Biologiya yun



Yüklə 168,12 Kb.
səhifə35/56
tarix25.09.2022
ölçüsü168,12 Kb.
#64096
1   ...   31   32   33   34   35   36   37   38   ...   56
biologiya kitab 1

Gen mühəndisliyi
Bu termin müxtəlif mikroorqanizmlərdə, xüsusilə də bakteriyalarda gen mo-nipulyasiyalarının artması nəticəsində yarandı.
Gen mühəndisliyinin əsas metodu müəyyən hüceyrədən genin və ya genlərin çıxarılaraq başqa bir orqanizmə köçürülməsidir. Bu metodlar nəticəsində yeni for-malar alınır ki, (xüsusilə mikroorqanizmlərdə) bunlarda mikrobiologiya sənayesin-də və ümumilikdə biotexnologiya sahəsində istifadə olunur. Belə ki, formalardan dərman preparatlarının alınması üçün istifadə olunur. Obyekt kimi, əsasən, Esche-richia coli bakteriyaları istifadə olunur (şək. 32). Elə mikroorqanizmləri biotexno-logiyada istifadə etməklə, maldarlıqda istifadə olunan zülallar əldə olunur.
Bakteriyalardan sənaye əhəmiyyətli maddələrin alınmasında istifadə olunur: spirtlər, üzvi turşular, şəkərlər, polimer birləşmələr
Gen mühəndisliyi sayəsində insanda insulinin sintezinə cavabdeh olan genlə-ri bakteriya hüceyrələrinə köçürmək mümkün olmuşdur. Hal-hazırda belə bakteri-yalardan sənaye miqyasında insulinin alınması həyata keçirilir. Bu isə şəkərli dia-bet xəstəliyi üçün vacib preparatdır.
Müxtəlif virus infeksiyaları zamanı interferonlar əmələ gəlir. Bu interferon-ları bakteriya hüceyrəsinə köçürürlər. Bu yolla da interferonlar həmin xəstəliklərə qarşı olan maddələrdir. Bu üsulla da hormonların, antibiotiklərin, fermentlərin alın-masını da həyata keçirirlər.
Belə hesab edirlər ki, prokariotlardakı xüsusi genlərin eukariotlara köçürül-məsi kənd təsərrüfatı bitkiləri üçün çox əhəmiyyətlidir. Məsələn, azotfiksəedən bakteriyaların kənd təsərrüfatı bitkilərinin hüceyrələrinə köçürülməsi (şək. 33). Bu zaman torpağa azot gübrəsi verilməsini 2 dəfə azaltmaq olar.
Bakteriyaların bəzi növləri kəpənək və sürfələrində müxtəlif xəstəliklər törə-dir və onları məhv edir. Bu bakteriyaları kənd təsərrüfatı bitkiləri üçün zərərli olan kəpənək və sürfələrinin hüceyrələrini köçürməklə, kənd təsərrüfatı bitkilərini bu həşəratların zərərli təsirindən mühafizə etmək olar.

Yüklə 168,12 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin