Biologiya yun



Yüklə 168,12 Kb.
səhifə22/56
tarix25.09.2022
ölçüsü168,12 Kb.
#64096
1   ...   18   19   20   21   22   23   24   25   ...   56
biologiya kitab 1

C6H12O6 → 2 C3H4O3 + 4H + 2ATF
Qlükoza piroüzüm turşusu
Qlikoliz qıcqırma prosesinə çox yaxındır. Əksər mikroorqanizmlər enerjini qıcqırma prosesində alır. Süd qıcqırması, spirt qıcqırması yağ qıcqırması kimi pro-seslər var.
Qıcqırma prosesindən təsərrüfatda süd məhsullarının alınmasında, meyvə və tərəvəzlərin konservləşdirilməsində, spirt və çörək istehsalında geniş istifadə olu-nur. Qlikoliz və qıcqırma proseslərində əmələ gələn məhsullarda hələ də müəyyən qədər enerji ehtiyyatı qalır. Bu məhsulların sonrakı oksidləşməsi zamanı CO2 və H2O əmələ gəlir ki, bu zaman ehtiyyatdakı enerji ayrılır.
Üçüncü mərhələ tam parçalanma və ya tənəffüs adlanır. Bu proses anaerob-dur. Belə ki, bir neçə fermantativ reaksiya ardıcıllığından ibarətdir. Fermentlər isə ya daxili membranda, ya da mitoxondridə yerləşir. CO2 və H2O əmələ gələn zaman böyük miqdarda enerji ayrılır. Enerjinin bir hissəsi ATF-in sintezinə sərf olunur. 2 molekul piroüzüm turşusundan 36 molekul ATF əmələ gəlir. Ali bitkilərin və ək-sər heyvanların hüceyrələrində tənəffüs həyat fəaliyyəti üçün vacib prosesdir və əsas enerji mənbəyidir.
Homeostaz
Hər bir orqanizm daxili mühitin sabitliyi ilə xarakterizə olunur. Bu home-ostazdır. Ətraf mühitin faktorları dəyişdikcə orqanizmdə anatomik, fizioloji, davra-nış xüsusiyyətləri də dəyişə bilər. Bu mühitə uyğunlaşma ilə əlaqədardır. Bu zaman orqanizm dəyişkən mühitdə yaşama şansı əldə edir. Fransız fizioloqu Kloud Bernar 1857-ci ildə ilk dəfə qeyd etdi ki, orqanizmin daxili mühitinin sabitliyi orqanizm üçün optimal şəraiti yaradır. Belə ki, bu zaman bədən temperaturu, suyun miqdarı, qanın tərkibi və bəzi maddələrin miqdarı orqanizmdə dəyişməz qalır.
Orqanizmi tənzimləyən sistemlər hüceyrə səviyyəsindən tənzimləmə işi ilə məşğul olur. 1932-ci ildə ilk dəfə amerikalı fizioloq Uolter Kennon ilk dəfə olaraq homeostaz (homoios – uyğun, stisus – durma və ya dayanma) terminini irəli sürdü. Bu termin orqanizmin daxili mühitinə tətbiq olunan termindir. Orqanizmin daxili mühitinin sabitliyi onu xarici faktorların təsirindən mühafizə edir. Xüsusilə, quşlar və məməlilərdə daxili mühitin sabitliyi bədən temperaturunun sabitliyinə gətirib çı-xarır. Ətraf mühitin dəyişən temperaturuna bu canlılar daxili mühitin sabitliyi hesa-bına o qədər də məruz qalmırlar.
Sabitlik hüceyrə səviyyəsindən başlayaraq göstərir. Hər bir hüceyrə müəy-yən miqdar zülallara, nuklein turşularına, ATF, üzvi və qeyri-üzvi birləşmələrə ma-likdir.
Hüceyrə tərkibinin sabitliyi necə qorunur?
Əzələ hüceyrəsinin yığılması üçün enerji vacibdir. Bu enerji ATF moleku-lundadır. Lakin hüceyrədə ATF-in miqdarı o qədər də çox deyil. Karbohidratlar enerji mənbəyidir, əzələ hüceyrələrində həmişə ehtiyatda qlikogen var ki, ATF-in miqdarı aşağı düşdükdə anaerob parçalanma (qlikoliz) nəticəsində pirozin turşusu əmələ gəlir ki, o da mitoxondrilərdə parçalanaraq əzələ işi üçün lazım olan enerji yaradır.

Yüklə 168,12 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin