Biologiya yun


Profaza II. Nüvəcik və nüvə membranı dağılır, xromatidlər qısalır, bölünmə vətərləri əmələ gəlir. Metafaza II



Yüklə 168,12 Kb.
səhifə31/56
tarix25.09.2022
ölçüsü168,12 Kb.
#64096
1   ...   27   28   29   30   31   32   33   34   ...   56
biologiya kitab 1

Profaza II. Nüvəcik və nüvə membranı dağılır, xromatidlər qısalır, bölünmə vətərləri əmələ gəlir.
Metafaza II. Sentromerlər bölünmə vətərlərinin ekvatoru boyunca durur.
Şəkil 25.
Anafaza II. Anafazada sentromerlər ayrılır. Bölünmə vətərləri sentromerlə-ri əks qütblərə çəkir, sentromerlər də özləri ilə bir-birindən ayrılmış xromatidləri çəkir (və ya xromosomları) (şək. 26).
Telofaza II. Mitozun telefozası ilə oxşardır. Başlanğıc valideyn hüceyrədən dörd qız hüceyrə əmələ gəlir.
Bəzi birhüceyrəlilərdə meyoz ziqotda baş verir.
Şəkil 26.
Şəkil 27. Meyoz əsas mərhələlərinin sxemi ( bir xromosomun duplikasiyası və iki ardıcıl nüvə və hüceyrə bölünməsi)
Meyozun bioloji əhəmiyyəti. Meyozun əhəmiyyəti ondadır ki, müəyyən tip orqanizmlər üçün nəsildən nəslə kariotipin sabitliyi saxlanılır. Həmçinin meyoz qa-metlərin genetik tərkibinin müxtəlifliyini təmin edir (şək. 27).



  1. FƏSİL

Prokariotlardan eukariotlara
Məlum olan bütün birhüceyrəli və çox hüceyrəli orqanizmlər prokariotlara və eukariotlara ayrılır.
Prokariotlar (Hekkele görə protistlər)
Prokariotlar 3 mlrd il bundan əvvəl mövcud olmuşlar. Təkamül nəticəsində onlarda çoxalma və genetik kod mexanizmi təkmilləşmiş, replikasiya və transkrip-siya prosesləri ayrılmış; gen molekulundan həlqəvi genom əmələ gəlmiş; ATF-in sintezi üçün fermentativ sistem formalaşmış, maddələrin aktiv daşınması və özləri-nə xas amin turşaularının nukleotidlərin, yağların, karbohidratların sintez mexaniz-minin yaranmışdır.
Prokariotlara (yunanca pro – əvvəl, karion – nüvə) bakteriyalar və göy-yaşıl yosunlar aiddir. Bu hüceyrələrdə seçilən nüvə yoxdur, əvəzinə onun ekvivalenti olan – tək DNT molekulu olur. DNT elə sitoplazmada yerləşir. Prokariot hüceyrə-lərin plazmatik membranında bəzi çökəkliklər var ki, onlardan bəziləri tənəffüsü, bəziləri də fotosintezi həyata keçirir. Membranın çökmüş hissələri mürəkkəb quru-luşlu olub mezosomları əmələ gətirir, bunların səthində isə fermentlər olur və bu fermentlər tənəffüs prosesində iştirak edirlər. Mezosomları primitiv orqanoidlər ad-landırmaq olar.

Yüklə 168,12 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin