Qadınları və cariyələri: Qutlu Nigar xanım Yunus xanın ikinci qızı
və Sultan Mahmud xanla Sultan Əhməd xanın böyük bacısıydı. Yunus xan
isə Çingiz xanın ikinci oğlu Çağatay xanın nəslindəndir: Yunus xan, Veys
xan, Şirəli Oğlan, Məhəmməd xan, Xızır Xoca xan, Tuğlu Teymur xan, İsən
Buğa xan, Duva xan, Baraq xan, Yisün Təvə, Mötügən, Çağatay xan, Çingiz
xan. Yeri gəlmişkən, xanların əhvalından da qısaca bəhs edək.
ÇAĞATAY XANLARI HAQQINDA QISA MƏLUMAT
Yunus xan və İsən Buğa xan Veys xanın oğulları idi. Yunus xanın
anası Türküstanlı qıpçaq bəylərindən olan və Teymur bəyin qoruduğu Şeyx
Nurəddin bəyin qızı və ya nəvəsidir. Veys xanın ölümündən sonra moğol
ulusu bir qismi Yunus xan, əksəriyyəti İsən Buğa xan tərəfində olmaq üzrə
ikiyə ayrıldı.
Daha öncə [Teymur bəyin oğlu Şahrux Mirzənin oğlu] Uluğ bəy Mir-
zə Yunus xanın böyük bacısını [oğlu] Əbdüləziz Mirzəyə almışdı. Bu səbəb-
lə barin tüməninin bəylərindən İrzen və Çıras (Hırmas) (10 a) tüməninin
bəylərindən Mirək Türkmən üç-dörd min ailəlik moğol ulusuyla birlikdə
Yunus xanı Uluğ bəy Mirzənin yanına gətirdilər; məqsədləri ondan kömək
alıb moğol ulusunu təkrar ələ keçirmək idi. Amma Mirzə qəddarlıq göstərdi,
onların bir qismini əsir etdi, digərlərini isə başqa vilayətlərə dağıtdı. İrzen
iğtişaşı moğol ulusunda bir tarix olmuşdur.
Yunus xanı İraq tərəfinə göndərdilər, xan oraya gedib bir ildən artıq
Təbrizdə qaldı. O zamanlar Təbriz padşahı Qaraqoyunlu Cahan Şah Barani
idi. Sonra Yunus xan oradan Şiraza keçdi. Şirazda Şahrux Mirzənin ikinci
oğlu İbrahim Sultan Mirzə hakim idi. Beş-altı ay sonra İbrahim Sultan
Mirzə vəfat edincə yerinə [oğlu] Abdullah Mirzə keçdi. Abdullah Mirzənin
Zəhirəddin Məhəmməd BABUR
28
xidmətinə girən Yunus xan on yeddi-on səkkiz il Şirazda və o tərəfdəki vila-
yətlərdə qaldı.
Uluğ bəy Mirzə və oğullarının arasındakı qovğa zamanı İsən Buğa xan
fürsət taparaq Fərqanə vilayətinə hücum etdi, Kənd-Badama qədər gəldi və
Əndicanı alıb əhalisini tamamən əsir etdi. Amma qovğaların ardından [Ba-
burun babası] Sultan Əbu Səid Mirzə taxta keçdikdən sonra qoşun çəkərək
Yenginin o tərəfində olan İsfərada və Moğolistanda (10 b) İsən Buğa xanı
tar-mar etdi. Bundan sonra bu qarışıqlığı ortadan qaldırmaq üçün Sultan
Əbu Səid Mirzə əvvəlcə Əbdüləziz Mirzə ilə evli olan [Yunus xanın] böyük
bacısı Xanım ilə evlənməsi münasibətilə Yunus xanı İraq və Xorasandan
gətirtdi. Düyünlər edib dost oldular və Yunus xanı moğol ulusuna xan təyin
edib göndərdi.
Tam bu əsnada Sağarıçı tüməninin bəyləri İsən Buğa xandan şikayətlə
Moğolistana gəlmişdilər. O zamanlar Sağarıçı bəylərinin böyüyü Şir Hacı
bəy idi. Yunus xan bunların arasına getdi və Şir Hacı Bəyin qızı İsən Dövlət
bəyimlə evləndi. Moğol adətincə Yunus xan ilə İsən Dövlət bəyimi ağ keçə
üzərində yuxarı qaldırıb xan elan etdilər.
Yunus xanın İsən Dövlət bəyimdən üç qızı oldu; bunların ən böyüyü
Mehrinigar xanımdır. Sultan Əbu Səid Mirzə onu ən böyük oğlu Sultan Əh-
məd Mirzəyə almışdı. Mirzədən heç uşağı olmadı. Sonra fətrət dövründə
Şeybani xanın əlinə düşmüşdü. Mən Kabilə gəldiyim zaman Şah bəyimlə
birlikdə o da Səmərqənddən Xorasana, oradan da Kabilə gəldi. Şeybani xan
Qəndəharda [Baburun kiçık qardaşı] Nasir Mirzəni mühasirəyə alanda mən
də Ləmğana getdim. Xan Mirzə [Sultan Veys Mirzə] də Şah bəyim və Meh-
rinigar xanımla birlikdə Bədəxşana getdi. Mübarək şah (11 a) Xan Mirzəni
Qaleyi-Zəfərə çağıranda Əba Bəkr Kaşğarinin axınçılarına rast gəldilər. Şah
bəyim, Mehrinigar və onlarla birlikdə olanların ailələri əsir düşərək o mər-
həmətsizin əsarətində fani dünyaya vida etdilər.
[Yunus xan və İsən Dövlət bəyimin] ikinci qızı mənim anam Qutlu
Nigar xanımdı. Qazaxlıq və fətrət zamanlarında əsasən mənimlə birlikdə idi.
Kabili aldıqdan beş-altı ay sonra, 911-ci ildə [=1505] Allahın rəhmətinə qo-
vuşdu.
Üçüncü qızları Xub Nigar xanımdı, onu Məhəmməd Hüseyn Gürgan
Duğlata vermişdilər. Ondan bir qızı və bir oğlu olmuşdu. Qızını Übeyd xan
almışdı, sonra mən Buxara və Səmərqəndi alanda o qız bir yerə gedə bilmə-
yib orada qalmışdı. Sultan Səid xanın əmisi Seyid Məhəmməd Mirzə Sultan
Səid xan adından Səmərqəndə mənə elçi olaraq gəldiyi zaman onunla birlik-
də Kaşğara getdi və orada Sultan Səid xanla evləndi. Oğlu Heydər Mirzə idi.
Atası özbəklər tərəfindən öldürüldükdən sonra gəlib üç-dörd il mənim xid-
mətimdə oldu. Sonra izin istəyərək Kaşğara xanın yanına getdi.
Baz gərdəd be əsli xud həmə çiz,
BABURNAMƏ
29
Zəri-safiyu nüqreyi-ərziz.
Hər şey, istər saf altın, istər gümüş,
istər qalay olsun, axırda öz əslinə dönər.
Deyilənə görə, indi tövbə etmiş və yaxşı yola girmişdir. Əlindən yazı
yazmaq, rəsm çəkmək, ox, mizraq və yay atmaq kimi hər şey gəlir. Şeir yaz-
maq qabiliyyəti (11 b) də var. Mənə bir ərizəsi gəlmişdi, inşası da pis deyil.
[Yunus] xanın qadınlarından biri də Şah bəyimdi. Başqa qadınları olsa
da, uşaqlarının anaları bu ikisi idi. Şah bəyim Bədəxşan şahı Şah Sultan Mə-
həmmədin qızı idi. Dediklərinə görə, bu Bədəxşan şahlarının soyları İskən-
dər Filkusa [Makedoniyalı İskəndər] çatırmış. Bu şahın digər bir qızını -ki,
Şah bəyimin böyük bacısıdır- Sultan Əbu Səid Mirzə almış və ondan Əba
Bəkr Mirzə doğulmuşdur.
[Yunus] xanın Şah bəyimdən iki oğlu və iki qızı olmuşdu: Sultan
Mahmud xan, digər üçündən böyük və daha əvvəl haqqında danışılan [İsən
Dövlət bəyimdən olan] üç qızdan kiçıkdir. Səmərqənd və o ətrafda ona bə-
zən Xanikə xan deyirlər. Digər oğlu olan və Alaca xan adıyla şöhrət qaza-
nan Sultan Əhməd xan isə Sultan Mahmud xandan kiçıkdir. Alaca adının
verilməsinə səbəb budur: kalmık və moğol dilində qatilə alaçı deyirlər. Kal-
mıkları bir neçə dəfə məğlub edib bir çox adamlarını öldürdüyü üçün alaçı
demişlər və çox işlənə-işlənə alaca olmuşdur. İrəlidə bu xanlardan sıra ilə
təkrar bəhs ediləcək, başlarına gələnlər haqqında danışılacaq.
[Yunus xanın Şah bəyimdən olan qızı] Sultan Nigar xanım digərlərin-
dən kiçık və bir qızından böyükdü. (12 a) Onu [Baburun əmisi] Sultan Mah-
mud Mirzəyə vermişlər və ondan Sultan Veys adlı bir oğlu olmuşdu və [bu
Mirzədən] yeri gələndə bəhs ediləcəkdir. Sultan Mahmud Mirzə öldükdən
sonra [Sultan Nigar xanım] oğlunu da alıb heç kimə xəbər vermədən Daş-
kəndə, böyük qardaşının yanına getmişdi. Bir neçə il sonra onu Çingiz xanın
böyük oğlu Çuçinin nəslindən və qazax sultanlarından olan Ədik Sultana
verdilər. Şeybani xan xanları məğlub edib Daşkənd və Şahruxiyyəni alanda
isə Sultan Nigar xanım xidmətində çalışan on iki moğoluyla birlikdə qaçıb
Ədik Sultanın yanına getmişdi. Ədik Sultandan iki qızı oldu, birini Şeyban
sultanlarından birinə, digərini isə Sultan Səid xanın oğlu Rəşid Sultana ver-
dilər. Ədik Sultandan sonra Sultan Nigar xanımı qazax ulusunun xanı Qasım
xanın aldığını söyləyirlər. Qazax xanların və sultanlarının arasında heç kim
o ulusu Qasım xan kimi hakimiyyəti altına ala bilməmişdir. Əsgərinin sayını
üç yüz min olaraq təxmin edirdilər. Qasım xan öldükdən sonra Sultan Nigar
xanım da Kaşğara, Sultan Səid xanın yanına gəldi.
[Yunus xanın Şah bəyimdən olan digər qızı] Dövlət Sultan xanım ha-
mısından kiçıkdi. Daşkənd savaşında Şeybani xanın oğlu Teymur Sultanın
(12 b) əlinə düşmüş və ondan bir qızı olmuşdu. Səmərqənddən mənimlə bir-
likdə çıxmışdı. Üç-dörd il Bədəxşan vilayətində qaldı. Sonra isə Kaşğara
Zəhirəddin Məhəmməd BABUR
30
Sultan Səid xanın yanına getdi.
YENƏ ÖMƏR ŞEYX MİRZƏNİN
QADINLARI VƏ CARİYƏLƏRİ HAQQINDA
Ömər Şeyx Mirzənin hərəmlərindən biri də Xoca Hüseyn bəyin qızı
Ulus ağa idi. Ondan bir qızı oldu, ancaq kiçık yaşda öldü. İl-il yarım sonra
Ulus ağanı hərəmdən çıxardılar.
Arvadlarından biri də moğol tümən bəylərindən [birinin qızı olan] Fat-
ma Sultan ağa idi. Mirzə hamısından əvvəl bu Fatma Sultan ağanı almışdı.
Daha sonra aldığı Qaragöz bəyim isə çox sevimliydi. Mirzəyə xoş gö-
rünmək üçün nəsəbini Sultan Əbu Səid Mirzənin böyük qardaşı Mənuçöhr
Mirzəyə qədər çıxartmışdılar.
Onun cariyələri də çox idi. Bunlardan biri Ümid ağaçə idi və Mirzə-
dən əvvəl ölmüşdü. Mirzənin son günlərində aldığı iki cariyədən biri moğol-
lardan Tün (Tərsün) Sultan, digəri isə Ağa Sultan idi.
Əmirləri: Xudaverdi Timurdaş, Herat hakimi Ağ Buğa bəyin böyük
qardaşının nəslindəndir. Sultan Əbu Səid Mirzə Şahruxiyyədə Cuki Mirzəni
mühasirə edəndə Fərqanə vilayətini Ömər Şeyx Mirzəyə vermiş və eşik
ağası
1
olaraq da bu Xudaverdi (13 a) Timurdaşı təyin edib göndərmişdi. Hə-
min dövrdə o, iyirmi beş yaşlarında idi. Yaşca cavan olsa da, idarəçilik qabi-
liyyəti çox yaxşı idi. Bir-iki il sonra İbrahim Bəycik [Tağayi] Oş tərəflərə
hücum edəndə Xudaverdi Timurdaş onu arxadan təqib edərək döyüşdü, an-
caq həm yenildi, həm də şəhid oldu.
O əsnada Sultan Əhməd Mirzə Ura-Təpənin Ağ-Qaçğay adlı yayla-
sında idi. Bu yayla Səmərqəndin on səkkiz ağac şərqindədir. Sultan Əbu
Səid Mirzə isə Heratın on iki ağac şərqində yerləşən Baba-Xakidəydi. Bu
xəbəri Əbdülvahab Şiğavul vasitəsilə Mirzəyə göndərdilər, buna görə yüz
iyirmi altı ağaclıq məsafə dörd günə qət edildi.
Hafiz Məhəmməd bəy Dulday Sultan Məlik Kaşğarinin oğlu Əhməd
Hacı bəyin kiçık qardaşıdır. Xudaverdi bəyin ölümündən sonra eşik ixtiyarı
2
olaraq onu göndərmişdilər. Sultan Əbu Səid Mirzənin ölümündən sonra Ən-
dican bəyləri ilə dil tapa bilmədiyi üçün Səmərqəndə gedərək [Sultan Əbu
Səid Mirzənin oğlu] Sultan Əhməd Mirzənin xidmətinə girdi. Sultan Əhməd
Mirzə Çirdə məğlub olduğu zaman [Hafiz Məhəmməd bəy Dulday] Ura-Tə-
pədə idi. (13 b) Ömər Şeyx Mirzə Səmərqəndə getmək niyyətilə Ura-Təpə
üzərinə gələndə Ura-Təpəni Mirzənin adamlarına təslim edib özü də onun
xidmətinə girdi. Ömər Şeyx Mirzə də Əndicanın idarəsini ona tapşırdı. Son-
ra Sultan Mahmud xanın yanına getdi, o da [Sultan Veys] Mirzə xanın tərbi-
1
Eşik ağası: bu titul haqqında bax: Qeydlər və izahlar.
2
Eşik ixtiyarı: bu titulun səlahiyyət dairəsini dəqiq müəyyən etmək çətindir.
BABURNAMƏ
31
yəsini ona etibar edərək Dizakı da mülk olaraq verdi. Mən Kabili almazdan
bir az əvvəl Məkkəyə getmək üçün Hindistan yoluyla səfərə çıxmış və yolda
Allahın rəhmətinə qovuşmuşdur. Cah-cəlalı sevməyən, qaradinməz və sadə
bir adamdı.
Başqa bir əmiri də Xoca Hüseyn bəy idi. O, şən, ancaq təmtəraq sev-
məyən bir adam idi. O zamanın adəti üzrə içki məclislərində yaxşı qoşma
(qoşuq) söyləyirmiş.
Başqa bir əmiri Şeyx Məzid bəy idi, əvvəlcə mənə bəy-atəkə təyin
edilmişdi. Onun vaxtında üsul-idarə və nizam-intizam çox yüksək idi.
(Əbülqasım) Babur Mirzəyə də xidmət etmişdi. Ömər Şeyx Mirzənin yanın-
da ondan böyük bəy yox idi. Fasiq bir adam və uşaqbaz idi.
Başqa bir əmiri olan Əli Məzid bəy koçinlərdən
1
idi. Bir dəfə Axsidə
və bir dəfə də Daşkənddə üsyan qaldırmışdı. Münafiq, fasiq, nankor və ya-
ramaz bir adam idi.
Başqa bir əmiri Həsən Yaqub bəy isə təvazökar, xoş təbiətli, zirək və
dəyərli bir adamdı. Bu beyt onundur:
Bazay, ey hüma ki, betutiyi-xətət,
Nəzdik şod ki, zağ bərəd üstüxani-mən.
Ey dövlət quşu, qayıt gəl, sənin tuti xəttin olmasa,
Qarğa mənim sümüyümü aparacaq.
Cəsur adam idi. Yaxşı ox atır, yaxşı çovqan (14 a) oynayır və eşşəkbe-
li sındırdıda yaxşı sıçrayırdı. Ömər Şeyx Mirzənin ölümündən sonra mənim
qapımda sahibi-ixtiyar o idi. Dar görüşlü, kəmhövsələ və fitnəçi bir adam idi.
Başqa bir əmiri olan Qasım bəy də koçin idi, Əndicanın əski koçin
bəylərindən idi. Həsən bəydən sonra mənim qapımda sahibi-ixtiyar o idi.
Ömrünün sonuna qədər qüdrət və etibarı artdı, azalmadı. Cəsur bir adam idi.
Bir dəfə Kasan tərəflərini çapıb talayan özbəkləri təqib edərək onları möh-
kəm əzdi. Ömər Şeyx Mirzənin məiyyətində qılınc çalmışdı. Yastı keçid
müharibəsində də yaxşı vuruşmuşdu.
Qazaxlıq zamanımda Məsiha dağlarında ikən Sultan Mahmud xanın
yanına getməyə qərar verdiyim zaman bizdən ayrılaraq Xosrov şahın yanına
getdi. 910-cu ildə [=1504] Xosrov şahı ələ keçirib Kabildə Müqimi [Mə-
həmməd Müqim Arğun] mühasirəyə aldığım zaman Qasım bəy təkrar yanı-
ma gəldi. Əvvəllər olduğu kimi ona yenə də diqqət və iltifat göstərdim.
Dəreyi-Xoşda türkmən xəzərləri
2
üzərinə hücum etdiyimiz zaman
[=1505] Qasım bəy qocalığına baxmayaraq cavanlardan daha yaxşı yürüdü.
1
Koçin: Teymur zamanında xanədanı qoruyan saray qvardiyasına verilən addır. Bu ad
zamanla atadan oğula keçmişdir. Koçinlər hər hansı bir bölgəyə deyil, hökmdara bağlı
idilər.
2
Xəzərilər:
mənşəcə monqol olan, tacikcə danışan Əfqanıstan əhalisi. Adları Xəzər sö-
zündən deyil, farsca həzar (min) sözündəndir.
Zəhirəddin Məhəmməd BABUR
32
Buna görə də ona culdu [mükafat] olaraq Bəngiş vilayətini verdim. Sonra
(14 b) Kabilə gəlincə, onu Hümayuna bəy-atəkə təyin etdim. Zəmindavər
alındığı zaman [=1522] Allahın rəhmətinə qovuşdu.
Müsəlman, dindar, günahdan və haramdan qorxan bir adamdı. Şübhəli
yeməkləri yeməzdi. Düşüncəli və tədbirli idi. Çox zarafatcıl idi. Savadsız ol-
duğu halda çox xoş nüktələr söyləyirdi.
Başqa bir əmiri Babaqulu bəy Babaəli bəy oğlu idi. O, Şeyx Əli Ba-
hadırın nəslindəndir. Şeyx Məzid bəy öləndən sonra onu mənə bəy-atəkə tə-
yin etdilər. [Baburun əmisi] Sultan Əhməd Mirzə Əndicana qoşun çəkəndə
Ura-Təpəni ona təslim edərək Əhməd Mirzəyə qoşuldu. [Baburun digər bir
əmisi] Sultan Mahmud Mirzənin ölümündən sonra Səmərqənddən qaçıb gə-
lərkən qarşısına Ura-Təpədən [Sultan Mahmud Mirzənin oğlu] Sultan Əli
Mirzə çıxdı və müharibədə məğlub olaraq öldürüldü. İdarəsi və yarağı yaxşı
idi. Əsgərinə yaxşı baxırdı. Namaz qılmaz, oruc tutmazdı. Zalım və kafirsa-
yaq bir adamdı.
Başqa bir əmiri olan Əli Dost Tağayi sağarıçı tümən bəylərindən idi.
Mənim anamın anası İsən Dövlət bəyimlə qohum idi. Ona Ömər Şeyx Mirzə
zamanındakından daha çox iltifat etdim. Dedilər ki, bacarıqlı adamdır, an-
caq neçə illər yanımda qaldığı halda əməlli-başlı bir işini görmədim desəm,
(15 a) doğrudur. Sultan Əbu Səid Mirzənin xidmətində olduğu zamanlarda
yada daşı
1
ilə yağış yağdırdığını iddia edirdi. Quşbazdı. Əxlaqı və xasiyyəti
pis idi. Paxıl, fitnəkar, namussuz, münafıq, özündən razı, sərt sözlü, soyuq
üzlü bir adam idi.
Veys Lağari Səmərqəndin toxçu tayfasından idi. Ömər Şeyx Mirzənin
son dövrlərində ən yaxın adamlarından olmuşdu. Mənimlə birlikdə qazax-
lıqlarda oldu. Fikri və tədbiri çox yaxşı idi, ancaq bir az fitnəkar idi.
Mir Qiyas Tağayi Əli Dostun kiçık qardaşı idi. Moğolun soylu ailə-
ləri arasında Sultan Əbu Səid Mirzənin qapısında ondan daha irəli adam yox
idi. Sultan Əbu Səid Mirzənin böyük möhürü onda idi. Ömər Şeyx Mirzənin
son dövrlərində ən yaxın adamlarından biri olmuşdu. Veys Lağarinin çox
yaxın dostu idi. Kasan Sultan Mahmud xana veriləndən sonra ömrünün so-
nuna qədər xanın xidmətində oldu. Xan da ona çox iltifat etmişdi. Gülərüz
və zarafatçı bir adamdı. Fisqdən çəkinməzdi.
Başqa bir əmiri Əli Dərviş xorasanlıydı. Sultan Əbu Səid Mirzənin
yanında Xorasan gənclər bölüyündə xidmət edirdi. Xorasan və Səmərqənd
Sultan Əbu Səid Mirzənin idarəsinə (15 b) keçəndə bu iki paytaxtın işə ya-
rayan igidlərini xassə bölüklərinə ayıraraq bunlara Xorasan çöhrə bölüyü və
1
Yadaçılıq: yağış, qar yağdırmaq, külək qoparmaq üçün yada daşından istifadə edil-
məsi. Mahmud Kaşğari bu barədə geniş məlumat vermişdir (bax: Divanü lüğat-it-türk.
Tərcümə edən və nəşrə hazırlayan: Ramiz Əskər. Bakı, Ozan, 2006, III cild, s. 11; 159;
276).
BABURNAMƏ
33
Səmərqənd çöhrə bölüyü adlarını vermişdi.
Mənim yanımda Səmərqənd önündə yaxşı çarpışdı. Cəsur bir adam idi.
Nəstəliq yazısını əla yazırdı. Məddahlıq edirdi, təbiətcə həsədçi idi.
Başqa bir əmiri Qənbər Əli moğoldu və axtaçılardan idi
1
. Atası vila-
yətə girib bir neçə dəfə sallaxlıq etdiyi üçün Qənbər Əli Sallax da deyirdilər.
Yunus xanın yanında əvvəlcə avtafaçı, sonra da bəy olmuşdu.
Ona mənim hüzurumda da çox iltifat göstərilmişdi. İşə başlayana qə-
dər çox inamlı idi, ancaq işə başladığı vaxt yersiz qorxulara qapılırdı. Gəvə-
zə idi, dağınıq danışırdı. Məlumdur ki, gəvəzələr hətərən-pətərən danışırlar.
Kəmhövsələ və beyinsiz bir adam idi.
Ömər Şeyx Mirzə vəfat etəndə mən Əndicanda, çarbağda
2
idim. Bu
xəbər Əndicana ramazan ayının beşində, çərşənbə axşamı günü [=10 iyun
1494] mənə çatdı. Çox mütəəssir oldum. Ata minib yanımdakı adamlarımla
kurqana hərəkət etdim. Mirzə qapısına çatanda Şirim Tağayi atımın cilovu-
nu tutub namazgah
311
tərəfinə çəkdi. Hər halda belə düşünmüş olmalı idi:
«Sultan Əhməd Mirzə böyük (16 a) bir padşahdır. Əgər çox əsgərlə gəlsə,
bəylər məni və vilayəti ona təslim edərlər. Bu görə də onu [məni] Özgənd
və Ala-Tağ ətəyinə doğru götürüm. Əgər vilayəti təslim etsələr, barı o, ələ
keçmədən dayılarının yanına, Alaca xanın və ya Sultan Mahmud xanın ya-
nına getsin».
Xoca Mövlana qazı (o, Sultan Əhməd qazının oğlu olub Şeyx Bürha-
nəddin Qılınc nəslindəndir; ana tərəfi isə Sultan İlig Maziyə gedib çıxır.
Bunlar nəsillikcə o vilayətə müfti və şeyxülislam olmuşlar və daha sonra on-
lardan yenə bəhs ediləcək) və kurqanın içindəki bəylər bu xəbəri alınca,
Ömər Şeyx Mirzənin yaxın adamı və bir qızının tərbiyəçisi olan Xoca Mə-
həmməd Dərzini yanımıza göndərdilər. Biz namazgaha yaxınlaşanda gəldi,
könüllərdəki vəsvəsəni aldı və məni geri apardı. Ərkə endim. Xoca Mövlana
qazı və bəylər gəlib vəziyyəti müzakirə etdilər. Kurqanın bürc və divarları-
nın gücləndirilməsiylə məşğul oldular. Mərginana və ətraf yerlərə göndəril-
miş olan Həsən Yaqub, Qasım Koçin və digər bəzi bəylər bir-iki gün sonra
gələrək bizə qoşuldular. Hamısı birlikdə qalanın mühafizəsi üçün böyük
qeyrət (16 b) və enerji ilə çalışdılar.
Sultan Əhməd Mirzə Ura-Təpə, Xocənd və Mərginanı aldıqdan sonra
Əndicandan dörd ağac məsafədə olan Kubaya gəldi. Bu zaman Əndicanın
məşhur adamlarından Dərviş Gav adlı biri münasibətsiz sözlər söylədiyi
üçün öldürüldü. Bu şiddətli hərəkətdən sonra bütün əhali yatışdırıldı.
1
Axtaçı: hökmdarın atları ilə məşğul olanlar üçün işlənən bir termindir.
2
Çarbağ: "çahar bağ, dörd bağça". Bu sözlə bir qismi park, bir qismi üzümlük, bir qis-
mi meyvə ağacı, bir qismi də bostan olan hovuzlu bağlar nəzərdə tutulur. Babur öz haki-
miyyəti dövründə çoxlu bağ saldırmışdır.
3
Namazgah: əskidən şəhər kənarında düzəldilən və xalqın toplu halda namaz qıla bil-
diyi açıq bir meydan.
Zəhirəddin Məhəmməd BABUR
34
Xoca [Mövlana] qazı və Xoca Hüseynin qardaşı Uzun Həsən elçi ola-
raq [Sultan Əhməd Mirzəyə] göndərildi. Söyləyəcəkləri söz bu idi: «Bu
vilayətə onsuz da onun adamlarından biri təyin ediləcək. Mən onun həm öz
adamı, həm də övladıyım. Bu iş mənə verilsə, məsələ daha yaxşı və daha
asan həll edilmiş olar».
Sultan Əhməd Mirzə az danışan, sadə və həlim adam idi. Hər hansı bir
sözü, ya da işi bəylərinin fikrini öyrənmədən həll etməzdi. Bəyləri mənim
bu sözlərimi dinləmədilər və qaba bir şəkildə qarşılıq verərək üstümə gəl-
məyə davam etdilər. Tanrı təala öz kamil qüdrətilə hər işimi hər zaman,
kimsəyə minnət etmədən və layiq olduğu şəkildə həll etdiyi üçün bu dəfə də
onların önünə bir neçə maneə çıxardı. Onlar da bundan usandılar, peşman
olub arzularına çatmadan geri qayıtdılar.
Bu maneələrdən biri budur: Kubanın bataqlı bir qara çayı var və onu
körpü dışında başqa yerdən keçmək mümkün deyil. Çoxlu əsgər (l7 a) bir
yerə gəlib bu körpüdə yığışdığı üçün bir çox at və dəvə bu qara çaya düşə-
rək boğuldu. Bunlar üç-dörd il əvvəl Çir çayının keçidində də belə bir məğ-
lubiyyətə uğramışdılar. Bu dəfə də o məğlubiyyəti xatırlayan əsgərlər vahi-
məyə düşdülər. Bir də o zaman elə bir at epidemiyası oldu ki, atlar ilxılarla
qırılmağa başladı. Bir də bizim əsgərimizi və xalqı bir-birinə çox bağlı və
əzmli gördülər, son nəfəslərinə və qüvvələrinə qədər mübarizə aparacaqları-
nı başa düşdülər. Axırda məcbur qalıb Əndicana bir ağac məsafədən Dərviş
Məhəmməd Tarxanı göndərdilər. İçəridən Həsən Yaqub çıxdı, namazgah ci-
varında sülhə bənzər bir şey bağlayıb çəkildilər.
Xocənd çayının şimal tərəfindən gələn Sultan Mahmud xan Axsini
mühasirəyə aldı. [Baburun kiçık qardaşı] Cahangir Mirzə, eşik ağası Şeyx
Abdullah və bəylərdən Əli Dərviş bəy, Mirzəqulu Göyəldaş, Məhəmməd
Bakir bəy Axsidəydi. Veys Lağari və Mir Qiyas Tağayi də orada idi, lakin
onlar digər bəylərdən şübhələnərək Veys Lağarinin vilayəti olan Kasana
getdilər. Veys Lağari Nasir Mirzənin bəy-atəkəsiydi və bu buna görə də Na-
sir Mirzə Kasanda idi. [Sultan Mahmud] xan Axsi civarına gələndə bu bəy-
lər xanın tərəfinə (17 b) keçərək Kasanı təslim etdilər. Mir Qiyas xanın xid-
mətində qaldı. Veys Lağari isə Nasir Mirzəni Sultan Əhməd Mirzəyə apardı
və Məhəmməd Məzid Tarxana təhvil verdi.
Sultan Mahmud xan Axsi yaxınlarına gəlib bir neçə dəfə müharibə
etsə də, heç bir şey əldə edə bilmədi. Axsidəki bəylər və igidlər böyük cəsa-
rət göstərdilər. O əsnada Sultan Mahmud xan xəstələndi, zatən müharibədən
də bezmişdi, odur ki, öz vilayətinə qayıtdı.
Əba Bəkr Duğlat Kaşğari heç kimə boyun əymədən neçə illərdi ki
Kaşğarın və Xotənin hakimi idi. O da vilayət almaq həvəsinə düşdü, Özgənd
yaxınlarına gəlib kurqan qurdu və vilayətdə qarışıqlıq çıxarmağa başladı.
Xoca [Mövlana] qazıya və bütün bəylərə Kaşğarini dəf etmək tapşırıldı. On-
BABURNAMƏ
35
lar yaxınlaşanda Kaşğari bu qoşunun qabağıda dura bilməyəcəyini başa düş-
dü və araya Xoca qazını vasitəçi kimi qoyaraq min bir hiylə ilə qurtuldu.
Belə böyük hadisələr baş verən zaman Ömər Şeyx Mirzədən qalan
bəylər və igidlər hər şeyə qatlanaraq cəsarətlə hərəkət elədilər. Ömər Şeyx
Mirzənin anası [Şah] Sultan bəyim, Cahangir Mirzə, hərəmdəkilər və bəylər
Axsidən Əndicana gəldilər. Matəm mərasimini yerinə yetirərək kasıb-kusu-
ba və miskinlərə sədəqə payladılar. (18 a)
Bu ağır və önəmli işlərdən sonra qoşunun və vilayətin qaydaya salın-
ması, idarəsi və nizamı ilə məşğul olduq. Əndicanın idarəsinə və eşik ixti-
yarlığına Həsən Yaqubun təyin edilməsi qərara alındı. Oşa Qasım Koçin,
Axsiyə və Mərginana Uzun Həsən və Əli Dost Tağayi təyin edildi. Ömər
Şeyx Mirzənin digər bəy və igidlərinin hər birinin mövqeyinə uyğun bir vi-
layət, yer, müçə və çərgə
1
verildi, vəzifələri müəyyənləşdirildi.
Dostları ilə paylaş: |