Birinci kitab



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə22/39
tarix06.06.2020
ölçüsü3,22 Mb.
#31719
1   ...   18   19   20   21   22   23   24   25   ...   39
26160-ceyn-ostin-querur-v-q-r-z

bu  hadisədən  cəmi  bir  həftə  sonra  o,  Nezerfilddəki  bala 

gəlməyə  cəsarət  etmədi!  Elizabet  xatırladı  ki,  Nezerfild 

kampaniyasının  Hartfördşirdən  gedişinə  qədər  o  öz 

əhvalatını ondan başqa heç kəsə danışmamışdı. Əvəzində 

onlann  gedişindən  sonra  bu  əhvalatı  bütünlüklə  hamı 

bilirdi. Mister Darsini gözdən salmağa cəhd edərək o, heç 

nədən  çəkinmirdi.  Eyni  zamanda  Uikhem  ona  ata 

Darsinin xatirəsinə sədaqətindən danışaraq iddia edirdi ki, 

bu sədaqət ona öz xeyirxahının oğlu barədə pis danışmağa 

imkan vermir. 

İndi mister Uikhemin hər bir hərəkəti onun gözündə 

necə  də  dəyişmişdi!  Miss  Kinqə  pərəstişkarlığı  onun 

aşağılıq  mənfəətpərəstliyindən  başqa  heç  nə  ilə  izah 

olunmurdu  -  onun  cehizinin  cüziliyi  heç  də  onun 

iddialarının  mötədilliyindən  xəbər  vermirdi,  yalnız 

istənilən  yem  tələsinə  tamahsılanmağa  hazırlığını 

göstərirdi.  Onun  Elizabetin  özünə  münasibəti  də  artıq 

ləyaqətli  səbəblərlə  bəraət  qazanmırdı:  o,  ya  onun 

vəsaitləri barədə yanılmışdı, ya da qızın rəyinə görə, onda 

ehtiyatsız şəkildə aşkarlanan özünə meyli qoruyaraq 

şöhrətpərəstliyini ovudurdu. Elizabetin Uikhemi müdafiə 

etmək  cəhdləri  zəiflədikcə  zəifləyirdi.  Mister  Darsinin 

bəraətinə uyğun olaraq, o xatırlamaya bilmirdi ki, Binqli 

hələ  lap  çoxdan  Ceynin  verdiyi  suala  cavab  olaraq  öz 

downloaded from KitabYurdu.org



282 

 

dostunun Uikhemə münasibətində qüsursuz davrandığına 



əminliyini  ifadə  edib;  son  vaxtlar  çox  yaxınlaşmış 

olduqlarından  Binqli  Ceynə  öz  məxfi  sirlərini  açaraq 

deyib  ki,  öz  təkəbbürlü  və  itələyici  maneralanna 

baxmayaraq, bütün tanışlıqları ərzində Darsi bir dəfə də 

olsun onu ədalətsizlikdə və pisniyyətlikdə ittiham etməyə 

və  ya  onun  qüsurlu  meyilləri  barədə  danışmağa  imkan 

verən hərəkət etməyi özünə rəva görməyib; öz tanışlarının 

çevrəsində  ümumi  hörməti  olub;  hətta  Uikhem  də  onun 

barəsində sadiq qardaşı kimi bəhs edib və Ceyn dəfələrlə 

Darsinin  öz  bacısı  barədə  necə  məhəbbətlə  danışdığını, 

bununla  da  zərif  hisslər  duymağa  qabil  olduğunu  sübut 

edib;  Uikhemin  onun  ayağına  yazdığı  utancverici 

ədalətsizlik  çətin  ki,  uzun  müddət  ifşa  olunmamış 

qalacaq; nəhayət, mister Binqli kimi yaxşı bir gənclə buna 

qərar vermiş insanın arasındakı dostluq, sadəcə, qeyri-adi 

görünür. 

Elizabet öz davranışından nəhayətsiz dərəcədə xəcalət 

çəkdi.  O,  Darsi  və  ya  Uikhem  haqqında  öz  korluğunun, 

qərəzliliyinin,  ədalətsizliyinin  və  səfehliyinin  fərqində 

olmadan düşünə bilmirdi. 

— Necə rüsvayçılıq etmişəm! — o səsləndi. — Mən 

öz  fəhmiylə  öyünən  və  öz  sağlam  düşüncəsinə  belə 

güvənən  mən!  Bacısının  xeyirxahlığına  tez-tez  rişxənd 

edən  və  öz  qürrəsini  bu  qədər  utancverici  və  əsassız 

nifrətlə bəsləyən! Bu açılış məni necə də alçaldır! Necə də 

haqlı şəkildə alçaldım! Əgər mən hətta sevsəydim də bu 

qədər  kor  olmazdım.  Ancaq  sevgi  yox,  qürrə  mənim 

downloaded from KitabYurdu.org



283 

 

gözlərimi  örtüb!  Mən  ilk  tanışlıq  zamanı  bir  insan 



tərəfindən  üstün  tutulmaqdan  məmnun  qalıb,  o  birinin 

etinasızlığından  təhqir  olunaraq,  mövhumat  və  cahilliyə 

əsaslanıb,  iş  onlardan  istənilən  birinə  gəlincə  özümdən 

məntiqli  dəlilləri  qovmuşam!  Əcəb,  özümdən  baş 

açmağımın zamanı indi gəldi! 

Düşüncələrində özündən Ceynə və Ceyndən Binqliyə 

keçdikcə, onun ağlına gəlməli idi ki, Darsinin izahatının 

bu  hissəsi  tamamilə inandırıcı  görünmürdü.  O,  məktubu 

bir də 

oxudu. Bu dəfə məktub ona qətiyyən birinci dəfə oxuduğu 



kimi  görünmədi.  Məktubun  bir  hissəsində  o,  Darsinin 

mühakimələrinin 

əsaslılığını  etiraf  edərək,  digər 

hissəsində  onu  inkar  edə  bilərdimi?  Darsinin  sözlərinə 

görə,  o,  hətta  Ceynin  onun  dostuna  necə  möhkəm 

vurulduğuna  şübhə  edirmiş.  Elizabet  Şarlottanm  bu 

xüsusdakı  rəyini  xatırlamaya  bilmədi,  o  da  Ceynin 

ayağına  yazılan davranışın  həqiqətlə uyğunluğunu inkar 

etmirdi.  O,  gerçəkdən  fərqindəydi  ki,  Ceynin  duyğulan 

əslində nə qədər dərin olsa da, zahirən az nəzərə çarpırdı 

və bacısına xas dəyanət və müvazinət hələm-hələm güclü 

qəlb çırpmtılan ilə bir araya sığmır. 

Elizabet 

məktubun 

onun 

doğmalarının 



çatışmazlığının sərt, eyni zamanda haqlı olaraq mühakimə 

olunduğu  yerə  çatanda  duyduğu  utanc  hissi  daha  da 

kəskinləşdi.  O,  məktubda  göstərilən  qınaqların  haqlı 

olduğunu onlan təkzib etməyə cəhd etməyəcək qədər çox 

yaxşı başa düşürdü. Darsinin söz açdığı və onda ehtimal 

downloaded from KitabYurdu.org



284 

 

olunan  nikaha  qarşı  əks  münasibəti  möhkəmlədən 



Nezerfild  balının  təfərrüatı  çətin  ki,  qızın  yaddaşında, 

Darsinin hafizəsində olduğundan zəif qalmışdı. 

Böyük 

miss 


Bennetlərin 

ünvanına 

deyilən 

kompliment nəzərə çarpmamış qalmadı. O, ailənin digər 

üzvlərinin  ləyaqətsiz  davranışından  doğan  ağrını 

yumşaldırdı,  amma  sakitləşdirmirdi.  Ona  aydın  oldu  ki, 

Ceynin  qəlbi  öz  doğmalarının  hərəkətləri  üzündən 

yaralanıb.  Yaxın  qohumlarının  davranışlarının  kübar 

cəmiyyətin  nəzərində  ona  və  bacısına  vurduğu  zərəri 

təsəvvür edən Elizabet həyatında heç vaxt olmadığı qədər 

özünü bədbəxt hiss etdi. 

O, təkrar-təkrar onu narahat edən düşüncələrə qayıdır, 

hadisələri  götür-qoy  edərək  onların  əhəmiyyətini 

dəyərləndirirdi.  Öz  baxışlarının  bu  qədər  kəskin  və 

gözlənilmədən  dəyişməsinə  öyrəşməyə  çalışan  qız  hələ 

iki saata yaxın cığırda gəzib-dolaşdı. Nəhayət, yorğunluq 

və  evdə  yoxluğunun  çox  uzanması  fikri  onu  Hansforda 

doğru yönəlməyə vadar etdi. 

Evə çatan kimi ona xəbər verdilər ki, o, olmadığı vaxt 

birdən-birə hər iki centlmen keşiş evinə baş çəkib. Mister 

Darsi  yalnız  bir  neçə  dəqiqəliyə  vidalaşmağa  gəlibmiş. 

Əvəzində  polkovnik  Fitsuilyam  bir  saatdan  az  olmadan 

oturub onu 

gözləyib  və  az  qala  parkda  onu  axtarmağa  gedəcəkmiş. 

Elizabet  yalnız  onu  görməyə  müyəssər  olmadığı  üçün 

üzündə  təəssüf  ifadəsi  yarada  bildi,  əslində  isə  o  buna 

hətta  sevindi.  Polkovnik  Fitsuilyam  onun  üçün  öz 

downloaded from KitabYurdu.org



285 

 

mövcudluğunu  artıq  dayandırmışdı.  O,  yalnız  aldığı 



məktub barədə düşünürdü. 

XIV 


FƏSİL 

Hər  iki  centlmen  Rozinqsdən  ertəsi  gün  səhər  getdilər. 

Vida  təzimi  etmək  üçün  onları  darvazanın  ağzında 

gözləyən mister Kollinz xalaoğluların sağlamlığının yaxşı 

olduğu barədə şad xəbərlə, həmçinin bir az öncəki kədərli 

ayrılıqdan sonra mümkün qədər yaxşı əhvalda qayıtdı və 

ledi  Ketrinlə  miss  de  Börə  təskinlik  vermək  üçün 

Rozinqsə 

yollandı. 

Qayıtdığı  zaman  o,  böyük 

məmnuniyyətlə  xəbər verdi ki,  lütfkar xanımın  dediyinə 

görə,  çəkilməz  cansıxıcılığa  tablaşa  bilmir  və  bu  gün 

onları naharda öz evində görmək istəyir. 

Ledi  Ketrinə  baxarkən  Elizabet  düşünməyə  bilmədi 

ki,  istəsəydi,  bu  saat  o,  lütfkar  xanıma  gələcək  bacıqızı 

kimi  təqdim  oluna  bilərdi.  Bu  halda  o  bu  cür  mühüm 

xanımın  necə  qəzəblənə  biləcəyini  təsəvvür  edərkən 

özünü gülməkdən güclə saxladı. “Maraqlıdır, o bu saat nə 

danışardı  və  özünü  necə  aparardı?”  -  Elizabet  bu  kimi 

suallarla özünü əyləndirirdi. 

Söhbət  lap  əvvəldən  ledi  Ketrinin  bacısı  uşaqlarının 

Rozinqsdən gedişindən düşdü. 

— İnanın,  —  o  dedi,  —  onların  gedişi  qəlbimi 

dərindən acıtdı. Çətin ki, kimsə öz dostları ilə ayrılığına 

görə bu qədər dərindən üzülür. Bu gənc insanlara qarşı isə 

mənim  xüsusi  istəyim  var.  Və  onlar  mənə  nə  qədər 

bağlıdırlar! Əgər siz bilsəydiniz, onlar mənim evimi necə 

bir kədərlə tərk etdilər! 

downloaded from KitabYurdu.org


286 

 

Onlarla  həmişə  belə  olur.  Yazıq  polkovnik  öz 



hisslərini son dəqiqəyə qədər saxladı, ancaq Darsi bəlkə 

də  keçənilkinə  nisbətən  ayrılığı  daha  çətin  yaşayırdı. 

Onun Rozinqsə bağlılığı daha da güclənib. 

Bu  hala  dair  mister  Kollinzin  məzmunu  məlum 

eyhamdan  ibarət  olan  kompliment  ehtiyatı  vardı  və 

anasıyla qızı onu bəyənmə təbəssümü ilə qarşıladı. 

Nahardan  sonra  ledi  Ketrin  fikir  verdi  ki,  miss 

Bennetin kefi bir azca pozulmuş haldadır və dərhal onu 

qızın  yaxın  müddətdə evə qayıtmaq istəməməsi  ilə izah 

etdi. 


— Əgər  məsələ  bundadırsa,  siz  ananızdan  bir  az  da 

artıq ləngimək icazəsi  ala bilərsiniz. Əminəm  ki, missis 

Kollinz 

sizinlə bir arada olmaqdan sevinəcək. 

— Bu  cür  lütfkar  dəvətinizə  görə  sizin  şəxsinizə 

minnətdaram, — Elizabet cavab verdi. — Ancaq təəssüf 

ki,  onu  qəbul  etməyim  mümkün  deyil.  Növbəti  şənbə 

günü mən artıq Londonda olmalıyam. 

— Ancaq o zaman Kentdə olmağınız cəmi-cümlətanı 

6  həftə  çəkəcək!  Mən  əmin  idim  ki,  siz  burada  iki  ay 

yaşayacaqsınız.  Missis  Kollinz  bunu  məndən  hələ  siz 

gəlməzdən  öncə  eşitmişdi.  Sizin  belə  tez  qayıtmağınıza 

lüzum  yoxdur.  Ümidvaram  ki,  missis  Bennet  iki  həftə 

sizsiz keçinə bilər. 

— Elədir, ancaq mənsiz atam keçinə bilməyəcək. Bu 

günlərdə o, məndən gəlişimi sürətləndirməyi xahiş edib. 

— Yaxşı,  əgər  ananıza  lazım  deyilsinizsə,  yəqin  ki, 

downloaded from KitabYurdu.org



287 

 

atanıza da o qədər lazım deyilsiniz. Qızlar həmişə atalar 



üçün az əhəmiyyət daşıyır. Əgər siz bir aylığa ləngisəniz, 

sizlərdən birini Londonun özünə qədər aparmağım mənim 

üçün  elə  bir  şey  olmazdı  —  mən  iyunun  əvvəlində  bir 

həftəlik  ora  getməyə  hazırlaşıram.  Douson  dörd  yerlik 

arabaya qarşı çıxmadığı üçün 

qızlardan birinə məndə yer olacaq. Əgər hava isti olmasa, 

mən  hətta  ikinizi  də  götürə  bilərdim  —  axı  siz  çox 

arıqsınız. 

— Siz  qeyri-adi  dərəcədə  xeyirxahsınız,  lütfkar 

xanım. Ancaq qorxuram ki, biz ilkin planımızın üstündə 

durmalı olacağıq. 

Ledi Ketrin, görünür, güzəştə getməyi qərara aldı. 

— Missis  Kollinz,  onlarla  qulluqçu  göndərməli 

olacaqsınız.  Bilirsiniz,  mən  həmişə  fikirlərimi  birbaşa 

deyirəm.  Yol  verə  bilmərəm  ki,  qızlar  təkbaşına  poçt 

atlannda yola çıxsınlar — bu, sadəcə olaraq, nalayiq işdir! 

Siz kimisə tapmalısınız, — hər şeydən çox dünyada belə 

şeylərə  dözə  bilmirəm.  Gənc  qadınlar  cəmiyyətdəki 

mövqelərinə  uyğun  olaraq,  həmişə  lazımi  diqqət  və 

nəzarət  tələb  edirlər.  Bacım  qızı  Corciana  ötən  ilin 

yayında  Remsqeytə  köçəndə  tələb  etdim  ki,  onunla  iki 

nəfər getsin. Pemberlili mister Darsinin qızı miss Darsi və 

ledi Enn üçün onlarsız ora getmək mümkün deyildi. Bu 

kimi  bütün  məsələlərdə  mən  olduqca  vasvasıyam.  Siz 

Conu  gənc  ledilərlə  göndərməli  olacaqsınız,  missis 

Kollinz. Çox şadam ki, bu 

barədə  xatırlatmaq  ağlıma  gəldi  —  siz  onlan  tək-tənha 

downloaded from KitabYurdu.org



288 

 

buraxaraq kor-koranə hərəkət etmiş olardınız. 



— 

Bizim dayımız arxamızca qulluqçu göndərməlidir. 

— Ah, demək belə, dayınız? O, kişi qulluqçu saxlayır, 

eləmi? Şadam ki, sizin heç olmasa bu kimi şeylər barədə 

düşünən  bir  kimsəniz  var.  Bəs  atları  harada 

dəyişəcəksiniz?  Təbii  ki,  Bromlidə.  “Zəng”də  mənim 

adımı  çəkməyiniz  kifayətdir  ki,  mütləq  qayğınıza 

qalsınlar. 

Ledi Ketrinin onların səfərinə aid hələ xeyli qeydləri 

vardı və özünün bütün suallarına özü cavab verə bilmədiyi 

üçün  yenə  də  ona  qulaq  asmaq  lazım  gəlirdi.  Elizabet 

bundan  yalnız  şad  ola  bilərdi,  çünki  istənilən  vaxt  öz 

fikirlərinə  dalmağa  və  harada  olduğunu  unutmağa  qabil 

idi. Bu fikirləri asudə vaxta saxlamaq lazım idi  - o, tək-

tənha olduqda özünü bütünlüklə düşüncələrə qərq etməyə 

hazır  idi.  Elizabet  hər  gün  tək  gəzintiyə  çıxır,  bütün  bu 

vaxt  ərzində  öz  qəmli  düşüncələrinə  dalmaq  üçün  tam 

imkan qazanırdı. 

Mister  Darsinin  məktubunu  o,  demək  olar  ki, 

əzbərdən  bilirdi.  Elizabet  məktubda  hər  cümləni  ayrıca 

düşünmüşdü və 

onun  məktubun  müəllifinə  münasibətdə  olan  hissləri 

müxtəlif anlarda çox ziddiyyətli olurdu. O, Darsinin ona 

evlənmək  təklifi  edərkən  danışdığı  tonu  yadına  salanda 

qəlbi  əvvəlki  kimi  narazılıqla  dolurdu,  ancaq  onu  necə 

qaba  və  ədalətsiz  şəkildə  ittiham  və  rədd  etdiyini 

xatırlayanda  bütün  hikkəsi  özünə  cəmlənirdi,  Darsinin 

aldanmış  ümidləri  qızın  ürəyində  qarşılıq  tapırdı.  Onun 

downloaded from KitabYurdu.org


289 

 

bağlılığı  təşəkkürə,  xasiyyəti  hörmətə  layiq  idi.  Ancaq 



yenə  də  o,  Elizabet  üçün  xoşagəlməz  idi  -  qız  bir  an  da 

olsun öz rədd cavabına görə təəssüflənmirdi və heç də onu 

yenidən  görmək  arzusu  keçirmirdi.  Əvvəlki  davranışları 

Elizabetdə  özündən  narazılığı  üçün  daimi  səbəb  rolunu 

oynayırdı. Doğmalarının zəiflikləri haqqında düşüncə isə 

onda böyük əzab doğururdu. Hətta ümid də yox idi ki, bu 

zəifliklər  nə  vaxtsa  dəf  olunacaq.  Kiçik  qızlarma 

gülməkdən 

ləzzət 

alan  mister  Bennet  onların 



yüngülməcazlıqlanm 

cilovlamaq 

zəhmətinə 

qatlaşmayacaq.  Maneralan  kamillikdən  çox  uzaq  olan 

missis  Bennetin  isə  hətta  ağlına  da  gəlmirdi  ki,  kiçik 

qızları ilə hər şey güvəndə deyil. Elizabet və Ceyn tez-tez 

Ketrin və Lidiyanı bir qədər ağıllandırmağa cəhd etmişdi. 

Ancaq onlar 

missis  Bennet  tərəfindən  dəstəklənməsəydilər,  uğura 

ümid  edə  bilərdilərmi?  Bütünlüklə  kiçik  bacısının  təsiri 

altında  olan  əsəbi  və  aciz  Ketrin  Ceyn  və  Elizabetin 

iradlarına  cavab  olaraq  yalnız  inciyirdi.  Dikbaş  və 

qayğısız  Lidiya  isə  onlara,  ümumiyyətlə,  fikir  vermirdi. 

Hər iki kiçik bacı cahil, tənbəl və qürrəli idi. Aydın idi ki, 

Meritonda ən azı bir zabit qalana qədər məzələnəcəkdilər. 

Çünki  Lonqbomdan  Meritona  gəzməyə  gəlmək  çətin 

deyildi və onlar əsrin sonunadək ora qaçacaqdılar. 

Onun  daimi  məyusluğunun  başqa  bir  qaynağı  isə 

Ceyn  barədə  fikirlər  idi.  Mister  Darsinin  məktubu 

Elizabetdə mister Binqli haqqında əski xoş fikirləri bərpa 

etmişdi  və  bacısının  məruz  qaldığı  itkinin  əhəmiyyətini 

downloaded from KitabYurdu.org



290 

 

artırmışdı. Binqlinin bağlılığının dərin olduğu bilinmişdi, 



onun davranışının qınanması isə, əgər dostuna kor-koranə 

inanması çatışmazlıq sayılmasa, əsassız idi. Etiraf etmək 

çox kədərli idi ki, bütün münasibətlərdə əlverişli olan və 

bacısına belə bir xoşbəxt həyat vəd edən bu qədər gözəl 

bir  cütlüyün  büsatı  yaxın  qohumlarının  axmaqlıq  və 

ədəbsizlikləri üzündən pozulub! 

Əgər  bütün  bu  duruma  Uikhemin  əsl  simasının 

açılması da əlavə olunsa, başa düşmək çətin idi ki, adəti 

üzrə ona xas olan həyatsevərliyinə qarşı olaraq, o özünü 

məzlum durumda hiss edirdi və çöhrəsində hər hansı bir 

şadlıq ifadəsini çətinliklə saxlayırdı. 

Kollinzlərdə  olduqları  sonuncu  həftə  ərzində  onlar 

Rozinqsə,  Hansforda  yeni  gəldikləri  vaxt  olduğu  qədər 

tez-tez  baş  çəkirdilər.  Yola  düşməzdən  öncəki  günün 

axşamını  da  onlar  ledi  Ketrinin  evində  keçirdilər.  Bu 

axşam boyunca lütfkar xanım onların səfəri ilə bağlı bütün 

xırdalıqlar barədə möhkəm- möhkəm maraqlandı, onlara 

öz şey-şüylərini necə qablaşdırmağı xırdaladı, qətiyyətlə 

tələb  etdi  ki,  donlar,  onun  dediyi  yeganə  düzgün  üsulla 

qatlansın. Mariya öz üzərinə qablaşdırılmış hər şeyi səhər-

səhər  təkrarən  etmək  və  öz  sandığını  yenidən 

qablaşdırmaq vəzifəsi götürdü. 

Vidalaşma zamanı ledi Ketrin tamamilə nəzakətli bir 

şəkildə  qonaqlara  uğurlu  yol  arzuladı  və  onları  növbəti 

baharda  Hansfordu  ziyarətə  dəvət  etdi.  Miss  de  Bör  isə 

özünə  yerindən  qımzanmaq  zəhməti  verib  hər  birinə  əl 

uzatdı. 

downloaded from KitabYurdu.org



291 

 

XV 



FƏSİL 

Şənbə  günü  səhər  mister  Kollinz  Elizabeti  hamının 

yığışdığı  səhər  yeməyindən  bir  neçə  dəqiqə  öncə 

qarşılayaraq,  onun  qarşısında,  öz  qənaətinə  görə, 

tamamilə  məcburi  vida  nəzakəti  sərgiləmək  fürsətindən 

istifadə etdi. 

— Miss Elizabet, — o dedi, — mən bilmirəm missis 

Kollinz artıq sizə deyibmi ki, sizin bizə baş çəkməyə hazır 

olmağınız  onu  nə  qədər  mütəəssir  edib.  Ancaq  mən 

əminəm  ki,  onun  lazımi  minnətdarlıq  ifadələrini 

dinləmədən  siz  bu  evi  tərk  etməyəcəksiniz.  İnandırıram 

ki,  sizinlə  bir  arada  olmaq  burada  qeyri-adi  dərəcədə 

yüksək  qiymətləndirilirdi.  Biz,  əlbəttə,  başa  düşürük  ki, 

bu  sadə  yaşayış  məskənində  az  cəlbedici  şeylər  tapmaq 

olar. Sadə həyat tərzi, kiçik otaqlar, azsaylı qulluqçular və 

məhdud  tanışlıq  dairəsi  sizin  kimi  gənc  xanım  üçün 

Hansfordu  olduqca  cansıxıcı  edir.  Ancaq  ümid  edirəm 

inanacaqsınız ki, sizin lütfkarlığınızı çox yüksək 

qiymətləndirirdik və bizdən asılı olan hər şeyi edirdik ki, 

bu evdə keçən həyatınız sizə ağırlıq gətirməsin. 

Elizabet  Hansfordda  yaşadığı  müddətdən  çox 

məmnun  olduğunu  deyərək  ona  təşəkkür  etdi.  Bu  altı 

həftə  ona  xeyli  sevinc  bəxş  edib.  Şarlotta  ilə  bir  arada 

olmaqdan hiss etdiyi məmnunluq, eləcə də ona göstərilən 

böyük  diqqət,  əksinə,  onu  ev  sahiblərinin  qarşısında 

özünü  borclu  saymağa  vadar  edir.  Mister  Kollinz  onun 

cavabından  məmnun  qaldı  və  özündənrazı  təbəssümlə 

dilləndi: 

downloaded from KitabYurdu.org


292 

 

— Mən böyük məmnuniyyətlə eşitdim ki, siz burada 



vaxtınızı  xoş  keçirmisiniz.  Biz  əlimizdən  gələni  etdik. 

Rozinqslə  əlaqələrimiz  sayəsində  sizi  kübar  cəmiyyətə 

çıxarmaq,  bununla  da  ev  həyatını  tez-tez  canlandırmaq 

kimi  xoşbəxt  imkanımızı  nəzərə  alaraq,  özümdə  ümid 

bəsləyirəm  ki,  doğrudan  da  Hansford  sizə  qətiyyən 

dözülməz  görünməyib.  Ledi  Ketrinin  ailəsinə  yaxınlıq 

gerçəkdən  də  buna  bərabər  olarsa,  çoxlarının  fəxr  edə 

biləcəyi  mövqeyə  sahib  olan  bizlər  üçün  qeyri-adi 

dərəcədə  xoşbəxt  üstünlükdür.  İndi  siz  bilirsiniz,  qısa 

müddətdir ki, tanışıq, ancaq gördünüz ki, bizi oraya necə 

tez- 

tez  dəvət  edirlər.  Doğrusunu  desək,  bu  sadə  sakinlərin 



bütün  çatışmazlıqları  ilə  yanaşı,  məncə,  burada  yaşayan 

və bizimlə birgə yaxınlığın faydalarından yararlanan heç 

kimin təəssüflənməsinə lüzum yoxdur. 

Onu riqqətə gətirmiş hisslərini idarə etmək iqtidarında 

olmadığı  üçün  Kollinz  otaqda  gəzişməyə  başlayanda 

Elizabet  bir neçə  qısa cavab cümləsində səmimiyyəti və 

nəzakəti birləşdirməyə cəhd göstərdi. 

—  Evinizə  gedərkən,  əziz  əminəvəsi,  siz  bizim 

həyatımızı ən yaxşı şəkildə səciyyələndirə bilərsiniz. Ən 

azı  mən  bu  cür  düşünmək  istərdim.  Siz  ledi  Ketrinin 

missis  Kollinzə  göstərdiyi  çoxsaylı  diqqət  əlamətlərinin 

gündən-günə  artdığının  şahidi  oldunuz.  Mən  hesab 

edirəm  ki,  rəfiqənizin  taleyini  bədbəxt  saymaq  olmaz... 

Lakin bu barədə sussaq yaxşıdır. Yalnız mənə icazə verin, 

sizi  əmin edim ki,  əziz Elizabet,  bütün  ürəyimlə  sizə  bu 

downloaded from KitabYurdu.org



293 

 

qədər  bəxtəvər  evlilik  arzulayıram.  Biz  mənim  əziz 



Şarlottamla sanki hər şeyə eyni gözlə baxırıq və eyni cür 

düşünürük. Bizim xasiyyətlərimiz və baxışlarımız qeyri-

adi  dərəcədə  oxşardır  və  biz,  yəqin  ki,  bir-birimiz  üçün 

yaranmışıq. 

Elizabet  özünü  aldatmadan  belə  hallarda  həyatın 

olduqca  məsud  alındığını  deyə  bildi  və  bərabər 

səmimiyyətlə mister Kollinzin öz ailə ocağından məmnun 

olduğuna əminlik ifadə etdi. Ancaq o, Kollinzi əhatə edən 

rahatlıqların  borclu  olduğu  ledinin  gəlişi  ilə  nitqinin 

yarımçıq  kəsilməsindən  məyus  olmadı.  Yazıq  Şarlotta! 

Onu bununla bir arada qoyub getmək necə də kədərlidir! 

Ancaq  o  öz  taleyini  açıq  gözləri  ilə  seçib.  Şarlotta 

qonaqların  gedişindən  açıq-aşkar  qüssələnmişdisə  də, 

üzdə halına acınmasma möhtac olduğunu göstərmirdi. Ev 

və təsərrüfat, kilsə camiəsi və quşxana, eləcə də bunlarla 

bağlı  hər  şey  onun  üçün  öz  cazibədarlığım  hələ 

itirməmişdi. 

Nəhayət, kareta hazır oldu, yüklər bayırdan bağlandı, 

bağlamalar  içəriyə  yerləşdirildi  və  elan  olundu  ki,  yola 

çıxmaq  üçün  hər  şey  hazırdır.  Rəfiqəsi  ilə  zərifliklə 

vidalaşan Elizabet mister Kollinzin müşayiəti ilə ekipaja 

yönəldi.  Onlar  bağla  getdikləri  zaman  missis  Kollinz 

xahiş  etdi  ki,  Elizabet  öz  ailəsinə  səmimi  ehtiramını 

bildirsin,  eləcə  də  ötən  qış  Lonqbornda  ona  göstərilmiş 

qonaqpərvərliyə  görə  minnətdarlığını  və  əfsus  ki,  ona 

tanış olmayan mister və missis 

Qardinerlərə  təzimlərini  çatdırsın.  Sonra  o,  qıza  ekipaja 

downloaded from KitabYurdu.org



294 

 

əyləşməyə  kömək  etdi.  Mariya  onun  ardınca  ekipaja 



oturdu  və  qapı,  demək  olar  ki,  bağlanmaq  üzrə  olarkən 

mister  Kollinz  qəfildən  bir  az  dəhşətə  gəlmiş  halda 

xatırladı  ki,  gedən  qonaqlar  Rozinqsdən  olan  xanımlara 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin