Birinci kitab



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə32/39
tarix06.06.2020
ölçüsü3,22 Mb.
#31719
1   ...   28   29   30   31   32   33   34   35   ...   39
26160-ceyn-ostin-querur-v-q-r-z

Nəhayət,  onlar  gəldilər.  Bütün  ailə  qonaqlan 

qarşılamaq  üçün  səhər  yeməyi  otağında  yığışdı.  Ekipaj 

qapının  ağzında  dayandıqda  missis  Bennetin  üzü 

təbəssüm saçırdı,  əri təsirlənməz şəkildə ciddiydi, qızlar 

isə həyəcandan və çaşqınlıq hissindən əsirdilər. 

Lidiyanm  səsi  zaldan  gəldi,  qapı  açıldı  və  o,  otağa 

soxuldu. Anası qollarını yana açaraq onun üstünə cumdu

büsbütün  vəcdə  gəlmiş  şəkildə  onu  salamladı.  Sonra  o, 

incə təbəssümlə 

əlini qızın ardınca gələn Uikhemə uzatdı və hər ikisinə elə 

şən  halda  xoşbəxtlik  arzuladı  ki,  sanki  onların  parlaq 

gələcəyinə şübhə hissi onun ağlına da gəlməyib. 

Gənclərin  daha  sonra  yanma  yaxınlaşdıqları  mister 

Bennet onları bu qədər ürəkdən qarşılamadı. Onun sifəti 

bəlkə  də  daha  sərt  ifadə  aldı  və  o,  demək  olar,  ağzını 

açmadı.  Gənc  cütlüyün  yüngülməcaz  vecsizliyi  əslində 

onu yalnız daha da hirsləndirə bilərdi. Elizabet Lidiyanm 

davranışından  son  dərəcə  narazı  qaldı,  hətta  Ceyn  də 

hiddətləndi.  Lidiya  əvvəlki  Lidiya  olaraq  qalırdı  - 

təkəbbürlü, ədəbsiz, səs-küylü, başabəla və nəzakətsiz. O, 

bir bacısının yanından o birinə yaxınlaşır, hər birini ona 

öz  təbriklərini  söyləməyə  vadar  edirdi.  Axırda  hamı  öz 

downloaded from KitabYurdu.org



415 

 

yerində oturduqdan sonra o, acgözlüklə nəzərlərini otaqda 



dolandırdı, evin şəraitindəki bəzi yeniliklərə diqqət yetirdi 

və  gülə-gülə  qeyd  etdi  ki,  onun  burada  axırıncı  dəfə 

olmasından o qədər də qısa müddət keçməyib. 

Uikhem həmçinin azacıq da olsa çaşqınlıq keçirmirdi. 

O,  lazımi  qaydada  evlənmiş  olsaydı  və  məclisdəkilərə 

onun  əsl  xasiyyəti  məlum  olmasaydı,  həmişə  onu 

fərqləndirən xoş 

ədaları,  təbəssümü və rahatlığı  ilə öz qohumluq haqqını 

bəyan  edərkən  ailənin  bütün  üzvlərinin  qəlbini  ələ  ala 

bilərdi. Onun özünə inamının haraya qədər gedə biləcəyi 

əvvəllər Elizabetin ağlına gəlməzdi. Otaqda oturaraq o öz-

özünə  söz  verdi  ki,  gələcəkdə  heç  vaxt  utanmaz  adam 

üçün utanmazlığın həddinin mövcud olduğuna inanmasın. 

O,  elə  hey  rəng  alıb,  rəng  verirdi.  Ceyn  də  qızarırdı. 

Ancaq  onları  qızarmağa  vadar  edən  cütlüyün  sifətinin 

rəngi qətiyyən dəyişmirdi. 

Söhbət bir misqal çətinlik olmadan düşdü. Təzə gəlin 

anası  ilə  danışmaqdan  doya  bilmirdi.  Elizabetlə  yanaşı 

oturmaq  nəsib  olmuş  Uikhem  ondan  özünün  köhnə 

hartfördşirli  tanışları  barədə  elə  vecsiz  halda  soruşmağa 

başladı  ki,  qız  onun  suallarına  cavab  vermək  halında 

deyildi. Elə görünürdü ki, bu cütlüyün xatirələrini azacıq 

da olsun tutqunlaşdırası bir şey yoxdur. Keçmişdə olub-

bitən  heç  nə  peşmanlıq  doğurmurdu.  Lidiya  söhbəti  o 

mövzuya  çəkirdi  ki,  bacıları  heç  bir  dünya  neməti 

müqabilində ona toxunmağa qərar verməzdilər. 

— Bir fikirləşin, — Lidiya səsləndi, — mən axı düz 

downloaded from KitabYurdu.org



416 

 

üç ay əvvəl getmişəm! Mənə isə, sözün düzü, elə görünür 



ki, sanki iki 

həftə-filan  keçib.  Amma  bu  vaxt  ərzində  xeyli  cürbəcür 

hadisələr  olub.  İlahi,  mən  buradan  gedəndə  ağlıma  da 

gəlməzdi ki, buraya ərli xanım kimi qayıdacağam. Ancaq 

mənə yenə də elə gəldi ki, bu, çox əyləncəli olardı. 

Bu  sözləri  eşitdikdə  atası  nəzərlərini  onun  üzünə 

dikdi, Ceyn özünü naqolay hiss etdi, Elizabet isə Lidiyaya 

ifadəli  baxış  yönəltdi.  Fəqət  o,  diqqətsiz  qoymağa 

üstünlük verdiyi heç nəyi görməmək və eşitməmək kimi 

özünəməxsus qabiliyyətlə zəvzəməkdə davam edirdi. 

—  Yeri  gəlmişkən,  ana,  burada  hamı  mənim  ərə 

getməyim  barədə  bilirmi?  Mən  çox  qorxurdum  ki,  bu 

xəbər hələ kifayət qədər geniş yayılmasın. Ona görə də biz 

yolda  Uilyam  Qoldinqin  şarabanmı  ötüb  keçəndə  mən 

qəsdən elə etdim ki, hər şey ona aydın olsun. Mən onun 

tərəfindəki şüşəni endirdim və əlcəyi çıxartdım. Və əlimi 

çərçivənin  üstünə  qoydum  ki,  o,  barmağımdakı  üzüyü 

görsün. Sonra isə ona təzim etdim, gülümsədim və belə-

belə işlər gördüm. 

Elizabet  bu  çərənləməyə  daha  artıq  dözmək  halında 

deyildi.  O,  yerindən  sıçrayaraq  otağa  qaçdı  və  hamının 

zaldan 


keçərək yemək otağına getdiyini eşitməyincə qayıtmadı. 

Elizabet  yemək  otağına  məhz  o  vaxt  girdi  ki,  Lidiyanın 

təntənəli  şəkildə  masanın  arxasında  missis  Bennetin  sağ 

tərəfindəki stula oturmaq üçün yönəldiyini gördü. Lidiya 

böyük bacısına müraciətlə dilləndi: 

downloaded from KitabYurdu.org



417 

 

— Ah,  Ceyn,  indi  mənə  sənin  yerini  tutmaq  düşür, 



sənə isə aralıda oturmaq. Axı mən artıq ərliyəm. 

Gözləmək  çətin  idi  ki,  zaman  keçdikcə  Lidiyada 

həmişə məhrum olduğu təvazökarlıqdan bir damcı peyda 

olacaq. Əksinə, onun qabalığı və özündənrazılığı daha da 

artmışdı.  O, missis Filipsi,  Lukasları  və başqa qonşulan 

görmək,  onların  onu  “missis  Uikhem”  adlandırmalanm 

eşitmək  üçün  səbrini  basa  bilmirdi.  İndilikdə  isə  o, 

nahardan  dərhal  sonra  missis  Hillin  və  iki  qulluqçunun 

yanma ərə getməsi ilə öyünməyə və onlara nişan üzüyünü 

göstərməyə qaçdı. 

— Hə,  ana,  necədir,  ərim  xoşunuza  gəlir?  —  hamı 

yenidən  səhər  yeməyi  otağına  yığışanda  o  soruşdu.  — 

Sevimlidir, elə deyilmi? Yəqin bacılarım mənə çox həsəd 

apanrlar. Onların bəxti bunun yarısı qədər gətirsəydi, mən 

vəcdə gələrdim. 

Onlann  hamısına  Braytona  getmək  lazımdır.  Ora  ər 

tapmaq  üçün  əla  məkandır!  Çox  təəssüf  ki,  ana,  biz  ora 

ailəlikcə gedə bilmədik. 

— Bəs  necə!  Məndən  olsaydı,  biz  hamımız  orda 

olardıq.  Ancaq,  Lidiya,  mənim  əzizim,  sənin  oradan 

getməyin hər halda mənə o qədər də xoş gəlmədi. Məgər 

bu, zəruri idi? 

— İlahi, bəs əlbəttə! Burda nə var ki? Bütün gözəllik 

elə bundadır! Sən, atam və bütün bacılarımın mütləq bizi 

ziyarət  etməsi  lazımdır.  Biz  bütün  qışı  Nyukaslda 

yaşayacağıq  və  şübhə  etmirəm  ki,  orada  bal  təşkil 

olunacaq. Mənə  güvənə  bilərsiniz, onların  hamısının  əla 

downloaded from KitabYurdu.org



418 

 

kavalerləri olacaq. 



— Mən  bunu  dünyada  hər  şeydən  çox  istərdim!  — 

missis Bennet dedi. 

— Qayıtdığınız zaman siz bacılardan birini və ikisini 

bizdə qoyarsınız. Əmin olun, qış çıxana qədər mən onlara 

nişanlı taparam. 

— 

Qayğıların üçün mən öz payıma çox minnətdaram, 



—  Elizabet  dedi.  —  Ancaq  sənin  ərə  getmək  üsulun  o 

qədər də ürəyimcə deyil. 

Yeni  evlilər  onlarla  birlikdə  yalnız  on  gün  yaşamalı 

idilər.  Londondan  yola  çıxarkən  mister  Uikhem  alaya 

təyinat  almışdı  və  iki  həftədən  sonra  ora  getməliydi. 

Onların  Lonqbornda  olmalan  müddətinin  qısalığından 

missis  Bennetdən  başqa  heç  kəs  məyus  deyildi.  Demək 

olar ki, ana və qızının bütün günləri qonşulara ziyarətdə 

və öz evlərində teztez qonaq qəbul etməkdə keçdi. Kənar 

adamların daima evdə olmalan ailə dairəsində görüşlərdən 

qaçmağa imkan verirdi və bu, nə barədəsə düşünənlərlə 

heç  nə  düşünmək  istəməyənlər  üçün  eyni  dərəcədə 

münasib idi. 

Uikhemin  arvadına  münasibətinin  məhz  Elizabetin 

gözlədiyi  kimi  olduğu  bəlli  oldu.  Onu  hətta  Lidiyanın 

ərinə duyduğu istəklə də müqayisə etmək olmazdı. Onlara 

yetirilən  ilk  baxış  qoşulub  qaçmaq  təşəbbüsünün 

Uikhemdən  yox,  Lidiyanın  duyğularından  doğması 

barədə  gümanı  təsdiqlədi.  Elizabet  Uikhemin  pul 

məsələsindəki  bərbad  durum  üzündən  Braytonu  tərk 

etməli  olduğunu  bilməsəydi,  onun  Lidiyaya  bu  qədər 

downloaded from KitabYurdu.org



419 

 

güclü  istək  hiss  etmədiyi  halda,  belə  bir  addım  atmağa, 



ümumiyyətlə, necə qərar verməsini izah edə bilməzdi. Bu 

halda 


Uikhem  qətiyyən  kimisə  özü  ilə  götürüb  aparmaq 

tamahının qarşısında dura biləcək adam deyildi. 

Lidiya  onun  dərdindən  dəli  idi.  Onu  özünün  “əziz 

Uikhem”i adlandırmaq üçün istənilən bəhanədən istifadə 

edirdi. Uikhemin misli-bərabəri yox idi. Dünyada hər şey 

hamıdan yaxşı ona müyəssər olurdu. Lidiya azacıq da olsa 

şübhə  etmirdi  ki,  ölkədə  hansısa  bir  atıcı  sentyabrın 

birində ondan arıq quş vura bilər. 

Gəlişlərindən az sonra bir dəfə iki böyük bacısı ilə bir 

arada oturan Lidiya Elizabetə müraciətlə soruşdu: 

— Sən  axı  bizim  necə  evləndiyimizi  hələ  bilmirsən. 

Mən  bu  barədə  anama  və  bacılarıma  danışanda  harasa 

yoxa çıxdın. Danışmımı sənə, hər şey necə baş verdi? 

— Lütfən,  dəyməz,  —  Elizabet  cavab  verdi.  —  O 

şeylər barədə nə qədər az xatırlasaq, bir o qədər yaxşıdır. 

— Fu,  sən  necə  də  qəribəsən!  Mən  sənə  mütləq  hər 

şeyi  sırasıyla  danışacağam.  Bizi  müqəddəs  Klimenti 

kilsəsində  evləndirdilər  —  Uikhemin  yaşadığı  ev  bu 

icmada yerləşir. Hamımız saat on birdə orada olmalıydıq. 

Mən dayım və xalam 

ilə  getməliydim,  obirilər  isə  bizi  kilsənin  önündə 

qarşılamalı idi. Həftənin birinci günü gəlib yetişəndə mən 

dəlilər  kimi  həyəcanlandım  —  elə  təsəvvür  edirdim  ki, 

sanki  nəsə  olacaq,  toy  təxirə  salınacaq  və  mən  əliboş 

qalacağam. Hələ burada, mən geyindiyim vaxt xalagilin 

downloaded from KitabYurdu.org



420 

 

söhbətləri  və  öyüd-nəsihətləri.  Elə  bil  o,  moizə  oxuyur! 



Düzü, mənə  onun on sözündən biri  çatmırdı.  Özün başa 

düşürsən,  mən  yalnız  əziz  Uikhemim  barədə  düşünə 

bilirdim: təxmin etmək ölümünə maraqlıydı — o öz göy 

mundirini geyinəcəkmi? 

Beləcə,  saat  onda,  həmişə  olduğu  kimi,  biz  səhər 

yeməyinə  oturduq.  Mənə  elə  gəlirdi  ki,  yemək  heç  vaxt 

qurtarmayacaq. Yeri gəlmişkən, sənə etiraf etməliyəm ki

dayım  və  xalam  mən  onlarda  qaldığım  vaxt  mənimlə 

olduqca  pis  davranırdılar.  İnanırsanım,  iki  həftə ərzində 

mən  bir  dəfə  də  olsun  evdən  çıxmadım.  Bir  ziyarət, 

əyləncə və nəsə bir şey olmadı! Düzdür, Londonda kifayət 

qədər boşluq idi, ancaq axı Kiçik teatr açıq olaraq qalırdı. 

Təsəvvür  edə  bilərsən,  nəhayət,  bizə  kareta  veriləndə, 

dayım bu iş üçün məhz o qorxunc mister Stounu çağırdı. 

Sən axı bilirsən, onlar qoşalaşanda sonu gözləmək 

mümkün deyil. Mən çarəsiz idim. Sadəcə, nə edəcəyimi 

bilmirdim - dayım mənim üçün gəlin atası olmalıydı, biz 

geciksəydik, 

həmin 

gün 


bizi 

evləndirməzdilər. 

Xoşbəxtlikdən, on dəqiqədən sonra dayım azad  oldu  və 

biz getdik. Sonradan isə  düşünürəm ki, o geciksəydi də, 

heç nəyi təxirə salmamaq mümkün idi, ona görə ki, onu 

mister Darsi tam əvəz edə bilərdi. 

— Mister  Darsi?  —  Elizabet  olduqca  heyrətlənmiş 

halda təkrar etdi. 

— Bəs  əlbəttə.  O  mənim  əziz  Uikhemimlə  birlikdə 

gəlməliydi.  Ah,  ilahi,  mən  unutmuşam!  Bu  barədə 

danışmaq olmazdı ki! Məndən şərəf sözü alıblar. Uikhem 

downloaded from KitabYurdu.org



421 

 

nə deyəcək? Bu ki sirdir! 



— Bu sirdirsə, — Ceyn dedi, — o zaman sən bir kəlmə 

də danışma. Əmin ola bilərsən ki, mən o sirri səndən çəkib 

çıxarmayacağam. 

— 

Hə,  əlbəttə,  —  Elizabet  maraqdan  yana-yana 



razılaşdı. 

— Biz sənə heç bir sual verməyəcəyik. 

— Sağ  olun,  qızlar,  —  Lidiya  dedi.  —  Siz  məndən 

soruşmaq  fikrinə  düşsəydiniz,  hamısını  danışardım.  Və 

əziz Uikhemim 

mənə qorxunc şəkildə hirslənərdi. 

Özünü  bu  qədər  güclü  şirniklənmədən  xilas  etmək 

üçün  Elizabet  yubanmadan  uzaqlaşmağı  ən  yaxşı  yol 

saydı. 

Ancaq xəbərdar olmadan qalmaq tamamilə çəkilməz, 



dözülməz idi. Hər halda o, heç olmasa nəsə bir təfərrüat 

öyrənmək cəhdindən özünü saxlamaq iqtidarında deyildi. 

Mister  Darsi  onun  bacısının  toyunda  iştirak  edib!  Bu, 

məhz o şərait və o insanlar idi ki, Darsinin onlarla ümumi 

heç  nəyi  yoxdu  və  onlar  onda  azacıq  da  olsun  maraq 

doğurmurdular.  Bunun  nə  demək  olduğu  barədə  ən 

cəsarətli  və  ən qəribə  gümanlar onun ağlından  çıxmırdı. 

Ancaq onlardan heç biri ona inandırıcı görünmürdü. Ən 

iltifatlı olan və onun davranışını xüsusilə əlverişli şəkildə 

göstərən ehtimallar ona daha inanılmaz gəlirdi. O bu cür 

qeyrimüəyyənliyə  artıq  tablaşa  bilmirdi.  Elizabet  bir 

vərəq  kağız  götürərək,  missis  Qardinerə  bir  neçə  sətir 

məktub  yazdı,  ona  yalvararaq,  bu,  yalnız  güman  olunan 

downloaded from KitabYurdu.org



422 

 

sirlə  bir  araya  sığarsa,  Lidiyanın  ağzından  qaçırdığı 



cümləni izah etməsini istədi. 

“Siz asanlıqla təsəvvür edə bilərsiniz ki, - o yazırdı, - 

bizlərdən heç kimlə bağlı olmayan və demək olar, ailəmiz 

üçün  yad  olan  insanın  hansı  şəkildə  belə  bir  anda  sizin 

aranızda  olmasını  öyrənmək  mənim  üçün  nə  qədər 

maraqlıdır.  Allah  xatirinə,  dərhal  yazın  və  hansısa 

mübahisəsiz  səbəblər  üzündən  bu,  Lidiyanın  düşündüyü 

kimi,  məndən  gizlədilməli  deyilsə,  mənə  hər  şeyi  izah 

edin.  Əks  halda  mən  həmişəlik  iztirab  dolu 

məlumatsızlıqda qalmalı olacağam”. 

“Ancaq bu qədər də deyil, - o, məktubu bitirərək öz-

özünə əlavə etdi. - Mənim lütfkar xalacığım, siz həqiqəti 

xoşluqla  açmasanız,  mən  onu  ortaya  çıxarmaqdan  ötrü 

hiyləgərliyə və kələyə əl atmalı olacağam”. 

Zəriflik  və  xüsusi  ədəb  hissi  Ceynə  Lidiyanın 

təsadüfən  ağzından  qaçırdığı  sözlərə  dair  Elizabetlə 

danışmağa  rüsxət  vermədi.  Elizabet  buna  şad  idi.  Belə 

çıxırdı  ki,  o,  missis  Qardinerdən  açıqlama  alana  qədər 

müvəkkilsiz keçinməyi üstün tuturdu. 

FƏSİL 



Elizabeti  sevindirən  cavab  məktubu  gecikmədən  gəlib 

çıxdı.  Məktubu  alar-almaz  o,  kiçik  ağaclığa  tələsdi. 

Burada  onu  daha  az  narahat  edə  bilərdilər.  Elizabet  bir 

neçə  xoşbəxt  dəqiqə  yaşayacağının  şirin  intizan  ilə 

oturacaqların  birində  əyləşdi.  Gerçəkdən  də  məktub  o 

qədər  geniş  yazılmışdı  ki,  sadəcə  olaraq,  özündə  onun 

marağını qane etməkdən imtinaya yer yox idi. 

downloaded from KitabYurdu.org



423 

 

“Qreysçerç-strit, 6 sentyabr 



Əziz bacıqızı, elə indicə sənin məktubunu aldun. Sənə 

verəcəyim  lazımi  xəbəri  sıxıb  bir  neçə  sətrə  sığdıra 

bilməyəcəyimi  öncədən  görərək  qərara  aldun  ki,  cavab 

üçün  bütün  səhəri  qurban  edim.  Etiraf  edim  ki,  sənin 

müraciətin  məni  gözlənilmədən  yaxaladı.  Mən  belə  bir 

şey gözləmirdim. Lütfən, düşünmə ki, o məni hər hansı 

şəkildə əsəbiləşdirib - sadəcə, heç cür ehtimal etməzdim 

ki,  sən  mənə  belə  bir  sual  verə  bilərsən.  Sən  məni 

anlamamağı üstün tutsan

ədəbsizliyimi bağışla. Dayuı məndən az təəccüblənmədi - 

yalnız  sənin  bütün  bu  baş  verən  hadisələrə  aidiyyətin 

olmasına əminliyi ona düşündüyünü etməyə imkan verdi. 

Ancaq  sən  heç  nə  bilmirsənsə  və  heç  nəyə  qarışacağın 

olmayıbsa, mənim ayduı ifadə etməyim gərəkdir. Mənim 

Lonqborndan  evə  qayıtdığını  həmin  gün  dayının 

ziyarətinə  gözlənilməz  bir  ziyarətçi  gəlib.  Mister  Darsi 

bizə  gələrək  dayınla  təklikdə  bir  neçə  saat  vaxt  keçirib. 

Mən gələnə qədər onların söhbəti artıq qurtarmışdı. Odur 

ki,  görünür,  sənin  bu  qədər  uzun  sınağa  məruz  qaldığın 

kimi, mənim qətiyyən maraqdan iztii'ab çəkməyim lazını 

gəlmədi. Onun gəlişinin məqsədi sənin bacının və mister 

Uikhemin  yerini  öyrənməyə  nail olmasını xəbər vermək 

idi. O, həmçinin hər ikisi ilə görüşə və danışa da bilmişdi 

-  Lidiya ilə  bir dəfə, Uikhemlə  isə -  bir neçə  dəfə. Başa 

düşdüyüm qədər o, Derbişiri bizim gəlişimizin ertəsi günü 

tərk edib və qaçaqların izinə düşmək üçün Londona gəlib. 

Öz  hərəkətini  o,  belə  hesab  edir,  söyləyir  ki,  Uikhemin 

downloaded from KitabYurdu.org



424 

 

aşağılığı  onun  üzündən  ifşaya  məruz  qalmayıb,  elə 



olsaydı, bu, ləyaqətli gənc ledini ona uymaqdan və belə 

bir 


adama  inanmaqdan  qoruya  bilərdi.  O,  bütün  baş 

verənlərin  səbəbinin 

OTIUTI 

yalançı  qüruru  olduğunu 



alicənablıqla sayaraq, etiraf edir ki, əvvəllər yalnız onun 

özünə  aid  olan  hallai'i  aləmin  qarşısında  açıb-ağartmağı 

öz  ləyaqətindən  aşağı  hesab  edirmiş.  İnsanlar  bilməli 

idilər ki, onlar kiminlə iş görməli olacaqlar. Ona görə də 

mister Darsi bu məsələyə müdaxilə etməyi öz borcu sayıb 

və  onun  göz  yummasından  əmələ  gəlmiş  yamanlığın 

düzəlməsinə  çalışıb.  O,  qoşulub  qaçanları  tapmağa  nail 

olmaq  üçün  şəhərdə  bir  neçə  gün  keçirib.  Ancaq 

axtarışlarında  bizə  məlum  olmayan  bir  neçə  hal  ona 

yai'dım  edib.  Özünün  bu  üstünlüyünü  dərk  etməsi  onu 

onların ardınca düşməyə sövq edən daha bir səbəb olub. 

Əvvəllər miss Darsinin dayəsi olan, ancaq mister Darsinin 

barəsində  susmağı  üstün  tutduğu  səbəbdən  sonradan  bu 

vəzifədən kənarlaşdırılan missis Yanq adlı bir xanım var. 

O vaxtdan o, Edvai'd-stritdə aldığı  böyük evdə kirayəyə 

birotaqlı  evlər  verməklə  yaşayışını  təmin  etmək  üçün 

vəsait əldə edir. Mister Darsiyə məlum imiş ki, bu qaduı 

Uikhemlə  yaxın tanışdır. Ona görə də şəhərə gələn kimi 

mister Darsi 

məlumat  ardınca  missis  Yanqın  yanma  gedib.  Ondan 

lazım  olan  məlumatı  yalnız  iki-üç  gündən  sonra 

öyrənməyə  nail  olub.  Görünür,  missis  Yanq  ona 

göstərilən  etimaddan  babat  rüşvət  olmadan  vaz  keçmək 

downloaded from KitabYurdu.org



425 

 

istəmirmiş,  belə  ki,  əslində,  dostunun  olduğu  yeri  yaxşı 



bilirmiş. Uikhem doğrudan da Londona gəldikdən dərhal 

sonra missis Yanqın yanma gəlib və qaduıuı əlində onun 

üçün  boş  otaq  olarsa,  orada  da  qalacaqnuş.  Lap  axırda 

bizim  xeyirxah  dostumuz  bu  xanımdan  tələb  etdiyi 

məlumatı qopai'a bilib. Aydın olub ki, onlar N. küçəsində 

qalırlar.  O,  Uikhemlə  görüşüb,  ondan  sonra  Lidiya  ilə 

görüşmək imkanı əldə edib. Onun sözlərinə görə, bu görüş 

zamanı  o,  əvvəlcə  qızı  öz  rüsvayçı  durumundan  imtina 

etməyə  və  onu  qəbul  etməyə  hazır  olan  kimi 

valideynlərinin yanma qayıtmağa inandırmağa çalışıb. Bu 

zaman o, Lidiyaya mümkün yai'dım da təklif edib. Ancaq 

Lidiya  olduğu  yerdə  qalmağa  qəti  şəkildə  qərarlı  olub. 

Onun qohumlarından umacağı  bir şey  yox imiş,  onların 

ona hər hansı bir kömək etmələrini arzulamırmış və hətta 

Uikhemdən ayrılmaq barədə eşitmək belə istəmirmiş. O, 

əmin imiş ki, 

onlar gec-tez evlənəcəklər və bunun məhz nə zaman baş 

verəcəyinə  heç  də  hər  hansı  bir  əhəmiyyət  vermirmiş. 

Onun məsələlərə bu cür baxışını görən Darsi düşünüb ki, 

onların  nikahlanması  barədə  razılaşmaqdan  və  bu  işi 

sürətləndirməkdən başqa çıxış yolu qalnur. Uikhemlə ilk 

söhbətindən  anlayıb  ki,  evlənmək  onun  niyyətlərinə 

qətiyyən daxil deyil. Uikhem ona etiraf edib ki, olduqca 

ağır  boj'cları  onu  alayı  tərk  etməyə  vadar  edib  və 

Lidiyanın  qaçmağının  bütün  uğursuz  hallarını  qızuı 

yüngülməcazlığmm  üstünə  yıxmaqdan  utanmayıb.  O, 

istefaya  çıxmağa  hazırlaşırmış  və  öz  gələcəyi  barədə 

downloaded from KitabYurdu.org



426 

 

olduqca dumanlı təsəvvürdə imiş. Nəzərdə tutulurmuş ki, 



harasa  gedəcək,  hərçənd  məhz  hai'a  gedəcəyi  məlum 

deyilmiş.  Bununla  yanaşı,  aydın  olub  ki,  onun  yaşayış 

üçün  heç  bir  vəsaiti  yoxdur.  Mister  Darsi  onun  sənin 

bacınla  hansı  səbəbdən  dərhal  evlənmədiyi  ilə 

maraqlanıb,  bildirib  ki,  mister  Beıuıeti  çox  varlı  adanı 

saymaq  mümkün  olmasa  da,  o,  hər  halda  hansısa 

miqyasda ona faydalı ola bilərdi və bu evlilik onun maddi 

durumunda sərfəli şəkildə əks olunardı. Ancaq Uikhemin 

bu suala cavabı ona dəlalət edib ki, bu gənc 

öz  işlərini  əsasən  yeni  yerlərdə  qol  qoyacağı  evliliyin 

köməyi ilə düzəldəcəyinə ümidlər bəsləyir. Ancaq belə bir 

halda onu dərhal xilas edə biləcək şirnikləndirici təklifin 

qarşısında duruş gətirmək çətin olub. Onlar bir neçə dəfə 

görüşüblər - hər şeyi müzakirə etmək üçün bu qədər lazını 

olub.  Əlbəttə  ki,  Uikhem  iinıid  etdiyindən  ai'tıq 

istəyirmiş,  ancaq  sonda  məntiqli  tələblərlə  kifayətlənib. 

Onların  arasında  razılıq  əldə  edilən  kimi,  mister  Dai'si 

dərhal  dayuıı  işlərin  durumu  ilə  tanış  etməyə  tələsib  və 

mənim gəlişim ərəfəsində axşam Qresçerçə gəlib. Ancaq 

mister  Qardineri  evdə  tapa  bilməyib.  Qulluqçunun 

cavablarından öyrənib ki, atan hələ də buradadır, ancaq o, 

ertəsi  gün  səhər  getməlidir.  Ona  məsələni  mister 

Qardinerə olduğu kimi, asanlıqla açıqlaya bilməyəcəyini 

düşünən  Darsi  həvəslə  öz  ziyarətini  mister  Beıuıetin 

Lonqnborna yola düşməsinə qədər təxirə salıb. O öz aduıı 

deməyib və ertəsi günə qədər yalnız o məlum imiş ki, bir 

cənab iş üçün mister Qai'dinerin yanuıa gəlib. Şənbə günü 

downloaded from KitabYurdu.org



427 

 

o,  yenidən  təşrif  buyurub.  Sənin  atan  artıq  burada  yox 



imiş,  dayın  isə  evdəymiş  və  yuxarıda  deyildiyi  kimi, 

onların 


arasında  olduqca  vacib  söhbət  olub.  Bazar  günü  onlar 

yenidən görüşdülər və o zaman mənə də onu görmək nəsib 

oldu.  Ancaq  hər  şey  haqqında  onlar  yalnız  bazar  ertəsi, 

təcili  şəkildə  Lonqborna  çapar  göndərildikdən  sonra 

razılaşa  bildilər.  Bizim  qonaq  çox  inadkar  adam  çıxdı. 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin