərdə tutulmuş bütün 

məsələlərə aydınlıq gətirmək üçün qarışıq məsələlərin hamısını həll edəcəm.Sən də 

imanınla qazandığın elmul yəqinin vasitəsi ilə  nəzərdə tutulmuş  əqidə  və etiqada 

doğru addımlayacaqsan.Daha sonra eynul yəqinə tərəf istiqamət alacaqsan və mən 

bu sahədə lazım bilinən bütün sözləri sənə deyəcəyəm.Nəzər əhlinin üzləşdiyi bütün 

kəşfi  şühudları  və aldıqları  mənəvi ləzzətləri sənə görüntü kimi vəsf edib 

açıqlayacağam.Mən sənə onların söhbətlərindən və gizli sirrlərindən söz aça-

cağam.Sonra çatdıracağım sözləri və  şübhələri bildirdikdən sonra onların cavab-

larını verəcəyəm. Daha sonra həmin məzhəb və firqələr barəsindəki araşdırmaları 

sənə çatdıracağam və məzhəbin nə səbəbdən yaranmasını izah edəcəyəm.Fikirlərimi 

bildirmək və izah etmək üçün təmsillərdən və müxtəlif rəvayətlərdən istifadə 

edəcəyəm.Mətnin müxtəlif yerlərindən təbərrük kimi müxtəlif  şeyxlərin sözləri 

qeyd olunmuşdur.Orada Allah kəlamına uyğun olaraq həm mədh (tərif), həm zəmm 

(təhqir) mövcuddur.” (2,149 ) 

“Səadətnamə”əsərinin  əsas mövzusu kəlam və  təsəvvüfdə mühüm yer tutan 

Allahın zatı,sifətləri,adları  və fellərinin açıqlamasıdır.Müəllif bu məsələni 

özünəməxsus tərzdə təsəvvüf baxımdan təqdim edir və öz fikirlərini Quran ayələri 

və  hədislərlə  təsdiqləməyə çalışır.Şəbüstərinin məqsədi tövhid etiqadının 

mahiyyətini irfan bucağından açıqlamaqdır.Onun yazılma səbəbindən danışan 

müəllif 66-cı beytdə belə söyləyir: 

Bu din əhli bir dəstə idisə, 

Yetmiş üç dəstə oldular. (2,150 ) 

 Şair burada mühüm bir məqama işarə edir:Allahın dini birdir,insanlar onu 

müxtəlif firqə  və  məzhəblərə ayırmışdır. Məşhur bir hədisdə deyilir:”yəhudilər 

yetmiş bir firqə,xaçpərəstlər yetmiş iki firqə idilər,mənim ardıcıllarım yetmiş üç 

firqə olacaqlar.(8,5855) Həmin hədisin digər variantında söhbət yetmiş iki firqədən 

gedir;onların hamısı cəhənnəmlikdir və yalnız bir dəstə -cəmaət (əsl müsəlmanlar) 

nicat tapacaqlar. 

Şəbüstəri vahid dinin ətrafında yetmiş iki firqənin mübahisə apardığını 

diqqətə çatdırır,öz dövründə hətta bu sayın yeddi yüzə çatdığından gileylənir. 

Kitabın hər bölməsi bir mövzuya həsr edilmişdir və buraya daxil olan fəsillər 

isə mövzunun təfərrüatını açıqlayır.Beləliklə,dörd  əsas bölmə (bab) və  fəsillərin 

ardıcıllığı belədir: 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



453

Birinci bab: Müqəddəs və uca Vacibül-Vücudun zatının tanınması. Allahın 

zatı barəsindədir.Dörd fəsildən ibarətdir.   

                        1.1.Vücudun tanınması 

1.2.Tövhid 

1.3.Tənzih 

İki və üç  fəslin hər biri yanılan üç firqə ayırd edilir. 

İkinci bab:Allahın sifətlərinin tanınması. Allahın sifətləri barəsindədir.Yeddi 

fəsildən ibarətdir. 

2.1.Sifətlərin isbatı 

2.2.Qüdrət sifəti 

2.3.Elm sifəti 

2.4.İradə sifəti 

2.5.Həyat,eşitmək və görmək sifətləri 

2.6.Kəlam sifəti 

2.7.Sifətlərin həqiqətləri 

Üçüncü bab:Allahın adlarını tanınması. Allahın adları haqqındadır. 

Dördüncü bab:Allahın feillərinin tanınması.Allahın işlərindən  bəhs 

edir.Səkkiz fəsildən ibarətdir. 

4.1.Cəbr və qədər 

4.2.Feillərin səbəbsiz olması 

4.3.Adəmin hüdus olması(sonradan yaranması) 

4.4.Aləmin başlanğıcı 

4.5.Danışan nəfsin mərifəti 

4.6.Rizq 

4.7.Zaman və məkan 

4.8.Taət (Allaha itaət) və onun faydası 

 

Nəticə.  Şəbüstəri irsinin böyük tədqiqatçısı Leonard Luizan bu əsəri 

Şəbüstərinin  şah  əsəri adlandırmış,ədəbiyyat tarixçiləri və  tənqidçiləri bu əsərə 

müraciət etmədiklərinə görə qınadığını bildirmişdir.Nəticə olaraq qeyd edək ki,Şeyx 

Mahmud Şəbüstərinin əsərlərini, xüsusən də Səadətnaməsini diqqətlə incələdikdən 

sonra irfani təfsir,  İslam Peyğəmbərinin (s) hədisləri, ilahi kitabın incəliklərindən 

məharətlə istifadə etmək sahəsində xüsusi bilik və bacarığa malik olmasını 

müşahidə etmək olar. Şeyx Şəbüstərinin öz əsərlərində istifadə etdiyi ilahi kəlamları 

onun öz sözlərindən ayırmaq olduqca çətindir və bu onun məharətinin nümunəsidir. 

Bəzən də sufilər kimi ilahi kəlamlara batini təfsir verir və öz sözlərini təsdiqləmək 

üçün Qurani Kərimin ayələrdən istifadə etmişdir.Şeiri sevməsə  də fikirlərini  açıq 

və dolğun  şəkildə ifadə etməsi,nəzmlə  fəlsəfi traktat yazmaq bacarığına malik 

olması Şəbüstərinin  ədəbi zövqünün ali olmasından xəbər verir. 

       


 

Filologiya  məsələləri – №5, 2014

 

 



454

Ədəbiyyat 



 

1. A.Şimmel.İslamın mistik boyutları.çev.E.Kocabıyık.İstanbul,2012 

2. Məcmuəyi-asari-Şeyx Mahmud Şəbüstəri.Haz.S.Müvəhid.Tehran,Tohuri,1371. 

3.Şeyx Mahmud Şəbüstəri.”Gülşəni-Raz”.Ş.M.Lahıci.Şərhi-Gülşəni-Raz.I 

c.Bakı.2008. 

4. Dr. Şəhin Əvani.Moxalefəte Şeyx Şəbüstəri ba həkiman,filosofan və 

motakəlleman. Journal of Religious Thought of  Shiraz University Ser. 25, Winter 

2008 


5. J.P.Roux.Moğol imparatorluğu tarihi.çev.Aykut Kazancıgil,Ayşe 

Bereket.İstanbul,2001. 

6. Lewisohn  Leonard, Beyond Faith and Infidelity: the Sufi Poetry and Teachings 

of Mahmud Shabistari, London: Curzon, 1995 

7. M.Tərbiyət.Danişməndani-Azərbaycan.Bakı.Azərnəşr,1987. 

8.Hafizi-xarabati.Doktor Rüknəddin Humayinfərrux.Tehran.Əsatir.1370.c.7.  

 

 

Samira Mammadova  



The idea and thematic features of  "Saadatnama" verse (mathnawi) 

Summary 


 

    In this article,has been informed about the idea and thematic features of the 

“Saadatnama” (The Book of Felicity) verse written by Shaykh Mahmud Shabistari 

,azerbaijani sufi author .The literary structure ,the date of composition and 

significance of this verse has been pointed out,also, about this issue the thoughts of 

the literary critics has been commented in this scientific paper. 



 

             Самира Мамедова  

Идеи и тематические особенности произведения (маснави) 

"Saadatnama" 

Резюме 


 

   В статье, были  рассмотрены  идеитематических особенностей поэмы 

(маснави) "Saadatnama" (Книга о Счастье) Шейха Махмуда Шабустари, азер-

байджанского  суфийского  автора,  также  в  статье  была  изложена    литера-

турная структура, дата написания произведения, были исследованы причины 

написания  этой поэмы. Также в  этой научной работе были прокомментирова-

ны мысли литературных критиков. 

 

Rəyçi:                    Nəsib Göyüşov 



                           filologiya elmləri doktoru  

 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



455

NAİLƏ MUSTAFAYEVA 

filologiya üzrə fəlsəfə doktoru 

Əlyazmalar İnstitutu 

nailemustafayeva@yahoo.com.tr 

 

SƏMƏD MƏNSURUN MÜXƏMMƏSLƏRİ 

 

Açar sözlər: müxəmməs, poeziya, satira, mətbuat 

Ключевые слова: мухаммас, поэзия, сатира, пресса 

Key words: mukhammas, poetry, satire, press 

 

Müxəmməs janrı XX əsrin  əvvəllərinə  qədər müəyyən inkişaf yolu keçmiş, 

məzmun və formaca zənginləşmişdir. XX əsrin əvvəllərində poeziyamızda satirik, 

ictimai-fəlsəfi məzmunlu müxəmməslərin sayı artmış, bu janr özünə yeni formalar 

tapmışdır. Xüsusilə bu janr daxilində Mirzə Ələkbər Sabirin yeni forma axtarışları 

diqqətəlayiqdir.  

Müxəməs janrının XX əsrə  qədərki inkişafını “Sabir satiralarındakı mü-

xəmməslərə hazırlıq mərhələsi” adlandıran professor Teymur Kərimli yazır: “Sabir 

“Hophopnamə”sində müxəmməsin klassik formasından bir dəfə  də istifadə 

etməmişdir. Onun ən çox müraciət etdiyi forma müxəmməs-tərcibənd formasıdır. 

Həm də çox vaxt tərci əvvəldə ayrıca verildikdən sonra hər bəndin  axırına keçir” 

(6, s.359). 

XX  əsrin  əvvəllərində müxəmməsi mövzu cəhətdən zənginləşdirən sənət-

karlardan ictimai-fəlsəfi məzmunlu müxəmməslər müəllifi Məhəmməd Hadinin də 

adını  çəkmək lazımdır. Dövrün müxəmməs yardıcılığında istedadlı  şair Səməd 

Mənsurun (1879-1927) xidmətləri də maraq kəsb edir. Onun  müasiri olduğu 

həyatın, cəmiyyətin geniş ictimai-fəlsəfi təhlilindən ibarət “Həpsi rəngdir” müxəm-

məsi poeziyada əks-səda doğurmuş, sovet dövründə  şairin yaradıcılığı qadağan 

edilidyi bir zamanda da əlyazma halında əldən-ələ gəzmiş, dillər əzbəri olmuş, bir 

sözlə, heç bir vaxt unudulmamış,  ədəbiyyat tariximizdə özünə  məxsus yerini 

tutmuşdur. Səməd Mənsur lirikada Məhəmməd Füzuli, satirada isə Mirzə Ələkbər 

Sabir məktəbinin nümayəndəsidir. Onun yaradıcılığında lirikanın da, satiranın da 

təkrarsız nümunələrinə rast gəlirik. Şairin ən mükəmməl, iri həcmli seçilmiş əsərlər 

toplusuna 14 müxəmməsi daxil edilmişdir. Bunlardan 9-u Sabirin satirik üslubunda 

yazılmışdır, dördü, o cümlədən, “Həpsi rəngdir”  şeiri ictimai-fəlsəfi məzmunlu, 

ciddi əsərdir, sonuncusu isə Füzuli qəzəlinə təxmisdir. Professor T.Kərimli Sabirin 

müxəmməs janrına gətirdiyi yeniliklər barədə yazır: “Göründüyü kimi, Sabir klassik 

poetika qayda-qanunları  çərçivəsindən çıxaraq müxəmməs janrının üç formal 

əlamətini yerinə yetirmir: birinci bəndi a-a-a-a-a şəklində deyil, a-a-a-b-b şəklində 

qafiyələnir, son bənddə  təxəllüsünü vermir və  nəhayət, tərcinin özünün də ilk 

misrasını  hər bənddə  dəyişir. Müxəmməs formasına bu cür müstəqil münasibət 

Sabirin mətləb ifadəetmə imkanlarını da xeyli genişləndirmiş olur. Məzmunun 

tələblərinə  əsasən  şair gözlənilmədən formanı  dəyişə bilir” (6, s.360). Bu 

deyilənlərə onu da əlavə etmək istərdik ki, türk alimi Haluk İpekten “Əski türk 

ədəbiyyatı. Nəzm  şəkilləri və  əruz” kitabında yazır: “Son iki misrası  nəqərat olan 

müxəmməslərə  ədəbiyyatımızda çox az rastlanmışdır” (5, s.96). Qeyd etmək 



 

Filologiya  məsələləri – №5, 2014

 

 



456

istərdik ki, tədqiqatçı “ədəbiyyatımızda” deyərkən yalnız osmanlı deyil, Azərbaycan 

və cığatay ədəbiyyatlarını  da nəzərdə tutur. Buradan belə nəticəyə gəlmək olar ki, 

Sabirin müxəmməs janrına gətirdiyi forma yeniliklərini bütün türk ədəbiyyatları 

səviyyəsində yenilik kimi qəbul etmək olar. Sabir ədəbiyyatımızda elə populyar şair 

olmuşdur ki, onun təsiri ilə illər ərzində klassik üslubda lirik-aşiqanə və ya ictimai-

fəlsəfi məzmunlu ciddi şeirlər yazan müasirləri belə satirik şeirlər yazmağa 

başladılar. Bu təsir Sabirdən sonra ədəbiyyata gələn şairlərin əsərlərində də özünü 

qabarıq göstərmişdir. Təbii ki, Sabirdən ideya-məzmunca bəhrələnən şairlər ondan 

forma yeniliklərini də götürdülər. Sabirdən məzmun və formaca təsirlənən 

şairlərdən biri də Səməd Mənsur idi və bu ustad sənətkardan gələn yeni formaları o 

bütün janrlarda yazdığı sabiranə  şeirlərində  tətbiq etmişdir. Məsələn, S.Mənsurun 

“Gülməlidir”, “Naz et”, “Ərbəin qurtarmaq münasibətilə” , “A”Tuti!”, “Ya Rəb”, 

“Gözəl oğlanlarıq”, “Atanın oğlu ilə davası”, “Qarı anamdan”, “Meydanə  çıx”, 

“Gərəkdir”, “Söyüşün”, “Mənim olsun”, “Məşahirdən biri”, “Un bölgüsü”, “Məslək 

satıram”, “Olur olsun”, “Qaçmaq günüdür”, “İrandan nəva”, “Bəşarət”, “Yolka 

bayramından məhrum olanlara töhfə”, “Ya şeyx!” müsəddəslərində, “Bir möminin 

avropalıya xitabı” adlı mütəssasında (hər bəndi 9 misradan ibarət şeir) da, haqqında 

daha  ətraflı danışacağımız müxəmməslərində  də Mirzə  Ələkbərin forma 

yeniliklərinin (hər bəndin sonundakı 2 misranın nəqərat kimi ayrıca qafiyələnməsi) 

tətbiq edildiyini görürük. İstər müxəmməs, istər müsəddəs olsun, nəqərat hisəsi 

Səməd Mənsurun satirik şeirllərinin  əsas məzmununu bariz surətdə ifadə edir. 

Məsələn, şairin türk ordusunun 1918-ci ildə Bakını işğalçılardan xilas etməsinə həsr 

etdiyi “Qaçmaq günüdür” müsəddəsinin nəqəratı belədir: 

 

Qaçmaq günüdür, ingilis! Osman gəli, arş, 



Qaçmaqda Mıkırtıç sənə, Hartun sənə yoldaş (8, s. 70-71). 

 

Gördüyümüz kimi, şairin əsas məqsədi, şeirin satirik məzmunu, bu nəqəratda 



ifadəsini tapmışdır. 

Səməd Mənsurun müxəmməslərində də Sabirin forma yeniliklərinin tətbiqini 

görürük. “Molla Nəsrəddin əmiyə” adlı müxəmməsində şair jurnal qarşısına çıxmış 

çətinliklərdən, digər mətbuat orqanlarının onu üstələməyə başlamasından danışır. 

Deyildiyi kimi, şeir tərci-nəqərat hissəsi ilə başlanır, bəndlər  ənənəvi a-a-a-a-a 

şəklində deyil, a-a-a-b-b şəklində qafiyələnir, son bənddə təxəllüs verilmir, tərcinin-

nəqəratın ilk misrası hər bənddə dəyişir:  

 

Yeksər qarışıb bu gecə qanqalım, a Molla! 



Qalx, bir cana gəl, dur qadanı alım, a Molla! 

Əvvəl var idin dipdiri meydanda könülli, 

Jurnalçı, nəsihətçi, nəçi, “mollayi-milli”, 

İndi niyə oldun belə sən, ay başıkülli, 

Çallaşdı qəmindən qara saqqalım, a Molla! 

Qalx, bir cana gəl, dur qadanı alım, a Molla! (8, s. 63). 

 

Sabirdən gələn kinayəli gülüş S. Mənsur müxəmməslərinə üçün də xasdır. 



Klassik  Şərq poetikasından gələn kinayə poetik fiquru sözdə  aşkar mənanı gizli 

ifadə etmək yolu ilə yaradılır. Mahirə Quliyevanın  “Şərq poetikasının  əsas 



 

Filologiya  məsələləri – №5, 2014

 

 



457

kateqoriyaları” kitabında oxuyuruq: “ Bu poetik vasitənin estetik dəyəri ondadır ki, 

oxucu öz zehni çalışması sayəsində kinayədə verilən üstüörtülü və gizli məzmun 

incəliyini anlamaqla bədii zövq alır” (7, s.232). XX əsrin  əvvəllərində Sabirin 

şeirlərində kinayə poetik fiquru yeni bir səciyyədə, satirik şeirin silahı kimi istifadə 

edilməyə başlandı.  Əlbəttə ki, öncəki dövr poeziya nümunələrində  də kinayənin 

satirik gücündən istifadə hallarına rast gələ bilərik. Lakin məhz qeyd etdiyimiz 

dövrdən, Mirzə  Ələkbər Sabirin qələminin sayəsində kinayə satirik şeirdə çox 

önəmli bir tənqid, ifşa vasitəsinə çevrildi. Ədəbiyyatşünaslıqda kinayənin satirik 

şeirdə istifadəsi barədə deyilir ki, “kinayə eyni zamanda, bədii məcazlardan birirdir, 

sözün  əks mənada işlənməsi deməkdir. Məsələn, yazıçı bir hadisə  və ya adam 

haqqında özünün əsl fikrinin tam əksinə olan bir fikri, ciddi tərzdə dediyi zaman 

həmin hadisəyə  və ya adama kinayə etmiş olur” (2, s.83). S. Mənsurun təhsil 

aldıqdan sonra kəndlərdə  işləmək istəməyən gənc həkimləri tənqid edən “Cavan 

həkimlərimiz” müxəmməsi  əvvəldən axıra qədər tənqid obyektinə kinayəli 

müraciətdən ibarətdir. Maraqlıdır ki, bu beş bəndlik şeirdə və şairin bir neçə digər 

müxəmməsində Sabirdə olduğu kimi bəndlərin nəqərat hissələrində təkrar misralar 

yoxdur. Altı misradan ibarət sonuncu bənddə isə nəqərat  üç misradan ibarətdir: 

 

Qalsın qulağında, a cavan, türfə nəsihət, 



Jurnal sözü boş lağlağıdır, eyləmə diqqət, 

Sən inteligentsən, qulaq asma, yaşa, keyf et, 

Min heyf ki, keyf etməyə yox parə, həkimlər, 

Pulsuzluq işi saldı yaman darə, həkimlər, 

Ey xatiri möhnətli, günü qarə həkimlər (8, s. 94). 

 

S. Mənsurun “İski”lər “li” ləndilən” adlı 7 bəndlik müxəmməsində söhbət 



soyadlarını “milliləşdirmiş”, lakin əvvəlki kimi millilikdən uzaq olan ziyalılar 

tənqid hədəfinə çevrilmişdir. Maraqlıdır ki, burada ilk üç bənddə kinayəli gülüşə 

üstünlük verilsə də, son dörd bənddə tənqid müstəqim dillə ifadə edilir: 

 

Sandığa qoymuş hamı “iski”liyin, 



İşlədər şimdi əlində “li”liyin, 

Başlasa çərxi-fələk yağiliyin, 

Bir də baxsan həpsi “iski” ləndilər, 

“İski”lər, “ov”lar bü gün “li”ləndilər (8, s.74). 

 

S.Mənsurun 1917-ci ilin 1 aprelində “Tuti” qəzetində çap etdirdiyi 9 bəndlik 



“Yeznə”, yəni Nikolay dayı”  şeirində çevriliş  nəticəsində hakimiyyətdən məhrum 

edilmiş rus çarı tənqid hədəfinə çevrilmiş, onun milli azlıqlara qarşı etdiyi bir sıra 

cinayətlər sadalanmışdır. Burada da kinayəli gülüşlə sözün müstəqim mənada 

deyilməsi bir-birini əvəz edir. Şair bəzi yerlərdə II Nikolayı ifşa etmək üçün 

kinayəli suallara üsünlük verir: 

 

Qətli-am etdimi biçarə yəhudilərini? 



Qırdımı övrəti, ətfalını, yeksər ərini? 

Əzdimi həq danışan kimsələrin peysərini? 

 

 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



458

Ayaq altında üzü indi lavaş oldu niyə? 

Açılıb eybi bütün aləmə faş oldu niyə?(7, s.66). 

Şeirdə elə yerlər də vardır ki, müəllif fikrini birbaşa ifadə edir; 

Sarı qırğızları qaldırdımı, talan elədi, 

Qars, acar kəndlərini xak ilə yeksan elədi ...(8, s.65) 

-deyir. 

Qeyd etmək istərdik ki, XX əsrin əvvəllərində adı çəkilən məlum çevrilişdən 

sonra devrilmiş rus çarı II Nikolayın Rusiyanın milli azlıqlar qarşısındakı 

cinayətlərini ifşa edən bir sıra digər  əsərləri də meydana çıxmışdır.  Əliabbas 

Müznibin “İkinci Nikolayın cəzalanması. Heykəli-istibdadə qarşı” (9, s.110-112), 

“İkinci Nikolayın həbsindəki fəryadı” (8, s.116-117) şeirlərini buna nümunə gətirə 

bilərik. 

Sabirin  şeirlərində dialoji nitqdən istifadəni, müxtəlif  şəxslərin, müxtəlif 

təbəqə nümayəndələrinin mükalimə etdiyini görürük. Onun “Sual-cavab” adlı iki 

şeiri,“Olmur, olmasın!”, “Bura say”, “Bakıda bir kənddə mühavirə”, “Avropada 

Məmdəlinin eşqbazlığı”, “Balaca səhnə”  əsərlərini, bir sıra taziyanələrini və s. bu 

cür əsərlərdəndir. Səməd Mənsurun sabiranə şeirlərində, o cümlədən, “İnşallah” adlı 

müxəmməsində də bu üsuldan istifadə edilmişdir. Doqquz bəndlik bu şeirin hər bir 

bəndində  cəmiyyətin müəyyən bir zümrəsinin nümayəndəsi gələcəyə özünün 

“nikbin” baxışını ifadə edir. Beləliklə, bir şeir kinayəli dillə bütün cəmiyyət 

təbəqələrinin eyiblərini, mənfiliklərini, sadəlövhlüklərini  əhatə etmiş olur, “Alçaq 

təbəqə deyir ki” sərlövhəli bənddən cəmiyyətin aşağı  təbəqə nümayəndələrinin 

həyatda inkişafı istəmədiklərini, sadəcə Quba meydanında köhnə palan satmaq, 

çayçılarda oturmaqla gün keçirmək istədiklərini görürük. “Xırda tüccar deyir ki” 

başlıqlı ikinci bənddən xırda tacirlərin buğdanı arpa ununa qatıb baha satmaq 

istədikləri məlum olur. Sonrakı  bəndlərdə cavanların gecəni səhərə  qədər 

kazinolarda  keçirmək istədiklərini, milyonçuların bazar qiymətlərinə nəzarət edən 

türk ordusunun Azərbaycandan getməsinə sevindiklərini, mollaların xəstəlilərin, 

ölümlərin sayının artmasından sevindiklərini, intelligentlərin bütün fikrinin 

restoranlarda qaldığını, hökümət adamlarının ancaq qarınlarını doldurmaqla məşğul 

olduqlarını öyrənirik. Lakin son iki bənddə  şair aktyorların və  qələm  əhlinin 

dilindən danışarkən tənqidi deyim tərzini dəyişdirir, onların gələcək xoşbəxtliyi 

sənətə, xalqa fədakar, təmənnasız xidmətdə gördüklərini yazır: 

 

Əhli-qələm deyir ki: 



Hələlik bir soyuq evdə yatıram ac-yalavac, 

Bilirəm qəmlərimə etməyəcək kimsə əlac, 

Ruhi-ülvini qoy etsin hələlik qəm tarac, 

Ölərəm, sonra adım söylənər, inşallah, 

Torpaq içrə olaram bəxtəvər, inşallah (8, s.83). 

 

28 dekabr, 1918-ci il tarixində  “Şeypur” jurnalında çap etdirdiyi bu şeiri 



oxuduqca müəllifin yazıçılıq,  şairliklə  bərabər aktyorluq etdiyi də yada düşür. 

Fikrimizcə,  şeirin son iki bəndi  şairin həyat məramnaməsinin ifadəsidir, müəllif 

burada özü ilə bərabər maddi sıxıntılar içində yaşayaraq həyatının mənasinı xalqına 

xidmətdə görən əsl ziyalılarımızın əqidə bütövlüyünü əks etdirmişdir. 



 

Filologiya  məsələləri – №5, 2014

 

 



459

S. Mənsurun “ciddi” müxəmməslərindən biri bəlkə  də onun ilk qələm 

təcrübələrindən olan Füzulinin “Pənbeyi-daği-cünun içrə nihandır bədənim” misrası 

ilə başlanan qəzəlinə yazdığı  təxmisidir. Füzulinin yeddi beytlik bu qəzəlinin hər 

beytinə bir bənd həsr edən müəllif bu təxmisi ilə dahi şairin  sənət dünyasına, söz 

sehrinin sirlərinə gənc yaşlarından bələd olduğunu sübut etmişdir. Təxmisin bütün 

bəndlərinə S. Mənsurun  əlavə etdiyi misralar Füzuli beytlərinə  məharətlə uyğun-

laşdırılmışdır: 

 

Gəl-gəl, ey lalərüxüm, bülbüli-şirinsüxənim, 



Ömr bağında xəzan oldu gülüm, yasəmənim, 

Çak-çak oldu qəza tiği ilə bəs ki tənim, 

“Pənbeyi-daği-cünun içrə nihandır bədənim, 

Diri olduqca libasım budur, ölsəm, kəfənim” (8, s.20). 

 

8 bəndlik “Əşar” adlı müxəmməsində  əvvəlcə bahar fəslinin gözəlliklərini 



təsvir edən şair, sonra fəlsəfi düşüncələrə dalır, oxucunu təbiətdən ibrət götürməyə, 

oyanmağa, dünyanı dərk etməyə çağırır. 

Altı  bəndlik “Çarşablı qadınlar” müxəmməsində S. Mənsur qadınlara 

müraciət edir, onları çarşabı atıb dünyaya baxmağa, eyni zamanda, bər-bəzəkdən, 

ənnik-kirşandan da imtina etməyə çağırır. 

Qeyd etdiyimiz kimi, Səməd Mənsurun yalnız müxəmməsləri içində deyil, 

bütün yaradıcılığında ən məşhur əsəri  “Həpsi rəngdir” şeiridir. Səkkiz bəndlik bu 

müxəmməsdə  şair dərin ictimai-fəlsəfi fikirlərini ifadə etmişdir. Məhz bu şeirin 

sovet dövründə gizli şəkildə olsa da, ədəbiyyat adamları, qələm sahibləri arasında 

geniş yayıldığından, rəğbətlə qarşılandığındandır ki, xalq şairi Rəsul Rza XX əsrin 

60-cı illərində tamamladığı “Rənglər” şeirlər silsiləsinin “Əl vurmayın, rənglənib” 

adlı son şeirinə bu misraları daxil etmişdir: 

 

Səməd Mənsur haqqında xatirələr, 



Doğruya bənzəyən yalanlar (10, s.291). 

 

“Əl vurmayın, rənglənib” adlı  şeirə “Səməd Mənsur haqqında xatirələr” 



misrası təsadüfi salınmayıb. Rəngləri, onların doğurduğu assosiasiyaları əsas mövzu 

seçən R.Rza “Həpsi rəngdir” şeirinin müəllifini xatırlamaya bilmir. Müəllifin başqa 

bir işarəsi də oxucunun diqqətini cəlb edir: “Əl vurmayın”, yəni “qadağandır” 

deyilən məqamda  əsərləri yasaq edilmiş S. Mənsur yada düşür. Və  nəhayət S. 

Mənsurun riyaya, yalana “Doğruya bənzər yalana” etirazı da xatırlanır. 

“Həpsi rəngdir”  şeirində ilk misralardan “rəng” sözünün hansı  mənada 

işləndiyini başa düşürük.  

 

Uyma, ey dil, xəlqdə yoxdur sədaqət, rəngdir, 



Mey riya, məşuqə ğəşş, hüsnü vəcahət rəngdir, 

Rəngdir hər dürlü matəm, hər məsərrət rəngdir, 

Anla, ey əbnayi-xilqət, cümlə xilqət rəngdir (8, s.35). 

 

Rəngdir, yəni zahiridir, daxildən fərqlidir,  əsl deyil. Fəlsəfi fikir tarixində 



həmişə zahiri ilə (0 cümlədən, rəng ilə) daxili, batini qarşılaşdırlmış, birinin keçici, 

 

Filologiya  məsələləri – №5, 2014

 

 



460

digərinin  əsl olduğu göstərilmişdir. Alman filosofu Hegel “Təbiətin fəlsəfəsi” 

əsərində  hər hansı bir rəngin təbiətdə müəyyən bir vəziyyətlə,  şəraitlə, məqamla 

bağlı olduğunu, məqam dəyişdikdə  rəngin dəyişdiyini, yəni onun keçici olduğunu 

elmi faktlarla sübut edir (3, s.289). Şərq fəlsəfəsində də buna bənzər fikirlər kifayət 

qədərdir. 

S.Mənsur dünyanın bütün gözəlliklərinin, zövqü səfasının fənaya uğr-

ayacağını bədbin bir filosof kimi öncədən xəbər verir. O, bir tərəfdən insanlardan, 

onların vəfasızlığından, həyatda hər  şeyin saxta olduğundan narazıdır, digər 

tərəfdən isə  hər  şeyin sonu olacağını söyləyir, bu dünyada xoşbəxt olmağın 

mümkünsüzlüyündən danışır. Anadilli şeirimizdə Molla Vəli Vidadinin “Gəl çəkmə 

cahan qeydini sən, can belə qalmaz”, Molla Pənah Vaqifin “Mən cahan mülkündə 

mütləq doğru halət görmədim” misraları ilə bağlanan müxəmməslərini, bir sıra  

diğər  əsərləri bu şeirin sələfi adlandırmaq olar. Fikrimizcə, S. Mənsurun “Həpsi 

rəngdir”  şeirinin ideya və  məzmununda dövrünün böyük sənətkarı  Məhəmməd 

Hadinin də  təsirini görmək olar. Qeyd edək ki, bu iki sənətkar arasında qarşılıqlı 

rəğbət olmuş, M.Hadi “Hərarətli şeir və yaxud qızdırmalı halında saçmalarım” adlı 

şeirinin adının altında “Səməd Mənsur qardaşıma” ithafını yazmışdır. Məlum 

olduğu kimi, həyata fəlsəfi baxış, həyatın, bəşəriyyətin inkişafının təzadlı, 

ziddiyyətli nöqsanları üzərində düşüncələr. Hadi poeziyasının səciyyəvi 

cəhətlərindən olmuşdur.  Şairə görə  bəşəriyyətin zahirən müsbət görünən texniki 

tərəqqisi onun əleyhinə çevrilmişdir, daha qanlı müharibələrlə  nəticələnmişdir. 

M.Hadinin “İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah” poemasının  əsas 

mövzusu bəşəriyyətin özünün özünə qənim kəsilməsinin, insan həyatında sözlə real 

gerçəkli arasında olan fərqin, ziddiyyətin ifşasından ibarətdir: 

 

Həyatın səsləri guşumda həp fəryad şəklində, 



Bu insanlar ki, qardaşdır və lakin ad şəklində, 

Bu torpaq qanlı ovlaqdır, bəşər səyyad şəklində, 

Ədavət daima vardır, məhəbbət ad şəklində (4, s.362). 

 

Hadinin təsvir etdiyi cəmiyyətdə gülüş, fərəh təməlsizdir, süni görünür, təbii 



görünən isə qəmlən, matəmləndir: 

Gülüşlər həp binasızdır, fəqət qəmlər təbiidir, 

Fərəhlərdə təməl yoxdur, o matəmlər təbiibdir (4, s.363). 

 

Tərcibənd formasında yazılan poema boyu təkrar edilən bəndlərarası vasitə 



beyti axırda da işlənərək kədərli bədbin bir sonluq kimi səslənir: 

Baxışlar kölgəli, üzlər bütün naşad şəklində,  

Bu matəmgahı kim görmüş şürunabad şəklində (4, s.381). 

 

XX əsrin əvvəllərində Cəfər Cabbarlının “Oqtay Eloğlu” faciəsində həyatdakı 



riyakarlıqlara etiraz edən bədbin, küskün Oqtay gözə görünən hər  şeyin saxta 

olduğu barədə üsyankar bir şəkildə belə deyir:”Görünən hər şey var demək deyildir. 

Yox, yox, mən bir daha gözlərimə inanmıram, çox zaman onlar aldadırlar. Bəlkə 

sən bir kölgəsən. Bəlkə güzgüdəki şəkillərdən birisən. Sənin həqiqət olduğunun bir 

sübut varmı?” (1, s.219). 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



461

Rəng, zahir-daxil, batin qarşıdurmasını S. Mənsurun digər  şeirlərində  də 

görürük. “Bir rəngli, boyalı qadına” adlı  şeirində  şair bəzəkli, boyalı xanımın 

gözəlliyinin ömrünün uzun olmayacağından danışır (7, s.42). 

S. Mənsur 8 bəndlik “Həpsi rəngdir” müxəmməsinin əvvəlindən axırına qədər 

həyatın bütün tərəflərini nəzərdən keçirir, təbiətdə  də, ictimai həyatda da çoxlu 

nöqsanlar, “rəng” yəni sırf zahirilik, saxtalıq tapır, din xadimlərinin sözünün də, 

təriqətlərin də,  şairlərin mədh etdiyi məhəbbətin də  rəngdən başqa bir şey 

olmadığını elan edir, hər kəsin öz nəfsinə qulluq etdiyini söyləyir. Daha çox Vaqifin 

“Görmədim” rədifli müxəmməsinə yaxın olan bu şeirini  şair klassik ənənədən 

nümunə götürərək saqiyə müraciətlə bitirir. Əgər dünyadan kam almaq mümkün 

deyilsə, heç olmasa mənə bir şərab ver-deyə sözünü bitirir: 

 

İndi ki, mümkün deyil aləmdə olmaq kamyab, 



Ey gözün qurbanı saqi, ver genə sağər şərab, 

Ver genə sağər şərab, ey sayiqi-alicənab, 

Bəlkə bədənlə edə Mənsur rahət iktisab, 

Yoxsa bu aləmdə yoxdur istirahət, rəngdir (8, s.36). 

 

Əldə edilən məlumatlar sübut edir ki, artıq XX əsrin əvvəllərində S.Mənsurun 



bu müxəmməsi  ədəbi aləmdə populyarlıq qazanmışdı  və  şairlər ona nəzirələr 

yazırdılar. 

Nəcəfqulu bəy  Şeydanın XX əsrin 30-cu illərində  tərtib etdiyi “Gülşəni-

maarif” təzkirəsində Qarabağ  ədəbi mühitinin nümayəndəsi, “Müştəri” təxəllüslü 

Məhəmməd ağa Müctəhidzadənin (1875-1956) S. Mənsurun həmin müxəmməsinə 

yazdığı nəzirəsinə rast gəlirik. Yeddi bəndlik bu şeirdə S. Mənsurun fikirləri başqa 

həyat lövhələri ilə, ifadələrlə  təkrar, bəzən inkişaf etdirilir. Bu şeir də 

S.Mənsurunku kimi “Uyma” sözü ilə başlanır. Bir bənddə gündə bir cildə girən 

riyakar şəxs özü-özünü ifşa edir: 

 

Müxtəlif rəngə düşən bir şəxsə dün oldum düçar, 



Söylədim, ya rusiyahü bədşüarü kəcmədar, 

Gündə bir rəngi nə üçün eyləyibsən ixtiyar, 

Pasüxündə söylədi: qəflətdəsən, ey huşyar, 

Bax cəhan miratinə, billurasa rəngdir (11, s.202). 

 

Qeyd etmək istərdik ki, N. Şeydanın “Gülşəni-maarif” təzkirəsinə S.Mən-



surun şeirləri də, “Həpsi rəngdir” müxəmməsi də daxil edilmişdir. 

Səməd Mənsurun poetik yaradıcılığında müxəmməsləri xüsusi yer tutur. Bu 

şeirlər içində  ən məşhuru olan “Həpsi rəngdir”adlı müxəmməs oxucuların böyük 

marağına səbəb olmuş, hətta  şairin  əsərləri qadağan edildiyi dövrlərdə  də gizli 

şəkildə köçürülərək əldən-ələ gəzmiş, dillər əzbəri olmuşdur. Bu şeir sonrakı dövr 

Azərbaycan poeziyasında da əks-səda doğurmuşdur. 

 

Ədəbiyyat 



Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin