Birinci kitab



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə24/39
tarix06.06.2020
ölçüsü3,22 Mb.
#31719
1   ...   20   21   22   23   24   25   26   27   ...   39
26160-ceyn-ostin-querur-v-q-r-z

bütün  sağlam  düşüncəsini  səfərbər  etməsi  və  özünün 

sağlamlığına,  yaxınlarının  isə  rahatlığına  ziyan  olan 

acıma hissi doğurmamaqdan ötrü onların duyğulanna hər 

cür zəruri diqqət yetirməsi lazım gəlirdi. 

— Lizzi, indi sən Ceynin başına gələn qüssəli hekayət 

üçün nə deyirsən? — bir dəfə missis Binnet soruşdu. — 

Mənə qalsa, qəti qərara gəlmişəm ki, bir daha heç vaxt bu 

barədə danışmayım. Bu günlərdə missis Filipsə də dedim. 

Hələ  də  başa  düşmürəm  ki,  Ceyn  Londonda  onunla 

downloaded from KitabYurdu.org



308 

 

görüşüb,  ya  yox?  O,  necə  dəyərsiz  adam  imiş!  Məncə, 



Ceynin daha ona ümid etməsinə lüzum yoxdur. Onun bu 

yay Nezerfildə qayıtması barədə hətta danışmırlar da. Bu 

barədə məlumatı ola biləcək hər bir şəxsdən soruşmuşam. 

— Düşünmürəm  ki,  o,  ümumiyyətlə,  Nezerfilddə 

görünəcək. 

— Lap  yaxşı! Ona belə lazımdır. Çətin ki, o, burada 

kiməsə gərəkdir. Hərçənd mən həmişə danışacağam ki, o, 

qızıma  qarşı  necə  alçaqcasma  davrandı.  Ceynin  yerində 

mən  olsaydım,  belə  məyusluğa  tab  gətirə  bilməzdim. 

Özümə bu fikirlə təsəlli verirəm ki, Ceyn xiffətdən ölsə, 

hər halda mister Binqli törətdiyi əməldən peşman olacaq. 

Elizabet  bu  cür  ehtimalla  təsəlli  tapmağa  qadir 

olmadığını hiss edərək susdu. 

— Yaxşı, Lizzi, — qısa pauzadan sonra missis Bennet 

davam  etdi,  —  səncə,  Kollinzlər  doğrudan  yaxşı 

yaşayırlar? İstərdim ki, bu daha da uzunmüddətli olsun! 

Bəs masaları necədir? Düşünürəm ki, Şarlottadan yaxşı ev 

sahibəsi  çıxıb.  Əgər  o,  anasının  yansı  qədər  zirək  olsa, 

onlar hətta qara gün üçün pul da yığa bilərlər. Onlar axı 

təsərrüfata o qədər də çox pul xərcləmirlər. 

— 

Hə, əlbəttə, elədir. 



— Bu, ev saxlamaq üçün çox vacibdir. Bəli, bəli. O ki 

qazancla  yaşamağa  çalışır.  Onlan  ehtiyac  təhdid  etməsə 

də,  Allah  köməkləri  olsun.  Təsəvvür  edirəm,  onlar  necə 

tez-tez xatırlayırlar ki, mister Bennetin ölümündən sonra 

Lonqborn  onların  əmlakı  olacaq.  Yəqin  ki,  ona  artıq 

indidən özlərinə aidmiş kimi baxırlar. 

downloaded from KitabYurdu.org


309 

 

— Mənim yanımda onlar bu sayaq mövzulara toxuna 



bilmirdilər. 

— Bəs necə! Onlar bunu özlərinə rəva görsəydilər, çox 

qəribə olardı. Ancaq şübhə etmirəm ki, onlar öz aralarında 

bunu  hey  müzakirə  edirlər.  Ancaq  nə  olsun,  əgər 

başqasının  malikanəsini  qəsb  etmək  onlar  üçün  heç 

nədirsə, daha pis. Mən nəyisə kişi xətti ilə miras almağa 

utanardım! 

XVIII FƏSİL 

Ceyn və Elizabetin qayıdışından sonrakı birinci həftə tez 

ötüb  keçdi.  İkinci başladı.  Bu,  alayın  Meritonda  qaldığı 

sonuncu həftə idi və bütün rayonun xanımları çox kefsiz 

ovqatda idi. Qanqaraçılıq, demək olar, ümumi şəkildəydi. 

Yalnız iki böyük miss Bennetlər hələ də yeyib-içə, yata, 

öz  adi  həyatlarını  yaşaya  bilirdilər.  Belə  hissiyyatsızlığı 

hədsiz dərəcədə bədbəxt Kitti və Lidiya tez-tez qınayırdı. 

Onlar  heç  cür  öz  ailələrinin  hər  hansı  üzvünün  bu  cür 

biganəliyinə yol verə bilmirdilər. 

— İlahi,  biz  necə  olacağıq!  Nə  edəcəyik?  —  onlar 

addımbaşı yaşadıqları çarəsizlik tüğyanında səslənirdilər. 

— Sən isə, Lizzi, hələ bir gülə də bilirsən? 

Vəfalı  ana  qızlarının  çarəsizliyini  bölüşür,  özünün 

iyirmi  beş  il  əvvəl  bənzər  durumdakı  yaşantılarını 

xatırlayırdı. 

— And  içə  bilərəm  ki,  polkovnik  Millerin  alayı  bizi 

tərk etdiyi vaxt iki gün dayanmadan ağlamışdım. O zaman 

mən əmin idim ki, ürəyim ömürlük yaralanıb. 

— Söz  verirəm  ki,  mənim  ürəyim  gerçəkdən  də 

downloaded from KitabYurdu.org



310 

 

parçalanacaq! — Lidiya dedi. 



— 

Keşkə bircə Braytona köçmək mümkün olsaydı! 

— missis Bennet qeyd etdi. 

— Bəli,  əgər təkcə  Braytona  yetişsək!  Ancaq atamla 

razılığa gəlmək mümkündürmü ki! 

— 

Dənizdə çimmək məni ayağa qaldırardı. 



— Filips xala əmin edir ki, onlar, sadəcə olaraq, mənə 

gərəklidirlər, — Kitti söhbətə qarışdı. 

— Bu  sayaq  mükalimələr  Bennetlərin  evində  tez-tez 

təkrarlanırdı. Elizabet onlara yumorla yanaşmaq istəyirdi. 

Ancaq  bütün  bu  gülməli  şeylər  onun  üçün  doğmalarına 

görə  çəkdiyi  xəcalət  hissi  ilə  zəhərə  dönürdü.  O,  mister 

Darsinin  qınaqlarının  ədalətliliyinə  təkrar-təkrar  əmin 

olurdu. Onun dostunun şəxsi işlərinə qarışması Elizabetə 

heç vaxt bu qədər haqlı görünməmişdi. 

Ancaq polkovnik Forsterin arvadından onu Braytona 

müşayiət  etmək  təklifi  alanda  Lidiyanın  təlx  ovqatı  bir 

andaca  duruldu.  Onun  qiymətli  rəfiqəsi  hələ  çox  gənc 

qadın idi və 

yalnız bu yaxınlarda ərə getmişdi. Hər ikisinin vecsizliyi 

və  xasiyyətlərinin  yüngüllüyü  onlarda  bir-birinə  rəğbət 

yaratmışdı  və  üç  aylıq  tanışlıqdan  sonra  onlar  ayrılmaz 

rəfiqəyə çevrilmişdilər. 

Bu münasibətlə Lidiyanın şadyanalığı, missis Forsterə 

yanaşmasındakı  heyranlıq  Bennetin  riqqəti  və  Kittinin 

əlacsızlığı  çətin  ki,  təsvir  edilə  bilər.  Bacısının 

duyğularına heç bir fikir verməyən Lidiya arasıkəsilməz 

şəkildə evdə vəcdə gəlmiş kimi dolaşır, hər kəsdən təbrik 

downloaded from KitabYurdu.org


311 

 

qəbul edir, əvvəllər heç vaxt olmadığı qədər çox qəhqəhə 



çəkir və çərənləyirdi. 

HəminvaxtuğursuzKittiqonaqotağındaanlaşılmazbirz

əhlət ökənliklə bəxtindən gileylənirdi. 

—  Heç  cür  başa  düşmürəm  ki,  nəyə  görə  missis 

Forster  eyni  uğurla  məni  də  dəvət  etmədi?  —  Kitti 

donquldanırdı. 

— Düzdür, biz onunla o qədər də  yaxın  deyilik.  Ancaq 

mənim  dəvət  almaq  haqqım  Lidiyanmkmdan  az  deyil. 

Hətta çoxdur! Mən ondan iki yaş böyüyəm! 

Elizabet  əbəs  yerə  onu  inandırmağa,  Ceyn  isə 

sakitləşdirməyə  cəhd  göstərirdi.  Elizabet  özü  bu  dəvətə 

heç də 


missis Bennet və Lidiya kimi yanaşmırdı. O qorxurdu ki, 

bu  səfərin  nəticəsində  Lidiya  sağlam  düşüncəsinin 

axırıncı  qismindən  məhrum  ola  bilər.  Evdəkilərin  xəbər 

tutacağı halda bu addım ona nə qədər baha başa gələrdisə 

də,  Elizabet  gizli  şəkildə  mister  Bennetə  Lidiyanı 

Braytona buraxmamağı tövsiyə etdi. O, atasına Lidiyanın 

ağılsız  davranışının  bütün  olaylarını  xatırlatdı,  onun 

diqqətini  qızının  missis  Forster  kimi  bir  xanımla 

dostluğundan əldə edə biləcəyi şübhəli faydaya yönəltdi. 

Elizabetə elə gəlirdi ki, Braytonda yoldan çıxma imkanlan 

evdəkindən xeyli çox olduğu bir mühitdə Lidiya bu sayaq 

kampaniyada  olaraq  daha  yüngülməcaz  hərəkətlərə  yol 

verə  bilər.  Mister  Bennet  onu  diqqətlə  dinləyərək  cavab 

verdi: 


— Lidiya  özünü  haradasa,  bir  adam  içində 

downloaded from KitabYurdu.org



312 

 

göstərməyincə,  heç  cür  yorulub-usanan  deyil.  Çətin  ki, 



onun əlinə bunu ailəmiz üçün daha az narahatlıqla həyata 

keçirmək imkanı bir dəfə də düşsün. 

— Əgər bilsəydiniz ki, — Elizabet dedi, — Lidiyanın 

hər kəsin nəzərinə çarpan ehtiyatsız və ədəbsiz davranışı 

ailəmizə 

necə  zərbə  vura  bilər!  Artıq  dəymiş  zərərdən  də  ötə!  O 

zaman siz, əminəm ki, başqa cür mühakimə yürüdərdiniz. 

— Artıq dəymiş zərər? — mister Bennet təkrarlayaraq 

soruşdu. 

— 

Yaxşı, 



onun 

davranışı 

sənin 

pərəstişkarlanndan kimisə səndən ürküdüb? Yazıq Lizzi! 



Ancaq  sən  ruhdan  düşməməlisən.  Sənin  doğmalarının 

axmaqlıqlarının  yüngül  əlamətini  ötürə  bilməyən  elə 

vasvası  gənclərdən  ötrü  təəssüflənməyə  dəyməz.  Hə, 

danış  görək,  Lidiyanın  yüngülməcazlığı  hansı  yazıq 

insancığazları səndən uzaqlaşdırıb. 

— Siz  yanılırsınız.  Mən  bu  cür  məyusluqlara  görə 

şikayətlənəsi deyiləm. Mən hər hansı bir ayrıca hadisəni 

nəzərdə  tutmuram,  onun  maneralarının  bizə  vurduğu 

ümumi 

zərərdən 



danışıram.  Bizim  cəmiyyətdəki 

reputasiyamız,  tanışlarımızın  bizə  ehtiramı  onun 

xasiyyətindən irəli gələn sərsəmliyi və ifrat təmkinsizliyi 

ilə dağılıb gedir. Bağışlayın, mən öz qənaətimi sona qədər 

deməliyəm. Əgər siz, əziz ata, onun ramolunmaz təbiətini 

cilovlamaq  zəhmətini  öz  üzərinizə  götürməsəniz  və 

Lidiyaya,  bugünkü  səylərinin  onun  həyat  məsələsi 

olmadığını izah etməsəniz, o zaman tezliklə onun 

tərbiyəsi  ilə  məşğul  olmaq  artıq  gec  olacaq.  Onun 

downloaded from KitabYurdu.org



313 

 

xasiyyəti tamam formalaşacaq və on altı yaşma çatanda o 



artıq  yüngül  nazəninə  çevrilərək  bizim  hamımızın 

rüsvayçılığına səbəb olacaq. Özü də ən betərinə, ən aşağı 

ədəbdə  olanına,  əlində  gənclikdən  və  müəyyən  zahiri 

cazibədarlıqdan  başqa  heç  bir  məziyyəti  olmayan 

nazəninə  çevriləcək.  Cahilliyi  və  puçluğu  onu  uğur 

dalınca düşməsinə görə yaranan ümumi ikrah qarşısında 

tamamilə  köməksiz  edəcək.  Eyni  təhlükəyə  Lidiyanın 

ardınca gedən Kitti — səfeh, qürrəli, bekar və tamamilə 

qudurğan  qızcığaz  da  məruz  qalacaq.  Ata,  əzizim,  siz 

doğrudanmı  güman  edirsiniz  ki,  onlar  bütün 

tanışlarımızın mühakiməsinə və ikrahına səbəb olaraq öz 

bacılarının reputasiyasına kölgə salmırlar? 

Mister Bennet hiss etdi ki, Elizabet bu sözlərə bütün 

qəlbini qoyub. O, mehribancasına qızın əlindən tutdu və 

dedi: 

—  Sən  əbəs  yerə  həyəcanlanırsan,  qızım.  Səni  və 



Ceyni tanıyanların hamısı sizə kifayət qədər hörmət edir 

və  qiymətləndirirlər.  Bu  rəy  sizin  iki,  hətta  mən  deyə 

bilərəm  ki,  üç  nadir  təsadüf  olunan  səfeh  bacınızın 

olmasından sarsıla bilməz. 

Əgər  Lidiya  Braytona  getməsə,  Lonqbornda  dinclik 

olmayacaq.  Qoy  o,  ora  getsin.  Polkovnik  Forster  ağıllı 

adamdır. O yol verməz ki, Lidiya gerçək xoşagəlməzliyə 

düşsün.  Xoşbəxtlikdən  o,  cehiz  ovçularını  özünə  cəlb 

etməməsi  üçün  kifayət  qədər  kasıbdır.  Orada  onun 

macəraya  uyması  da  burdakına  nisbətən  çətin  olacaq, 

çünki  zabitlər  Braytonda  daha  diqqətəlayiq  qızlar 

downloaded from KitabYurdu.org



314 

 

tapacaqlar.  Ümid 



edək  ki, 

bu  səfər  onu  öz 

əhəmiyyətsizliyini  anlamağa  vadar  edəcək.  Hər  halda, 

onun davranışı bunsuz nəzərəçarpacaq dərəcədə  korlana 

bilməz  ki,  biz  onu  ömrünün  sonuna  qədər  bağlı  qıfıl 

altında saxlamaq haqqına sahib olaq. 

Elizabet bu cavabla kifayətlənəsi oldu. Ancaq öz rəyi 

dəyişməz qaldığı üçün atasından məyus və qüssəli şəkildə 

aynidı. Fəqət, pərtliyini gizlətmək və bunu ürəyinə salaraq 

fikir  çəkmək  xasiyyətində  yox  idi.  Başa  düşürdü  ki, 

borcunu  yerinə  yetirib,  gözlənilən  bədbəxtlik  üçün 

əvvəlcədən  kədərlənmək,  üstəlik,  bunu  öz  əndişəsi  ilə 

gücləndirmək ona xas deyildi. 

Lidiya  və  anası  onun  atası  ilə  nə  danışdığını 

bilsəydilər,  çətin  ki,  narazılıqlarından  çıxış  yolu 

tapardılar.  Brayton  səfəri  Lidiyaya  dünyəvi  səadətin 

zirvəsi kimi görünürdü. Alovlu 

təxəyyülü  kurort  şəhərciyinin  ona  hələlik  tanış  olmayan 

zabitlərlə  dolu  küçələrini  təsəvvür  edir,  özünü  onlarla 

gəncin  pərəstiş  predmeti  kimi  görürdü.  Onun  xəyali 

görüşü önündə öz parlaqlığı ilə hərbi düşərgə canlanırdı - 

eyni  cür  çadırların  düzgün  cərgəsi  və  onların  arasında 

qırmızı  mundirdəki  modabaz  yaraşıqlı  şən  gənclərin 

bölükləri.  Üstəlik,  Lidiya  təsəvvür  edirdi  ki,  bu 

çadırlardan  birində  oturacaq  və  ən  azı  altı  zabitlə  eyni 

zamanda kor-koranə nazqəmzə macərası yaşayacaq. 

O bilsəydi ki, bacısı artıq onu bu qədər yaxın və belə 

cəzbedici aləmdən qoparmağa çalışır, nə hiss edərdi. Bu 

duyğuları  təkcə  bir  zamanlar  təxminən  eyni  yaşantıları 

downloaded from KitabYurdu.org



315 

 

keçirmiş  missis  Bennet  anlamağa  qadir  idi.  Yalnız 



Lidiyanm səfəri sayəsində o, ərinin bütün ailəni Braytona 

buraxmamasma dair qara qətiyyəti ilə banşa bildi. Ancaq 

baş  vermiş  söhbətdən  tamamilə  xəbərsiz  olduqları  üçün 

onların ikisi də Lidiyanm Lonqbornu tərk etməli olduğu 

günə qədər, demək olar, fasiləsiz olaraq vəcdə gəlirdilər. 

Elizabet Uikhemlə sonuncu dəfə görüşməli olacaqdı. 

Bu  görüş  artıq  onu  heç  bir  şəkildə  ciddi 

həyəcanlandırmırdı, çünki qayıtdığı vaxtdan bəri dəfələrlə 

görüşmüşdülər. Onların əvvəlki yaxınlığı yoxa çıxmışdı. 

O, hətta Uikhemin əvvəllər onu ovsunlayan həlimliyində 

zəhlətökən və qıcıq doğuran yeknəsəq tədbirlik görürdü. 

Bundan başqa, o, Uikhemin ona yanaşmasında narazılıq 

üçün yeni səbəblər tapırdı. Doğrudan da o, yenidən qıza, 

tanışlıqlarının  əvvəlində  müşahidə  olunduğu  kimi 

diqqətcilliklə  yanaşırdı  və  bu,  bütün  olub-  bitənlərdən 

sonra yalnız Elizabeti təhqir edə bilərdi. O, Uikhemdə boş 

şorgözlük  əlamətlərini  sezincə,  ona  olan  sonuncu 

hörmətini  də  itirdi.  Onun  lütfkarlıqlarmı  qətiyyətlə  rədd 

edən Elizabet onlarda öz əvvəlki davranışına dair qınaqlar 

görürdü.  Yalnız  Uikhem  öncəki  münasibəti xatırlayaraq 

hesab edə bilərdi ki, qıza yenidən ilk diqqət işarəsi verən 

kimi  Elizabet  şərəf duyacaq və onun hansı  səbəbdən və 

hansı müddətə ona pərəstiş etməyi dayandırmasından asılı 

olmayaraq, qarşılıq göstərəcək. 

Alayın  Meritonda  olduğu  ən  sonuncu  gün  Uikhem 

Lonqbornda  başqa  zabitlərlə  birlikdə  nahar  edirdi. 

Elizabet 

onunla 


dostcasına 

ayrılmaq 

istəməyə 

downloaded from KitabYurdu.org



316 

 

çalışmayaraq, Hansforddakı həyatının necə keçdiyinə dair 



suallarına cavab verərkən ona polkovnik Fitsuilyamın və 

mister Darsinin üç həftəlik Rozinqsə gəlişindən danışdı və 

soruşdu ki, o, polkovniki tanıyırım. 

Uikhem  ona  qayğılı,  pərt,  ehtiyatlı  göründü.  Fəqət 

qısa  müddətli  qarışıqlıqdan  sonra  gülümsəyərək  cavab 

verdi  ki,  nə  vaxtsa  bu  adamla  tez-tez  görüşüb.  Onu  əsl 

centlmen  kimi  səciyyələndirdikdən  sonra  soruşdu  ki, 

polkovnik  Elizabetə  necə  təsir  bağışlayıb.  Qız  onun 

barəsində  hərarətlə  danışdı.  Uikhem  tezliklə  guya  ki, 

sözarası maraqlandı: 

— 

Siz dediniz ki, o, Rozinqsdə nə qədər vaxt keçirib? 



— 

Üç həftəyə yaxm. 

— 

Siz onunla tez-tez görüşürdünüz? 



— 

Bəli, demək olar, hər gün. 

— Onun  maneraları  xalası  oğlunun  maneralarından 

çox fərqlənir. 

— Bəli,  çox.  Ancaq  mister  Darsini  yaxından 

tanıdıqdan sonra onun barəsində daha yaxşı fikirləşməyə 

başladım. 

— Demək,  belə?  —  Uikhem  qıza,  onun  diqqətindən 

yayınmayan iti nəzər yetirərək dedi: — Bəs mən soruşa 

bilərəmmi...  —  Ancaq  o,  sonradan  ağlına  gələn  fikirlə 

sözünü  etinasız  tərzdə  davam  etdirdi:  —  O,  insanlarla 

nəzakətlə danışmağa başlayıbmı? Yoxsa öz maneralarına 

müəyyən  ünsiyyətcillik  verəcək  qədər  sadələşib?  —  O, 

daha aşağı və artıq daha ciddi səslə bildirdi. — Çünki mən 

çox  az  ümid  edirəm  ki,  o,  mahiyyətcə  yaxşılığa  doğru 

downloaded from KitabYurdu.org



317 

 

dəyişib. 



— 

Yox, — Elizabet dedi, — mahiyyətcə olduğu kimi 

qalıb. 

Uikhem açıq-aşkar bilmirdi ki, bu sözlərə necə yanaşsın - 



sevinsinmi,  yoxsa  onların  mənasına  güvənməsin.  Qızın 

sifətindəki nəsə bir ifadə onu ehtiyatlı olmağa vadar etdi. 

Elizabet bildirdi: 

— Tanışlığımız  ərzində  onun  mənim  rəyimdə 

böyüdüyünü  etiraf  edərkən, mən onun maneralarında və 

ya  baxışlarında  olan  dəyişiklikləri  nəzərdə  tutmurdum. 

Sadəcə, demək 

istəyirdim  ki,  onu  yaxından  tanıyaraq,  təbiətindən  daha 

yaxşı baş çıxardım. 

Uikhemin  üzünün  qızarması  və  narahat  baxışları 

həyəcanlandığını büruzə verirdi. O, bir neçə dəqiqə susdu. 

Nəhayət, xəcalətini dəf edərək yenidən ona tərəf döndü və 

xüsusilə üstüörtülü şəkildə dilləndi: 

—  Mister  Darsiyə  olan  hisslərimi  bildiyiniz  üçün 

məhz sizə aydın olmalıdır ki, onun özünü ən azı zahirən 

dürüst  aparmaq  üçün  sağlam  düşüncəsinin  çatdığını 

eşitmək mənə necə də xoşdur. Əksərən bu onun qüruru ilə 

izah  olunur.  Bu  onun  özünə  olmasa  da,  ən  azı  onunla 

müəyyən  işi  keçən  adamlara  az  fayda  gətirmir.  Bunun 

sayəsində o, onlarla, bir vaxtlar mənimlə olduğu kimi pis 

davranmır.  Qorxuram  ki,  onun  bir  qədər  əvvəl  qeyd 

etdiyiniz, başa düşdüyüm qədər, böyük ehtiyatlılığı belə 

izah  oluna  bilər  ki,  siz  mister  Darsi  ilə  rəyinə  böyük 

hörmət  qoyduğu  xalasının  evində  görüşmüsünüz. 

downloaded from KitabYurdu.org


318 

 

Bildiyimə  görə,  o,  xalasının  yanında  həmişə  çəkingən 



olur. İndi isə burada onun miss de Börlə evlənmək niyyəti 

də mühüm rol oynayıb və əminəm ki, o bu evliliyi həyata 

keçirmək üçün tam qətiyyətlidir. 

Bu  sözləri  eşitdikdə  Elizabet  özünü  gülməkdən 

saxlaya  bilmədi  və  ona  yalnız  başını  yüngülcə 

tərpətməklə cavab verdi. Aydın idi ki, o, söhbəti dəymiş 

zərər mövzusuna çevirmək istəyir, ancaq Elizabet bunda 

ona  yoldaşlıq  etməyə  hazırlaşmırdı.  Məclisin  sonuna 

qədər  Uikhem  adi  qeyri-səmimi  şadlıq  göstərərək,  artıq 

Elizabetə  üstünlük  verməyə  cəhd  göstərmədi.  Nəhayət, 

onlar  qarşılıqlı  olaraq  heç  vaxt  bir  daha  görüşməmək 

arzusu ilə mehribancasına vidalaşdılar. 

Qonaqlar  dağılışandan  sonra  Lidiya  missis  Forsterlə 

birlikdə 

Meritona  yollandı.  Onlar  sübh  tezdən 

şəhərcikdən  getməliydilər.  Lidiyanm  doğmaları  ilə 

vidalaşması  təsirli  olmaqdan  çox,  hay-küylüydü.  Yalnız 

bircə  Kitti  bu  zaman  gözyaşı  axıdırdı,  o  da  həsəd  və 

inciklikdən doğurdu. Missis Bennet dəqiqəbaşı qızma hər 

cür  məmnunluq  arzulayırdı,  ondan  şənlənmək  üçün  heç 

bir  imkanı  əldən  buraxmamağı  tələb  edirdi  və  belə 

görünürdü  ki,  Lidiya  onun  bu  məsləhətinə,  sözsüz  ki, 

əməl  edəcək.  Lidiyanm  sevinc  dolu  vida  çığırtıları  ona 

bacılarının  daha  yavaşdan  səsləndirdikləri  yaxşı  yol 

arzularını eşitməsinə imkan vermədi. 

Ona  görə  də  o,  yatmağa  hazırlaşarkən  xidmətçi 

qadında  Pemberlinin  doğrudan  da  gözəl  malikanə  olub-

olmaması,  kimə  məxsus  olması  və  bir  az  da  həyəcanla 

downloaded from KitabYurdu.org


319 

 

onun  sahibinin  yayda  ora  gəlib-gəlməməsi  barədə 



soruşdu. Axırıncı suala çox arzulanan mənfi cavab alan və 

həyəcanını  boğan  Elizabet  malikanəyə  ziyarəti  maraqla 

gözləməyə  başladı.  Ertəsi  gün  səhər  Pemberliyə  səfər 

yenidən  müzakirəyə  çıxarılanda  və  onun  bu  barədə  bir 

daha  rəyini  bildirməsi  lazım  gələndə  o,  tərəddüdsüz  və 

tamamilə laqeyd bir görkəmdə deyə bildi ki, təklif olunan 

plana xüsusi etirazı yoxdur. 

Beləcə, onlar Pemberliyə getdilər. 

ÜÇÜNCÜ KİTAB 

 



FƏSİL 

Pemberli meşəsinin görünməsini gözləyən Elizabet  yola 

böyük həyəcanla baxırdı. Keşikçi evini keçdikdən sonra, 

nəhayət, malikanəyə döndükdə onun həyəcanı son həddə 

çatdı. 

downloaded from KitabYurdu.org



320 

 

Geniş  parkın  ayn-ayrı  hissələrində  müxtəlif 



mənzərələr  görünürdü.  Ən  aşağıda  isə  gözəl  meşə 

uzanırdı. 

Elizabet  söhbətdə  iştiraka  çətinlik  çəkəcək  qədər 

həyəcanlansa da, o, hər xoşagələn guşəyə və hər bir gözəl 

mənzərəyə heyranlıqla tamaşa edirdi. Yanm mil boyunca 

tədricən  qalxdıqdan  sonra  axırda  qəflətən  başlanan 

meşəsiz,  çılpaq  təpəliyə  çıxdılar.  Buradan  dərəyə  geniş 

mənzərə açılırdı, onun qarşı yamacında möhtəşəm bir ev 

dururdu. Bu, əzəmətli daş ev idi, meşəli təpələrin yamacı 

üzərində yerləşmişdi. Dərədən axan gur sulu kiçik çay hər 

hansı bir texnogen qurğularsız evin qarşısında daha geniş 

axma çevrilirdi. Çayın sahili ifrat ciddi və ya həddən artıq 

qulluq  edilmiş  kimi  görünmürdü.  Elizabet  heyran 

qalmışdı. O, heç vaxt təbiətin bu 

qədər səxavət göstərdiyi və insan zövqü ilə az korlanmış 

təbii  gözəllik  görməmişdi.  Hamının  heyranlığı  eyni  və 

yekdil  idi.  Bu  anlarda  o,  Pemberlinin  sahibəsi  olmağın 

əhəmiyyətini tam dəyərləndirdi! 

Onlar  dərəyə  endilər,  körpüdən  keçdilər  və  evə 

yaxınlaşdılar.  Evin  divarlan  önündə  dayanaraq  ona 

baxanda yenidən qorxu hiss etdi ki, birdən evin sahibi ilə 

görüşmək  lazım  gələr.  Mehmanxanadakı  xidmətçinin 

səhv edə biləcəyi fikri ona rahatlıq vermirdi. Evə baxmaq 

üçün icazə istədikdən sonra onlan vestibülə dəvət etdilər. 

Qonaqlar evi idarə edən xanımı gözlədikləri vaxt Elizabet 

tamam heyrətləndi: gör, tale onu haraya gətirib. 

Evi idarə edən qadın gəlib çıxdı. Bu, yaşlı qadın idi, 

downloaded from KitabYurdu.org



321 

 

ilk  təəssüratla  mühakimə  yürüdülərdisə,  daha  az 



rəsmiyyətçi,  daha  çox  mehriban  görünürdü.  Qonaqlar 

onun  ardınca  yeməkxanaya  -  zərif  səliqə-sahmanı  olan 

geniş  otağa  girdilər.  Elizabet  otağa  göz  gəzdirərək, 

görünən  mənzərəyə  tamaşa  etmək  üçün  pəncərəyə 

yaxınlaşdı.  Onlann  bayaq  enib  gəldiyi  meşəli  təpə 

uzaqdan daha sərt yoxuşlu görünürdü. Ətrafda hər 

şey  göz  oxşayırdı.  Elizabet  zövqlə,  sevə-sevə  peyzaja  - 

ətrafında ağaclar səpələnmiş və qıvrılmış məcrası vadinin 

üfüqündə gözdən itən çaya baxırdı. Onlar başqa otaqları 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin