Biologiya yun



Yüklə 168,12 Kb.
səhifə26/56
tarix25.09.2022
ölçüsü168,12 Kb.
#64096
1   ...   22   23   24   25   26   27   28   29   ...   56
biologiya kitab 1

6 H2O + 6CO2 → C6H12O6 + 6 O2
Fotosintez prosesində əmələ gələn karbohidratlar sonradan başqa üzvi mad-dələrin əmələ gəlməsində başlanğıc material kimi istifadə olunurlar. Fotosintezin əhəmiyyəti çox böyükdür. Fotosintez atmosferə molekulyar oksigenin daxil olma-sını təmin edir, Yerdə üzvi maddələrin toplanmaasına səbəb olur ki, bu zaman Gü-nəş enerjisindən istifadə olunur.
Xemosintez zamanı da üzvi maddələr qeyri-üzvi maddələrdən əmələ gəlir, lakin bu zaman işıq enerjisi deyil, kimyəvi enerjidən istifadə olunur. Bu enerji isə kimyəvi reaksiyalar zamanı qeyi-üzvi maddələrin oksidləşməsindən alınır. Xemo-sintez rus alimi S.N.Vinoqradski tərəfindən bir qrup bakteriyalarda aşkar edilib. Bu proses nitrifikasiya bakteriyalarında, dəmir, kükürd bakteriyalarında təsadüf olu-nur.
Nitrifikasiya bakteriyaları ammonyakı azot turşusuna qədər oksidləşdirir.
NH3 → HNO2 + enerji
HNO2 → HNO3 + enerji
Dəmir bakteriyaları dəmirin oksidləşməsini həyata keçirir :
Fe2+ → Fe3+ + enerji
Kükürd bakteriyaları hidrogen sulfidi kükürdə qədər və daha sonra isə sulfat turşusuna qədər oksidləşdirir.
H2S → S + enerji
S → H2SO4 + enerji
Bu proseslərdən ayrılan enerji ATF molekulu şəklində toplanır və sonra üzvi maddələrin sintezində istifadə olunur. Bu fotosintezin qaranlıq fazasında qlükoza-nın əmələ gəlməsi reaksiyasına uyğun olan bir prosesdir :
CO2 + H2O + ATF → karbohidrat
Xemosintezedici bakteriyaların əhəmiyyəti çox böyükdür. Nitrifikasiya bak-teriyaları torpaqda nitratların toplanmasına, dəmir bakteriyaları bataqlıq filizlərinin əmələ gəlməsinə (Fe(OH)3), kükürd bakteriyaları su mənbələrinin təmizlənməsində əhəmiyyətlidir.

Yüklə 168,12 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin