91
Səlcuq türklərinə qarşı mübarizədə gürcü
çarları şirvanşahlarla yaxınlaşmağa çalışırdılar. Gürcü
çarı
Qurucu IV David (1089 – 1125) bu məqsədlə
qızı
Tamarı şirvanşah
I Afridunun oğlu
III
Mənuçöhrə vermişdi (1111). Şirvanşahlarla
qohumluğun digər bir səbəbi də gürcü taqavorlarının
Azərbaycanın qərb torpaqlarını
ələ keçirmək istəyi ilə
bağlı idi. Məkrli bir siyasət yeridən gürcü və
ermənilər Bizans imperiyasına, həmçinin Qərbi Avropa
səlibçilərinə arxalanaraq türk – müsəlman əhalisini
Qafqazdan sıxışdırıb çıxarmağa, Azərbaycan
torpaqlarını öz aralarında bölüşdürməyə çalışırdılar.
III Mənuçehr 1120-1160-cı illər arasında
dövləti
idarə etdi. III Mənuçehrin hakimiyyəti zamanı geniş
miqyaslı abadlıq işləri aparıldı - qədim Bakının qala
divarları ucaldıldı, Kür çayı üzərindəki Bağilan bəndi
yenidən quruldu, köhnə şəhərlər möhkəmləndirildi, yeni
şəhərlər salındı.
I
II Mənuçehrin İraq Səlcuqilərindən asılılığı
sikkələr üzərindəki yazılardan görünür. Lakin 1121-ci ildə
Trialetdə, Didqori döyüşündə səlcuq soltanının birləşmiş
qoşunlarının darmadağın edilməsi
və bir il keçmiş IV
Davidin Tiflis və Dmanisi şəhərlərini tutmasından sonra
şirvanşah soltanla əlaqəni pozub, gürcülərin tərəfini
tutdu; soltan xəzinəsinə ildə 40 min dinar məbləğində
vergini ödəməkdən imtina etdi. Bu addım
soltan
Mahmudun 1123-
cü ildə Şirvana hücumu ilə nəticələndi.
IV David yerli hakimiyyətin müdafiə qabiliyyətinin
zəifliyindən istifadə edərək, ölkəyə bir neçə dəfə
hücumlar etdi, Gülüstan qalasını tutdu, sonrakı ilin
aprelində Şabrana hücum etdi, avqustunda isə Şamaxı
şəhərini, Buğurd qalasını və ətraf bölgələri ələ keçirdi.
Şirvanın gürcülər tərəfindən 5 ay davam edən işğalı
1125-
ci il yanvarın 24-də IV Davidin qəfil ölümü ilə başa
92
çatdı. Bu hadisədən dərhal sonra
III Mənuçehr Şirvanda
öz hakimiyyətini bərpa etdi. Şirvanşahlarla IV Davidin
oğlu I Demetrenin başçılıq etdiyi gürcü hökmdar sülaləsi
ara
sında sülh və dostluq münasibətləri dövrü başlandı.
Şirvanın öz istiqlaliyyətini bərpa edə bildiyi bu
illərdə Şirvanşahlar dövləti III Mənuçehrin başçılığı ilə
gücləndi və çiçəkləndi. 1160-cı ilin sonunda III Mənuçehr
qəflətən vəfat etdi. Onun ölümü ölkədə çox da uzun
sürməyən siyasi böhrana və parçalanmaya səbəb oldu.
Sarayda hakimiyyət uğrunda mübarizə qızışdı.
Eldənizlərin köməyi ilə Axsitan Şirvan taxtına sahib
oldu. I Axsitanın hakimiyyət dövrü Şirvan dövlətində
iqtisadiyyatın
böyük yüksəlişi, Şəhərlərin çiçəklənməsi,
sənətkarlığın və ticarətin inkişafı ilə əlamətdar idi.
İraq Səlcuq soltanlığının üstünlüyünü başa düşən
Axsitan soltana xərac verir, səlcuq soltanlarının adlarını
sikkələrdə zərb etdirirdi. Lakin Şirvan dövlətinin vassal
asılılığı formal səciyyə daşıyırdı.
XII əsrin II rübündən
monqol hücumlarınadək olan dövrdə Şirvanşahlar güclü
mərkəzləşdirilmiş dövlətin tam hüquqlu və müstəqil
hökmdarları olmuşlar. 1192-ci ildə Şamaxıda baş vermiş
zəlzələ nəticəsində xeyli əhali həlak oldu. Şamaxı
dağıldıqdan sonra Şirvanşah öz iqamətgahını Bakıya
köçürdü. XII əsrdə Şirvanın ictimai və mənəvi həyatında
baş verən dirçəliş Şirvan cəmiyyətinin bütün əvvəlki
inkişafından irəli gələn tarixi qanunauyğunluq idi.
Dostları ilə paylaş: