Biologiya yun


Şəkil 12. Elektron mikroskopu ilə heyvan hüceyrəsinin ümumiləşdirilmiş ultra-strukturları Şəkil 13



Yüklə 168,12 Kb.
səhifə18/56
tarix25.09.2022
ölçüsü168,12 Kb.
#64096
1   ...   14   15   16   17   18   19   20   21   ...   56
biologiya kitab 1

Şəkil 12. Elektron mikroskopu ilə heyvan hüceyrəsinin ümumiləşdirilmiş ultra-strukturları
Şəkil 13. Elektron mikroskopu vasitəsilə bitki hüceyrəsinin ümumiləşdirilmiş ultra-strukturu
Şəkil 14. Xloroplast quruluşunun elektronoqramması
Şəkil 15. Polisomun sxemi (A) və ribosom(B): 1-böyük subhissəcik; 2- kiçik sub-hissəcik; 3 – m-RNT
Endoplazmatik tor. Endoplazmatik torun (ET) quruluşu elekton mikroskopu ilə öyrənilmişdir. ET şaxələnmiş kanallardan, boşluqlardan (sisterin) ibarət olub si-toplazmada tor əmələ gətirirlər. Kanal və boşluqlar membrandan əmələ gəlib.
İki cür ET var: qranulalı (çıxıntılı) və aqranulyar (hamar). Qranulalı ET-də ribosomlar var və elə bu səbəbdən çıxıntılı görünüş alır. Aqronulyar ET ribosomla-ra malik deyil, lipid və karbohidratların sintezində iştirak edir. Burada hüceyrə membranın əmələgəlmə prosesi başlayır.
Holci kompleksi. Holci kompleksi (daxili tor apparat) mürəkkəb tor (şəbəkə) quruluşa malik olub, nüvə ətrafında (işıq mikroskopunda) görünür. Bəzən çubuq, oraq və dənəvər şəkilli olur (şək. 16).
Şəkil 16. İşıq mikroskopunda Holci kompleksi
A – tritonun bağırsaq epitelisi hüceyrəsi
B – molluskanın sinir hüceyrəsi
Elektron mikroskopik tədqiqatlar göstərir ki, Holci kompleksi membranlı strukturudur. Membran müstəvi boşluqlu sisternlər əmələ gətirir ki, bunlar üst-üstə yığılmış vəziyyətdə olurlar. Bu boşluqların sonunda iri və kiçik qovuqlar var.
Holci kompleksinə ET-də sintez olunan maddələr ötürülür. Boşluqlarda bu maddələrin sintezi tamamlanır, “qablaşdırılır” və qovuqlar şəklində (membranla əhatə olunmuş) ayrılır. Bu qovuqlar ya hüceyrə tərəfindən istifadə olunur ya da hüceyrədən kənarlaşdırılır. Holci kompleksi lizosomun əmələ gəlməsində də iştirak edir.
Mitoxondri və plastidlər. Eukariot hüceyrələrdə bu orqanoidlər öz morfolo-giyası, funksiyası və çox güman ki, mənşəyinə görə oxşardırlar. Onların membran sistemi çox yaxşı inkişaf edib və intensiv enerji yaratmağa qabildir.

Yüklə 168,12 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin