Азярбайъан республикасы дахили ишляр назирлийи



Yüklə 430,35 Kb.
Pdf görüntüsü
səhifə7/11
tarix14.05.2023
ölçüsü430,35 Kb.
#113326
1   2   3   4   5   6   7   8   9   10   11
269 azerbaycan tarixi m N11azerbaycanda kapitalist munasibetlerinin meydana gelmesi (2)

 
 
Sual 3. 
XIX əsrin ikinci yarısında Azərbaycan sənayesinin inkişafı. 
 
Neft sənayesinin inkişafı. XIX əsrin 50-60-cı illərində Azərbaycanda –
Abşeron yarımadasında neft çıxarılmasında artım özünü göstərir. XIX əsrin İ 
yarısında neft hasilatı 260 min pudluq həcmi keçmirdi, bunun əsas səbəbi neftə 
həm Azərbaycanda, həm də Rusiyada tələbatın az olması idi. Azərbaycan nefti 
əsasən İranda satılırdı. Lakin bunun həcmi 1848-ci ildə yalnız 113982 pud 
olmuşdu. Xam neft – qara neft istehlak olunmaq üçün emal edilməli idi. Neftdən 
alınan əsas məhsullardan biri – fotogen idi (fotogen – mineral yağ deməkdir). 
Fotogendən əsasən işıqlandırıcı maddə kimi istifadə edilirdi, lakin fotogen 
y
andıqda hiss verirdi. 1858-ci ildə ABŞ-da neft emalı sənayesində mühüm bir 
yenilik baş verir, neft emalı texnologiyasındakı dəyişikliklər nəticəsində 
keyfiyyətcə, yeni bir maddə – kerosin alınması mümküm olur. 1854-cü ildə ingilis 
tədqiqatçısı Kesper asfaltdan maye almaq metodunu ixtira edir və bu yağa 
kerosin adını verir. «Kerso» yunanca mum, elaun isə «yağ» deməkdir. Kerosin 
fotog
endən fərqli olaraq yananda his etmirdi və ondan yaxşı yanırdı.
XIX əsrin 60-cı illərindən kerosin sənaye əhəmiyyətli məhsul statusu alır 
və sənayenin inkişafı üçün ən mühüm məhsullardan birinə çevrilir. Artıq 1863-cü 
ildə Rusiya bazarına amerikan kerosini çıxarılır, ABŞ-da kerosindən istifadə üçün 
ucuz lampa 
istehsalına başlanır və belə lampalar dünyanın 4 tərəfinə, o 
cümlədən Rusiyaya ixrac olunur. Rusiyada amerikan kerosininə və kerosin 
lampasına geniş bazar vardı.
Azərbaycanda neft hasilatı 50-ci illərdə durğunluq içərisində idi, irəliləyiş 
yox, əksinə, gerilik vardı. Əgər 1848-ci ildə 259.769 pud neft çıxarılırdısa, 1849-
cu 
ildə hasilat 207.029 puda enir. 1850-ci ildə isə 260 min pud olur. 
1864-
cü ildə Balaxanı mədənlərində məcburi kəndli əməyi ləğv edilir, 
bundan sonra neft istehsalı işində muzdlu fəhlə əməyindən geniş istifadə 


16
olunmağa başlanır. Bu neft hasilatı, neft çıxarma sənayesinin kapitalistcəsinə 
yenidən qurulmasının ilkin əlamətlərindən biri sayılmalıdır.
1857-
ci ildə Peterburqlu Kokorev və Qubonin «Zakaspiyskoe torqovoe 
obhestva» adlı cəmiyyət təşkil edirlər.
Azərbaycanda kapitalistcəsinə inkişaf edən əsas sahələrdən ən əsası 
neft emalı sənayesi idi. Bu sahənin inkişafına kapital qoyuluşu 1859-cu ildən 
başlanır. Rus sənayeçilərindən Kokorev və Qubonin 1859-cu ildə Bakı 
yaxınlığındakı Şuraxanı kəndində böyük neft emalı zavodunu işə sala bilmişdilər. 
Zavodun inşasına Almaniyadan dəvət edilmiş Moldanqauer adlı mühəndis 
rəhbərlik edirdi. Bu dövrdə Bakıda xam neftin qiyməti çox yüksək idi. Belə ki, 1 
pud neft 
– 30-40 qəpik idi. Bundan əlavə neftin mədəndən zavoda arabalarda 
daşınması da 15 qəpik əlavə xərc tələb edirdi. Odur ki, zavod sahibləri xammal 
kimi baha olan xam neftindən deyil, nisbətən daha ucuz olan xammaldan – 
qırdan istifadə etməyi qərarlaşdırmışdılar. Qırdan kerosin isə sözsüz ki, çox az, 
cəmisi 15 faiz alınırdı. Odur ki, zavod gəlir gətirmək əvəzinə zərər verirdi. Rus 
alimi B.E.Eyxlerin təklifi ilə xam neftdən istifadə edilməyə başlanır. Yeni texnoloji 
proses zavodun 1860-
cı ildə neftdən kerosin almasına gətirib çıxarır. Lakin neftin 
bahalığı zavodun az qala bağlanmasına səbəb olacaqdı. Zavod sahibləri zavodu 
bağlamaqdan əvvəl D.Y.Mendeleyev ilə məsləhətləşdilər. Bakıya gələn 
D.Y.Mendeleyev həm neftin emalının texnologiyası, həm də kerosinin zavoddan 
limana və Rusiyaya daşınması üçün məsləhətlər verir: indi neft limana borular 
vasitəsilə nəql edilməyə başlanır. 1864-cü ildə zavod ildə 60 min pud məhsul 
verir.
1857-
ci ildə rus alimi, akademik A.Z.Moris neftdən parafin alınması 
ideyasını irəli sürür. Tiflis əzcaçısı F.Vitte Pirallahı adasında bu məqsədlə xüsusi 
zav
od inşa edir. Zavod 1861-ci ilin avqustunda işə salınır. Bu zavodda 150 fəhlə 
işləyirdi, onların əksəriyyəti Abşeronun Qala, Zirə və s. kəndlərindən idilər.
1863-
cü ildə Cavad Məlikov 3 yoldaşı ilə birlikdə öz layihəsi əsasında 
kiçik bir neft emalı zavodu inşa edir. O kerosinin qırdan deyil, birbaşa neftdən 
alınması prinsipini əsas götürmüşdü.
1865-
ci ildə Bakı neft quyularının sonuncu iltizamçısı erməni L.Mirzoyev 
Suraxanıda neft emalı zavodunu inşa edir. Bu böyük bir zavod idi, belə ki, 1870-
ci ildə bu zavodun illik məhsul istehsalı 93 min puda çatmışdı.
Beləliklə, 1870-ci ilin əvvəli üçün Bakıda 3 iri neft emalı zavodundan 
əlavə 44 orta və xırda neft emalı zavodu vardı ki, onlarda ildə 500 min puda 
yaxın kerosin istehsal olunurdu. Lakin Bakıda neft sənayesinin tarixində əsaslı 
dönüş 1872-ci ildən – iltizam sistemi ləğv edildikdən sonra başladı. 
XIX əsrin son rübündən etibarən neft öz simasını dəyişməyə, daha çox 
sənaye əhəmiyyəti kəsb etməyə başladı, daş kömür tədricən sıxışdırılaraq dünya 
iqtisadiyyatında əsas energetika yanacağına çevrildi. Əgər XIX əsrin axırlarında 
təbii qazla birlikdə neft energetikanın tələbatının cəmi 3,9 faizini təmin edirdisə, 
XX əsrin 70-ci illərinin ortalarına yaxın o, yer kürəsinin energetikasında həlledici 
rol oynamağa başlamışdır (63,2 faiz).
1873-
cü ildə qazılmış quyular içərisində “Xələfi” adı ilə məşhur olan 
sahədəki quyu diqqəti xüsusilə cəlb edirdi. Bu quyudan görünməmiş güclü vuran 
fontan, demək olar ki, bir ay davam etmiş və hər gündə ən azı 100 min pud neft 
alınmışdı. Bu mənzərənin təsiri altında Balaxanı sahəsinin sahibkarı: ”Özünü 
gözlə, Amerika!”, ”Yaşasın Balaxanı!”, “Pensilvaniya bizdə indi gör haradır” – 


17
deyə sevinc içində qışqırmışdılar. Quyuların, xüsusilə fontanların sayının artması 
neftin qiymətinin kəskin şəkildə dəyişməsinə səbəb oldu. 1873-cü ildə neftin 
qiyməti hələ iltizam dövrü səviyyəsində (bir pudu 45 qəpik) qalırdı. Lakin ”Xələfi” 
sahəsindəki fontandan sonra qiymət 6 qəpiyə endi. Güclü fontanların meydana 
gəlməsindən asılı olaraq vaxtaşırı təkrar olunan belə hallar iri kapitalın xeyrinə 
olub xırda sahibkarları var-yoxdan çıxarırdı. Bütövlükdə isə neft sənayeçilərinin 
sayı daim artırdı. 1873-cü ildə Bakı mədənlərində 12, on ildən sonra 79 firma 
fəaliyyət göstərirdi. Hasilatın artmasına çalışan firmalar yeni texnika tətbiq 
edirdilər. Neft sənayesi texniki çevriliş və istehsal proseslərinin yeniləşdirilməsi 
mərhələsinə daxil oldu. Əvvəllər neft köhnə qayda ilə əllə qazılmış quyulardan 
tuluqlarla, əksər hallarda jelonka ilə çıxarılırdı. Doğrudur, ilk vaxtlar o atların gücü 
ilə qaldırılırdı. 1873-cü ildə mədənlərdə ilk dəfə 80-cı illərin sonlarında neft 
sənayesində üstün mövqe tutan buxar mühərrikləri tətbiq edildi. Buxar 
maşınlarının tətbiqi qazma işlərində də yayılmağa başladı. 70-ci illərin sonuna 
yaxın ştanqları balta ilə birlikdə hərəkətə gətirən əl burulğanı əvəzinə buxar 
maşını tətbiq edildi. 
1872-
ci ildə 1,4 milyon pud neft çıxarıldığı halda, 1894-cü ildə neft hasilatı 
340 milyon puda, yəni əslində ABŞ-dakı səviyyəyə çatmışdı. Sonralar (1901-ci 
ilədək) Bakı neft hasilatına görə dünyada birinci yerə çıxmışdı. 
Lakin dünya bazarında birincilik xammalın həcmi ilə deyil, bu bazarda 
başlıca məhsul sayılan kerosinin həcmi ilə müəyyən edilirdi. Bu cəhətdən 
üstünlük Amerika sənayesinə məxsus olaraq qalırdı.
1877-
ci il sentyabrın 1-dən akisizin toplanması ləğv edildi, bu da 
bürokratik inzibati nizamasalma şəraitini yumşaltdı və müsbət əhəmiyyətə malik 
idi. 80-
cı illər ərzində Bakı zavodlarının istehsal etdikləri ağ neftin, benzinin və 
yağın həcmi 8 mln. puddan 68 mln. puda çatdı. Ölkənin yanacaq balansı kəskin 
dəyişdi. 80-ci illərdə Xəzər və Volqa gəmiçiliyi, həmçinin dəmiryol nəqliyyatının 
bir hissəsi yanacaq kimi mazutdan istifadə etməyə başladı. Mazutdan istifadə 
1880-
ci ildə 7 mln. puddan 1900-cü ildə 264 mln puda qədər və yaxud 20 ildə 37 
dəfə artdı. 
Bakı neftayırma sənayesində müvəffəqiyyətlərin ən böyük göstəricisi 
burada istehsal edilən kerosinin xaricə daşınması (1883-cü il) oldu. Amerika 
kerosini Rusiyanın bazarlarından sıxışdırılıb çıxarıldı (1885-ci il). Beləliklə, qısa 
müddət ərzində Bakıda misli görünməmiş iqtisadi yüksəliş baş verdi. Şəhərdə 
güclü sənaye potensialı yaradıldı, neft hasilatı, emalı və satışı üzrə yüzlərlə iri və 
xırda firma açıldı. 
Kapital axınının artması neft hasilatı, emalı və daşınması texnikasının 
tətbiqi ilə yanaşı, neftin nəqli də mühüm əhəmiyyət daşıyırdı. Bu sahədə atılmış 
addımlardan biri 1878-ci ildə neft mədənlərini neftayırma zavodları ilə birləşdirən 
buxar nasoslu ilk neft kəmərinin çəkilişi oldu. Əvvəllər neft zavodlara arabalarda 
daşınırdı. 1878-ci ildən ”Nobel qardaşları”nın sifarişi ilə İsveçdə hazırlanmış 
dünyada birinci neft tankeri “Zoroastr” Bakı ilə Həştərxan arasında hərəkətə 
başladı. Bir ildən sonra yeni, daha böyük “Moisey” tankeri sifariş verildi. 1879-cu 
ild
ə ”Nobel qardaşları” firması tərəfindən mədənlər arasında neft və sərnişin 
daşımaq üçün ilk dar dəmir yolu çəkildi. 
Neftin nəql olunması məsələlərinin həlli Bakının dünya neft sənayesi 
mərkəzinə çevrilməsi prosesində mühüm amilə çevrildi. Neft sahibkarlarının 
birinci qurultayında (1884-cü il) göstərilirdi ki, regionda üstün mövqe tutan 


18
Bakının neft sənayesi Avropaya yol taparsa, transmilli sənaye ola bilər. Bakının 
neft sənayesi öz məhsulunu Avropaya çıxarmadan heç vaxt güclü sənaye 
səviyyəsinə qalxmayacaqdır. 
Bakı neft sənayesi rayonu neft məhsulları satışı bazarlarına iki yolla – 
dəniz və dəmir yolları ilə çıxırdı. Xəzərdə gəmilər nefti və neft məhsullarını 
Rusiyada və xarici ölkələrdə satmaq üçün Həştərxana yalnız altı aylıq naviqasiya 
ərzində daşıya bilirdi. Buna görə də, ilin qalan vaxtlarında Rusiyada və xarici 
ölkələrdə xam neft ehtiyatları olmayan neftayırma zavodları işləmirdi. Eyni 
zamanda 1880-1881-
ci illərdə Bakının özündə o qədər xam neft yığılıb qalmışdı 
ki, hasilatı müvəqqəti dayandırmalı olmuşdular, hətta nefti dənizə buraxırdılar. 
Neftin həddindən artıq istehsal edilməsi böhranı birinci dəfə 1882-ci ildə baş verdi 
və dörd ildən sonra təkrar olundu.
İki dənizi – Xəzəri və Qara dənizi birləşdirən Bakı-Tiflis dəmir yolu 
açılandan sonra (1883) Bakı neft sənayesinin məhsullarını Mərkəzi Rusiya və 
dünya bazarlarına kütləvi sürətdə çıxarmaq mümkün oldu. 
Gəmiçiliyin inkişafı ilə əlaqədar olaraq ticarət limanları-Petrovsk, 
Krasnovodsk, Həştərxan və Bakı da inkişaf edirdi. XX əsrin əvvəllərində Bakı 
tic
arət limanı yük dövriyyəsinin həcminə görə Rusiyanın bütün ticarət limanları 
arasında birinci yeri tuturdu. Daşınan yüklər arasında neft emalı məhsulları daha 
çox idi. Nəticədə ən iri neft sənaye firmaları-«Nobel qardaşları şirkəti», «Xəzər-
Qara dəniz cəmiyyəti» və sahibkar H.Z.Tağıyev özlərinin neft daşıyan gəmi 
donanmalarını yaratdılar. 
Qıtlıq, dəmir yolu tikintisinin və həmçinin 1880-ci illərdə Qərbi Avropada 
baş vermiş böhranın təsiri altında 1881-1882-ci illərdə Rusiyada ağır böhran, 
onun ardınca isə uzun müddət davam edən depressiya başlandı.
Bu illərdə neft sənayesində vəziyyətin ağır olduğunu həm də o sübut edirdi 
ki, neft sənayeçiləri tez-tez neft və mazut ehtiyatlarını dənizə və Abşerondakı 
göllərə axıdır, yandıraraq məhv edirdilər. Ramana gölündə neft sənayeçilərinin 
axıtdığı külli miqdarda neft yandırılmışdı. 1886-cı ildə H.Z.Tağıyev özünün güclü 
fontan vurmuş Bibiheybət mədənində pulsuz neft təklif edirdi. Neft sənayesindəki 
böhran 80-cı illərin ikinci yarısında canlanma və yeni yüksəlişlə əvəz olundu. Bu, 
neftin ölkənin xalq təsərrüfatında tətbiqinin daha da genişlənməsinə və duru 
yanacağa tələbatın artmasına yardım etdi. 1884-1889-cu illərdə bir sıra dəmir 
yolları neft yanacağından istifadəyə keçdilər. Xəzər və Volqa donanmasının, 
ölkənin mərkəzi quberniyalarının bir çox fabrik-zavod müəssisələrinin neft 
istehlakı artdı.
Belə bir şəraitdə 1890-cı ilə yaxın neftin qiyməti xeyli artdı. Quyuların 
qazılması xeyli sürətləndi. 1891-ci ildə neft hasilatı 1883-cü illə müqayisədə 4,8 
dəfə artdı.
Mədənlərin texniki təchizatında yeni müvəffəqiyyətlər əldə edildi. Qazmada 
və neft çıxarılmasında yerli mühəndislər tərəfindən yaradılmış daha mükəmməl 
avadanlıqlar tətbiq edildi. Neft sənayesinin enerji təchizatı artdı.
Neft sənayesinin yüksək inkişaf sürəti azad kapitalın çatışmadığı Rusiya 
bazarının imkanlarını qabaqlayırdı. Bununla belə, ölkədə daha çox kapital 
qoyuluşu tələb edən bu sahənin xarakterik xüsusiyyətlərindən biri məhz iri 
istehsalın inkişafı idi. Texniki inqilabla müşayiət olunan neft təsərrüfatının coşqun 
inkişafı əsaslı vəsait tələb edirdi. Ancaq uzunmüddətli müvəffəqiyyətə o firmalar 
ümid bəsləyə bilərdilər ki, onların həm neftli torpaqlara, mədən və zavodlara, 


19
həm də xüsusilə neft məhsullarının saxlanılmasına və daşınmasına kapital 
qoymağa imkanları olsun. Adətən belə imkanlara ancaq ən böyük neft 
istehsalçıları malik idilər. 1883-cü ildə Bakıda ildə 20 mln. puddan çox neft 
istehsal edən ancaq bir firma mövcud idi. 1890-cı ildə belə firmaların sayı artıq 8 
idi və bütünlüklə çıxarılan yanacağın 65,4 faizi onların payına düşürdü. Neft 
emalı sənayesində də istehsalın belə yüksək təmərküzləşmə göstəriciləri özünü 
göstərirdi. Elə həmin 1890-cı ildə 148 neftayırma zavodunun 13 ən irisi (9 faizdən 
az) işıqlandırma üçün istehsal olunan bütün yağın 3/4 –nü və yaxud 51 mln 
pudunu istehsal edirdilər. Onların arasında ―”Nobel qardaşları” şirkəti, Xəzər-
Qara Dəniz neft Sənayesi Cəmiyyəti (Rotşildlər) firmaları, Xəzər şirkəti, 
Şibayevin, Nağıyevin, Lianozovun, Adamovun, Budaqovun və Əsədullayevin 
firmaları var idi.
Özünün meydana gəldiyi dövrdə kapitalist neft sənayesi kapital 
qoyuluşunun iki əsas mənbəyinə - bir tərəfdən, Azərbaycan və Cənubi Qafqazın 
iqtisadiyyatının başqa sahələrinə, digər tərəfdən isə Mərkəzi Rusiyanın kapital 
axınına malik idi. Birinci mənbə H.Z.Tağıyevin, M.Nağıyevin, A.İ.Mantaşovun, 
Q.M.Lianozovun və digərlərinin simasında Azərbaycan və erməni kapitalı 
tərəfindən yaradılmış, ikinci mənbə isə Peterburq metal zavodçuları L.E.Nobel və 
P.A.Bilderlinq, Moskva tikiş fabrikçisi S.M.Şibayev və başqaları ilə təmsil 
olunmuşdu. 
Sahənin ən böyük müəssisəsi 1879-cu ildə əsas kapitalı 3 mln. manat 
(1884-
cü ildən 15 mln manat) olan, səhmdarlıq əsasında təşkil edilmiş ”Nobel 
qardaşları” neft istehsalı şirkəti idi. Kompaniyanın təsisçiləri Lüdviq Nobel və 
peterburqlu baron və sənayeçi, İjevsk şəhərindəki silah zavodu üzrə Nobelin 
ortağı P.A.Bilderlinq idilər.
Çar hökuməti xarici sahibkarlığa xeyirxah münasibət bəsləyirdi. 1886-cı il 
mayın 1-də xüsusi yığıncağın xaricilərin Bakı rayonunda neft mədənlərinə 
buraxılması məsələsi üzrə qərar qəbul olundu.
80-
cı illərin ortalarında Rotşildlərin Paris bankir evi Rusiyada alınmış və 
fəaliyyətdə olan müəssisələrin əsasında daha bir iri kompaniyanın – “Xəzər-Qara 
dəniz Cəmiyyətinin” əsasını qoydu. İngilis kapitalının Bakının iqtisadiyyatına 
soxulması 90-cı illərin ikinci yarısına aiddir. 1898-ci ilə yaxın Bakıda yenə də 
hazır müəssisələrin əsasında təşkil olunmuş altı ingilis neft sənayesi 
kompaniyası fəaliyyət göstərirdi. Müəssisələrin satın alınması üçün yalnız bir il 
ərzində ingilis işbazları yerli kapitalistlərə 12 mln. manatdan çox pul vermişdilər.
İngilis kapitalının güclü axını çarizmin maliyyə vəziyyəti və xarici siyasi 
niyyətləri ilə izah olunurdu. Çar hökuməti bu yolla İngiltərənin imperialist 
dairələrinin 
bir 
hissəsində 
Rusiya 
əleyhinə 
olan 
əhval-ruhiyyəni 
neytrallaşdırmağa çalışırdı. Güclü hərbi dəniz donanmasına malik olan İngiltərə 
üçün Bakı rayonunun strateji əhəmiyyəti var idi. Bundan əlavə, İngiltərə ilə 
müqayisədə çar Rusiyasında fəhlələrin həyat səviyyəsi, onların əmək haqqı xeyli 
aşağı idi. Buna görə də buraya kapital qoyuluşu Sitidən olan sahibkara külli 
miqdarda gəlir vəd edirdi. 
Yerli müəssisələrin xarici kapitalın nəzarəti altına keçməsi onların səhmdar 
cəmiyyətinə cəlb edilməsi yolu ilə həyata keçirilirdi. Bu proses sənayesinin, o 
cümlədən xarici hesab edilən müəssisələrin təşkilat-maliyyə quruluşuna 
özünəməxsus təsir göstərirdi.


20
1897-
ci ildə Bakının ən iri firmalarından biri – “H.Z.Tağıyev” firması bir qrup 
ingilisə: Q.Qladstona, Ç.Mura və b. satıldı. Bu müəssisələrin bazasına “Oleum” 
adı altında səhmdar cəmiyyəti təsis edildi. Səhmlərin nəzarət paketi və 
kompaniyanın fəaliyyətinin idarə mexanizmi, ingilis kapitalistlərinin əlində 
cəmləşdi. Lakin əvvəlki sahibkar yeni təsis edilmiş kompaniyanın rəhbərliyi 
sistemində özünü yerlə təmin edə bildi. 
90-
cı illərin ikinci yarısının sənaye yüksəlişi şəraitində Bakının neft emalı 
sənayesi öz istehsalını xeyli genişləndirdi. Bu illər ərzində istismar olunan 
quyuların sayı 3,2 dəfə artdı.
90-
cı illərin ikinci yarısında Bakıda neft hasilatı xüsusilə inkişaf edirdi. 
1900-
cü ildə o, 1870-ci illə müqayisədə 400 dəfədən çox artıb 601,2 milyon puda 
çatmışdı.
1898-
ci ildə Bakı neft hasilatına görə Amerika Birləşmiş Ştatlarını ötdü. 
1900-
cü ildə illik məhsuldarlığı 10 milyon pud olan və firmaların ümumi sayının 
8,8%-
ni təşkil edən 13 firma neft hasilatının 67,1 faizini verirdi. 1900-cü ildə 
”Nobel qardaşları” şirkəti Xəzər-Qara dəniz Cəmiyyəti ilə birlikdə Bakıdakı 8 ən iri 
firma (hər birində hasilatın miqdarı 20 mln. puddan çox) sırasında “Mantaşov və 
K°”, Bakı Neft Cəmiyyəti, Xəzər şirkəti, Rus nefti və duru yanacağını çıxarmaq 
üçün cəmiyyət (Oleum), Mirzoyev qardaşları, Rus neftinin Bakı cəmiyyəti 
firmaları da var idi.
Ümumi sindikat yaradılması məsələsi ilə əlaqədar neft sənayesi 
qüvvələrinin “qütbləşməsi” prosesi 90-cı illərin əvvəllərində yeni mərhələyə 
qədəm qoydu. 1891-ci ildə 4 yerli firmanın ―”Bakı standartı” adlandırılan birliyi 
meydana gəldi. Bu, Mantaşevin, Tağıyevin, Lianozovun və Budaqovun firmaları 
idi. “Nobel qardaşları” şirkəti yaranmış vəziyyətdən istifadə etməyi qərara aldı. 
Növbəti ilin noyabr-dekabrında “Yeddi böyük firmanın ittifaqı” adlı yeni birlik 
yarandı. Birlik həm də “Bakı standartı”nı, Rotşildlərin “Xəzər-Qara dəniz 
Cəmiyyətini” və “S.M.Şibayev və K°”-nı öz himayəsinə cəlb edə bildi. 
Bakı firmalarının birliyi çox böyük qüvvə idi. Bakıda ağ neft istehsalının 3/4-
dən bir qədər azı “Yeddi böyük firmanın ittifaqının”, o cümlədən 25,5%-i “Nobel 
qardaşları”nın, 35,7%-i öz növbəsində ağ neft istehsal edən bütöv bir qrup xırda 
və orta zavodlarla ittifaqda olan Xəzər-Qara dəniz Cəmiyyətinin və 13%-i “Bakı 
standartı” firmasının payına düşürdü. Bununla da Rusiyada əsas ağ neft 
istehsalçıları ilk dəfə olaraq kifayət qədər iri birliyə nail oldular ki, bu da onlara 
Amerikanın “Standart Oyl” firması ilə dünya ağ neft bazarını bölüşdürməyə və 
Bakı firmaları üçün “sahələr” müəyyənləşdirməyə imkan verdi. 1893-cü ilin 
payızında Parisdə dünya bazarlarında ağ neft ticarəti normaları haqqında ilkin 
saziş əldə edildi. Lakin “Yeddi böyük firmanın ittifaqı” daxilindəki ziddiyyətlər 
nəticəsində saziş pozuldu. Nobelin və Rotşildlərin hegemonluğundan qorxuya 
düşən “Bakı standartı”nın dörd firması onlarla ittifaqdan çıxdı.
1893-
cü il oktyabrın 23-də Peterburqda firmaların bir hissəsinin 
nümayəndələri tərəfindən Maliyyə Nazirliyinin razılığı ilə Bakı ağ neft 
istehsalçılarının ittifaqının yaradılması haqqında müqavilə imzalandı. Lakin 
müqaviləni imza etməyən Tağıyev və Mantaşovun firmalarının nümayəndələri 
sindikata dax
il olmaqdan imtina etdilər. Hökumət sonunculara Bakı ağ neft 
istehsalçılarının II qrup ittifaqı adlandırılan ittifaq yaratmağa icazə verdi ki, bu da 
həmin ilin noyabr ayının 27-də baş verdi. I qrup agentlərinin malik olduqları 
hüquqlara bərabərləşdirmək əsasında, II qrupun ticarət agenti A.İ.Mantaşov oldu. 


21
Hər iki qrupun təşkilatı baxımdan vahid sindikatda qovuşması yalnız 1895-ci ilin 
mayında baş verdi.
İxracat sindikatı Bakıda ağ neft istehsalının 97-98%-nə nəzarət edirdi. 
Lakin 
burada 
iştirakçılar 
qeyri-bərabər 
bölüşdürüldüyündən 
onun 
möhkəmliyindən danışmaq olmazdı. Bakı firmalarının ilk ixracat sindikatı neft 
inhisarları tarixində, onların dünya bazarlarını bölüşdürmək uğrunda mübarizələri 
tarixində mühüm mərhələdir. Onun fəaliyyəti inhisarçı kapitalizminə dövr üçün 
kifayət qədər aydın olan yırtıcı xarakterini aşkara çıxardı. Sindikat daxilində bir-
birinə qarşı barışmaz mübarizə aparan üç qrupun – “Nobel qardaşları şirkəti”nin, 
Rotşildlərin və birinci iki qrupa qarşı təşkilati əkslik yaratmağa cəhd göstərən 
Tağıyevin, Mantaşovun və başqalarının mənafeləri toqquşurdu. Göstərilən 
qruplar arasında ziddiyyətlər ona gətirib çıxardı ki, Bakı ağ neft zavodlarının 
ittifaqı 4 il fəaliyyət göstərdikdən sonra dağıldı (1897-ci il).
Çar hökuməti tərəfindən yaradılmış geniş imkanlardan istifadə edən xarici 
firmaların Bakı neft sənayesinə soxulması 90-cı illərin ikinci yarısında sürətlə 
genişləndi. Təkcə 1895-1898-ci illərdə Bakı rayonunun neft sənayesində 6 ingilis 
və bir sıra digər xarici kompaniyalar kök saldı. 
Əvvəllər mövcud olan neft müəssisələrini satın alan ingilis sahibkarları və 
bankirləri çox vaxt, hətta firmaların köhnə adlarını belə saxlayaraq, onları rus 
firmaları kimi qələmə verirdilər. Bu şərait onlara xarici təbəələrin neft mədənləri 
və zavodları olarkən mövcud olan, rəsmiyyətdən yan keçməyə imkan verirdi.
Xarici kapital axınının sənayenin inkişafı üçün müəyyən müsbət əhəmiyyəti 
olsa da, rus kapitalistləri kimi, Qərb kapitalistləri də çox vaxt istehsalı yenidən 
qurmaqdan imtina etməklə neft sənayesini texniki geriliyə məhkum edir, Bakı 
zəhmətkeşlərini amansız istismar etmək və neftin qiymətini qaldırmaqla külli gəlir 
əldə edirdilər. Bu isə ingilis və fransız kapitalının Rusiyanın xarici siyasət meylinə 
təsir göstərməsi üçün obyektiv zəmin yaradırdı. 1900-cü ildə Rusiyanın neft 
sənayesindəki səhmdar kapitalları arasında xarici kapitalını payı 35,7% təşkil 
edirdi.
Xarici kapitalın mövqelərinin genişlənməsi neft hasilatında rus və yerli 
firmaların xüsusi çəkilərinin hiss olunacaq dərəcədə azalmasına gətirib çıxardı. 
XIX yüzilliyin sonuna yaxın Şimali Azərbaycanın neft sənayesi öz 
inkişafının ən yüksək pilləsinə qalxdı, neft istehsalı üzrə dünyada birinci yerə 
çıxdı. Bu dövrdə neft sənayesində inhisarların tam hökmranlığı bərqərar oldu, 
xarici kapitalın mövqeyi genişləndi, ilk ixracat sindikatı - iri inhisarçı birlik 
meydana gəldi. Qısa bir tarixi müddət ərzində neft sənayesi kapitalist təşkilinin 
aşağı formasından inhisarçı birliyin yüksək formalarına kimi təkamül yolu keçdi.
1859-
cu ildən etibarən Bakının quberniya şəhəri və çox iri neft mərkəzi kimi 
inkişafı bu qədim şəhərin arxitekturasına və demoqrafıyasına güclü təsir göstərdi. 
Bakının ictimai-sahibkar həyatı İçəri şəhərin dar küçələrindən kənara, geniş 
meydana çıxdı. İçəri şəhərin həndəvəri Bakının əsas ərazisi oldu. XIX əsrin son 
rübündə Bakıda tikinti inşaat işləri sahəsi 361,8 hektaradək (52,4 faiz) 
genişləndirildi, tikililərin sayı isə 9.282-dək (46,9 faiz) artdı. Şəhərin bu cür 
inkişafı onun əhalisinin dinamizminə güclü təsir göstərdi. «Mənzil məsələsi və 
onun həllinin sosial sınaqları» (SPB,1908) kitabında Avropanın iri şəhərləri 
əhalisinin 100 il ərzində artımı 
haqqında məlumat verilmişdir. Məlumatdan görünür ki, əhalinin sayı Berlində 6 
dəfə, Brüsseldə 5 dəfə, Londonda 4 dəfə artmışdı. Bakı bu göstəriciyə görə 


22
həmin şəhərləri ötmüşdü. XIX əsrin ancaq son rübündə şəhərin əhalisinin sayı 
7,4 dəfə artmışdı (15.105 nəfərdən 111.904 nəfərə çatmışdı). 

Yüklə 430,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin