23
toxumlarını kütləvi surətdə alıb aparırdılar. 1866-cı ildə fabrik yalnız yarımgücünə
işləyirdi, 1867-1870-ci illərdə fabrik fəaliyyətini tamamilə dayandırmalı olmuşdu.
XIX əsrin 50-60-cı illərində Azərbaycanda gəmiçilik də inkişaf edirdi.
1853-
cü ildə Kür çayında «Knyaz V.Voronstov» adlı ilk paroxod işləməyə
başlayır. «Qafqaz və Merkuri» cəmiyyəti 1858-ci ildə təsis edilir, cəmiyyətin əsas
kapitalı 3 mln gümüş manat idi. 1865-ci ildə Xəzər dənizində «Lebedev»
kampaniyasına məxsus birinci paroxod üzməyə başlayır. 60-cı illərin sonlarında
Xəzərdə yelkənli gəmilərin sayı çoxalmağa başlayır, onlar Həştərxana İrandan və
əksinə çoxlu yük daşıyırdılar.
XIX əsrin 50-60-cı illərində Azərbaycan iqtisadiyyatının inkişafı ilk
növbədə əsas sənaye mərkəzinə çevrilən Bakı şəhərində əhalinin artmasında
özünü göstərirdi: əgər 1856-cı ildə burada 8,4 min nəfər yaşayırdısa, 1868-ci ildə
bu rəqəm 12,4 min nəfərə çatmışdı.
Bakıda neftçıxarma sənayesi ilə yanaşı, başqa
müxtəlif sənaye sahələri
də yaranmaqda və inkişafda idi.
Neft-
kimya sənayesi neft emalı ilə bilavasitə bağlı idi. Bakıda ilk kimya
zavodu 1879-
cu ildə S.M.Şibayev tərəfindən təsis edildi. Az sonra, 1883-cü ildə
“Nobel qardaşları” şirkətinin, 1885-ci ildə Skvortsovun, 1889-cu ildə isə Tumayev
və Adamovun kimya zavodları tikildi. Əsrin sonunda “Kianda” səhmdar
cəmiyyətinə məxsus daha bir kimya zavodu fəaliyyətə başladı, XIX əsrin
sonunda Bakıda başlıca olaraq kükürd turşusu istehsal edən kimya zavodları
fəaliyyət göstərirdi.
Məlum olduğu kimi, neft emalı üçün zəruri olan kükürd turşusu almaqdan
ötrü xammal-kükürd kolçedanı əsasən xaricdən gətirilirdi. 90-cı illərdə neft
sənayesi kapitalistləri vəziyyətdən çıxış yolu tapdılar. 1893-cü ildə “Nobel
qardaşları” şirkəti Dağ-mədən departamentinin rəsmi icazəsi ilə “Simens
qardaşları və kompaniyası” şirkəti ilə müqavilə bağladı. Müqavilənin şərtlərinə
görə, “Simens qardaşları” şirkəti Gədəbəy filiz mədənlərində çıxarılan bütün filizi
“Nobel qardaşları” şirkətinə satırdı. Artıq 1893-cü ilin son ayında mis kolçedanı
“Nobel qardaşları”nın Qara şəhərdəki kimya zavoduna göndərilirdi. Kolçedanın
emalı prosesində alınan mis yenidən Gədəbəy misəridən zavoduna qaytarılırdı.
“Nobel qardaşlan” şirkəti sonralar Azərbaycanın
qərb hissəsində mövcud olan
kükürd kolçedanı mədənlərini öz inhisarına almışdı. Bağlanmış müqavilələrdə
g
östərilirdi ki, Simenslər mis və kükürd kolçedanını yalnız “Nobel qardaşları”
şirkətinə satmalıdırlar. Beləliklə, bu müqavilə hələ XIX əsrin son rübündə dağ-
mədən sənayesinin mühüm bir sahəsinin neft sənayesinin inhisar birliklərinə
tabeliyinin başlanğıcı oldu.
Neft sənayesinin inkişafı, mexaniki istehsala tələbat kəskin surətdə
çuqun, buxar qazanları, dəmir boruları,
neft saxlamaq üçün çənlər, qazma
dəzgahları və s. istehsal etmək üçün neft sənayeçilərindən mexaniki
emalatxanaların və ya zavodların tikilməsini tələb edirdi.
“Qafqaz və Merkuri” gəmiçilik səhmdar cəmiyyətinə məxsus təmir-
mexaniki emalatxana əsasında 1866-cı ildə ayrıca zavod inşa edildi.
İkinci belə bir emalatxana 1875-ci ildə işə salındı. Sonra bu emalatxana
”Nobel qardaşları” şirkətinin yenidənqurma işləri əsasında böyük mexaniki
zavoda çevrildi.
XIX əsrin 80-ci illərindən başlayaraq Bakıda metal emalı sənayesi geniş
vüsət aldı. 1885-1890-cı illərdə daha 5 belə zavod tikilib başa çatdırıldı. 1887-ci
24
ildə “Bakı doku” şirkətinin gəmi təmiri zavodu təsis olundu. 1899-cu
ildə isə
Ə.Dadaşovun gəmi təmiri zavodu tikildi.
Neft sənayesi və onunla bağlı olan bir sıra sənaye sahələrinin coşqun
inkişafı daha güclü enerji mənbəyinin olmasını tələb edirdi. Elektrik sənayesi
texnikanın ən yeni nailiyyətləri üçün, XIX əsrin axırlarında və XX əsrin
əvvəllərindəki kapitalizm üçün ən tipik bir sənaye idi. Artıq 90-cı illərdə neft
mədənlərində, zavodlarda, limanda və bəzi yaşayış binalarında elektrik işığı
yanırdı. “Nobel qardaşları” şirkətinin 1897-ci ildə tikdirdiyi elektrik stansiyasının
gücündən müəssisələr də istifadə edirdi. “Simens-Qalske” səhmdar cəmiyyəti və
neft sənayeçiləri birlikdə 1899-cu ildə “Elektriçeskaya sila”
səhmdar cəmiyyətini
təsis etdilər. Qeyd etmək lazımdır ki, Bakıda olan elektrik stansiyalarının
gücündən başlıca olaraq iri neft sənayesi kompaniyaları istifadə edirdilər.
Dostları ilə paylaş: