Biologiya yun


Virus və bakteriya xəstəliklərinin ötürülmə yolları



Yüklə 168,12 Kb.
səhifə37/56
tarix25.09.2022
ölçüsü168,12 Kb.
#64096
1   ...   33   34   35   36   37   38   39   40   ...   56
biologiya kitab 1

Virus və bakteriya xəstəliklərinin ötürülmə yolları
Damcı infeksiya- bu yol ən geniş yayılmışdır. Bu yolla soyuqdəymə zamanı baş verən xəstəliklər yayılır. Öskürmə və asqırma zamanı xəstə insanlar havaya külli miqdarda maye damcılar ifraz edir ki, bunların da içində mikroorqanizmlər olur. Bu damcılar dirgər insanlar tərəfindən udulur və xəstəlik baş verir.
Gigiyena qaydaları: burun dəsmalları düzgün istifadə olunmalıdır, otağın ha-vası tez-tez dəyişilməlidir.

  1. Faq bakteriyaya yaxınlaşır və quyruq sapları bakteriya hüceyrəsi səthinin resepient sahəsi ilə əlaqələnir.

  1. Faqın DNT-si faq fermentləri sintezini kodlaşdırır, bu zaman sahibin zülal sintezi aparatından istifadə edir. (ribosomlar və s.)

  1. Faq DNT-si örtük zülallarını kodlaşdırır.

Hüceyrənin lizisi hüceyrə lizomsomlar hesabına dağılır və 200-1000-ə qədər yeni faqlar xaric olub sağlam hüceyrələri zədələyir.
Şəkil 30. Bakteriyaların həyat tərzi
Birbaşa fiziki əlaqə (kontaktla ötürülmə). Bu üsulla bəzi xəstəliklər ötürülür. Bunlar dəri zöhrəvi xəstəliklərdir (cinsi yolla keçir). Siflis, traxoma (göz xəstəliyi), adi ziyillər, dodaqdakı uçuqlar, vərəm və s.
Su və qida ilə ötürülən infeksiyalar. Su vasitəsilə vəba, qarın yatalağı, dizen-teriya və s. ötürülür. Qida məhsulları təmiz su ilə yuyulmadıqda, əllər çirkli olduq-da, milçəklər qida məhsullarına qonduqda və s. Tam bişirilməmiş ət zəhərlənməyə səbəb olur – salmonella. Botulizm - Clorditium batulinum bakteriyasının törətdiyi xəstəlikdir.

  1. FƏSİL

Göbələklər aləmi
Sistematik cəhətdən izah etməzdən əvvəl, təsnifat termini (sistematika) ilə tanış olaq. Təsnifat haqqında elm sistematika adlandırılır. Bu elm sahəsində bitki-lər öz aralarındakı qohumluluq əlaqələrinə görə qruplarda və ya taksonlarda yerləş-dirilir. Bioloji nomenklatura (adlandırma) binominal sitemə əsaslanır və bu siste-min əsasını Karl Linney (1707-1778) qoymuşdur. Bu sistemə görə hər bir növ iki adla adlandırılır; cinsin adı, böyük hərflə və növün adı kiçik hərflə yazılır. Məsə-lən, insanın sistematik adı Homo Sapiens-dir. Bu sistemə görə orqanizmlər müxtə-lif təbəqələrə yerləşdirilirlər və bu zaman morfoloji xüsusiyyətlər (ətraflarda forma, say, vəziyyət) nəzərə alınır. Bu sistem hal-hazırda ümumi qəbul olunmuş-dur və aşağıdakı vahidlərdən təşkil olunub. Aləm; tip (bitkilərdə şöbə); sinif; dəstə (bitkilərdə sıra); fəsilə; cins; növ.
Hər bir takson bir neçə aşağı taksonomik vahidi özündə birləşdirir. Məsələn, 1 tipə 6 sinif və ya 1 cinsə 3 növ daxil ola bilər. Növ ən aşağı (kiçik) və ən əhəmiy-yətli kateqoriyadır. Hər bir növ fərdi morfoloji, ekoloji və davranış xüsusiyyətləri-nə malikdir. Cinsi yolla çoxalan növlər elə genotipə malikdirlər ki, bu genotip vali-deynlərin və sonrakı nəsillərin genotipindən fərqlidir.
Təsnifat boyu aşağıdan (kiçikdən) yuxarıya (böyüyə) doğru nümayəndələr arasında oxşar xüsusiyyərlər azalır. Məsələn, eyni cinsə aid olan orqanizmlər, eyni fəsiləyə aid olanlara nisbətən daha çox oxşar xüsusiyyətlərə malikdirlər.
İki cür təsnifat mövcuddur: təbii və süni. Süni təsnifat (həm də şərti təsnifat da adlandırılır) bir və ya bir neçə rahat gözə çarpan əlamətə əsaslanır. Bu təsnifat hər hansı bir məsələni tez və daha rahat həll etmək üçün tərtib olunur. Məsələn, rəng dəyişkənliyi, hərəkət tərzi, inkişaf xüsusiyyətləri, yaşama yeri və s. Süni təsni-fata misal balıqların şirin su, dəniz və keçici balıqlara bölünməsini göstərmək olar. Belə bölünmə həmin balıqlarda osmotənzimin öyrənilməsində əhəmiyyətlidir.
Təbii təsnifat filogenetik və fenotipik ola bilər. Bu zaman hansı kriteriyə əsaslanma nəzərə alınır. Daha çox filogenetik təsnifat nəzərə alınır. Bu zaman or-qanizmlərin əmələ gəlməsinin əsasını təşkil edən təkamül əlaqələri nəzərə alınır. Bu sistemə görə taksona aid orqanizmlərin əcdadı və mənşəyi eyni olmuşdur və bunlar arasındakı əlaqəni nəsil ağacı şəklində göstərmək olar. Hal-hazırda bu kla-qodramma adlanır. Fenotipik təsnifat orqanizmlərin müasir morfoloji, sitoloji və biokimyəvi oxşarlığına əsaslanır. Bu təsnifat təkamül dəlillərində əks etdirilə bilər, lakin, o bu əsaslara söykənmir. Nəsil ağacı bu sistemdə dendroqramma adlanır.
Fenotipik klassifikasiya – morfologiya, sitologiya, biokimya sahəsindəki canlılara aid müasir göstəricilər fenotipik təsnifatın əsasını qoydu. Bu təsnifat təka-mül əlaqələrini özündə əks etdirir. Buna əsasən, nəsil ağacı tərtib olunur, dend-roqramma adlanır.
Yosunlar yarımaləmi bitkilərə aiddir və onlarında bir neçə şöbəsi var. Göbə-ləklər ayrıca bir aləmdir. Mamırlar şöbəsi, qıjıkimilər şöbəsi, toxumlu bitkilər şö-bəsi var.

Yüklə 168,12 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin