Əsas göbələk qruplarının sistematikası və xarakteristikası Göbələklər həm heyvan, həm də bitkiyə xas əlamətlərə malikdirlər. Burada 80000-ə qədər müxtəlif növ daxildir. Daha müasir sistemlərdə göbələkləri ayrıca aləm kimi qəbul edirlər.
Göbələklər xloroplastları olmayan eukariorlar olub, heyvanlar kimi heterot-rof orqanizmlərdir. Göbələklərin ölçüləri birhüceyrəli maya göbələklərindən tut-muş, iri ölçülü donbalana (3-5 kq) qədərdir. Bitkilərdə olduğu kimi göbələklərin də hüceyrə divarı sərtdir. Göbələklər yüksək metabolizmə malikdirlər.
Quruluşu. Göbələklərin bədəni nazik, şaxələnmiş borulu saplardan hiflərdən təşkil olunub ki, bu hiflərin də cəmi mitseli adlanır. Hər bir hif nazik sərt “çəpərə” malikdir ki, o da xitindən təşkil olunub. Hiflər hüceyrə quruluşina malik deyillər. Onların protoplazması eninə arakəsmələrlə ayrı-ayrı sahələrə bölünür. Protoplazma bir sahədən digərinə dəliklərdən (məsamələrdən) axa bilir. Hiflərin sitoplazmasın-da mitoxondri, Holci aparatı, endoplazmatik tor (ET), ribosom, vakuol və eukariot-lar üçün xüsusi xarakterik orqanellalaya təsadüf olunur.
Göbələklər aləminə 4 şöbə daxildir: Oomycota, Zygomycota, Ascomycota, Basidiomycota Oomycota şöbəsi. Bu şöbəyə bir çox patogen göbələklər, həmçinin kif gö-bələkləri daxildir. Nümayəndəsi Phytophthora infestansdır ki, bu göbələk kartofda parazitlik edir.
Belə hesab edirlər ki, fitofrorat XIX əsrin ortalarında təsadüfən Amerikadan Avropaya gətirilmişdir.
Ümumiyyətlə, bu şöbəyə 500-ə qədər növ daxildir. Bunların hiflərində ara-kəsmələr çox azdır, bəzən isə heç olmur. Mitsellilərində idə protoplazma daxilində çoxlu sayda nüvə yerləşib. Daha çox təsadüf olunan nümayəndə çörəkdə kif əmələ gətirən kif göbələkləridir. Bu saprofit göbələkdir.
Ali göbələklər Ascomycota şöbəsi. Bu göbələklərin geniş yayılmış şöbəsidir. Onları başqa cür kisəli göbələklər adlandırırlar, beləki onların sporları ya kisələrdə, ya da asklar-da (“sumkalada”) əmələ gəlir. Askomisetlərə maya göbələkləri, meyvə, mürəbbə və pendirdə kif əmələ gətirən göbələklər aiddir. Bura həmçinin, qidalara daxil edi-lən donbalan göbələyi də aiddir. Bu qrupda həm parazit, həm də saprofit göbələk-lər var.
Çox geniş yayəlan saprofitlərdən biri də Penicillum-dur. Bu göbələk müxtə-lif substratlarda mavi-yaşıl, bəzən isə sarımtıl kif əmələ gətirirlər.