Baburnamə 3



Yüklə 5,03 Mb.
Pdf görüntüsü
səhifə6/46
tarix03.02.2017
ölçüsü5,03 Mb.
#7294
1   2   3   4   5   6   7   8   9   ...   46

(35 b) sahilində Bədiüzzaman Mirzənin adamlarının bir qismilə qarşılaşdı, 

onların bəzilərini atdan saldı, bir neçəsinin də başını kəsdi. 

Sonra bu məğlubiyyətin qisasını almaq üçün Şeydim Əli Dərban, onun 

kiçık qardaşı [Sultan Baba] Qulu bəy və Bəhlul Əyyub bir dəstə yaxşı igidlə 

birlikdə gələrək Əmbər dağının ətəyindəki Xoca-Çəngəl civarında, Xorasan 

əsgərlərinin köçdüyü yerdə çarpışdılar; amma o biri tərəfdən bir çox adam 

yetişib  Şeydim  Əli, Qul Baba [Sultan Baba Qulu bəy] və bir dəstə yaxşı 

igidlərin hamısını ələ keçirdi. 

Bu xəbər Sultan Hüseyn [Bayqara] Mirzəyə çatdı. Hisarın bahar yağ-

murları üzündən ordu da təhlükədə idi. Uzlaşma yolunu tutaraq içəridən 

Mahmud Barlas, dışarıdan isə Hacı Pir Bəkavul ilə böyük ağalar

1

 görüşdülər. 



Sultan Hüseyn Mirzə  nə  qədər sazəndə  və xanəndə varsa hamısını  yığıb 

Sultan Mahmud Mirzənin Xanzadə bəyimdən olan böyük qızını, yəni Sultan 

Əbu Səid Mirzənin qız nəvəsini [Bikə  bəyimi] Payəndə Sultan bəyimdən 

olan [oğlu] Heydər Mirzə ilə evləndirərək Hisardan çəkildi və Qunduza 

doğru hərəkət etdi. Qunduza gəlincə bir az siyasət işlədərək buranı müha-

sirəyə almağa çalışdı. Axırda [oğlu] Bədiüzzaman Mirzənin araya girməsi 

ilə barışdılar. Hər iki tərəf əsir düşənləri qarşılıqlı dəyişdirərək (36 a) öz ye-

rinə-yurduna qayıtdı. 

Xosrov şahın bu qədər böyüməsinin və başından yekə işlərə girişmə-

sinin səbəbi Sultan Hüseyn Mirzənin iki dəfə gəlib Hisarı ala bilmədən geri 

qayıtması idi. 

Sultan Hüseyn Mirzə Bəlxə gələndə Mavəraünnəhr vilayətinin asayişi 

üçün Bəlxi [oğlu] Bədiüzzaman Mirzəyə, onun vilayəti Əstərabadı isə [digər 

oğlu] Müzəffər Hüseyn Mirzəyə verdi. Hər ikisini də  Bəlx və  Əstərabad 

                                                           

1

 Ağa, yaxud ağaca: yaşca böyük anlamına gələn ağa termini sonradan hansısa bir qu-



rumun başında duranlara məxsus ünvan olmuşdur.  

Zəhirəddin Məhəmməd BABUR  

 

 



54

üçün bir məclisdə yükündürdü

1

 və bu üzdən Bədiüzzaman Mirzə incidi. Ne-



çə illərdən bəri davam edən düşmənçilik və fitnələrin səbəbi bu idi. 

 

TARXANLARIN ÜSYANI 

 

Həmin ramazan ayında Səmərqənddə tarxanların üsyanı vardı. Səbəbi 



də bu idi: Baysunqur Mirzə Hisar bəyləri və sipahiləri ilə o qədər səmimi və 

bərabər olduğu halda, Səmərqənd bəyləri və sipahiləri ilə belə deyildi. Şeyx 

Abdullah Barlas böyük və ixtiyar sahibi bir bəydi, oğulları Baysunqur Mirzə 

ilə o dərəcə yaxın və səmimi arxadaş idi ki, bunlan aşiq-məşuqa bənzədirdi-

lər. Tarxan bəyləri ilə bəzi Səmərqənd bəyləri bu üzdən gücəndilər. 

Dərviş Məhəmməd Tarxan Buxaradan gəldi və [Sultan Mahmud Mir-

zənin oğlu] Sultan Əli Mirzəni Qarşıdan gətirdib padşah elan edərək Baği-

Nova gəldilər. Orada [Sultan Əlinin böyük qardaşı] Baysunqur Mirzə olurdu. 

Ona  əsir kimi davranaraq (36 b) adamlarından və xilmətçilərindən ayırıb 

ərkə gətirdilər. Orada hər iki Mirzəni eyni yerdə oturtdular. İkindi namazına 

doğru Baysunqur Mirzəni Göy saraya çıxarmaq fikrində idilər. 

Baysunqur Mirzə abdəst almaq bəhanəsi ilə Bostan-Sarayin şimal tə-

rəfindəki imarətlərdən birinə girdi. Tarxanlar qapıda gözlədilər, o, Məhəm-

mədqulu Koçin və Həsən Şərbətçi Mirzə ilə birlikdə içəri girdi. Qismətdən, 

Mirzənin abdəst üçün girdiyi evin arxa tərəfində kərpiclə hörülmüş bir qapı 

varmış və həyətdən dışarı çıxırmış. Mirzə dərhal bu qapını yıxdı, ərkin Qat-

fər tərəfində qalanın içindən su kəməri yolu ilə keçdi, qala divarından aşağı 

atılaraq Xocakə Xocanın Xoca-Kəfşirdəki evinə gəldi. Abdəstxananın qapı-

sında duranlar bir müddət sonra içəri girib Mirzənin qaçdığını gördülər. Er-

təsi sabah tarxanlar toplanıb Xocakə Xocanın qapısına gəldilər, ancaq Xoca 

burada olmadığını söyləyərək Mirzəni təhvil vermədi. Bunlar da zorla ala 

bilmədilər. Xocaların mövqeyi o qədər yüksək idi ki, zorla almaq mümkün 

deyildi. 

Bir-iki gün keçəndən sonra Xoca Əbülməkarim, Əhməd Hacı bəy, di-

gər bəzi igidlər, sipahilər və bütün şəhər  əhalisi hamısı birdən tarxanların 

üzərinə hücum çəkdilər. (37 a) Baysunqur Mirzəni Xocanın evindən gətirdi-

lər və Sultan Əli Mirzə ilə tarxanları ərkdə mühasirəyə aldılar. İçəridəkilər 

ərki bir gün belə müdafiə edə bilmədilər. Məhəmməd Məzid Tarxan Dörd-

yol qapısından çıxaraq Buxaraya getdi. Sultan Əli Mirzə ilə Dərviş Məhəm-

məd Tarxan yaxalandılar. 

Baysunqur Mirzə  Əhməd Hacı  bəyin evindəydi. Dərviş  Məhəmməd 

Tarxanı da oraya gətirdilər. Baysunqur Mirzə ona bir-iki sual verdi, ancaq 

                                                           

1

 Yükündürmək: Baburda hökümdarın oğullarına və ya bəylərinə hər hansı bir rütbə və 



ya mövqe verərkən keçirilən bir törəni göstərir. Digər bir mənası hökmdar önündə sayğı ilə 

diz çökməkdir. Bax: Qeydlər və izahlar. 



BABURNAMƏ 

 

55



Dərviş Məhəmməd Tarxan cavab verə bilmədi. Elə iş tutmamışdı ki, cavab 

verə bilsin. Edam edilməsini əmr etdi. Dərviş Məhəmməd Tarxan taqətsizli-

yindən dirəyə yapışdı. Ancaq dirəyə yapışmaqla onu buraxardılarmı? Edam 

etdilər. [Baysunqur Mirzə] Sultan Əli Mirzənin də Göy saraya çıxarılıb göz-

lərinə mil çəkilməsini əmr etdi.Teymur bəyin tikdirdiyi böyük imarətlərdən 

biri Göy saraydır. Səmərqəndin  ərkindədir. Bu imarətin qəribə bir özəlliyi 

var. Teymur bəyin övladlarından biri üsyan edərək taxta çıxsa, taxta burada 

oturur. Taxt qovğası üzündən başını itirsə, yenə burada itirir. Hətta «filan 

şahzadəni Göy saraya çıxardılar» ifadəsi onun öldürüldüyü mənasına gəlir. 

Sultan  Əli Mirzəni Göy saraya çıxarıb gözlərinə mil çəkdilər. Lakin 

gözlərinə  çəkilən milin Sultan Əli Mirzəyə  zərəri toxunmadı. Cərrah bunu 

(37 b) bilə-bilə  və ya istəməyərək etmişdi. Ancaq Sultan Əli Mirzə bunu 

dərhal bəlli etmədi və [Xoca Übeydullahın oğullarından] Xoca Yəhyanın 

evinə  gəldi.  İki-üç gün sonra isə qaçıb Buxaraya tarxanların yanına getdi. 

Bu üzdən də Xoca Übeydullahın övladları arasında təəssübkeşlik yarandı. 

Böyüyü böyüyünə yol göstərici olarkən kiçiyi də kiçiyinə qol-qanad gərdi. 

Bir neçə gün sonra Xoca Yəhya da Buxaraya getdi. 

Baysunqur Mirzə Buxaraya qoşun çəkərək Sultan Əli Mirzənin üstünə 

yürüş etdi. Buxaraya yaxınlaşanda Sultan Əli Mirzə və tarxan bəyləri onun 

qarşısına çıxdılar. Yüngül bir çarpışma oldu. Üstünlük Sultan Əli Mirzə tə-

rəfində qaldı, Baysunqur Mirzə məğlub oldu. Əhməd Hacı bəy və bir neçə 

yaxşı igid daha ələ keçirildi, çoxu öldürüldü. Əhməd Hacı bəyi Dərviş Mə-

həmməd Tarxanın qətl edilməsində ittiham edərək şərəfsizcəsinə öldürdülər. 

Sultan Əli Mirzə də Baysunqur Mirzənin arxasınca Səmərqəndə yürüdü. 

 

BABURUN SƏMƏRQƏNDİ MÜHASİRƏYƏ ALMASI 

 

Bu xəbər bizə şəvval ayında [=1496 iyun-iyul] Əndicanda çatdı. Hə-



min ay biz də  Səmərqəndi  ələ keçirmək üçün qoşuna hərəkət  əmri verdik. 

Sultan Hüseyn [Bayqara] Mirzə Hisardan və Qunduzdan çəkilmişdi, Sultan 

Məsud Mirzə ilə Xosrov şahın ürəyi yerinə gəlmişdi. Bundan istifadə edən 

Sultan (38 a) Məsud Mirzə də Səmərqəndi almaq məqsədilə Şəhrisəbz üzə-

rinə  gəldi. Xosrov şah kiçık qardaşı  Vəlini də Mirzə ilə birlikdə göndərdi. 

Üç-dörd ay boyunca Səmərqəndi bu şəkildə üç tərəfdən mühasirəyə aldıq. 

Sultan Əli Mirzənin elçisi kimi Xoca Yəhya mənim yanıma gəldi və 

ittifaq quraraq vahid cəbhə yatarmağı  təklif etdi. Görüşməyi qərara aldıq. 

Mən əsgərimlə Səmərqənddən iki-üç ağac daha aşağıda olan Soğd tərəfdən 

görüş yerinə getdim; o tərəfdən də Sultan Əli Mirzə əsgəriylə gəldi. Oradan 

dörd-beş adamla Sultan Əli Mirzə, buradan da dörd-beş adamla birlikdə 

mən Kuhək çayının ortasına gedərək at üstündə görüşüb danışdıqdan sonra 

onlar o tərəfə döndülər, mən də bu tərəfə gəldim. Molla Bənnai ilə Məhəm-


Zəhirəddin Məhəmməd BABUR  

 

 



56

məd Salihi orada, Xoca Yəhyanın xidmətində gördüm. Məhəmməd Salihi 

yalnız bir dəfə orada ikən görmüşdüm. Ancaq Molla Bənnai sonralar mənim 

xidmətimdə də bir xeyli çalışdı. Sultan Əli Mirzə ilə görüşdükdən sonra qış 

yaxınlaşdığı və Səmərqənd əhalisi də ciddi sıxıntı çəkmədiyi üçün mən Ən-

dicana qayıtdım, Sultan Əli Mirzə də Buxaraya getdi. 

Sultan Məsud Mirzə Şeyx Abdullah Barlasın qızına möhkəm aşiq idi. 

Onunla evləndi və torpaq davasından vaz keçərək Hisara (38 b) döndü. Bəl-

kə də buraya gəlməsinin səbəbi o qız idi. 

Mehdi Sultan Şiraz və Kənbay civarından qaçaraq Səmərqəndə getdi. 

Həmzə Sultan da izin alaraq Zamindən Səmərqəndə getdi.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


BABURNAMƏ 

 

57



FƏRQANƏ - 902 (9 SENTYABR 1496 – 30 AVQUST 1497) 

 

DOQQUZ YÜZ İKİNCİ İLİN HADİSƏLƏRİ 

 

Bu qış Baysunqur Mirzənin işləri hər yöndən yaxşı getdi. Əbdülkərim 



Eşrit Sultan Əli Mirzə  tərəfindən Kufin civarına göndərilmişdi, Mehdi 

Sultan isə Baysunqur Mirzənin axınçılarına başçılıq edərək Səmərqənddən 

oraya gəldi və üstlərinə yürüdü. Əbdülkərim Eşrit ilə Mehdi Sultan qarşı-

laşdılar. Mehdi Sultan özünün çərkəz qılıncıyla Əbdülkərimin atını vurunca 

at yıxıldı.  Əbdülkərim yerdən qalxmaq üzrə ikən Mehdi Sultan onun əlini 

biləyindən kəsib saldı. Onu əsir aldı və axınçılarını da möhkəm məğlub etdi. 

Bu [Özbək] sultanlar Səmərqənddə işlərin pis və mirzələrin vəziyyə-

tinin qarışıq olduğunu görüncə, ertəsi yaz Şeybani xanın yanına getdilər. Sə-

mərqəndlilər isə bu durumdan cəsarət alaraq Sultan Əli Mirzəyə qarşı qoşun 

çəkdilər. Baysunqur Mirzə  Sərpülə, Sultan Əli Mirzə  də Xoca-Kardzənə 

gəldi. Bu əsnada Xoca Münir Uşinin təşviqi ilə Xoca Əbülməkarim, Əndi-

can bəylərindən (39 a) Veys Lağari, Məhəmməd Bakir və digər bəzi igidləri, 

Mir Qasım Dulday və Baysunqur Mirzənin bir dəstə yaxınlarından ibarət 

axınçılarla birlikdə Buxara üzərinə göndərildi. Lakin Buxaradakılar onların 

gəldiyindən xəbərdar olunca heç bir şey elə bilmədən geri qayıtdılar. 

 

BABURUN SƏMƏRQƏNDİ İKİNCİ DƏFƏ MÜHASİRƏ ETMƏSİ 

 

Sultan  Əli Mirzə ilə görüşəndə yazda onların Buxaradan, mənim isə 



Əndicandan gələrək Səmərqəndi mühasirəyə alacağımız qərarlaşdırılmışdı. 

Biz bu qərara uyğun olaraq ramazan ayında [=1497 may] Əndicandan hə-

rəkət edərək Yar-yaylaq civarına gəldik və mirzələrin qarşıda olduqları xə-

bərini aldıq. Tolun Xoca Moğulu iki-üç yüz qazax

1

 igidlə birlikdə axınçı 



olaraq göndərdik. Bunlar yaxınlaşanda Baysunqur Mirzə  gəlişimizi xəbər 

alaraq intizamsız şəkildə geri çəkildi. Bu igidlər o gecə onların ordugahına 

girərək bir çox adamını oxla vurdular və çoxlu qənimət gətirdilər. 

İki gün sonra Şiraz kurqanına vardıq. Şiraz Qasım Duldayda idi. Dar-

ğa  Şiraz kurqanını döyüşsüz təhvil verdi. Şiraz kurqanının idarəsi  İbrahim 

Saruya tapşırıldı. 

Ertəsi gün ramazan bayramı namazını orada qıldıqdan sonra Səmər-

qəndə yürüş edərək Abyar qoruğuna gəldik. O gün Qasım Dulday, Veys La-

ğari, Həsən Nəbirə, Sultan Məhəmməd Seyfəl (Dərviş)  (39 b)  və Sultan 

Məhəmməd Veys üç-dörd yüz adamla gəldilər və mənimlə görüşüb ehtiram-

la «Baysunqur Mirzə geri çəkiləndə biz də ondan ayrılıb padşahın xidmətinə 

gəldik» dedilər. Lakin sonra anlaşıldı ki, bunlar Şirazı müdafiə  məqsədilə 

                                                           

1

 Qazax: bu söz həm "mərd, cəsur", həm də «köçəri» mənasında işlənir.  



Zəhirəddin Məhəmməd BABUR  

 

 



58

Baysunqur Mirzədən ayrılmışlar və Şiraz işi belə olunca çarəsiz qalıb bizim 

yanımıza gəlmişlər. 

Qara-Bulaqda dayananda bizim tərəfə keçən və bəzi kəndlərdə sərkəş-

lik edən moğolları tutub gətirdilər. Qasım bəy ibrət üçün bunlardan iki-üç 

adamı parçalatdı. Dörd-beş il sonra, qazaxlıq günlərində Məsihadan [moğol 

xanı Sultan Mahmud] xanın hüzuruna gedərkən Qasım bəy bu üzdən bizdən 

ayrılaraq Hisara getdi. 

Qara-Bulaqdan qalxıb çayı keçərək Yam qarşısında durduq. O gün bə-

zi içki


1

 bəylər xiyaban başında Baysunqur Mirzənin adamlarıyla çarpışdılar. 

Sultan  Əhməd Tənbəlin boğazına nizə ilə vurdular, lakin atdan düşmədi. 

Xoca Kəlanın böyük qardaşı olan Hacəgi Molla Sədrin boynuna ox isabət 

etdi və yerindəcə Allahın rəhmətinə qovuşdu. Çox yaxşı bir igid idi. Atam 

da ona böyük iltifat göstərərək özünə möhürdar

2

 təyin eləmişdi. Elmlə  (40 



a) məşğul olurdu. Nəsri də gözəl idi. Quşçuluq və yadaçılıqdan da başı çı-

xırdı.


  

Biz Yam civarında ikən şəhərdən bir çox tüccar və tüccar olmayanlar 

çıxıb ordu bazarında ticarət edirdi. Bir gün ikindi namazı vaxtında ümumi 

bir qarışıqlıq çıxdı və bu müsəlmanların malları yağmalandı. Lakin qoşunda 

intizam çox güclü idi. Dərhal  əhalinin malını, heç kimin tək bir şeyi belə 

gizləmədən geri verməsi  əmr edildi. Ertəsi gün daha bir pəhər

3

 belə olma-



mışdı, qoşunda yağmanın ən kiçık parçası da qalmadı, kiçık bir ip parçasına, 

ya da iynə qırığına qədər hamısı sahiblərinə geri verildi. 

Oradan qalxıb Səmərqənddən üç küruh

4

 məsafədə olan Xan Yurdunda 



dayandıq. Qırx-əlli gün bu yurdda oturduq. Burada olduğumuz müddət ər-

zində hər iki tərəfdən könüllü igidlər xiyabanda bir neçə dəfə yaxşıca çar-

pışdılar. Bir dəfə  İbrahim Bəycik də [Tağayi] bu çarpışmalarda iştirak etdi 

və üzündən yaralandı. Bundan sonra ona İbrahim Çapıq deməyə başladılar. 

Bir dəfə də xiyabanda, Məğaq körpüsündə Əbülqasım Kuhbər toppuz 

işlətdi. Bir dəfə də xiyabanda arx civarında bir çarpışma oldu və (40 b) Mir-

şah Koçin toppuzla vuruşdu. Ona elə vurdular ki, boynu yarısına qədər kə-

sildi və yalnızca böyük şahdamarı qaldı.

 

Xan Yurdunda olduğumuz zaman kurqandakılar adam göndərdilər və 



«Gecə Gari-Aşiqanə gəlin, kurqanı təslim edək» deyə hiylə qurdular. Buna 

inanaraq gecə hərəkət edib Məğaq körpüsünə gəldim. Qərarlaşdırılmış olan 

yerə bir dəstə yaxşı igid və piyada göndərildi. Məsələni anladıqları vaxt içə-

ridəkilər bizim piyadalardan dörd-beşini əsir almışdılar. Bunlar çox qüvvətli 

                                                           

1

 İçki: içə aid, səmimi dost, xas adam, qvardiya deməkdir.  



2

 Möhürdar. Tamğa, nişan və daha sonra işlənən möhür termimi yazılan rəsmi məktub-

ların başqaları tərəfindən açılmaması üçün qoyulan işarəyə deyilir.  

3

 Pəhər: Hindistanda günün səkkizdə birinə (3 saat) verilən ad.  



4

 Küruh: Hindistanda 4.000 qədəm uzunluqdakı məsafə ölçüsünə verilən ad.  



BABURNAMƏ 

 

59



piyadalar idi. Birinin adı Hacıydı və kiçıkliyindən bəri mənim xidmətimdə 

idi. Birinə də Mahmud Kundursəngək deyirdilər. Hamısını öldürdülər. 

Bu yurdda olduğumuz zaman Səmərqəndin  şəhər  əhalisindən və  əs-

nafdan o qədər çox adam dışarı çıxmışdı ki, ordugah artıq bir şəhər halına 

gəlmişdi. Şəhərlərdə nə axtarsan ordugahda tapardın. 

Bu müddət ərzində Səmərqənd istisna olmaqla digər bütün kurqanların, 

dağların və ovaların hamısı bizə itaət etmişdi. Şavdar dağının ətəyindəki Ör-

kət adlı bir kurqanı  bəzi adamlar gücləndirmişdilər. Bu üzdən bu yurddan 

qalxıb Örkətə yürüş etmək lazım gəldi. Axırda bizə qarşı dayana bilməyə-

cəklərini anladıqları zaman da Xoca [Mövlana] qazını (41 a) minnətçi salıb 

itaət etdilər. Biz də onların xətalarını bağışlayaraq yenidən Səmərqəndin 

mühasirəsi ilə məşğul olduq. 



 

SULTAN HÜSEYİN MİRZƏ İLƏ 

BƏDİÜZZAMAN MİRZƏ ARASINDA ÇARPIŞMA 

 

Bu il Sultan Hüseyn [Bayqara] Mirzə ilə [oğlu] Bədiüzzaman Mirzə 



arasındakı anlaşmazlıqlar bunları savaşa sürüklədi. Məsələ belə idi: keçən il 

Sultan Hüseyn Mirzənin Bəlxi Bədiüzzaman Mirzəyə,  Əstərabadı isə Mü-

zəffər Mirzəyə verərək onları yükündürdüyünü nəql etmişdik. O zamandan 

bugünə qədər bir çox elçilər gəlib getdi. Axırda Əlişir bəy [Nəvai] də elçi 

olaraq gəldi. Nə qədər çalışsalar da Bədiüzzaman Əstərabadı kiçık qardaşına 

verməyə razı olmadı  və «Mənim oğlum Məhəmməd Mömin Mirzə sünnət 

olunanda, [babası] Sultan Hüseyn Mirzə oranı ona hədiyyə etmişdi» dedi.  

Bir gün Əlişir bəylə Mirzə arasında bir söhbət oldu ki, bu, Mirzənin  

sürətli fəhminə, Əlişir bəyin də həssasiyyətinə bir dəlildir. Əlişir bəy bir çox 

məhrəm sözü Mirzəyə pıçıltıyla söylədi və «Bu sözləri unudun» dedi. Mirzə 

də dərhal «hansı sözləri?» deyə soruşanda, Əlişir bəy çox mütəəssir oldu və 

uzun-uzun ağladı. 

Ata ilə oğul arasındakı bu dedi-qodular axırda belə nəticələndi: atası 

oğlu, oğlu da atası üzərinə  Bəlx və  Əstərabada qoşun yeritdi. Gürzüvan 

ətəyində yerləşən  (41 b) Yekçıraq çayırına aşağıdan Sultan Hüseyn Mirzə 

yuxarıdan da [oğlu] Bədiüzzaman Mirzə gəldi. Ramazan başlanğıcında çər-

şənbə axşamı günü [=3 may 1497] Sultan Hüseyn Mirzənin bir neçə bəyi və 

bir dəstə süvarisi ilə birlikdə [digər oğlu] Əbülmöhsün Mirzə irəlilədi. Ciddi 

bir vuruşma olmadan Bədiüzzaman Mirzə məğlub oldu. Bir çox yaxşı igid 

əsir düşdü. Sultan Hüseyn Mirzə hamısının başını  kəsdirdi. Yalnız burada 

deyil, hansı oğlu düşmən olaraq qarşısına çıxsa, məğlub etdi və əsir düşən 

adamlarının hamısının başlarını kəsdirdi. Nə eləsin, haqq onun tərəfində idi. 

Bu mirzələr zövq və səfahətə o dərəcədə düşkün idilər ki, ataları kimi 

təcrübəli və ağıllı bir padşah onlara yarım günlük məsafəyə qədər yaxınlaş-



Zəhirəddin Məhəmməd BABUR  

 

 



60

dığı və digər tərəfdən də ramazan kimi mübarək və əziz bir aya girməyə yal-

nızca bir gecə qaldığı halda, onlar atalarından çəkinmədən, Allahdan qorx-

madan yalnızca  şərab içib zövq və  səfa sürməklə  məşğul idilər.  Şübhəsiz, 

belə hərəkət edən adamlar belə yenilgilərə uğrayar və belə insanların öhdə-

sindən hər kəs gələr.  

Əstərabadın idarəsi neçə ildir Bədiüzzaman Mirzənin  əlində idi. Ət-

rafındakılar və igidləri fövqəladə zövqə və süsə düşkün idilər. Altın və gü-

müş qab-qaşıqları və əşyaları hədsiz dərəcədə çoxalmışdı. Süslü geydirilmiş 

igidlərinin (42 a) və cins atlarının sayı-hesabı yox idi. Orada hamısını itirdi. 

Dağ yollarından qaçarkən, qayalıqlardan və uçurumlardan böyük çətinliklər-

lə endi, amma bir çox adamı bu uçurumlarda tələf oldu. 

Sultan Hüseyn Mirzə oğlunu yendikdən sonra Bəlxə gəldi. Bədiüzza-

man Mirzə Bəlxdə Şeyx Əli Tağayini qoymuşdu. O da çarəsiz qaldı və Sul-

tan Hüseyn Mirzəyə itaət edərək Bəlxi təslim etdi. Sultan Hüseyn Mirzə 

Bəlxi [digər oğlu]  İbrahim Hüseyn Mirzəyə verib Məhəmməd Vəli bəylə 

Şah Hüseyn Çöhrəni də onunla birlikdə qoydu və özü Xorasana geri qayıtdı. 

Məğlub olan, malı-mülkü yağmalanan Bədiüzzaman Mirzə ətrafındakı 

igidləri, piyada və çılpaq adamlarıyla birlikdə Qunduza, Xosrov şahın yanı-

na getdi. Xosrov şah ona yaxşı üz göstərdi. At və dəvələrlə birlikdə kiçık və 

böyük çadırlar, sipahilərə  gərəkən təchizatı verərək, həm Mirzənin özünə, 

həm də başının adamlarına o qədər yaxşı rəftar və insaniyyət göstərdi ki, gö-

rənlər Mirzənin öncəki və bugünkü təchizatı arasındakı fərqin yalnızca süslü 

və yaldızlı alətlərin olmaması olduğunu söylədilər. 

 

SULTAN MƏSUD MİRZƏ İLƏ 

XOSROV ŞAH ARASINDAKI UYUŞMAZLIQ 

 

Sultan Məsud Mirzə ilə Xosrov şah arasında birinin ölçüsüzlüyü, digə-

rinin isə özünü böyük görməsindən uyuşmazlıq yarandı. Xosrov şah Vəli və 

Baqini [Çağanyanı]  (42 b)  Bədiüzzaman Mirzə ilə birlikdə Hisara Sultan 

Məsud Mirzənin üzərinə göndərdi. Lakin kurqana yaxınlaşa bilmədilər. 

Civardakı bölgədə hər iki tərəf bir-iki dəfə qılınc işlətdi. Bir dəfə də Mühib 

Əli Qurçu qafilədən ayrılaraq Hisarın  şimal tərəfində yerləşən Quşxanaya 

gəlib yaxşı çarpışdı. Atdan yıxılıb ələ keçiriləcəyi zaman arxadaşları  gəlib 

onu qurtardılar. Bir neçə gün sonra sülhə bənzər bir şey bağlayıb geri qayıt-

dılar. 


Bundan bir neçə gün sonra Bədiüzzaman Mirzə dağ yolundan Qəndə-

hara və Zəmindavərə, Zünnun bəy Arğun ilə oğlu Şah Şüca Arğuna getdi. 

Zünnun bəy Arğun xəsis olduğu halda yaxşı münasibət göstərdi və bir dəfə 

də  qırx min qoyun hədiyyə etdi. Qəribə bir təsadüfdür ki, Sultan Hüseyn 

Mirzənin [oğlu] Bədiüzzaman Mirzəni məğlub etdiyi eyni çərşənbə axşamı 


BABURNAMƏ 

 

61



günündə [digər oğlu] Müzəffər Mirzə də [Bədiüzzamanın oğlu] Məhəmməd 

Mömin Mirzəni  Əstərabadda məğlub etmişdi. Daha da qəribəsi budur ki, 

Çərşənbə adlı bir adam Məhəmməd Mömin Mirzəni əsir edərək gətirmişdi. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



62

FƏRQANƏ - 903 (30 AVQUST 1497 – 19 AVQUST 1498) 

 

DOQQUZ YÜZ ÜÇÜNCÜ İLİN HADİSƏLƏRİ 

 

Baği-meydanın arxasındakı Külbə çayırında dayandıq. Səmərqəndin 

sipahilərindən və şəhər əhalisindən lap çox adam Məhəmməd Çəb körpüsü-

nün civarında qarşımıza çıxdı. Bizim əsgər müharibəyə hazır deyildi. (43 a) 

İgidlər hazırlaşana qədər Sultanqulunu və Babaqulunu ələ keçirərək hisara 

götürdülər. 

Bir neçə gün sonra qalxıb Kuhəkin arxasındakı Külbənin kənarında 

durduq. Seyid Yusif Bəyi o gün Səmərqənddən çıxardılar, o da oraya gəlib 

bizə xidmət etməyə hazır olduğunu bildirdi. 

Buraya gəldiyimizi görən səmərqənddəkilər elə  zənn etdilər ki, biz 

geri çəkilmişik. Köməkçilər, sipahilər və  şəhərlilər Mirzə körpüsünə  və 

Şeyxzadə darvazasından Məhəmməd Çəb körpüsünə qədər çıxdılar. İgidlərə 

silahlanıb atlara minməyi əmr etdik. Onlar iki tərəfdən – Mirzə körpüsü ilə 

Məhəmməd Çəb körpüsündən düşməni sıxışdırdılar. Allahın köməyilə düş-

mən yenildi. Onların ləyaqətli bəylərini və yaxşı igidlərini əsir edib gətirdi-

lər. Bunlardan biri Məhəmməd Miskin Hafiz Dulday idi, onun şəhadət bar-

mağını  kəsmişdilər. Ondan başqa, Məhəmməd Qasım Nəbirə, onun kiçık 

qardaşı Həsən Nəbirə və daha bunlar kimi sipahilər və əhali tərəfindən tanı-

nan igidlərdən xeyli vardı. 

Şəhərin yetimlərindən Divanə Caməbəf ilə  Kəlqaşığı da gətirdilər; 

bunlar küçə qovğasında və oğurluqda alt təbəqə (43 b) arasında məşhur idi-

lər. Gari-Aşiqanda ölən piyadaların intiqamının alınması üçün işkəncə ilə 

öldürülmələri əmr edildi. Bu, Səmərqənd əhalisi üçün qəti bir məğlubiyyət 

idi. Bundan sonra kurqandan çıxmaları dayandı.  İş o dərəcəyə vardı ki, 

bizimkilər xəndək kənarına qədər gedib əsirlər gətirirdilər. 

Günəş  tərəzi bürcünə girdi. Soyuqlar başladı. Məsləhət toplantısına 

qatıla biləcək bəyləri çağıraraq vəziyyəti müzakirə etdik. Bunlara qərar ve-

rildi: şəhər əhalisi o qədər aciz qalmışdır ki, Allahın inayətilə şəhəri bugün 

də, sabah da ala bilərik. Burada soyuqdan əziyyət çəkməkdənsə şəhərin ya-

xınından qalxıb bir kurqanda qışlaq düzəltmək lazımdır. Əgər getmək lazım 

gəlsə, oradan daha az tərəddüdlə getmək mümkündür.  

Qışlaq üçün Xoca-Didar kurqanı uyğun görüldü. Oradan qalxıb Xoca-

Didarın önündəki çayıra getdik. Kurqana girib ev və koma yerlərini müəy-

yən etdik. Bunları düzəldəcək adamlar ilə təhsildarlar qoyaraq yurda döndük. 

Qışlaq hazır olana qədər bir neçə gün çayırda qaldıq. 

Bu zaman Baysunqur Mirzə Türküstana, Şeybani xana ard-arda 

adamlar göndərərək kömək istəmiş. Qışlaq hazır oldu və biz kurqana (44 a) 

girdik. Şeybani xan Türküstandan hücum edərək o gecə bizim yurdumuzun 



BABURNAMƏ 

 

63



üzərinə doğru gəldi. Bizim əsgərimiz yanımızda deyildi. Qışlak üzündən 

bəziləri Ribati-Xocaya, bəziləri Qəbilə, bəziləri də  Şiraza getmişdi. Buna 

baxmayaraq  əlimizdəki qoşunu toplayıb qarşı  çıxdıq. Lakin Şeybani xan 

müharibəyə girmədən Səmərqəndə doğru geri çəkildi.  Şeybani xanla Bay-

sunqur Mirzənin istəkləri üst-üstə düşmədiyi üçün anlaşa bilməmişdilər. 

Şeybani xan bir neçə gün sonra heç bir şey edə bilmədi və dilxor halda Tür-

küstana qayıtdı. 

Baysunqur Mirzə yeddi ay mühasirə altında qaldı. Şeybani xandan kö-

mək ummuş, lakin bu ümidi də boşa çıxmışdı. Axırda iki-üç yüzə qədər ac 

adamı ilə birlikdə Qunduza, Xosrov şahın yanına getdi. İyulda Amu-Dər-

yadan keçdiyi zaman Sultan Məsud Mirzənin qohumlarından və etibarlı 

adamlarından olan Termiz hakimi Seyid Hüseyn Əkbər bunu xəbər alıb 

Baysunqur Mirzənin üstünə yürüdü. Mirzə çayı keçmişdi, amma Mirim Tar-

xanı orada su götürdü. Seyid Hüseyn də geridə qalan adamlarını və əşyasını 

ələ keçirdi. Baysunqur Mirzənin Tahir Məhəmməd adlı çöhrəsi də ələ keç-

mişdi. Xosrov şah Baysunqur Mirzəni yaxşı qarşıladı (44 b)

Baysunqur Səmərqənddən çıxanda bizə  xəbər gəldi. Xoca-Didardan 

hərəkət edərək Səmərqənd üzərinə yürüdük. Yolda Səmərqəndin böyükləri, 

bəylər və igidlər birər-birər bizi qarşılayıb təbrik etməyə gəldilər. Rəbiyül-

əvvəl ayının sonlarına doğru [=1497 noyabr] ərkə girib Bostan-Saraya 

endim. Tanrı təalanın inayəti ilə Səmərqənd şəhəri və vilayəti zəbt edilib ələ 

keçirildi. 

 


Yüklə 5,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin