Böyümə və inkişaf Əlverişli şəraitdə bakteriyalar sürətlə çoxalırlar. İnkişafları temperaturdan və mühitin pH-ından çox asılıdır.
Oksigen tələbatına görə bakteriyalar obliqatlara (lat. obliqatus – mütləq, va-cib) hansıki oksigen yaşamaları üçün mütləqdir və obliqat aneorablara, yaşamaları üçün oksigen qətiyyən lazım deyil, ayrılırlar. Müəyyən qədər böyüdükdən sonra onlar qeyri-cinsi çoxalmağa başlayırlar.
Şəkil 29 Bu zaman ana hüceyrə iki qız hüceyrə əmələ gəlir. Hər 20 dəqiqədən bir bö-lünmə baş verir. Bölünmələrarası interval generasiya zamanı adlanır.
Cinsi çoxalmanın bakteriyalarda çox primitiv yolla gedir. Bakteriyalarda qa-metlər əmələ gəlmir, hüceyrələrin qarışması da baş vermir, yalnız genetik material mübadiləsi müşahidə olunur. Donor hüceyrənin DNT-sinin bir hissəsi resipient hü-ceyrəyə keçir. Onların DNT-ləri müxtəlif olur. Donor DNT resipient DNT-nin bir hissəsini əvəz edir. Bu prosesdə fermentlər iştirak edir. Yeni əmələ gələn DNT hər iki valideynin genlərini daşıyır. Belə DNT rekombinat DNT adlanır. Gələcək nəsil-də (rekombinat DNT-yə malik) nəzərə çarpan müxtəlifliklər müşahidə olunur. Bu müxtəlifliklər genlərin qarışmasından əmələ gəlmişdir. Cinsi çoxalmanın üstünlü-yü də budur və təkamül üçün bu xüsusiyyət (genetik müxtəliflik) çox əhəmiyyətli-dir.
Rekombinatları üç üsulla almaq mümkündür: transformasiya, konyuqasiya və transduksiya
Transformasiya zamanı donor və resipient hüceyrə bir-biri ilə kontaktda olu-nur. Bu proses 1928-ci ildə Triffit tərəfindən kəşf olunub və bir çox bakteriyalarda təsadüf olunur.
Konyuqasiyada hüceyrələr bir-biri ilə birbaşa əlaqələnir. Donor DNT müba-dilə edir. Həlqəvi DNT cinsi faktor və F-faktor (F-ingilis sözü olan fertility – nəsil vermə, törəmə) adlanır. Hüceyrələrarası əlaqə F-pili vasitəsilə (zülali törəmə) həya-ta keçirilir (şək. 30).
Şəkil 30. F-faktorun hüceyrədən-hüceyrəyə ötürülməsi və konyuqasiyası. 1,2 və 3 ötürülmə ardıcıllığını göstərir. 1 – F-faktor zəncirinin spiral quruluşunun açılması-nı və eyni zamanda replikasiya olunması ; 2 – F-faktorun tək zənciri F-fimbriya va-sitəsilə resipient hüceyrəyə keçir ; 3 – komplemantar zəncir sintez olunan F-faktor.
Transduksiya –bu zaman bakteriya genləri faqlar vasitəsilə köçürülür. Faq-lar onunla fəqlənir ki, DNT-ləri bakteriya genomuna spesifik sahələrdən birləşə bi-lir (şək. 31).
Şəkil 31. Transduksiya mexanizmi
Bakteriyalarda cinsi çoxalma çox nadir hallarda baş verir. Lakin bu çoxalma çox əhəmiyyətlidir. Çünki yalnız bu yolla antibiotiklərə və dezinfeksiyaedici təsir-lərə dözümlülük artır.
Qidalanma Qidalanmasına görə bakteriyalar 3 qrupa bölünür: saprofitlər, simbiontlar və parazitlər.
Saprofitlər – bu orqanizmlər hazır üzvi maddələrlə (cəsədlərin və ya çürü-müş maddə qalıqlarından) qidalanırlar. Bu zaman saprofitlər xüsusi fermentlər if-raz edirlər ki, həzm xaricdə baş verir. Saprofit bakteriyalar redusentlərdir – təbiətdə onlar maddələrin parçalanmasından və dövranında böyük rol oynayırlar.
Simbioz – bu iki orqanizm arasında qarşılıqlı münasibətdir. Məsələn, bakte-riya Rhizolium paxlalı bitkilərin köklərində (kök yumrusu bakteriyaları) yaşayır və atmosferin sərbəst azotuna fiksə edərək, bitkiyə verir. İnsanı müəyyən qədər B və K vitamini ilə təmin edir (belə hesab edirlər).
Parazitlər –başqa orqanizmin hesabına yaşayır. Parazitlər canlılarda müxtə-lif xəstəliklərin törədiciləridir və bunlar patogenlər adlanırlar. Obliqat orqanizmlər də yalnız canlılarda yaşayırlar (daimi), fakultətivlər isə - orqanizmi xəstələndirir, məhv edir. Sonra saprofit yolla onun qalıqları ilə qidalanır.