9
iştirak
edə bilərdilər, qadınlar səs vermək hüququndan məhrum olduqları üçün
seçkidə iştirak etmirdilər.
Səsvermə hüququna 25 yaşına çatan və şəhər rüsumunu ödəyən və
müəyyən əmlak senzinə malik olan kişilər malik idilər. Bundan başqa, şəhər
vergisi ödəyən cəmiyyətlər, yoldaşlıqlar, müəssisələr
də seçki hüququna malik
idilər. Şəhər rüsumunu ödəyənlərə daşınmaz əmlak sahibləri, ticarət və sənaye
müəssisələri sahibləri, tacir, sənətkar və arşınmalçı şəhadətnamələri olan şəxslər
aid edilirdi. Şəhər Əsasnaməsinə görə seçicilər ödədikləri şəhər vergisinin
həcminə uyğun olaraq 3 senz qrupuna bölünürdülər və hər bir qrup şəhər
Dumasına seçiləcək deputatların –qlasnıların 1/3-ni seçməli idi. Şəhər Dumasına
cəmisi 79 qlasnı seçilməli idi.
Azərbaycanda 1870-ci il Əsasnaməsi verildiyi ildə tətbiq edilmədi. Rusiya
dövləti Cənubi Qafqazda, o cümlədən Azərbaycanda islahatı gec keçirdi. İslahat
haqqında sərəncam elan edilikdən sonra Qafqaz canişini Bakı
və Yelizavetpol
qubernatoru islahatın onların rəhbərlik etdikləri quberniya şəhərlərində həyata
keçirilməsi haqda öz mülahizələrini bildirmək göstərişi verir. Bakı qubernatoru
Kolyubyakin sorğuya cavabında Bakı quberniyası şəhərlərində islahatın mümkün
qədər gec tətbiq edilməsini lazım bildiyini söyləyir. Qubernator bunun səbəbini
belə şərh edirdi: 1) yerli əhalidə guya «özünü idarə vərdişləri» olmamışdır, odur
ki, Şəhər Əsasnaməsi onlar üçün qeyri-məqbuldur; 2)
guya yerli əhali-tuzemlər
daxili Rusiya quberniyalarının çatdığı inkişaf haqqında heç bir təsəvvürə malik
deyilmişlər, guya əhalinin ərzaqla təminatı, sağlamlığının qorunması, kredit
müəssisələrinin təşkili, xeyriyyə cəmiyyətləri və xəstəxanaların və həmçinin teatr,
kitabxanaların təşkili barədə onların heç bir təsəvvürü yoxdur; 3) guya şəhər
əhalisi üçün islahatın keçirilməsi ilə əlaqədar olaraq
yaranacaq əlavə xərcləri
ödəmək çətinlik törədər. Bakı qubernatoru Kolyubyakin şəhərlərin əvvəllərdə
olduğu kimi polislər tərəfindən idarə edilməsinin saxlanılmasını təklif edirdi, polis
idarəsi nəzdində məsləhətçi bir orqan kimi şəhər Dumasının yaradılması ona
görə daha məsləhətli olardı. Özü də, məhdud çərçivədə həyata keçirilməli olan
bu islahat yalnız Bakı şəhərində tətbiq edilməli idi. Bakı quberniyası
şəhərlərindən ancaq Bakı şəhərində Şəhər Əsasnaməsinin məhdud, dar
çərçivədə həyata keçirilməsinin zəruriliyini qubernator Qafqaz canişininin
sorğusuna cavabında bildirmişdi.
Yelizavetpol qubernatoru da «yerli əhalinin
geriliyi və inkişafdan son
dərəcədə geri qalmasına» istinad edərək Şəhər Əsasnaməsinin quberniyada
tətbiq edilməsinin «qəti əleyhinə olduğunu» sorğuya cavabında bildirmişdi və
mövcud qaydanın-yəni şəhər təsərrüfatının polis idarəsi vasitəsilə idarə
olunmasının saxlanılmasını lazım saymışdı. Yelizavetpol qubernatoru bunu
həmçinin «əhalinin azsaylılığı» və şəhər rüsumlarının ağırlığı ilə izah edirdi.
Beləliklə, Cənubi Qafqazın rəsmi dairələri
ölkənin idarə edilməsində
hərbi-polis metodlarının saxlanılmasında israrlı olduqlarını bir daha sübut
edirdilər.
16 iyun 1870-
ci il Şəhər Əsasnaməsinin Cənubi Qafqazda tətbiqi
məsələsi 1874-cü il oktyabrın 28-də Dövlət Şurasında müzakirə edilir və islahatın
tətbiqi canişinə həvalə edilir və onun üzərinə qoyulur. 1870-ci il Şəhər
Əsasnaməsi 1878-ci ildə yalnız Bakı şəhərində tətbiq edilir,
özü də ancaq
şəhərin sərhədləri və şəhərə ayrılan «örüş» yerləri çərçivəsində. Bakı şəhərinin
zavod-
mədən zonası şəhər ərazisinə daxil edilmirdi, odur ki, islahat oraya tətbiq
10
edilmirdi. Bakı şəhər dumasına seçkilər 6-9 dekabr 1877-ci ildə keçirilir, şəhər
əhalisi şəhər vergisini ödəmə miqdarına uyğun olaraq 3 qrupa bölünmüşdü:
I qrup -
Dostları ilə paylaş: