118
sürəndən sonra çöldə, ağac altında uzanıb dincəldiyi
zaman çatdırılmışdı.
I Ibrahim görkəmli dövlət xadimi və mahir diplomat
idi. O, Şirvanı yadelli işğalçıların talanlarından qorumağa
və onun istiqlaliyyətini təmin etməyə çalışırdı. O,
xarici
siyasi vəziyyəti və qüvvələrin real nisbətini dürüst
qiymətləndirərək özündən güclü düşmənlərlə silahlı
toqquşmalara girmirdi. Eyni zamanda Ibrahim bir çox
hallarda bir işğalçıdan digər işğalçıya qarşı mübarizədə
istifadə edirdi. Hətta bu və ya digər işğalçının
hakimiyyətini qəbul etməyə məcbur olduqda, belə
Şirvanın daxili idarə müstəqilliyini
qoruyub saxlamağa
çalışırdı. I İbrahimin yeritdiyi siyasətin obyektiv mütərəqqi
cəhətlərini əhalinin müxtəlif təbəqələri müdafiə edirdilər.
Teymur və Toxtamışın Azərbaycana yürüşləri.
XIV əsrin sonlarında bir-biri ilə ədavət saxlayan iki,
işğalçı-Qızıl Orda xanı Toxtamış və Orta Asiyada iri
feodal dövləti hakimi Teymur (1370-1405) böyük qüvvə
ilə Azərbaycana hücum etdilər.
Teymur 1385-
ci ildə Iranı, Azərbaycanı və başqa
ölkələri işğal etmək üçün böyük ordu ilə yürüşə çıxmışdı.
Sultaniyyə şəhəri yaxınlığında
Teymurun ordusu ilə
Cəlairilərin qonşuları arasında böyük vuruşma oldu.
Teymur qələbə çaldı, lakin Orta Asiyada xalq iğtişaşları
baş verdiyindən oraya qayıtmalı oldu.
Eyni zamanda Qızıl Orda xanları şimaldan
Azərbaycan üzərinə hücuma hazırlaşırdılar.
1386-
cı ilin əvvəllərində Toxtamış 90 min nəfərlik
qoşunla Azərbaycan torpaqlarına soxuldu. O, Şirvandan
keçib şəhəri var-yoxdan çıxararaq Təbrizə doğru yollandı,
lakin şəhərin müdafiəyə yaxşı hazırlaşdığını gördü.
Toxtamışın qoşunları 8 gün şəhərin ətrafını gəzdilər.
Lakin Moskva ətrafında olduğu kimi, Təbriz divarları
önündə də Toxtamış hiyləyə əl atdı. O, böyük bac tələb
119
edib mühasirədən əl çəkəcəyinə söz verdi. Ona külli
miqdarda pul
– 250 tümən qızıl verildi. Lakin Toxtamış öz
vədini xaincəsinə pozdu. Onun qoşunları qəflətən Təbrizə
soxuldular. Qızıl Ordalılar 10 gün
şəhəri talan etdilər və
əhalinin bir qismini qırdılar. Naxçıvan, Marağa və
Mərənd böyük dağıntılara məruz qaldı.
Teymurun Qızıl Ordaya hücumlarından ehtiyat
edən Toxtamış çox keçmədən öz ölkəsinə qayıtdı.
1386-
cı ildə Teymur Azərbaycana ilk yürüşünü
həyata keçirdi. Bu yürüş zamanı Naxçıvanda yerləşən
Əlincə qalası istisna
olmaqla bütün Azərbaycan
teymurilər tərəfindən işğal edildi.
Əlincə qalanın mühasirəsi fasilələrlə 1387-ci ildən
1401-
ci ilə qədər, yəni 14 il davam etmişdi. Qala
Teymurun və onun oğlu Miranşahın qoşunlarının
dəfələrlə etdiyi həmlələrlə mətanətlə sinə gərirdi. 1397-ci
il
də Şəki hakimi Seydi Əlinin əsgəri hissələri və bir gürcü
dəstəsi qala müdafiəçilərinin köməyinə gəldilər. Qalanın
divarları önündə vuruşma oldu. Döyüş zamanı Seydi Əli
öldürüldü. Lakin azərbaycanlılarla gürcülərin birləşmiş
qüvvələri düşməni əzdi və onu Əlincə qalanın
mühasirəsindən müvəqqəti
olaraq əl çəkməyə məcbur
etdi.
Azərbaycanın
cənub
vilayətlərinin
Teymur
tərəfindən işğal edilməsi Şirvan üçün ciddi təhlükə
yaradıldı. Şirvan bu işğalçılara qarşı dura bilmirdi. I
Ibrahim Şirvanın təhlükəsizliyi qayğısına qalaraq
Teymurla danışıqlara girdi. Şirvanşah özü qiymətli
hədiyyələr götürüb Teymurun düşərgəsinə getdi. I
Ibrahim danışıqlar zamanı Teymurla Toxtamışın
ədavətindən istifadə etdi. Bunun nəticəsində Şirvan
düşmən
hücumundan
yaxa
qurtardı
və
daxili
müstəqilliyini qoruyub saxlaya bildi.
120
1395-
ci ildə Teymur öz ordusunu şimala yönəltdi.
Terek sahilindəki vuruşmada Teymur Toxtamışı
darmadağın etdi. Bu yürüşdə Şirvan qoşunları
da iştirak
edirdilər.
Azərbaycanın şimalında Şirvan dövləti mövcud
olduğu bir zamanda ölkənin Teymur tərəfindən ələ
keçirilmiş cənub vilayətləri Teymurun oğlu Miranşahın
idarəsinə verilmişdi. O, şəhər və kəndləri amansızcasına
talayır, əhalini var-yoxdan çıxarır və təzyiq altında
saxlayırdı. Miranşahın qəddarlığı xalq kütlələrinin
qəzəbinə səbəb oldu. Xalq arasında onu “Maranşah”
adlandırdılar ki, bu da “İlanlar şahı” deməkdir.
Teymurun
ölümündən
sonra
onun
böyük
imperiyası
dağıldı.
Teymurun
varisləri
arasında
hakimiyyət uğrunda mübarizə başlandı.
Dostları ilə paylaş: