Biologiya yun



Yüklə 168,12 Kb.
səhifə17/56
tarix25.09.2022
ölçüsü168,12 Kb.
#64096
1   ...   13   14   15   16   17   18   19   20   ...   56
biologiya kitab 1

Xromosomlar
XX əsrin əvvəllərində Satten və Boveri belə fikir söylədilər ki, məhz xromo-somlar bir nəsldən digər nəslə genetik məlumatı ötürür. Lakin uzun illər aparılan eksperimentlər göstərdi ki, genetik məlumat xromosomlardakı DNT-də saxlanılır. Hüceyrə bölünməsi zamanı xromosomlar irsi məlumattın bir nəsildən digər nəslə ötürülməsinə görə çox böyük rol oynayırlar. Onlar həm də hüceyrə metabolizminin tənzimlənməsində iştirak edirlər. Xromosomlar nukleproteid strukturun uzununa dartılmış formasına malikdirlər. Bölünməyən hüceyrələrdə xromosomlar görün-mürlər, lakin bölünmədən əvvəl onlar qısalaraq yoğunlaşır və tündləşir.
Şəkil 10. Xromosom tipləri və quruluşları
a-metasentrik – sentromer xromosomlarda ortada durur; b-submetasentrik – sentro-mer xromosomun bir ucuna yaxın durur; v) peykli xromosom; q) akrosntrik – sen-tromer xromosomun sonunda yerləşir; 1-xromatid; 2- sentromer (ilkin gərilmə); 3 – peyk ; 4- ikinci gərilmə
Xromosomun kimyəvi tərkibi. Xromosomlar xromatindən təşkil olunub ki, onun da 40% DNT, 40% histon (1 histon – tərkibində daha çox arqinin və lizin olan xromosom zülalı), 20% - zülallar və RNT (çox az) ibarətdir. Hüceyrənin bö-lünməsi zamanı hər xromosomun DNT-si replikasiya olunaraq hər bir DNT sapın-dan iki yeni DNT sapı əmələ gəlir (polinukleotid zəncir).
Bu zəncirlər hər biri identik 2 sapdan ibarət olur; onlar hüceyrə bölünməsi-nin əvvəlində görünürlər; hər bir sap xromatid adlanır və ikinci sapla sentromer – ilkin gərilmə yeri vasitəsilə birləşir. Sentromer xromosomu iki çiyinə ayırır.
Sentromerin xromosomda yerləşdiyi yerdən asılı olaraq xromosomlar bəra-bər çiyinli, qeyri-bərabər çiyinli və akrosentrik olur (şək. 10,11).
Şəkil 11. Hüceyrə nüvəsi və xromosomlar.
A – nüvə interfaza mərhələsində, QX- qixromatin; Rib-ribosomlar; RNP – ribonukleoproteid hissəciklər; EŞ – endoplazmatik şəbəkə; EX- euxromatin; N-nüvəcik; NP- nüvə pərdəsi; NM- nüvə məsamələri; NC – nüvə cisimciyi (?) ; B. Xromosom – nüvənin bölünməsi zamanı; S- satellit; Xn-xromonema; Xm – xromatid; S-sentromer; NG – nüvə gərilməsi
Xromosomun bəzi sahələrində DNT olmadığı üçün onlar rəngsiz görsənirlər. Belə kiçik hissələri satellitlər adlandırırlar (peyklər).

Yüklə 168,12 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin