26
1873-
cü ildə şəraba aksiz vergisi qoyulması istehsalın həcminə təsir
göstərmişdi.
Yeyinti sənayesində,
dəyirmanlar öz əhəmiyyətinə görə birinci yerdə
gedirdi. XIX əsrin son rübündə un üyüdülməsi daha geniş şəkil almışdı. Ölkənin
bir sıra yerlərində dəyirmanlarda maşınlardan istifadə edilirdi. Əhalinin una olan
tələbini ibtidai su dəyirmanlar ödəyə bilmirdi. Unüyütmə istehsalında fabrik-zavod
tipli müəssisələrin sayı artmışdı. Buxarla işləyən dəyirmanların böyük əksəriyyəti
Bakıda yerləşirdi. Əhalisi sürətlə artan Bakı şəhəri böyük istehsal gücünə malik
olan belə müəssisələrin olmasını tələb edirdi. 70-ci
illərdən şəhərdə tikilmiş
dəyirmanlar nisbətən kiçik idilər. 80-90-cı illərdə isə iri dəyirmanlar xeyli
çoxalmışdı. 1883-cü ildə Bakıda 12, 1889-cu ildə isə 14 buxarla işləyən dəyirman
vardı.
Azərbaycanda
tütün fabrikləri əsasən 80-ci illərdən yaranmağa
başlanmışdı. Ən iri tütün fabrikləri Bakıda idi. 1881-ci ildə 88 min manatlıq
məhsul verən 4 fabrik olmuşdusa, 1898-ci ildə onların sayı 2-yə enmiş,
lakin
məhsul istehsalı 15 dəfədən çox artaraq 12 mln manata çatmışdı.
1876-
cı ildə Nuxada təsis edilmiş ilk tütün fabriki Məşədi Həsən
Dadaşova məxsus olmuşdur. 1885-ci ildə fabriklərin sayı 2, 1898-ci ildə isə 3
olmuşdur. Nuxada qalan 2 fabrik Novruzov və Zülfüqarov tərəfindən tikilmişdi.
İstehsalın ümumi məbləği bu müddətdə 3.700 manatdan 96 min manata
çatmışdı.
XIX əsrin son rübündə Şamaxıda 3, Yelizavetpolda isə 1 tənbəki fabriki
işləyirdi. Şamaxıdakı fabriklər ildə orta hesabla 12 min manatlıqdan çox məhsul
istehsal edirdi. Yelizavetpoldakı fabrikin istehsal məbləği 1889-cu ildə 14,8 min
manat olmuşdu.
Azərbaycanda geniş yayılmış yeyinti sənayesi sahələrindən biri olan daş
və şor duz istehsalı hələ qədimdən mövcud idi.
Bakı quberniyasında əvvəldə olduğu kimi, şor duz alınan ən böyük göllər
Masazır, Zığ, Qala, Kürdəxanı gölləri idi. Cavad qəzasında da belə göllər vardı.
Şuşa qəzasının Ağcabədi kəndi yaxınlığında yalnız bir göl yerləşirdi. Duz gölləri
gah
xəzinənin, gah da ayrı-ayrı şəxslərin - icarədarların ixtiyarında olurdu. Belə
bir vəziyyət 1875-ci ilədək davam etdi. 1875-ci ildə hazırlanan və 1876-cı ildən
tətbiq edilməyə başlanan “Əsasnamə”yə görə, iri duz gölləri iltizam yolu ilə
icarəyə verildi. İcarə duz istehsalının artmasına nisbətən müsbət təsir göstərdi.
Duz istehsalının inkişafına buxov olan aksiz vergisinin 1881-ci ildə ləğv
edilməsi nəticəsində 80-90-cı illərdə duz hasilatında qismən təbəddülat oldu. Duz
istehsalında müşahidə
edilən tərəddüdə baxmayaraq, 70-ci illərdən başlayaraq,
Azərbaycanda duz hasilatı və emalı kapitalist əsasları üzərində qurulmuşdu.
Yeyinti sənayesi sahələrindən biri də
biyan kökü emalı idi. Azərbaycanda
biyan kökünün emalı XIX əsrin ortalarına aiddir. 60-cı illərin əvvəllərində şamaxılı
Qədirov və Hacı Əbdürrəhman qardaşları Əlvənd kəndində xırda bir müəssisə
tikdirdilər. Lakin sonra texnologiyanın yaxşı bilinməməsi üzündən biyan kökünün
emalı dayandırıldı. 70-ci illərdə Yelizavetpolda ilk biyan kökü emalı zavodu təsis
edildi. 1886-
cı ildə Ləkidə Qizi qardaşları və Xrussakinin iri bir zavodu inşa edildi.
1899-
cu ildə ingilis təbəəsi A.Urkqardtın Ucarda, 1890-cı ildə onun
həmvətəni İ.Blissin Yelizavetpolda, 1893-cü ildə yenə onun Kürdəmirdə daha bir
zavodu tikilib başa çatdırıldı. Alınan məhsul başlıca olaraq xaricə - İngiltərə və
Amerikaya göndərilirdi.
27
Beləliklə, çarizmin milli - müstəmləkə və müstəmləkəçi iqtisadi siyasətindən
doğan maneələrə baxmayaraq, ölkənin sənaye həyatında kapitalist münasibətlərinin
inkişafı bir sıra sahələrdə artıq özünün yeni mərhələsinə qədəm qoymuşdu.
Dostları ilə paylaş: