4. 3. Rusiyanın Quzey Azərbaycan xanlıqlarını ləğv etməsi və xanların Abbas Mirzəyə sığınması
Rusiya isə Cənubi Qafqazdan çəkilməyəcəyini Avropa dövlətlərinə bildirməklə yanaşı, bu bölgədə möhkəmlənmək üçün atılacaq addımlarını sürətləndirdi. Rusiyaya qarşı açıq düşmən mövqedən çıxış edən Gəncə Quba, Bakı xanlıqları dərhal yox edilərək əyalətə çevrilmişdi. Növbə digər xanlıqlara çatmışdı. Qafqazın Baş komandanı A.P.Yermolov Azərbaycan ordusu ilə yaxınlaşan savaşda vassal xanların kimin tərəfində duracağını yaxşı bilirdi. Onun yeritdiyi siyasət bu xanlıqları tamamilə Rusiyaya qarşı çevirmişdi. 1819-cu ildə A.P.Yermalov milliyyətcə erməni olan rus generalı Mədətovun əli ilə Şəki hakimi İsmayıl xanı zəhərləyərək aradan götürdü və xanlığı ləğv etdi. Xanlığın bütün xəzinəsi və mülkləri müsadirə edildi.
Həmin ildə yerli hakimləri olan Qazax və Şəmşəddil sultanlıqları, 1820-ci ildə isə Şirvan xanlığı ləğv edildi. General Mədətovun Qarabağ xanlığı üzərində əlləşməsi daha uzun sürdü. Rusiya hərbçiləri burada ən alçaq üsullara əl ataraq, Mehdiqulu xanın yaxın qohumunu yenə ona qarşı qoydular. Xanın qardaşı oğlu Cəfərqulu ağaya Rus komandanlığına yalan donos yazdırtdılar. Guya Mehdiqulu xan gizlicə Mədətovu öldürtmək istəyirmiş. Hətta Mədətovun üstünə yalançı bir sui-qəsd də yapıldı. Xana qarşı iş açmaq üçün Baş komandanın göstərişi ilə "güzəştsiz" istintaq başlandı. İşin nə yerə aparıldığını anlayan Mehdiqulu xan dözməyib 1822-ci ildə Qacarlara sığınd.
Ruslardan xanlıq gözləyən Cəfərqulu ağa sakitliklə Simbirskə sürgün edildi. 1822-ci ildə Qarabağ xanlığı ləğv edildi və xanlığın bütün var-dövləti Rusiya xəzinəsinə ötürüldü, dövlətin saysız torpaq mülkləri, ilxı və sürüləri bu xəzinənin ixtiyarına keçdi. O zamanın rus tarixçisi N.F.Dubrovinin yazdığına görə, icraçılar, yəni "Sərdar Yermulu" və Mədətov kimiləri özlərinə zəngin "pay" götürüb ciblərini doldurdular. Sonrakı Baş komandan Paskeviç də bunu gizlətmirdi. O, Yermolovun "sağ əli" olan Mədətovun Qarabağda "ən birinci mülkədara" çevrildiyini yazırdı. Bunun üstündə Mədətov hətta çar məhkəməsi qarşısında durmalı oldu. II Rusiya-Azərbaycan savaşı başlanmazdan öncə (1826) Talış xanlığının vassal varlığına da son qoyuldu. Beləliklə, ikitərəfli dövlətlərarası andlaşmalar (Kürəkçay bağlaşması və b.) ilə xanların iç muxtariyyətinin toxunulmazlığına, onların "ölkəsinin bütövlüyünün saxlanılmasına imperator zəmanəti"ni çar hökuməti özü pozub atdı.
Asılı xanlıqların yox edilməsi Rusiya-Azərbaycan savaşının verdiyi dərslərdən irəli gəlirdi. Mərkəzi Rusiyadan güneyə uzanıb gələn yollar çətin və təhlükəli idi. Transqafqazda yerləşdirilən "Xüsusi Qafqaz korpusu"nu yalnız yerli təchizat, başlıca olaraq Quzey Azərbaycanın varı və gəliri ilə saxlamaq olardı. Ancaq burada vergi və ödənişlərin toplanması qanuni baxımdan vassal xanların səlahiyyətində qalırdı. Bir sözlə, asılı xanlıqların iç muxtariyyəti Rusiya komandanlığının əl-qolunu bağlayırdı.
Asılı xanlıqların varlığına son qoymaqla çarlıq Rusiyası öz ordusunun arxa təminatını yoluna qoya bildi. Baş komandan İ.Paskeviç özü bunu etiraf edib yazırdı:
"İstər Persiya, istərsə də Türkiyə ilə indiki (yeni) savaşlar göstərdi ki, bizim ordunu saxlayıb yedizdirən Azərbaycan idi".
Atlı qoşunlar demək olar bütünlüklə Azərbaycan kəndləri hesabına yaşayırdı. Bu qoşunlar Azərbaycanı bürümüşdü. Şirvanda Göyüzən mahalının altı kəndi (Basqal, Zərgəran və b.) ulan diviziyasının 3 eskadronunu, Hazaurt mahalının 4 kəndi 2 eskadronu, İsmayıllı kəndi 1 eskadronu, Qarasu Bazar mahalının Zərdab və Ləki kəndləri 1 eskadronu ərzaqla təmin edirdi. Bu diviziyanın qalan 5 eskadronu isə Sərdəri mahalının kəndləri (Bərguşat, Bığır, Qaracalı və b.) hesabına yaşayırdı. Don kazaklarının 3 atlı alayı Kür boyunca Alakənddə, Tülənqoyun, Abduları, Gəncəli, Mustafalı, Meyneman və Kovrat kəndlərində yerləşmişdilər və bütün ikinci savaş boyu buradan təmin olunurdular.
Şəki xanlığı kəndlərində topçu briqadası və rotası, 3 piyada batalyonu, Borisoqlebsk və Serpuxov ulan alayları, Şəki şəhərinin özündə isə iki topu olan piyada batalyonu yerləşirdi. Bunlardan başqa Bakıda bir batalyon, Lənkəranda Xüsusi Xəzər dəniz və 8-ci sapyor batalyonları, Şuşada iki yeger (atıcı) batalyonu qulluq yapırdılar.
Ruslar tərəfindən işğal edilmiş ərazilərin xanları ruslarla hər hansı bir şəkildə anlaşacaqlarını və xanlqlarının muxtarlığını qoruya biləcəklərini sanırdılar. Lakin rusların onların heç bir müxtariyyət və sərbəstlik vermək fikrində olmadığını anlayan xanlar Təbrizə gəlib Abbas Mirzəyə sığınmağa üstünlük verməyə başlamşdlar. Abbas Mirzə onlara Azərbaycanın müxtəlif yerlərində torpaq verərək dəstəyini əsirgəmirdi. Lakin sonralar bu xanların arzuları yavaş-yavaş böyüməyə başladı. Tehrandaki saray intriqalarına qatılaraq, şahzadəyə qarşı çıxmağa başladılar. Bu xanlar 1825-ci ilə qədər şahzadənin düşmənlərinə, xüsusən də onun əsas rəqibləri olan qardaşlarına yardım etdilər.
Abbas Mirzənin reformlarını öz mənafelərinə zidd görən hər kəs bu düşmənlərin cərgəsində idi. Mollalardan tutmuş vəzirlərə, xanlara və şahzadənin qardaşlarına qədər geniş bir kütlə Abbas Mirzənin qərbləşmə hərəkatına qarşı idilər. Həftədə bir dəfə rəiyyətin şikayətlərini dinləyən Abbas Mirzə düşmənlərinin ona qarşı nə kimi planlar hazırladıqlarını anlamışdı.
1815-1825-ci illər Şahzadənin ən uğurlu və xoşbəxt illəri idi. O illərdə Təbrizin küçələrində, bazarlarında görünən insanların üzlərindən sevinc və sabaha ümidvarlıq oxunmaqda idi. Həmin dövrdə Təbriz Tehrandan daha əhəmiyətli görünməkdə idi. Çünkü Təbriz tacirlər üçün daha təhlükəsiz və qazanc gətirən şəhərə çevrilmişdi. Bütün bunların səbəbkarınn şahzadə olduğunu bilən Azərbaycan əhalisi ona öz doğma padşahları kimi baxırdılar. Təbrizin bir neçə məhəlləsində yeni hamamlar təsis edilmiş, şəhərə içməli su çəkilmiş, İstanbula mal aparan tacirlərin gecələmələri üçün yeni karvansaraylar tikilmiş və onların təhlükəsizliyi ilə bağlı hər cür tədbir alınmış, imkanlar yaradılmışdı. Abbas Mirzə özəl həkimi, ingilis Karmək vasitəsi ilə Təbrizdə ilk dəfə su çiçəyi xəstəliyinin tədavisi üçün mərkəz təsis etmişdi. Bu da azərbaycanlı uşaqlarının sağlamlığı üçün atılan ilk böyük addım idi. Abbas Mirzənin sağlıq sahəsindəki reformları Tehrandaki baş mollaları daha çox narahat edir və bu yeniliklərdən küfr qoxusu gəlir deyərək şahı xəbərdar edirdilər. Lakin Abbas Mirzə xəyalındakı inkişaf etmiş Azərbaycanı daha da inkişaf etdirmək üçün bu reformların miqyasını genişləndirməyə məcbur idi. Bu səbəbdən də Azərbaycann istedadlı oğullarını təhsil almaq üçün Avropaya göndərdi. İstəniln yeniliyə qarşı çxanan qaranlıq ruhlu ruhanilərə və Tehranın əngəlləmələrinə rəğmən, Abbas Mirzə islahatları durmadan və böyük bir səylə davam etdirirdi. Bəzi təsisatların yaradıılmasına şəxsən özü nəzarət edirdi. Abbas Mirzə Azərbaycanda ilk dəfə kitab yayın mərkəzi (çapxana) təsis etdirdi. Daş üsullu çapxana təsis edildikdən sonra həm yeni iş mərkəzinin açılması, həm də müxtəlif kitabların çap edilməsi baxımından Azəbaycanın mrkəzi şəhəri olan Təbriz öz tarixi statusunu dəyişdirməkdə və modernləşməkdə idi. Abbas Mirzənin bu reformları Təbrizi mədəni dünyanın bir parçası halına gətirməkdə idi.
4. 4. İslahatçı şahzadə
1820-ci ildə Xoy yeni tarixi bir hadisəyə şahid oldu. Şəhərin meydanında fəaliyətə başlayan bir yun maşını hər kəsi heyrətləndirmişdi. Təkbaşına 20 kişinin işini görən bu maşının Xoyda fəaliyətə başlaması Qərb həyat tərzinin, iş və işçi məfhumunun şəhərdə yeni mənada dərk edilməsinə yardımçı olmaqda idi. Bu maşının istehsal etdiyi şey ilk dövrdə yalnız keçədən ibarət olsa da, bu həm tərəkəmələrin ehtiyaclarını ödəmək, həm də şəhəri ticarət mərkəzinə çevirmə baxımından çox önəmli idi.O günün ehtiyacları nəzərə alndqda bu cür işlərin nə qədər önəmli olduğu daha yaxşı anlaşılır.
Abbas Mirzə böyük bir sevinclə ətrafındakılara deyirdi ki, bir gün gələcək, artıq bu cür şeyləri idxal etməyəcəyik. Azərbaycan öz istehsal imkanları ilə bütün Şərqin ehtiyaclarını təmin edəcək. Bu sözlər onun təkcə bir hərbçı deyil, həm də bir iqtisadçı kimi dərin düşüncə sahibi olduğunu göstərir. Tehranın ona qarşı xəsisliyinə, əngəlləmələrinə, intriqalarına baxmayaraq, Şahzadə yeganə qurtuluş yolu kimi Azərbaycanın iqtisadi, texniki baxımdan qalxınmasını görürdü. Abbas Mirzə beynində tutduğu böyük savaşa başlamadan öncə güclü iqtisadiyyatı, savadlı əhalisi və Avropada təlim almış mütəxəssisləri olan qüfrətli bir Azərbaycan, düşünən, düşündürən, xurafatdan arınmış fərqli bir Azərbaycan yaratmaq istəyirdi.
Şahzadə hər bir yeni açılışda özü şəxsən iştirak edirdi. Lakin bu açılışlar zamanı izdihamdan istfadə edən və təbii ki, Tehrandan dəstək alan bəzi cahil və nadan insanlar reformlara qarşı şüarlarla çıxış etməkdən çəkinmirdilər. Bunlar kafir işləridir, din əldən gedir deyə bağıranları Abbas Mirzə sərt şəkildə cəzalandıra bilmirdi. Çünkü onlar Tehran molları və şahzadənin qardaşları tərəfindən dəstəklənirdilər. Şahzadə onları susdurmaqla yetinirdi. O, Azərbaycanın açıq fikirli din xadimlərinin dəstəyindən yararlanırdı.
“Ən önəmli islahatlardan biri də Azərbaycanın şəhər və kəndlərində müntəzəm poçt şəbəkələrinin qurulması idi. Bu yeni şəbəkədə çaparların bütün ehtiyacları nəzərə alınmışdı. Mehmanxana tipli istirahət evləri, münasib yeməklər, uyğun atlar və digər bu kimi ehtiyaclar reformlara nəzarət edən heyyət tərəfindən yoxlanılmış və Şahzadəyə bilgi verilmişdi. Rəiyyətin toyuğunu, yumurtasını vergi adı ilə zorla əlindən alan kəndxudalar Abbas Mirzənin sərt cəzası ilə üzlşdiklərindən bu kimi əməllərdən vaz keçmişdilər. Vaz keçmişdilər, ancaq reform düşmənləri cərgəsinə qatılmışdılar” (Tarix-e Əzodi).
Şahzadə Azərbaycanın sınırlarından çox-çox uzaqlarda da hörmət qazanmışdı. Bir çox tannmş insan ona dəstək verirdi. Bunlardan biri də “Maaser-e Sultani” (Padşahanə xatirələr) kitabının müəllifi olan Dənbəli idi.
Cahangir Mirzənin yazdığına görə, “1805-1826-cı illər arasında Tehrana və Təbrizə o qədər çox səfir gəl-get etdi ki, onların hamısının adını saymaq yorğunluğa səbəb olar”. Elə həmin səfirlərin yazdığı xatirələr olmasaydı, yəqin ki, Fəthəli şah və vəliəhd Abbas Mirzə ilə bağlı biliklərimiz bu qədər geniş olmazdı. Həmin xatirələr Qacarların, o cümlədən şahzadənin xarakterini, arzularını və gördüyü işləri tədqiq etmək baxımından əvəzsiz qaynaqlardır. Bu sırada İngiltərə, Rusiya və Fransanın o dövrdəki xüsusi xidmət orqanlarının, başqa sözlə, kəşfiyyatının hesabatlarını da xüsusi qeyd etmək lazımdr. Həmin sənədlərə görə, Abbas Mirzə padşah olduqdan sonra Qacarların paytaxt Tehrandan Təbrizə köçürüləcəkmiş. Bunu o dövrün hesabatlarındakı bir çox gerçək məlumatlara əsaslanan məntiqi dəyərləndirmələr göstərməkdədir:
1. Abbas Mirzə Təbrizlə ayrılmaz tək bir vücud halına gəlmişdir. İnandığı adamlardan ibarət komandasn Təbrizdə qurmuşdur. O, artıq bütün yardımçılarını və iqtidar komandasını Təbrizdə təşkil etmişdir və bu komandası ilə iqtidarını bütün ölkəyə tətbiq etmək istəyəcək.
2. Abbas Mirzə Təbrizin tərəqqisi istiqamətində çox işlər görmüşdür. Bu işləri özünün gələcək paytaxtı kimi düşündüyü şəhər üçün görməkdədir.
3. Fəthəli şahdan sonra şah olacaq Abbas Mirzə üçün ən uyğun iqtidar mərkəzi Təbriz olaraq görünməkdədir. Çünkü Təbriz mərkəzli bir iqtidar sahibi olan Abbas Mirzə həm rəqiblərini asanlıqla ortadan qaldıra bilər, həm də Azərbaycanda başlatdığı islahatları ölkə miqyasına daşıya bilər.
4. Abbas Mirzə özünü Azərbaycana çox borclu bilməkdədir. Bu borcluluğun qarşılığı olaraq paytaxt Azərbaycana daşımaq kimi gizlin fikrini söhbətləri sırasında sezmək mümkündür.
5. Abbas Mirzənin Azərbaycanda gerçəkləşdirdiyi reformlar səbəbi ilə artıq xarici ölkələr də Təbrizə gələcəyin baş şəhəri kimi baxmaqdadırlar. Dünyanın aparıcı gücləri Təbrizi paytaxt olaraq görəcəklərinə indidən alışmışlar. Çünkü onlara görə paytaxt Təbriz olacağı təqdirdə bu ölkə ilə diplomatik münasibətlərin saxlanılması daha rahat olacaq. Təbrizdəki reformlar səbəbi ilə bu şəhər həm Tehrandan, həm də digər şəhərlərdən daha çox Qərb mədəniyətinə yaxınlaşmışdır. Şəhərin modetnləşmsi üçün zəruri olan bazis Abbas Mirzə tərəfindən artq hazırlanmışdır. Bu da onun paytaxt olması ilə bağlı beynəlxalq rəyin formalaşması anlamındadır.
Təbrizi ziyarət etmiş bir çox xarici ölkə səfirləri Şahzadənin yanında həddi-büluğa çatmış iki oğlunu və bir də gənc bir qardaşını görərdilər. Şahzadə bu gənc qardaşını öz oğulları qədər çox istəyirmiş. Məlik Qasim Mirzə adlı bu yeniyetmə bir zamanUrmunun hakimi olacaqdı. Onun haqqında Kont de Sers çox xoş sözlər söyləmişdir. Abbas Mirzə boş zamanlarını onlara həsr edir və təhsilləri ilə maraqlanır, müəllimlərindən bilgi alırdı. Abbas Mirzənin kiçik oğlu Cahangir Mirzə atasına bir çox səfərlərdə iştirak edir, hadisələri onların birbaşa iştirakçısı kimi qələmə alırdı. Ondan “Tarixe nov” (Yeni tarix) adlı bir kitab miras qalmışdır ki, burada biz ondan da çox sayda sitat gətirmişik.
Dağlıq kəndlərdə yaşayan kəndlilər belə, Şahzadənin pişvazına çıxmaqdan çəkinmirdilər. İngilis diplomat Ker Porter bir kürddən eşitdiyi sözləri bu şəkildə qələmə almışdır:
“Şahzadənin əmniyət və təhlükəsizliklərini təmin etdiyi kəndlərin sakinləri şahzadə keçərkən bütün ailələri ilə birlikdə onun pişvazına çıxır və ona dua edirdilər. Şahzadə bu yoxsul kəndlilərdən sovqat almağı yasaqladığı üçün onlar şahzadəyə yaşıl yarpaq verir, yollarına gül səpirdilər. Lakin elə bu kəndlilər eşitsəydilər ki, Kirmanşahın hakimi bu tərəflərdən keçəcəkdir, qorxularından qaçıb ən keçilməz dərələrdə gizlənərdilər.”
Kürdlər xırman vaxtı gizləndikləri yerlərdən çıxıb Azərbaycan kəndlərinə hücum edib, talan edərdilər. Abbas Mirzə bunlarla həm silahlı savaşa girir, həm də bir çox kürdləri başqa yerlərə köçürüb, onlara əkinçiliklə məşğul olmalar üçün torpaq verirdi. Ancaq hərbi birliklərinəə də onlara daim diqqət etmələrini əmr etmişdi. Urmu kəndlərini kürd qaçaqçılarının yağmalamasından qurtaran Abbas Mirzəyə Azərbaycanın bu bölgəsində ayrıca bir sevgi vardı. Bu bölgələr həm də Avşar soyunun bol olduğu yer idi. Çox məğrur insanlar olan avşarlara Abbas Mirzənin ehtiyacı vardı. Süvariliyi bir mədəniyyət səviyyəsində ta qədimlərdən özləri ilə bərabər günümüzə daşıyan avşarlar Abbas Mirzənin istəyinə müsbət cavab verib ordunun süvarilərdən ibarət qisminə qatılırdılar. Abbas Mirzənin çətin günlərində belə avşarlar onun əleyhinə çıxmadılar və daim islahatlarına dəstək verdilər.
4. 5. Rusiyann məkrli planlarnı və Osmanlı-Qacar qarşıdurması
1817-ci ildə Qafqazın hakimi general-qubernator Yermolov Tehrana elçi göndərmək üçün mərkəzi razı sala bildi. O, Qacar hökuməti haqqında hər kəsdən daha çox məlumatlı olduğunu iddia edirdi. Bu üzdən də Rusiyanın Qacarlarla olan münasibətlərini Rusiyanın mənafeyinə tam cavab verə biləcək şəkildə qura biləcəyini düşünürdü. Onun hədəfi Qacarların əlində olan ərazilərlə Rusiyanın əlində olan torpaqların sərhəddində yerləşən şəhərlərində konsulluq açmaq idi. Digər tərəfdən, rus ordusunun Mavəra-ün Nəhrə hücum etməsi üçün Xorasandan keçməsi haqda şahın razılığını almaq istəyirdi. Lakin Yermolovun əsl amacı Osmanlıya qarşı Qacarlarla ittifaqa girmək idi. Lakin onun bu istəklərindn heç biri gerçəkləşmədi. Şah Osmanlıya qarşı Rusiya ilə ittifaq qurmaqdan imtina etdi. Abbas Mirzə də onun bu istəyinə yox dedi. Rus ordusunun Xorasandan keçməsinə də nə şah nə də Abbas Mirzə razı olmadılar, çünkü ordunun buradan keçərkən bu torpaqları işğal etmək istəməyəcəyinə heç bir zəmanət yox idi. Konsulluqların açılması isə bir müddət sonraya saxlanıldı.
Bütün bunları günbəgün qəlmə alan Yermolovun Moris Dukutezbov adlı katibinin yazdıqlarından belə aydın olur ki, o, Yermolovla şahzadə arasındaki düşmənlikdən xəbərsiz imiş. Onun yazdığına görə, rus heyyətinin yolu İrəvandan keçməli idi. Bu heyyət 1807-ci ildən etibarən İrəvan əyalətinin hakimi Hüseyn xan Sərdar vasitəsi ilə Qacar dövləti ilə təmas saxlayırdı. Onun sözlərinə görə, I Aleksandrin səfirini həm Təbrizdə, həm də Tehranda böyük bir təntənə qarşıladılar:
“Təntənənin möhtəşəmliyinin əsas səbəbi Qacar hökumətinin Rusiyanın təkliflərinin heç biri ilə razılaşmayacağının öncdən məlum olması idi. Digər tərəfdən, Abbas Mirzə fürsətdən istifadə edib öz ordusundaki yeni nizam və intizamı düşmənin elçisinə göstərmək istəyirdi. Səfir Təbrizin bir neçə ağaclığında sadə bir protokolla deyil, qırx top, səksən süvari və səkkiz min piyadə ilə qarşılandı.”
Katib yazır:
“Şahzadə, elçini Təbrizdəki sarayında qəbul etdi. Bu saray Şahzadəyə Təbriz
əyanlarından biri tərəfindən hədiyyə edilmişdi. Şahzadənin bir neçə addım arxasında artıq çox yaşlanmış Qaimməqam görünməkdə idi. Elçi, şahzadəyə imperatorun öz dəsti-xətti ilə yazılmış məktubu verdi. Heyyət, şahzadəni tərk etdiyində, Abbas Mirzə olduğu yerdən tərpənməyərək, sadəcə əllərini vida əlaməti olaraq yelləyərək, onları yola saldı”.
Yermolov heç bir şeyi nəzərdən qaçırmrdı. O, çara yazdığı raportlarında Abbas Mirzənin reformlarının uğurundan söz açır və güclənəcəyi təqdirdə Rusiyaya qarşı savaş açacağn israrla bildirirdi. Abbas Mirzə Yermolovun gəlişi üçün topların atəş edib və gözlə görünə biləcək bəlli hədəflərin vurulmasını istəmişdi. Özü də topçu olan Yermolov Abbas Mirzənin topçularının bu qədər dəqiq olduqlarına görüb təəccübünü gizlədə bilməmişdi. Dukutezbovun verdiyi məlumatlara görə, həmin vaxt şahzadənin yanında hind ordusu mənsubu ingilislər də varmış. O, bu adamların adını bu şəkildə yazmaqdadır: Albay Lindsi, albay Mekintaş, minbaşı Hart, yüzbaşı Vilak və doktor Karmək. Rusiya heyyəti bunlarla daha yaxın münasibət qurmağa çalışdı.
İngiltərə ilə Qacarlar arasında imzalanmş 1814-cü il anlaşmasına görə Hindistan ordusuna mənsub albaylar Şahzadənin yanında bulunmalı və təcrübələrini ordunun təlimi naminə tam səfərbər etməli idilər. Şahzadə bu albayları daim yanında bulundururdu. Bunlardan yalnız Vilak şahzadəyə xoş münasibət bəslmir, başqa sahəlrdə öz dövltinə daha lazımlı olduğunu, daha böyük tapşırqların da öhdəsindən gələ biləcəyini göstərmək istəyirdi. Bu üzdən də Hind ordusundan gəlmiş heyyətin geri dönməsi üçün əlindən gələn hər şeyi edirdi və donda buna nail oldu. Bu illər ərzində şahzadə Vilakın heyyətinə daxil olan, şərq dilləri üzrə mütəxəssis kimi tanınan Dromond Kəmpil adında bir doktorla dostluq münasibətləri qurmuşdu. Eləcə də Ker Porterlə yaxın münasibəti var idi. Ker Porter boş vaxtlarında rəssamlıqla məşğul olurdu. O, 1820-ci ildə Şahzadə ilə birlikdə Təbrizdən Tehrana səfər etmişdi. Bu səfər zamanı da dostlaşmışdılar. O bu səfər barədə xatirələrində bunları yazmaqdadır:
“Bütün yol boyu hey Napoleon barədə suallar verən şahzadə onun devrilməsindən duyduğu rahatsızlığı da tez-tez dilə gətirirdi ”.
Ker Porterin yazdığına görə, Abbas Mirzə əski ənənələrə, xüsusən də hörmətli qonaqların ayaqları altnda qurban ksilməsi adətinə nifrət edirmiş. O, vardığı yerlərdə qurban kəsməni yasaqlamasına rəğmən, yol boyunca ona hədiyə edilən təmiz bal və bəzi incə qabları böyük minnətdarlqla qəbul edirdi.
Vəliəhd yay aylarını Xoyda keçirir və ordusunun böyük bir bölümü şəhərin kənarında yerləşirdi. Onun hər ilin yayında Xoyda olması bu şəhərin böyüməsinə, ticarət mərkəzi çevrilməsinə səbəb olmuşdu. Şəhərdə çox sayda ağac əkilmiş və şəhərin görünüşü qısa bir müddətdə dəyişmişdi. Abbas Mirzə üçün bu şəhər həm də hərbi önəm daşımaqda idi. Çünkü daima savaşa hazır vəziyyətdə saxladığı ordusunun təlim və məşqləri bu şəhərin ətrafında olurdu.
1806-ci ildə Osmanlı paşaları ilə lokal sərhəd döyüşləri ilə başlayan və davamlı xarakter alan ixtilaf hələ də həll olmamış qalmaqda idi. Zamanla bu ixtilaf böyüməyə başlamış və 1821-ci ildə geniş çaplı savaşa dönüşdü. Savaş bütün qərb sınırı boyunca davam etməkdəydi. Kirmanşah valisi Məhəmməməli Mirzə Dövlətşahi böyük bir hücuma başlamışdı. O öz süvarilərini sürətlə sınıra çatdırmağı başarmış və çox asanlqla müvəffəqiyyət əldə edə bilmişdi. Qəflətən hücuma uğrayan Bağdad valisi Davud Paşa böyük savaşa girmədən geri dönmək zorunda qaldı.
Əslində savaşa səbəb olan problemləri diplomatik yolla da çözmək mümkün idi. Lakin Osmanlı tərəfi savaşmaqda qərarlı görünürdü. Xüsusən də kürd qaçaqçılar Azərbaycan kəndlərini talayarrkən Osmanlı tərəfindən dəstək görürdülər. Azərbaycan tacirləri soyulur və kəndlilərin, tərəkəmələrin sürüləri qarət edilirdi. Bütün bunları törədənlər isə Osmanlı təəbəsi olan kürdlər idi. Qacarların bu kimi halları önləmə Tələblərinə Osmanlı tərəfi heç bir əhəmiyyət vermirdi. Abbas Mirzə bu soydaş və qonşu dövlət ilə savaşmaq istəmirdi. Bu üzdən də məsələnin barış yolu ilə həllinə çalışırdı. Lakin 1807-ci ilin payızından etibarən İrəvanın hakimi Sərdar Hüseyn Xan belə düşünmürdü. Çünkü İrəvan hakimi üçün Osmanlı ilə savaş daha faydalı idi. Çünki onu buna Rusiya təhrik edir və bunun əvəzinə ruslardan çoxlu hədiyyə alırdı. Üstəlikdə ruslar bəzi ona vədlərdə bulunmuşdur. Bu illər ərzində İrəvan hakiminin həm hərbi, həm də iqtisadi imkanları nəzərəçarpacaq dərəcədə artmışdı. Böyük sreateji əhəmiyyət daşıyan İrəvana həm Fəthəli şah, həm də Abbas Mirzə xüsusi diqqət yetirməkdə idi. İrəvanın güclü olması ona görə çox əhəmiyətli idi ki, bu şəhər rusların qarşısında alınmaz qalaya çevrilmişdi. Ruslar İrəvanda mövcud olan hərbi potensialın Osmanlıya qarşı istifadə edilərək, ortadan qaldırılmasını istəyirdi. Çünkü bu potensial Rusiyanın sonraki planlarına bir təhdid ünsürü idi.
Hüseyn Xan Qəzvin Qacarları soyunun bir boyuna mənsub idi. Lakin zəngin çox da zəngin bir soydan deyildi. Ancaq savaş qabiliyəti yüksək olduğu üçün Ağaməhəmməd Xan zamanından müxtəlif postlarda olmuş, tərəqqi etmiş və nəhayət İrəvan xanı vəzifəsinədək yüksəlmişdi. İşini qulluqçuluqdan başlayaraq genişlətmişdi. Morier onu 1814-ci ildə görmüşdü. Bu zaman çox yaşlı olan İrəvan xanı hələ də gənclik duyğusundan məhrum deylmiş. Morierin yazdığına görə, Hüseyn xan Abbas Mirzədən qətiyyən xoşlanmırdı. Şahzadənin reformları onu çox əsəbləşdirirdi. Bu üzdən də Abbas Mirzəyə qarşı için gizli bir düşmənlik duyğusu bəsləməkdə idi və intiqam almaq üçün münasib fürsət axtarırdı. Və belə fürsət tapıldı.
Anadolunun Heydəranlu tərəkəməlri bir neçə bahar idi ki, sürülərini gətirib Səlmasın örüşlərində otarırdı. Hüseyn Xan bundan savaşı qızışdrmaq üçün ən münasib vasitə kimi istifadə edib, onlara əziyyət etməyə başladı, buna qarşılıq Ərzurum valisi Məhəmməd paşadan gəldi. Məhəmməd paşa bu torpaqları Osmanlıya qatmaq istədi. O deyirdi ki, Heydəranlu tayfasının çoxu orada yaşayır. Bu üzdən də bizim sürülərin oralarda otlamasına icazə verilməlidir.
Abbas Mirzə öncə barış yolunu sınaqdan keçirməyi lazım bildi. Bu səbəbdən də Təbrizin böyüklərindən birisini müzakirə aparmaq üçün göndərdi. Lakin Məhəmməd Paşa elçi ilə çox pis rəftar etdi. Onun və yanındakıların əllərini bağlatdırıb zindana atılmalarını əmr erdi. Abbas Mirzəyə da bir məktub yazaraq yenə də o torpaqların Osmanlıya aid olduğunu iddia edi. Belə olan halda Abbas Mirzə savaşa girmək üçün atasından izn istədi. İcazə alan kimi də Azərbaycan ordusuna hücum əmri verdi. Osmanlı paşası bu miqyasda həmləni gözləmirdi. Odur ki, Abbas Mirzənin ordusu qısa müddətdə Səlmasın civarını Osmanlılardan təmizlədi. Hücumunu davam edən Şahzadə Van və Çaldıranı da ələ keçirdi. Özəlliklə çaldıranda Osmanlı ordusu böyük məğlubiyətə uğradı, bir çox əsir alındı və iki qəbzə top da ələ keçirildi. Savaş əsnasında din xadimlərinin anlaşaraq verdikləri fətvalar ortaya çıxdı. Din xadimlərinin fətvasına görə müsəlmanlar arasında savaş olmamalı idi. Bu savaş davam edərdisə, İslamın düşmənləri bu durumdan yararlana bilərdi. Din xadimləri tərəfindən gələn bu yoğun barış istəkləri
üzərinə Abbas Mirzə bütün Osmanlı əsirlərini qarşılıq istəmədən sərbəst buraxdı. Lakin şahzadənin bu davranışı paşaya təsir etmədi. Paşa bir tərəfdən Torpaq qalanı ələ keçirmək istərkən, digər tərəfdən, də Ərzurumda qoşun topladı. Bütün yaxın şəhərlərdən Paşa üçün yardım gəlirdi. Çox keçmədən bəlli oldu ki, Məhəmməd paşa əlli min nəfərlik bir ordu təşkil etmiş və böyük hücuma hazırlaşır.
Abbas Mirzənin Xoyda barındırdığı ordusunun sayı çox deyildi. Əldə olan məlumatlara görə, şahzadənin Xoydaki ordusunun miqdarı on mindən artıq deyilmiş. Abbas Mirzə Təbrizdən və başqa yerlərdən yardıma gələn ordunu gözləmədən bu ordu ilə hücuma başladı. Çox böyük bir sürətlə Osmanlı sınırlarını basıb keçdi. Şahzadə, savaşı Osmanlı torpaqlarında davam etmək istəyirdi. Ərzuruma gəlməkdə olan Osmanlı birlikləri bu şəhərə çatmadan Ərzurumu ələ keçirməyi düşünürdü. Şahzadə, Osmanlı ordusunun həm texnika, həm nizam və həm də kəmiyyət baxımından qızılbaş ordusundan daha üstün olduğunu bilirdi. Bu üstünlüyü sürətli bir əməliyatla ortadan qaldırmaq istəyirdi.
Azərbaycan ordusu gündə otuz ağac sürətlə irəliləyirdi. Bu da Fransa heyyətindən miras qalan təlimatın məhsulu idi. Bu savaş Abbas Mirzənin planladığı kimi yürüdü. Şahzadə savaşda qalib gəldi. İngilis tarixçilərin yazdığına görə durum belə olunca, Osmanlı tərəfi barış təklifində bulundu. Osmanlı tərəfindən təklif edilən barış planının ilkin maddəsində Abbas Mirzənin Osmanlı torpaqlarını tərk etməsi qeyd olunurdu. Abbas Mirzə hər an rusların hücumunu göz önündə bulundurduğu üçün bu təklifi qəbul edib və geri çəkildi. O, savaşın davam etməsinə tərəfdar deyildi. Çünkü savaş davam etdikcə rusların qarşısında müdafiə gücü də azalırdı. Abbas Mirzə özünü və ordusunu məğlub olduğu savaşın intiqamını ruslardan almaq üçün hazırlayırdı. Danışqlar1823-cü ildə “Ərzurum anlaşması”nın imzalanması ilə sonuclandı. Bu antlaşmaya görə hər iki tərəf bir-birlərinin sınırlarını rəsmən tanıyırdılar.
1821-1823-cü illər Osmanlı-Qacar qarşdurmasının detalları barədə Abbas Mirzədən qalan bir neçə məktub bilgi verməkdədir. Bu məktublar olmasaydı, Azərbaycan ordusunun necə və nə şəkildə qalib gəldiyi sir olaraq qalacaqdı. Abbas Mirzədən miras qalan otuz məktubdan ancaq üçü bu savaş haqqında ipucları verməkdədir. Bu məktubların bəziləri tam savaş meydanında yazılmış bir drammatik ssenarini xatırlatmaqdadır. O, Çobanoğlu adlı bir savaş meydanından söz açmışdr ki, bu ad sadəcə Abbas Mirzənin məktublarında və bir də general Paskeviçin xatirələrində qeyd olunmauşdur. Başqa heç bir qaynaqda bu ada rastlaşmırıq. Abbas Mirzə, oğlu Məhəmməd Mirzəyə yazdığı məktubunda Çobanoğlu savaş meydanındaki zəfərinə görə Laçın Xan ləqəbli bir komandana borclu olduğunu qeyd edir.
Osmanlı ilə savaşda qazanılan zəfər Azərbaycan ordusunda böyük ruh yüksəkliyi yaratmışdı. Bu savaşdan sonra şahzadənin də Azərbaycan ordusuna olan güvəni bütünləşdirmişdi. Lakin bu savaşda şahzadə on iki il sonra onun vaxtsız ölümünə səbəb olacaq xəstəliyə tutulmuşdu. Şahzadənin oğlu Cahangir Mirzə yazır ki, Abbas Mirzə, onu öldürəcək xəstəliyin ilk bəlirtisini Ərzurum anlaşması ərəfəsində hiss etmişdi. Heç şübhəsiz ki, bu xəstəlik şahzadənin uşaqlıq dövründə yaxalandığı, lakin Abbas Mirzənin güclü iradəsi hesabına ram edilmiş və sonradan təkrar baş qaldıran xəstəlik idi. 1810-1812-ci illər arasında Şahzadənin özəl həkimi olmuş doktor Karmək də öz qeydlərində onu ölüm ayağına qədər gətirən bir xəstəlik haqqında bilgi vermişdir. Bu xəstəlik zamanı Şahzadə altı ay ayağa qalxa bilməmişdi. Doktor Karməkin o zamanki diaqnozunda Şahzadənin sümük vərəminə tutulduğu qeyd olunmaqdadır. Eyni zamanda Şahzadənin qara ciyər xəstəliyi də var imiş.
Dostları ilə paylaş: |