Азярбайъан республикасы дахили ишляр назирлийи


Məhkəmə və şəhər islahatları. İnzibati dəyişikliklər



Yüklə 430,35 Kb.
Pdf görüntüsü
səhifə3/11
tarix14.05.2023
ölçüsü430,35 Kb.
#113326
1   2   3   4   5   6   7   8   9   10   11
269 azerbaycan tarixi m N11azerbaycanda kapitalist munasibetlerinin meydana gelmesi (2)

Məhkəmə və şəhər islahatları. İnzibati dəyişikliklər. 1864-cü il 
məhkəmə islahatının 1868-ci ildə Azərbaycanda tətbiqi. XIX əsrin 60-cı 
illərində Rusiya imperiyasında həyata keçirilən burjua islahatlarından biri də 
məhkəmə islahatı idi. 20 noyabr 1864-cü il məhkəmə islahatı burjua xarakteri 
daşıyırdı, çünki bu islahat köhnə silkli məhkəmənin bütün silklər üçün eyni olan 
ümumi məhkəmə ilə əvəz edilməsini nəzərdə tuturdu. İndi məhkəmə iclasları 
açıq keçirilirdi, yəni məhkəmə iclaslarını, məhkəmə prosesini izləmək istəyənlər 
məhkəmə zalına buraxılırdılar. Məhkəmə prosesi haqda mətbuat səhifələrində 
istənilən məlumat, hesabat çap edilə bilərdi. Vəkillər institutu təsis olunur, 


8
Andlılar institutu yaradılırdı. Lakin məhkəmə islahatı Azərbaycanda həm bir 
qədər gec, həm də məhdud şəkildə həyata keçirilirdi. 20 noyabr 1864-cü il 
məhkəmə islahatının Azərbaycanda gec və həm də məhdud şəkildə həyata 
keçirilməsinin səbəbini Rusiya rəsmi dairələri yerli əhalinin, - azərbaycanlıların 
«kifayət qədər» inkişaf etməməsi, onlarda ictimai şüurun geriliyi ilə izah edirdilər. 
Bu, əlbəttə, tamamilə səhv fikir idi. 
Azərbaycanda Rusiyadan fərqli olaraq məhkəmə islahatı 22 noyabr 1866-
cı il Nizamnaməsi əsasında həyata keçirilirdi. Bu Nizamnaməyə uyğun olaraq 
Azərbaycanda məhkəmə iclasçıları institutu yaradılmırdı. Məhkəmə hakimləri 
seçki yolu ilə seçilmirdilər, onlar Qafqaz canişinin təqdimatı əsasında təyin 
edilirdilər. Bir məsələni də qeyd etmək lazımdır ki, məhkəmə hakimi vəzifəsinə 
azərbaycanlılar təyin edilmirdi, azərbaycanlı yalnız «hakimin yoldaşı» - hakimin 
müavini vəzifəsini tuta bilərdi. Məhkəmə rus dilində aparılırdı və odur ki
məhkəmə iclaslarında tərcüməçi iştirak edirdi. Məhkəmələrin rus dilində 
aparılması sözsüz ki, yerli Azərbaycan əhalisinə qarşı aparılan müstəmləkə 
siyasətinin ən qabarıq formalarından biri idi. Beləliklə, yeni məhkəmə islahatı 
ruslaşdırma siyasətində atılan növbəti bir addım idi. «20 noyabr 1864-cü il 
məhkəmə Nizamnaməsinin Zaqafqaziya ölkəsində tətbiqi haqqında» 9 dekabr 
1867-
ci il Qanununa uyğun olaraq 19 fevral 1868-ci ildə Azərbaycanda yerli 
məhkəmə müəssisələri açılır. 19 fevral 1868-ci ildə Bakı dairə Məhkəməsi və 
Bakı barışıq şöbəsi (məhkəməsi) fəaliyyətə başlayır. 
Bakı dairə məhkəməsi quberniyada ən ali məhkəmə instansiyası idi və o 
Tiflis məhkəmə palatasına tabe idi. Dairə məhkəməsi Barışıq məhkəməsindən bir 
pillə yuxarı məhkəmə orqanı idi. Azərbaycanda zemstvo orqanları 
yaradılmadığından barışıq hakimləri seçilmir və Qafqaz canişini tərəfindən təyin 
edilirdi. Barışıq məhkəmələri mülki işlərə, şəxsi ədavətə, xırda cinayət işlərinə 
baxırdılar. Barışıq hakimi bütün məsələləri təkbaşına həll edirdi. 1878-ci ildə 
siyasi xarakterli işlərin bir qismi hərbi məhkəmələrin sərəncamına verilir. 

Yüklə 430,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin