Birinci kitab



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə20/39
tarix06.06.2020
ölçüsü3,22 Mb.
#31719
1   ...   16   17   18   19   20   21   22   23   ...   39
26160-ceyn-ostin-querur-v-q-r-z

yazmırdı. Ancaq onun istənilən məktubu, demək olar, hər 

bir  sətri  Ceynin  əvvəlki  məktubları  üçün  adi  hal  olan, 

onun qəlbinə hakim kəsilmiş dünyaya və insanlara rəğbət 

hissini  əks  etdirən  həyatsevərliyinin  yox  olmasını 

göstərirdi.  Qüssəyə  bürünmüş  hər  bir  cümləni  Elizabet 

indi birinci dəfə oxuduğu ilə müqayisədə daha aydın fərq 

edirdi.  Başqalarının  taleyinə  bu  qədər  uğurla  müdaxilə 

etməsinə  görə  mister  Darsinin  utanmaz  lovğalığı  ona 

yazıq  bacısının  yaşadığı  dərd-ələmin  dərinliyini  daha 

kəskin  hiss  etməyə  imkan  verirdi.  O,  səmimi  qəlbdən 

istəyirdi  ki,  Darsinin  gedəcəyi  gün  -  qalan  iki  gün 

mümkün  qədər  sürətlə  ötüb  keçsin.  İki  həftədən  sonra 

Ceynlə yenidən görüşəcəyi və bu 

zaman  onun  mənəvi  sakitliyinin  bərpası  üçün,  gerçək 

downloaded from KitabYurdu.org


256 

 

bağlılığın  edə  biləcəyi  hər  şey  onun  düşüncələrinin 



yeganə xoş tərəfi idi. 

Mister  Darsinin  Kentdən  gedəcəyi  barədə  fikirləşən 

zaman o, yada salmaya bilmirdi ki, onunla bərabər xalası 

oğlu da Kenti tərk etməlidir. Ancaq polkovnik Fitsuilyam 

kifayət qədər açıq şəkildə ona eyham etmişdi ki, hər hansı 

bir ciddi niyyəti yoxdur. Polkovniklə bir arada olmaq ona 

nə qədər xoş olsa da, o, qarşıdan gələn ayrılıqdan ötrü heç 

də kefini pozmağa hazırlaşmırdı. 

Məhz  bu  durumu  özü  üçün  tam  aydınlaşdırdığı  bir 

vaxtda  o,  birdən  zınqırovun  zəngini  eşitdi.  Gözlənilməz 

qonağın bir dəfə təxminən bu vaxtlar onu ziyarətə gəlmiş 

və  sağlıq  durumunu  soruşmaq  üçün  yenidən  gələn 

polkovnik  Fitsuilyamm  özü  olduğunu  düşünən  Elizabet 

yüngül həyəcan hiss etdi. Ancaq onun böyük təəccübünə 

rəğmən,  mister  Darsinin  otağa  girdiyini  görəndə 

gümanları  dağıldı  və  düşüncələri  tamam  əks  səmtə 

yönəldi. Qonaq dərhal onun çaşqınlığı ilə maraqlandı və 

öz  ziyarətinin  səbəbini  onun  vəziyyətinin  yaxşılaşmış 

olub-olmamasmı öyrənmək istəyi ilə 

izah  etdi.  Elizabet  ona  soyuq  lütfkarlıqla  cavab  verdi. 

Darsi bir qədər oturdu, sonra qalxdı və otaqda gəzişməyə 

başladı. Elizabet çaşıb qalmışdı, ancaq heç nə danışmırdı. 

Bir  neçə  dəqiqəlik  sükutdan  sonra  Darsi  cəld  ona 

yaxınlaşaraq dedi: 

—  Mənim  bütün  mübarizəm  əbəs  oldu!  Heç  nə 

alınmadı.  Mən  öz  hisslərimlə  bacarmıram.  Bilin  ki, 

sonsuz dərəcədə sizə valeh olmuşam və sizi sevirəm! 

downloaded from KitabYurdu.org



257 

 

Onun bu sözlərinin Elizabeti nə dərəcədə keyitdiyini 



təsvir etmək mümkün deyil. Özünü itirmiş və qızarmış qız 

ona  baxaraq  susurdu.  Qızın  susqunluğundan  ümidlənən 

Darsi  son  vaxtlar  yaşadığı  və  onu  hər  dəqiqə 

həyəcanlandıran  hər  şey  barədə  danışmağa  tələsdi.  O, 

qeyri-adi  hərarətlə  danışırdı.  Ancaq  səsində  təkcə 

ürəyinin səsi eşidilmirdi: onda ehtiraslı sevgidənsə yaralı 

qürurunun səsi daha bərk eşidilirdi. Onun onların arasında 

mövcud olan qeyri-bərabərlik, öz adma vurduğu zərər və 

öz  hisslərini  indiyədək  açmasına  mane  olan  ailə 

mövhumatı  barədə  həyəcanlı  mühakimələri  ehtirasının 

şiddətini inandırıcılıqla təsdiqləyirdi, ancaq çətin ki, sevgi 

etirafına uğurlu yardımçı olaydı. 

Mister  Darsiyə  qarşı  dərin  nifrətinə  baxmayaraq, 

Elizabet  belə  bir  insanın  sevgisinin  onun  üçün  nə  qədər 

böyük iltifat olduğunu anlamaya bilməzdi. O, bir dəqiqə 

də  olsun  bu  nifrəti  qeyb  etmədən  əvvəlcə  onun  alacağı 

cavabdan necə sarsılacağını dərk edərək, halına müəyyən 

mənada  acıyırcasına  düşündü.  Ancaq  Darsinin  sonrakı 

mühakimələri qızı  o qədər hiddətləndirdi ki,  qəzəb hissi 

onun ürəyindəki hər cür mərhəməti sıxışdırıb çıxardı. Öz 

hirsini  cilovlamaq  qərarına  gələn  Elizabet,  o  danışıb 

qurtardıqda  mümkün  qədər  sakit  cavab  verməyə 

hazırlaşdı.  Sözünün  sonunda  mister  Darsi  ümidvar 

olduğunu  bildirdi  ki,  miss  Bennetin  onun  əlini  qəbul 

etmək  razılığı  öz  ürəyində  əbəs  yerə  boğmağa  çalışdığı 

sevgi iztirablarına görə aldığı mükafat olacaq. Elizabetin 

rədd cavabı verə biləcəyi açıq-aşkar onun ağlına gəlmirdi. 

downloaded from KitabYurdu.org



258 

 

Qızın  verəcəyi  hökmü  necə  həyəcanla  gözlədiyini  izah 



edərkən Darsi özünün bütün görkəmi ilə cavabın əlverişli 

olacağına  əminliyini  nümayiş  etdirirdi.  Bütün  bunlar 

Elizabetin qəlbində yalnız daha böyük hiddət doğururdu. 

Darsi susan kimi o, qeyzlə dedi: 

—  Sizin  bəslədiyiniz  hisslərin,  onların  ünvanlandığı 

insan  tərəfindən  bölüşüb-bölüşülməyəcəyindən  asılı 

olmayaraq,  güman  edirəm  ki,  minnətdarlıqla  qəbul 

edilməsi 

normaldır.  Minnətdarlıq  insan  təbiətinə 

məxsusdur və onu hiss etsəydim, bu dəqiqə sizə deyərdim. 

Ancaq  mən  bu  hissi  keçirmirəm.  Heç  vaxt  sizin 

rəğbətinizi  qazanmağa  çalışmamışam  və  bu  mənim 

iradəmə zidd olaraq yaranıb. Kim olursa olsun, ona ağrı-

acı  verəndə  üzülürəm.  Mən  bu  sevgini  sizdə  tamamən 

istəmədən  doğurmuşamsa,  ümid  edirəm,  o,  uzunömürlü 

olmayacaq. 

Dediyiniz 

kimi, 


uzun 

müddət 


sizi 

meylinizdən vaz keçirən mülahizələr bu izahatdan sonra 

çətinlik olmadan onu dəf etməkdə yardımçınız olacaq. 

Mister  Darsi  buxanya  dirsəklənərək  həyəcanla 

Elizabetə  baxırdı.  Qızın  sözləri  onu  heyrətləndirdi  və 

incitdi.  Onun  sifətinin  rəngi  qaçdı  və  üzünün  hər  bir 

cizgisi  son  dərəcə  çaşqın  olduğunu  büruzə  verirdi.  O, 

zahiri sakitliyini qoruyub saxlamağa çalışdı və özünü ələ 

almağa  qadir  olduğunu  hiss  edincəyə  qədər  bir  söz  dilə 

gətirmədi. Yaranmış pauza Elizabetə 

əzabverici  görünürdü.  Nəhayət,  o,  tamamilə  təmkinli 

tonda dedi: 

— Sizdən almaq şərəfinə nail olduğum cavab bununla 

downloaded from KitabYurdu.org



259 

 

tükənir?  Lütfən,  mən  sizin  ən  azı  nəzakət  donu 



geydirməyə  çalışmadığınız  rədd  cavabınızın  səbəbini 

öyrənə bilərəmmi? Ancaq bu, əhəmiyyət kəsb etmir! 

Elizabet cavab verdi: 

— Eyni  haqla  mən  də  sizin  məni  öz  iradənizə, 

düşüncənizə  və  hətta  bütün  öz  istəklərinizə  zidd  olaraq 

sevdiyinizi  məni  açıq-aşkar  təhqir  etmək  və  alçaltmaq 

niyyəti ilə elan etməyinizin səbəbi barədə soruşa bilərdim. 

Gerçəkdən də sizinlə kifayət qədər nəzakətli olmadımsa, 

bu  mənə  müəyyən  qədər  haqq  qazandırmırmı?  Ancaq 

mənim  başqa  səbəblərim  də  var.  Siz  onlar  barədə 

bilirsiniz.  Mənim  bütün  duyğularım  sizə  qarşı  üsyan 

etməsəydi,  mən  sizə  etinasız  yanaşsaydım,  hətta  sizə 

rəğbət  bəsləsəydim,  doğrudanmı  hər  hansı  bir  mülahizə 

məni  doğma  bacımın,  bəlkə  də  çarəsiz  bədbəxtliyinin 

səbəbkarı olan insanın əlini tutmağa vadar edə bilərdi? 

Onun bu sözlərini eşidən zaman mister Darsinin sifəti 

dəyişdi. Ancaq onu bürüyən həyəcan tezliklə keçdi və o, 

Elizabeti, sözünü kəsmədən dinlədi. Bu vaxt qız sözlərinə 

davam edirdi: 

— Sizin barənizdə pis rəyə gəlmək üçün mənim bütün 

əsaslarım  var.  Sizin  mister  Binqli  və  mənim  bacımın 

arasının  pozulmasına  gətirib  çıxarmış  pisniyyətli  və 

nanəcib  müdaxiləniz  heç  bir  motivlə  bəraət  qazana 

bilməz.  Siz  bu  pozuluşmanm,  yeganə  olmasa  da,  əsas 

səbəbkarı  olduğunuzu  inkar  etməyəcəksiniz,  buna 

cürətiniz  çatmayacaq.  Bu  üzdən  Binqli  yüngüllük  və 

dəyişkənlikdə ittiham qazandı, Ceyn isə gerçəkləşməyən 

downloaded from KitabYurdu.org



260 

 

ümidlərinə  görə  —  rişxənd.  Onlar  ikisi  də  özlərini 



bədbəxt hiss etməyə bilməzlər. 

O  dayandı  və  hiddətlə  fərq  etdi  ki,  Darsi  olub-

bitənlərə görə heç bir peşmançılıq büruzə vermədən onu 

dinləyir.  Əksinə,  o,  hətta  ona  xəyali  etimadsızlıq 

təbəssümü ilə baxırdı. 

— 

Təsdiq  edə  bilərsinizmi  ki,  bunda  sizin  əliniz 



olmayıb? 

— Elizabet təkrar etdi. 

Onun cavabı tamamilə sakit oldu: 

— Mən  dostumu  sizin  bacınızdan  ayırmaq  üçün 

imkanlanm daxilində olan hər şey etdiyimi, yaxud da öz 

səylərimin  uğurundan  məmnunluğumu  inkar  etmək 

niyyətində deyiləm. Mən Binqlinin qayğısına özümdən də 

yaxşı qalmışam. 

Elizabet  özünü  elə  göstərdi  ki,  sanki  bu  nəzakətli 

qeydi  eşitmədi.  Ancaq  bu  sözlərin  mənası  onun 

diqqətindən  yayınmadı  və  çətin  ki,  onun  hiddətini  hər 

hansı bir şəkildə səngidə bilərdi. 

— Ancaq mənim sizə nifrətim, — qız davam etdi, — 

təkcə  bu  hadisəyə  əsaslanmır.  Sizin  haqqınızda  rəyim 

daha əvvəllər formalaşıb. Sizin xasiyyətiniz mənim üçün 

beş-altı ay əvvəl mister Uikhemdən eşitdiyim hekayətdən 

sonra açılıb. Bu barədə nə deyə bilərsiniz? Bu hadisədə 

özünüzə  hansı  dostluq  yardımı  ilə  haqq  qazandıra 

bilərsiniz?  Yaxud  da  hərəkətləriniz  barədə  kimin  yanlış 

yozumunun arxasında gizlənməyə cəhd edəcəksəniz? 

— Siz  bu  centlmenin  taleyini  ürəyinizə  çox  yaxın 

downloaded from KitabYurdu.org



261 

 

qəbul edirsiniz, — Darsi artıq daha az təmkinli tonda qeyd 



etdi. 

— Onun  itkiləri  kimə  qarşı  edilsəydi,  o  şəxs  buna 

laqeyd qala bilərdimi? 

— Onun  itkiləri?  —  Darsi  ikrahla  təkrar  etdi.  — 

Yaxşı, onun itkiləri həqiqətən də böyükdür. 

— Bunda  isə  günahkar  sizsiniz!  —  Elizabet 

qızğınlıqla səsləndi. — Siz onu yoxsulluğa düçar etdiniz, 

bəli,  bunu  yoxsulluq  adlandırmaq  olar.  Siz,  bir  başqası 

yox,  məhz  siz  onun  ümid  etməyə  haqqı  çatdığı 

müavinətlərdən  məhrum  etdiniz.  Siz  onun  həyatının  ən 

yaxşı  illərini və həm  hüququna, həm  də xidmətinə görə 

ona  məxsus  olan  müstəqilliyi  əlindən  aldınız.  Bütün 

bunlar  sizin  əməlinizdir!  Bununla  belə,  siz  hələ  onun 

aqibətinə gülməyi özünüzə rəva görürsünüz?! 

— Demək,  mənim  barəmdə  bu  cür  mühakimə 

yürüdürsünüz! 

—  Darsi  tez-tez  küncdən-küncə 

addımlayaraq  səsləndi.  —  Mənim  barəmdə  belə 

düşünürsünüz!  Açıq  danışdığınız  üçün  təşəkkür  edirəm. 

Sizin  mühakimənizə  görə,  mən  doğrudan  da,  tam 

günahkaram. Ancaq ola bilər

— dayanıb gözünü ona zilləyərək dedi, — şübhələrimə və 

hisslərimi dilə gətirməyimə mane olan daxili mübarizəmə 

adi 


etirafım  sizin  qürurunuza  toxunmasaydı,  günahlarım 

bağışlanardı. Bunu səbirli şəkildə sizdən gizləməsəydim, 

bu  qədər  ağır  ittihamlardan  qaça  bilərdimmi?  Mən  sizi 

hüdudsuz  sevgimə  inandıraraq  sizə  qılıqlansaydım, 

downloaded from KitabYurdu.org


262 

 

ziddiyyətlər,  məntiq  dəlilləri  və  dünyəvi  şərtlər  onu 



zədələməzdi?  Ancaq  saxtakarlıq  mənim  üçün  iyrəncdir. 

Mən sizə açıb danışdığım hisslərimdən utanmıram. Onlar 

təbii və haqlıdır. Siz gözləyə bilərdinizmi ki, daim içində 

olduğunuz insanlar çevrəsi  mənə xoş olacaq? Yaxud da 

ictimai  pilləkəndə  məndən  bu  qədər  aşağıda  dayanan 

insanlarla  qohum  olduğum  üçün  özümü  təbrik 

etməliyəm? 

Elizabetin  hiddəti  hər  dəqiqə  artırdı.  Ancaq  qız  ona 

cavab  verərkən  hər  vəchlə  zahiri  sakitliyini  qorumağa 

çalışırdı. 

— Sizin eşq elanınızın manerasının mənim cavabıma 

təsir  etdiyini  düşünərkən,  dərindən  yanılırsınız,  mister 

Darsi. Əgər siz özünüzü alicənab insanlara layiq şəkildə 

aparsaydınız,  maneranız  məni  sizə  duyacağım  acıma 

hissindən xilas edərdi. 

Elizabet fərq etdi ki, bu sözlər onu səksəndirdi. Ancaq 

o susdu, Elizabet isə davam etdi. 

— Siz  mənə  evlilik  təklifini  hər  hansı  bir  manerada 

etsəydiniz də, onsuz da qəbul edə bilməzdim. 

Onun  sifətində  yenidən  təəccüb  ifadəsi  yarandı. 

Elizabet danışdığı müddətdə Darsi ona etimadsızlığın və 

çaşqınlığın qarışığı olan ifadə ilə baxırdı. 

— Lap  əvvəldən  deyə  bilərdim  ki,  tanışlığımızın  ilk 

dəqiqəsində 

davranışınız 

mənə 


sizin 

qürrəniz, 

təkəbbürünüz  və  ətrafmızdakıların  hisslərinə  tam 

laqeydliyiniz  barədə  kifayət  qədər  dəlillər  verdi.  Sizə 

nifrətim hələ onda yaranmışdı. Ancaq sonrakı hadisələrin 

downloaded from KitabYurdu.org



263 

 

təsiri ilə o qarşısıalınmaz oldu. Görüşümüzdən sonra bir 



ay  belə  keçməmiş  mən  artıq  aydın  şəkildə  dərk  edirdim 

ki, bu dünyadakı bütün insanların içində ən az siz mənim 

ərim ola bilərsiniz. 

— Siz  kifayət  qədər  çox  danışdınız,  xanım.  Sizin 

hisslərinizi anlayıram və mənə yalnız öz hisslərimə görə 

xəcalət  çəkmək  qalır.  Bağışlayın  ki,  bu  qədər  vaxtınızı 

aldım,  sizə  səmimi  qəlbdən  dilədiyim  sağlamlıq  və 

firavanlıq arzularımı qəbul edin. 

Bu sözləri deyərək Darsi otağı tərk etdi və bir an sonra 

Elizabet onun giriş qapısını açaraq evdən çıxdığını eşitdi. 

Qızın  bütün  duyğulan  olduqca  qarışıq  haldaydı.  Özünü 

daha  artıq  saxlamaq  gücü  qalmayan  Elizabet  kresloya 

çökdü və tamamilə taqətsiz şəkildə yarım saat ağladı. O, 

bir  az  öncə  baş  verən  səhnənin  təfərrüatını  yaddaşında 

yenidən  və  bir  daha  canlandırdı.  Və  onun  təəccübü 

arasıkəsilmədən artırdı. Ona evlilik təklifini mister Darsi 

etmişdi! Mister Darsi neçə aylarmış ki, ona vurulubmuş! 

O  qədər  vurulub  ki,  səbəb  göstərərək  Binqli  və  Ceynin 

evliliyini pozduğu, ancaq onun özü üçün də ən azı eyni 

əhəmiyyətli bütün əngəllərə zidd olaraq onunla evlənmək 

qərarına  gəlib!  Bütün  bunlar  ağlasığmaz  görünürdü. 

İstəmədən bu qədər güclü bir sevdanın predmeti  olmaq, 

əlbəttə,  böyük  lütf  idi.  Ancaq  qürur,  mister  Darsinin 

məğrurluğu,  onun  Ceynin  taleyinə  müdaxiləsi  ilə 

utanmaz-utanmaz  öyünməsi,  hər  şeyi  düzgün  etdiyinə 

bağışlanmaz  əminliyi,  Uikhem  barədə  danışarkən 

hissiyyatsız manerası və bu gəncə münasibətdə özünün də 

downloaded from KitabYurdu.org



264 

 

danmağa cəhd etmədiyi qəddarlığı - bütün bunlar 



onun ürəyində Darsinin sevgisinə dair bir anlığa yaranmış 

düşüncədən doğan hər cür acıma hissini tezcə yatırdırdı. 

Elizabet  baş  verənlər  barədə  qızdırmalı  kimi 

düşünməkdə  davam  edərkən,  yaxınlaşmaqda  olan 

ekipajın səsi ona Şarlottanın onu görə biləcəyini xatırlatdı 

və tələsik halda öz otağına getməyə vadar etdi. 

XII 

FƏSİL 


Ertəsi  gün  səhər  Elizabet  dünən  gecə  gözünü  yumduğu 

vaxt  keçirdiyi  hisslər  və  düşüncələrlə  oyandı.  Əvvəlki 

kimi  o,  heyrətdən  özünə  gələ  bilmirdi.  Başqa  bir  şey 

barədə fikirləşmək heç cür mümkün deyildi. Hər hansı bir 

işin  qulpundan  yapışa  bilməyən  Elizabet  səhər 

yeməyindən dərhal sonra gəzintiyə çıxmaq qərarına gəldi. 

Öz sevimli xiyabanına çatdıqda o, mister Darsinin hərdən 

onu  burada  gördüyünü  xatırlayıb  xırp  dayandı  və  parka 

daxil  olmaq  əvəzinə  parkı  haşiyəyə  alan  və  yoldan 

uzaqlaşdıran  cığıra  doğru  yönəldi.  Tezliklə  Elizabet 

parkın hasarında yan qapılarından birinin yanından ötüb 

keçdi. 


O,  bir  neçə  dəfə  gözəl  səhər  çağından  zövq  ala-ala 

cığırla  o  başabu  başa  gedib-gəldi,  arada  darvazanın 

özündə  dayanıb  parka  boylandı.  Kentdə  keçirdiyi  beş 

həftə ərzində təbiət xeyli dəyişmişdi və indi hər gün erkən 

yaşıllaşmış  ağaclarda  təzə  yarpaqlar  açılıb  böyüyürdü. 

Parkın  dərinliyinə  getmək  istəmişdi  ki,  birdən  ağac 

cərgələrinin hasarının yanındakı 

adamı gördü. O, qıza tərəf gəlirdi. Adamın mister Darsi 

downloaded from KitabYurdu.org


265 

 

olacağından qorxan Elizabet tez-tələsik əks tərəfə keçdi. 



Ancaq  adam  artıq  onu  görüb  tanıyacaq  qədər 

yaxınlaşmışdı  və  adını  çağıraraq  Elizabetə  doğru 

yaxınlaşırdı. Arxasından gələn səsi eşidən Elizabet mister 

Darsinin  səsini  tanısa  da,  addımlarını  yeyinlədib  parkın 

darvazasına  san  yönəldi.  Mister  Darsi  onunla  eyni 

zamanda  ora  çatdı  və  ona  məktub  uzatdı.  Qız  məktubu 

mexaniki  şəkildə  götürdükdə  Darsi  əmin-arxayın  tonda 

dedi: 


—  Mən  sizi  görmək  ümidi  ilə  çoxdandır  bağda 

dolaşıram.  Bu  məktubu  oxuyaraq  mənə  şərəf 

verərsinizmi? 

Bunu deyəndən sonra o,  yüngülcə təzim etdi, parkın 

dərinliyinə  buruldu  və  tezliklə  ağaclann  arasında 

görünməz oldu. 

Heç  bir  xoş  şey  gözləməsə  də,  marağın  çulğadığı 

Elizabet zərfi açdı və daha böyük təəccübünə rəğmən iki 

vərəq poçt  kağızında zərif xətlə  yazılmış  məktub  gördü. 

Vərəqin  zərf  rolu  oynayan  arxa  hissəsi  də  büsbütün 

yazılmışdı.  Xiyabanla  asta  addımlarla  getməkdə  davam 

edərək o, oxumağa başladı. 

Məktub  səhər  saat  8-də  yazılmışdı  və  özündə  aşağıdakı 

məzmunu daşıyırdı: 

“Xanım, bu məktubu aldıqda həyəcanlanmayın - bu, 

nə həmin hisslərin təkrar ifadəsi, nə də dünən axşam Sizdə 

o qədər şiddətli narazılıq doğuran təklifin yenilənməsidir. 

Mən bunu Sizi azacıq da olsun incitmək və ya hər ikimizin 

sakitliyi  üçün  mümkün  qədər  tezliklə  unudulmalı  olan 

downloaded from KitabYurdu.org



266 

 

niyyətimi  xatırladaraq  özümü  alçaltmaq  istəmədən 



yazıram.  Əgər  mənim  xasiyyətimin  özəlliyi  məktubun 

yenə  də  yazılmasını  və  oxunmasını  tələb  etməsəydi,  bu 

məktubun  yazılması  və  oxunması  üçün  zəruri  olan 

səylərdən  qaçmaq  olardı.  Ona  görə  də  mənə  müəyyən 

vaxt  ayırmağınızı  xahiş  edərkən  göstərdiyim  ərkyanalıq 

üçün  məni  bağışlamalısınız.  Bilirəm,  Sizin  hissləriniz 

buna  üsyan  edəcək,  ancaq  mən  Sizin  ədalətinizə  ümid 

edirəm. 


Siz  dünən  mənə  qarşı  iki  müxtəlif  səciyyəli  və 

ağırlığına görə müqayisəolunmaz ittiham irəli sürdünüz. 

Birincisi ondan ibarət idi ki, mən miss Beıuıet və Mister 

Binqlinin  hissləri  ilə  hesablaşmayaraq  iki  sevgilini  bir-

birindən ayırmışam, 

ikincisi  isə  üzərimə  düşən  vəzifənin,  şərəf  borcunun  və 

insaniyyətin  ziddinə  olaraq,  mister  Uikhemin  rifahını 

pozmağını  və  onun  gələcəyə  ümidlərini  məhv  etməyim 

barədə  idi.  Uşaqlıq  dostunu,  atanuı  hər  kəs  tərəfindən 

bilinən  sevimlisini,  yeganə  dolanışıq  mənbəyi  mənim 

idarəmdə  olan  kilsə  olmalı  olan  və  bu  kilsənin  tək  ona 

qismət olacağı düşüncəsi ilə böyüyən bir gəncə qəsdən və 

qaba  şəkildə  sayğısızlıq  edərək  yiyəsiz  qoymaq  elə  bir 

cinayət  olardı  ki,  onunla  müqayisədə  bir  neçə  həftəlik 

qai'şılıqlı simpatiyadan sonra iki gənci ayırmaq sırf oyun-

oyuncaq  kimi  görünərdi.  Ümidvaram  ki,  mənim 

hərəkətlərimin və onların səbəblərinin aşağıdakı izahatını 

oxuyaraq  və  bütün  durumu  nəzərə  alai'aq  bundan  belə 

məni  dünən  axşam  asanlıqla  etdiyiniz  kimi  sərt  şəkildə 

downloaded from KitabYurdu.org



267 

 

mühakimə etməyəcəksiniz. Ola bilər hərəkətlərimin izharı 



zamanı Sizin duyğularınıza rəhm etmədən öz baxışlarımı 

ifadə  etməli  olacağam  -  buna  görə  əvvəlcədən  məni 

bağışlamağınızı istəyirəm. Mən zərurətə tabe oluram, ona 

görə  də  bu  barədə  sonrakı  peşmançılığın  bir  mənası 

yoxdur.  Bizim  Harlfördşirə  gəlişimizdən  tezliklə  sonra 

mən, 


bir çox başqaları kimi, fərq etdim ki, Binqli Sizin bacınızı 

yerli  cəmiyyətdəki  bütün  gənc  qadınlai'dan  üstün  tııtıır. 

Ancaq  düz  Nezerfilddəki  bala  qədər  ağlıma  gəlmədi  ki, 

onların  arasında  ciddi  bağlılıq  yai'ana  bilər.  Dostam 

əvvəllər də gözümün önündə vurulmuşdu. Yalnız həmin 

balda  mən  Sizinlə  rəqs  etmək  şərəfinə  malik  olanda  ser 

Uilyam  Lukasuı  təsadüfi  qeydindən  sonra  ilk  dəfə 

anladım  ki,  Binqlinin  miss  Bennetə  meyli  onların 

arasındakı nikaha ümumi ümidlər doğurub. Ser Uilyam bu 

barədə həll edilmiş məsələ kimi danışırdı - elə görünürdü 

ki,  yalnız  toy  gününü  təyin  etmək  qalıb.  Bu  dəqiqədən 

başlayai'aq  mən  dostumun  davranışına  göz  qoymalı 

oldum. Yalnız o zaman aşkar etdim ki, onun miss Bennetə 

olan duyğuları bütün əvvəlki sevdalarını üstələyir. Sizin 

bacınızı da ondan az olmayan diqqətlə müşahidə edirdim. 

Onun maneraları və davranışı həmişəki  kimi, mehriban, 

şən,  birbaşa  görünürdü  və  qəlbində  ciddi  bir  şəkildə 

vurğunluq  olması  barədə  düşünməyə  heç  bir  səbəb 

vermirdi. Bütün axşam ərzində mən ona göz qoyaraq bu 

qərara  gəldim  ki,  miss  Bennet  mister  Binqlinin  ona 

pərəstişkarlıq etməsini 

downloaded from KitabYurdu.org



268 

 

həvəslə  qəbul  edir,  ancaq  özü  ona  dərin  duyğular 



bəsləmir.  Bir  halda  ki,  Sizin  məlumatınız  başqa  şeydən 

bəhs  edir,  görünür,  mən  yanılmışam.  Siz  bacınızı  daha 

yaxşı  tanıyırsınız  və  ona  görə  də  yəqin  elədir  ki,  var. 

Gəldiyim  yanlış  qənaət  nəticəsində  Sizin  bacınıza  qəlb 

yarası  vurmuşam  və  Sizin  narazılığınız  tamamən  əsaslı 

görünür.  Ancaq  özümə  qismən  bəraət  qazandırmaq 

imkanını  qaçırmaq  istəmirəm  və  bildirirəm  ki,  Sizin 

bacınız  özünü  heyrətamiz  dərəcədə  təmkinli  aparırdı  və 

öz rahat tövrü ilə ən diqqətli müşahidəçiyə belə düşünmək 

imkanı  verirdi  ki,  yumşaq  xasiyyətinə  baxmayaraq,  o, 

kifayət qədər soyuq və möhkəm ürəklidir. Təbii ki, mən 

onun  mister  Binqliyə  laqeydliyi  barədə  nəticəyə  gəlmək 

istədim. Ancaq iddia etməyə cəsarət göstərirəm ki, mənim 

müşahidə və qənaətlərim öz istək və əndişələrimdən nadir 

hallarda asılı olur. Mən bu qərara gəldim ki, onun ürəyi 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin