Biologiya yun



Yüklə 168,12 Kb.
səhifə27/56
tarix25.09.2022
ölçüsü168,12 Kb.
#64096
1   ...   23   24   25   26   27   28   29   30   ...   56
biologiya kitab 1

Fermentlər
1815-ci ildə Kirxhot buğdadan ekstrat hazırladı və bu ekstrat nişastanın şə-kərə çevrilməsinə səbəb olurdu. Fermentlər – makromolekulyar zülallardır. Hər bir ferment canlı orqanizmdə müəyyən bir reaksiyanı tənzimləyir (sürətini də). Kim-yəvi reaksiya baş verəcək maddə (substrat) fermentlə birləşib spesifik kompleks əmələ gətirir. Ferment “qıfıla açar düşən kimi” maddəyə təsir göstərir.
Qeyd etmək lazımdır ki, reaksiya məhsulunu mühitdə artıq toplanması hə-min məhsulun sintezi prosesini zəiflədir, lakin məhsulun çatışmaması bu prosesi sürətləndirir (əks-əlaqə prinsipi).
1914-ci ildə Bidl və Tatum tərəfindən “bir gen- bir ferment – bir reaksiya” hipotezi irəli sürüldü, yəni hər bir biokimyəvi reaksiya (orqanizmin inkişafı və hə-yat fəaliyyəti proseslərində) xüsusi bir fermentlə idarə olunur və bu ferment də öz növbəsində bir genlə idarə olunur.
Fermentlər təsir etdikləri substratın sonuna – aza şəkilçisi əlavə etməklə ad-landırılırlar. Məsələn, saxaroza qlükoza və fruktozaya saxaraza fermentinin təsiri ilə parçalanır. Adətən, fermentlər rəngsiz olub, suda həll olurlar. Fermentlərin təsi-ri ilə reaksiya sürəti çox dəyişir. Məsələn, mal-qara öküzün qaraciyərindən alınmış 1 molekul katalaza 5 mln. hidrogen peroksidi 00C temperaturda 1 dəqiqə ərzində parçalayır. Hidrogen peroksidi parçalamaqla katalaza hüceyrəni bu zəhərli maddə-nin təsirindən də qoruyur. Hidrogen peroksid Fe atomunun təsirindən də parçalana bilər, lakin çox yavaş Fe atomu ilə eyni işi görmək üçün 300 il lazımdır. Bəzi fer-mentlər siroplazma da həll olmuş şəkildədir, bəziləri isə hüceyrə daxilində daxili cisimciklərə birləşmişlər: məsələn, mitoxondri, ribosom və s.
Biosintez
Hüceyrənin həyat fəaliyyəti üçün zülal sintezinin baş verməsi vacib şərtdir. Hər hansı bir növün müəyyən zülalı sintezetmə qabiliyyəti genetik olaraq müəy-yənləşir və nəsildən nəslə ötürülür.
Genetik məlumat DNT-də kodlaşdırılıb. Hüceyrə nüvəsində olan məlumat (DNT-də) genotip adlanır. Xromosom dəstində olan DNT genom, nüvəxarici DNT isə (mitoxondridəki, plastidlərdəki) plazmon adlanır. Bakteriyalardakı nüvəyə ek-vivalent olan DNT həm də genomu təşkil edir. Onlarda nüvəxarici DNT plazmidlər formasındadır. DNT-dən təşkil olunmuş strukturlar (sitoplazmada) eukariotlarda və eləcə də, bakteriyalarda plazmidlər adlanır.
Bakteriyaların və bir çox virusların genomunda olan genetik informasiya bir polinukleotid zəncirində əks olunur. Eukariotlarda genetik material bütün xromo-somlar arasında paylanmışdır və hər bir xromosomda uzun polinukleotid zənciri əmələ gətirir. Eukariotların xromosomlarında, bakteriya və bir çox virusların plaz-midlərin genomunda olan ( bəzi viruslarda –RNT) DNT-nin polinukleotid sapı funksional hissələrə ayrılır ki, bunlar da gen adlanır. Bir DNT molekulunda bir ne-çə yüz gen ola bilər. Bunlar aşağıdakı kimi qruplaşdırılır :

  1. Stuktur genləri – bunlarda ferment və struktur zülların sintez olunması üçün məlumat kodlaşdırılıb;

  2. Nəqliyyat RNT-nin sintezi üçün məlumat daşıyan genlər;

  3. Ribosom RNT-nin sintezi üçün məlumat daşıyan genlər ;

  4. Xüsusi tənzimləyici sahələr – promotor və operatorlar;

  5. Genlərarası sahəni ayıranlar (speyserlər);

  6. Naməlum funksiyalı sahələr 1977-ci ildə DNT-də nukleotid ardıcıllığını müəyyən etmək imkanı yarandı və o vaxtdan etibarən tam genomların və bə-zi genom hissələrinin nukleotid ardıcıllıqları təyin olundu. Onların funksiya-ları da müəyyənləşdi.

Zülal molekulunun sintezi m-RNT-si ribosomla əlaqəyə girdikdən sonra başla-yır. Bir m-RNT-si sapında eyni zamanda bir neçə ribosom ola bilər, bunlar polisom əmələ gətirirlər. Elə buna görə də bir m-RNT molekuluna, əsasən, eyni zamanda zülal molekulu bir neçə sayda sintez oluna bilər. M-RNT-si proqramına əsasən ri-bosomda zülalın sintez olunması translyasiya adlanır. M-RNT-si olə sintez olunan zülal molekulu arasında əlaqələndirici və ya daşıyıcı rolunu n-RNT oynayır.

Yüklə 168,12 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin