Biologiya yun


Şəkil 35. Adi şampiyonun quruluşu ( Agarius campestris) Basidiomcyotalar şöbəsi



Yüklə 168,12 Kb.
səhifə39/56
tarix25.09.2022
ölçüsü168,12 Kb.
#64096
1   ...   35   36   37   38   39   40   41   42   ...   56
biologiya kitab 1

Şəkil 35. Adi şampiyonun quruluşu ( Agarius campestris)


Basidiomcyotalar şöbəsi. Göbələklərin bu şöbəsində Ascomycotalar şöbə-sindəki kimi, növ sayı çoxdur. Bunlar meyvə cisminə - vegetativ cisim malikdirlər. Məsələn, şampinyon şaxələnmiş hiflərdən təşkil olunmuşdur ki, bunlar da əsasən torpaqda yerləşir. Onlar daha kompakt hiflər əmələ gətirirlər ki, bunlardan da mey-və cismi əmələ gəlir. Meyvə cismi papaq və ayaqcıqdan ibarətdir ki, elə bu hissə də “göbələk” adlanır (şək. 35).
Həyat tsikli
Qidalanma. Heteretrof orqanizmlərdir və karbohidratlara daha çox ehtiyacı var. Lakin azot, mikroelementlər və vitaminlər də bunlar üçün vacib maddələrdir. Göbələklərin bir qismi hazır üzvi maddələrlə qidalanır, ikinci bir qismi özləri sin-tez etmək qabiliyyətinə malikdirlər, üçüncü bir qismi maddələri sintez edə bilsələr də ancaq bu sintez üçün lazım olan maddələr amin turşuları və vitaminlər vacibdir. Buna görə də qismən də olsa bu maddələri kənardan hazır əldə etməlidirlər.
Göbələklər qida maddələrini bütün bədən səthi ilə diffuziya yolu ilə qəbul edə bilirlər. Onlar da həzm xaricidir. Qidalanmasına görə 3 qrupa bölünürlər: sap-rofitlər, parazitlər və simbiozlar.
Saprofit göbələklər və onların ekosistemdə rolu.
Saprofitlər çox müxtəlif fermentlər hazırladıqları üçün substrat kimi də müx-təlif mənbələrdən istifadə edirlər: torpaq, çörək, çürümüş meyvələr, müxtəlif məh-sullar və s.
Bakteriyalar, maya göbələkləri və kif göbələkləri kimi saprofitlərdə anaerob tənəffüs həyat fəaliyyətinin əsasını təşkil edir. Onlar redusentlər qrupu (destruk-turlar) əmələ gətirirlər. Bunların da hesabına bitki və heyvan qalıqlarının sona qə-dər parçalanması həyata keçirilir. Belə parçalanma əslində bakteriya və göbələklə-rin qida əldə etməsinin nəticəsidir. Beləliklə də, bu parçalanma zamanı orqanizm-lər tərəfindən enerji əldə edilir ki, bu enerji də bir orqanizmdən digərinə keçməklə dövr edir. Bu proses həyat üçün çox vacibdir. Əgər bu proses baş verməsə bütün biogen maddələr ölmüş qalıqlarda toplanar və həyat davam edə bilməz. Ona görə də saprofitlər təbiətdə elementlərin və maddələrin dövranında mühüm rol oynayır-lar. Parazit göbələklər fakultativ və obliqat olmaqla 2 qrupa bölünür. Daha çox bit-kilərdə parazitlik edirlər. Obliqatlar adətən sahib orqanizmin məhvinə səbəb ol-murlar; məsələn, pas göbələyi. Bu göbələklər sahib orqanizmə hiflərin şəkildəyiş-məsi olan xüsusi “cücərti” ilə daxil olurlar. Bu zaman plazmatik membran zədələ-nir və hüceyrə məhv olunur. Fakultativ parazitlər çox müxtəlif substratlarda və müxtəlif sahiblərdə “cücərirlər”. Çox vaxt sahib orqanizmi məhv edərək sonra öl-müş qalıqlar üzərində saprofil yaşayırlar.
Fakultativ parazitlər pektinazalar ifraz edir ki, bu da sahib orqanizmi bir “sı-yıq” qarışığa çevirir. Sonra bu qarışıq göbələk tərəfindən “sorulur”.

Yüklə 168,12 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin