Biologiya yun



Yüklə 168,12 Kb.
səhifə19/56
tarix25.09.2022
ölçüsü168,12 Kb.
#64096
1   ...   15   16   17   18   19   20   21   22   ...   56
biologiya kitab 1

Mitoxondri. Bunlara bütün eukariot hüceyrələrdə təsadüf olunur. İlk dəfə 1850-ci ildə mitoxondrini Kelliker qranula (kürə) şəklində əzələ hüceyrəsində aş-kar etdi. Bu orqanoidlər hüceyrəni enerji ilə təmin edir və bu enerji hüceyrədə ATF şəklində toplanılır. Hüceyrədə 150-1500 mitoxondri ola bilər, nisbətən iri ibti-dailərdə 500000-ə qədər təsadüf olunur. Bəzi prokariot hüceyrələrdə mitoxond-rilərə təsadüf olunmur, bəziləri enerjini qıcqırma proseslərindən alırlar. Məsələn, məməlilərdə yetişmiş eritrosit hüceyrələrində olduğu kimi. Mitoxondri formasını dəyişə bilir, bəziləri hüceyrənin müxtəlif hissələrinə yerləşə bilirlər. (ATF-ə daha çox ehtiyac olan hissələrə)
Mitoxondri iki membranla əhatələnib (şək. 17). Daxili membran qırışılıdır və bu qırışlar kristlər adlanır. Kristlərin miqdarı mitoxondridə müxtəlif ola bilər. Məsələn, ürək hüceyrəsindəki mitoxondridə bunların sayı xüsusilə çoxdur. Memb-ran xüsusi seçiciliyə malikdir, yəni yalnız müəyyən maddələri buraxır. ADF və ATF-in daxili membrandan aktiv nəqli xüsusi fermentlər tərəfindən həyata keçiri-lir. Bu fermentlər translokazalar adlanır.
Şəkil 17. Mitoxondrinin quruluş sxemi
Mitoxodri daxilində mitoxondrial matriks – maye vardır. Burada qeyri üzvi maddələrin ionları, karbohidratlar, zülallar, RNT, DNT, ribosomlar və s. olur. Mi-toxondrilər bir neçə gün qalır və bölünmə yolu ilə (eninə) çoxalırlar.
Plastidlər. Embrion hüceyrələr rəngsiz proplatsidlərə malikdir. Toxuma növündən asılı olaraq, onlar yaşıl xloroplastlara və ya rəngsiz leykoplastlara çevri-lirlər. Xloroplastların funksiyası – fotosintezdir. Bu zaman işıq enerjisi üzvi birləş-mələrin kimyəvi enerjisinə çevrilir (xüsusilə karbohidratların). Bunlar xloroplastlar tərərfidən çox az enerjiyə malik CO2 və H2O-dan hazırlanır. Xloroplastların piq-mentləri xlorofillərdir. Onlar sintez üçün lazım olan işığı udurlar. Bundan əlavə bü-tün xloroplastlar karatinoidlərə malikdirlər: narıncı – qırmızı və sarı, daha tez-tez qırmızı ksantofillər.
Yosunların hüceyrəsində xloroplastlar azdır – bir və ya bir neçə formada. Ali bitkilərin hüceyrələrində (və bəzi yosunlarda) 10-200 kiçik (3-10 mkm) xloroplast-lara təsadüf olunur.
Xloroplastlar iki membranlıdır. Bu membran rəngsiz stromanı əhaə edir. Stromada isə çoxlu sayda sisternalar – yaşıl rəngli telakoidlər var. Telakoidlərin membranında fotosintezin bəzi reaksiyaları “işıq reaksiyaları”, stromada isə foto-sintezin “qaranlıq reaksiyaları” baş verir (fotosintez prosesi haqqında məlumat son-ra veriləcək) (şək.14).

Yüklə 168,12 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin