CH3COCOOH(C3H4O3) + H2 → CH3-CHOH-COOH-CO2 + H2O Əzələ piroüzüm
Qlikogen qlikoliz → turşusu → mitoxondri + enerji
Əzələlərin istirahəti zamanı enerji sərf olunmur və hüceyrədə ehtiyyat halın-da toplanılır. Beləliklə də, avtomatik olaraq, bir hüceyrəyə lazım olan enerji ehtiya-cı bu yolla tənzimlənir. Hüceyrənin kimyəvi tərkibi dəyişdikdə, bu dəyişilmə hər hansı bir prosesin gedişini tənzimləmək üçün siqnal rolunu oynayır.
Zülal, yağ, karbohidrat mübadiləsi Zülal mübadiləsi Orqanizmdə daim zülalların parçalanması və sintezi gedir. Əksər məməlilər-də orqanizmin zülallarının 50%-i yarımildə yenilənir. Xüsusilə zülalların yenilən-məsi qan plazmasında və beyin qabığı hüceyrələrində intensiv gedir.
Zülalların parçalanmasından əmələ gələn amin turşularə qan vasitəsilə qara-ciyərə gətirilir və burada amin turşularından ya zülallar sintez olunur, yada ehtiy-yatda saxlanılır (orqanizmə lazım olan).
Bunlardan bir qismi digər üzvi birləşmələrdən orqanizmdə sintez olunurlar. Belə amin turşuları əvəz olunan amin turşularıdır. Bəziləri isə orqanizmdə sintez oluna bilmirlər. Bunlar əvəz olunmayan amin turşularıdır: leysin, izoleysin, metio-nin, treonin, femilalanin, triptofan, valin, lizin
Əvəz olunmayan amin turşularına daxil olan zülallar keyfiyyətli zülallar ad-lanır. Bitki zülalları bu baxımdan keyfiyyətli zülallar hesab olunmur. Zülalların ça-tışmamazlığı və azlığı orqanizmdə zülal aclığı yaradır. Bu zaman inşaat materialı-nın çatışmaması nəticəsində orqanizm inkişafdan dayanır, bədən çəkisi azalır və in-kişaf geriləyir.
Ferment – zülalların əhəmiyyəti xüsusilə böyükdür. Hüceyrədə bütün kimyə-vi reaksiyalar fermentlərin iştirakı ilə gedir. Hər bir ferment müəyyən kimyəvi reaksiyanı kataliz edir.
Fermentlərin çatışmaması orqanizmdə pozğunluqların əmələ gəlməsinə sə-bəb olur.