Birinci kitab



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə23/39
tarix06.06.2020
ölçüsü3,22 Mb.
#31719
1   ...   19   20   21   22   23   24   25   26   ...   39
26160-ceyn-ostin-querur-v-q-r-z

nəsə çatdırmağı xahiş etməyiblər. 

— Yeri  gəlmişkən,  —  o  əlavə  etdi,  —  siz,  təbii  ki, 

istərdiniz  sizə  göstərdikləri  qonaqpərvərliyə  görə 

mütəvazi  ehtiramınızı  dərin  minnətdarlığınızla  birlikdə 

onlara çatdırım? 

Elizabetin buna heç bir etirazı yox idi. Bundan sonra 

qapının örtülməsinə imkan verildi və kareta tərpəndi. 

— İlahi! — Mariya bir neçə dəqiqəlik sükutdan sonra 

səsləndi.  —  Mənə  elə  gəlir  ki,  sanki  biz  bir,  ya  iki  gün 

əvvəl  bura  gəlmişik.  Amma  bu  müddətdə  nə  qədər 

müxtəlif hadisələr olub! 

— Doğrudan  da,  xeyli  hadisə  oldu,  —  onun  yol 

yoldaşı köksünü ötürərək cavab verdi. 

— Sadəcə,  təsəvvür  elə,  biz  doqquz  dəfə  Rozinqsdə 

nahar etmişik! Hələ iki dəfə orada çay içmişik! Mən bu 

barədə nə qədər danışmalı olacağam! 

Elizabet özlüyündə əlavə etdi: “Və mən nə qədər şey 

gizlətməli olacağam!” 

Yolda  onlar  bütün  vaxtı,  demək  olar  ki,  susdular. 

Hansforddan  çıxdıqdan  dörd  saat  sonra  onlar  heç  bir 

maneə  olmadan  mister  Qardinerin  evinə  çatdılar.  Onlar 

orada bir neçə gün keçirəcəkdilər. 

Ceyn pis görünmürdü, missis Qardinerin təşkil etdiyi 

çoxlu  əyləncələr  üzündən  Elizabet  onun  mənəvi 

downloaded from KitabYurdu.org



295 

 

durumundan baş aça bilmədi. Ancaq bacılar artıq birlikdə 



Lonqborna  qayıdırdılar  və  orada  Elizabetin  müşahidəsi 

üçün kifayət qədər vaxt tapılacaqdı. 

Özünü  saxlamaq  və  Lonqborna  çatanadək  Darsinin 

evlilik  təklifini  Ceynə  danışmamaq  üçün  Elizabet 

müəyyən  səy  göstərməli  oldu.  Elizabetin  məntiqi 

dəlillərlə yaxa qurtara bilmədiyi bir qədər qürura oxşayan 

sarsıdıcı  xəbər  onu  israrla  açılışmaya  sövq  edirdi.  Əgər 

artıq təfərrüata yol verməsindən və ehtiyatsızlıqla mister 

Binqli  haqqında  söz  açaraq  Ceynin  kefini  daha  çox 

pozacağından  qorxmasaydı,  o,  çətin  ki,  özüylə  bacara 

biləcəkdi. 

XVI 


Üç  gənc  ledi  Qreysçerç  küməsini  tərk  edərək 

Hartfördşirdəki şəhərciyə yola düşəndə may ayının ikinci 

həftəsi idi. Mister Bennetin ekipajının onlan qarşılayacağı 

mehmanxanaya  yaxınlaşarkən  yolçular  mehmanxananın 

ikinci mərtəbəsindəki yeməkxanadan boylanan Lidiya və 

Kittinin  başını  görüb  sürücünün  çalışqanlığına  əmin 

oldular. İki qız şəhərdə bir saat gözəl vaxt keçirmiş, dəbli 

dükana baş çəkmiş, hərbi növbətçiyə göz zilləmiş və xiyar 

salatı  hazırlamışdılar.  Qarşılıqlı  salamlaşmadan  sonra 

kiçik  bacılar  təntənə  ilə  böyük  bacılara  mehmanxanalar 

üçün  adi  soyuq  yeməklərlə  dolu  masanı  göstərdilər  və 

dedilər: 

— Bir baxın, necə gözəldir! Xoşagələn sürprizdir, elə 

deyilmi? 

— 

Biz sizi qonaq etməyə hazırlaşırıq, — Lidiya əlavə 



downloaded from KitabYurdu.org

296 

 

etdi, 



—  yalnız  siz  bizi  pulla  təchiz  etməlisiniz,  ona  görə  ki, 

bizdə olan pulun hamısını bax o dükanda xərcləmişik. 

Bu yerdə o, aldığı şeyləri göstərməyə girişdi. 

— Baxın,  mən  özümə  necə  bir  şlyapa  almışam. 

Əlbəttə, babatdır. Hətta  almamaq da olardı. Ancaq mən 

düşündüm ki, eyni müvəffəqiyyətlə ala da bilərəm. Evdə 

söküb baxacağam,  görüm  ondan nəsə xoşagələn bir şey 

düzəldə bilirəmmi. 

Bacılar şlyapanı idbar hesab edəndə o, arxayınca əlavə 

etdi: 


— Orada bundan betər hələ iki, ya üç şlyapa da vardı. 

Yalnız parlaq atlas almaq lazım gələcək ki, onu yenidən 

tikmək mümkün olsun, o zaman, mənə elə gəlir ki, o, elə 

də  pis  görünməyəcək.  Yeri  gəlmişkən,  əgər  polk  iki 

həftədən  sonra  Meritonu  tərk  edəcəksə,  bizim  yayda  nə 

geyinməyimizin fərqi olmayacaq! 

— Doğrudanmı  o  bizi  tərk  edəcək?  —  bu  xəbərdən 

olduqca sevinən Elizabet səsləndi. 

— İndi  Bayton  yaxınlığındakı  düşərgədə  yerləşəcək. 

O qədər istəyirəm ki, atam hamımızı ora yaylağa aparsın! 

Biz  orada  yaxşıca  yaşayardıq  və  demək  olar  ki,  elə  bir 

məsrəfi də 

olmazdı. Anam da bunu arzulayır. Sadəcə, onu düşünün 

ki, bizi necə bir darıxdırıcı yay gözləyir! 

— 

Gerçəkdən  də  çox  yaxşı  fikirdir,  —  Elizabet 



düşündü. 

—  Bizim  üçün  məhz  elə  bu  çatmırdı!  İlahi,  bu  köhnə-

downloaded from KitabYurdu.org


297 

 

kürüş milis polkundan və ayda bir dəfə verilən  Meriton 



ballarından hər şeyin baş-ayaq olduğu zaman biz bütöv bir 

hərbi düşərgə ilə Braytona hazırlaşmalıyıq”. 

— Mənim sənin üçün bir xəbərim var, — hamı masa 

arxasında əyləşdikdə Lidiya dedi. — Bir fikirləş, gör, nə 

ola  bilərdi,  hə?  Əla  xəbərdir,  əntiqə  yenilikdir  — 

hamımızın xoşuna gələn bir adam barədədir. 

Ceyn  və  Elizabet  baxışdılar  və  onlara  qulluq  edən 

lakeyə uzaqlaşmaq rüsxəti verildi. 

— Sizə  çox  yaraşan  hərəkətdir!  —  Lidiya  gülə-gülə 

dedi.  —  Sizin  abırhəya  və  tədbirliliyinzlə  lakeyin  nəsə 

eşidəcəyindən  çəkinməniz  təbiidir.  Sanki  onun  işinə 

qalıb! O, güman ki, sizə deyəcəyimdən daha betər şeyləri 

tez-tez  eşidir.  Nəysə,  o,  elə  bədheybətdir  ki,  mən  hətta 

onun  getməsinə  şadam.  Həyatımda  bu  qədər  uzun  çənə 

görməmişəm! Yaxşı, qulaq asm

mənim  əzizlərim.  Məsələ  bizim  əziz  dostumuz  Uikhem 

barədədir.  Lakey  üçün  həddən  artıq  yaxşı  xəbərdir,  elə 

deyilmi?  Beləcə,  Uikhem  Meri  Kinqlə  evlənməyə 

hazırlaşmır.  Bu  sizin  xoşunuza  gəlirmi,  hə?  Meri 

Liverpula,  öz  dayısının  yanma  diyirlənib,  həm  də 

həmişəlik. Uikhem barədə əndişələnməmək olar. 

— Demək,  Meri  Kinq  üçün  də  narahat  olmamaq 

mümkündür,  —  Elizabet  dedi.  —  O,  ağılsız  nikahdan 

qurtulub. 

— Əgər  o,  Merinin  xoşuna  gəlirdisə,  qız  əsl  axmaq 

kimi hərəkət edib. 

— Ümid edirəm ki, — Ceyn dedi, — onlar bir-birinə 

downloaded from KitabYurdu.org



298 

 

o qədər də çox heyran deyildilər. 



— Uikhem,  əlbəttə, heyran  deyildi.  Mən  əminəm  ki, 

onun  üçün  Meri  həmişə  heç  kim  idi.  Məgər  bu  çil-çil 

oyuncaq kiməsə lazım ola bilərdi? 

Elizabet dəhşətlə düşündü ki, onun bu yaxınlara qədər 

özünə azad görünən baxışlan bu qədər utanmaz dillə ifadə 

olunmasa da, mahiyyətcə bundan az utanmaz deyildi. 

Xanımlar yeməyi eyni zamanda qurtardılar, Ceyn və 

Elizabet  yeməyin  pulunu  ödəyən  kimi  onlar  ekipajın 

hazırlanmasını  xahiş  etdilər.  Mücrülərlə,  çanta  və 

bağlamalarla, eləcə də Kitti və Iidiyanm o qədər də yerinə 

düşməyən  yeni  aldıqları  şeylərlə  birlikdə  bütün 

kampaniyanın ekipaja yerləşməsi asan olmadı. 

—  Biz  bura  məharətlə  sıxışıb  yerləşdik!  —  Lidiya 

səsləndi.  —  Mən  xüsusilə  şadam  ki,  bu  şlyapanı  aldım. 

Daha bir artıq qutunu buraya yerləşdirməyin ləzzəti nəyə 

desən, dəyər! İndi isə gəlin rahat yerbəyer olaq və bütün 

yolu  çənəyə  verib  şənlənək.  Yaxşı,  danışın,  qulaq  asaq, 

evdən  getdiyinizdən  bəri  hansı  yeni  bir  macəra  ilə 

üzləşmisiniz.  Qarşınıza  hər  hansı  bir  maraqlı  kavaler 

çıxdımı?  İşvə-cilvə  etmək,  əlbəttə,  sizə  bəs  qədər 

müyəssər  oldu,  eləmi?  Mən  hətta  ümid  edirdim  ki, 

qayıdana  qədər  birinizə  ərə  getmək  nəsib  olacaq.  Ceyn 

tezliklə  qarımış  qız  olacaq,  and  içərəm!  Onun  artıq, 

demək olar ki, iyirmi üç yaşı var. Əgər mən o yaşa qədər 

özümə  ər  tapmasam,  xəcalətdən  ölərdim!  Bilirsiniz, 

missis  Filips  hamımızın  ərə  getməsindən  ötrü  nə  qədər 

səbirsizlənir? Onin fikrincə, Lizzi 

downloaded from KitabYurdu.org



299 

 

mister Kollinzə ərə getməliydi. Doğrusu, mən sizdən nəsə 



bir dəyərli şey çıxacağını düşünmürəm. İlahi, mən necə də 

sizin hamınızdan tez ərə getmək istəyirəm! O zaman mən 

sizi bala çıxarardım. Oy, qızlar, srağagün biz Forsterlərdə 

necə şənləndik! Onlar Kitti ilə bizi bütün gün üçün dəvət 

etmişdilər. Axşama yaxın missis Forster vəd verdi ki, bir 

qədər  rəqs  edə  bilərik.  Yeri  gəlmişkən,  biz  missis 

Forsterlə  bir-birimizi  çox  sevirik.  Bir  gün  o,  hər  iki 

Harrinqon bacılarını çağırmışdı. Harriyet xəstə olduğuna 

görə  yalnız Pen tək gəlmişdi.  Təxmin edin  görək biz nə 

etdik?  Biz  Çemberlenə  qadın  paltarı  geyindirdik  ki, 

xanımın  ardınca  getsin  —  çox  məzəli  oldu!  Bu  barədə 

polkovnik və missis Forsterlərdən başqa heç kim bilmirdi. 

Bir də Kitti ilə mən və missis Filips — axı biz bəzi pal- 

paltarı ondan götürməliydik. Siz təsəvvür edə bilməzsiniz 

ki, Çemberlen nə qədər yaxşı görünürdü! Denni, Uikhem, 

Pirat  və  daha  iki,  ya  üç  kişi  gəldikləri  zaman  onlar  onu 

qətiyyən tanımadılar. İlahi, mən necə qəhqəhə çəkirdim! 

Missis  Forster  də  həmçinin.  Mənə  elə  gəlirdi  ki, 

gülməkdən öləcəyəm. Elə 

bundan kişilər şübhələndilər ki, burada nəsə bir iş var və 

əlbəttə, işin nə yerdə olduğunu təxmin etdilər. 

Axşam məclislərinin və öz işdəklərinin bu kimi təsviri 

ilə Lidiya, hərdən öz qeydləri ilə söhbətə qarışan Kittinin 

köməyi ilə  Lonqborna qədər bütün  yolboyunca  yolçulan 

əyləndirməyə  cəhd  göstərdi.  Elizabet  ona  qulaq 

asmamağa  çalışırdı,  ancaq  bu  çərənləmədə  Uikhemin 

adının çəkilməsinə diqqət yetirməyə bilmədi. 

downloaded from KitabYurdu.org



300 

 

Onlan  evdə  qeyri-adi  dərəcədə  sevinclə  qarşıladılar. 



Missis  Bennet  Ceynin  əvvəlki  kimi  yaxşı  olmasını 

gördüyü üşün xoşbəxt idi. Nahar zamanı mister Bennet bir 

neçə dəfə Elizabetə çoxmənalı sözlərlə xitab etdi: 

— Şadam ki, sən, nəhayət, qayıtdın, Iizzi. 

Nahar  süfrəsi  arxasına  yığışan  məclis  çox  geniş  idi, 

ona  görə  ki,  demək  olar,  Lukaslann  hamısı  Mariyanı 

qarşılamağa  gəlmişdi  və  bütün  xəbərləri  öyrənmək 

istəyirdilər.  Burada  daha  nələrdən  danışmadılar!  Ledi 

Lukas masanın o bir başından üzü bəri Mariyadan böyük 

qızının  evi  və  hini  barədə  soruşurdu.  Missis  Bennet 

Ceyndən dəb yenilikləri barədə soruşaraq Ceynin 

cavablarını  kiçik  miss  Lukasa  təkrarlayaraq  birdən-birə 

iki  söhbətdə  iştirak  edirdi.  Hamıdan  daha  artıq  cığıltı-

vağıltı salan Lidiya isə onu dinləməyə hazır olan hər kəsə 

günün birinci yarısının fərəhli anlannı sadalayırdı. 

— Oy,  Meri,  —  o  qışqırdı,  —  heyif  ki,  sən  bizimlə 

getmədin!  Çox  şənləndik!  Əvvəlcə  biz  pərdələri  bağlı 

halda sürüb getdik 

— düşünmək olardı ki, karetada heç kim yoxdur. Yalnız 

Kitti  bayğınlıq  hiss  etməsəydi,  mən  bütün  yolu  belə 

getməyə  hazır  idim.  Əvəzində  Corcun  yanında,  ümid 

edirəm  ki,  özümüzü  çox  yaxşı  apardıq.  Biz  yoldan 

gələnləri dünyanın ən yaxşı səhər yeməyi ilə doydurduq. 

Sən  də  bizimlə  getsəydin,  səni  də  yedizdirərdik,  and 

içirəm!  Ancaq  mehmanxanadan  çıxanda  kef  oldu!  Mən 

düşündüm ki, biz heç cür karetaya yerləşməyəcəyik 

— az  qala  gülməkdən  ölürdüm.  Qayıdanbaş  necə 

downloaded from KitabYurdu.org



301 

 

şənləndik! Biz elə bərkdən danışıb-gülürdük ki,  səsimiz 



bəlkə də on mil o yana gedirdi! 

Meri çox ciddi cavab verdi: 

— Əziz bacıcığım, bu kimi əyləncələrin əhəmiyyətini 

azaltmaq  istəməzdim.  Onlar,  yəqin  ki,  qadınların 

əksəriyyətinə 

maraqlı gələ bilər. Ancaq mənim üçün, etiraf edirəm ki, 

onlar  cazibədarlıqdan  məhrumdur.  Mütaliə  mənə  daha 

çox həzz verir. 

Onun  cavabı  çətin  ki,  kimisə  yarım  dəqiqədən  artıq 

dinləyən və Merinin sözlərinə heç vaxt diqqət verməyən 

Lidiyanm qulaqlanna çatdı. 

Nahardan  sonra  Lidiya  hər  cür  dil  tökərək  digər 

xanımlan Meritona getməyə və tanışlarının necə olduğunu 

öyrənməyə  razı  salmağa  çalışdı.  Ancaq  Elizabet 

qətiyyətlə  bu  qərara  qarşı  çıxdı.  Onun  fikrincə,  mister 

Bennetin  qızları  haqqında  o  sözləri  dedirtmək  imkanı 

vermək  olmazdı  ki,  guya  onlar  evdə  yanm  gün  toxtaya 

bilməyiblər  və  özlərini  zabitlərin  dalınca  qaçmaqdan 

saxlamayıblar. Etiraz üçün onun daha bir səbəbi vardı: o, 

Uikhemi  görmək  istəmirdi  və  qərar  vermişdi  ki,  onunla 

görüşdən  mümkün  qədər  qaçsın.  Ona  görə  də,  polkun 

Meritondan  köçməsi  hadisəsi  onu  xüsusilə  sevindirirdi. 

İki həftədən sonra zabitlər gedəcək, bu halda ona bu insanı 

xatırladan heç nə olmayacaq. 

Onlann gəlişindən qısa müddət keçmiş Elizabet diqqət 

yetirdi ki, Lidiyanm mehmanxanada söz açdığı Braytona 

köçmək planı ailəsində çox tez-tez müzakirə olunur. Ona 

downloaded from KitabYurdu.org



302 

 

aydın  idi  ki,  atası  bu  məsələdə  qətiyyən  anasını 



əyləndirmək niyyətində deyil. Ancaq eyni zamanda onun 

cavabları  o  qədər  yayğın  və  dolaşıq  olurdu  ki,  missis 

Bennetdə, bütün uğursuzluqlarına baxmayaraq, axırda öz 

dediyini yeridə biləcəyinə ümid qalırdı. 

XVII FƏSİL 

Elizabet  artıq  yenilikləri  böyük  bacısı  ilə  bölüşmək 

arzusuna qarşı dura bilmirdi. Ertəsi gün o, Ceyni qeyri-adi 

xəbərə  hazırlayaraq,  nəhayət,  onunla  mister  Darsi 

arasında baş verən səhnəni danışdı. O, əlbəttə ki, Ceynin 

özünə aid olan təfərrüatın üstündən keçdi. 

Fəqət Ceynin təəccübü uzun çəkmədi. O, Elizabeti o 

qədər  yüksək  qiymətləndirirdi  ki,  kimin  tərəfindən 

olmasına  baxmayaraq,  bacısına  qarşı  yaranan  istənilən 

hüsn-rəğbət ona tam təbii görünürdü. Bir qədərdən sonra 

onun  eşitdiklərindən  heyrətlənməsi  büsbütün  kəsildi, 

çünki tamamilə başqa düşüncələrə qərq olmuşdu. Mister 

Darsinin  öz  duyğularını  bu  cür  yaraşmaz  şəkildə  ifadə 

etməsi onu ürəkdən məyus etmişdi. Ancaq Elizabetin rədd 

cavabının  onda  necə  ağır  yaşantılara  səbəb  olduğu  fikri 

Ceyni daha bərk əndişələndirdi. 

— Onun ifrat  özünəgüvəni,  təbii ki,  yersiz idi, — o 

dedi.  —  Və  o,  əlbəttə  ki,  bunu  büruzə  verməməliydi. 

Ancaq bir 

düşün,  bununla  yanaşı,  onun  məyusluğu  nə  dərəcədə 

şiddətli olub. 

— Yaxşı,  mən  gerçəkdən  də  bütün  qəlbimlə  ona 

acıyıram, — Elizabet cavab verdi. — Ancaq ümid edirəm 

downloaded from KitabYurdu.org



303 

 

ki,  mənə  bağlılığına  görə,  o,  xasiyyətinin  bir  sıra 



özəlliklərindən  kifayət  qədər  tez  xilas  ola  biləcək.  Sən, 

yəqin  ki,  ona  rədd  cavabı  verdiyimə  görə  məni 

suçlamırsan? 

— 

Səni suçlamaq? Əlbəttə ki, yox! 



— 

Bəs Uikhemi elə müdafiə etdiyim üçün necə? 

— Başa  düşmürəm  ki,  sən  niyə  onun  müdafiəsinə 

qalxımsan. 

— Amma  sən  bunu  ertəsi  gün  nə  baş  verdiyini 

öyrənəndə başa düşəcəksən. 

Elizabet  bacısına  Darsidən  aldığı  məktub,  daha 

doğrusu,  məktubun  Corc  Uikhemə  aid  hissəsi  barədə 

danışdı.  Təsəvvür  etmək  asan  idi  ki,  bu  ifşa  bütün 

bəşəriyyətin  günahının  az  olduğuna  inanaraq  öz  ömür 

yolunu  keçməyə  hazır  olan,  indi  isə  onun  bir 

nümayəndəsinin  şəxsində  toplanan  günahlann  daha  çox 

olduğunu  görən  yazıq  Ceynin  ovqatını  necə  təlx  etdi. 

Hətta 


Darsiyə  bəraət  qazandırmaq  imkanı  onun  ürəyinə  nə 

qədər  yaxın  olsa  da,  təsəlli  vermək  gücündə  deyildi.  O, 

bütün hərarəti ilə bacısını bir adama haqq qazandırarkən, 

başqasının üzərinə kölgə salmayacaq hansısa bir naməlum 

durumun mövcudluğuna inandırmağa səy göstərdi. 

— 

Bax, bu artıq səndə alınmayacaq! — Elizabet etiraz 



etdi. 

— Bunu və digərini sən heç cür eyni ləyaqətlə təqdim edə 

bilməzsən. 

İstənilən  birini  seç,  ancaq  onunla 

kifayətlənməli  olacaqsan.  Bu  məsələdə  məhz  elə  bir 

downloaded from KitabYurdu.org



304 

 

dürüstlük  dozası  var  ki,  yalnız  bir  şəxsə  çata  bilər.  Son 



vaxtlara  qədər  aydın  deyildi  ki,  əslində  bu  dürüstlük 

dozası  kimə  məxsusdur.  Mənə,  ən  azı  elə  gəlməyə 

başlayıb ki, o bütünlüklə mister Darsinin tərəfinə keçib. 

Sən isə, əlbəttə, ağlın kəsən kimi qərar verə bilərsən. 

Ancaq Ceynin heç olmasa bir azca gülümsəməsi üçün 

bəlli bir zaman keçdi. 

— 

Çətin ki, mən nə vaxtsa bu qədər sarsılmışam, — o 



dedi. 

— Doğrudanmı  Uikhem  bu  qədər  yaramazdır?  Bu, 

sadəcə,  inanılmaz  görünür.  Yazıq  mister  Darsi!  Lizzi, 

əzizim,  sən  bir  düşün  ki,  o,  nələr  çəkməliydi!  Öz 

ümidlərində bu qədər aldanış! 

Və  dərhal  sənin  onun  barəsindəki  müdhiş  düşüncələrini 

öyrənməsi!  Və  sənə  doğma  bacın  haqqında  belə  şeyləri 

danışmağa qərar verməsi! Bütün bunlar necə də ağırdır! 

Əminəm ki, sən özün bunlan hiss edirsən. 

— Ah,  yox.  Mən  görəndə  ki,  mərhəmət  və  acıma 

hissləri  sənin  qəlbini  necə  doldurur,  mənimkilər  keçdi. 

Sən  özünü  lazım  olduğu  kimi  onun  yerinə  qoyduğuna 

əmin olduğumdan bəri hər keçən dəqiqə mister Darsinin 

yaşantıları  məni  daha  az  əndişələndirir.  Sənin  səxavətin 

mənə qənaətcil olmaq imkanı verir və sən onun halına bir 

qədər də  yansan, sinəmdəki ürək quş lələyi kimi  yüngül 

olacaq. 

— Yazıq  Uikhem!  Axı  o  öz  aydın  baxışları  və 

cazibədar maneralan ilə çox sevimli görünür! 

— Bu  iki  gəncin  yaradılışında  doğrudan  da  böyük 

downloaded from KitabYurdu.org


305 

 

ədalətsizliyə yol verilib: birinciyə bütün məziyyətlər əta 



edilib, ikinciyə isə yalnız onlann xarici təzahürləri verilib. 

— Səninlə  heç  vaxt  razılaşmaram  ki,  mister  Darsidə 

bu xarici təzahürlər yoxdur. 

— Yenə də əsassız şəkildə ona belə nifrətlə yanaşaraq, 

öz fəhmimlə qürur duydum. Belə nifrət ağlı qızışdırır və 

iti sözlər demək üçün münbit zəmin yaradır! Diqqətçəkən 

bir şey demədən fasiləsiz çərənləmək mümkündür. Ancaq 

zaman-  zaman  gerçəkdən  də  hazırcavab  nəsə  ifadə 

etmədən bir adama daima rişxənd etmək mümkün deyil. 

— Sən bu məktubu ilk dəfə oxuyanda, Lizzi, yəqin ki, 

bəzi şeylərə indi baxdığın kimi baxmamışdın. 

— Bəli. O zaman birtəhər, pis oldum. Çox pis oldum, 

özümü,  sadəcə,  bədbəxt  hiss  edirdim.  Yanımda  da 

ürəyimi  boşaldacaq  kimsə  yox  idi.  Ceynim  yanımda 

deyildi ki, təsəlli verəydi, mənim, özümü sandığım kimi, 

qətiyyən  elə  boş,  qürrəli  və  səfeh  qızcığaz  olmadığımı 

deyəydi. Çox istərdim ki, o zaman yanımda olaydın! 

— Heyif  ki,  mister  Darsi  ilə  Uikhem  haqqında 

danışarkən elə sərt ifadələr işlətmisən. Axı əslində onlann 

tamamilə haqsız olduğu ortaya çıxdı. 

— Bəs  necə.  Doğrudan  da  ifrat  kəskin  ton  tez-tez 

qərəzin  nəticəsi  kimi  meydana  çıxır.  Yeri  gəlmişkən, 

səndən bir 

məsləhət  almaq  istərdim.  Necə  düşünürsən,  mən 

tanışlarımızın 

gözünü 


Uikhemə 

münasibətdə 

açmalıyammı? 

Miss Bennet bir qədər düşündü və sonra cavab verdi: 

downloaded from KitabYurdu.org


306 

 

— Məncə,  bu  qədər  amansız  ifşa  üçün  bizim 



səbəbimiz yoxdur. Sənə necə gəlir? 

— Bəlkə də ən yaxşısı ondan uzaq durmaqdır. Mister 

Darsi  mənə  bu  məlumatları  yaymamağı  tapşırmadı. 

Əksinə, onun bacısına aid təfərrüatlar yalnız mənim üçün 

nəzərdə tutulmuşdu. Əgər mən Uikhemin başqa pəstahları 

barədə  danışsam,  kimsə  mənə  inanarmı?  Darsiyə  qarşı 

qərəz  o  qədər  güclüdür  ki,  Meriton  əhalisinin  yansı 

Darsiyə  hər  hansı  bir  şəkildə  nəvazişlə  baxmaqdansa, 

tabuta  girməyi  üstün  tutar.  Bununla  heç  nə  etmək 

mümkün deyil. Üstəlik, Uikhem getmək üzrədir. Ona görə 

də burada çətin ki, onun necə adam olması kimin üçünsə 

əhəmiyyətlidir. Gec-tez hər şey məlum olacaq. O zaman 

biz  bəs  deyincə  bunu  əvvəlcədən  təxmin  edə  bilməyən 

sadəlövhlərə gülərik. Hələlik mən susmağa hazırlaşıram. 

— Sən, sözsüz ki, haqlısan! İctimai ifşa onu həmişəlik 

məhv  edə  bilər.  Ola  bilər,  o,  artıq  buraxdığı  səhvlərdən 

peşman olub 

və 


islah 

olunmaq 


istəyir. 

Biz 


onu 

uçuruma 


itələməməliyik. 

Bu söhbət Elizabeti sakitləşdirdi. O, çoxdan bəri ona 

ağırlıq edən iki sirdən qurtuldu, Ceynin simasında həmişə 

onu  dinləməyə,  onun  istədiyi  vaxt  bu  sirlərin 

müzakirəsinə  yenidən  qayıtmağa  hazır  olan  həmsöhbət 

qazandı.  Fəqət  ehtiyatlılıq  onu  yenə  də  bəzi  şeyləri 

bacısından  gizlətməyə  vadar  etdi.  O,  mister  Darsinin 

məktubunun  digər  hissəsi  barədə  Ceynə  danışmağa  və 

mister  Binqlinin  bağlılığının  əslində  nə  dərəcədə  dərin 

downloaded from KitabYurdu.org



307 

 

olduğunu  ona  açıb  deməyə  cürət  etmədi.  Elizabet  bunu 



heç kəsə bildirə bilmədi. Ona kifayət qədər aydın idi ki, 

yalnız Ceyn və  Binqli  arasında tam etimadın  yaranması 

ona heç nəyi gizlətməmək imkanı verərdi. “O zaman, - o 

öz-özünə deyirdi, - əgər doğrudan da inanılmaz hadisə baş 

verərdisə,  mən  mister  Binqlinin  özünün  daha  xoşagələn 

şəkildə ifadə edə biləcəyi şeyi deyərdim. Ona görə də mən 

bu  sirri,  o  hər  cür  dəyərini  itirənə  qədər  qorumağa 

məhkumam”. 

Ailə  içində  yaşadığı  vaxt,  nəhayət,  Elizabet  artıq 

bacısının əsl mənəvi durumunu ayırd etmək imkanı əldə 

etdi. Ceyn xoşbəxt deyildi. O, hələ də qəlbində Binqliyə 

qarşı zərif bağlılıq 

saxlayırdı.  Əvvəllər  hətta  xəyali  sevgi  belə  yaşamamış 

Ceyn  özünəməxsus  xasiyyətilə  bu  duyğuda  ilk 

məhəbbətin bütün alovunu və bu sevdaya tutulanlar üçün 

nadir  hallarda  sabitliklə  fərqlənən  yaş  dövrünü 

birləşdirmişdi.  O,  xatirələrini  o  qədər  əziz  tuturdu  və 

Binqlini başqa gənclərdən elə açıq-aşkar üstün sayırdı ki, 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin