87
mülkləri, o cümlədən Bərdəni, Beyləqanı, Xaçını, Süniki,
Gorusu, Naxçıvanı, Dvini və b. yerləri yenidən öz
mülklərinə birləşdirir, Ermənistanın bir neçə vilayətini tabe
edərək, ildə 3 min dinar məbləğində vergi təyin edir.
Fəzldən sonra hakimiyyətə gəlmiş Əbülfəth Musa
ibn Fəzlin qısamüddətli (1031-1034) dövrü haqqında
mənbələr çox az məlumat verir. 1033/34-cü ildə Əbülfəth
Musanın oğlu Əbülhəsən Əli Ləşkəri atasının
əleyhinə
qəsd təşkil edərək onu öldürmüş və hakimiyyəti ələ
keçirmişdi. Onun 15 illik hakimiyyəti səlcuqlara, oğuzlara,
ermənilərə, gürcülərə qarşı döyüşlərdə keçmişdi. II
Ləşkərinin hərbi-siyasi fəaliyyəti yalnız tarixi mənbələrdə
deyil, onun saray şairi Qətran Təbrizinin qəsidələrində də
öz əksini tapmışdır.
Şavurun hakimiyyət illəri Cənubi Qafqazın Səlcuq
soltanları tərəfindən işğalı zamanına təsadüf edir. Tarixçi
Münəccimbaşıya görə, soltan Alp Arslan Arranla
həmsərhəd olan bir sıra qalaları
ələ keçirərək, onları
Şəddadi hökmdarı Şavurun ixtiyarına vermişdi. Bölgədəki
lider mövqeyini möhkəmlətməyə çalışan Şavur 1065-ci
ildə ermənilərin və bizanslıların torpaqlarına soxularaq,
Ani şəhərinə yetişmiş, öz vergi yığanlarını orada qoymuş,
onları hər cür sursatla təmin etmişdi.
1068-
ci ilin əvvəlində Gürcüstana yürüş edən
soltan Alp Arslan gürcü hökmdarı IV Baqratın və Cəfərilər
sülaləsindən olan Tiflis əmirinin soltana itaət andını qəbul
edir. Alp Arslan müttəfiqi olan Şavurun varisi, hakimiyyətə
1067-
ci ildə, atasının ölümündən sonra gəlmiş II Fəzli
özünün Tiflis və Rustavidəki atabəyi təyin edir.
1075-
ci ildə öz təbəələri sırasında güclü, qüdrətli
dövlətin olmasını istəməyən
Səlcuqilər Şəddadilər
dövlətinə son qoymaq qərarına gəlirlər. Hakimiyyətdən
kənar olunmuş Fəzlun, az sonra isə atası II Fəzl
Səlcuqilər tərəfindən əsir alınırlar. Mənbələrdə Fəzlunun
88
hakimiyyətinin son illəri haqqında çox ziddiyyətli və adda-
budda məlumat vardır.
XI yüzilin anonim gürcü
mənbəyinə görə, Fəzlun 1088-ci ilədək Səlcuqilər
əleyhinə mübarizə etmiş, nəhayət həbs olunaraq
Bağdada aparılmış və 1091-ci ildə orada ölmüşdür.
Fəzlunun Bağdadda əsirlikdə öldüyünü İbn əl-Əsir də
təsdiq edir.
Beləliklə, Şəddadilər dövlətinin
ən mühüm əmirliyi
olan Arran-
Naxçıvan-Gəncə əmirliyi süqut edir.
Yalnız Ani və Dvində Şəddadilər sülaləsinə
mənsub əmirlər Səlcuqilərin vassalı kimi hələ də fəaliyyət
göstərirdilər. Mənuçehrdən sonra onun nəsli təqribən
hələ 130 il Anidə hakimiyyətdə qalmış və nəhayət, bu
Şəhər gürcülərin əlinə keçmişdi. Dvin Şəddadiləri isə
1130-
cu ildə Səlcuqilərin
zərbələri nəticəsində süqut
etmişdilər.
Dostları ilə paylaş: