Азярбайжан республикасы дахили ишляр назирлийи


Bizans imperiyasının məğlub edilməsi və



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə30/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   26   27   28   29   30   31   32   33   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

Bizans imperiyasının məğlub edilməsi və 
Cənubi Qafqazın Səlcuqilər tərəfindən qəti olaraq 
tabe edilməsi. 1071-ci ilin avqustun 26-da burada baş 
verən qanlı döyüş, sayca Bizans qoşunundan xeyli az 
olan 
oğuz əsgərlərinin qələbəsi ilə nəticələndi.


90 
Səlcuq 
soltanları 
Orta 
Asiyadan 
Aralıq 
dənizinədək, Cənubi Qafqazdan Fars körfəzinədək olan 
torpaqların sahiblərinə çevrildilər.
Alp Arslandan sonra səlcuq taxtı onun oğlu 
Məlikşahın (1072-1092) əlinə keçdi. Onun dövründə 
Oğuz imperiyasının hərbi-siyasi qüdrəti ən yüksək zirvəyə 
çatdı. Yeni soltan öz atasının başladığı yürüşləri 
müvəffəqiyyətlə 
başa 
çatdırıb, 
onun 
uğurlarını 
möhkəmlətdi. Məlikşahın dövründə oğuzlar artıq yalnız 
qənimət və əsirlərlə kifayətlənmir, mühüm strateji və 
siyasi məntəqələri ələ keçirməyə çalışırdılar. 1075-ci ildə 
Məlikşah Şəddadilərin Gəncədəki hakimiyyətinə son 
qoydu; Səlcuqilərin Gəncədə qalan nümayəndəsi 
Savtəkin bu şəhəri soltanın ətraf yerləri tabelikdə və 
nəzarətdə saxlamaq tapşırığını yerinə yetirmək üçün 
əsas bazaya çevirdi. Gürcü salnaməsi "Kartlis 
Tsxovreba"nın məlumatına görə, Gəncədə bu vaxt oğuz 
sərkərdəsinin ixtiyarında qırx mindən çox adam vardı.
Beləliklə, XI yüzilin 70-ci illərinin sonunda bir çox 
ölkələrlə yanaşı Azərbaycan da böyük Səlcuq 
imperiyasının tərkibinə daxil edildi. İmperiyanın yaradıcısı 
və əsas hərəkətverici qüvvəsi isə oğuz tayfaları idi. 
Sual 3. XII əsr Azərbaycan dövlətləri: 
Şirvanşahlar və Atabəylər dövləti. 
Şirvanşahlar dövləti XII əsrdə. Səlcuq türklərinin
hakimiyyəti dövründə Azərbaycanın dövlətçilik
ənənələri aradan qalxmadı. Böyük Səlcuq hökmdarı

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin