Bayramov Rəşid Mahir oğlu «Dövlətin sosial siyasətinin maliyyə təminatında büdcənin rolu»


Cədvəl 2.5. Azərbaycanda səhiyyənin əsas inkişaf göstəriciləri



Yüklə 121,59 Kb.
səhifə13/21
tarix03.01.2023
ölçüsü121,59 Kb.
#78359
1   ...   9   10   11   12   13   14   15   16   ...   21
bayramov rashid

Cədvəl 2.5.
Azərbaycanda səhiyyənin əsas inkişaf göstəriciləri




2012

2013

2014

Bütün ixtisaslardan olan həkimlərin sayı (min nəfər)

30,6

31,4

32,4

Əhalinin 10000 nəfərinə

36,3

36,8

34,5

Orta tibb işçilərinin sayı (min nəfər)

62,9

60,1

60,2

Əhalinin hər 10000 nəfərinə

70,9

66,8

63,4

Xəstəxanaların sayı

756

516

523

Xəstəxana çrpayılarının sayı (min)

67,4

45,8

42,4

Əhalinin 10000 nəfərinə

76,0

50,9

46,5

Ambulatoriya poliklinikalarının sayı

1692

1688

1690

Qadın məsləhətxanaları, uşaq ambulatoriyaları və poliklinikaların sayı

907

472

455

Hamilə və zahı qadınlar üçün çarpayılarn sayı (min)

7,4

4,6

4,2

Xəstə uşaqlar üçün çarpayıların sayı

11,3

7,0

5,9

Cədvəldən görünür ki, ölkəmizdə bütün ixtisaslardan olan həkimlərin sayı 2012-ci ildə 30,6 min, 2013-cü ildə 31,4 min və 2014-cü ildə 32,4 min olmuşdur.
Səhiyyənin ayrı-ayrı ölkələrdə inkişafını əks etdirən mühüm göstəricilərdən biri əhalinin hər 10 min nəfərinə düşən həkimlərin sayıdır. Azərbaycanda hazırda əhalinin hər 10min nəfərinə düşən həkimlərin sayı 32,4 – dir. Bu göstərici 2012-ci ildəkinə nisbətən 1,82 vahid azalmışdır.
2014-cü ildə xəstəxanaların sayı 523 olmuş və ya 2012-ci ildəkinə nisbətən 233 vahid azalmışdır. Xəstəxana çarpayılarının sayı 42,; min olmuş və ya 2012-ci ildəkinə nisbətən 25 min azalmışdır. Orta tibb işçilərinin sayı 60,2 min nəfər olmuş, əhalinin hər 10 min nəfərinə 63,4 orta tibb işçisi düşür.
Tibb müəssisələrinin və xəstəxana çarpayılarının sayının azalması səhiyyə sahəsində keçirilən islahatlarla, mərkəzləşdirmənin həyata keçirilməsi ilə əlaqədardır.
Azərbaycanda vətəndaşların sağlamlıq vəziyyətini əks etdirən əsas göstəricilərdən biri xəstələnmə hallarından ibarətdir.
Xroniki xəstəliklərlə əlaqədar 1,3 milyon nəfər və ölkə əhalisinin təxminən hər yeddi sakinindən biri dispanser müşahidəsi altında olmuşdur. Qeydiyyata alınmış xəstəliklər arasında tənəffüs orqanlarının xəstəlikləri, həzm orqanlarının xə\stəlikləri, əsəb sistemi və hiss orqanlarının xəstəlikləri, yolxusu və parazit xəstəliklər üstünlük təşkil etmişdir.
Ölkəmizdə ambulatoriya və poliklinikaların sayı 2012-ci ildə 1692 və 2013-cü ildə 1688, 2014-cü ildə 1690 olmuşdur. Qadın məsləhətxanaları, uşaq ambulatoriyaları ilə poliklinikaların sayı 455-ə çatmış, yəni 2012-ci ildəkindən 452 vahid azalmışdır. Xəstə uşaqlar üçün çarpayıların sayı 5,9 minə enmişdir və s. Hamilə qadınlar üçün çarpayıların sayı 2014-cü ildə 5,9 min təşkil etmişdir.
Azərbaycanda səhiyyənin inkişafı və əhaliyyə tibbi xidmətin yaxşılışdırılmasına dövlətin qayğısı ildən-ilə artır. Azərbaycan hazırda keçid dövrünü yaşayır. Təcavüzə məruz qalmış, çoxu sayda qaçqını, məcburi köçkünü, müharibə əlilləri olan ölkədə səhiyyənin inkişafına ayrılmış vəsaitin səmərəli istifadəsi üçün ən mühüm istiqamətlər müəyyən edilmişdir.
Bu məqsədlə diaqnostik tədqiqatların və müalicə üsullarının paketi, eləcə də büdcə vəsaiti hesabına alınacaq zəruri dərman pereparatlarının, tibbi ləvazimatınların siyahısı hazırlanıb təsdiq olunmuşdur.
Bakı şəhərinin əksəriyyət xəstəxanaları zəruri avadanlıqla, dərman pereparatları və tibbi ləvazimatlar ilə tam təchiz olunmuşdur. Hazırda bütün xəstələr həmin stasionarlarda, eləcə də ambulator-poliklinika müəssisələrində pulsuz müayinəyə müalicə olunurlar. Beləliklə, ilk dəfə olaraq, dövlət tərəfindən zəmanət verilmiş pulsuz ilkin tibbi yardım, təcili, təxirəsalınmaz stasionar müalicəsi və dojuşayardım tam həcmdə təmin edilmişdir. Bundan əlavə, imtiyazlı və aztəminatlı əhali təbəqəsinə pulsuz tibbi yardım göstərmək üçün digər klinik mərkəzlərdə də çarpayılar ayrılmışdır və onlar tam həcmdə dövlət tərəfindən təmin olunur.
Azərbaycanda səhiyyənin maliyyələşdirilməsində büdcə əsas rol oynayır. Səhiyyə müəssisələri və təşkilatlarının xərcləri smeta əsasında maliyyələşir. Smeta üzrə nəzərdə tutulan xərcləri düzgün planlaşdırmaq və məqsədyönlü istifadə etmək üçün onları büdcə xərclərinin təsnifatına müvafiq surətdə qruplaşdırmaq lazımdır.
Səhiyyənin inkişaf etdirilməsində, tibbi xidmətin yaxşılaşdırılmasında, tibb elminin inkişafında dövlət büdcəsi xüsusi rol oynayır. Dövlətin sosial vəzifələri sırasında əhəmiyyətli yer tutan tibbi xidmət və əhalinin sağlamlığının qorunması tədbirlərinin həyata keçirilməsi, sanitariya-profilaktiki tədbirlərin həyata keçirilməsində dövlətin maliyyə təminatı əvəzsiz rola malikdir.
Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hələ 1998-ci ildən etibarən səhiyyə sistemində islahatlar üzrə dövlət Komissiyası yaradılmışdır. Ölkədə əhalinin kompleks şəkildə sağlamlaşdırılmasına dair proqramlar hazırlanmış və həyata keçirilməyə başlanmışdır.
Respublikada son illərdə dövlət büdcəsinin, büdcədənkənar fondların, dünya bankının və Yaponiya hökümətinin vəsaitləri hesabına Respublika kliniki xəstəxanası tikilib istifadəyə verilmiş, «Respublika onkoloji mərkəzi»nin, Elmi tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun, 2 saylı Uşaq Klinik xəstəxanası, «Ailə sağlamlıq mərkəzi»nin, 5 saylı doğum evinin və digər tibb müəssisələrinin maddi-texniki bazası xeyli möhkəmləndirilmişdir.
Respublika əhalisinə səhiyyə xidmətlərinin yaxşılaşdırılması məqsədi ilə şəhər və rayon səhiyyə idarələrində struktur dəyişiklikləri aparılmışdır.
2014-cü ildə büdcədənkənar fondların vəsaiti hesabına 300-dən çox tibb müəssisəsində əsaslı və cari təmir aparılmış və onlar tibb avadanlığı ilə təchiz edilmişdir.
2014-cü ildə dünya bankının krediti hesabına 5 rayonda tibb müəssisəlirinin maddi-texniki bazası möhkəmləndirilmişdir.
Səhiyyə üzrə xərclər smeta əsasında planlaşdırılır və maliyyələşdirilir. Xərclərin planlaşdırılması və məqsədəuyğun maliyyələşdirilməsi büdcə xərclərinin təsnifatına uyğun aparılır.
Səhiyyə idarələrinin xərc smetası onların fərdi xüsusiyyətləri əsasında tərtib edilir. Xərc smetası dedikdə həmi idarə və təşkilatların saxlanması üçün büdcədən ayrılmış vəsaitin illik məbləğini və məqsədli təyinatı üzrə rüblük bölüşdürülməsini əks etdirən maliyyə-plan sənədidir.
Büdcə təsnifatına uyğun olaraq səhiyyə üzrə idarə, müəssisələr aşağıdakı qaydada qruplaşdırılmışdır.
1. «Xəstəxanalar» paraqrafına aşağıdakı xərclər aid edilir: xəstəxanalar və onların tərkibinə daxil olan struktur bölmələri, çarpayı şəbəkəsi olan mərkəzlər və dispanserlər, süd mətbəxləri, sanitar avivsiya, balneoloji müalicə ocaqları, müharibə əlilləri üçün qospitallar, ali məktəblər, elmi-tədqiqat i7nstituları və həkimləri təkmilləşdirmə institutları nəzdində olan klinikalar, su nəqliyyatında gəmi həkimlərinin və tibbi sanitar hissələrinin saxlanması xərcləri.
2. «Poliklinikalar və ambulatoriyalar» paraqrafında şəhər, qəsəbə və kənd yerlərində yerləşən müstəqilpoliklinikalar, çarpayısı olmayan ambulatoriya, diaqnostika mərkəzləri və dispanserlərin saxlanması xərcləri aid edilir.
3. «Feldşer-mama məntəqələri» paraqrafında şəhər, qəsəbə və kəndlərdə yerləşən feldşer mama məntəqələrinin saxlanması xərcləri aiddir.
4. «Təcili və təxirəsalınmaz tibbi yardım stansiyaları» paraqrafına yalnız müstəqil təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının saxlanması xərcləri aiddir.
5. «Qanköçürmə stansiyaları» paraqrafına müstəqil yanköçürmə stansiyalarının saxlanması xərcləri aiddir.
6. « Vərəm xəstəlikləri üçün sanatoriyalar» paraqrafına birinci paraqrafda əks etdirilən vərəm sanatoriya-profilaktoriyaların saxlanması xərcləri istisna olmaqla vərəm xəstəliyi olan böyüklər, yeniyetmələr və uşaqlar üçün sanatoriyaların saxlanması xərcləri aiddir.
7. «Uşaqlar və yeniyetmələr (vərəmli olmayan) üçün sanatoriyalar» paraqrafında uşaqlar və yeniyetmələr (vərəmli olmayan) üçün sanatoriyalar, eləcə də uşaqlı valideynlər üçün sanatoriyaların saxlanması xərcləri aid edilir.
8. «Sanitariya-epidemioloji stansiyalar» paraqrafında sanitar-epidemioloji stansiyaların, respublikanın gigiyena və epidemiologiya mərkəzolərinin saxlanması xərcləri daxildir.
9. «Dezinfeksiya stansiyaları» paraqrafında müstəqil dezinfeksiya stansiyalarının və nəqliyyat müstəqil izolyasiya – buraxılış məntəqələrinin saxlanması xərcləri daxildir.
10. «Epidemiyalara qarşı mübarizə tədbirləri» paraqrafına aşağıdakı xərclər aiddir: müvəqqəti infeksiya çarpayılarının yerləşdirilməsi və saxlanması, müvəqqəti epidemiya əleyhinə dəstələrinin təşkili və saxlanması, infeksiya xəstəlikləri mənbələrində müvəqqəti səyyar hamam-dezinfeksiya qurğularının və izolyasiya məntəqələrinin təşkili və saxlanması, respublikanın səhiyyə orqanları tərəfindən infeksiya məntəqələrinə epidemiyaları ilə mübarizə üçün göndərilən tibbi heyətin ezamiyyət xərclərinin ödənilməsi aiddir.
11. «Sağlamlıq mərkəzləri və sanitariya maarifi evləri» paraqrafında sağlamlıq mərkəzlərinin, o cümlədən müəssisələrin, o cümlədən müəssisələrin nəzdində olan sağlamlıq-istirahət mərkəzlərinin, sanitariya-gigiyena tədbirlərinin, sanitar-maarif evlərinin saxlanması xərcləri nəzərdə tutulur.
12. «Körpə evləri» paraqrafına körpələr evləri, eləcə də vağzallarda, limanlarda, dəmir yolu stansiyaları nəzdində, su, hava, avtomobil nəqliyyatında olan ana və uşaq otaqlarının saxlanması xərcləri aiddir.
«Səhiyyə üzrə sair idarə və tədbirlər» paraqrafında aşağıdakı xərclər aid edilmişdir: xəstələrin müalicə üçün başqa şəhərlərə göndərilməsi, kənd doğum evlərinin, mama həkimlərinin saxlanması, protezləşdirmə (diş protezləri də daxil olmaqla) uşaqlara tibbi quluq etmə, uşaqların və səhiyyə məntəqələrinin pasportlaşdırılması, səhiyyə hesabat blanklarının mərkəzləşdirilmiş ödənişli, hesablama mərkəzlərinin saxlanması, tibbi heyətin yerinin dəyişdirilməsi, tibbi konfransların keçirilməsi, dəmir yolu nəqliyyatında sərnişin qatarlarını müşayət edən daimi heyətin tibbi statistika bürosunun saxlanması, müharibə əlillərinə xidmət göstərilməsi tədbirləri, tibb həkim-ekspertiza bürolarının saxlanması, SPİD ilə mübarizə tədbirləri, informatika mərkəzlərinin saxlanması, hökümətin ayrı-ayrı qərarları əsasında tibbi tədbirlərin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi üzrə xərclər və sair.
Səhiyyə idarələri üzrə xərclərin maliyyələşdirmə məbləği iqtisadi-sosial inkişaf proqramının göstəriciləri əsasında müəyyən olunur. Hər il sosial-iqtisadi inkişaf proqramında əhalinin sosial ehtiyaclarının ödənilməsi xərclərinə olan tələbat və onların ödənilmə mənbələri müəyyən edilir. Səhiyyənin şəbəkə-ştat və xidmət göstəriciləri hesabat məlumatlarının təhlili əsasında dəqiqləşdirilir və xərc normaları nəzərə alınmaqla bu məqsədə dövlət büdcəsindən ayrılması vəsait müəyyən edilir.
Səhiyyə müəssisələrinin saxlanılmasına dövlət büdcəsindən hər il böyük məbləğdə vəsait ayrılır. Səhiyyənin maliyyələşdirilməsinə büdcədən ayrılmış vəsaitin ildən-ilə artmasını aşağıdakı məlumatlardan görmək olar.

Yüklə 121,59 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin