Азярбайъан республикасы дахили ишляр назирлийи



Yüklə 430,35 Kb.
Pdf görüntüsü
səhifə11/11
tarix14.05.2023
ölçüsü430,35 Kb.
#113326
1   2   3   4   5   6   7   8   9   10   11
269 azerbaycan tarixi m N11azerbaycanda kapitalist munasibetlerinin meydana gelmesi (2)

Nəqliyyat və rabitə. 1872-ci ilin sonlarına yaxın Cənubi Qafqazda Tiflis və 
Potini birləşdirən dəmir yolu çəkildi. Böyük gəlir götürəcəyinə ümid bəsləyən Poti-
Tiflis dəmir yolu cəmiyyətinin rəhbərliyi ona Tiflislə Bakı arasında dəmir yolu xətti 
çəkmək və istismar etmək hüququ verilməsi haqqında məsələ qaldırdı. Cəmiyyətin 
bu təklifi hökumət dairələrində müsbət qarşılandı.
Hələ Tiflis-Bakı yolunun tikintisi haqqında məsələnin həllinə qədər Cənubi 
Qafqaz dəmir yolunun neft sahəsi adlandırılan, Bakının və Balaxanı-Sabunçu neft 
mədənlərini birləşdirən dəmir yolunun çəkilməsi haqqında məsələ qaldırılmışdı. 
İyirmi beş verst uzunluğunda olan bu dəmir yolunda (Bakı sərnişin və neft limanla 
Sabunçu, Balaxanı, Suraxanı) 1880-ci ilin yanvarında qatarlar hərəkətə başladı. 
Hələ neft sahəsinin tikintisi başa çatmamış Tiflis və Bakı arasında dəmir yolu 
çəkilməsi məsələsi həll edildi. Burada işlər 1880-ci ildə başladı, 1883-cü ilin mayında 
isə dəmir yolu artıq fəaliyyət göstərirdi.
Xüsusi dəmir yollarından götürülən gəliri artırmağa cəhd göstərən çar 
hökuməti 80-ci illərdə onlardan bəzilərini satın aldı. 1889-cu ildə Cənubi Qafqaz 
dəmir yolu dövlətin sərəncamına keçdi.
Dəmir yolu ilə yüklərdən başqa həm də xeyli sərnişin daşınırdı ki, bu da 
əhalinin, xüsusilə fəhlələrin və onların ailə üzvlərinin miqrasiyasına şərait yaradır,
90-
cı illərdə ölkədə dəmir yolu tikintisinin yeni yüksəlişi şəraitində Xəzər 
dənizinin qərb sahili boyunca dəmir yolu tikintisi haqqında təklif həyata keçirilməyə 
başladı. Burada tikinti işləri Vladiqafqaz dəmir yolu tərəfindən 1897-ci ilin fevralında 
başlandı, 1900-cü ilin noyabrında isə Bakı ilə Port-Petrovsk arasında hərəkət 
başlandı. Biləcəridə stansiya və Vladiqafqaz dəmir yolunun deposu tikildi. Beləliklə, 
Cənubi Qafqaz dəmir yolunun çəkilməsi və Cənubi Qafqaz dəmir yollarının Bakı 
(Biləcəri) vasitəsi ilə Rusiyanın dəmir yolu ilə birləşdirilməsi Şimali Azərbaycanın və 
bütün Cənubi Qafqazın ölkənin digər hissələri ilə iqtisadi əlaqələrin genişlənməsinə 
yardım etdi. Qafqazın ən böyük dəmir yolu qovşağı kimi Bakının rolunu artırdı.
Xəzər ticarət donanmasının inkişafı üçün ən mühüm amil neft sənayesinin 
inkişafı oldu. 70-ci illərin sonlarına qədər neft və neft məhsulları ağac çəlləklərdə 
daşınırdı ki, bu da böyük xərc tələb edirdi. 1873-cü ildə gəmi sahibləri Artyomovlar 
yelkənli gəmiləri yenidən quraraq neft məhsullarını çənlərə doldurmaq qaydası ilə 
daşımağa başladılar. Bu yenilik Nobel qardaşları tərəfindən istifadə edildi. 1878-ci 
ildə də Xəzərdə onun ilk neftdaşıyan “Zoroastr” gəmisi, onun ardınca isə bir neçə 
digər neftdaşıyan gəmi peyda oldu. Neft yüklərinin daşınmasında maye daşımaq 
üçün çənləri olan gəmilərdən “Qafqaz və Merkuri”, “Drujina2 və digər gəmi 
kompaniyaları da istifadə etməyə başladılar. Artıq XIX əsrin 90-cı illərində Bakı 
limanı həm buraya gələn gəmilərin sayına və həm də gətirilən yüklərin həcminə görə 
Rusiya limanları arasında ikinci yeri tuturdu. 
Göstərilən dövrdə rabitə də xeyli inkişaf etdi. Poçt rabitəsi əsasən çay, dəniz 
və quru yolları ilə həyata keçirilirdi. Bu rabitə Rusiya və onun vasitəsi ilə xarici 
ölkələrlə sıx ticarət-iqtisadi əlaqələr yaratmaq üçün mühüm rol oynayırdı.
XIX yüzilliyin 70-ci illərinə qədər Şimali Azərbaycanın poçt müəssisələri 
şəbəkəsi çox ləng inkişaf edirdi. Burada ucqarların inkişafını şüurlu surətdə 
ləngidən, rabitənin təşkilini ilk növbədə hərbi və siyasi məqsədlərə tabe edən rus 
çarizminin müstəmləkəçilik siyasəti özünü aydın göstərirdi. Rabitə üçün vəsaitin 
Daxili İşlər Nazirliyinin nəzarət və sərəncamında olması heç də təsadüfi deyildi.


28
Poçt Bakıda daha çox inkişaf edirdi. Buradan mallar həm Rusiyanın daxilinə, 
həm də xaricə Fransaya, İngiltərəyə, Hollandiyaya, İrana və b. yerlərə göndərilirdi. 
Poçt stansiyalarının ümumi sayından (60-dan çox) 33-nün Bakı, 27-nin Yelizavetpol 
quberniyalarında, Lənkəranda, Salyanda yerləşməsi də məhz bu şəraitlə izah 
olunurdu və həmin yerlərin sənaye və təsərrüfat inkişafı ilə bağlı idi. 
XIX yüzilliyin ikinci yarısında baş verən iqtisadi inkişaf Şimali Azərbaycanda 
rabitənin ikinci növünün teleqrafın da meydana gəlməsinə və yayılmasına yardım 
göstərdi. 1864-cü il yanvarın 21-də Naxçıvanı İran sərhədindəki Culfa ilə birləşdirən 
və Tiflis-İrəvan-Naxçıvan-Culfa teleqraf xəttinin bir hissəsi olan ilk teleqraf xətti 
istifadəyə verildi. 1868-ci ilin yanvarında Tiflis-Bakı teleqraf xəttinin istifadəyə 
verilməsi ilə Qafqazın iki ən mühüm məntəqəsinin - ən böyük inzibati mərkəz olan 
Tiflislə “payına dünyanın qara qızıl mərkəzlərindən biri olmaq qisməti düşən” Bakının 
birləşdirilməsi başa çatdı. 
1868-
ci ildə Şimali Azərbaycanın ticarət və ipəkçilik mərkəzi Şəkidə teleqraf 
stansiyası açıldı, xüsusi teleqraf xətti Gəncəni Gədəbəy misəritmə zavodları ilə 
birləşdirdi, ticarətlə məşğul olanların ehtiyacını ödəmək üçün Şuşada teleqraf 
stansiyası işə salındı. Sonralar ordu hissələrinin yerləşdiyi ərazilərdə - Vəngdə, 
Qusarda (1880-1882-
ci illər), Şimali Azərbaycanın iri balıq sənayesi mərkəzləri olan 
Saly
anda, Pirallahı vətəgəsində (1883-cü il), Yevlaxda, Lənkəranda, Ağdaşda 
teleqraf stansiyaları açıldı ki, bu da böyük ticarətlə məşğul olan, başlıca olaraq ipək, 
pambıq və yun alveri edən yerli tacirlərin tələbatı ilə bağlı idi.
Zakaspi vilayətləri ilə teleqraf əlaqələri üçün başqa yol olmadığından bu 
əlaqələr İran vasitəsilə onun teleqraf stansiyalarında həyata keçirilirdi və yalnız 
1879-
cu ildə Xəzər dənizinin dibi ilə teleqraf xəttinin çəkilişi Bakı və Krasnovodsk 
arasında birbaşa əlaqə yaratmağa imkan verdi. 1886-cı ilin sentyabrında Qara 
şəhərdə teleqraf stansiyası, Yelenendorfda poçt-teleqraf şöbəsi istifadəyə verildi. 
Qazax poçt şöbəsinin nəzdində isə 1887-ci ilin mayında teleqraf əlaqəsi açıldı. 
Yerlərdə ticarətin inkişafi Ağstafada (1892), Gorusda (1893), Yevlaxda (1894), 
Ağdamda (1895), Tərtərdə (1895), Dəvəçidə (1896), Cəbrayıl və Ağdaşda, 
Kürdəmirdə (1900) və s. yerlərdə teleqraf stansiyalarının açılmasına səbəb oldu. 
Şimali Azərbaycanda rabitənin üçüncü növünün - telefonun inkişafı daha 
sürətlə gedirdi. Belə ki, yeni rabitə növü 1876-cı il fevralın 14-də Vaşinqtonda rəsmi 
şəkildə təsdiq edildi, 1880-ci ilin sonunda isə artıq “Qafqaz və Merkuri” gəmiçilik 
cəmiyyəti Bakıda ilk telefon xətti çəkdi. 
Telefon xətləri sisteminə mərkəzləşmiş xarakter vermək üçün isə poçt və 
teleqraf baş idarəsi 1886-cı il sentyabrın 29-da “Qustav List”lə 20 il müddətinə 
Bakıda, Qara şəhərdə və Bakının Sabunçu meydanında xüsusi telefon əlaqəsini 
nizamlamaq haqqında müqavilə bağladı. XIX yüzilliyin 80-ci illərinin sonunda 
Ru
siyada artıq 11 telefon stansiyası var idi ki, bunlardan da ikisi - Bakı və Sankt-
Peterburq stansiyalarının hər biri iki mərkəzləşmiş stansiyaya malik idi. Bakı telefon 
şəbəkəsinin əsas stansiyası şəhərin özündə, köməkçi stansiya isə şəhərin 12 
verstliyind
ə - Balaxanıda yerləşirdi. 
Telefon rabitəsinin əsas inkişafı Bakı və onun ətrafında baş versə də, o, 
Şimali Azərbaycanın qəzalarında da, əsasən dəmiryolu xətti boyunca da müəyyən 
qədər inkişaf edirdi. Belə ki, 1887-ci ildə Gəncədə vağzalla şəhər arasında telefon 
rabitəsi yaradıldı. 1890-cı ildə Qarasu suvarma stansiyasından dəmir yolu 
stansiyasına qədər telefon xətti quraşdırıldı. 1891-ci ildə Hacıqabulda da eynilə belə 
telefon xətti çəkildi.


29
NƏTİCƏ 
Burjua münasibətlərinin inkişafı fonunda Rusiya imperiyasının digər 
Avropa dövlətlərində geriliyi hakim dairələri islahatlar keçirməyə sövq etdi. 
XIX əsrin 60-70-ci illərində imperiya ərazisində keçirilən islahatlar 
Azərbaycandan da yan ötmədi. Hakim dairələrin ölkəmizdə həyata 
keçirdikləri kəndli islahatı yarımçıq həyata keçirildi: islahat yalnız sahibkar 
kəndlilərinə aid edildi, kəndlilərə pay torpaqlarını əldə etmək üçün vəsait 
verilmədi. Buna görə də islahat bütövlükdə Azərbaycan kəndində əsaslı 
dəyişikliklər yarada bilmədi. Lakin islahatların nəticəsi olaraq feodal-asılı 
münasibətlərə ağır zərbə vuruldu. 
Ölkəmizdə həyata keçirilən məhkəmə və şəhər islahatları da 
məhdud şəkildə həyata keçirildi. İslahatlar içərisində xarakterinə görə ən 
mükəmməli hesab edilən məhkəmə islahatı məhdud cəhəti hakimlərin təyin 
olunmasından, bu vəzifəyə azərbaycanlıların buraxılmamasından, andlı 
iclasçılar institutunun tətbiq edilməməsindən ibarət idi. Şəhər islahatı yalnız 
Bakı şəhərinə, sonralar isə Gəncəyə aid edildi. Şəhər Dumasına seçkilərdə 
əmlak senzi və müsəlman qlasnıların dəqiq limiti müəyyən edilmişdi. 
XIX əsrin son onilliklərində kənd təsərrüfatının demək olar ki, bütün 
sahələrində – bəzilərində çox, bəzilərində isə az dərəcədə, muzdlu əmək 
tətbiq olunurdu. Bundan əlavə, kənd təsərrüfatı istehsalının bütün sahələri 
ti
carət və sələm kapitalı ilə bağlı idi. Deməli, Şimali Azərbaycanın kənd 
təsərrüfatında əksər hallarda, ilkin formalarda olsa da, kapitalist istehsal 
üsulu formalaşmışdı. 
XIX əsrin 60-cı illərindən etibarən Azərbaycanda kapitalizmin əsil 
inkişaf dövrü başlandı. Bu özünü xüsusilə neft sənayesində göstərdi. Neft 
sənayesinin sürətli inkişafı Bakını neft istehsal mərkəzinə çevirməklə, 
ölkədə digər sənaye sahələrinin, metallurgiyanın, yüngül-yeyinti 
sənayesinin, nəqliyyatın, rabitənin, bank sisteminin inkişafına rəvac verdi. 
Bütün bunların nəticəsi olaraq sosial-iqtisadi əlaqələrin güclənməsi, yeni 
burjua, ziyalı və fəhlə təbəqələrinin meydana gəlməsi Azərbaycan millətinin 
formalaşmasına səbəb oldu. 
 
 

Yüklə 430,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin