Birinci kitab



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə28/39
tarix06.06.2020
ölçüsü3,22 Mb.
#31719
1   ...   24   25   26   27   28   29   30   31   ...   39
26160-ceyn-ostin-querur-v-q-r-z

atam ən pis şeyləri düşünürlər, ancaq mən U. barədə elə 

pis  düşünə  bilmirəm.  Londonda  gizli  halda  evlənməyi 

ilkin plandan üstün tutmaq üçün onların çoxlu səbəbləri 

ola  bilər.  Hətta  tutaq  ki,  ləyaqətli  ailənin  qızma 

münasibətdə gənc oğlanda ləyaqətsiz 

düşüncə yai'ana bilibsə, düşünmək olarmı ki, qız özii də 

başını bu dərəcədə itirib? Sadəcə, inanılmazdır! Mən ona 

məyusam  ki,  polkovnik  F.  onların  nikahlanmasma 

inanmağa çox da meyilli deyil. Mən onunla öz ümidlərimi 

bölüşəndə o, başını buladı və U. — nun güvəniləsi insan 

olduğuna şübhələrini bildirdi. Yazıq ananı indi gerçəkdən 

də xəstədir və otaqdan çıxmır. Əgər o özünü ələ alsaydı, 

ona  yaxşı  olardı,  ancaq  bunu  gözləmək  çətindir.  Atama 

gəlincə,  mən  hələ  onu  bu  qədər  kefsiz  görməmişəm. 

downloaded from KitabYurdu.org



361 

 

Yazıq  Kittiyə  hirslənirlər  ki,  o,  Lidiyanuı  bağlılığını 



gizlədib.  Ancaq  ona  etibar  edib  bir  xəbər  veriblərsə,  o, 

başqa  cür  hərəkət  edə  bilərdimi?  Mən  səmimi  qəlbdən 

şadam  ki,  əziz  Lizzi,  bu  dəhşətli  səhnələrdə  iştirak 

etməyin  lazını  gəlmədi.  Ancaq  hazırda,  ilk  sarsıntının 

artıq keçdiyi vaxt, etiraf etməliyəmmi ki, sənin qayıdışını 

səbirsizliklə  gözləyirəm?Fəqət  mən  o  qədər  də  xudbin 

deyiləm  ki,  bu  sənə  çətin  olacaqsa,  israr  edim.  Adieu 

(Əlvida)! Mən qələmi yenə götürdüm ki, iki sətir yuxarıda 

çəkinməyə  söz  verdiyim  xahişlə  müraciət  edim.  Ancaq 

vəziyyət  elədir  ki,  sizin  hamınızın  mümkün  qədər  tez 

gəlməyiniz üçün yalvanııağa 

məcburam.  Mən  əziz  dayımızı  və  xalamızı,  onlara  bu 

barədə deməkdən qorxmamaq üçün yaxşı tanıyıram, həm 

də  dayınıdan  xüsusi  xahişim  var.  Atanı  elə  bu  dəqiqə 

Lidiyanı  orada  tapmağa  səy  göstərmək  üçün  polkovnik 

Forsterlə  Londona  gedir.  Bunu  necə  edəcəyi  mənə 

qətiyyən  ayduı  deyil.  Ancaq  ruh  düşkünlüyü  halında 

olması  kifayət  qədər  ehtiyatlı  və  ağıllı  hərəkət  etməyə 

imkan  verməyəcək,  polkovnik  Forster  isə  sabah  axşam 

Braytona  qayıtmağa  məcburdur.  Belə  bir  dar  ayaqda 

dayının məsləhətləri və köməyi  xilasedici ola bilərdi. O 

mənim  yaşantılarımı  dərhal  anlayacaq  və  onun 

həssaslığına güvənirəm”. 

—  Ancaq  mən  haradan,  haradan  tapım  dayımı?!  — 

Elizabet məktubu oxuyub bitirən kimi yerindən sıçrayaraq 

səsləndi. 

O  ləngimədən,  qiymətli  dəqiqələri  itirmədən  mister 

downloaded from KitabYurdu.org



362 

 

Qardinerin  arxasınca  cummaq  istəyirdi.  Lakin  astanaya 



qədər  qaçdığı  zaman  qapı  açıldı  və  qulluqçu  mister 

Darsini otağa ötürdü. O, qızın rənginin necə ağardığını və 

ona  doğru  necə  sürətlə  atıldığını  görərək  özünü  itirdi. 

Darsi  nəsə  demək  üçün  fikrini  toplayana  qədər, 

düşüncəsindəki hər şey qəti şəkildə 

Lidiyamn  taleyi  barədə  fikrin  kölgəsində  qalan  Elizabet 

tələsik dilləndi: 

— Məni  bağışlayın,  sizi  tərk  etməyə  məcburam.  Elə 

bu saat bir təxirəsalınmaz məsələyə görə mister Qardineri 

tapmağım lazımdır. Bir saniyə də itirmək olmaz. 

— İlahi,  nə  baş  verib?  —  o,  ədəb  qaydalarına  əməl 

etməkdənsə,  daha  çox  canıyananlıqla  səsləndi.  Fəqət 

dərhal  özünü  ələ  alaraq  əlavə  etdi:  —  Əlbəttə,  mən  sizi 

ləngitməyə  cürət  etmirəm.  Ancaq  icazə  verin  mister  və 

missis  Qardinerləri  mən  axtarım  və  ya  qulluqçulardan 

kimsə axtarsın. Sizin halınız pisləşə bilər, axtarışa getmək 

halında deyilsiniz. 

Elizabet  fikrində  israr  etmək  istəyirdi,  lakin 

ayaqlannda  zəiflik  hiss  edərək,  başa  düşdü  ki, 

Qardinerlərə çatmağa gücü çətin yetə bilər. Ona görə də 

yenidən  qulluqçunu  çağırdı,  həyəcandan  sözləri  güclə 

tələffüz edərək ona Qardiner cütlüyünü tapmağı, onlardan 

təcili  şəkildə  mehmanxanaya qayıtmalarını xahiş  etməyi 

tapşırdı. 

Qulluqçu  çıxdıqdan  sonra  Elizabet  ayaq  üstündə 

durmaq  gücündə  olmayınca  kresloya  çökdü.  Bununla 

belə, onun 

downloaded from KitabYurdu.org



363 

 

görkəmi  elə  xəstəhal  idi  ki,  Darsi  onu  qoyub  getməyi 



mümkünsüz  saydı,  özünü  canıyanan  və  qayğıkeşlikdən 

saxlaya bilmədi: 

— Bəlkə xadiməni çağıraq? Sizə nəsə qüwətləndirici 

bir şey içmək lazımdır. Məsələn, bir stəkan şərab — icazə 

verirsiniz, süzüm? Halınız çox pisdir! 

— Yox,  yox,  sizə  minnətdaram,  —  o,  həyəcanını 

boğmağa çalışaraq cavab verdi. — Mənə heç nə olmayıb. 

Mən  tamamilə  sağlamam.  Ovqatımı  yalnız  indicə 

Lonqborndan aldığım bəd xəbər pozub. 

Bu zaman o, hönkürtü ilə ağlamağa başladı və bir neçə 

dəqiqə  ərzində  nəsə  demək  iqtidarında  olmadı.  Darsi 

özünü  itirmiş  halda  yalnız  anlaşılmaz  təsəlli  sözləri 

mızıldaya  bildi  və  susqun-susqun  acıyaraq  baxdı. 

Nəhayət, qız yenidən danışdı: 

— Mən  indicə  Ceyndən  üzücü  xəbərlə  dolu  məktub 

almışam. O, hamıya məlum olacaq. Mənim kiçik bacım 

dostlarını  tərk  edərək  qaçıb,  mister...  mister  Uikhemin 

iradəsi altına düşüb. Onlar birlikdə Braytondan gediblər. 

Bunun  nə  demək  olduğunu  başa  düşmək  üçün  siz  bu 

adamı kifayət qədər 

yaxşı  tanıyırsınız.  Onun nə  pulu,  nə  də  əlaqələri  var  — 

bacımı saxlaya bilməsi üçün heç nəyi yoxdur — qız məhv 

oldu. 

Darsi heyrətindən dondu. 



— Düşünmək  belə  dəhşətlidir,  —  qız  daha  böyük 

həyəcanla  davam  etdi,  —  axı  mən,  sadəcə,  xəbərdarlıq 

etməliydim.  Onun  nə  yuvanın  quşu  olduğunu  yaxşı 

downloaded from KitabYurdu.org



364 

 

bilirdim!  Mənə  məlum  olanların  lap  az  qismini 



yaxınlarıma  danışmağım  kifayət  idi.  Hamı  onun  necə 

insan olduğunu bilsəydi, bu, baş verməzdi. Ancaq indi heç 

nə, heç nə etmək olmaz! 

— Dəhşətə bax! — Darsi səsləndi. — Mən gerçəkdən 

də dərindən məyus oldum. Ancaq siz əminsinizmi ki, hər 

şey  sizin  danışdığınız  kimi  baş  verib?  Xəbər 

mötəbərdirmi? 

— Təəssüf  ki,  bəli!  Onlar  bazar  gününə  keçən  gecə 

ikilikdə Braytondan çıxıblar. Onlann yolunu düz Londona 

qədər izləmək mümkün olub, ancaq sonra iz itib. Onların 

Şotlandiyaya getmədikləri isə aydındır. 

— Bəs  nə  kimi  tədbirlər  görülüb?  Onu  necəsə  geri 

qaytarmağa cəhd olunubmu? 

— Atam Londona gedib. Ceyn məktubunda xahiş edir 

ki, dayımız onun köməyinə tələssin. Yarım saatdan sonra 

biz, yəqin ki, yolda olacağıq. Ancaq heç nə alınmayacaq. 

Yaxşı başa düşürəm ki, artıq heç nə alınmayacaq. Məgər 

belə bir adama təsir göstərmək mümkündür? Onları hansı 

yolla heç olmasa tapmaq mümkün olacaq? Mən heç nəyə 

ümid etmirəm. Hər şey çox dəhşətlidir! 

Darsi  razılaşdığını  ifadə  edərək  susqun  halda  başını 

əydi. 


— Axı  ona  qarşı  mənim  gözümü  açmışdılar!  Əgər 

mən  o  zaman  bilsəydim,  bir  tədbir  görə  bilərdim,  yox, 

bunu  etməyə  borcluydum.  Ancaq  mən  anlamadım,  irəli 

getməkdən qorxdum. Müdhiş, düzəldilməz səhvdir! 

Darsi  heç  bir  cavab  vermədi.  Mümkündür  ki,  o, 

downloaded from KitabYurdu.org



365 

 

kədərli düşüncələrə dalmış halda otaqda var-gəl edərkən 



hətta qızın sözlərini eşitməmişdi. 

Alnında dərin qırışlar şırımlandı, o, qaşqabaqlı idi. 

Elizabet  tezliklə  ona  diqqət  yetirdi  və  o  dəqiqə  hər  şeyi 

anladı.  Qızın  onun  üzərindəki  hökmranlığı  bitmişdi.  Bu 

cür  ailə  rüsvayçılığıyla,  bu  qədər  açıq-aşkar  dərin  bir 

şərəfsizlik dəlili ilə 

qurtarmalıydı.  Elizabet  üçün  təəccüblü  bir  şey  yox  idi, 

onu  da  heç  nədə  qınaya  bilməzdi.  Ancaq  Darsinin  öz 

hisslərini  dəf  etməyə  müyəssər  olması  düşüncəsi  qızın 

qəlb  sızlamasını  xəfiflətmədi,  dərdini  yüngülləşdirmədi. 

Əksinə, sanki bu onun öz ürəyinə gözlərini açmağa zəruri 

olan təkan oldu. Elizabet onu məhz indi, aralannda artıq 

heç  bir  sevgidən  söhbət  gedə  bilməyəcəyi  bu  dəqiqədə 

necə  möhkəm  sevdiyini  heç  vaxt  bu  qədər  aydınlığı  ilə 

dərk etməmişdi. 

Fikirlər şüurunda öz-özünə parlayıb-sönsə də, yenə də 

onu uzun müddət çulğaya bilmədi. Lidiyanm öz ailəsinin 

bütün üzvlərinə yaşatdığı alçalma, dərd-qəm bütün başqa 

yaşantıları  sıxışdırırdı.  Üzünü  yaylığına  sıxan  Elizabet 

tezliklə  qalan  hər  şey  barədə  unutdu.  Yalnız  bir  neçə 

dəqiqəlik  sükutdan  sonra  o,  həmsöhbətinin  səsini 

eşidərək,  yenidən  ətrafı  dərk  etməyə  başladı.  Darsinin 

sözlərində acıma ilə eyni zamanda müəyyən çaşqınlıq da 

sezilirdi. 

—  Siz,  ola  bilər  ki,  çoxdan  mənim  getməyimi 

gözləyirsiniz.  Ləngiməyimə  yalnız  bəhrəsiz  də  olsa, 

səmimi  rəğbətimdən  başqa  heç  nə  ilə  haqq  qazandıra 

downloaded from KitabYurdu.org



366 

 

bilmərəm. İlahi, sizin dərdinizi 



yumşaltmaq üçün nəsə bir şey edə, yaxud deyə bilsəydim! 

Ancaq  boş-boş  arzularla,  minnətdarlıq  qazanmaq 

istəyirmiş  kimi,  sizi  təngə  gətirmək  nəyə  lazımdır?.. 

Qorxuram ki, bu kədərli hadisə bu gün mənim bacımı sizi 

Pemberlidə görmək məmnuniyyətindən məhrum edəcək? 

—  Bəli!  Lütfən  bizim  əvəzimizdən  miss  Darsiyə 

üzrxahlıq  edin.  Ona  deyin  ki,  təxirəsalınmaz  bir məsələ 

bizim  ləngimədən  qayıtmağımızı  tələb  etdi.  Mümkün 

olduğu  qədər  ondan  bu  müdhiş  həqiqəti  gizlədin.  Başa 

düşürəm ki, bu, uzun çəkməyəcək. 

O,  həvəslə  sirri  qoruyacağına  söz  verdi,  bir  daha 

təəssüfləndiyini,  hər  şeyin  hazırda  gözlənildiyindən  o 

qədər də pis olmayacağına ümid etdiyini bildirdi və ondan 

valideynlərinə  salam  yetirməyi  xahiş  edib,  həyəcanlı 

halda vidalaşırmış kimi baxaraq çıxıb getdi. 

Darsi  qapıdan  çıxan  zaman  Elizabetdə  belə  bir  fikir 

yarandı  ki,  onlar  çətin  ki,  nə  vaxtsa  Derbişirdəki 

görüşlərini  fərqləndirən  hərarətlə  görüşəcəklər.  Bütöv 

dəyişkənlik  və  ziddiyyətlərlə  dolu  tanışlıqlarının 

keçmişinə boylanan Elizabet 

hazırda bu tanışlığı qoruyub saxlamağa, bir müddət əvvəl 

isə  onu  mümkün  qədər  tezliklə  bitirməyə  yönələn  qəlb 

istəklərinə görə dərindən köks ötürdü. 

Ehtiram  və  minnətdarlıq  sevgi  üçün  əlverişli 

zəmindirsə,  o  zaman  Elizabetin  duyğularının  dəyişməsi 

inanılmaz  və  ya  saxta  görünməməlidir.  Ancaq  əksinə, 

belə  bir  əsas  üzərində  baş  qaldıran  istək  tez-tez  guya 

downloaded from KitabYurdu.org



367 

 

gələcək  sevgililərin  bir-birinə  dedikləri  ilk  kəlmələrə 



qədərki ilk baxışdan yaranan sevginin ziddinə olaraq, süni 

və qeyri-təbii sayılarsa, o zaman Elizabetin duyğularının 

dəyişkənliyinə yalnız onunla bəraət qazandırmaq olar ki, 

artıq onda Uikhemə qarşı xırda romantik istəklər təcrübəsi 

olmuşdu və bu bağlılığın şərəfsiz sonunu ona ürək dostu 

axtarışlarının başqa, daha az təsirli yolu pıçıldaya bilərdi. 

Hər necə olsa da, Darsi ilə ayrılıq onu kədərli düşüncələrə 

qərq  etdi.  Bu  ayrılığın  bacısının  rüsvayçılığının  kədərli 

nəticələrindən  biri  olduğu  ağlına  gələndə,  Lidiyanın 

hərəkətindən ürəyində yaranmış ağn-acı daha da möhkəm 

kəskinləşdi.  Ceynin  ikinci  məktubundan  sonra  o,  bir  an 

belə  Uikhemin  Lidiya  ilə  evlənə  biləcəyi  fikrini  yaxın 

buraxmamışdı. 

Ceyndən  başqa  heç  kəs,  onun  fikrincə,  özünə  belə  bir 

ümidlə təsəlli verməzdi. Hadisələrin gedişi kifayət qədər 

aydın  görünürdü.  Yalnız  ilk  məktubun  məzmunundan 

xəbərdar  olduğu  vaxt  başa  düşmürdü  ki,  necə  olub, 

Uikhem bir qəpiklik cehiz belə almadığı qızla evlənmək 

fikrinə düşüb. Lidiyanın onu özünə aşiq etməyə müyəssər 

olması fikri ağlasığmaz görünürdü. Ancaq indi hər şey öz 

yerindəydi. Bu növdən olan macəra üçün o, kifayət qədər 

cəlbedici qız idi. Elizabet bacısının ərə getməyini nəzərdə 

tutmadan şüurlu şəkildə qaçmağa qərar verdiyini ehtimal 

etməsə  də,  Lidiyanın  öz  tovlayıcısının  qolay  qurbanı 

olmasına  nə  ismətinin,  nə  sağlam  düşüncəsinin  mane 

olmayacağına inanması çətin deyildi. 

Alayın Hartfördşirdə olduğu vaxt Elizabet Lidiyanın 

downloaded from KitabYurdu.org



368 

 

Uikhemə xüsusi meyli olduğunu fərq  etməmişdi.  Ancaq 



yaxşı bilirdi ki, bacısına ən xırda bir təşviq lazım idi ki, 

istənilən adamın boynuna atılsın. Onun vəfadarı gah bir, 

gah  başqa  zabit  olurdu  və  yetirdikləri  diqqətə  uyğun 

olaraq  onun  gözündə  yüksəlirdilər.  Onun  sevdalan 

fasiləsiz  olaraq  dəyişirdi,  ancaq  ürəyi  heç  zaman  boş 

qalmırdı. Bu qıza etimad göstərilmişdi və 

ona zəruri nəzarət olmadan yaşamasına rüsxət verilmişdi! 

İndi  bu  düşüncə  Elizabetin  qəlbində  necə  də  ağrılı  əks-

səda verirdi! 

O, hər şeyi eşitmək, görmək, hər şeydə iştirak etmək 

və  Ceynlə  bütün  qayğılan  bölmək  üçün  tezliklə  evə 

qayıtmağa can atırdı. Çünki artıq onlann düzəni pozulmuş 

evlərində  bu  qayğılar  yalnız  Ceynin  üzərinə  düşmüşdü, 

mister  Bennet  Lonqbornda  yoxdu,  analan  isə  təsərrüfatı 

idarə  etmək  iqtidarında  deyildi  və  özü  daimi  qayğıya 

möhtac  idi.  Lidiyaya  artıq  heç  nə  etməyin 

mümkünsüzlüyünə  əmin  olan  Elizabet  yenə  də  mister 

Qardinerin  müdaxiləsinə  böyük  əhəmiyyət  verirdi.  Ona 

görə  də  onun  hələ  də  gəlib  çıxmamasına  görə 

səbirsizlikdən  ciddi  şəkildə  iztirab  çəkirdi.  Mister  və 

missis  Qardinerlər  bacıqızının  qəflətən  xəstələndiyi 

barədə  xəbər  verən  qulluqçunun  sözündən  sonra  tələsik 

qayıtdılar. Onları özünü tam yaxşı hiss etdiyinə inandıran 

Elizabet dərhal qaldırdığı həyəcanın səbəbini danışdı, hər 

iki  məktubu  hündürdən  oxudu  və  ikinci  məktubun 

sonluğundakı qeydi xüsusi vurğuladı. 

Lidiya  heç  vaxt  Qardinerlərin  sevimlisi  olmasa  da, 

downloaded from KitabYurdu.org



369 

 

alınmış  xəbər  onları  kədərləndirməyə  bilməzdi.  Hadisə 



təkcə ona yox, 

eləcə  də  bütün  ailəyə  zərbə  vurmuşdu.  Ona  görə  də  ilk 

təəccüb  və  çaşqınlıq  nidalarından  sonra  mister  Qardiner 

mümkün  yardım  göstərməyə  tam  hazır  olduğunu  ifadə 

etdi.  Elizabet  başqa  cavab  gözləməsə  də,  yenə  gözləri 

yaşlı halda minnətdarlığını bildirdi. Onlar eyni bir təkanla 

hərəkətə  gələrək,  dərhal  səfərə  aid  olan  hər  şey  haqda 

şərtləşdilər.  Qardinerlər  və  Elizabet  mümkün  qədər 

tezliklə yola düşməliydilər. 

Ancaq  indi  biz  Pemberli  ilə  necə  edək!  -  missis 

Qardiner səsləndi. - Con bizə dedi ki, sən onu arxamızca 

göndərəndə mister Darsi burada olub. Bu doğudur? 

— Bəli. Mən onu xəbərdar etdim ki, biz onlara gedə 

bilməyəcəyik. Bu barədə narahat olmamaq olar. 

— Narahat  olmamaq  olar?  —  Elizabet  əşyalarını 

yığışdırmağa qaçanda missis Qardiner təkrar etdi. 

—  Doğrudanmı  onlann  arasında  münasibətlər  Elizabetə 

hər şeyi ona danışmaq imkanı verib? Həqiqəti öyrənməyi 

çox istərdim! 

Bu  arzu  gerçəkləşməz  olan  növdən  idi.  O  ən  yaxşı 

halda  səfərə  təlaşlı  hazırlıq  zamanı  onun  fikrini  məşğul 

edə  bilərdi.  Elizabet  aldığı  zərbə  üzündən  özünü  boş 

buraxsaydı, şübhəsiz ki, tamamən üzülərdi. Ancaq missis 

Qardiner kimi, o da bir çox işləri görüb başa çatdırmalı, o 

cümlədən  Lemtondakı  dostlara  qəfləti  səfərin  uydurma 

səbəbini xəbər verən məktub  yazmalıydı. Fəqət  artıq bir 

saatdan sonra hər şey hazır idi. Bu arada mister Qardiner 

downloaded from KitabYurdu.org



370 

 

mehmanxananın  xidmət  haqqını  ödədi  və  onlar  yola 



düşdülər.  Bu  səhər  və  daha  əvvəllər  yaşanan  bütün 

məyusluqlardan  sonra,  nəhayət  ki,  Elizabet  Lonqborn 

yolu ilə irəliləyən ekipajda oturmuşdu. 

FƏSİL 



—  Mən  hər  şeyi  yenidən  yaxşıca  düşündüm,  -  onlar 

şəhərcikdən  çıxdıqları  vaxt  mister  Qardiner  üzünü 

Elizabetə tutdu, - necə lazımdır götür-qoy etdikdən sonra, 

yəqin  ki,  Ceynlə  razılaşmağa  hazıram.  Bir  zabitin 

qətiyyən müdafiəsiz və tənha olmayan, üstəlik, onun alay 

komandirinin  evində  qonaq  olan  qıza  münasibətdə  bu 

qədər əclaf hərəkət etməsi mənə inandırıcı görünmür. Ona 

görə  də  hər  şeyin  yaxşı  olacağına  ümid  etməyə 

meyilliyəm. 

Dostlarının 

qızın 

müdafiəsinə 



qalxmayacağmı Uikhem təxmin etməyə bilməz ki. Və ona 

da ümid edə bilmərəm ki, polkovnik Forsteri bu cür təhqir 

etdikdən  sonra  o,  alayda  qalacaq.  Tovlama  risklə  qeyri- 

mütənasib olub. 

— Doğrudanmı sizə elə gəlir? — Elizabet ümid işartısı 

ilə soruşdu. 

— Şərəf  sözü,  —  missis  Qardiner  dedi,  —  mən  də 

həmçinin bu fikrə tərəfdar çıxmağa başlayıram. Uikhemi 

belə bir 

hərəkətdə  günahkar  saymaq  ləyaqətlə,  şərəf  hissilə  və 

onun  özünün  mənafeyi  ilə  həddən  artıq  ziddiyyət  təşkil 

edərdi. Mən orada onun  barəsində  pis  düşünə  bilmirəm. 

Lizzi, o, doğrudanmı sənin gözündən bu qədər düşüb ki, 

sən onu buna qabil hesab edirsən? 

downloaded from KitabYurdu.org


371 

 

— Öz mənafeyinə etinasızlığa gəlincə, yəqin ki, yox. 



Digərlərinə  isə,  o,  məncə,  tamamilə  etina  etməyə  bilər. 

Əlbəttə, istərdim ki, siz haqlı olasınız. Ancaq təəssüf ki, 

buna ümid bəsləməyə cürət etmirəm. Əks təqdirdə onların 

Şotlandiyaya getmədiyini necə izah etmək olar? 

— Hər şeydən öncə, — mister Qardiner cavab verdi, 

— hələ sübut edilməyib ki, onlar oraya getməyiblər. 

— Bəli, ancaq onların poçt karetasından enib faytona 

minmələri  xeyli  şübhəli  görünür.  Üstəlik,  onlar  Barnet 

yolunda heç bir iz qoymayıblar. 

— Yaxşı,  hesab  edək  ki,  onlar  Londondadır.  Başqa 

səbəblərlə  yanaşı,  oraya  təqibdən  can  qurtarmaq  xətrinə 

gedə  bilərdilər.  Onların  yəqin  pulları  çox  deyil.  Məgər 

şəhərdə o 

qədər  tezliklə  olmasa  da,  daha  ucuz  nikah  kəsdirmə 

imkanı barədə düşünə bilməzdilərmi? 

— Ancaq bu məxfilik nə üçündür? Niyə qorxurlar ki, 

onlan tapacaqlar? Gizli evlilik nəyə lazımdır? Yox, yox, 

mən  buna  inanmıram.  Ceynin  məktubuna  görə,  onun 

yaxın  dostu  əmindir  ki,  o,  hətta  onunla  evlənməyə 

hazırlaşmırmış. Uikhem cehizsiz qızla evlənməz. Belə bir 

təmtərağı  özünə  rəva  görməz.  Bəs  Lidiyada  nə  tapa 

bilərdi? Gənclikdən, sağlamlıqdan və vecsiz xasiyyətdən 

başqa o, Uikhemi nəylə valeh edə bilərdi ki, onun xətrinə 

öz  işlərini  evlənmək  yolu  ilə  sahmana  salmaq  imkanını 

qurban versin. Hərbi mundirini rüsvay etmək qorxusunun 

onu  nə  dərəcədə  saxlamasını  mühakimə  etmək  çətindir, 

çünki  bilmirəm  bu,  hansı  nəticələrə  gətirib  çıxaracaq. 

downloaded from KitabYurdu.org



372 

 

Ancaq  sizin  ikinci  dəlilinizə  gəlincə,  o  mənə  inandırıcı 



görünmür.  Lidiyanm  müdafiəsində  duracaq  qardaşları 

yoxdur. Mister Bennetin davranışı, soyuqqanlılığı və ailə 

məsələlərinə etinasızlığı Uikhemə imkan verib ki, belə bir 

halda  onun  tərəfindən  çox  zəif  müdaxilə  olacağını 

düşünsün. 

— Ancaq  məgər  Iidiya  öz  istəyindən  başqa  hər  şeyi 

unuda  və  hətta  onun  qanuni  arvadı  olmadan  birlikdə 

yaşamağa razılaşardı, səncə? 

— Şübhələnmək  olar.  Elə  hamısından  qorxulusu 

budur  ki,  bacımın  ləyaqət  və  əxlaqa  baxışları  ümumən 

qəbul  olunmuş  normadan  fərqlənir,  —  gözü  yaşla  dolu 

Elizabet cavab verdi: 

— Fikirlərimi  izah  etmək  mənə  çətindir.  Bəlkə  də  ona 

qarşı ədalətsizəm. Ancaq o, hələ çox gəncdir. Ciddi şeylər 

barədə  düşünməyi  ona  heç  vaxt  öyrətməyiblər.  Axınncı 

yanm ildə isə 

— yox, artıq bir ildir — o, əyləncə və vurnuxmadan başqa 

heç  bir  işlə  məşğul  deyil.  Onun  boş-bekar  və 

yüngülməcaz tərzdə yaşamasına və haradan oldu qapdığı 

istənilən  cəfəng  baxışları  əxz  etməsinə  icazə  verilib. 

Derbişir  alayının  Meritonda  yerləşməsindən  bəri  onun 

beynində  yalnız  eşq-məhəbbət,  macəralar  və  zabitlərdir. 

Bu  barədə  düşünüb-daşınaraq  o,  əlindən  gələn  hər  şeyi 

edib ki, özündə onsuz da anadangəlmə ətalətdən uzaq olan 

böyük bir — yaxşı mənada desək 

— hissiyyatı  inkişaf  etdirsin.  Uikhemin  zahiri  görünüşü 

və 

downloaded from KitabYurdu.org



373 

 

davranışı ilə ovsunlamaq bacarığını bilərək başa düşürük 



ki, qadının başını tovlamaq ona necə asandır. 

— Ancaq axı Ceyn Uikhemi Lidiyanı tovlamağa qabil 

olacaq  qədər  pis  adam  saymır,  —  missis  Qardiner  qeyd 

etdi. 


— Ceyn  nə  vaxt  kiminsə  barəsində  pis  düşünüb  ki? 

Keçmişdə  özünü  nə  qədər  də  pis  göstərmiş  bir  adam 

tapılarmı ki, Ceyn onun cinayətinə dair sübut görməmiş 

onu qadın tovlamağa qadir saysın? Ancaq Ceyn Uikhemin 

əslində kim olduğunu məndən az bilmir. Bizim ikimizə də 

onun  sözün  tam  mənasında  necə  bir  yaramaz  olduğu 

aydındır.  Bilirik  ki,  onda  nə  vicdan  var,  nə  də  şərəf-

namus.  Onun  yalançılıq  və  qeyri-  səmimiliyinin 

sevimliliyinə güzəştə getməyini də bilirik. 

Bütün  bunlar  sizə  doğrudan  da  məlumdur?  -  missis 

Qardiner  qızın  məlumatlılığına  dair  yenidən  oyanmış 

marağıyla səsləndi. 

— Bəli,  mən  buna  tamamilə  əminəm,  —  Elizabet 

qızararaq dedi. — Mən artıq bir dəfə sizə danışmışam ki, 

o, mister Darsiyə münasibətdə necə aşağı hərəkətlər edib. 

Siz Lonqbornda özünüz də eşitdiniz ki, ona qarşı bu qədər 

alicənablıq etmiş və 

dözümlülük göstərmiş insan haqqında nə danışırdı. Ancaq 

mənə  elə  başqa  məlumatlar  da  gəlib  çatıb  ki,  bu  barədə 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin