Bakı 2007 Elmi Redaktoru və sponsoru: Fəlsəfə elmləri doktoru, professor


Yenidən Maviyyəninİblis lənətliyin hiylə və mərklərini yadına salması



Yüklə 2,29 Mb.
səhifə20/27
tarix15.03.2017
ölçüsü2,29 Mb.
#11341
1   ...   16   17   18   19   20   21   22   23   ...   27

Yenidən Maviyyəninİblis lənətliyin hiylə və mərklərini yadına salması

Maviyyə belə dedi: - Bunlar «haqq»dır ey Şeytan!

Lakin bu mərhəmətdən, sənə pay yox, bir utan!

Mən tək yüz min insanı, öz toruna salmısan,

Quyulara salaraq, günahdan pay almısan.

Sənin odunla yansam, dərdimə çarə yoxdur!

Edilməyən, paltarı əlinlə parə, yoxdur!

Ey sən bəlalı atəş, yanğın ağrısı çoxdur!

Yandırmayana qədər, yanğına çarə yoxdur!

Lənət olsun, o sənin qondarma üsuluna!

Ustalıqla etdiyin, yandırma üsuluna!

Allahınla üzbəüz, danışıq aparmısan!

Məkrinlə Allahından, ömür də qoparmısan!

Hiyləli ustalılığın, bir fıştırıq səsi tək,

Sanki «quş sədası»dır, lakin «quş tələsi» tək!

Yüz minlərlə «quşların», sən yolunu kəsmisən,

Qürrələnən «quşların», sağ-solunu kəsmisən!

Havada eşidən tək, fıştırığın səsini,

Enir olur əsirin, duyuruq naləsini.

Nuh milləti məkrindən, daim nalədə olmuş,

Sinələr parə- parə, ürəklər qanla dolmuş.

Ad kimi bir padşahın, ömrünü zay eylədin!

Yolundan azdıraraq, əzaba tay eylədin!

Qövmü Lut köməyinlə, daş qalaq olmuş bütün,

Qara sular udaraq, yerdən silmiş büsbütün.

Köməkliyin Nəmrudun, beynini yerə tökmüş,

Ey, minlərlə bəlalar, Sənin əlindən keçmiş!

«Gözəl filosof» Firon, öz dərin adı ilə,

Kor oldu əməlinlə, düşdü dillərdən- dilə!

Sənin köməkliyinlə, Bu Ləhəb yolun azdı,

Bül Həkəm, Bu Cəhil tək, özünə qəbir qazdı.

Hiyləli şahmatınla, qurduğun oyunlarla.

Yüz minlərlə üstadı, mat etmisən, ah- zarla.

Ey, Sənin yaratdığın, müşküllər təsirindən,

Canlar saralıb- solmuş, ürəklər azmış dindən.

Sənin «dəniz» hiyləndə, hülqumlar, bir qətrə tək,

Sən yekə bir dağ kimi, Süleyman bir zərrə tək.

Ey hiyləgər, məkrindən, kimlər qurtula bilər?!

Məni tufandan yalnız, Haqqım qurtara bilər!316

Çoxlu parlayan ulduz, hiylələrinlə yanmış!

Çoxlu nəhəng ordular, qanına qəltanlanmış!

Çox müsəlman əlinlə, imanını itirmiş,

Göydən yerə gömülmüş, cəhənnəmdə oturmuş!

Çoxlu Bələm kimilər, əməlinlə məhv oldu.

Çox Bərsisa kimilər, hiylənlə kafər öldü.
Yenidən iblis lənətliyin maviyyəyə cavabı
Iblis də Maviyyəyə dedi: - Açım sirləri?!

Mən «qəlblərə» məhəkəm, dinlə məni, gəl bəri!

Şirlə- it kimi məni, Haqq imtahan eylədi;

Daxilimi əyani açıb, bəyan eylədi!

Mən hər zaman qəlbləri, qaraüzlü etmişəm.

Mən sərrafam qəlblərə, qiymət verib getmişəm.

Yaxşılara, yaxşı tək, yolları göstərmişəm.

Pislərə də, pislər tək, kolları göstərmişəm.

Mən bağbanam bəslərəm, şux cavan fidanları,

Quru «budaqların»sa, halal mənə, qanları.

Otu hazırlamaqda, bilirsən məqsədim nə?!

Heyvantək olanları bilim, təyin edim nə?

It, ahudan bir bala, doğmuş olarsa əgər?!

Itdir, ya ahu, səni şəkə salarsa əgər?!

Sən otla, sümükləri, tök onun qarşısına.

Izlə hansına tərəf gedər, diqqət et ona.

Əgər sümüyə tərəf qaçsa, itdir şübhəsiz.

Əgər otu axtarsa, bil ki, ahudur şəksiz.

Qəzəblə – lütf cütləşmiş, baxma zidd olsalarda.

Ikisindən doğulmuş, xeyirlə- şər cahanda.

Sən ot ilə- sümüyü, Haqqa sifariş eylə.

Nəfsə dözüm, cana güc, Haqqından xahiş eylə.

Yalnız tikə dalınca, nəfs qaçırsa fayda yox.

Ruha qida axtarsa, bu isdə faydalar çox.

Bir şəxs əgər canına, xidmət etsə olar xər.317

Baş vursa can bəhrinə,318 onda tapacaq gövhər.

Baxma ki, xeyirlə- şər, zidd- ziddin içindədir?!

Lakin hər ikisi də, bir işin içindədir!

Nəbilər itaətin, xahişində olurlar.

Düşmənlərsə, şəhvətin, xahişində olurlar

Yaxşını pis eyləsəm, sadiqləri deyiləm.

Onların baisiyəm, xaliqləri deyiləm.

Yaxşını pis edənəm, yaradanı deyiləm,

Pislərə, yatanlara, bir ayna tək mayiləm.

Hindu özü dərdindən, yandırdı ayinəni,

Düşündü «üzü qara», göstərir ayna məni.

Ayinə ona dedi: - Bu günah mənim deyil.

Cəza mənim yox, sənin, günah özünküdür, bil.

Mənim xislətim belə, hər şeyi düz göstərmək!

Bilinsin çirkin kimdir, yaxşı kim, xəbər vermək!

Şahidə zindan yoxdur, mən bir şahid kimiyəm.

Zindan əhli deyiləm, mən Allah şahidiyəm!

Harda görsəm bir ağac, barıyla meyvəsiylə,

Dayə kimi bəslərəm, üzümü meynəsiylə.

Harda görsəm ağacı, təlx, quru meyvəsiylə;

Onu dibdən kəsərəm, cücərməz heç nə ilə.

Quru deyər bağbana ki, sən ey cavan oğlan?!

Məni neyçin kəsirsən, mənəm xətasız olan?!

Bağban deyər ağaca, sus ey çirkin xislətli!

Quruluq sənçin xəta deyil, ey pis niyyətli?!

Quru deyər: - Mən düzəm, əyri deyil qamətim,

Neyçin mən günahsızın, peyin vurmaq, niyyətin?!

Bağban ona söyləyər: - Fəxr etmə qamət ilə!

Olaydın əyri, yaşıl, dost olardım səninlə.

Həyat sularını sən, cəzb eyləyən olmusan,

Həyat suyu içində, bələşmisən, qalmısan.

Nütfən ilə, əslinlə, pis toxumlu olmusan,

Vəslin pis ağacladır, onçun belə qalmısan.

Yaşıl budaq xoşluqla, yetirsə vüsalına,

O xoşluq nütfədən sə, onda xoşa halına.

Din yolunda ayıltdım, səni Maviyyə əgər,

Mənim xislətim budur, xislət hər şeyə dəyər.


Maviyyənin Şeytan lənətliyi sərt, kobud və qaba sözlərlə acılaması
Əmir belə söylədi:- Yol kəsən, etmə höcət!

Özünə nicat yoxsa, mənə axtarma nicat.

Sən bir yolkəsən kimi, mənsə qərib tacirəm,

Nə libası götürsən, mən verməyə məcburəm.

Libasımın tozunu, çırpma sən kafirlikdən!

Heç kəsin libasına, müştəri tək deyilsən.

Yol kəsən heç bir zaman, müştəri kimi olmaz!

Əgər müştəri olsa, məkrsiz qala bilməz!


Iblisin hiyləli məkrindən nicat tapmaq məqsədi ilə maviyyənin Haqqı- Taalaya zar-zar yalvarması
Nə vaxtacan paxıllıq, belə davam edəcək?!

Haqq fəryada çat, məni bu düşmən, ram edəcək!

Yenə imkan taparaq, evimə girsə əgər?!

Daxilimdə nə varsa, oğurlayıb götürər.

Danışdığı hədislər, ey Allah, tüstü kimi,

Tanrım, rəhm eylə mənə, qaraldır daxilimi!

Höcət eyləyə bilməm, bu ləinİblis ilə,

Hər şərifə fitnəkar, məni də tutar dilə.

«Əlləməl əsma» 319 olan, Adəmi etdi xəcil!

Öz yolundan döndərdi, bu it ötərək dil- dil!320

Behiştdən qovduraraq, atdırdı səhralara,

«Balıq tələsi» qurub, Səmakı321 saldı tora.

«Innə zəlləmna»322 deyib, ağlayıb, sısqadılar,

Onun ovsunu ilə tora düşdük, dedilər.

Onun hər hədisinin, içindən şər cücərir,

Yüz minlərlə sehirlər, sözlərindən közərir!

«Kişilər kişilyin», nəfs ilə bağlayır o!

Qadını, kişiləri, sehriylə dağlayır o!

- Ey xalqları aldadıb, zülmə qərq edənİblis?!

Məni neçin oyatdın, doğru de, söylə hədis!

Səninlə höcətləşmək, iqtidarım yox daha!

Qərəzkarlığın nədir, söylə, qoyma sabaha?!



Yenidənİblisin hiyləyə əl atması

Iblis dedi: - Hər kişi, «bədgüman»323 olsa əgər,

Doğru sözü eşitməz, yüz dəfə söyləsələr.

Hər kəs öz daxilində, olsa şübhə – xəyalda,

Əgər sübut gətirsən, şübhə artar, hər halda.

Sözü eşidən kimi, içi səbəblə dolar,

Sanki fateh qılıncı, oğruya alət olar.

Onun cavabı sükut, söz demədən, dayanma,

Sən səbəblə söhbəti, özünə peşə sanma?!

Sən Haqqdan qorx, Ondadır nəfsinin cilovu, qan!

Çünki nəfsin şərindən özün həbsdə qalansan!

Sən məndən öz Haqqına, nədən nalə edirsən?!

Nəfs şərindən uzaqlaş, ona tərəf gedirsən.

Yediyin şirin halva, sənə irinli çiban,

Dərdli xəstəlik olar, həddən aşar qızdırman.

«Günahsız»İblisə sən lənətlər yağdırırsan.

Özündəki hiyləni, özgəsindən sanırsan!

Bu hiylələr ey azğın,İblisdə yox, səndədir!

Tülkü tək fikri- zikrin, piy, quyruq üstündədir!

Çəmənlikdə qoyulmuş, quyruğu görsən əgər,

Bil ki, sənə tələdir, o piydən eylə həzər!

Bilmirsən, nəfsin sənin, elmini yox eyləmiş!

Gözünü kor, ağlının, kütlüyün çox eyləmiş!

Dünya malını sevmək, səni kor- kar edibdir,

Nəfsin günaha dartıb, ruhunu xar edibdir!

Qoyma günah üstümə, çəpgöz olma, ey «qoçaq»!

Mən pislikdən bizarəm, tamah, kin məndən uzaq!

Hərislik, tamahla, kin, müxtəlif təbə malik,

Məni dörd ziddlə qoymuş, o çox səbəbə malik.

Mən pisliklər etmişəm, daha «peşman» olmuşam,

Gündüz intizarında, gecələrdən doymuşam.

Dərdi- qəmlə ömr edib, ümidlə yaşayıram,

Bəlkə qışım yaz ola, günlərimi sayıram.

Xalq içrə müttəhiməm, günahkar sayılıram,

Günah məndə bilirlər, dərdimdən bayılıram!

«Yazıq qurd» ac yaşayır, daha günlərin sayır,

Ittiham eyləyirlər təntənədə yaşayır.

Zəiflikdən büdrəyir, yerimək ona çətin,

Xalq deyir: - Çox yemişdir, məstdir büdrəyir yəqin.

Yenidən, Maviyyənin israrlaİblisi günahlandıraraq cavab verməsi
Maviyyə belə dedi: - Düzlük səni qurtarar,

Ədalət doğruluğa çağırar, qaçma kənar.

Doğru danış, doğru din, çəngimdən qurtarasan,

Hiylən yatıra bilməz, hirsimi belə asan.

Dedi:- Necə bilirsən, doğru, yalan hardadır?!

Ey xəyalla yaşayan, doğru fikir dardadır!

Dedi: - Nəbi söyləmiş, düzün bəyan eyləmiş,

Yaxşı qəlbi, xoş işi, məhək qoyub söyləmiş.

O demiş: - Yalançılıq, ürəkdə bir şübhədir!

Doğruluqsa ürəkdə, sevincə xidmət edir.324

Ürək sakitlik tapmaz, yalan danışsan əgər,

Yağla- su qarışarsa, görünərmi şölələr?!

Hədisdə söylənilmiş:- Düzlük qəlbə aramlıq,

Doğruculluq, bir dərman, ürəklərə bir ramlıq!

Pis danışan ağızdan, ürək incisə əgər,

Bunu, onu bilməyib, ağız olsa dəngəsər,

Əzabdan, əziyyətdən, ürək necə saflaşar?!

Yalanlar dadsızlaşar, düzlük qaynayıb daşar?!

Adəmin hərisliyi, onu buğdaya çəkdi,

Qəlbindən səadəti qovub, yalanı əkdi.

Sonra yalan işvəni, dinləyib, qulaq asdı,

Qürrələnib nuş etdi, əməlində tələsdi.

Əqrəbliyi buğdadan, bilməyib, nəfsə girdi,

Yaxşı- pisi seçməyib, etibarın itirdi.

Xalqlar arzu- həvəsdən məst olub, uyğudadır,

Onçun sənin əlini, tutub, zəhərlər dadır.

Hər kim nəfs həvəsindən, özün qoruşa əgər,

Qulaqları eşidər, bu sirrləri dərk edər.

Həmçinin hekayədə, deyilmiş belə sirrlər.

Eşit dərk eylə onu, həll olunsun müşküllər!



Bir Qazinin qəza afətindən şikayəti və onun nayibinin ona cavabı

Bir qazi oturaraq ağlayırdı zar- zar,

Onun nayibi dedi: - Ağlamaq neçin, ey yar?!

Ağlamaq, fəryad etmək, sənə layiq deyil, bil!

Şadlıq, mübarəkbadlıq vaxtıdır, sən danış, gül!

Dedi:- Ah! Əgər hökmü, doğru- dürüst verməsəm,

Sanki iki dünyada, cahiləm, dərk etməzəm!

Hər iki düşmən bilər, hansı düz, hansı səhfdə,

Yazıq qazi nə bilər, günah hansı tərəfdə?!

Cahil, qafil, ikisi, öz halların dərk etmiş,

Necə qanları axmış, necə malları getmiş?!

Dedi:- Düşmən bilənsə, bəs nədən cahil kimi?!

Sənsə millətin şami, yanırsan aqil kimi?!

Sənin günahın yoxdur, günah arasındasan,

Onçun sakitdir qəlbin, gözlərin görür asan!

Qərəzləri, hər iki aləmi, kor eyləmiş,

Biliklərini günah, içində gor325 eyləmiş.

Cahili günahsızlıq, alim tərbiyə edər,

Alim günahla olsa, elmi əməlsiz gedər.

Nə qədər rüşvətsizsən, uzaqgörən olarsan,

Elə ki, tamah etdin, çox ziyana qalarsan.

Həvəsdən xislətimi tərgidib, buraxmışam,

Şəhvət tikələrini az yemişəm, qorxmuşam.

Qəlbim dada baxaraq, işıqlanıb, nurlanmış.

Həqiqəti yalandan, ayıraraq, varlanmış.

Maviyyəninİblis lənətliyi danışdırması və onun etirafları

Dedi: - Ey məlun köpək, cavab ver, hürmə görüm!

Doğru sözləri söylə, yalanı qurma görüm!

Məni neçin oyatdın, yuxuma haram qatdın?!

Sən ey hiyləgər xəbis, neçin düşmənlik etdin?!

Xaşxaş kimi hamıya, yuxular gətirirsən!

Şərab kimi hamının, ağlını itirirsən!

Çarmıxa çəkdirərəm, mənə düzünü söylə,

Həqiqəti aç mənə, hiylə axtarma böylə.

Mən hər hansı bir şəxsdən, gözləyirəm düz sözü.

Hamının xasiyyəti, belə olmalı, düzü.

Mən sirkədən heç zaman, şəkər axtarmamışam,

Müxənnətdən heç vədə, leşkər326 axtarmamışam.

Atəşpərəstlər kimi, bütləri axtarmıram.

Onları Haqq sayaraq, «ayələri» sormuram.

Mən təzəkdə müşk327 ətri, heç zaman axtarmıram,

Mən arxda quru gərpic, varmı deyə, sormuram!

Oğrudan gözətçilik, etmək tələb etmirəm!

Edilməmiş əməldən, muzd almağa getmirəm!

Mən Şeytandan heç zaman, bir fayda gözəmirəm!

Yuxumdan oyadandan, bir qayda gözləmirəm!

Iblisin öz əsil batını niyyətlərini Maviyyəyə açması

Oİblis çox danışdı, xəyanətdən hiylədən,

Maviyyə istehzayla, qanmadı söhbət nədən!

O, dişinin dibindən, çıxan sözləri dedi:

- Ey filani oyan sən, aç bir gözləri dedi!

Camaat namazına, sən də çata biləsən,

Peyğəmbər arxasında, durub namaz qılasan.

Geciksən namaza sən, xeyirsiz olacaqsan,

Dünyan puç olub gedər, savabsız qalacaqsan.

Müamilədə uduzdun, əzablar çəkəcəksən!

O qoşa gözlərindən, göz yaşı tökəcəksən!

Müamilədə yüz namaz, öhdənə götürmüşdün,

Hanı namaz, hanı nur, qədir- qiymətdən düşdün.

Hər kəsin itaətdə, uduzmaq səfası var!

Şübhəsiz dözə bilməz, sonucda cəfası var!
Bir şəxsin, Camaat Namazının həsrəti ilə ah çəkməsinin fəziləti)
Camaat məscidinə bir şəxs daxil olurdu,

Məsciddənsə camaat, bu dəm xaric olurdu.

Soruşdu camaatdan nə olmuşdur hamınız,

Məsciddən sürət ilə, bayıra çıxırsınız?!

Birisi ona dedi:- Peyğəmbərlə camaat,

Bir yerdə namaz qıldı, sona çatdı bu saat.

Sən haraya gedirsən, ey sən qanmaz olan xam?!

Indi Peyğəmbər dedi, namazına vəssəlam!

Həmən şəxs ah söylədi, tüstüsü ərşə qalxdı,

Onun ahu- naləsi, qəlbləri oda yaxdı.

Camaatdan birisi, dedi:- Ahı ver mənə,

O «ah»ın əvəzinə, namazı verim sənə.

Dedi: - «Ah»ımı verdim, olsun qəbulum namaz.

O şəxs «ah»ı bəyənib, eylədi razü- niyaz.

Yalvarma, itaətlə, razılıqla qayıtdı,

Özü bir şahin idi, qartal yolunu tutdu.

Gecə yuxu zamanı, qeybdən bir səda gəldi.

«Həyat suyu»nu aldın, işlərin tam düzəldi.

Bağışlanma, qəbulun, xətrinə hörmətinə,

Bütün xalqın namazı, qəbul oldu ərşinə!


Iblisin Maviyyə ilə danışığının davamı, özünün hiyləsiylə onu aldatmasının bəyanı
Sonra cəfakar dedi:- Sən ey qüdrətli Əmir,

Hiyləmi açım sənə, dərk eylə ki, nədir sirr?!

Namaz qəza getsəydi, o vaxt artardı dərdin,

Şübhəsiz təəssüfdən, ah- fəğan eyləyərdin.

O təəssüf, o fəğan, həmin o razü- niyaz,

Səhfini bağışladar, qəbul olardı namaz.

Mən səni oyatdım ki, sən qorxub unudasan,

«Ah!» çıxmasın dilindən, şəfaətsiz yanasan!




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin