Азярбайъан республикасы дахили ишляр назирлийи



Yüklə 430,35 Kb.
Pdf görüntüsü
səhifə2/11
tarix14.05.2023
ölçüsü430,35 Kb.
#113326
1   2   3   4   5   6   7   8   9   10   11
269 azerbaycan tarixi m N11azerbaycanda kapitalist munasibetlerinin meydana gelmesi (2)

GİRİŞ 
 
XIX əsrin I yarısında Rusiyada kəndli islahatının keçirilməsindən 
xeyli vaxt 
ötməsinə baxmayaraq, çarizm Cənubi Qafqazda islahat 
keçirməyə tələsmirdi. Yerli feodallarla sıx ittifaqa girmiş çar hökuməti onları 
özündən narazı salmaq istəmirdi. Lakin Rusiyada kapitalizmin sürətli 
inkişafı ucqarlarda ciddi dəyişikliklərin edilməsini tələb edirdi. 
Əvvəlcədən onu da qeyd edək ki, Azərbaycanda kəndli islahatını 
keçirmək tələbini irəli sürən ictimai təbəqələr zəif idi. İslahat ərəfəsində 
Rusiyadan fərqli olaraq biz Azərbaycanda elə bir ciddi kəndli üsyanı və ya 
narazılıqların şahidi olmuruq. Halbuki, kəndli islahatı ərəfəsində – 1859-
1861-
ci illərdə, Rusiyanı başdan-başa kəndli hərəkatı bürümüşdü və 
Rusiyada 
ilk inqilabi şərait yaranmışdı. 
Rusiyadan fərqli olaraq Azərbaycanda torpaq sahibləri ilə kəndlilər 
arasında mövcud olan sosial ziddiyyət o qədər də kəskin deyildi. 
Azərbaycanda kəndlilər nə torpağa, nə də feodalın şəxsiyyətinə təhkim 
olunmamışdılar. Azərbaycanda sahibkar kəndlilər torpağa və mülkədarlara 
təhkim olmayıb, sahibkar torpaqlarında yaşayan dövlət kəndliləri hesab 
edilirdilər. Bundan əlavə, hökumət Azərbaycanda kəndli islahatının həyata 
keçirilməsi üçün hələ şəraitin olmadığını bəhanə edir və bunun üçün 
hazırlıq tədbirlərinin görülməsinin vacibliyini qeyd edirdi. Bütün bunlar 
hökumətə islahatı təxirə salmağa imkan verirdi. Lakin hökumət, gec də olsa 
ucqarlarda, 
o cümlədən Azərbaycanda kəndli islahatını keçirməyə məcbur 
oldu. 


4
Sual 1. 
Aqrar islahatın hazırlanması və həyata keçirilməsi. Burjua 
islahatları.
 
Rusiyada kəndli islahatının keçirilməsindən xeyli vaxt ötməsinə 
baxmayaraq, çarizm Cənubi Qafqazda islahat keçirməyə tələsmirdi. Yerli 
feodallarl
a sıx ittifaqa girmiş çar hökuməti onları özündən narazı salmaq 
istəmirdi. Lakin Rusiyada kapitalizmin sürətli inkişafı ucqarlarda ciddi 
dəyişikliklərin edilməsini tələb edirdi. 
Əvvəlcədən onu da qeyd edək ki, Azərbaycanda kəndli islahatını 
keçirmək tələbini irəli sürən ictimai təbəqələr zəif idi. İslahat ərəfəsində 
Rusiyadan fərqli olaraq biz Azərbaycanda elə bir ciddi kəndli üsyanı və ya 
narazılıqların şahidi olmuruq. Halbuki, kəndli islahatı ərəfəsində – 1859-1861-ci 
illərdə, Rusiyanı başdan-başa kəndli hərəkatı bürümüşdü və Rusiyada ilk inqilabi 
şərait yaranmışdı.o 
Rusiyadan fərqli olaraq Azərbaycanda torpaq sahibləri ilə kəndlilər 
arasında mövcud olan sosial ziddiyyət o qədər də kəskin deyildi. Azərbaycanda 
kəndlilər nə torpağa, nə də feodalın şəxsiyyətinə təhkim olunmamışdılar. 
Azərbaycanda sahibkar kəndlilər torpağa və mülkədarlara təhkim olmayıb, 
sahibkar torpaqlarında yaşayan dövlət kəndliləri hesab edilirdilər. Bundan əlavə, 
hökumət Azərbaycanda kəndli islahatının həyata keçirilməsi üçün hələ şəraitin 
olmadığını bəhanə edir və bunun üçün hazırlıq tədbirlərinin görülməsinin 
vacibliyini qeyd edirdi. Bütün bunlar hökumətə islahatı təxirə salmağa imkan 
verirdi. Lakin hökumət, gec də olsa ucqarlarda, o cümlədən Azərbaycanda kəndli 
islahatını keçirməyə məcbur oldu. 
Bunun üçün bir sıra hazırlıq işləri görülməyə başladı. İslahatı keçirmək 
üçün ilk növbədə dövlət, sahibkar və kəndlilərin pay torpaqlarının sərhədləri 
dəqiq müəyyən edilməli idi. Bu məqsədlə Zaqafqaziya Mərz palatası təsis edildi 
və 1861-ci ilin 29 iyununda mərzləşdirmə işini həyata keçirmək üçün 
«Əsasnamə» təsdiq edildi. 1 yanvar 1862-ci ildən etibarən Zaqafqaziya mərz 
palatası fəaliyyətə başladı. Elə həmin ildə Cənubi Qafqaz Mərkəzi İslahat 
Komitəsi də yaradıldı. Lakin mərzləşdirmə işi çox ləng gedirdi. Təkcə onu qeyd 
etmək kifayətdir ki, mərzləşdirmə işinə bilavasitə başlanandan 25 il keçənədək, 
mərzləşdirilməli olan torpaqların cəmisi 5%-i mübahisəsiz mərzləşdirilmişdi. 
Yerdə qalan torpaqlar mübahisəli torpaq fonduna daxil edilmişdi. İslahata hazırlıq 
sahəsində ikinci mühüm addım 1866-cı ildə bəy komissiyalarının yaradılması 
idi. Bəy komissiyaları Cənubi Qafqaz quberniyalarında ali müsəlman silkinin 
tərkibini müəyyən etməli idi. Ali müsəlman silkinin tərkibinin müəyyən edilməsi də 
çox böyük çətinliklərlə bağlı idi. Belə ki, bir sıra «yalançı bəylər» pulla şahidlər 
tutur, məmurlara rüşvət verərək özlərini ali müsəlman silkinin sıralarına 
saldırırdılar. Ümumiyyətlə, bəy komissiyaları Bakıda 22 yanvar 1870-ci ildən 
1880-
ci ilədək, Şuşada 15 mart 1870-ci ildən 1876-cı ilədək, Tiflis və İrəvanda isə 
1865-1867-
ci illərdə fəaliyyət göstərmişdir. Bütövlükdə Azərbaycanda bəy 
komissiyaları tərəfindən 1.188 nəsil əsli-nəcabətli bəy nəsli kimi tanındı, təxminən 
bir o qədər, yəni 1.048 nəslə bəy titulu verməkdən imtina edildi. Bundan əlavə 
Şirvan, Talış və Bakının 3 keçmiş xan nəsli təsdiq edildi. Lakin Azərbaycanın ali 
müsəlman silkinə daxil olan bəylər rus zadəganları ilə bərabər hüquqda 
tutulmurdular, onlar yerli və ali hakimiyyət orqanlarında təmsil olunmurdular. 


5
Nəhayət, müəyyən hazırlıqlardan sonra 1870-cı ilin may ayının 14-də, 
Cənubi Qafqaz quberniyaları: Yelizavetpol, Bakı, İrəvan və qismən də Tiflis 
quberniyaları ali müsəlman silkindən olan şəxslərin, habelə erməni məliklərinin 
torpaqlarında sakin olan dövlət kəndlilərinin torpaq quruluşu haqqında 
əsasnamə» qəbul olundu. «Əsasnamə»nin adından göründüyü kimi islahat 
Azərbaycanın sahibkar kəndlilərinə şamil edilirdi ki, onlar da ümumi kəndli 
kütləsinin 1/5 hissəsini təşkil edirdilər. Ona görə də, bu islahat bütövlükdə 
Azərbaycan kəndində köklü dəyişikliyə səbəb ola bilməzdi. İslahatda kəndliləri 
maraqlandıran üç məsələyə, - torpaq, şəxsi azadlıq, vergi və mükəlləfiyyət 
məsələsinə toxunulurdu. «Əsasnamə»yə görə qanun verilənə qədər kəndlinin 
istifadəsində olan həyətyanı torpaq sahələri, meyvə, tut, üzüm bağları, onun 
daimi istifadəsində olan əkin və b. sahələr onun pay torpağı hesab edilirdi. Kəndli 
öz pay torpaqlarını hissə-hissə və ya bütöv şəkildə, sahibkarlarla qarşılıqlı 
razılığa görə satın ala bilərdi. Ancaq bu zaman hər bir ev 15 desyatindən çox 
torpaq satın ala bilməzdi. Kəndli öz pay torpaqlarını hansı şəkildə olursa olsun, 
satın alarkən, dövlət tərəfindən ona heç bir yardım göstərilmirdi. Mövcud 
«Əsasnamə» elan ediləndən 2 ay sonra nizamlanma qaydalarının 
hazırlanmasına başlanılmalı idi. Nizamlanma qaydaları hər bir malikanə üçün 
əsasnamə elan edildikdən 2 il keçənədək hazırlanır və həyata keçirilirdi. 
Nizamlanma qaydalarını hazırlamağa başlamazdan ən azı 15 gün qabaq, həm 
sahibkara, həm də kəndliyə çağırış vərəqi göndərilməli idi. Onlar nizamlama 
qaydalarının hazırlanmasında iştirak etməli idilər. 
İslahata görə sahibkar kəndlilərinə 1870-ci il islahatına qədər istifadə 
etdikləri torpaq sahələrindən daimi istifadə etmək hüququ verilirdi ki, bu da 
sahi
bkar kəndlərində torpaqdan istifadədə sabitlik yaradırdı. Belə ki, hər bir şəxs 
özünün istifadə etdiyi torpaq payını nəslinin davamçısına verirdi və sahibkarın 
onu geri almaq hüququ yox idi. Sahibkar kəndlilərinə öz pay torpaqlarını satın 
almaq hüququ verilsə də, bu məcburi deyildi. 
Maraqlıdır ki, «Əsasnamə»də satın alınmalı torpağın dəqiq miqdarı 
göstərilmirdi. Halbuki, bu vaxta qədər, demək olar ki, bütün tarixi ədəbiyyatda bu 
sahədə yanlış fikir hökm sürür. Əsasnamədə qeyd edilirdi ki, 1870-cı il 14 may 
qanunu verilənədək kəndlinin istifadəsində olan torpaqlar onların daimi 
istifadəsinə verilir. Beş desyatinlik norma Rusiyanın mərkəzi quberniyalarında 
son hədd kimi götürülmüş və ümumiyyətlə orada hər quberniya üçün yuxarı və 
aşağı norma müəyyən edilmişdi. 1870-ci il Əsasnaməsi ilə hökumət 5 desyatinlik 
normanı mübahisəli məsələlər üçün və həm də sahibkarlara artıq torpaq 
sahələrini kəsmək hüququ vermək üçün ortaya atmışdı. Belə ki, kənd icmasında 
pay torpağı hər bir kişi üçün 5 desyatindən çox olardısa və mülkədarlara əkinə 
yararlı torpaqların 1/3 hissəsindən azı qalardısa, sahibkara əvvəlcədən malik 
olduğu torpağın artıq hissəsini kəsib götürmək hüququ verilirdi. 
Torpaqların satın alınması üçün onun qiymətinin müəyyənləşdirilməsi 
vacib idi. Əgər torpaq mülkədar və kəndli arasında razılıq əsasında satın 
alınardısa, onda torpağın qiymətini onlar özləri müəyyən edirdilər. Əgər, kəndli 
torpağı öz tələbi ilə satın almaq istəyirdisə, onda dövlət orqanları torpağın satın 
alma qiymətini müəyyən etməli idi. Bu sahədə iki dəfə müəyyən təşəbbüs 
göstərilmişdi: 
1) 1872-1876-
cı illərdə torpağın 1 desyatinin məhsuldarlığından asılı 
olaraq Bakı quberniyasında 18 manat 19 qəpikdən 30 manat 15 qəpiyədək, 


6
Yelizavetpol quberniyasında isə 25 manatdan 202 manata qədər, Naxçıvan 
q
əzasında isə 20 manat 66 qəpikdən 54 manat 56 qəpiyədək. Hətta rəsmi 
hökumət dairələri də həmin qiymətlərin mövcud vəziyyətə uyğun olmadığını etiraf 
edirdilər. Məhz bu səbəbdən də Qafqaz canişini həmin qiymətləri təsdiq 
etməkdən imtina etmişdi. 
İkinci dəfə torpağın 1 desyatininin qiymətinin müəyyənləşdirilməsi üçün 
1876-1883-
cü illərdə cəhd göstərildi. Bu dəfə torpağın 1 desyatinin qiyməti onun 
keyfiyyətindən asılı olaraq Bakı və Yelizavetpol quberniyalarında hər desyatin 
torpağa 12 manat 50 qəpikdən 45 manata, Naxçıvan qəzasında 17 manat 50 
qəpikdən 53 manata qədər müəyyən edilmişdi. Ancaq, həmin qiymətlər də 
mövcud vəziyyətə uyğun deyildi. Müqayisə üçün deyə bilərik ki, Bakı 
quberniyasında torpağın 1 desyatinin qiyməti, akad. Ə.S.Sumbatzadənin 
hesablamalar
ına görə Minsk quberniyasından 25, Astraxandan 20, Orenburq, 
Moqilyov, Perm, Tavriyadan 10, bütövlükdə Rusiyadan 7,7 dəfə baha idi. 
Yelizavetpol quberniyasında isə torpağın hər desyatinin qiyməti Astraxandan 60, 
Orenburq, Samara, Moqilyovdan 40, Perm, Mins
kdən 30, Kiyev, Riyazan, 
Moskvadan 10, bütövlükdə Rusiyadan 17 dəfə baha idi. Bu onu göstərir ki, 
hökumət Cənubi Qafqazda islahatın həyata keçirilməsində maraqlı deyildi. O, 
həm qiymətlərin müəyyən edilməsini yubadır, həm də «vıkup» - «ödənc» 
əməliyyatının həyata keçirilməsi üçün heç bir yardım göstərmirdi. Halbuki, 
Rusiyada kəndli bankları vasitəsilə torpaqların satın alınmasına borc pul 
ayrılmışdı və kəndlilər islahatdan dərhal sonra öz pay torpaqlarının 
mülkiyyətçisinə çevrilirdilər. Məhz bu səbəbdən də Rusiyada torpaqların satın 
alınması məcburi idi. 1870-cı il kəndli islahatı xırda kəndli torpaq sahibliyini 
yaratmaq əvəzinə, kəndlilərin torpaqdan istifadəsini qanuniləşdirdi. Azərbaycanın 
sahibkar kəndində çoxlu miqdarda xırda kəndli torpaq sahibliyinin yaradılması iri 
torpaq sahiblərinin mənafeyinə zidd idi. Qafqaz və Mərkəzi Hökumət tərəfindən 
uzun müddət torpaqların satınalma qiymətlərinin dəqiq müəyyən edilməməsi və 
bu işə dövlət yardımının göstərilməməsinin səbəbi bununla aydın olur. 
Bu vaxta qədər tarixi ədəbiyyatda 1912-ci ilə qədər, yəni torpaqların 
məcburi satın alınması haqqında qanun verilənə qədər «satın alma» 
əməliyyatının keçirilmədiyi göstərilirdi. Məsələn, Azərbaycan tarixinin kapitalizm 
dövrünün ən böyük araşdırıcısı olan Ə.S.Sumbatzadə yazırdı ki, 1885-ci ilədək 
Azərbaycanda kəndlilərin nə tək, nə də icmalıqla pay torpağını satın alması 
faktına rast gəlmirik. Yalnız, 1885-ci ildə Bakı quberniyasında 11,5 min kəndli 
təsərrüfatından yalnız 10 təsərrüfat ikitərəfli razılıq əsasında öz pay torpağını 
satın ala bilmişdi. Yelizavetpol quberniyasında vəziyyət bundan da pis idi. Belə 
ki, yalnız 1902-ci ildə Şuşa və Yelizavetpol qəzalarında iki malikanədə və bir 
neçə başqa kəndli təsərrüfatında pay torpağını satın almağa təşəbbüs 
göstərilmişdi. Lakin, satınalma qiymətlərinin yüksək olması səbəbindən onlar da 
pay torpaqları ala bilmədilər. XX əsrin 80-ci illərində Y. Ələsgərovun apardığı 
tədqiqatlara görə, 1870-ci ildən 1912-ci ilədək Azərbaycanın 40 sahibkar 
kəndində müxtəlif növdən olan 2000 desyatin torpaq sahəsi satın alınmış və 
bunun müqabilində sahibkarlara 120 min manat pul ödənilmişdi. 
Satınalma əməliyyatı müvəffəqiyyət qazanmasa da, sahibkar kəndliləri 
faktiki olaraq öz pay torpaqlarının sahiblərinə çevrildilər və mülkədar heç bir 
vəchlə onu bu torpaqdan çıxara bilməzdi. Bu nöqteyi-nəzərdən 1870-cı il 
islahatından sonra torpaqdan istifadədə sabitlik yarandı ki, bu da burjua xarakteri 


7
daşıyırdı. Belə ki, indi kəndli hər desyatin torpağa görə natural vergi olan 1/10 və 
ya 30 qəpik pul ödədikdən sonra, istifadəsində olan pay torpaqlarından 
götürdüyü məhsulun yerdə qalan hissəsindən azad şəkildə istifadə edə bilərdi. 
Bu, 1870-
ci il islahatından sonra sahibkar kəndlərində aqrar münasibətlərin 
spesifik xüsusiyyətlərindən biridir. 1870-ci il islahatının tərtibçiləri mülkədarları 
narazı salmamağa çalışırdılar. İslahatın mətnində (§2) bir tərəfdən qeyd olunurdu 
ki, sahibkar kəndlilərə məskun olduqları torpaqlardan daimi istifadə etmək 
hüququ verilirdi. Digər tərəfdən isə, «sahibkar kəndlilərin istifadə etdikləri» 
torpaqların torpaq sahibinin ixtiyarında qaldığı qeyd olunurdu. Buna görə də 
sahibkar kəndliləri 1912-ci il islahatına qədər öz pay torpaqlarının mülkiyyətçisinə 
çevrilmədilər. Onlar uzun müddət «müvəqqəti mükəlləfiyyətli» kəndli 
kateqoriyasına daxil edildilər. Beləliklə, 1870-ci il kəndli islahatı sahibkar 
kəndlərində torpaq məsələsini həll etmədi. Yenə də bəy və mülkədarların 
ixtiyarında külli miqdarda torpaq qaldı. İslahatdan sonra, Bakı quberniyasında 
11,4 min kəndli təsərrüfatının ixtiyarında 110,3 min desyatin, mülkədarların 
ixtiyarında isə 246,9 min desyatin və ya 2 dəfə çox torpaq qalmışdı. Yelizavetpol 
quberniyasında isə 47,5 min kəndli təsərrüfatının istifadəsində 124,3 min 
desyatin, mülkədarların ixtiyarında isə 4 dəfə çox və ya 440,7 min desyatin 
torpaq sahəsi qalmışdı. Bu rəqəmlər Azərbaycanın sahibkar kəndində torpaq 
məsələsinin nə vəziyyətdə olduğunu əyani şəkildə göstərir. İslahatın toxunduğu 
digər mühüm məsələ vergi və mükəlləfiyyətlər idi. 1870-ci il islahatına görə biyar 
hər desyatin pay torpağına görə 30 qəpik pulla əvəz edilirdi. Bu xüsusi 
əhəmiyyətə malik idi. Mülkədarın təsərrüfatında işləmək üçün hər 10 ailədən 1 
nəfər kəndli, hər ailədən 18 gün mülkədarın təsərrüfatında işləmək üçün ildə 1 
nəfər ayırması da ləğv edildi ki, bu da kənddə kapitalist münasibətlərinin 
inkişafına mühüm təsir göstərirdi. Bununla belə, məhsulun 1/10–nin bəyin 
hüzuruna aparılması saxlanılırdı. Bundan əlavə, islahatda meşələrdən istifadə 
əvəzinə vergi ödənilməsi də nəzərdə tutulurdu. 
İslahatda geniş yer tutan məsələlərdən biri də şəxsi asılılığın ləğv 
edilməsidir. Bu Əsasnamə ilə Azərbaycanın sahibkar kəndliləri şəxsən azad elan 
edilirdilər. İslahat hakim zümrəyə qeyri-iqtisadi asılılıq imkanı verən qayda və 
qanunları ləğv etdi. Kəndlilər öz pay torpaqlarını satın ala bilməyib, mülkədardan 
iqtisadi cəhətdən asılı qalsalar da, bu şəxsi asılılıq deyildi və islahatın bu 
xüsusiyyətləri sahibkar kəndlərində feodal-asılı münasibətlərə zərbə vurdu. Məhz 
bu nöqteyi-nəzərdən də 1870-ci il kəndli əsasnaməsi kənddə kapitalist 
münasibətlərinin inkişafında mühüm rol oynadı. Lakin, islahat bütövlükdə 
Azərbaycan kəndində əsaslı dəyişikliklər yarada bilmədi. Çünki sahibkar 
kəndliləri həmin dövrdə Azərbaycan kəndlilərinin yalnız 1/5 hissəsini təşkil 
edirdilər. 

Yüklə 430,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin