10 seçici, onlardan 4-ü qeyri-xristian.
II qrup -
155 seçici, onlardan 73-ü qeyri-xristian
III qrup -
3,324 seçici, onlardan 2,234-ü qeyri-xristian
Hər bir qrupa 24 qlasnı seçilməli idi. Rusiya imperiyası yerli
azərbaycanlılara münasibətdə qeyri-bərabərlik prinsipini əsas götürür, yerli
Azərbaycan əhalisindən seçilən qlasnıların-deputatların sayı xristian qlasnılardan
çox ola bilməzdi.
Beləliklə, yerli Azərbaycan əhalisindən seçilən qlasnılar sayca xristian
əhalisindən seçilən qlasnılardan az idilər. Şəhər Əsasnaməsinə uyğun olaraq
şəhərin ictimai orqanları təsis edildi: 1) Şəhər Duması; 2) Şəhər Upravası. Şəhər
dumasının İcraedici orqanı Şəhər Upravası və şəhər Qlavası idi. Şəhər Qlavası
həm Dumanın, həm də Upravanın sədri idi. Dumanın seçdiyi Qlavanı Daxili İşlər
Nazirliyi təsdiq edirdi. Sözsüz ki, Qlava yalnız rus olmalı idi.
Bakı şəhər Duması 8 yanvar 1878-ci ildə açılır. Azərbaycanlılardan
H.Z.Tağıyev,
M.Nağıyev,
H.Hacınski,
H.Zərdabi,
K.Mahmudbəyov,
Ə.Topçubaşov ilk Bakı şəhər Dumasına qlasnı seçilmişdilər. Şəhər Dumasının
səlahiyyət dairəsinə aşağıdakı sahələr daxil idi:
a) şəhər təsərrüfatı
b) yerli ticarət və sənayeni himayə
c) səhiyyə
ç) xalq təhsili
d) yanğınla mübarizə.
Bir məsələni də qeyd etmək lazımdır ki, Bakı şəhər Dumasında işlər rus
dilində aparılırdı. H. Zərdabı məsələnin bu cəhətinə toxunaraq yazırdı ki, «şəhər
divanxanalarında danışıq və yazı-pozu rus dilində olacaq» və odur ki, o, rus dilini
bilən şəxslərin seçilməsini məsləhət bilirdi.
Sual 2.
Kənd təsərrüfatının kapitalistcəsinə inkişafı.
Kənd təsərrüfatında kapitalist münasibətləri sənayeyə nisbətən gec
inkişaf edirdi.
XIX əsrin 50-60-cı illərində iqtisadi irəliləyiş Azərbaycan iqtisadiyyatının
bütün sahələrində, istər kənd təsərrüfatında, istərsə də sənayedə özünü
göstərirdi. Burada bir məsələni xüsusilə qeyd etmək lazımdır ki, 50-60-cı illərdə
Azərbaycan Rusiya imperiyasının müstəmləkəsi idi. Odur ki, ölkənin iqtisadi
durumu Rus
iyanın yeritdiyi iqtisadi və sosial siyasətdən çox asılı idi. Tarixi
ədəbiyyatda belə bir fikir hökmrandır ki, Rusiyanın Qafqazı «iqtisadi fəthi» siyasi
fəthindən sonra başlanıb, «iqtisadi fəth» məhz bu dövrə düşür. Rusiyanın bu
«iqtisadi fəthi» Azərbaycanda mədən, ipəksarıma, neft emalı kimi sənaye
sahələrinin inkişafına böyük təkan vermiş oldu.
XIX əsrin 50-60-cı illərində Azərbaycanın kənd təsərrüfatında da əvvəlki
illərə nisbətən sözsüz ki, məhsul istehsalı artırdı. Bu, ilk növbədə yeni əkin
sahələrinin yaradılması, meşə sahələrinin və otlaqların əkin üçün istifadə
olunması, yeni, yüksək məhsuldar sortların istifadəsi, aqrotexniki tədbirlərin
tətbiqi ilə bağlı idi. Bu dövrdə Rusiya bazarında Azərbaycandan aparılan kənd
təsərrüfat məhsullarına- ipək, düyü, yun, quru meyvə və s. böyük ehtiyac vardı ki,
11
bu da kənd təsərrüfatı məhsullarının həm kəmiyyətcə, həm də keyfiyyətcə
artımının əsas səbəblərindən biri idi. Bu dövrdə Azərbaycanda əvvəllər olmayan
istehsal sahələri də yaranır ki, bunlardan biri də məsələn, qarğıdalı istehsalı idi.
XIX əsrin 50-60-cı illərində kənd təsərrüfatında aparıcı rol əvvəllərdə
olduğu kimi taxılçılığa məxsus idi. Öz bol taxılı ilə fərqlənən Qarabağ, Şirvan və
Qubada çoxlu taxıl toplanırdı. Kəndlilərin istehsal etdikləri məhsulun xeyli hissəsi
ölkənin daxili bazarlarına satışa göndərilirdi. Azərbaycanda yetişdirilən yüksək
keyfiyyətli taxıl məhsulları ümumdünya sərgisinə belə göndərilirdi və mükafata
layiq görülürdü. Çəltikçilik Azərbaycanda ənənəvi təsərrüfat sahəsi idi. Çəltik
Ta
lış, Qarabağ, Quba, Şirvan, Zaqatala və b. yerlərdə becərilirdi. Çəltik daha çox
əmtəəlik məhsul idi. 1852-ci ildə Naxçıvanda Hindistandan gətirilmiş çəltik növü
becərilirdi.
XIX əsrin 60-cı illərində üzümçülük kənd təsərrüfatında kapitalist
münasibətlərinin inkişaf etdiyi sahələrdən biri idi. Bu dövrdə, Azərbaycanda
şərabçılıq geniş inkişaf edirdi, çünki Rusiya bazarında şəraba böyük ehtiyac
vardı.
50-
ci illərin sonu – 60-cı illərin əvvəllərində Azərbaycanda ipək istehsalı
xeyli artmışdı. Əgər 1861-ci ildə Bakı quberniyasında 17.352 pud ipək istehsal
edilmişdisə, 1865-ci ildə artıq istehsal 19.343 puda çatmışdı. Bu illərdə,
Avropada ipəkqurdu xəstəliyi ipək sənayesinin böhranına səbəb olmuşdu,
böhrandan çıxış yolunu xarici ölkələr Azərbaycandan sağlam ipək qurdu toxumu
almaqda görürdülər. Lakin Azərbaycanda da ipəkqurdu xəstəliyi yayıldığından
1867-
ci ildə Bakı quberniyasında ipək istehsalı 1346 puda enmişdi. Amma 1870-
ci ildə ölkədə ipək təsərrüfatını bərpa etmək mümkün oldu. Belə ki, 1870-ci ildə
Yelizav
etpol quberniyasında 4800 puda qədər ipək istehsal edilmişdi.
XIX əsrin 50-60-cı illərində Azərbaycanda sürətlə inkişaf edən kənd
təsərrüfat sahəsi – marena-boyaq maddəsi istehsalının sürətli inkişafı ilə
əlaqədar olaraq Lənkəran, Quba, Dərbənd qəzalarında marena-qızıl boya
yetişdirmək üçün geniş əkin sahələri ayrılmışdı. Əsas marenaçılıq rayonu Quba
qəzası idi. Əgər 1851-ci ildə qəzada 2 min pud marena istehsal edilmişdisə, artıq
1869-
cü ildə bu rəqəm 200 min puda çatmışdı, yəni 100 dəfə artmışdı. Quba və
Lənkəran qəzalarında 1862-ci ildə 70543 pud marena istehsal edilmişdisə, 1866-
cı ildə bu istehsal 234556 puda çatmışdı. Amma 1869-cu ildə süni boyaq-
alizarinin kəşfi ilə əlaqədar olaraq manera istehsalına böyük zərbə dəyir, tələbat
olmadığına görə istehsal tamamilə sıradan çıxır.
70-
ci illərdə və 80-ci illərin əvvəllərində Şimali Azərbaycanda taxılçılıq
daha da inkişaf etdi. Təkcə Bakı və Yelizavetpol quberniyalarında, habelə
Zaqatala dairəsi və Naxçıvanda 1870-1874-cü illərdə orta hesabla ildə 30 mln
pud, 1896-1899-
cu illərdə isə artıq 70 mln. puddan çox (70-ci illərin məhsulu ilə
müqayisədə iki dəfə çox) dənli bitki məhsulu yığılmışdı. 1896-cı il Şimali
Azərbaycanda dənli bitkilər məhsulu üzrə rekord ili idi. Həmin ildə 71543784 pud
taxıl yığılmışdı. 1900-cü ildə isə bu göstərici, demək olar ki, iki dəfə azalmış və
35732688 puda bərabər olmuşdur. Bu, başqa səbəblərlə yanaşı, həm də dənli
bitkiləri sıxışdıran pambıqçılığı inkişafı ilə bağlı idi.
Nəqliyyatın, o cümlədən də dəmiryolu və dəniz nəqliyyatının inkişafı
taxılçılıqda əmtəəlik məhsul istehsalının artımına güclü təkan verdi. Mövcud
rəsmi məlumatlara görə, 1886-cı ildə Bakı quberniyasından 3 mln. puda yaxın
(bundan 2160 min pudu buğda idi) taxıl aparılmışdı. Azərbaycan nəinki özünü öz
12
taxılı ilə təmin edir, həm də ölkədən kənara göndərmək üçün artıq taxıla malik
olurdu. 1893-
cü ildə Yelizavetpol quberniyasında toxum fondu və yerli əhalinin
ehtiyaclarını ödəmək üçün zəruri olan taxılı çıxmaqla, 8 mln. puddan çox müxtəlif
taxıl ehtiyatı qalmış və bu da yerindəcə satılmağa və quberniyanın hüdudlarından
kənara göndərilməyə sərf olunmuşdur.
Düyü də xeyli miqdarda ixrac olunurdu. 1888-ci ildə Yevlax və Ləki
dəmir yolu stansiyalarından 194 min pud düyü göndərilmişdi. Bundan başqa
düyü Lənkəran qəzasından Rusiyaya əvvəlki kimi dənizlə daşınırdı. Məsələn,
1892-
ci ildə Lənkərandan Həştərxana 35 min pud, 1893-cü ildə isə (mart ayından
sentyabr ayınadək) 30 min pud düyü gətirilmişdi.
Əkinçiliklə yanaşı, Şimali Azərbaycanda maldarlıq da öz inkişafını
davam etdirirdi. 1887-1891 -
ci illərdə Azərbaycanın iki quberniyasında mal-
qaranın sayı 2,7 mln. başdan çox, 1897-1898-ci illərdə təxminən 3 mln başa,
Zaqatala və Naxçıvan qəzası da nəzərə alınmaqla 3,2-3,4 mln başa bərabər idi.
1871-
ci ildə xaricə 979 min manatlıq yun aparılmışdı. Maldarlıq məhsulları,
xüsusən də yun Rusiyaya və qismən də xaricə aparılırdı. Şimali Azərbaycandan
yun aparılması 90-cı illərdə xüsusən artmışdı. 1891-ci ildə 1,5 mln. manatlıq 250
min pud yun aparılmışdı.
Yüzilliyin 80-ci illərinin ikinci yarısında Şimali Azərbaycanda
pambıqçılığın yüksəlişi dövrü başlayır. Kənd təsərrüfatının əmtəəlik sahəsi kimi
pambıqçılığın inkişafı, şübhəsiz ki, rus pambıq-parça sənayesinin yerli xammala
olan ehtiyacından irəli gəlmişdi. 1888-ci ildə çar hökuməti xaricdən Rusiyaya
idxal olunan pambığın üzərinə gömrük vergisi qoydu. Bununla əlaqədar olaraq
xaricdən gətirilən pambıq get-gedə bahalaşırdı, sürətlə inkişaf etməkdə olan
toxuculuq sənayesini həmin xammalla təmin etmək artıq qeyri-mümkün idi. Bu
vəziyyət rus sənayeçilərini ölkə daxilində xammal axtarmağa məcbur etdi. Bu da
imperiyanın pambıqçılığın inkişafı mümkün olan rayonlarının iqtisadiyyatına təsir
etməyə bilməzdi.
1887-
ci ildə Lodzdakı Poznanski firmasının müdiri Ramendik Tiflis
karvansaralarının birində Ərəş və Göyçay qəzalarından gətirilmiş pambıq
taylarını görür. Qiymətli xammalla maraqlanan Ramendik torpaq sahibkarı
Hacıyevlə birlikdə Ağdaşa getmiş, Ərəş və Göyçay qəzalarını gəzmiş və belə bir
qəti nəticəyə gəlmişdi ki, bu qiymətli bitkinin burada yetişdirilməsi tamamilə
mümkündür. O, kəndlilərlə sazişə girməyə başlayır, onlara təmənnasız surətdə
çiyid paylayır və hətta onların bu işlə məşğul olmağa başlaması üçün beh də
verirdi. Artıq 1888-ci ildə qeyd edilən iki qəzanın kəndliləri geniş surətdə
pambıqçılıqla məşğul olmağa başlamış və yaxşı məhsul da yetişdirmişdilər.
Poznanski firmasının ardınca 1889-cu ildə Ağdaşa digər iri firmanın
“A.N.Korzinkin və K°”nın Böyük Yaroslavl manufakturasının nümayəndələri
gəldilər. Sonuncular da öz növbələrində çiyid paylamağa və pambıq satın almağa
başladılar. Ərəş qəzasının pambıqçıları 1888-1889-cu il mövsümündə 3100 pud,
1892-1893-
cü ildə isə artıq 28 min pud pambıq satmışdılar. 1897-ci ildə
Yelizavetpol quberniyasında 6944 desyatin pambıq əkilmiş və 152766 pud
məhsul götürülmüşdü. Göstərilən məhsulun 95,5 min pudu Ərəş qəzasının
payına düşürdü. Qalanı isə Cavanşir, Şuşa, Zəngəzur və Yelizavetpol
qəzalarında yetişdirilmişdi.
70-
ci illərin sonu, 80-ci illərin əvvəllərində tütünçülükdə də yüksəliş baş
verdi. 1877-
ci ildə xaricdən idxal olunan tütünün hər puduna gömrük rüsumunun
13
qızıl pulla 14 manatadək artırılması tütünçülüyün inkişafına əsaslı təsir göstərirdi.
Tütünçülükdə aparıcı yeri Quba və Nuxa qəzaları, habelə Zaqatala dairəsi
tuturdu. Nuxa və Quba tütünü aşağı növlü, Zaqatala tütünü isə əla növlü hesab
edilirdi. Tütünün az bir hissəsi ölkənin hüdudlarından kənara - Gürcüstana,
Rusiyaya, hətta xaricə (başlıca olaraq Zaqatala tütünü) aparılırdı.
Dostları ilə paylaş: |