Biologiya yun



Yüklə 168,12 Kb.
səhifə21/56
tarix25.09.2022
ölçüsü168,12 Kb.
#64096
1   ...   17   18   19   20   21   22   23   24   ...   56
biologiya kitab 1

Energetik mübadilə
Qeyd olunduğu kimi, bütün açıq sistemlər kimi, hüceyrə də ətraf mühitlə enerji və maddə mübadiləsinə girir. Adətən, xarici və daxili mübadilə var. Xarici mübadilə zamanı orqanizm ətraf mühitdən hər hansısa bir maddəni alır. Digər maddəni isə xaric edir. Daxili mübadilə isə, ətraf mühitdən alınmış həmin maddə-lərin müəyyən çevrilmələrə məruz qalmasıdır. Maddələr mübadiləsi iki prosesdən ibarət olur: assimilyasiya (anobolizm), dissimilyasiya (katabolizm).
Assimilyasiya – daha sadə birləşmələrdən iri molekulların sintezi reaksiyala-rıdır. Bu zaman enerji sərf olunur və bu zaman bitki və heyvan mənşəli maddələr orqanizmə məxsus maddələrə çevrilir.
Dissimilyasiya – iri birləşmələrin daha sadə birləşmələrə çevrilməsidir. Bu zaman enerji ayrılır.
Orqanizmdə gedən bütün katabolik və anobolik reaksiyaların cəmi metabo-lizm adlanır.
Katabolizm + Anabolizm = Metabolizm
(dissimilyasiya) (assimilyasiya)
Enerji hüceyrənin müxtəlif hissələrinə daxil olur, bir formadan başqa forma-ya keçir. Hüceyrədə hər enerji növü müəyyən bir prosesdə iştirak edir (biosintez, hüceyrə bölünməsi, mexaniki iş, aktiv nəql olunma, osmos və s.).
Yaşıl bitkilərin, göy-yaşıl yosunların və bəzi bakteriyaların avtotrof assimil-yasiya prosesi – qeyri-üzvi maddələrdən üzvi maddələrin hazırlanması – digər can-lıların həyatında mühüm əhəmiyyər kəsb edir.
Ekologiyada trofik struktur nöqteyi nəzərdən ekosistemi iki yarusa bölürlər: 1) üst avtotrof yarus (sərbəst qidalananlar) və ya “yaşıl zona”. Bura tərkibində xlo-rofil olan bitkilər aiddir. Bunlar işıq enerjisindən qeyri-üzvi maddələri üzvi maddə-lərə çevrilməsi üçün istifadə edirlər. 2) alt heterotrof yarus (digər canlılarla qidala-nanlar) və ya “qəhvəyi zona”. Bura adətən, torpağın qalıqlarla, bitki kökləri ilə, parçalanma məhsulları ilə zəngin qatı aiddir.
Dissimilyasiya 3 mərhələdə baş verir:
Birinci mərhələ hazırlıq mərhələsi. Mürəkkəb üzvi birləşmələr daha sadə birləşmələrə parçalanır: zülallar amin turşularına, polisaxaridlər monosaxaridlərə, yağlar yağ turşularına və qliserinə, nuklein turşuları nukleotidə parçalanır.
İkinci mərhələ – oksigensiz mərhələdir. Bu zaman birinci mərhələdə parça-lanmış məhsullar sonrakı parçalanmaya məruz qalır. Daha sadə birləşmələr əmələ gəlir. Oksigen iştirak etmədiyi üçün anaerobdur. Hüceyrədə əsas enerji mənbəyi qlükozadır. Qlükozanın oksigensiz parçalanması qlikoliz adlanır. Hər iki mərhələ sitoplazmada baş verir. Bu zaman 1 molekul qlükozadan 2 molekul ATF əmələ gə-lir. Qlikoliz prosesi – mərhələli prosesdir. Hər bir reaksiya müəyyən bir fermentin iştirakı ilə gedir. Bu zaman pirozin turşusu əmələ gəlir, sonrakı mərhələdə pirozin turşusu mitoxondridə parçalanmaya məruz qalır. Bu üçüncü mərhələdir, tam parça-lanma baş verir.
Qlikolizin məhsulları süd turşusu, hidrogen və ATF şəklində enerjidir.



Yüklə 168,12 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin