83
Xilafətin Azərbaycan və Ərminiyə vilayətlərində
möhkəmlənmiş Sacilər qərbdə Ani və Dvindən Şərqdə
Xəzər dənizinədək,
cənubda Zəncandan Şimalda
Dərbəndədək olan böyük bir ərazini özlərinə tabe etdilər.
Bu geniş ərazidə olan vilayətlərin yerli və yerliləşmiş
hakimləri (Şirvan, Şəki, Xaçın, Sünik və s.) Sacilərə vergi
ödəyirdilər.
Məhəmməd ibn Əbu-s-Sacdan sonra hakimiyyətdə
olan Yusif Şimal sərhədlərinin, xüsusilə Dərbənd
keçidinin möhkəmləndirilməsinə böyük diqqət yetirirdi.
Çünki müdaxilələr əsasən bu keçiddən olurdu.
Yusif 912-
ci ilədək Xilafətə 120
min dinar
məbləğində illik vergi məhz ödəyirdi. Həmin il Xilafətdə
yaranmış hərc-mərclikdən istifadə edən Yusif verginin
ödənilməsini dayandırır.
Beləliklə,
Yusifin əlində böyük
sərvət toplanır, onun qüdrəti artır. Bu isə Yusifi mərkəzi
hakimiyyətlə üzülüşməyə, bir qədər sonra isə Xilafətə
qarşı qoşun çıxarmağa sövq edir.
Yusif 927-
ci ildə öldürülür. Beləliklə, Azərbaycan
torpaqlarını ilk dəfə vahid dövlət hüdudlarında birləşdirən
Yusif ibn Əbu-s-Sacın müstəqil hakimiyyəti sona çatır.
Yusifdən sonra onun qardaşı oğlu, cəmi il yarım taxt-tac
sahibi olmuş Əbülmüsafir əl-Fəth ibn Məhəmməd
Azərbaycan hakimi təyin edilir. Əl-Fəthdən sonra
hakimiyyət Sacilərin qulamı
Vasif əs-Sirvaninin əlinə
keçir. Lakin o, öz hakimiyyətini heç də Sacilərin bütün
mülklərində möhkəmləndirə bilmir. Vasif əs-Sirvanidən
başlayaraq Azərbaycanı artıq Sacilər sülaləsinin
bilavasitə
üzvləri deyil, bu sülalənin qulamları idarə
etmişlər. Vasifdən sonra Yusifin keçmiş qulamı və
sərkərdəsi Muflih Azərbaycan hakimi oldu. Mənbələrdə
Mufl
ihin birləşmiş erməni-Bizans qüvvələrinə qarşı böyük
qoşunla çıxış etməsi haqqında da məlumat vardır.
84
932-
ci ildə Azərbaycanda Muflih ilə Yusifin başqa
əmiri - Deysəm ibn İbrahim ibn Şadluyə (Balduyə)
arasında hakimiyyət uğrunda güclənən mübarizə 941-ci
i
lədək dövləti idarə
edən Deysəmin qələbəsi ilə
nəticələnir. Bunu onun adına Bərdə, Ərdəbil və Dəbil
şəhərlərində zərb olunmuş sikkələr də sübut edir.
Dostları ilə paylaş: