Meydan müharibələri: hər ikisi Sultan Hüseyn [Bayqara] Mirzə ilə
olmaq üzrə iki meydan müharibəsi elədi. Birincisi Əstərabadda, ikincisi Ən-
dəxud civarında Çikmən deyilən yerdə oldu. İkisində də məğlubiyyətə uğ-
radı. İki kərə də Bədəxşanın cənubunda Kafiristana gedərək savaşdı, ona gö-
rə də (26 b) fərmanlarının tuğrasında «Sultan Mahmud Qazi»
1
yazırdı.
Torpaqları: [atası] Sultan Əbu Səid Mirzə ona Əstərabadı vermişdi.
İraq hadisəsində
2
Xorasana gəldi. O zaman Hisar hakimi Qənbər Əli bəy
Sultan Əbu Səid Mirzənin əmrilə Hindistan əsgərini alaraq Mirzənin arxa-
sından İraqa getməkdə idi və Xorasana gələndə Sultan Mahmud Mirzəyə
qoşuldu. Sultan Hüseyn [Bayqara] Mirzənin yaxınlaşdığını eşidən Xorasan
əhalisi hücuma keçərək Sultan Mahmud Mirzəni Xorasandan çıxardı. Sultan
Mahmud Mirzə də bu üzdən Səmərqəndə Sultan Əhməd Mirzənin yanına
getdi.
Bir neçə ay sonra isə Əhməd Müştaq komandanlığında Seyid Bədr,
Xosrov şah və digər bəzi igidlər Sultan Mahmud Mirzə ilə birlikdə qaçaraq
Qənbər Əli bəyin yanına Hisara gəldilər. O gündən sonra da Kuhqa və Kuh-
tən dağlarının cənubundakı Termiz, Çağanyan, Hisar, Xutlan, Qunduz və
Bədəxşan kimi vilayətlər Hinduquş dağına qədər Sultan Mahmud Mirzənin
idarəsində idi. Böyük qardaşı Sultan Əhməd Mirzə öldükdən sonra onun vi-
layəti də Mahmud Mirzənin əlinə keçmişdi.
Uşaqları: Sultan Mahmud Mirzənin beş oğlu və on bir qızı vardı.
Oğullarının ən böyüyü Sultan Məsud Mirzə idi, anası (27 a) Mir Büzürg
Termizinin qızı idi.
İkinci oğlu Baysunqur Mirzənin anası Pəşşə bəyim di.
Üçüncü oğlu Sultan Əli Mirzənin anası Zəhra Bikə ağa adlı özbək bir
cariyə idi.
Dördüncü oğlu Sultan Hüseyn Mirzənin anası Mir Büzürgün nəvəsi
Xanzadə bəyim idi. O, on üç yaşında, atası həyatda ikən Allahın rəhmətinə
qovuşdu.
Sultan Veys Mirzənin anası Yunus xanın qızı və mənim anamın kiçık
bacısı olan Sultan Nigar xanımdı.
Bu dörd mirzənin vəqayeləri bu kitabda müvafiq illərin olayları içində
nəql ediləcək.
Üç qızı Baysunqur Mirzənin doğma bacısı idi və bunların ən böyüyü
Sultan Mahmud Mirzənin əmisi Mənuçöhr Mirzənin oğlu Məlik Məhəm-
1
O dövrdə müsəlman olmayan şəxslərin idarə etdiyi torpaqlara hərbi səfərlərdə və sa-
vaşlarda iştirak edən hökmdarlara "qazi" ünvanı verilirdi.
2
Qaraqoyunlu Cahan şahın ölümündən sonra Ağqoyunlu Uzun Həsən İraqda və Azər-
baycanda güclənmiş, Cahan şahın oğlu Hüseynəli Əbu Səiddən kömək istəmişdi. Əbu Səid
Azərbaycana girdikdən sonra ordusuyla Qarabağda qışlarkən qıtlıq baş vermiş, Uzun Həsən
onu yaxalayıb öldürmüşdü (rəcəb 873=1469-un əvvəli).
BABURNAMƏ
45
məd Mirzəyə ərə verilmişdi.
Digər beş qızı Mir Büzürgün [Termizi] nəvəsi Xanzadə bəyimdən idi.
Böyüyünü Sultan Mahmud Mirzənin ölümündən sonra Əba Bəkr Kaşğariyə
(27 b) verdilər.
İkinci qızı Bikə bəyim idi. Sultan Hüseyn [Bayqara] Mirzə Hisarı mü-
hasirə edəndə bu qızı Sultan Əbu Səid Mirzənin qızı Payəndə Sultan bəyim-
dən olan Heydər Mirzə adlı oğluna almış və sülh bağlayaraq Hisardan çəkil-
mişdi.
Üçüncü qızı Ağ bəyim idi.
Dördüncü qızı Ay bəyim idi; Sultan Hüseyn [Bayqara] Mirzə Qunduz
üzərinə gəldiyi və Ömər Şeyx Mirzənin də kömək üçün Əndican əsgərilə
birlikdə oğlu [Baburun kiçık qardaşı] Cahangir Mirzəni göndərdiyi zaman
Cahangir Mirzə ilə nişanlanmışdı. [Xosrov şahın kiçık qardaşı] Baqi Çağan-
yani 910-cu ildə [1504/5] Amu-Dərya sahilində gəlib mənə qoşulanda bu
bəyimlər də anaları ilə birlikdə Termizdə idilər və onlar da Baqi Çağanyani-
nin köçü ilə gəldilər. Biz Gahmərdə çatanda da Ay bəyim Cahangir Mirzə
ilə ailə qurdu və ondan yalnızca bir qızı oldu. İndi nənəsi Xanzadə bəyimlə
birlikdə Bədəxşan vilayətində yaşayırlar.
Beşinci qızı Zeynəb Sultan bəyim idi. Kabili aldığım zaman anam
Qutlu Nigar xanımın israrı ilə onunla evlənmişdim, yaxşı keçinə bilmədik,
iki-üç il sonra çiçək xəstəliyindən vəfat etdi.
Qızlarından biri də Məxdumə (Məxdum) Sultan bəyimdir, Sultan Əli
Mirzənin doğma böyük bacısıdır, hazırda Bədəxşan vilayətində olur.
Cariyələrindən də iki qızı olmuşdu. Birinin (28 a) adı Rəcəb Sultan,
digərinin adı Mühib Sultan xanımdır.
Qadınları: böyük arvadı Mir Büzürg Termizinin qızı olan Xanzadə
bəyim idi. Mirzə onu dəlicəsinə sevirdi. Sultan Məsud Mirzənin anasıydı. O
öləndə Mirzə çox matəm tutdu.
Bundan sonra Mir Büzürgün nəvəsi və Xanzadə bəyimin əmisi qızını
aldı. Ona da Xanzadə bəyim deyirdilər. Beş qızının və bir oğlunun anasıydı.
[Digər arvadı olan] Pəşşə bəyim qaraqoyunlunun baharlı oymağı türk-
mən bəylərindən Əli Şir (Şükür) bəyin qızıydı. Əvvəlcə baranlı qaraqoyun-
lularından Cahan Şah Mirzənin oğlu Məhəmməd (Məhəmmədi) Mirzəyə ərə
getmişdi. Ağqoyunlu Uzun Həsən Azərbaycanı və İraqı Cahan Şah oğulla-
rının əlindən alanda Əli Şir (Şükür) bəyin oğulları da beş-altı min qaraqo-
yunlu türkmən ailəsi ilə birlikdə gəlib Sultan Əbu Səid Mirzəyə bağlan-
mışdılar. Sultan Əbu Səid Mirzənin məğlub olmasından sonra bir müddət də
bu vilayətlərdə qaldılar, sonra Sultan Mahmud Mirzə Səmərqənddən Hisara
gələndə gedib onun xidmətinə girdilər. Sultan Mahmud Mirzə Pəşşə bəyimi
elə o vaxt almışdı, Bu qadın onun bir oğlunun və üç qızının anasıydı.
Digər arvadı olan Sultan Nigar xanımın nəsəbi xanlar sırasında açıq-
Zəhirəddin Məhəmməd BABUR
46
lanmış və ondan bəhs edilmişdir.
Xeyli məşuqəsi (28 b) və cariyəsi də vardı. Ancaq ən mötəbəri özbək-
lərdən Zöhrə Bikə ağa idi və onu Sultan Əbu Səid Mirzə həyatda ikən gənc-
liyində almışdı. Bir oğlunun və bir qızının anasıydı.
Digər cariyələri də çoxdu. Onların ikisindən, yuxarıda adı çəkilən iki
qızı olmuşdu.
Əmirləri: Xosrov şah türküstanlı qıpçaqlardandı. Gəncliyində tarxan
bəylərinə yaxın xidmətlərdə olmuşdu. Bəlkə də çöhrə idi. Sonra Məzid bəy
Arğunun xidmətinə girdi, o da ümumən ona iltifat göstərmişdi. İraq məğlu-
biyyətində Sultan Mahmud Mirzəyə qoşulub yolda gələrkən şücaət göstər-
diyi üçün Sultan Mahmud Mirzə də ona iltifat etmişdi. Sonralar fövqəladə
böyümüş və Sultan Mahmud Mirzə həyatda ikən əsgəri hardasa beş-altı mi-
nə çatmışdı. Bədəxşanı çıxmaqla, Amu-Dəryadan Hindıquş dağına qədər
olan vilayətlər bütünlüklə ona aid idi.
Ziyafətləri və cömərdliyi yaxşı idi. Əlində olanı yeməkdən çəkinməz-
di. Mala qiymət verib onu əldə etməyi bacardığı kimi bol-bol da sərf edirdi.
Sultan Mahmud Mirzədən sonra, onun oğullarının zamanında da çox yük-
səlmiş və əsgəri iyirmi minə yaxınlaşmışdı.
Namaz qılması və haram yeməməsi ilə birlikdə batil və fasiq, axmaq,
anlayışsız (29 a) və nankor bir adamdı. Beş günlük fani dünya üçün özünün
böyütdüyü, vəlinemətinin oğullarından birini kor elədi, digərini isə öldürdü.
Allah nəzdində asi və xalqın gözündə rədd edilmiş oldu, qiyamətə qədər lə-
nətlənməyə və nifrətə layiq biri oldu. Bu müvəqqəti dünya üçün belə pis iş-
lər gördü.
Bu qədər abad vilayətə, bu qədər çox və silahlı əsgərə sahib olduğu
halda bir toyuğa qarşı belə müharibə eləmədi. Bu kitabda yeri gəldikcə on-
dan təkrar bəhs ediləcəkdir.
Başqa bir əmiri Məhəmməd Elçi-Buğa: koçindi. Sultan Əbu Səid
Mirzənin bir davası zamanı, Bəlx qapısında həzarə müharibəsində, qovğaya
qarışmış və yumruq atmışdı. Cəsur bir adamdı. Mirzəyə hər zaman xidmət
edirdi və Mirzə də onun fikrinə görə hərəkət edirdi. Sultan Hüseyn [Bay-
qara] Mirzə Qunduzu mühasirə edəndə, Xosrov şaha paxıllığı üzündən az
əsgərlə və zirehsiz olduğu halda bir gecə basqına getdi, ancaq heç bir şey
edə bilmədi. O qədər çox əsgərə qarşı nə edə bilərdi ki? Arxasından təqibçi
göndərildi, axırda özünü çaya atdı və boğuldu.
Başqa bir əmiri Əyyub [Bəyçik] Sultan Əbu Səid Mirzənin yanında,
Xorasan çöhrə bölüyündə xidmət edirdi. Cəsur bir adamdı. [Sultan Mahmud
Mirzənin oğlu] Baysunqur Mirzənin bəy-atəkəsiydi. Yeməyi və geyinməsi
qəribə idi. Lağlağıydı. Sultan Mahmud Mirzə (29 b) ona bihəya (utanmaz)
deyə xitab edirmiş.
Başqa bir əmiri Vəli Xosrov şahın kiçık qardaşıydı. Adamlarına yaxşı
BABURNAMƏ
47
baxırdı. [Sultan Mahmud Mirzənin oğulları olan] Sultan Məsud Mirzənin
gözünə mil çəkilməsinə və Baysunqur Mirzənin öldürülməsinə səbəb oldu.
Hamının qiybətini edirdi. Pis və əxlaqsız, özündən bədgüman, bəd fikirli və
alçaq bir adam idi. Özündən başqa heç kimi heç bir işdə bəyənməzdi. Mən
Qunduz vilayətindən gələrək Duşi civarında Xosrov şahı adamlarından ayı-
randa, özünə də getməsi üçün izin verəndə Vəli də özbək təhlükəsindən qaç-
maq üçün Əndərab və Siraba gəlmişdi. O civardakı aymaqlara hücum edib
yağmaladıqdan sonra bizə qoşulmaq üzrə Kabilə gəldi. Daha sonra Məhəm-
məd Şeybani xanın yanına getdi və Səmərqənd şəhərində başı kəsildi.
Başqa bir əmiri Şeyx Abdullah Barlas idi. Əba Bəkr Mirzə ilə Sultan
Mahmud xanın bibisi olan Şah Sultan Məhəmmədin qızıyla evli idi. Çox dar
paltar geyinirdi. Həlim və əsalətli bir adamdı.
Başqa bir əmiri Mahmud Barlas Nundaqlı barləslardandı. Sultan Əbu
Səid Mirzənin yanında bəy idi. Sultan Əbu Səid Mirzə İraq vilayətini ələ
keçirdikdən sonra [=1468] Kirmanı Mahmud Barlasa vermişdi. [Sultan
Mahmud Mirzənin kiçik qardaşlarından və eynı zamanda Baburun əmilə-
rindən biri olan] Əba Bəkr Mirzə (30 a) Məzid bəy Arğun və qaraqoyunlu
türkmən bəylərilə birləşərək Sultan Mahmud Mirzənin üzərinə Hisara
hücuma keçəndə Sultan Mahmud Mirzə Səmərqəndə böyük qardaşınin yanı-
na getdi [=1469], ancaq Mahmud Barlas Hisarı təslim etməyərək yaxşı
müdafiə etdi. Şairdi və divan tərtib etmişdi.
BAYSUNQUR MİRZƏNİN SƏMƏRQƏND TAXTINA ÇIXMASI
Sultan Mahmud Mirzənin ölümündən sonra Xosrov şah bu hadisəni
əhalidən gizləyərək xəzinəyə əl uzatdı. Belə bir xəbər heç gizli qalarmı?
Dərhal bütün şəhər xalqına yayıldı. Səmərqənd əhalisi üçün o gün böyük bir
bayramdı. Əsgər və xalq Xosrov şaha hücum etmək istədi. Əhməd Hacı bəy
və tarxan bəyləri qovğanı yatışdıraraq Xosrov şahı şəhərdən çıxarıb Hisara
göndərdilər.
Sultan Mahmud Mirzə həyatda ikən Hisarı böyük oğlu Sultan Məsud
Mirzəyə, Buxarayı isə Baysunqur Mirzəyə vermiş və oğullarını oralara gön-
dərmişdi. Buna görə də öldüyü zaman heç biri yanında deyildi.
Xosrov şahı çıxardıqdan sonra Səmərqənd və Hisar bəyləri birləşib or-
taq qərara gəldilər: adam göndərərək Buxarada olan Baysunqur Mirzəni gə-
tirdib Səmərqənd taxtına oturtdular. Baysunqur Mirzə padşah olanda on sək-
kiz yaşında idi.
Bu əsnada [Baburun dayısı] Sultan Mahmud xan Sultan Cüneydin, (30
b) Barlasın və digər bəzi Səmərqənd böyüklərinin sözünə uyub əsgərini top-
ladı və Səmərqənd taxtını istəyərək Kənbay civarına gəldi.
Səmərqənddəki Baysunqur Mirzə də çox qüvvətli və təchizatlı qoşunla
Zəhirəddin Məhəmməd BABUR
48
onun qarşısına çıxdı. Kənbay civarında meydan müharibəsi oldu. Moğol əs-
gərinin ən mühüm bölümünü idarə edən Heydər Göyəldaş önçü idi və əsgə-
rinin hamısı atdan enərək ox atırdı. Ancaq adlı-sanlı və qeyrətli Səmərqənd
və Hisar igidləri qrubu atlarını onların üstünə sürəndə Heydər bəyin ko-
mandanlığında olanların hamısı atların ayaqları altında qaldı. Bunlar yenil-
diyinə görə digərləri də savaşmayaraq yenildilər. Moğolların çoxu tələf oldu
və Baysunqur Mirzənin hüzurunda bir çoxunun başı kəsildi. Ölülərin çoxlu-
ğundan üç dəfə onun çadırının yerini dəyişdirmək məcburiyyətində qaldılar.
BABURUN İSFƏRANI MÜHASİRƏYƏ ALMASI
Manlıq elindən olan İbrahim Saru kiçıkliyindən bəri atamın xidmətin-
də çalışaraq bəylik rütbəsinə qədər yüksəlmiş, sonra bir qəbahəti üzündən
qovulmuşdu. O bu əsnada İsfəra kurqanına girib Baysunqur Mirzə adına
xütbə oxudaraq mənə müxalifət etdi.
Şaban ayında [=1495 aprel-may] İbrahim Sarunun fitnəsini dəf etmək
niyyətilə (31 a) qoşuna hərəkət əmri verildi. Həmin ayın sonlarında İsfəranı
mühasirəyə almağa başladıq. O gün igidlər öz başlarına hərəkət etdilər və
oraya çatar-çatmaz kurqanın bayır tərəfində hələ tamamlanmamış bir isteh-
kamı ələ keçirdilər.
Seyid Qasım eşik-ağa o gün hamıdan daha yaxşı hərəkət edərək qılınc
çalmaqda başqalarını geridə qoydu. Orada Sultan Əhməd Tənbəl və Mə-
həmməd Dost Əli Tağayi də qılınc çaldı, ancaq bahadırlıq payəsini
1
Seyid
Qasım aldı. Bahadırlıq payəsi moğollarda əski bir adətdir. Hər bayram və
ziyafətdə daha yaxşı qılınc işlədən adama bahadırlıq payəsi verilir. Şahru-
xiyyəyə dayım Sultan Mahmud xanı görməyə gedəndə bahadırlıq payəsini
yenə Seyid Qasım almışdı.
Müharibənin ilk günündə ata-əkəm Xudaverdi bəyə zəmbərək
2
oxu
dəyib öldürdü. Zirehsiz savaşdığı üçün bəzi igidlər öldü, bir çoxu da yara-
landı, İbrahim Sarunun yanında zəmbərək atan bir adam vardı, fövqəladə
dərəcədə yaxşı atırdı. Onun kimi yaxşı zəmbərək atan görünməmişdir. Xal-
qın çoxunu yaralayan o idi. Kurqanı alandan sonra mənim xidmətimə girdi.
Mühasirə uzanınca üç-dörd yerdə divarlar ucaldılması, lağımlar qazıl-
ması (31 b) və qalanın alınması üçün lazımi işlərlə ciddi şəkildə məşğul ol-
mağa dair əmrlər verildi. Mühasirə qırx gün qədər sürdü. Nəhayət, İbrahim
Saru aciz qaldı. Xoca Mövlana qazının vasitəçiliyi ilə qulluğu qəbul edərək,
1
Bahadırlıq payəsi: çuldu, yaxud bahadurluq ülüşü: savaşda göstərilən şücaətə görə
hökmdarın hüzurunda verilən maddi mükafat üçün işlənən termin.
2
Zəmbərək: holuqlu taxtaya bağlı qurma yaydan və dörd guşəli, baş barmaq qalınlığın-
da, ucu dəmirli, arxasında düz uçmağı təmin edən lələyi olan oxdan meydana gələn atəşsiz
silah növü. Əsgərin zirehlərini dələcək gücdədir.
BABURNAMƏ
49
şəvval ayında [=1495 iyun] qılınc və oxdanını boynuna asaraq gəlib xidmə-
timizə girdi və kurqanı təhvil verdi.
BABURUN XOCƏNDİ GERİ ALIB
SULTAN MAHMUD XANLA GÖRÜŞMƏSİ
Xocənd uzun müddətdən bəri Ömər Şeyx Mirzənin idarəsində idi. An-
caq bu xaos zamanı və orada iş başındakıların maymaqlığı üzündən [Ömər
Şeyx Mirzənin böyük qardaşı, Baburun ən böyük əmisi] Sultan Əhməd
Mirzəyə keçmişdi. Bu qədər yaxınında olduğumuz üçün onun üstünə də yü-
rüdük. Xocənddə Mir Moğulun atası Əbdülvəhhab Şiğavul vardı. Yaxlaşan
kimi şəhəri problemsiz təhvil verdi.
Bu zaman Sultan Mahmud xan Şahruxiyyəyə gəlmişdi. Bundan bir
müddət öncə Sultan Əhməd Mirzə Əndican civarına gələndə, yuxarıda bəhs
edildiyi üzrə, xan da gəlib Axsini mühasirəyə almışdı. «Madam aradakı mə-
safə bu qədər yaxındır, xan da atamın və böyük qardaşımın yerindədir, ge-
dib ziyarət edərək ehtiram göstərsəm, bu surətlə həm keçmişdəki incikliklər
ortadan qalxar, həm də uzaqda və yaxında bunu eşidən və görənlər üçün də
yaxşı olar» deyə düşündüm.
Beləcə gedib Şahruxiyyənin kənarında Heydər bəyin [Göyəldaş] sal-
dırdığı bağda onu ziyarət etdim. Bağın ortasına qurulmuş (32 a) böyük bir
çadırda oturmuşdu. Çadıra girincə üç dəfə yükündüm. Xan da sayğı göstə-
rərək yerindən qalxdı. Salamlaşıb dönərək təkrar yükündükdən sonra məni
yanına çağırdı, çox şəfqət və mehribanlıq göstərdi.
Bir-iki gün sonra Kəndirli keçidi üzərindən Axsi və Əndican tərəfə hə-
rəkət etdim. Axsiyə gəlib atamın məzarını ziyarət etdim. Axsidən cümə na-
mazı vaxtı çıxdım və Bəndi-Salar yolu üzərindən axşam namazıyla yatsı na-
mazı arasında Əndicana gəldim. Bu Bəndi-Salar yolu doqquz ağacdır.
Əndican vilayətinin köçərilərindən olan çuğraq çox iri, beş-altı min ai-
ləlik bir eldir. Fərqanə ilə Kaşğar arasındakı dağlarda yaşayırlar. At və qo-
yunları çoxdur. O dağlarda öküz yerinə kutas
1
bəsləyirlər. Kutasları da çox-
dur. Dağları sarp və sınırda olduğu üçün vergi verməyə çox da istəkli görün-
mürlər. Əsgərin komandasını Qasım bəyə [Koçin] verərək oralardan mal
alıb əsgərə bəzi şeylər gətirməsi üçün çuğraqların üstünə göndərdim. İyirmi
minə yaxın qoyun, min-min beş yüz də at alıb əsgərə payladı.
Əsgər çuğraq sərəfindən qayıdan kimi Ura-Təpə üzərinə yürüdük. (32
b) Bura bir müddət Ömər Şeyx Mirzənin idarəsində olmuş, Mirzənin ölə-
cəyi il əlindən çıxmışdı. İndi isə orada Baysunqur Mirzə adından onun kiçık
qardaşı Sultan Əli Mirzə vardı. Sultan Əli Mirzə gəlişimizi xəbər alınca Pel-
qar və Məsiha dağlarına çıxmış, Ura-Təpədə ata-əkəsi Şeyx Zünnunu [Ar-
1
Kutas: bir dağ öküzü növü.
Zəhirəddin Məhəmməd BABUR
50
ğun] qoymuşdu.
Xocənddən keçib yarı yola gələndə Xəlifə [Nizaməddin Əli Barlas] el-
çi olaraq Şeyx Zünnunun yanına göndərildi. O axmaq və alçaq adam müsbət
bir cavab vermək bir yana, Xəlifəni həbsə ataraq öldürülməsini əmr etdi.
Əcəli gəlmədiyi üçün Xəlifə qurtularaq, min cür məşəqqət və əzab çəkərək
piyada və çılpaq bir halda iki-üç gün sonra yanımıza gəldi.
Ura-Təpə civarına çatdıq. Qış yaxınlaşdığı üçün əhali çöldəki məhsul-
larını tamam yığmışdı. Bu üzdən bir neçə gün sonra Əndicana qayıtdıq.
Bizim geri qayıtmağımızın ardından [Sultan Mahmud] xanın adamları
Ura-Təpənin üstünə yürüdülər. Ura-Təpəlilər müqavimət göstərə bilmədən
şəhəri buraxıb çıxdılar. Xan da Ura-Təpəni [Baburun xalası oğlu] Məhəm-
məd Hüseyn Gürgana [Duğlat] verdi. Ura-Təpə o gündən etibarən 908-ci ilə
[=1502/3] qədər Məhəmməd Hüseyn Gürganın idarəsində qaldı.
FƏRQANƏ - 901 (21 SENTYABR 1495 – 9 SENTYABR 1496)
DOQQUZ YÜZ BİRİNCİ İLİN HADİSƏLƏRİ
BABURNAMƏ
51
SULTAN HÜSEYN MİRZƏNİN HİSARI
MÜHASİRƏ ETMƏSİ VƏ GERİ ÇƏKİLMƏSİ
Sultan Hüseyn [Bayqara] Mirzə qışda Xorasandan Hisara (33 a) qoşun
çəkərək Termiz [çayının] qarşı sahilinə gəldi. Sultan Məsud Mirzə də əsgə-
rini toplayaraq Termizin digər sahilinə gəlib yerləşdi. Xosrov şah Qunduz
kurqanının müdafiəsini qüvvətləndirdi və kiçık qardaşı Vəlini qoşuna başçı
qoyaraq Sultan Məsud Mirzənin yanına göndərdi. [Hər iki ordu] qışın xeyli
hissəsini çay kənarında keçirdi və sudan keçə bilmədi.
Sultan Hüseyn Mirzə iş bilən və təcrübəli bir padşah idi. Qunduza
doğru, çayın yuxarı tərəfinə getdi. Qarşısındakı əsgərin diqqətini yayındırıb
Əbdüllətif Bəxşi komandanlığında beş-altı yüz seçmə adamını Kilif keçi-
dinə göndərdi. Qarşı tərəfdəki əsgərlər bu işdən hali olana qədər Əbdüllətif
Bəxşi adamlarıyla birlikdə Kilif keçidini keçərək çayın qarşı kənarını zəbt
etdi. Bu barədə Sultan Məsud Mirzəyə xəbər çatanda Xosrov şahla Vəli dər-
hal onların üstünə hücum çəkməyi israrla təklif etdilər. Ancaq Sultan Məsud
Mirzənin cəsarətsizliyindən və ya Vəlinin müxalifi olan Baqi Çağanyaninin
fikrinə uymasından çayı keçən bu adamların üstünə getməyərək məğlub ki-
mi Hisar tərəfinə qayıtdılar.
Sultan Hüseyn Mirzə çayı keçərək [oğulları] Bədiüzzaman Mirzə, İb-
rahim Hüseyn [Mirzə], Məhəmməd Vəli bəy və Zünnun bəy Arğunu Xosrov
şahın üstünə ilqar
1
olaraq göndərdi, Müzəffər [Hüseyn] Mirzə (33 b) ilə
Məhəmməd Burunduq Barlası Xutlan üzərinə yolladı, özü isə Hisar üzərinə
gəldi. Hisara yaxınlaşanda Hisardakılar bundan xəbərdar oldular.
Sultan Məsud Mirzə Hisarda qalmağa imkan tapa bilmədi və Kəmrud
çayını yuxarı tərəfindəki Siprə-Tağ yolu ilə Səmərqəndə, kiçık qardaşı Bay-
sunqur Mirzənin yanına getdi. Vəli də Xutlana doğru çəkildi. Hisar kurqanı-
nı isə Baqi Çağanyani, Mahmud Barlas və Qoç Bəyin babası Sultan Əhməd
bəy gücləndirdi. Bir neçə il bundan əvvəl Şeybani xandan ayrılıb Sultan
Mahmud Mirzənin xidmətinə girən Həmzə Sultan ilə Mehdi Sultan bütün
özbəkləri ilə birlikdə, Məhəmməd Duğlat ilə Sultan Hüseyn Duğlat isə Hisar
vilayətindəki moğollarla birlikdə bu qarışıqlıq zamanı Qara-Təkinə doğru
çəkildilər. Sultan Hüseyn Mirzə bu xəbərləri eşidən kimi [oğlu] Əbülmöh-
sün Mirzə ilə bəzi igidlərini Sultan Məsud Mirzənin arxasından Kəmrud də-
rəsinin yuxarısına göndərdi. Dərəyə girdikləri vaxt arxadan çatdılar, ancaq
heç bir şey eləyə bilmədilər. Mirzə bəy Frəngibaz [orada] qəhrəmancasına
qılınc çaldı.
Sultan Hüseyn Mirzə əlavə olaraq İbrahim Tarxanı və Yaqub Əyyubu
1
İlqar/ilgər: bu terminlə çox sürətli hərəkət edən yüngül silahlı bölük, yaxud kiçik hərbi
dəstə və ya hissə nəzərdə tutulmuş olmalıdır. Bax: Qeydlər və izahlar.
Zəhirəddin Məhəmməd BABUR
52
da bir qədər əsgərlə birlikdə Həmzə Sultanın və moğollarm üstünə Qara-Tə-
kinə göndərmişdi. Bunlar da [onların] arxalarından yetişərək Qara-Təkində
vuruşdular, Sultan Hüseyn Mirzənin (34 a) axınçılarını məğlub edərək bəy-
lərin çoxunu ələ keçirdilər, ancaq təkrar azad elədilər.
Belə olduqda Həmzə Sultan, Mehdi Sultan, Həmzə Sultanın oğlu Ma-
maq Sultan, sonralar Məhəmməd Duğlat Hisari adıyla tanınacaq Məhəm-
məd Duğlat, Sultan Hüseyn Duğlat və bu sultanların idarəsindəki özbəklər
ilə Hisar vilayətində yaşayan və Sultan Mahmud Mirzənin adamları olan
moğollar bizim xidmətimizə girmək istəyərək ramazan ayında [=1946 may-
iyun] Əndicana gəldilər. O zaman teymurilərin adətinə uyğun olaraq döşək
üstündə otururdum. Həmzə Sultan, Mehdi Sultan və Mamaq Sultan gəlincə
bunlara hörmət əlaməti olaraq ayağa qalxıb döşəkdən endim və onlarla gö-
rüşdüm. Sultanlara sağ tərəfimdə bağdaş qurdurdum. Məhəmməd Duğlat
Hisarinin komandanlığındakı bütün moğollar gəldilər və xidmətimə girmək
istədilər.
Sultan Hüseyn Mirzə gəlib Hisar kurqanını mühasirəyə aldı. Lağım
açmaq, kurqana hücum etmək, daş atmaq və qazan
1
qurmaq işləriylə gecə-
gündüz durmadan uğraşırdı. Dörd-beş yerdə lağım açıldı. Şəhər tərəfindəki
qapıda açılan lağım xeyli irəliləmişdi. Kurqan içində olanlar da öz lağımla-
rını açıb bu lağımı tapdılar və (34 b) yuxarıdan buraya tüstü buraxdılar. Am-
ma Mirzənin adamları öz lağımlarını bağlayanda tüstü yuxarı, kurqanı qoru-
yanların özünə qayıtdı. Kurqanı qoruyanlar can hövlünə düşərək qaçdılar.
Axırda su gətirib tökərək bayırdan girənləri lağımla qaçmağa məcbur etdilər.
Bir dəfə də bir neçə ürəkli igid yuxarı çıxıb lağımın yanındakıları qaçırtdı.
Bir dəfə isə Mirzənin olduğu şimal tərəfdən qazan qurub çoxlu daş
ataraq qalanın bir bürcünü zədələmişdilər. Yatsı namazı vaxtı bürc yıxıldı.
Bəzi igidlər dərhal hücum etmək istədilər. Ancaq Mirzə gecə olduğu üçün
izin vermədi. Kurqandakılar isə sabaha qədər bürcü tamamilə təmir etmişdi-
lər. Ertəsi gün də müharibə olmadı. Bu iki-iki ay yarımda bütün iş lağım aç-
maq, qalacıqlar qurmaq və daş atmaqdan oyana keçmədi. Əsaslı bir savaş
olmadı.
Bədiüzzaman Mirzənin idarəsində Xosrov şahın üstünə göndərilən qa-
filə Qunduzdan üç-dörd ağac qədər aşağıda bir yerə gələndə Xosrov şah bü-
tün adamlarını döyüş qaydasında düzərək Qunduzdan çıxdı və ertəsi gün
Bədiüzzaman Mirzənin əsgərinin üstünə yürüdü. O qədər mirzənin və sərdar
bəyin (35 a) adamları Xosrov şahın adamlarının iki misli qədər olmasa da,
bir yarım misli olduğu halda ehtiyat edərək səngərdən çıxmadılar. Xosrov
şahın əsgəri yaxşı-pis, böyük-kiçık dörd-beş min qədər idi. Xosrov şah bu
fani dünya üçün və bivəfa nökər-naibi üçün bunca zülm və ədalətsizliyi özü-
nə adət etmiş, bunca böyük vilayətlər almış və bu qədər çox adam saxlamaq
1
Qazan: əslində böyük tava mənasına gələn bu söz böyük top anlamında da işlənir.
BABURNAMƏ
53
yolunu seçmiş (ömrünün sonuna doğru adamlarının sayı təqribən iyirmi-
otuz minə çıxmışdı, torpaqları isə öz padşahının və mirzələrin torpağından
daha çox idi) bir adam idi. Bu iş onun həyatında gördüyü yeganə iş oldu.
Xosrov şah və onun tabeliyindəkilər bu iş sayəsində sərdarlıq və cəsarətdə
nam qazandılar, səngərdən çıxmayanlar isə öz qorxaqlığı və cəsarətsizliyi
ilə bədnam oldular.
Bədiüzzaman Mirzə oradan çəkilərək çox çətinliklə Taliqanın böyük
bağına gəldi. Xosrov şah özü Qunduz kurqanında idi, kiçık qardaşı Vəlini
isə Mirzəni narahat edəcək bəzi qarışıqlıqlar çıxarmaq üçün bir dəstə seçmə
igidlə birlikdə İşkəmiş, Fülula və ətraf dağların ətəklərinə göndərmişdi. Mü-
hib Əli Qurçu da bir dəstə yaxşı igidlə birlikdə gəlmişdi və Xutlan çayının
Dostları ilə paylaş: |