Biologiya yun


Mitoxondri və plastidlərin mənşəyi



Yüklə 168,12 Kb.
səhifə20/56
tarix25.09.2022
ölçüsü168,12 Kb.
#64096
1   ...   16   17   18   19   20   21   22   23   ...   56
biologiya kitab 1

Mitoxondri və plastidlərin mənşəyi. Eukariot hüceyrələrin mitoxondri və plastidlərində özlərinə məxsus genetik strukturu var. Hüceyrənin və nüvənin bö-lünməsindən asılı olmayaraq, sərbəst çoxalırlar və protoplazmada ikiqat membrana ayrılıblar. Onların mənşəyini endosimbioz hipotezi izah edir. Belə hesab edirlər ki, bunlar bakteriyalar və ya göy-yaşıl yosunlarla oxşar olan prokariotların sələfləridir-lər ki, faqositoz nəticəsində heterotrof, aerob hüceyrələrə keçmişlər və burada sim-biontlar kimi yaşamağa başlamışlar. Bu məsələ haqqında başqa fikirlər də mövcud-dur, lakin biz onlara toxunmayacağıq.
Hüceyrələrin mərkəzi. Bu orqanoiddə bütün heyvani hüceyrələrdə və bəzi bitki hüceyrələrində təsadüf olunur. Ali bitkilərin hüceyrələrində bunlara təsadüf olunur. İki cisimcik – sentriollar onun əsasını təşkil edir. Əsas funksiyası hüceyrə bölünməsində iştirak etməsidir (bölünmə vətərinin əmələ gəlməsində).
Ribosomlar. Ribosomlar çox kiçik orqanoidlər olub, 20-30 nm ölçüsündədir-lər. Hər bir hüceyrədə on minlərlə və ya milyonlarla bu kiçik hissəciklərə təsadüf olunur. Ribosomlar iki müxtəlif hissəcikdən – böyük və kiçik təşkil olunub.
Şəkil 18. Ribosomlar
Ribosomlar zülallar və (r-RNT) ribosom RNT-dən ibarətdirlər. Membransız strukturludurlar (şək. 18).
Ribosomların funksiyası – zülalların biosintezi. Hüceyrədə ribosomlar sitop-lazmada sərbəst şəkildə tək-tək və ya qrup şəklində - polisomlar ola bilərlər. Əgər zülal hüceyrənin özü tərəfindən istifadə olunacaqsa onda bu zülalın sintezi poli-somda gedir (sitoplazmada sərbəst yerləşən), əgər sintez olunacaq zülal hüceyrə-dən kınarda istifadə olunacaqsa onda bu zülalın sintezi endoplazmatik tora birləş-miş polisomlarda gedir.
Lizosomlar. Lizosomlar (lizis- parçalanma və soma- bədən) membranla hü-dudlanmış kiçik qovuqlardırlar. Lizosomlar hidrolitik fermentlərə malikdirlər ki, bunlar da karbohidratları, zülal və lipidləri və nuklein turşularını həzm etək qabi-liyyətinə malikdirlər. Fermentlər özləri dənəvər endoplazmatik torda sintez olunur, sonra Holci kompleksinə daxil olur; burada lizosomlar formalaşır.
Fermentlər hüceyrənin digər struktur və komponentlərindən təcrid olunmalı-dırlar, əks təqdirdə onları dağıda bilərlər (həll edərək). Bitki hüceyrəsində lizosom-ların funksiyasını iri mərkəzi vakuollar yerinə yetirə bilər.
Holci aparatından fermentlərə malik Holci qovuqları qablaşdırılıb sitoplaz-maya düşür. Bunlar ilk lizosomlar olub hüceyrə həzmini həyata keçirirlər. Bunlar hələ aktiv olmayıb, həzm substratına malik deyillər.
Bu lizosomlar, endositoz zamanı əmələ gələn qovuqlar və vakuollarla birlə-şib, ikinci Rizosomları əmələ gətirirlər. Bunlar artıq hidrolitik aktivliyə malikdir-lər. Bu lizosomlarda müxtəlif maddələrin həzmi baş verir. Həmin maddələr hücey-rəyə endositoz zamnaı daxil olurlar.
Məsələn, amöbdə endositoz – qidanın udulmasıdır. Lakin müdafiə funksiya-sı da yerinə yetirə bilirlər. Məsələn, ixtisaslaşmış leykositlər (faqositlər) və makro-faqlar orqanizm düşmüş bakteriyaları tutur və həzm edir. İkinci lizosomları həzm vakuolu da adlandırmaq olar.
Həll olunmuş maddələr udulur və hüceyrə sitoplazması tərəfindən mənimsə-nilir. Müəyyən hissə həzm olunmamış qalır. Bu həll olunmamış materiala malik li-zosom qalıq cisimcik adlanır. Belə cisimciklər plazmatik membrana tərəf yönəlir. Burada onların möhtəviyyatı xaricə çıxarılır (ekzositoz). Bəzi hüceyrələrdə, xüsu-silə ürək əzələsi və qaraciyərdə bu cisimciklər saxlanılır (şək. 19,20)

Avtofaqlıq və avtoliz


Hüceyrə ona lazım olmayan komponentləri və strukturları məhv etmək qabi-liyyətinə malikdir. Bu qabiliyyət avtofaqlıq adlanır. Bu proses hüceyrəyə xas köh-nəlmiş və lazımsız maddələrin parçalanmasına əsaslanır. Əvvəlcə, lazımsız struk-tur birqat membranla əhatə olunur. Sonra birinci dərəcəli lizosomla əlaqələnir. Həzm vakuolu əmələ gəlir. Burada həmin struktur həll olur. Proses nəticəsində köhnəlmiş orqanoidlər yeniləri ilə əvəz olunur.
Avtoliz. Bu proses hüceyrənin həzm olunmasıdır. Əsasən, patoloji dəyişiklik-lər və qocalma zamanı müşahidə olunur. Burada lizosomlar iştirak edir. Ona görə də lizosomları hüceyrənin ölümünə səbəb silah adlandırırlar. Bəzən avtoliz normal hadisədə ola bilər. Məsələn, inkişafı başa çatmış müəyyən mərhələdə hər hansı bir orqanoidin və orqanın itirilməsi. Buna misal olaraq, qurbağanın inkişafı zamanı çömçəquyruğun metamorfozla müəyyən hissələrinin yox olmasını göstərə bilərik (quyruq itməsi).

  1. FƏSİL

Energetik və plastik mübadilə

Yüklə 168,12 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin