50
raq variantındadır.
Dillərin bəzilərində yerdəyişmə nitq prosesindən dilə keçdiyindən, artıq dil
hadisəsi kimi normalaşmış olur, bəzilərində isə ilkin variant mühafizə edilir.
Yerdəyişmə hadisəsi oğuz qrupu türk dilləri içərisində Azərbaycan dilində nis-
bətən geniş yayılmışdır. Qaqauz türkcəsində də yapraq variantındadır (12, 91).
Başqırd türkcəsində isə yafrak formasındadır. Analogiya kimi türk dilindəki
toprak və Azərbaycan dilindəki torpaq sözlərində də metateza müşahidə olunur.
Məşhur türk şairi Mehmet Akif Ersoyun ―Bayrakları bayrak yapan üstündeki
kandır, Toprak eger uğrunda ölen varsa, Vatandır‖ misralarını yada salaq.
Azərbaycan dilində olan körpü sözü türk dilində köprü variantındadır. Qədim
qaynaqlarda da türk dilindəki kimidir: Bir quru çayın üzərinə bir köprü yapdır-
mışdı (―Kitabi-Dədə Qorqud‖; 4, 121).
Məlumdur ki, türk dili Azərbaycan dilində bir çox fonetik və semantik cə-
hətdən eyni sözlər arasında fərq məhz onların bu fonetik hadisəni özündə fərqli
şəkildə əks etdirməsindədir.
Digər faktlara baxaq:
Anlərin hiyləsindən, şərrindən saqınmalı (―Füyuzat‖, № 29; 3, 456).
Sakınmaq- feli Azərbaycan dilinin fonetikasına uyuşdurularaq saqınmaq
formasında işlədilmişdir.
Vaxtilə Azərbaycan dilinə aid qaynaqlarda da bu qədim türk feli işlənmişdir.
Klassik poeziya nümunələrində biz bunun şahidi oluruq. Ancaq müasir Azər-
baycan dilində bu fel artıq arxaikləşmişdir. ―Kitabi-Dədə Qorqud‖da da ―çəkin-
mək, özünü gözləmək‖ anlamında işlənmişdir: Saqın, qadın ana! (―Kitabi-Dədə
Qorqud‖; 4, 147). Digər qədim qaynaqlarda da həmin mənanı ifadə etmişdir:
Oğrı haramdan saqınmaz (―Oğuznamə‖; 6, 59). Deməli, ―Füyuzat‖ dərgisində
bu qədim türk sözlərinin Azərbaycan dilinə yenidən qayıdışı baş vermişdir. Bu
özləşmə prosesi də, əlbəttə ki, türk (osmanlı) dilinin təsiri ilə birbaşa bağlı idi.
Yəni Azərbaycan dilində bu tipli qədim türk sözləri XX əsrin əvvəlllərində artıq
arxaik leksikaya çevrilmişdi. ―Füyuzat‖çıların səyi nəticəsində türk dilində qo-
runan bu sözlər yenidən Azərbaycan dilinin lüğət tərkibinə qayıdırdı. Bu ba-
xımdan bu proses müsbət xarakterli idi.
Dərgidə türk dilində koşuyor- ―qaçır‖ feli Azərbaycan dilinə uyğunlaşaraq,
qoşuyor şəklində transformasiya edilərək, işlədilmişdir:
Qoşuyor məktəbə bir nur kibi,
Gediyor cənnətə san hur kibi (―Füyuzat‖, №1; M. Hadi. ―Şüküfəzari-bənat
və yaxud qızlar bağçası‖, 3, 16).
Koş- feli Azərbaycan dilindəki qaç- felinin fonovariantıdır. Müvafiq q~k və
ç~ş əvəzlənməsinə əsasən koş- formasına keçmişdir.
Jurnalda şəxs sonluqları da əksər halda Azərbaycan dilindəki kimi deyil,
türk (osmanlı) dilindəki kimi verilmişdir:
Bunu nərədən, hansı varidatdan bulmalıyız. Öylə bir varidatımız varmıdır?
Yenə lazım olan məbləği Hacı Zeynalabdindənmi istəyəlim, Buna haqqımız
olurmu? (―Füyuzat‖, №4; 3, 54); Burada Kotler cənablarına kömək üçün biz də
bir-iki söz deyəlim (―Füyuzat‖, №14; 3, 213); Osmanlı türk şairlərindən Nigar
Bakı Qızlar Universiteti
№2 Elmi əsərlər 2014
51
xanım əfəndinin əlimizə keçən “Çırpınma” ünvanlı qeyri-mətbu əsərigüzini
“Füyuzat”a dərc və münasibətlə şairəyi-müşarileyha haqqında qarelərimizə
məlumati-atiyəyi təqdim ediyoruz (―Füyuzat‖, № 18; 3, 280).
Göründüyü kimi, I şəxsin cəm şəkilçisi -ıq
4
yerinə -ız
4
, I şəxsin təkinin şəxs
şəkilçisi -aq
2
yerinə - im
4
şəkilçiləri işlənmişdir. I şəxsin cəm sonluğu aq-,-ək
əvəzinə türk dilindəki kimi -iz forması ilə işlənmişdir.
Ümumiyyətlə, jurnalın dilində şəxs sonluqları da türk dilindəki kimi işlən-
mişdir: Ancaq burasını anlamalıyız, anladığımız təqdirdə işrətə xatimə çəkə bi-
ləcəgiz (―Füyuzat‖, №13; 3, 205); Bu nömrəmizdə bir iki mənzumələrini dərc
ilə iftixar edəriz (―Füyuzat‖, №3; 3, 36); Təkrar ixtar ediyoram, dəqaiqi-məz-
munə pək də əhəmiyyət verməyiniz, bol-bol yazınız, ortaya ancaq çoxca, daima
mümkün qədər çoxca əsərlər çıxarınız, bu surətlə məqsudə yetişəcəyinizdən
əmin olunuz (―Füyuzat‖, №3; 3, 38).
Bulmaq ―tapmaq‖ feli Azərbaycan dilində arxaikləşsə də, türk dilində müha-
fizə olunmuşdur. Dərginin dilində bu felə tez-tez rast gəlirik: Bən şu fikirdəyəm
ki, Sezarın pək sevgilisi olan Mark Antuanın Sezardan sonra müəmmar olması
müvafiq degildir; onun şəxsində qurnaz, bir dəsaiskar buluruz (―Füyuzat‖, №
31; 3, 494). Həmin qədim türk feli ―Kitabi-Dədə Qorqud‖ dastanında ―tapmaq,
rast gəlmək‖ mənasında işlənmişdir: Dilək ilə bir oğul güclə buldum; Qara gər-
dunda bulduğum oğul qanı?; Baybörə bəg aydır: Dədə, mən üçini buluramsa,
ikisini sən bulurmısan? - dedi (―Kitabi-Dədə Qorqud‖; 4, 43). Digər əski qay-
naqlarda da ―tapmaq‖ mənasını ifadə etmişdir: Yeyən saçıra yoldaşa inanma,
haldaş bulınur (―Oğuznamə‖, 6, 191).
Jurnalda az da olsa bu felin sinonimi tap- feli də işlənmişdir: Savadlı-sa-
vadsız az-çox rifah ilə yaşayan hər bir müsəlmanın xanəsində “Gülüstan” tapı-
lır (―Füyuzat‖, № 15; 3, 236).
―Necə‖ mənasında olan nasıl əvəzliyi jurnalda ən çox işlədilən sual əvəzlik-
lərindən biridir:
Orası zatən məlum; nəqrisdən, kəbəd və külyədən müztəribdir, diyorlar. Sən
onun nasiyəsindən ruhuna, mənəviyyatına hökm edib nasıl bir adam, nasıl bir
hökmdar olduğunu anlaya bilərmisən? (―Füyuzat‖, № 6; 3, 99).
Jurnalda Azərbaycan dilindəki mən əvəzliyi yerinə türk dilindəki bən əvəz-
liyi işlənmişdir.
Bən olduqca eyi görə bildim (―Füyuzat‖, №7; 3, 99). Bənim üçün bir sənə
buralarda qalmaq çoxdur belə... (―Füyuzat‖, №9; 3, 139).
Türk dilinin fonetik özəlliklərindən biri Azərbaycan dilindən fərqli olaraq,
yumşaq l samitinin işlənməsidir. Müqayisə edək: Azərbaycan dili: hələ - türk
dili: hala:
O qız hala beni sevir. Hala beni düşünüyor. Şu halları xatırladıqca fənalaşı-
yorum. Petro, neyçün bizdən ayrılıyorsan (―Füyuzat‖, №9; 3, 139). Qeyd edək
ki, oğuz qrupu türk dillərinə daxil olan Azərbaycan və türk dillərinin fonetik
quruluşlarındakı əsas fərqlərdən birisi məhz türk dilində yumşaq l samitinin
işlədilməsidir.
Əgər Azərbaycan türkcəsində ―meşə‖ mənasında meşə sözü aktiv işlənirsə,
Bakı Qızlar Universiteti
№2 Elmi əsərlər 2014
52
əksinə, müasir türk dilində orman sözü ―meşə‖ mənasında aktiv işlənir.
Hayne Norveciya ormanlarından qoparmış olduğu cəsim bir çam ağacının
bir ucunu Etna barkanının püskürdüyü atəşlərə qat-qat faiq olan ehramın alov-
larına qəst etdi (―Füyuzat‖, №8; 3, 119). Daha çox qıpçaq qrupu türk dillərinin
leksikası üçün səciyyəvi hesab edilən orman sözü Azərbaycan dilində arxaik-
ləşmişdir. B. Məhərrəmlinin fikrincə, bu söz *or//*ar ―yer‖ mənalı kökdən
yaranmışdır (5 , 75).
İşarə funksiyasını ifadə edən şu əvəzliyi bu əvəzliyindən fərqli olaraq, həm
uzaq, həm də qeyri-müəyyən bir şey haqqında işlədilir. ―Füyuzat‖ jurnalında
qədim türk işarə əvəzliyi olan şu əvəzliyinin sıx şəkildə işlədilməsi müşahidə
olunur:
Şu qədər var ki, bəni məmləkətimə getməkdən mən ediyor. (―Füyuzat‖, 3,
№9; 139), Ziynət verər asimana əncüm, İnculər ilə tolu şu dərya (―Füyuzat‖,
№3; 3, 39).
Ən qədim türk mənşəli əvəzliklərdən biridir. Azərbaycan dilindən fərqli ola-
raq, türk dilində qorunmuşdur. Azərbaycan dilinə aid klassik yazılı qaynaqlar-
da, yazılı abidələrdə şu əvəzliyinə rast gəlirik. Şu əvəzliyi türk dilinin spesifik
əvəzliyidir. Hər şeydən əvvəl, yadda saxlamaq lazımdır ki, şu əvəzliyinin işarə
etdiyi əşya bu və o əvəzlikləri ilə işarə edilən əşyalara nisbətən orta mövqe tu-
tur. Yəni bu yaxın, şu - nisbətən uzaq, o daha uzaq predmetə işarə edir (7, 70).
Ah, rəngarəng olan şu cəmaət bəhsini açma, ani gördükcə şairdən hər növ sü-
nühat və ilhamat zail oluyor (―Füyuzat‖, №1; 3, 37).
Lakin bununla yanaşı, sırf işarə mənasına şu və bu əvəzlikləri cümlədə bir-
birinin ekvivalenti ola bilir və sinonim əvəzliklər kimi çıxış edirlər. Bu halda
danışana görə işarə edilən əşyanın yerləşdiyi məsafə fərqi normal xarakter daşı-
yır. Belə ki, eyni uzaqlıqdakı əşyaya bu ilə də, şu ilə də işarə etmək mümkün-
dür. Məsələn: Bu kalemdir. Şu tükənməzdir. Bu kitap iyidir. Şu kız güzeldir.
Əlbəttə, bu ekvivalentlik və sinonimliyin nisbiliyini yadda saxlamaq lazım-
dır, çünki şu və bu əvəzlikləri bütün hallarda və qeydsiz-şərtsiz bir-birini əvəz
edə bilməz. Xüsusilə mətndən və danışıq situasiyasından asılı olaraq, bu əvəz-
liklərdən hər birinin işlənmə yeri başqa başqadır. Bu fərqlərin əsasında isə hə-
min işarə əvəzliklərinin müəyyənlik və qeyri-müəyyənlik kateqoriyaları ilə əla-
qəsi durur.
Doğrudur, hər iki əvəzliklər mənaca konkret varlıqlarla əlaqədar olmuşdur.
Lakin təfəkkürün inkişafı ilə bağlı olaraq dəyişmiş, müəyyənlik və qeyri-müəy-
yənlik baxımından fərqlənməyə başlamışdır. Məhz bu diferensasiya nəticəsində
bu əvəzliyi müəyyənlik, konrektlik, şu isə qeyri-müəyyənlik, mücərrədlik kəsb
etmişdir. Şu əvəzliyinin bu əvəzliyindən fərqləndirən əsas cəhətlərdən biri bu-
dur ki, şu ilə işarə edilən əşya və ya məsələ danışana məlum deyildir, qeyri-
müəyyəndir, danışılan ana qədər onun ya adı çəkilməyib, ya da haqqında bəhs
edilməyib (7, 71).
Jurnalda türk dilinə aid qrammatik formaların, morfoloji əlamətlərin işlədil-
məsinə tez-tez təsadüf olunur. Məsələn, məlumdur ki, Azərbaycan dilində qayı-
dış məzmunu bildirən doğuldum feli türk dilində doğdum şəklindədir. Halbuki
Bakı Qızlar Universiteti
№2 Elmi əsərlər 2014
53
bu qrammatik forma Azərbaycan dilində məlum növ funksiyasını yerinə yetirir.
Faktlara nəzər salaq:
Bən Moskovada doğdum (―Füyuzat‖, №9; 3, 139).
―Qrup, toplum‖ anlamında olan takım sözü Azərbaycan dilinin fonetikasına
uyuşdurularaq taqım şəklində jurnalda işlədilmişdir.
Nə daş yürəkli zalım, fitrətində əskərligə istedadı olmayan bir taqım biça-
rələri hiylələrlə əskər yazsın (―Füyuzat‖, №9; 3, 140).
Jurnalda türk dilinə aid müxtəli əvəzlik növlərinə rast gəlmək mümkündür:
Şöylə ki, həvayici-zəruruiyyəsindən birini dəf etdikdə onun altından yüzlərcə
ehtiyac daha zühur etmişdir (―Füyuzat‖, №5; 3, 75).
İştə əvəzliyi Azərbaycan dilinin qədim yazılı qaynaqlarında da işlənmişdir.
Dərginin dilində bu əvəzlik türk dilinin leksik elementi kimi işlənmişdir: İştə bu
əmrdəki məsuliyyət bir milyon pul məsuliyyəti degildir. Şu qədər parayı yoluna
qoymaq imkan daxilindədir (―Füyuzat‖, №8; 3, 121). Göründüyü kimi, burada
eyni mənada olan pul və para sözləri müvazi şəkildə işlənmişdir.
―Qədim‖ mənasında eski sözü jurnalda əski formasında işlənmişdir: Əski
dostunu xatirdən çıxarma (―Füyuzat‖, №9; 3, 140).
Son zamanlarda əski sifəti ―qədim, keçmiş‖ mənasında Azərbaycan dilində
yenidən işlədilməyə başlanılmışdır. Bu fakt da türk dilinin Azərbaycan dilinin
özləşməsi prosesinə müsbət təsir etdiyinin bir sübutudur.
Jurnalın dilində türk dilində işlənən Avropa mənşəli sözlər də işlənmişdir.
Məsələn, vapur sözünü nümunə göstərək: Şimaldan və cənubdan vapurlar dolu-
su hər qismi müskirat İrana kəsrətlə daxil olmaqdadır, bu barədə nə cəmaətdən
bir təşəbbüs, nə də hökumət tərəfdən bir tədbir görünmüyor (―Füyuzat‖, № 9; 3,
144).
Fransız mənşəli vapeur ―su buxarıyla işləyən gəmi‖ sözü türk dilinə keçərək
vapur formasına düşmüşdür. Qeyd edək ki, Azərbaycan dilindən fərqli olaraq,
türk dilində fransız və italyan sözləri daha çoxdur. Bu alınmaların əksəriyyəti
dənizçiliklə bağlı peşə - sənət sözləridir. Türk dilində bu sözlə bağlı vapurdu-
manı, arabalı vapur, araba vapuru, dilenci vapuru, kara vapuru söz və söz bir-
ləşmələri işlənməkdədir (10, 2077).
Belə əvəzliyinin türk dilindəki fonovariantı olan böyle forması Azərbaycan
dilinə uyğunlaşdırılaraq böylə şəklində verilmişdir:
Böylə olduğu halda bunların vücudu ilə yenə ancaq türklər fəxr edə bilərlər
(―Füyüzat‖, №9; 10, 141).
Jurnalda osmanlı dilinə aid qrammatik xüsusiyyətlər də kifayət qədərdir:
Bədə bir cəmiyyəti-nisvaniyyə təşkil edərək Sona xanımı sədr intixab eləm-
mişlər və 30 nəfər də əza seçmişlərdir. Fil-məclis 1600 manat cəm edib ibrazi –
hümmət etmişlərdir (―Füyuzat‖, №5; 3, 79). Göründüyü kimi, nümunədə Azər-
baycan dilindən fərqli olaraq, türk dilində əvvəl cəm şəkilçisi, sonra isə şəxs
(xəbərlik) şəkilçisi işlənmişdir.
Azərbaycan dilindən fərqli olaraq, türk dilində I şəxsin cəm şəkilçisi - uz şə-
kilçisi ilə ifadə olunur.
Sözümüzə diqqət buyurulsun: “Həyat” füyuzatdadır” demiyoruz (―Füyu-
Bakı Qızlar Universiteti
№2 Elmi əsərlər 2014
54
zat‖, №1; 3, 2).
İşbu mövqedə bulunmaqla bərabər yenə əksəriniz vaqifi-həqiqət deyilsiniz
(―Füyuzat‖, №5; 3, 79). Bu əvəzlik tarixən şu və bu əvəzliklərinin birləşməsin-
dən təşəkkül tapmışdır. Yəni tarixən şu əvəzliyinin metatezası nəticəsində işbu
əvəzliyi formalaşmışdır. Həmin əvəzlik Azərbaycan dilində arxaikləşsə də, türk
dilində hal-hazırda da işlənməkdədir.
Jurnalın dilində türk (osmanlı) dilinə məxsus söz və ifadələr, ibarələr ro-
mantik cərəyanı təmsil edən yazarların bədii üslubuna bir rəng qatırdı. Azər-
baycan və türk (osmanlı) dilinin sintezindən ibarət bir dilə malik ―Füyuzat‖ dər-
gisi elit mətbuat orqanı səviyyəsinə qalxa bilmişdi. Jurnal XX əsrin əvvəllə-
rində nəinki Qafqazda, eləcə də Şərqdə türkçülüyü təbliğ edən mətbuat orqanı
kimi də məşhurlaşmışdı .
Jurnalda felin əmr şəkli türk dilinə uyğun formada verilmişdir:
Əxlaqi-fəziləyə ittiba və xisali məzmumədən ictinab ediniz (―Füyuzat‖, №5;
3, 80).
Azərbaycan dilindən fərqli olaraq, türk dilində təsirlik halın şəkli əlaməti
ahəng qanununa görə, samitlə bitən sözlərdə -ı, -i, -u,-ü, saitlə bitən sözlərdə -
yı,-yi, -yu, -yü şəklində olurlar (7, 40). Dərginin dilində də bu morfoloji xüsu-
siyyət türk dilinin qrammatik təsir elementi kimi müşahidə olunur:
Hənuz beş yaşında tifil ikən pədəri ilə bərabər Avropada bulunmuş oldu-
ğundan pək erkən bir sinndə fransızcayı öyrənməyə başlamış idi (―Füyuzat‖,
№6; 3, 91). Bu məsələdə ədliyyə nazirinə məntiq və hüquq dairəsində şiddətlə
etiraz edənlər başlıca Gessen ilə Tselenko oldu. Gessen diyor ki, əgər məhkəmə
hökmü ilə üç kişiyi mühakimə üçün müvəqqətən Duma mücahidatına iştirakdan
mən etmək mümkün isə, o halda məhkəmlərin bütün dumayı dəxi dağıtmağa
haqqı olur (―Füyuzat‖, №13; 3, 212).
Dərgidə kimi bənzətmə, müqayisə qoşmasının türk dilindəki kimi kibi biçi-
mində işlənməsi türk dilinin fonetik təsiri idi. Jurnalda türk dilinə aid gibi qoş-
ması bir qədər Azərbaycan dilinə uyğunlaşdırılaraq kibi variantında verilmişdir:
Az vaxt içərisində məmləkəti pənceyi - qalibanəsinə alacaq təhlükələr və
bəlalar pək yavuqlaşmış kibi görüniyor (―Füyuzat‖, №85; 3, 85).
Qeyd edək ki, qədim yazılı qaynaqlarda da həmin qoşma daha çox kibi
variantında işlənmişdir: Anın kibinin, xanım, bəbəkləri bitməsün, ocağına bun-
cılayın övrət gəlməsün (―Kitabi-Dədə Qorqud; 4, 119), Düşmənin ömri qar
ömri kibi ola (―Oğuznamə‖; 6, 103).
İşte işarə əvəzliyi jurnalın dilində Azərbaycan dilinin fonetikasına bir qədər
uyğunlaşdırılaraq, iştə formasında işlənmişdir:
Stenmiç - iştə bu qurşuna dizilmək bəni daima qorxudiyor (―Füyuzat‖, №4;
3, 139).
Azərbaycan dilində bil köməkçi felinin inkar forması türk dilində fərqli
qrammatik göstərici ilə ifadə olunur. Dərginin dilində də bu morfoloji diferen-
siallıq öz əksini tapmışdır:
Çünki lisani-əvam, heç bir vəqtdə lisani-ədəblə bir olamaz (―Füyuzat‖, №1;
3, 9). Tolstoy da Türkiyədə buluna idi, əsla Tolstoy olamazdı (―Füyuzat‖, №1;
Bakı Qızlar Universiteti
№2 Elmi əsərlər 2014
55
3, 13).
Göründüyü kimi, türk dilində bil felinin funksiyası inkarda fərqli morfoloji
əlamətlə ifadə edilir.
Jurnalda ildırım sözü türk dilindəki kimi, yıldırım formasında işlənmişdir.
O dəha cahangirlik asimanında yıldırımlar kibi bərq urur (―Füyuzat‖, №1;
3, 11).
Məlumdur ki, türk dilindəki söz başında y- laşma qədim fonoloji əlamətlər-
dən birisidir. Azərbaycan ədəbi dilində isə bu tipli sözlər səs düşümünə məruz
qalmışdır. Yəni türk dilində qədimlik qorunmuşdur.
―Görəsən‖ mənasında olan acaba / əcəba modal sözü sözü türk dilinin ən
aktiv istifadə edilən modal sözlərindən, köməkçi nitq hissələrindən biridir:
Olanların halı göz önündədir. Fəqət səbəbi-səadət olacaq elm hansı elmdir,
əcəba (―Füyuzat‖, №13; 3, 206).
Nümunədən də görsəndiyi kimi, bu türk dilinə aid modal söz Azərbaycan
dilinin fonetikasına uyuşdurularaq, əcəba şəklində verilmişdir.
Eş kəlməsi müasir türk dilində ―həyat yoldaşı‖ mənasını da ifadə edir. Jur-
nalda da bu söz türk dilinin leksik elementi kimi işlənmişdir: Hər nə hal isə mü-
hitlərin, dərəceyi-mədəniyyətlərin müxtəlif olmasındanmıdır, nədənmidir, türk-
lər arasında Tolstoyun eşini bulamıyorum (―Füyuzat‖, №1; 3, 13).
Jurnalda baba sözü Azərbaycan dilindəki kimi, ―dədə‖ mənasında deyil,
türk dilində olduğu kimi ―ata‖ mənasında işlənmişdir: Vaqiən övlada təqib etdi-
rilmək arzu olunan məsaliki - məzkurənin birini təyin etmək ana və babalar
üçün mühüm olduğu dərəcədə də müşküldür (―Füyuzat‖, №13; 3, 202). Qeyd
edək ki, Azərbaycan dilinin bəzi şivələrində indi də baba ―ata‖ mənasında
işlənir.
Jurnaldakı başlıqlar da osmanlı türkcəsində verilirdi. Məsələn, Nə kibi müəl-
limlərə möhtacız (―Füyuzat‖, №6; 3, 93); Bu narod nədir, bunu türkcəmizə nasıl
tərcümə edəlim (―Füyuzat‖, №1; 3, 15).
Ey sevgilim, ey misali-huri,
Sən fushəti - qəlbimi qıl imla
Dəryayi, səmayi, qəlbi, ruhi,
Həp yakmada nari - eşqü sövda
(Ə. Hüseynzadə, ―Füyuzat‖, №13; 3, 39).
Türk dilində həp sözü həm əvəzlik, həm də ədat kimi işlənir. Yazılı qaynaq-
larda işlənmişdir: Həp keçən sərdə qədəm qoyan nişanimdə (Şah İsmayıl Xəta-
yi), Qazan bəyləri həp yedi, Həp Taş Oğuz bəgləri yığnaq olmış (―Kitabi-Dədə
Qorqud‖; 9, 357).
Jurnalda yapon sözünün türk dilinin fonetikasına uyğun olaraq japon kimi
verilməsinə təsadüf edilir: Japonların az bir müddət zərfində nail olduqları
maddi, mənəvi məratibi-aliyyə və ehraz etdikləri müzəffəriyyət Çin əhalisini
ülum və maarifə şövq və həvəsini son dərəcə artırmış olduğundan əsrlərdən bə-
ri rahat-rahat uyan bir qoca hökumət qonşusunun əhvali - qibtəbəxşasını görə-
rək gözünü açmış, nuri-səhər kibi afaqı tənvir edən cahani - mədəniyyətə bax-
Bakı Qızlar Universiteti
№2 Elmi əsərlər 2014
56
mağa başlamışdır (―Füyuzat‖, №13; 3, 205). Yəni faktlardan da göründüyü ki-
mi, jurnalın dilində hətta Türk dilinin orfoqrafiyasının da təsiri mövcud idi.
Jurnalda türk dilinin fonotaktikasına uyğun olaraq, Azərbaycan dilində olan
kimi qəzet deyil, qəzetə işlənmişdir. XX əsrin əvvəllərində Azərbaycanda mət-
buat üslubunda türk (osmanlı) dilinin fonoloji özəllikləri daha çox yer alırdı. Bir
nüansı qeyd edək ki, bu dövrün mətbuat orqanlarında istifadə olunan leksiko-
nun əksər qismini qəliz ərəb və fars sözləri, tərkibləri təşkil etdiyindən mətbuat
dilində qəlizlik, ağırlıq müşahidə olunurdu. Bu baxımdan osmanlı sözlərinin is-
tifadəsi bu qəlizliyi, anlaşılmazlığı bir qədər aradan qaldırırdı.
Ərəb mənşəli və osmanlı türkcəsində işlədilən sözlərin Azərbaycan dilində
istifadəsi də mətbuat dilində çətinliklər yaradır, oxucu bu ifadələrin və kəlmə-
lərin çoxunun mənasını anlamırdı.
Türk dilindəki ərəbizmlər ―Füyuzat‖ jurnalının da dilində işlənmişdir.
Zira bir mühərrir və ya bir qəzetəçinin tədqiq və təhqiqi-əmiqə ilə yazdığı
bir əsəri, bir məqaləyi, digər bir mühərrir müvazinə və mühakiməyə alıb tənqid
etməz isə, hər yazılan sözü doğru deyə qəbul edərlər (―Füyuzat‖, № 6; 3, 93);
Zira Krımın şimal tərəfində icra olunan Mirzə - ağalar zülmü, əsarəti yalı bo-
yunda yox idi (―Füyuzat‖, № 15; 3, 234).
Bu ərəb mənşəli səbəb bağlıyıcısı osmanlı-türk dilindən müasir türk dilinə
yadigar qalan yüzlərlə alınma olan sözlərdən birisidir. Osmanlı dönəmlərindəki
yazılı sənədlərdə zira ki formasında da tez-tez işlənmişdir.
Yunan mənşəli olan efendi // əfəndi sözü ―cənab, mədəniyyətli, kübar insan‖
mənalarındadır. Türk dilində bu sözlə bağlı efendi gibi yaşamak ―zəngin ol-
maq‖, efendiden bir adam ―tərbiyəli kimsə‖, efendim nerede, ben nerede ―mən
nə deyirəm, siz nə deyirsiniz‖ mənasında sözlər və ifadələr mövcuddur.
Yunan mənşəli efendi sözü Azərbaycan dilinə uyğunlaşdırılaraq əfəndi for-
masında verilmişdir:
Əfəndim, bən də ancaq yandan görə bildiyim üçün bənim elmi - qiyafəm bə-
nə pək də yardım etməyəcəkdir. Lakin zənnimə görə şah saf və təmiz ürəkli, xe-
yirxah bir zatə bənziyor (―Füyuzat‖, №7; 3, 99). Əfəndi sözü Azərbaycan dili-
nin bəzi dialekt və şivələrində (məsələn, Şəki dialektində) ―dini rütbə, seyid‖
mənasında işlənir.
Doktor: Bən olduqca eyi görə bildim (―Füyuzat‖, №7; 3, 99). İyi ―yaxşı‖ qə-
dim türk sözlərindən biridir. Azərbaycan dilndə arxaikləşsə də, türk dilində in-
diyə qədər qorunmuşdur. Bu qədim türk sözü əski türk yazılı qaynaqlarında ed-
gü (―yaxşı‖) formasında işlənmişdir (2, 163).
Jurnalda türk dilinə aid ―dost‖ mənasında olan arkadaş sözü Azərbaycan di-
linə bir qədər uyğunlaşdırılaraq, arqadaş şəklində verilmişdir: Arqadaşlarımın
fikrinə ədəmi iştirakımın əsbabını ətraflı olaraq yazayım da möhtərəm qarelə-
rim də bizi mühakimə etsinlər (―Füyuzat‖, №3;3, 42). Bu arkadaş sözü Azər-
baycan dilindəki yoldaş sözünün semantik yükünü daşıyır. Məsələn, türk dilin-
də hayat arkadaşı birləşməsi ―həyat yoldaşı‖ semantikasını ifadə edir. Digər
faktlara nəzər salaq:
Təhsilin bu dərəcəsi isə çocuqların kaffəsinə - sonradan təqib edəcəkləri hər
Bakı Qızlar Universiteti
№2 Elmi əsərlər 2014
Dostları ilə paylaş: |