Baburnamə 3


BABURUN ƏNDİCANI YENİDƏN ƏLƏ KEÇİRMƏSİ



Yüklə 5,03 Mb.
Pdf görüntüsü
səhifə9/46
tarix03.02.2017
ölçüsü5,03 Mb.
#7294
1   ...   5   6   7   8   9   10   11   12   ...   46

 

BABURUN ƏNDİCANI YENİDƏN ƏLƏ KEÇİRMƏSİ 

 

Əndicanın düşmənin üzünə bağlandığı  xəbəri gələndə  Mərginandan 



günəş doğarkən dərhal hərəkət edərək günorta vaxtı Əndicana çatdım. Nasir 

bəyi, oğulları Dost bəy ilə Mirim [Nasir] bəyləri gördüm. Xatirlərini soruş-

dum, inayət və şəfqət göstərdim. İki il vardı ki, ata vilayəti əldən çıxmışdı 


BABURNAMƏ 

 

81



(63 b), ancaq 904-cü ilin zilqədə ayında [=1499 iyun-iyul] tanrı  təalanın 

inayəti ilə təkrar geri aldıq. 

Sultan  Əhməd Tənbəl isə Cahangir Mirzə ilə birlikdə  Oşa doğru çə-

kilmişdi. Oşa girincə orada da xalq ona qarşı üsyan edərək onu Oşdan qovdu 

və kurqanı bizim üçün qoruyaraq bizə adam göndərdi. Cahangir Mirzə ilə 

Tənbəl öz tərəfdarlarından bir neçə adamla birlikdə  şaşqın bir halda gedib 

Özgəndə girdilər. 

Uzun Həsən də  Əndicana girə bilməyincə Axsi tərəfinə getmişdi və 

Axsi  ərkinə girdiyi xəbəri gəldi. Bütün bu fitnələrin başı Uzun Həsən ol-

duğu üçün bu xəbər gələn kimi Əndicanda dörd-beş gündən artıq qalmaya-

raq Axsiyə  hərəkət etdik. Oraya çatanda çarəsiz qalıb aman dilədi və  əhd 

edib kurqanı təhvil verdi. 

Bir neçə gün Axsidə qaldım. Axsi, Kasan və o yurdun işlərini sahman-

layıb köməyə gələn moğol bəylərinə izin verdikdən sonra Uzun Həsəni köçü 

və adamları ilə birlikdə alaraq Əndicana gəldik. Axsinin idarəsini müvəqqəti 

olaraq Qasım Əcəbə verdim. O, əvvəlcə içki dərəcəsində idi, sonra mənim 

yanımda bəylik dərəcəsinə yüksəlmişdi.  

Uzun Həsənlə  əhd bağlandığı üçün canına və malına zərər və ziyan 

vurulmadan Qara Təkin yoluyla Hisar tərəfinə (64 a) getməsinə izin verildi. 

Bir neçə adamıyla Hisara getdi. Qalan adamları isə ondan aynlaraq yanı-

mızda qaldılar. O qarışıq günlərdə bizim və Xoca [Mövlana] qazının  adam-

larını ələ keçirib soyan şəxşlər bunlar idi. Bəzi bəylərlə görüşüldükdən sonra 

bunlar haqqında bu qərar verildi: «Bütün bu fəsad və fitnələri çıxaran, bizə 

tabe bunca mömini və müsəlmanı tutub soyanlar bunlardır. Öz bəylərinə nə 

vəfa etdilər ki, bizə nə sədaqət göstərsinlər. Bunları yaxalayıb mallarını zəbt 

etdirsək nə olar? Bunların gözümüzün önündə, bizim atlarımıza minib bizim 

paltarımızı geyib bizim yeməyimizi yemələrinə kim dözə bilər. Onları ya-

xalayıb mallarını  əllərindən almaq yerinə onlara mərhəmət etsək, yalnızca 

qazaxlıqlarda və möhnətlərdə bizimlə birlikdə olanların mallarını geri alma-

larına izin versək, bu qədərlə qurtula bildiklərinə şükr etmələri lazımdır». 

Nəticədə bu qərar çox məqbul göründü və bu adamların yalnızca öz-

lərinə aid əşyaları almaları əmr edildi. Gərçi bu qərar məqbul və doğru olsa 

belə bir az tələsik verilmişdi. Cahangir Mirzə kimi bir düşmən yaxınımızda 

ikən bu adamları (64 b) bu şəkildə ürkütməyin heç bir mənası yoxdu. Məm-

ləkətlər alıb idarə edərkən bəzi işlər görünüşdə məqbul və doğru görünə bi-

lər, lakin qərarların üzərində yüz min dəfə diqqətlə düşünmək lazımdır, yax-

şı düşünmədən verdiyimiz bu qərardan çox qarışıqlıq və fitnələr çıxar. Nəti-

cədə  Əndicandan ikinci dəfə  çıxmamıza düşünmədən verdiyimiz bu qərar 

səbəb oldu. Bu üzdən də moğollar öz aralarında qarışıqlıq yaradıb qorxuya 

qapıldılar və iki su arası dedikləri Ribatək-Örçümdən Özgənd tərəflərinə 

köç edərək Tənbələ adam göndərdilər. 


Zəhirəddin Məhəmməd BABUR  

 

 



82

Anamın yanında min beş yüz-iki minə yaxın moğol vardı. Həmzə Sul-

tan, Mehdi Sultan və Məhəmməd Duğlat ilə birlikdə yenə bu miqdarda mo-

ğol da Hisardan gəlmişdi. Pislik və xaos daim moğol ulusundan törəmişdir. 

İndəyə qədər mənimlə beş dəfə  düşmən oldular. Düşmən olmalarının səbəbi 

mənimlə dil tapa bilməmələri deyildi. Öz xanlarına qarşı da bir neçə  dəfə 

eyni şəkildə hərəkət etmişdilər. 

Bu xəbəri mənə Sultanqulu Çanaq gətirdi. Bu yaxınlarda vəfat edən 

atası Xudaverdi Buqaqa (65 a) moğollar içində çox hörmət etmişdim. O, 

moğollarla birlikdə olurdu. Öz xalqından və ulusundan ayrılaraq mənə bu 

xəbəri gətirdi. Gərçi bu dəfə  yaxşı hərəkət etdi, lakin sonra elə qəbahətlərə 

yol verdi ki, bunun kimi yüz min xidmət eləsə də onu ört-basdır edə bilməz-

di. Bu barədə sonra danışacağam. Sonradan etdiyi qəbahətlər də moğol ol-

masından qaynaqlanırdı. 

Xəbər gəlincə bəyləri toplayıb vəziyyəti müzakirə etdik. Bəylər bunun 

əhəmiyyətsiz bir məsələ olduğu, padşahın səfərə çıxmasına gərək olmadığı 

və bütün bəylərin Qasım bəy komandanlığında hərəkət etməsinin kifayət 

olacağı fikrində həmrəy oldular. Buna qərar verildi. Bunu asan sandılar, la-

kin bu fikir yanlış imiş. O gün Qasım bəy bəyləri və əsgəri alıb yola çıxdı. 

Bunlar gedincəyə qədər Tənbəl də gəlib moğollara qoşulubmuş. Ertəsi gün 

sabah tezdən Aylamış çayının Yastı keçid adlı keçidini aşınca birdən-birə 

onlarla qarşılaşır və yaxşıca vuruşurlar. Qasım bəy Sultan Məhəmməd Ar-

ğun ilə  şəxsən qarşılaşaraq iki-üç dəfə  qılıncla vuruşduğu halda başa çıxa 

bilmir. Bir çox igidimiz qılıncla vuruşur, lakin axırda məğlub olurlar. (65 b) 

Qasım bəy, Əli Dost Tağayi, İbrahim Saru, Veys Lağari və Seydi Qara 

ilə  bəylərdən və içkilərdən üç-dörd adam qurtuldu. Digər bəy və içkilərin 

çoxu ələ keçdi. Əli Dərviş bəy, Mirim Lağari, Tuka bəy və [atası] Şirim bəy 

Tağayi, Məhəmməd Dost, Əli Dost, Mirşah Koçin və Mirim Divan da onla-

rın arasındaydı. 

Bu müharibədə iki igid qılıncla gözəl vuruşdu. Bizim tərəfdən İbrahim 

Sarunun kiçık qardaşlarından Səməd adlı biri ilə qarşı tərəfdən Hisar moğol-

larından Şahsuvar adlı biri qarşılaşır. Şahsuvar elə bir vuruş vurur ki, qılınc 

dəbilqəni yararaq Səmədin başına işləyir. Səməd yaralı olmasına baxmaya-

raq  Şahsuvarın başına elə bir zərbə endirir ki, qılınc  Şahsuvarın başından 

ovuc qədər bir sümük parçasını alıb götürür. Şahsuvarın dəbilqəsi yox imiş, 

başını sarıdılar və yaxşı oldu. Səmədin başını sarıyacaq adam yox idi, üç-

dörd gün sonra bu yaradan öldü. 

Qazaxlıq və fəlakətlərdən qurtularaq vilayəti yenicə aldığımız bir əs-

nada gerçəkləşən bu məğlubiyyət çox vaxtsız oldu. Mənə böyük bir dəstək 

olan Qənbər  Əli Moğul [Səllah]  Əndican alındığı zaman vilayətinə getmiş 

olduğundan (66 a) burada yox idi. Vəziyyət belə ikən [Sultan Əhməd] Tən-

bəl də Cahangiri yanına alaraq Əndicanın bir şəri məsafəsində yerləşən Eyş 



BABURNAMƏ 

 

83



təpəsinin önündəki çayıra gəldi. Bir-iki dəfə Çihil Doxtəran üzərindən  əs-

gərini düzərək Eyş təpəsinin ətəyinə qədər irəlilədi, ancaq bizim igidlər qüv-

vələrini bir araya gətirib məhəllə və bağların arxasına qədər irəliləyərək on-

lara qarşı çıxdıqları üçün daha artıq irəli gedə bilmədilər və təpənin ətəyin-

dən geri qayıtdılar. 

Tənbəl bu tərəfə gələndə ələ keçirdiyi bəylərdən Mirim Lağari ilə Tu-

kayı öldürdü. Bir aya yaxın bu ətrafda oturdu, lakin heç bir iş edə bilmədən 

Oş tərəfinə qayıtdı. Oş İbrahim Saruya verilmişdi və orada onun adamı var-

dı. Oşu Tənbələ qarşı bağladılar. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

FƏRQANƏ - 905 (8 AVQUST 1499 - 28 İYUL 1500) 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



84

 

DOQQUZ YÜZ BEŞİNCİ İLİN HADİSƏLƏRİ 



 

Vilayətlərin atlı və piyada əsgərlərinə təcili xəbərçilər və tədarükçülər 

göndərildi. Qənbər Əliyə və öz vilayətlərinə getmiş olan əsgərlərə də xəbər-

çilər yollayıb qalxan, qazma, balta və əsgərin silahlandırılmasına lazım olan 

digər şeylər üçün tədbirli tədarükçülər təyin edildilər. Vilayətdən əsgər ola 

biləcək atlıları, piyadaları və hər tərəfə işlə bağlı getmiş olan adamları və si-

pahiləri toplayaraq Tanrıya təvəkküllə məhərrəm ayının (66 b) on səkkizin-

də [=25 avqust 1499] Hafiz bəyin [Məhəmməd Dulday] çarbağına hərəkət 

etdim. Bir-iki gün çarbagda qalıb çatışmayan paltar və sursatı hazırlayıb ta-

mamladıqdan sonra atlı və piyada əsgərin sağ qol, sol qol, mərkəz və önçü 

hissələrini düzənləyib səf halında Oş tərəfə müxaliflərin üstünə yürüdük. 

Oşa yaxınlaşanda müxaliflərin o civarda dura bilməyərək oranın şima-

lında yerləşən Ribati-Sərhəng tərəfinə getdikləri xəbəri gəldi. O gecə Lat-

kənd kəndinə endik. Sabah tezdən hərbi bir nizamla Oşdan keçərkən müxa-

liflərin Əndican tərəfinə getdiyini xəbər aldıq. Biz də Özgənd üzərinə yürü-

dük və bizdən öncə o civarı yağmalaması üçün axınçı göndərdik. 

Əndicana getmiş olan müxaliflər ora çatıb gecə ikən xəndəyə girərək 

divarlara nərdivan qoyarkən kurqandakılar bunu eşidir, müxaliflər də heç bir 

şey edə bilmədən geri qayıdırlar. Bizim axınçılarımız da Oş civarını yağma-

lamaqla birlikdə ciddi bir şey ələ keçirmə bildən dönüb gəldilər. 



 

MADU KURQANININ ALINMASI 

 

Oş vilayətinin kurqanlarından olan Madu kurqanı o zaman öz möh-

kəmliyi ilə məşhur idi. [Sultan Əhməd] Tənbəl kiçık qardaşı Xəlili iki yüz-

iki yüz əlli adamla orada qoymuş  (67 a)  və  Xəlil kurqanı bağlamışdı. Biz 

gəlib savaşaraq Madu kurqanını almağa çalışdıq. 

Madu kurqanı çox sağlam bir kurqandır. Şimal tərəfində bir çay var. 

Kurqan olduqca yüksəkdə yerləşir. Çaydan ox atılırsa, bəlkə də divarına çat-

maz. Su yolu da o tərəfdədir. Bu yolu kurqandan aşağıya doğru küçə şəklin-

də iki tərəfinə divar tikərək nəhrə qədər gətirmişlər. Təpə tərəfləri xəndəkdir. 

Çay yaxın olduğu üçün buradakı daşlardan qazan qədər böyük olanları 

alıb kurqana çıxarmışlar. Madu kurqanından o qədər böyük daşlar atdılar ki, 

bu qədər kurqan müharibəsi olduğu halda heç bir kurqandan belə daşlar 

atılmamışdır. Katda bəyin böyük qardaşı Əbdülqüddüs Kuhbər divarın dibi-

nə qədər çıxmışdı. Divardan üzərinə o qədər daş atdılar ki, Əbdülqüddüs heç 

bir yerə toxunmadan havadan birbaşa uçaraq bu qədər yüksək yerdən 

kurqan bayırının dibinə qədər yuvarlana-yuvarlana gəldi. Lakin heç bir şey 

olmadı, dərhal atına minib getdi. Su yolunda Yarəli Bilala bir daş ataraq 


BABURNAMƏ 

 

85



başını partlatdılar. Bir çox adam bu daşlardan (67 b) öldü. 

Sabah tezdən təkrar müharibəyə başlandı və günortada əvvəl su yolu 

alındı. Savaş axşama qədər davam etdi. Artıq su yolu alındığı üçün bir şey 

edə bilmədilər və ertəsi sabah aman diləyib kurqandan çıxdılar. Tənbəlin ki-

çık qardaşı Xəlilin dəstəsindəki yetmiş-səksən və ya yüz adam əsir edilərək, 

yaxşı mühafizə edilmələri üçün Əndicana göndərildi. Bizim də bəylərimiz, 

içkilərimiz və yaxşı adamlarımız onların əlinə  düşmüşdü. Bu iş yaxşı oldu. 

Madu alındıqdan sonra Oş kəndlərindən olan Ünçü-Töbə adlı yerə en-

dik. Digər tərəfdən Tənbəl də Əndicandan dönərək Ribati-Sərhəng kəndlə-

rindən Abi-Xan deyilən yerə  gəldi. Bu iki ordunun arasındakı  məsafə bir 

ağac idi. Bu arada Qənbər Əli xəstələnərək Oşa getdi. Bir ay və ya qırx gün 

qədər orada qaldıq, lakin müharibə olmadı. Yalnız bizim ərzaqçılarla onların 

ərzaqçılan arasında kiçık çarpışmalar baş verirdi. 

Bu müddət ərzində gecələr ordugahın ətrafında çox yaxşı ehtiyat tər-

tibatı alındı: xəndəklər qazılır və xəndək olmayan yerlərə ağac qazıqlardan 

əngəllər qoyulur, mövcud sipahilər də tam silahlı olaraq xəndək kənarına çı-

xarlardı. (68 a) Bu qədər ehtiyatlı davrandığımız halda, hər üç-dörd gündə 

bir gecələr əsgərlər silah başına çağırılırdı. 

Bir gün ərzaqçıların başında Seydi bəy Tağayi getmişdi. Düşmənin 

adamları üstün qüvvələrlə gələrək ani bir vuruşma əsnasında Seydi bəyi əsir 

aldılar.  

 

BAYSUNQUR MİRZƏNİN XOSROV ŞAH 

TƏRƏFİNDƏN ÖLDÜRÜLMƏSİ 

 

Xosrov şah bu il Bəlx üzərinə yürümək düşüncəsi ilə Baysunqur Mir-

zəni çağırıb Qunduza gətirtdi və Bəlx üzərinə yürüdü. Uyaca gəldiklərində 

xain və kafir Xosrov şah səltənət davasıyla -belə insaniyyətsiz, hünərsiz, də-

yərsiz, qorxaq, insafsız və ədalətsiz bir adama səltənət nəsib olarmı?- Bay-

sunqur Mirzəni bəyləri ilə birlikdə həbs etdi və onu kirişlə boğdurub məhər-

rəm ayının onunda [=17 avqust 1499] bu xoş təbiətli, çox fəzilətli, dəyərli 

və əsil şahzadəni şəhid etdi. Bəylərini və içkilərindən bəzilərini də öldürdü.  



 

BAYSUNQUR MİRZƏ 

 

Doğumu və nəsəbi: Baysunqur Mirzə 882-ci [=1477] ildə Hisar vila-

yətində doğulmuşdur. [Teymur bəyin nəvəsi Əbu Səid Mirzənin oğlu] Sul-

tan Mahmud Mirzənin ikinci oğludur. Sultan Məsud Mirzədən kiçık, Sultan 

Əli Mirzə və Sultan Hüseyn ilə Xan Mirzə adıyla bilinən Sultan Veys Mir-

zədən böyük idi. Anası Pəşşə bəyim idi. (68 b) 

Şəkil və görkəmi:  böyük gözlü, yuvarlaq üzlü, orta boylu, türkmən 


Zəhirəddin Məhəmməd BABUR  

 

 



86

çöhrəli və gözəl bir igiddi. 



Əxlaqı və xasiyyəti: adil, insaniyyətli, xoş təbiətlı və fəzilətli bir şah-

zadə idi. Ustadı Seyid Mahmud şiə olduğu üçün Baysunqur Mirzə  də  şiə-

liklə ittiham edilirdi. Sonradan anlatdıqlarına görə, Səmərqənddə bu pis eti-

qadı buraxaraq, təmiz etiqadlı (sünni) olmuşdur. Şəraba çox düşkündü, şə-

rab içmədiyi vaxtlarda namaz qılardı. Cömərdliyi və ehsanı orta dərəcədə idi. 

Nəstəliq yazısını çox yaxşı yazırdı. Nəqqaşlıq qabiliyyəti də  fəna deyildi. 

Şeiri də yaxşı söylərdi, təxəllüsü Adil idi. Şeiri divan tərtib edəcək qədər de-

yildi. Bu mətlə onundur: 

Sayəvar əz natəvani cabəca miəftəm, 

Gər nəgirəm ruyi-divari zi pa miəftəm. 



Zəifliyimdən kölgə kimi oraya-buraya düşürəm,  

Əgər bir divar tapmasam yıxılaram. 

Səmərqənddə Baysunqur Mirzənin qəzəlləri o qədər yayılmışdı ki, 

Mirzənin şeirləri olmayan ev çox az idi. 

Meydan müharibələri: iki meydan müharibəsi elədi. Birincisi Sultan 

Mahmud xan ilə elədiyi savaşdır. Taxta çıxdığı zaman [moğol xanı] Sultan 

Mahmud xan Sultan Cüneyd Barlas və digərlərinin öyrətməsiylə Səmərqən-

di almaq (69 a) üçün qoşun çəkərək Ağ Kötəldən keçib Ribati-Soğd və Kən-

bay civarına gəlmişdi. Baysunqur Mirzə  də  Səmərqənddən ona qarşı  çıxdı 

və  Kənbayda vuruşaraq onu möhkəm məğlub etdi. Üç-dörd min moğolun 

başını kəsdirdi. Xanın işlərini idarə edən Heydər Göyəldaş bu savaşda öldü. 

İkinci dəfə isə Buxarada [qardaşı] Sultan Əli Mirzə ilə savaşdı və yenildi. 



Torpaqları: atası Sultan Mahmud Mirzə ona Buxaranı vermişdi. Ata-

sının ölümündən sonra atasının bəyləri toplanaraq onu ittifaqla Səmər-

qənddə padşah elan elədilər. Buxara da bir müddət onun divanına daxil idi, 

ancaq tarxanlarm üsyanından sonra əlindən çıxdı. Mən Səmərqəndi alanda 

Xosrov şaha sığındı, Xosrov şah da Hisarı alıb ona verdi.  

Heç uşağı qalmadı. Xosrov şahın yanına gedəndə  əmisi Sultan Xəlil 

Mirzənin qızı ilə evləndi. Ondan başqa qadını və cariyəsi yox idi. Özü yal-

nız başına səltənət sürmədiyi üçün heç kimi öz əliylə yetişdirib böyüdərək 

mötəbər bir bəy edə bilmədi. Bəyləri atasının və əmisinin (69 b) bəyləri idi. 

Baysunqur Mirzənin ölümündən sonra Qoç bəyin atası Sultan Əhməd 

Qaravul, böyük və kiçık qardaşları köçləri və  əqrəbaları ilə birlikdə Qara-

Təkin vilayətindən çıxaraq bizim yanımıza gəldilər. Oşda xəstə olan Qənbər 

Əli də xəstəlikdən qalxıb gəlmişdi. Belə bir əsnada gözlənilməyən bir yar-

dım olaraq, Sultan Əhməd Qaravulun adamları ilə birlikdə gəlib bizə qoşul-

malarını uğur sayaraq, ertəsi sabah qüvvələrimizi düzənlədik və dərhal düş-

mən üzərinə yürüdük. Tənbəl isə Abi-Xanda müharibə etmədən yurdundan 

qalxıb getdi. Çadır, kilim və araba kimi bəzi əşyaları əsgərimizin əlinə keçdi. 

Biz də gəlib onun yurduna endik. 



BABURNAMƏ 

 

87



O axşam Tənbəl [Baburun qardaşı] Cahangiri də yanına alıb sağ tərə-

fimizə yönələrək Əndican yönündə və bizdən üç ağac məsafədə olan Xuban 

adlı kəndə gedib girdi. Ertəsi gün biz də sağ qol, sol qol, mərkəz və önçülə-

rimizi müəyyən edib, dava paltarımızı geyib, səflərimizi düzənləyib, qal-

xanlı piyadaları qabağa sürüb düşmənin üzərinə yürüdük. 

Bizim sağ qolda adamlarıyla birlikdə  Əli Dost Tağayi, sol qolda isə 

İbrahim Saru, Veys Lağari, Seydi Qara, Məhəmməd Əli Mübəşşir (Münşi), 

Xoca (70 a) Kəlan bəyin böyük qardaşı Kiçık bəy və digər bəzi içkilər du-

rurdular. Sultan Əhməd Qaravul və Qoç bəy böyük və kiçık qardaşları ilə 

birlikdə sol qolda dayanmışdılar. Qasım bəy [Koçin] mərkəzdə mənim ya-

nımda idi. Önçü olaraq da Qənbər Əli və digər bəzi içkilər vardı. 

Xubanın cənub-şərqində və ondan bir şəri məsafədə yerləşən Saka adlı 

kəndə varmışdıq, düşmən də adamlarını nizamlayaraq Xuban kəndindən bi-

zə qarşı  çıxdı. Biz daha sürətli yürüdük. Hər ehtimala qarşı qalxanlı piya-

dalar da düzənlənmişdi, lakin düşmənlə qarşılaşanda onlar çox geridə qal-

mışdılar. Allahın inayəti ilə onlara heç bir ehtiyac qalmadı. 

Ordular qarşılaşınca ilk öncə bizim sol qoldakı adamlarımız onların 

sağ qolundakılarla çarpışdılar. Xoca Kəlan bəyin böyük qardaşı Kiçık bəy 

orada yaxşı qılınc çaldı. Ondan sonra Məhəmməd Əli Mübəşşir (Münşi) çar-

pışdı. Düşmən bu qədərlə yetinərək müqavimət göstərmədən qaçdı. Sağ qol 

və önçü birliklərimizə üz-üzə savaşma sırası gəlmədi. Bir çox igidlərini əsir 

edərək gətirdilər. Başlarının kəsilməsi əmr edildi.  

Bizim bəylərdən Qasım bəy ilə Əli Dost, bilxassə Əli Dost artıq ehti-

yatlı davranaraq təqib qüvvələrinin (70 b) uzağa göndərilməsini uyğun gör-

mədilər və bu üzdən də adamların çoxu ələ keçirilə bilmədi. Biz də Xuban 

kəndinə endik. Bu mənim elədiyim ilk meydan müharibəsi idi. Tanrı təala 

öz fəzli və kərəmi ilə bizə zəfər nəsib etdi, bunu uğur saydıq. 

Ertəsi gün sabah olar-olmaz anamın nənəsi Şah Sultan bəyim Əndica-

na gəldi. Niyyəti əgər Cahangir ələ düşmüşsə, rica edib onu qurtarmaq idi. 

 

 

ORDUNUN İKİ SU ARASI DEYİLƏN YERDƏ QIŞLAMASI 

 

Qış yaxınlaşdığı üçün ovada ərzaq qalmamışdı. Bu üzdən də Özgənd 

üzərinə yürüməyi uyğun görməyərək Əndicana döndük. Bir neçə gün sonra 

danışıb buna qərar verildi: Əndicanda qışlamağımızdan düşmənə heç bir zə-

rər və ziyan gəlməz. Bəlkə də oğurluq və qazaxlıq edərək daha da güclənər. 

Elə bir yerdə qışlamaq lazımdır ki, həm əsgər ərzaqsızlıqdan sıxıntıya düş-

məsin, həm də düşmən özünü mühasirə olunmuş kimi hiss etsin. Beləcə, iki 

su arasıı da dedikləri Ribatək-Örçümdə Ərmiyan və Nuşab civarında (7l a) 

qışlamaq niyyətilə Əndicandan bu kəndlərin civarına gəlib qışlaq düzəltdik. 


Zəhirəddin Məhəmməd BABUR  

 

 



88

Oralarda yaxşı ov yerləri var. Aylamış çayının yaxınındakı sıx orman-

larda maral və qaban çoxdur. Kolluqlarda qırqovul və dovşan boldur. Təpəli 

yerlərdə tülkü çoxdur və deşiklərdə olurlar. Bunlar digər yerlərdəkilərə nə-

zərən daha sürətlidirlər. Bu qışlaqda ikən hər iki-üç gündə bir ova çıxırdım. 

Böyük kolluqlarda dolaşıb maral ovlayırdıq, kiçık kolluqlarda dairə yara-

daraq hərəkət edir, quş və oxla qırqovul ovlayırdıq. Buranın qırqovulu çox 

kök olur. Bizim o qışlaqda olduğumuz dönəmdə qırqovul əti çox bol idi. 

Bu qışlaqda olduğumuz günlərdə  təzəcə  bəy rütbəsi verdiyim Xuda-

verdi Tuğçu iki-üç dəfə hücum edib Tənbəlin çapulçularını yendi və baş-

larını  kəsib gətirdi.  Əndican və  Oş civarında da bizim çapulçu igidlərimiz 

hiylə ilə durmadan hücum edib düşmənin atlarını sürüb gətirir, adamlarını 

öldürürdülər. Əgər bütün qışı o qışlaqda keçirsək (7l b) düşmənin yaza qə-

dər heç bir savaşa girmədən məğlub olma ehtimalı çox yüksək idi. 

Tam bu şəkildə düşmənin qüvvəsini qırıb aciz hala saldığımız zaman 

Qənbər  Əli vilayətinə getmək üçün izin istədi. Vəziyyəti nəzərə alaraq nə 

qədər mane  olmağa çalışsaq da daha ziyadə cəhalət göstərdi. Qəribə yüngül 

və düşüncəsiz bir adam idi. İzin verməyə  məcbur olduq. Əvvəlcə vilayəti 

Xocənddi. Əndican son dəfə alınanda İsfəra ilə Kəndi-Badam da ona veril-

mişdi. Bizim bəylər arasında  ən çox vilayəti və  ən çox adamı olan adam 

Qənbər Əli idi, heç kimin vilayəti və adamı onunku qədər deyildi. 

Qırx-əlli gündür o qışlaqda idik. Qənbər Əliyə izin verldiyimiz üçün 

digər bəzi əsgərlərə də izin verdik. Ən axırda özümüz də Əndicana qayıtdıq.  

 

SULTAN MAHMUD XANIN 

ƏHMƏD TƏNBƏLƏ YARDIM GÖNDƏRMƏSİ 

 

Qışlaqda və Əndicanda olduğumuz zaman Tənbəlin adamları durma-



dan Daşkəndə xanın hüzuruna gedib gəlirdilər. Xanın oğlu Sultan Məhəm-

mədin [Xanikə] bəy-atakəsi və xanın  ən sevimli bəylərindən olan Əhməd 

bəy Tənbəlin doğma əmisi idı. Xanın eşik ağası olan Bəy Tilbə isə Tənbəlin 

doğma böyük qardaşı idi. Axırda Tənbələ yardım göndərməsi üçün xanı dilə 

tutdular. Hələ yardım gəlmədən  (72 a)  Bəy Tilbə köçünü və ailəsini Daş-

kənddə qoyub kiçık qardaşı Tənbələ qoşuldu. Bəy Tilbə anadan olandan bəri 

Moğolistandaydı və moğollar arasında böyümüşdü. Vilayətlərə girmir və vi-

layətlərin padşahlarına xidmət etmırdı; yalnız xanlara xidmət etmişdi. 

Bu zaman qəribə bir hadisə oldu. Qasım Əcəb müvəqqəti olaraq Axsi-

də idi. Bir dəstə yağmacını təqib edərək onların arxalarından çıxıb Biçrata 

(Bxirata) üzərindən Xocənd çayını keçərkən təsadüfən Tənbəlin çoxsaylı bir 

dəstəsinə rast gəldi və ələ keçirildi. 

Tənbəl bizim əsgərin dağılmış olduğunu eşidən kimi -zatən böyük 

qardaşı da xan ilə  qərarlaşdıraraq gəlmiş  və köməyin gələcəyi də  bəlli ol-



BABURNAMƏ 

 

89



muşdu- Özgənddən hərəkət edib iki su arasına gəldi. Bu əsnada Kasandan 

gələn xəbərlərə görə, xanın Tənbələ kömək üçün Əhməd bəylə birlikdə Sul-

tanım deyə bilinən oğlu Sultan Məhəmməd Xanikəni göndərdiyi və onlara 

beş-altı min əsgər verdiyi anlaşıldı. Bunlar Arça-Kənd yoluyla gələrək Ka-

sanı mühasirə etmişdilər. 

Biz də uzaqdakı adamlarımızı gözləmədən mövcud adamlarımızla və 

qışın şiddətli soyuğunda Allaha təvəkkül edərək Əndicandan (72 b) qalxdıq 

və Bənd-Salar yoluyla dərhal Sultanım ilə Əhməd bəyin üzərinə hərəkət et-

dik: Gecə boyunca heç bir yerdə durmadan yürüyərək sabah tezdən Axsiyə 

endik. O axşam elə şiddətli soyuq vardı ki, bəzi adamların əl-ayağı dondu, 

bir çoxlarının da qulaqları alma kimi qabarmışdı. Axsidə  də durmadıq və 

Qasım Əcəbin yerinə müvəqqəti olaraq Yarək Tağayini qoyub Kasan üzəri-

nə yürüdük. Kasana bir şəri məsafə qalanda Əhməd bəyin gəlişimizi xəbər 

alaraq Sultanım ilə birlikdə nizamsız şəkildə dərhal geri qayıtdığı barədə xə-

bər gəldi. 

Bu zaman Tənbəl bizim hərəkət etdiyimizi eşitmiş  və qardaşına yar-

dım üçün sürətlə gəlirmiş. Axşama doğru Tənbəlin qaraltısı Nevkənd tərəf-

dən göründü. Qardaşının belə asanca getməsinə və bizim də bu qədər çabuq 

gəlməmizə şaşırıb qaldı. 

Biz «Bunu Allah belə rast gətirdi. Atları çox rulmuşdur.  İndi üstünə 

yürüsək və Allah rast gətirsə, heç biri qurtulmaz» dedik. Amma Veys Lağari 

və  bəziləri «Artıq çox gecdir. Bugün olmasa belə sabah (73 a) haraya ge-

dərlər ki. Sabah tezdən harada olsa taparıq» dedilər və hücum etməyi uyğun 

görmədilər. Beləcə, qapıya qədər gələn düşmən heç bir zərərə  uğramadan 

qurtuldu. «Qapıdakını qapmasan, qarıyıncaya qədər qayğırarsan (peşman 

olarsan)» deyə bir atasözü vardır. 

Karha ra bavəqti bayəd cust, 

Kari bevəqt süst başəd, süst!

1

 

İşləri vaxtında görmək lazımdır, 



Vaxtsız görülən iş süst olar,süst. 

Düşmən də bu fürsəti qənimət bilib gecə heç bir yerdə dayanmadan 

çəkilib sabaha qədər Ərxiyan kurqanına girmişdi. Ertəsi gün onların üstünə 

yürüdük, amma tapa bilmədik, arxalarından gedib Ərxiyan kurqanını yaxın-

dan mühasirəyə almağı da uyğun görmədik. Gəlib bir şəri məsafədəki Qəz-

nə-Nəmənqana endik. Beləcə, otuz-qırx gün biz o yurdda, Tənbəl isə Ərxi-

yan kurqanında qaldı. 

Əsgərlər kiçık birliklər halında oraya gedib və ya oradan gəlib ara yol-

da ox atışaraq geri dönürdülər. Bir dəfə düşmən gecə basqını təşkil elədi və 

ordugahın dışından bir az ox atıb geri qayıtdı. Ordugah ətrafında xəndək qa-

zıb ağac maneələr qoymaq surətilə ehtiyat tədbirləri alınmışdı. Heç nə edə 

                                                           

1

 Sədi Şirazidən. 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



90

bilmədilər. 

Biz bu yurdda ikən Qənbər Əli iki-üç dəfə (73 b) inciyərək vilayətinə 

getmək istədi. Hətta bir dəfə özbaşına hərəkətə keçib yola belə çıxmışdı. Bə-

zi bəyləri göndərərək çətinliklə geri qaytardıq. 

Bu əsnada Seyid Yusif Məcəmi Sultan Əhməd Tənbələ adam göndə-

rib onun tərəfinə keçdi. Əndicanın dağ ətəklərində Uyğur və Məcəm deyilən 

iki dağ ətəyi vardır. Seyid Yusif Məcəmi bunların rəislərindən idi. Sonralar 

qapımda tanıman

1

 olmuşdu. İşi rəislikdən keçmişdi, bəylik iddiasındaydı, la-



kin heç kim onu bəy eləmirdi. Çox münafiq və səbatsız bir hərif idi. Əndi-

canı alandan bu tarixə  qədər iki- üç dəfə  mənə qatılaraq Tənbələ düşmən 

olduğu kimi, iki-üç dəfə də Tənbəllə birləşərək mənə düşmən olmuşdu. Son 

düşmənliyi də bu idi. Yanında xeyli el, ulus və aymaq vardı. Tənbələ qoşul-

masın deyə yolda yaxalamaq üçün hərəkətə keçdik. 

Ertəsi gün Bişxaran civarına gəldik. Lakin Bişxaran kurqanına Tən-

bəlin adamları girmişmiş. Bizim axınçı (ilqar) bəyləri  Əli Dərviş  bəy ilə 

böyük və kiçık qardaşlarıyla birlikdə Qoç bəy Bişxaran qapısında onlarla 

yaxşı döyüşdülər. Bunlar arasında böyük və kiçık qardaşları ilə birlikdə Qoç 

bəy  (74 a) xüsusilə yaxşı döyüşdü; bir çox önəmli işi onlar gördü. Bişxa-

ranın bir şəri məsafəsində yüksək bir yerə endik. Tənbəl də yanına Cahan-

giri alaraq Bişxaran kurqanının arxasına endi. 

Üç-dörd gün sonra bizə müxalif bəylər -Əli Dost, Qənbər Əli Sallax 

ilə onlara tabe və birlikdə olanlar- sülh barədə danışmağa başladılar. Mənim, 

nə də mənə candan bağlı adamların bu sülh haqqında nə bilgiləri, nə də xə-

bərləri vardı və biz buna heç razı deyildik. Amma bu iki hərif bizim iki bö-

yük bəyimiz olduğu üçün bunların sözünə qulaq asmayaraq sülh bağlamaya-

cağımız təqdirdə onlardan nə desən gözləmək mümkündü. 

Məcburən belə bir sülh bağlandı: Xocənd çayının Axsi tərəfindəki vi-

layətlər Cahangirə, Əndican tərəfindəki vilayətlərsə mənə aid olacaq, köçlə-

rini götürdükdən sonra Ozgəndi bizim divana təhvil verəcəklər. Vilayətlər 

haqqında uzlaşılıb mənimlə Cahangir Mirzə arasında ittifaq bağlandıqdan 

sonra birlikdə Səmərqənd üzərinə yürüyəcəyik və Səmərqənd taxtı əldə edi-

lincə, Əndican Cahangir Mirzəyə (74 b) veriləcəkdi. Bunlara qərar verildi. 

Cahangir ilə Tənbəl ertəsi sabah rəcəb ayının [=1500 fevral] sonlarında gə-

lib mənə bağlılıqlarını bildirdilər. Bu qərar üzərinə əhd və şərtlər bağlandı. 

Cahangir Mirzənin Axsi tərəfinə getməsinə izin verərək mən də  Əndicana 

qayıtdım. 

Əndicana gəldikdən sonra Tənbəlin kiçık qardaşı Xəlil və digər əsirlə-

rin hamısı sərbəst buraxılaraq xələt geydirilib getmələrinə izin verildi. Onlar 

da öz tərəflərində  əsir olan bəy və içkiləri, Tağayi bəy, Məhəmməd Dost, 

                                                           

1

 Tanıman/tanımal: hökmdar və ya idarə amirinin yanında öz qəbiləsini təmsil edən və 



qəbiləsinə ait xüsuslarda məsləhətçi olan adama verilən bir ünvan ola bilər. 

BABURNAMƏ 

 

91



Mirşah Koçin, Seydi bəy, Qasım Əcəb, Mir Veys və Mirim Divan başda ol-

maq üzərə sərbəst buraxıb göndərdilər. 

Əndicana gəldikdən sonra Əli Dostun xasiyyəti tamamilə dəyişdi. Mə-

nimlə birlikdə qazaxlıqlarda və çətinliklərdə olan adamlara pis rəftar etməyə 

başladı. Öncə  Xəlifəni [Nizaməddin  Əli Barlas] qovdu. Ondan sonra İbra-

him Sarunu və Veys Lağarini günahsız və səbəbsiz yerə tutdurub mallarını 

yağmalatdırdı  və vilayətlərindən uzaqlaşdırdı. Qasım bəylə  də öcəşdi. Gö-

rünüşdə buna səbəb olaraq İbrahim və Xəlifənin Xoca [Mövlana] qazının tə-

rəfdarları olduğunu və ondan intiqam almaq ehtimalının olduğunu söyləyir-

di. Oğlu Məhəmməd Dost da özünü padşah kimi (75 a) aparırdı, söhbət, 

ziyafət, divan və ehtişamda sultanlar kimi hərəkət etməyə başlamışdı. Bun-

lar Tənbələ arxalanaraq belə  hərəkət etdilər. Məndə isə onların bu məqbul 

olmayan hərəkətlərinin qarşısını alacaq güc yox idi. Tənbəl kimi bir düşmən 

bunları himayə etdiyi üçün canları nə istəsə eləyirdilər. Çox həssas bir dövr 

idi, etiraz etmə imkanı yoxdu. O günlərdə bu ata-oğulun zorbalığından çox 

əziyyət çəkdik.  



Yüklə 5,03 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin