Şəkil 22. Ribosomda polipeptid zəncirin sintezi mexanizmi
Belə hesab olunur ki, hər bir ribosom m-RNT-si molekulu üzərində “sürü-nür” və bu zaman genetikməlumatı zülal “dilinə tərcümə edir”. Amin turşuları m-RNT-si kodonlarına uyğun (nukleotid tripletlərinə görə) nəqliyyat RNT-si anti-kodonlarının tanınmasına görə əmələ gələn zəncir bir ucdan ardıcıllıqla birləşirlər (Villi və başqaları).
Hüceyrədə zülal biosintezi bir çox fermentlərin iştirakı ilə baş verir: m-RNT-si sintezi, amin turşularının n-RNT-sinə birləşməsi, amin turşularının arsında pep-tid rabitələrin əmələ gəlməsi və s. Hüceyrədə zülal sintezinin müvəffəqiyyətlə başa çatmasına enerji də tələb olunur. Buna görə zülal biosintezi ATF-in iştirakı ilə baş verir ki, onun parçalanmasından lazım olan enerji əldə olunur.
DNT-də zülal quruluşu haqqında məlumat aşağıdaı kimi qeyd olunur. Mə-lum olduğu kimi, DNT-nin tərkibinə bir – birindən yalnız azot əsasına görə fərqlə-nən dörd nukleotid daxildir, zülal molekulu özü də 20 növ amin turşusundan iba-rətdir. Bəs 20 amin turşusuna görə zülal haqqında məlumatı necə kodlaşdırmaq olar, DNT kodu necədir? Məlum olmuşdur ki, DNT zəncirində hər bir amin turşu-su üç nukleotid ardıcıllığına görə kodlaşdırılır. Dörd elementdən üç-üç birləşmə nəticəsində 64 kombinasiya əmələ gəlir. Bu göstərici 20 amin turşusunu kodlaşdır-maq üçün yetərincədir.
DNT kodu hal-hazırda tamamilə açılmışdır. Hər bir amin turşusuna bir trip-let uyğundur (3 nukleotiddən ibarət) və ya kodon, beləki bəzi amin turşuları bir ne-çə tripletlə kodlaşdırılır. Bu kodlaşdırmanın bioloji cəhətdən etibarlılğını bir neçə dəfə artırır. Bir tripletin zədələnməsi zamanı onu elə həmin amin turşusunu kodlaşdıran başqası əvəz edir. DNT-də əsasların ardıcıllığından, zülalldakı amin turşusu ardıcıllığı asılıdır. Bu asılılıq genetik kod adlandırılır.
Transkripsiya – DNT sahəsindəki (gendəki) zülal haqqında məlumatın məlu-mat RNT-sinə (m-RNT) köçürülməsidir. Bu proses çox vacibdir. Belə ki, DNT nü-vədə yerləşir və interfaza dövründə də onu tərk etmir, zülal sintezi isə sitoplazmada baş verir. Buna görə də m-RNT zülalın ilkin quruluşu haqqında DNT-dəki məlu-matın, zülal sintez olunan yerə ötürülməsini təmin edir. DNT – gen sahəsindəki məlumatın sayı m-RNT-nin sintez prosesində komplementarlıq prinsipinə əsasən həyata keçirilir. Bu proses DNT-ni reduplikasiyası prosesinə oxşardır. Lakin, bura-da DNT-nin bir zəncirinə komplementar, RNT-yə uyğun nukleotidlərdən ibarət zəncir sintez olunur. M-RNT-də nukleotid ardıcıllığı m-RNT-nin sintez olunduğu DNT zənciri sahəsindəki ardıcıllığa uyğun komplementardır. Beləliklə də, DNT sa-həsində olan məlumat m-RNt-yə ötürülür, m-RNT isə sitoplazmaya, ribosomlara istiqamətlənir ki, burada da zülal sintezi həyata keçiriləcək. Ribosomlara həmçinin, zülal sintezi üçün vacib olan amin turşuları da çatdırılır. Amin turşuları ribosomla-ra n-RNT-si vasitəsilə çatdırılır. n-RNT-si 20-dən az deyil. n-RNT molekulları o qədər də böyük olmayıb, 70-80 nukleotiddən təşkil olunmuşdur (şək. 22).