Baburnamə 3



Yüklə 5,03 Mb.
Pdf görüntüsü
səhifə4/46
tarix03.02.2017
ölçüsü5,03 Mb.
#7294
1   2   3   4   5   6   7   8   9   ...   46

 

SULTAN ƏHMƏD MİRZƏ 

 

Sultan Əhməd Mirzə geri qayıdanda iki-üç mənzildən sonra xəstələnib 



qızıl qızdırmaya tutuldu. Ura-Təpə  tərəflərində, Ağ-Suya gəldiyi  əsnada, 

899-cu ilin şəvval ayının ortalarında (=1494 iyul) qırx dörd yaşında bu fani 

dünyaya vida etdi. 

Doğumu və  nəsəbi:  Sultan  Əbu Səid Mirzənin taxta çıxdığı il, yəni 

855-ci ildə (=1451/2) doğuldu. Sultan Əbu Səid Mirzənin oğullarının ən bö-

yüyü idi. Anası Orda Buğa Tarxanın qızı  və  Dərviş  Məhəmməd Tarxanın 

böyük bacısı və Mirzənin mötəbər arvadı idi. 



Xarici görkəmi:  uzun boylu, qalın saqqallı, qırmızı üzlü və kök bir 

adamdı. Saqqalı yalnız çənəsində vardı, iki yanağı tüksüz idi. (18 b) Söhbəti 

çox xoşdu. Sarığını zamanın adətinə görə çar-piç sarıyır və ucunu da bir 

azca qabağa, qaşının üstünə sallayırdı. 



Əxlaqı və xasiyyəti: hənəfi məzhəbindən, təmiz etiqadlı bir adam idi. 

Beş rükət namazını qılır və içdiyi zamanlarda da namazını buraxmazdı. Xo-

ca Übeydullah həzrətlərinin müridi idi. Hər zaman, xüsusilə xocanın söhbət-

lərində fövqəladə tərbiyəli idi. Dediklərinə görə, xocanın məclisində heç bir 

zaman dizini diziylə dəyişdirməmişdir. Bir dəfə xoca həzrətlərinin söhbətin-

də, adətinin tərsinə, ayağını dəyişdirərək oturmuşdu. Mirzə qalxdıqdan son-

ra xoca həzrətlərinin əmriylə oturduğu yerə baxmışlar, orada bir sümük var-

mış.  


Təhsil almamışdı, ümmi idi. Şəhərdə böyüdüyü halda, sadə  və  bəsit 

geyinirdi. Şeirdən nəsibi yox idi. Adildi. Xoca həzrətlərinin də hər işdə əli 

vardı, önəmli məsələlər  əksər hallarda şəriət yoluyla həll edilirdi. Heç bir 

zaman verdiyi sözün və dediyinin tərsinə  hərəkət etməzdi. Cəsur idi. Hər-

                                                           

1

 Müçə "rütbə" və çərgə "dərəcə" sözlərinin açıqlaması üçün bax: Qeydlər və izahlar. 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



36

çənd ki, öz əliylə bir iş görməyə fürsəti olmadı, ancaq bəzi müharibələrdə 

cəsarət göstərdiyi söylənir.  

Fövqəladə (19 a) dərəsədə gözəl ox atırdı. İlbasuna

1

 atdığı oxu və tir-



gəzi az hallarda yan keçirdi. Balqabağı

2

 meydanın o biri ucundan rahatca 



vururdu. Sonralar kökələndə qırqovul və bildirçini piyazi

ilə vurmağa baş-



lamışdı və yenə çox azı hədəfə dəymirdi. Quşbaz bir adamdı, quşları çox və 

yaxşı ovlayırdı. Uluğ  bəy Mirzədən sonra onun qədər quşbaz bir padşah 

yoxdur. 

Fövqəladə dərəcədə həyalı idi. Deyilənə görə, tək olanda da, yaxın qo-

humlarının və adamlarının yanında da ayağını örtürmüş. 

Möhkən içən idi. İçməyə başladığı zaman iyirmi-otuz gün dalbadal 

içir, içmədiyi zaman da iyirmi-otuz gün içmirdi. Bəzən içki məclislərində 

heç qalxmadan gecə-gündüz otururdu. Şərab içmədiyi günlərdə kefsiz olur-

du. Təbiətində  xəsislik vardı. Az danışan və yumşaq bir adamdı.  İradəsi 

bəylərinin əlində idi. 



Meydan müharibələri: Sultan Əhməd Mirzə dörd meydan müharibə-

sinə girdi. Bir dəfə  Şeyx Camal Arğunun kiçık qardaşı Nemət Arğun ilə dö-

yüşdü və Zamin ətrafındakı Azar-Düzündə qalib gəldi. 

Bir dəfə də [qardaşı] Ömər Şeyx Mirzəyə Havasda qalib gəldi. 

Bir dəfə Daşkənd civarındakı Çir çayının sahilində Sultan Mahmud 

xanla çarpışdı. Düzdür, bu meydan müharibəsi deyildi. (19 b) Moğol axınçı-

larının bir neçəsi onun qoşununun arxasından gəlib  əsgərlərin xırda-xuruş 

əşyasını  ələ keçirmişdi, bu qədər çox əsgər heç bir çarpışma olmadığı  və 

düşmənlə qarşılaşmadığı halda vahiməyə qapıldı. Əsgərlərin çoxu Çir çayın-

da boğuldu. 

Bir dəfə də Heydər Göyəldaşla Yar-yaylaq ətrafında savaşdı və qalib 

gəldi. 


Torpaqları:  torpaqları  Səmərqənd və Buxara idi. Buraları ona atası 

vermişdi.  Şeyx Camalın  Əbdülqüddüs tərəfindən öldürülməsindən sonra  

Daşkəndi,  Şahruxiyyəni və Sayramı da almışdı. Bu yerləri bir müddət öz 

əlində saxladı, sonra Daşkəndi və Sayramı kiçık qardaşı Ömər Şeyx Mirzə-

yə vermişdi. Xocənd və Ura-Təpə  də bir müddət Sultan Əhməd Mirzənin 

idarəsində qaldı.  



Uşaqları:  iki oğlu olmuş, ancaq kiçık ikən ölmüşdü. Beş  qızı vardı, 

bunların dördü Qutuq bəyimdən idi. Onların ən böyüyü Qaragöz bəyim de-

dikləri Rəbiə Sultan bəyimdi və onu özü sağkən Sultan Mahmud xana ver-

                                                           

1

 İlbasun: bu söz yırtıcı quşlar və sərçə kimi kiçik quşlar xaricində bütün ovlanan quş-



lara verilən ümumi addır.  

2

 Balqabaq və Balqabaq meydanı: təlim atışları üçün hədəf olaraq balqabağa ox atılan 



meydan olmalıdır. İstanbulda da "Ox meydanı" adlı bir meydan mövcuddur.  

3

 Piyazi: bir silah növü.  



BABURNAMƏ 

 

37



mişdi. Rəbiə bəyimin xandan Baba xan adlı çox yaxşı bir oğlu olmuşdu. Öz-

bəklər Xocənddə Sultan Mahmud xanı şəhid edəndə onu və onun kimi bir 

neçə  uşağı da öldürdülər. Sultan Mahmud xanın ölümündən sonra Rəbiə 

Sultan bəyim Cani bəy (20 a) Sultana ərə getdi. 

İkinci qızı Ağ bəyim dedikləri Səlihə Sultan bəyim idi. Sultan Əhməd 

Mirzənin ölümündən sonra [qardaşı] Sultan Mahmud Mirzə toy edərək onu 

böyük oğlu Sultan Məsud Mirzəyə aldı. Sonra Şah bəyim və Mehrinigar xa-

nımla birlikdə Kaşğara getdi. 

Üçüncü qızı Ayşə Sultan bəyim idi. Mən beş yaşında ikən Səmərqən-

də gələndə mənimlə nişanlamışdı. Sonra qazaxlıq zamanımda Xocəndə gəl-

miş və orada evlənmişdim. Səmərqəndi ikinci dəfə alanda bir qızımız oldu, 

amma uşaq bir neçə gün sonra tələf oldu. Daşkənd məğlubiyyətindən bir az 

əvvəl böyük bacısının təhriki ilə məndən ayrıldı. 

Dördüncü qızı Sultanım bəyimdi. Onu əvvəlcə Sultan Əli Mirzə, sonra 

Teymur Sultan, daha sonra isə Mehdi Sultan almışdı. 

Qızlarının ən kiçiyi Məsumə Sultan bəyim idi. Anası arğunlardan Sul-

tan Arğunun  əmisi qızı  Həbibə Sultan bəyim idi. Mən Xorasana gedəndə 

görmüş və xoşlandığım üçün elçi göndərmişdim, sonra Kabilə gətirdib ev-

ləndim. Bir qızımız oldu, amma onu doğanda Allahın rəhmətinə qovuşdu. 

Qıza anasının adı qoyuldu. 



Qadınları və cariyələri: qadınlarının biri ilkin Sultan Əbu Səid Mir-

zənin istəmiş olduğu Mehrinigar xanımdı. Mehrinigar xanım Yunus xanın 

böyük qızı və anamın doğma bacısı idi. (20 b) 

Biri də tarxanlardan idi və buna görə ona Tarxan bəyim deyirdilər. 

Digəri isə Qutuq bəyimdi və Tarxan bəyimin südbacısı idi. Sultan Əh-

məd Mirzə onu sevərək almışdı. Fövqəladə sevimli, ancaq çox hökmlü bir 

qadın idi. Şərab içirdi. O sağ ikən Sultan Əhməd Mirzə başqa qadınların ya-

nına getməzdi. Sonra onu öldürərək bədnamlıqdan qurtuldu.  

Qadınlarından biri də Termiz xanzadələrindən Xanzadə bəyimdi. Mən 

beş yaşında Səmərqəndə Sultan Əhməd Mirzənin hüzuruna gələndə evlən-

mişdi. Hələ duvağı açılmamışdı. Türk adətincə, açmağımı buyurdular, mən 

də duvağı açdım.  

Bir digəri də  Əhməd Hacı  bəyin nəvəsi Lətifə  bəyim idi. Mirzədən 

sonra Həmzə Sultana ərə getmiş  və ondan üç oğlu olmuşdu. Mən Həmzə 

Sultanın və Teymur Sultanın komandanlığındakı sultanları məğlub edib Hi-

sarı alanda bu sultanzadələrlə birlikdə daha bir neçə sultanzadə əlimə keç-

mişdi. Hamısını azad elədim. 

Qadınlarından biri də Sultan Arğunun əmisi qızı Həbibə Sultan bəyim 

idi. 

Əmirləri: Cani bəy Dulday Sultan Məlik Kaşğarinin kiçık qardaşı idi. 

Sultan Əbu Səid Mirzə Səmərqəndin idarəsini və Sultan Əhməd Mirzə isə 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



38

öz eşik ixtiyarlığını  (21 a) ona vermişdi.  Əxlaqı  və xasiyyəti qəribə bir 

adammış. Haqqında qəribə rəvayətlər var. Məsələn, Səmərqənd hakimi ikən 

özbəklərdən bir elçi gəlibmiş. Bu elçi özbək ulusunda gücü-qüvvəti ilə məş-

hur imiş. Özbəklər qüvvətli adama bükə deyirlər. Cani bəy ona «Bükəsən? 

Əgər bükəsənsə, gəl güləşək» deyibmiş. Elçi nə qədər eləsə də, Cani bəy əl 

çəkməyibmiş. Nəhayət, güləşiblərmiş və Cani bəy onu yıxıbmış. Cəsur bir 

adam idi. 

Başqa bir əmiri Əhməd Hacı bəy idi. O, Sultan Məlik Kaşğarinin oğ-

lu idi. Sultan Əbu Səid Mirzə Heratın idarəsini bir müddət ona vermişdi. 

Əmisi Cani bəy öldükdən sonra onun payəsini də verib Səmərqəndə göndər-

di. Xoş təbiətli və cəsur bir adam idı. Təxəllüsü Vəfai idi. Divanı var, şeir-

ləri pis deyil. Bu beyt onundur: 

Məstəm, ey möhtəsib

1

, imruz zi mən dəst bidar, 



Ehtisabəm biqun an ruz ki, yabi huşyar. 

Ey möhtəsib, sərxoşam, bugün məndən əl çək, 

Məni ayıq vaxtımda sorğuya çək. 

Mir  Əlişir Nəvai Heratdan Səmərqəndə  gələndə  Əhməd Hacı  bəylə 

bərabər olurdu. Sultan Hüseyn [Bayqara] Mirzə padşah olduqdan sonra o, 

Herata getdi və orada böyük iltifat gördü. Əhməd Hacı bəy gözəl cins atlar 

bəsləyir (21 b) və minirdi. Bu atlar əsasən özünün yetişdirdiyi atlar idi. Cə-

sur bir adamdı, ancaq komandanlığı cəsarəti kimi deyildi. Qayğısızdı. İşini-

gücünü adamları idarə edirdi. Baysunqur Mirzə Buxarada Sultan Əli Mirzə 

ilə vuruşub məğlub olanda Əhməd Hacı  bəy də  əsir düşdü və  Dərviş  Mə-

həmməd Tarxanı öldürməkdə ittiham edilərək şərəfsiz bir şəkildə qətlə yeti-

rildu. 


Başqa bir əmiri Dərviş Məhəmməd Tarxan Orda Buğa Tarxanın oğ-

lu və Sultan Əhməd Mirzə ilə Sultan Mahmud Mirzənin doğmaca dayısı idi. 

Mirzənin hüzurunda bütün bəylərin ən böyüyü və etibarlısı o idi. Müsəlman, 

həlim və  dərviş bir adam idi. Daima Quran  yazırdı,  şahmatı çox və yaxşı 

oynayırdı. Quşçuluq elmini gözəl bilir və yaxşı quş ovlayırdı. Axırda Bay-

sunqur Mirzə ilə Sultan Əli Mirzənin qovğasında qoca yaşında bədnamlıqla 

öldü. 

Başqa bir əmiri  Əbdüləli Tarxan idi. O, Dərviş Məhəmməd Tarxanın 



yaxın qohumlarından idi. Baqi Tarxanın anası olan Dərviş Məhəmməd Tar-

xanın kiçık bacısı onun arvadı idi. Dərviş Məhəmməd Tarxan törə və rütbə 

baxımından ondan böyük olsa da, bu firon onu nəzərə almırdı. Buxaranın 

idarəsi bir neçə il (22 a) onun əlində qaldı. Adamlarının sayı üç minə çat-

                                                           

1

 Möhtəsib: o dövrün əxlaq polisi, yaxud bələdiyyə işlərinə baxan məmur. O, köməkçi-



ləri ilə birlikdə küçədə-bazarda gəzərək tacirlərin alıcıları aldatmamasına diqqət edir, özünü 

yaxşı aparmayan adamları yerindəcə şallaqla cəzalandırırdı.  

 


BABURNAMƏ 

 

39



mışdı. Onları yaxşı saxlayır, qayğı göstərirdi. Bəxşişi, hədiyyələri, divan və 

iş yerləri, ziyafətləri və məclisləri padşahlarınkı kimiydi, idarədə müqtədir, 

ancaq zalım, fasiq və kibrli bir adam idi. Şeybani xan onun adamı deyildi, 

ancaq çox zaman onunla oturub-dururdu. Kiçık sultanzadələrin çoxu onun 

adamı olmuşdu.  Şeybani xanın bu dərəcədə inkişafına və  əski sülalələrin 

batmasına Əbdüləli Tarxan səbəb oldu. 

Başqa bir əmiri Seyid Yusif Oğlaqçı idi. Babası moğoldan gəlmə idi. 

Atasını Uluğ  bəy Mirzə yüksəltmişdi. Fikir və  tədbiri olduqça yaxşı idi. 

Cəsarəti də vardı. Yaxşı qopuz çalırdı. Mən Kabilə  gələndə, o mənim ya-

nımdaydı. Ona iltifat göstərmişdim, gerçəkdən də buna layiq idi. Hindistan 

səfərinə çıxdığım ilk il Seyid Yusif bəyi Kabildə qoymuşdum. O zaman Al-

lahın rəhmətinə qovuşdu. 

Bir əmiri də Dərviş bəy idi. Teymur bəyin iltifat göstərdiyi İgü Tey-

mur bəyin nəslindəndir. Xoca [Übeydullah] həzrətlərinin müridi idi. Musiqi 

elmini bilir, saz çalır və şeir (22 b) yazırdı. Sultan Əhməd Mirzə Çir çayı sa-

hilində məğlub olanda Çir çayında boğuldu. 

Başqa bir əmiri  Məhəmməd Məzid Tarxan idi. O, Dərviş  Məhəm-

məd Tarxanın doğma və kiçık qardaşı idi. Bir neçə il Türküstan [şəhərinin] 

hakimi oldu. Şeybani xan Türküstanı ondan aldı. Fikir və tədbiri yaxşı idi. 

Heç bir şeydən qorxmayan, fasiq bir adamdı. Səmərqəndi ikinci və üçüncü 

dəfə alanda mənim yanıma gəlmişdi. Mən də ona çox iltifat göstərmişdim. 

Göl-Məlik müharibəsində öldü. 

Bir əmiri də Baqi Tarxan idi. Əbdüləli Tarxanın oğlu və Sultan Əh-

məd Mirzənin  əmisi oğlu idi. Atasından sonra Buxaranı ona vermişdilər. 

Sultan Əli Mirzə zamanında çox yüksəlmiş, adamlarının sayı beş-altı minə 

çatmışdı. Sultan Əli Mirzəyə o qədər bağlı deyildi. Şeybani xan ilə Qaleyi-

Dəbusidə vuruşaraq yenildi və Şeybani xan bu qələbədən sonra Buxara üzə-

rinə hücuma keçərək oranı tutdu. 

Quş ovuna çox müştaq idi. Yeddi yüz ov quşu olduğu söylənir. Diqqə-

təlayiq bir əxlaqı və xasiyyəti yoxdu. Bir zadəgan olaraq nemət içində böyü-

müşdü. Atasının Şeybani xana çox yaxşılığı dəymişdi, buna güvənərək onun 

hüzuruna getmişdi. Ancaq o haqq itirən və mürvətsiz adam bu yaxşılıqların 

əvəzində  (23 a) ona heç nə etmədi, hörmət və iltifat göstərmədi. Həqir və 

etibarsız bir vəziyyətdə Axsi vilayətində vəfat etdi. 

Başqa bir əmiri olan Sultan Hüseyn Arğun bir neçə dəfə Qaragöl ha-

kimi olduğu üçün Sultan Hüseyn Qaragöli deyə anılırdı. Fikir və tədbiri çox 

yaxşı idi. Mənim yanımda da uzun müddət olmuşdu. 

Qul Məhəmməd Buğda koçin idi, cəsarətli bir adamdı. 

Başqa bir əmiri olan Əbdülkərim Eşrit uyğur idi. Sultan Əhməd Mir-

zənin yanında eşik ağası idi. Cömərd və cəsur bir adam idi. 

Sultan  Əhməd Mirzənin ölümündən sonra bəyləri ittifaq edərək dağ 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



40

yolundan Sultan Mahmud Mirzəyə adam göndərdilər və onu dəvət etdilər. 

Sultan  Əbu Səid Mirzənin böyük qardaşı  Mənuçöhr Mirzənin oğlu Məlik 

Məhəmməd Mirzə səltənət iddiası ilə bir neçə sərsərini başına yığıb ordudan 

ayrıldı. Səmərqəndə gəldi, ancaq heç nə əldə edə bilmədi, yalnız özünün və 

bir neçə günahsız şahzadənin ölümünə səbəb oldu. 

 

SULTAN MAHMUD MİRZƏNİN 

SƏMƏRQƏND TAXTINA ÇIXMASI 

 

Sultan Mahmud Mirzə bu xəbəri alan kimi dərhal Səmərqəndə gələrək 



heç bir əziyyət və zəhmət çəkmədən taxta oturdu. 

Aşağı və yüksək təbəqəyə mənsub əsgərin və xalqın çoxu elədiyi bir 

çox işdən dolayı Sultan Mahmud Mirzəyə nifrət etdilər və qaçıb dağıldılar. 

Bu işlərdən biri budur: əvvəlcə bəhs edilən Məlik Məhəmməd Mirzə (23 b) 

onun əmisinin oğlu, özünün də kürəkəni idi. Sultan Mahmud Mirzə onu di-

gər dörd mirzə ilə birlikdə Göy saraya çıxarmışdı. İkisinin həyatını bağışla-

yıb Məlik Məhəmməd Mirzə ilə digər bir mirzəni asdı. Bunların bəziləri za-

tən padşah olacaq adamlar deyildi və belə bir iddiaya da heç zaman düşmə-

mişdilər. Düzdür, Məlik Məhəmməd Mirzədə bir az qəbahət vardı, ancaq di-

gərlərinin heç bir suçu və xətası yox idi. 

Sultan Mahmud Mirzənin nizam-intizamı və idarəçiliyi çox yaxşı idi. 

Ədalətli idi. Siyaq elmini [maliyyə-hesab işi] bilirdi. Ancaq zülm və fisqə 

mail idi. Səmərqəndə girəndə yeni qayda və nizamlar, mükəlləfiyyət və ver-

gilər qoymağa başladı.  Əvvəllər kasıblar və dilənçilər Xoca Übeydullah 

həzrətlərinin adamlarının himayəsinə  sığınaraq zülm və  təcavüzdən qurtu-

lurdu. İndi isə sığınanlar bir yana, şəxsən onlara qarşı da təcavüz və təzyiq 

göstərməyə başladılar; hətta bu təcavüz və şiddət Xocanın öz övladlarından 

da yan keçmədi. 

Özü zalım və fasiq olduğu kimi, bəyləri və adamları da zalım və fasiq 

idi. Hisar xalqı, özəlliklə də Xosrov şaha mənsub olanlar daima içməklə və 

zina ilə məşğul olurdular. O dərəcədə ki, bir gün Xosrov şahın adamlarından 

biri bir kişinin arvadını alıb götürmüş və qadının (24 a) əri Xosrov şahın ya-

nına gəlib şikayət edərək ədalət tələb etmişdi. Xosrov şah da ona bu cavabı 

vermişdi: «Neçə ildir bu qadın səninlə  bərabər idi, qoy bir neçə gün də 

onunla bərabər olsun». 

Şəhər  əhalisinin,  əsnafın və  əsgərlərin uşaqları zorla çöhrə

1

 edilmək 



qorxusu altında evdən bayıra çıxmazdı. Səmərqənd  əhalisi Sultan Əhməd 

Mirzənin iyirmi-iyirmi beş il sürən səltənəti zamanında bolluq içində və ra-

                                                           

1

 Çöhrə: əslində, "üz, gözəl üz" anlamına gələn deyim burada "oğlan" mənası daşıyır.   



* Şeir Sədi Şirazinin  Gülüstan adlı əsərindən alınmışdır. 

 


BABURNAMƏ 

 

41



hat yaşamışdı.  İşlərin çoxu Xoca [Übeydullah] həzrətləri tərəfindən doğ-

ruluqla və şəriətə uyğun olaraq həll edilirdi. Bu zülm və fəsad üzündən əha-

linin canı və könlü rəncidə oldu. Böyük və kiçık, fəqir və miskin hamı lənət 

və bəddua üçün əl götürüb ağız açdı. 

Həzər kon zərdi dər onhayi-rəş, 

Ki rüşti dər an aqibət sər künəd.  

Bəhəm bər məzan to təvani-dili 

Ki ahi-cənahi bəhəm bər zənəd*. 

 

Yaralı könüllərin dərdindən qorx,  

Çünki könlünün yarası nəhayət zühur edər;  

Əlindən gəldiyi qədər bir könülü incitmə, 

Çünki bir ah bir dünyanı alt-üst edər. 

Sultan Mahmud Mirzə bu zülm və  fəsad üzündən Səmərqənddə beş-

altı aydan artıq hökm sürmədi.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



42

FƏRQANƏ - 900 (2 OKTYABR 1494 - 21 SENTYABR 1495) 

 

DOQQUZ YÜZÜNCÜ İLİN HADİSƏLƏRİ 

 

Mənim yanıma [Baburun əmisi] Sultan Mahmud Mirzədən Əbdülqüd-

düs bəy adlı bir elçi gəldi. Sultan Mahmud Mirzənin böyük oğlu Sultan Mə-

sud Mirzə ilə böyük qardaşı Sultan Əhməd Mirzənin Ağ  bəyim [Səlihə 

Sultan bəyim] adlı ikinci qızının mərasimlə keçirilən toy hədiyyəsini gətirdi. 

Altın və gümüşdən badam və fıstıqlar düzəltmişdilər. 

Bu gələn elçinin Həsən Yaqubla qohumluğu varmış və bəzi şeylər vəd 

edərək onu [Sultan Mahmud] Mirzənin tərəfinə keçirmək istəyirmiş. (24 b) 

Həsən Yaqub qeyri-müəyyən cavab verdi, hətta bu işə könlü varmış kimi 

görünüb elçini yola saldı. Beş-altı ay sonra Həsən Yaqubun rəftarı dəyişdi, 

ətrafındakılara və digər adamlara qarşı pis münasibət göstərməyə başladı. İşi 

o dərəcə irərli götürdü ki, məni uzaqlaşdıraraq yerimə [Baburun kiçık qar-

daşı] Cahangir Mirzəni padşah etmək istədi. Həsən Yaqubun digər əmirlər 

və sipahilərlə

1

 də arası yaxşı deyildi. Onun bu fikrini hamı başa düşmüşdü. 



Xoca [Mövlana] qazı, Qasım Koçin, Əli Dost Tağayi, Uzun Həsən və mə-

nim tərəfimi tutan digər adamlar nənəm İsən Dövlət bəyimin yanında top-

laşdılar və onun yaratdığı qarışıqlığa son vermək üçün Həsən Yaqubu vəzi-

fələrindən çıxarmağı qərara aldılar. 

Qadınlar arasında fikir və tədbir xüsusunda nənəm İsən Dövlət bəyim 

kimi bir qadın az tapılardı. Fövqəladə  ağıllı  və  tədbirli idi. İşlərin çoxu 

onunla məsləhətləşdikdən sonra görülürdü. 

Həsən Yaqub ərkdə idi. Anam və nənəm İsən Dövlət bəyim dış kur-

qanda, bürcdə idi. Qərarın yerinə yetirilməsi üçün ərkə getdim. Həsən Ya-

qub quş ovuna çıxmışdı, amma vəziyyəti xəbər aldı və geri dönmədən Sə-

mərqənd (25 a) tərəfinə getdi. Onunla birlikdə hərəkət edən bütün adamlar 

və  bəylər yaxalandı. Bunlar arasında Məhəmməd Bakir bəy, Sultan Mə-

həmməd Duldayın atası Sultan Mahmud Dulday və bir neçə kişi daha vardı, 

onlardan bəzilərinin Səmərqəndə getməsinə izin verildi. Eşik ixtiyarlığı  və 

Əndicanın idarəsinin Qasım Kuçinə tapşırılması qərara alındı. 

Həsən Yaqub Səmərqənd yolunda Kəndi-Badama qədər varmışdı. Bir 

neçə gün sonra pis niyyətlərlə Axsiyə hərəkət edərək Hukan civarına gəldi. 

Bunu xəbər alınca bəzi bəylər və igidlər onun üzərinə axınçı olaraq gön-

dərildi. Bu axınçı bəylər də özlərindən əvvəl bir dəstə igidi önçü olaraq gön-

dərdilər. Həsən Yaqub bunu xəbər alınca, gecə önçü olaraq göndərilmiş bu 

igidlərin üstünə yürüyüb onları ox yağmuruna tutdu. Ancaq qaranlıqda öz 

                                                           

1

 Sipahi və sipahilik: atlı əsgər və bu hərbi qrupa mənsub olanlar və onların gördükləri 



işi ifadə etmək üçün işlənən termin.  

 


BABURNAMƏ 

 

43



adamlarının oxu Həsən Yaqubun kürəyinə saplandı və qaça bilmədən əməli-

nin cəzasını çəkdi. 

Çü bəd kərdi məbaş əmin zi afat 

Ki vacib şod təbiətra mükafat.  



Pislik edəndə bəladan qurtulacağını sanma, 

Çünki təbiətdə qarşılıq vacibdir.  

Bu il şübhəli yeməklərdən özümü qorumağa başladım. Bıçaqdan, qa-

şıqdan masa örtüsünə  qədər hər  şeyə qarşı  tədbirli davranırdım. Gecə na-

mazlarını da daha az (25 b) buraxırdım. 

Rəbiülaxır ayında [=30 dekabr 1494-27 yanvar 1495] Sultan Mahmud 

Mirzə ağır bir xəstəliyə tutularaq altı gün içində vəfat etdi, qırx üç yaşında 

idi. 

 

SULTAN MAHMUD MİRZƏ 



 

Doğumu və nəsəbi: 857-ci ildə [=1453] doğulmuşdu. Sultan Əbu Sə-

id Mirzənin üçüncü oğlu və Sultan Əhməd Mirzənin doğma qardaşı idi. 



Xarici görkəmi: qısa boylu, seyrək saqqallı, şişman və bir az da yön-

dəmsiz bir adam idi. 



Əxlaqı  və xasiyyəti:  əxlaqı və xasiyyəti yaxşı idi. Namazını boş ke-

çirməzdi. İdarəsi və intizamı fövqəladə dərəcədə yaxşı idi. Maliyyə hesab-

larını çox əla bilirdi. Vilayətində onun xəbəri olmadan bir dirhəm və ya bir 

dinar belə  sərf edilə bilməzdi. Adamlarının iaşəsi heç bir zaman əskik ol-

mazdı. Məclisi, bəxşişi, ziyafət və süfrəsi fövqəladə yaxşı idi. Hamısı da 

qaydalı və nizamlı olurdu. Tərtib və düzəni o qədər gözəl təmin eləmişdi ki, 

nə əsgəri,  nə də təbəəsi buna heç bir zaman təcavüz edə bilməzdi. 

Əvvəlcə quş ovuyla çox məşğul olurmuş. Sonralar da şahınlə çox ov 

edirdi. Zülm və fəsada çox düşkün idi, durmadan şərab içir və çoxlu çöhrə 

saxlayırdı. Hökmü altındakı yerlərdə gözəl və üzü tüksüz bir oğlan olsa, ne-

cə olursa-olsun, gətirdib özünə çöhrə edirdi. Bəylərinin oğullarını və oğulla-

rının (26 a) bəylərini, hətta süd qardaşlarını özünə çöhrə eləmişdi. Bu işdə 

öz süd qardaşının xidmətçisindən də istifadə edirdi. Bu uğursuz adət onun 

zamanında o qədər yayılmışdı ki, çöhrəsi olmayan adam bəlkə də heç yoxdu. 

Çöhrə bəsləməyi bir hünər sayır və çöhrəsi olmayanı qınayırdılar. Bu zülm 

və fəsadın uğursuzluğundan bütün uşaqları gənc yaşda öldülər. 

Şeir söyləyir, divan tərtib edirdi, ancaq şeiri çox zəif və dadsızdı. Elə 

şeir söyləməkdənsə, söyləməmək daha yaxşıdır. 

Zəif etiqadlı bir adamdı. Xoca Übeydullah həzrətlərinə ehtiram bəslə-

mirdi. Ürəksiz və həyasız bir adamdı. Ətrafında bir neçə masqara və üzsüz 

vardı, divan başında və xalq önündə çirkin və alçaq hərəkətlər edirdilər. 

Nitqi aydın deyildi və sözünü dərhal anlamaq qeyri-mümkündü. 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



44


Yüklə 5,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin